Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-755/2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ Açar sözlər: mülkiyyətin müdafiəsi, torpaq mübahisəsi 05.03.2025 Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakimlər Həsənov Vüqar Təvəkgül oğlu (məruzəçi hakim), Əhmədov Əhməd Abbas oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı torpaq sahəsindən çıxarılma və qanunsuz tikilinin sökülməsi tələbinə dair Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-5832/2024 nömrəli iş üzrə 6 noyabr 2024-cü il tarixli qətnaməsindən İddiaçı kassasiya şikayətinə 05 mart 2025-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasın da baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı Suraxanı rayonu, Hövsan, 70 nömrəli bağ sahəsi ünvanında yerləşən ümumi sahəsi 0,06 ha olan torpaq sahəsini xx.xx.2023-cü il tarixdə daşınmaz əmlakın alğı-satqısı müqaviləsi əsasında əldə etmişdir.
2. İddiaçı həmin 70 saylı bağ sahəsində cavabdehin məskunlaşdığını, həmin ərazinin səhvən ona verildiyini, əslində cavabdehin adına qeydə alınan ərazinin ona məxsus olduğunu və cavabdehin ona məxsus ərazidə fərdi yaşayış evi tikdiyini bildirərək hazırkı tələblə məhkəməyə müraciət etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsindəki icraat
3. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ona məxsus Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, “Əkinçi” bağ massivində yerləşən 0,06 ha ölçüsü olan 70 saylı bağ sahəsindən çıxarılması və həmin torpaq sahəsində özbaşına inşa edilmiş fərdi yaşayış evinin cavabdehin hesabına sökülməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.
4. İddia onunla əsaslandırılmışdır ki, Bakı şəhəri 21 saylı Notariat ofisi tərəfindən təsdiq edilmiş 24 oktyabr 2023-cü il tarixli AN-1 saylı ******* saylı alğı-satqı müqaviləsi əsasında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Abşeron Ərazi İdarəsi tərəfindən18 sentyabr 2007-ci il tarixdə verilmiş MH seriyalı ******* saylı çıxarışla X2 tam mülkiyyət hüququ tanınmış Bakı şəhəri, Suraxanı rayonu (Abşeron rayonu) Hövsan qəsəbəsi “Əkinçi” bağ massivində yerləşən 0,06 ha ölçüsü olan 70 saylı bağ sahəsini almışdır. Bağ sahəsi əvvəl Abşeron rayon ərazisinə aid olmuş, sonradan Suraxanı rayon ər azisinə daxil edilmişdir. Alğı-satqı müqaviləsini və zəruri sənədləri Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə təqdim edərək torpaq sahəsi üzərində hüquqlarının qeydiyyata alınması barədə müraciət etmişdir. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞnin 1 saylı Bakı Ərazi İdarəsinin 12 yanvar 2024-cii il tarixli bildirişi ilə daşınmaz əmlak üzərində hüquqlarının dövlət qeydiyyatına alınmasından imtina edilmiş və imtinaya əsas olmanın baxış zamanı həmin torpaq sahəsinin digər şəxs tərəfindən hasara alınaraq istifadə olunması və dövlət reyestrində həmin şəxsin adına qeydiyyatdan keçirilməsi göstərilmişdir. Məsələni aydınlaşdırarkən məlum olmuşdur ki, ona məxsus torpaq sahəsini zəbt edən və orada ev inşa etdirən Cavabdehdur. Torpaq sa həsini könüllü olaraq boşaldılaraq ona təhvil verilməsini tələb etsə də, Cavabdeh bundan imtina etmiş və ona torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının tanınması barədə çıxarışın kserosurətini təqdim etmişdir. Lakin DƏDRX-i tərəfindən verilmiş ********** saylı 28 iyul 2020-ci il tarixli çıxarışla Cavabdeh 70 saylı bağ sahəsinə deyil, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan Qəsəbəsi, “Əkinçi” bağ massivinin 86 saylı bağ sahəsinə mülkiyyət hüququ tanınmışdır. Mübahisə ilə əlaqədar Suraxanı rayon Polis İdarəsinə ərizə ilə müraciət etmişdir. Müraciəti üzrə toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş və mübahisənin mülki mühakimə qaydasında həll olunması üçün məhkəməyə müraciət etməyi tövsiyə olunmuşdur. Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi “Əkinçi” bağ massivində ye rləşən 0,06 ha ölçüsü olan 70 saylı bağ sahəsinə dair digər şəxsilərin adına hər hansı bir sənədləşdirilmənin aparılıb-aparılmaması və aparılıbsa həmin sənədlərin surətlərinin məhkəməyə təqdim etmək üçün ona təqdim olunması barədə müraciətinə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən 04 aprel 2024cü il tarixli məktubla imtina edilmişdir. Hesab edir ki, Cavabdeh ona məxsus torpaq sahəsini qanunsuz zəbt edərək orada fərdi yaşayış binası inşa etdirməsi onun əmlak hüquqlarını pozmuş və alğı-satqı müqaviləsi əsasında aldığı torpaq sahəsinə mülkiyyət hüquqularının qeydiyyatına maneçilik yaratmışdır.
