Məhkəmə qərarları › İş №2(102)-7570/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-7570/2019

04.12.2019 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-7570/2019 04.12.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xələfov İlqar Rəhim oğlu, Allahverdiyev Qəhrəman Əli oğlu və X3 ibarət tərkibdə, Məhərrəmova Çinarə Ədalət qızının katibliyi ilə, Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 24 iyul 2019-cu il tarixli 2(107)2128/2019 saylı qətnaməsindən iddiaçılar tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq Müəyyən etdi: Balakən rayon məhkəməsinin 10 sentyabr 2018-ci il tarixli qətnaməsi ilə(hakim H.Q.Səlimov, iş № 2(019)-1011/2018) iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdehlər Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 8 saylı Zaqatala Ərazi İdarəsinə və qeyrilərinə qarşı Balakən rayon Notariat Kontoru tərəfindən verilmiş 20 avqust 2016-cı il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin, 20 avqust 2016-cı il tarixli vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin və Reyestr Xidməti tərəfindən verilmiş Çıxarışların etibarsız hesab edilməsi, miras əmlaka vərəsəlik hüququnun tanınması və həmin əmlakın bölüşdürülməsi tələbinə dair iddiası rədd edilmişdir. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 06 dekabr 2018-ci il tarixli qətnaməsi ilə(hakimlər: M.A.Əsədli, Ə.T.Məcidov və İ.F.Quliyev, iş № 2(107)-2867/2018) iddiaçıların apellyasiya şikayəti təmin edilərək, Balakən rayon məhkəməsinin 10 sentyabr 2018-ci il tarixli qətnaməsi ləğv edilmiş, iddia tələbinin təmin edilməsinə dair qətnamə qəbul edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 25 aprel 2019-cu il tarixli qərarı ilə(hakimlər: Ə.A.Mirzəliyev, T.A.Qoldman və G.A.Quliyev, iş № 2(102)2878/19) cavabdeh Balakən rayon notariat kontorunun notariusu X2 və üçüncü şəxs Şabanov Abid Əziz oğlunun kassasiya şikayətləri təmin edilərək Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 06 dekabr 2018-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş yeni apellyasiya baxışına göndərilmişdir. İşə təkrar apellyasiya qaydasında baxan Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 24 iyul 2019-cu il tarixli qətnaməsi ilə(hakimlər: A.A.Mahmudov, E.Ş.Hüseynov və V.İ.Məlikov) iddiaçıların apellyasiya şikayəti təmin edilməmiş, Balakən rayon məhkəməsinin 10 sentyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxl anılmışdır. İşin halları: Balakən rayonunun Hənifə kəndində yerləşən1,97 hektar ölçüdə torpaq sahəsi ümumi birgə mülkiyyət hüququ əsasında Şabanov Əziz Səməd oğlu və onun ailə üzvlərinə, həmin kənddə yerləşən 0,1499 hektar ölçüdə torpaq sahəsi ümumi birgə mülkiyyət hüququ əsasında ona və ailə üzvlərinə, orada olan 47,30 kv.metr ölçüdə fərdi yaşayış evi isə tam olaraq Şabanov Əziz Səməd oğluna məxsus olmuşdur. 15 oktyabr 2001-ci il tarixdə Şabanov Əziz Səməd oğlu vəfat etdiyi günə ona məxsus olan əmlakı oğlu Şabanov Abid Əziz oğluna və dörd qızına vəsiyyət etmişdir. 24 dekabr 2011-ci il tarixdə Şabanov Əziz Səməd oğlu vəfat etmişdir. 20 avqust 2016-cı il tarixdə Cavabdeh2 tərəfindən miras qoyanın vəsiyyəti üzrə vərəsələri Şabanov Abid Əziz oğlu və İddiaçı1 adlarına bərabər hissədə pay alm aq hüququnu verən vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. 20 avqust 2016-cı il tarixdə həmin notariat kontoru tərəfindən Şabanov Əziz Səməd oğlunun 10 iyul 1998-ci il tarixdə vəfat etmiş həyat yoldaşı X1 vərəsələri İddiaçı1 və X6 bərabər hissələrdə pay almaq hüququ verən qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Həmin şəhadətnamələrə əsasən Abid Şabanova və İddiaçı1 miras əmlakdan aldıqları paya dair mülkiyyət hüquqları dövlət qeydiyyatına alınmış və adlarına Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarış verilmişdir. İş üzrə iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 20 avqust 2016-cı il tarixli hər iki şəhadətnamənin və onların əsasında verilmiş Dövlət Reyestrindən Çıxarışların etibarsız