5. Məhkəmə iclasında iştirak edən İddiaçı etibarnamə üzrə nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edərək bildirmişdir ki, onun iddiası həmin ün vanda yerləşən 70 saylı bağ sahəsinə aiddir və cavabdehdən oradan çıxmasını tələb etmişdir. Cavabdeh isə ona 86 saylı bağ sahəsinə dair müvafiq sənədləri təqdim etmişdir, lakin onun 86 saylı bağ sahəsinə dair hər hansı bir iddiası yoxdur. Hesab etmişdir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir.
6. Məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi və vəkili Vəkil1 və cavabdehin nümayəndəsi X7 bildirmişdir ki, cavabdehin 86 saylı bağ sahəsinə dair mülkiyyət hüququ qanuni şəkildə dövlət qeydiyyatına alınmış və orada fərdi yaşayış evi tikmişdir və hazırda yaşayır.
7. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 11 iyul 2024-cü il tarixli, 2(010)2932/2024 saylı qətnaməsi ilə iddia tələbinin təmin edilməməsi, ödənilmiş 100 manat dövlət rüsumunun iddiaçıya aid ediləsi qət edilmişdir. (ha kimTural Məmmədov) İş materiallarında olan: - Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Abşeron Ərazi İdarəsi tərəfindən 18 sentyabr 2007-ci il tarixdə verilmiş MH seriyalı ******* saylı, **********97 reyestr nömrəli, ********* qeydiyyat nömrəli çıxarışdan görünür ki, Abşeron rayonu, Hövsan, 70 nömrəli bağ sahəsi ünvanında yerləşən ümumi sahəsi 0.06 ha olan torpaq sahəsi X2 mülkiyyətində olmuşdur. - xx.xx.2023-cü il tarixli, AN-İ nömrəli “Daşınmaz əmlakın alğı-satqısı müqaviləsi”nin surətindən görünür ki, satıcı X1 rayonu, Hövsan, 70 nömrəli bağ sahəsi ünvanında yerləşən ümumi sahəsi 0,06 ha olan torpaq sahəsini alıcı İddiaçı 5.400 manata satmışdır. - AR İN yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 1 saylı Bakı Ərazi İdarəsi nin İddiaçı etibarnamə üzrə nümayəndəsi Nümayəndə ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, “70” saylı torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı ********** nömrəli, xx.xx.2023-cü il tarixli ərizəyə baxılmışdır. Müraciətlə əlaqədar olaraq bildirilmişdir ki, idarənin mütəxəssisləri tərəfindən keçirilən texniki baxış zamanı göstərilən torpaq sahəsinin digər şəxs tərəfindən hasara alınaraq istifadə oldunduğu müəyyən edilmişdir (torpaq sahəsi istifadənizdə deyil). Həmçinin elektron kadastr məlumatına əsasən şərti olaraq göstərilən ərazi digər fiziki şəxsin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.3-cü maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olubolmamasının müəyyən edilməsi yolu ilə aparılır. - AR Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ********** qeydiyyat nömrəli və xx.xx.2020-ci il qeydiyyat tarixli Çıxarışının surətindən görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, “Əkinçi” b/y-nın 86 saylı bağ sahəsində yerləşən 0,06 ha torpaq sahəsi tam mülkiyyət hüququ üzrə Cavabdeh məxsusdur. - xx.xx.2024-cü il tarixli Cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın surətindən görünür ki, vətəndaş Nümayəndə şikayət ərizəsi əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş və mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etməsi tövsiyə edilmişdir.
8. Məhkəmə işin faktiki halları ilə bağlı qeyd etmişdir ki, iddiaçı tərəf daşınmaz əmlakın alğı-satqısı müqaviləsi əsasında əldə etdiyi Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, “Əkinçi” bağ massivində yerləşən 0,06 ha ölçüsü olan 70 saylı bağ sahəsində cavabdehin qanunsuz (səhvən) məskunlaşdığını bildirir və bu səbəbdən hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Tələbinin əsası kimi daşınmaz əmlakın alğı-satqı müqaviləsinə və müvafiq icra hakimiyyəti orqanının ona ünvanlanan cavab məktubuna əsaslanır. Cavabdeh tərəf isə iddia tələbinə etiraz edərək bildirir ki, onun 86 saylı bağ s ahəsində yerləşən 0,06 ha torpaq sahəsinə dair mülkiyyət hüququ qanuni şəkildə dövlət qeydiyyatına alınmış və orada fərdi yaşayış evi tikmişdir və hazırda yaşayır. İddiaçının iddia etdiyi 70 saylı bağ sahəsinə aiddiyatı yoxdur.
9. Məhkəmə iddianın rədd edilməsi üzrə mövqeyinin onunla əsaslanırmışdır ki, işin araşdırılan hallarına görə İddiaçı Suraxanı rayonu, Hövsan, 70 nömrəli bağ sahəsi ünvanında yerləşən ümumi sahəsi 0,06 ha olan torpaq sahəsini daşınmaz əmlakın alğısatqısı müqaviləsi əsasında əldə etmişdir. Hazırki iddia tələbində iddiaçı həmin 70 saylı bağ sahəsində cavabdehin məskunlaşdığını, həmin ərazinin səhvən ona verildiyini, əslində cavabdehin adına qeydə alınan ərazinin ona məxsus olduğunu və cavabdehin ona məxsus ərazidə fərdi yaşayış evi tikdiyini bildirsə də, lakin iş mater iallarından görünür ki, Cavabdeh Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, “Əkinçi” b/y-nın 86 saylı bağ sahəsində yerləşən 0,06 ha torpaq sahəsi üzərində tam mülkiyyət hüququ dövlət qeydiyyatına alınmışdır. Bu mülkiyyət hüququnun əsassız və ya qanunsuz olmasına dəlalət edən heç bir faktiki və ya hüquqi hal yoxdur. Göründüyü kimi, cavabdehin mülkiyyətində olan torpaq sahəsi 70 saylı deyil, 86 saylı bağ sahəsində yerləşir. Yəni, iddiaçının irəli sürdüyü dəlillər öz təsdiqini tapmır.
10. Bundan başqa, iddiaçı tərəfin tələbində, eyni zamanda məhkəmədə verdiyi izahatlarında əsaslandığı AR İN yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli məktubunda cavabdeh tərəfindən həmin ər azinin zəbt edilməsinin qeyd edilməsi barədə dəlilinə münasibətdə məhkəmə qeyd etmişdir ki, iddiaçının bu dəlili öz təsdiqini tapmır. Belə ki, həmin cavab məktubunda imtinanın əsası o olmuşdur ki, iddiaçının qeyd etdiyi ərazinin onun istifadəsində olmadığı müəyyən edilmiş, həmçinin iddiaçı tərəfindən göstərilən ərazinin digər fiziki şəxsin adına, yəni cavabdehin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçdiyi bildirilmişdir. Göründüyü kimi, iddiaçının istinad etdiyi məktubla da, iddia tələbinin əsassız olması aydın olur.
11. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13 və 29-cu; “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyaya dair Protokolun 1-ci; Azərbaycan Respublikası Mülki Məcəlləsinin 140, 152.1, 157.2, 180.1-ci; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 217.3 və 217.4cü maddələrinə istinadla əsaslandırmışdır. b)Apellyasiya instansiyası məhkəmələrindəki icraat
12. İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
13. Apellyasiya şikayəti iddia ərizəsi ilə eyni məzmunda olmaqla əlavə olaraq qeyd olunmuşdur ki, birinci instansiya məhkəməsinin hazırlıq iclasında torpaqşünaslıq sahəsində mütəxəssislərin dəvət olunması ilə yerli baxış keçiriləciyi barədə qərar versə də, yerli baxış keçirmədən ikinci məhkəmə iclasında iş üzrə mahiyyəti üzrə qətnamə qəbul edərək iddia tələbini təmin etməməsi qanunsuzdur. Belə ki, mübahisəli torpaq sahəsinin zəbt edilib-edilməməsini torpaqşünaslıq sahəsind ə xüsusi biliyə malik olan mütəxəssislər müəyyən edə bilərlər. Birinci instansiya məhkəməsinə iddianın əsaslarını təsdiq edən sübutlar- alğı-satqı müqaviləsi, torpaq sahəsininin ilkin mülkiyyətçisinin adına olan çıxarışı, torpaq sahəsinin plan və ölçüsünü, bağçılıq təsərrüfatının tərtib etdiyi və ayrılmış torpaq sahələrinin nömrələri və yerləşdiyi yerləri barədə sxemi, Suraxanı rayon Polis İdarəsinin qərarını təqdim etməyinə baxmayaraq, nədənsə həmin torpaq sahəsinin ona məxsus olmasını təsdiq edən sübutları təqdim edə bilmədiyi nəticəsinə gəlmişdir. Birinci instansiya məhkəməsinin mübahisəli torpaq sahəsinin iddiaçıya məxsus olmamasını təsdiq edən sübutları mötəbər subut kimi tanımaması anlaşılmazdır.
14. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-5832/2024 nömrəli iş üzrə 6 noyabr 2024-cü il tarixli qətnaməsi ilə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 11 iyul 2024-cü il tarixli, 2(010)-2932/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (hakimlər Xəyal Sarıyev (sədrlik edən və məruzəçi), Günay Axundova və Fərrux Qasımov).
15. Apellyasiya instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçının iddia etdiyin əksinə cavabdehin mübahisələndirilən torpaq sahəsi üzərində mülkiyyət hüququ qanuni əsaslarla mövcud olmaqla, daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq ona çıxarış verilmiş, bu hüququn əsassız və ya qanunsuz olmasına dəlalət edən heç bir faktiki və ya hüquqi halın mövcudluğu müəyyən edilməmişdir.
16. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası iddia tələbinin əsassızlığı ilə b ağlı birinci instayansiya məhkəməsinin gəldiyi nəticəni qanuni və əsaslı hesab etmişdir.
17. Beləliklə, apellyasiya instansiya məhkəməsi hesab etmişdir ki, apellyatorun dəlilləri əsassızdır, mübahisəli torpaq sahəsi cavabdehin mülkiyyət hüquqları rəsmi reyestrdə qeydə alınmaqla, onun tərəfindən cavabdehin mülkiyyət hüquqlarının qeydə alındığı torpaq sahəsi ilə bağlı aparılmış qeydiyyat və onun əsasında duran sənədlər (mülki-hüquqi əqd və ya inzibati akt) mübahisəndirilməmişdir.
18. Apelyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikasının Konstitusiyasının 13, 29-cu, Mülki Məcəllənin 5.3, 140, 152.1, 157.2, 180.1-ci və Mülki Prosessual Məcəllənin 14.1, 77.1, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şik ayətinin dəlilləri
19. İddiaçı (Vəkil3) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsini ləğv edilməsi və işi yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilməsini xahiş etmişdir.
20. Kassasiya şikayətini belə əsaslandırmışdır ki, mübahisəli torpaq sahəsinin yerləşdiyi yerin həmçinin digər torpaq sahəsi ilə üst-üstə düşübdüşməməsini müəyyən etmək üçün torpaqşünaslıq sahəsində xüsusı biliyə malik olan mütəxəssisləri dəvət etməklə yerli müayinə təyin edilməsini və ekspertiza keçirilməsi vəsatətimizə və cavabdeh tərəfin bu ekspertizanın keçirilməsınə razılıq verməsinə baxmayaraq Apellyasiya instansiya məhkəməsinin bundan imtina etməsi iş üzrə qeyri-obyektiv qərar qəbul edilməsinə səbəb olmuşdur. Belə ki, nə məhkəmə, nə iddaiçı, nə də ki, cavabdeh torpaqşün aslıq sahəsi üzrə xüsusi biliyə malik olan mütəxəssis olmamışlar və mütəxəssis rəyi olmadan iş üzrə obyektiv nəticəyə gəlmək qeyri-mümkündür. Odur ki, hazırki iş üzrə mütəxəssislərin iştirakı ilə yerlı müayinənin keçirilməsi zərurudir. Belə ki, hesab edir ki, Cavabdeh ona məxsus torpaq sahəsini qanunsuz zəbt edərək orada fərdi yaşayış binası inşa etdirməsi onun əmlak hüquqlarını pozmuş və alğı-satqı müqaviləsi əsasında aldığı torpaq sahəsinə mülkiyyət hüquqularının qeydiyyatına maneçilik yaratmışdır
21. Kassator öz mövqeyini Mülki Məcəllənin 146.1, 157.2, 158.1.2, 158.4, 181.4-cü və Mülki Prosessual Məcəllənin 97, 202-ci maddələri ilə əsaslandırmışdır. b)Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
22. Kassasiya şikayətinə dair qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası
23. Maddə
13. Mülkiyyət İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.
24. Maddə
29. Mülkiyyət hüququ. İ. Hər kəsin mülkiyyət hüququ vardır. III. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. IV. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsi
25. Maddə 5.3. Mülki hüquq münasibətlərinin subye ktləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar.
26. Maddə 140.Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir.
27. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
28. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Resp ublikasının Mülki Prosessual Məcəlləsi
29. Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
30. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
31. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilir.
32. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
33. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxı r və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
34. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
35. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.
36. Maddə 417.1.2. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadına dəyişiklik edə bilər.
37. Maddə 417.1.3. Kassasiya məhkəməsi işə baxarkən apellyasiy a instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər.
38. Maddə 417.1.4. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər. Kassasiya baxışının hədləri
31. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə o lunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
38. Kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsi tam mübahisələndirildiyi üçün məhkəmə kollegiyası qətnaməni tam yoxlayır.
39. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən hazırki şikayətə yazılı icraat qaydasında baxılmasını qərara almışdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
39. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
40. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla formal əsaslar kimi qiymətləndirilməklə yanaşı iş materialları ilə təsdiq edilmir. Həmin dəlillər əsassız olduğundan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz.
41. İddiaçının kassasiya şikayətinin işin faktiki hallarının düzgün müəyyən edilməməsinə, bütün faktiki halların aydınlaşdırılmamasına dair dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaş mış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
42. Beləliklə də, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, MPM-in 14, 77, 88, 217, 218, 372.1, 372.7-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuş, iddianın rədd edilməsi barədə nəticələri mahiyyəti üzrə düzgündür, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğvinə əsas vermir.
43. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir.
44. Yuxarıda g östərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-5832/2024 nömrəli 6 noyabr 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.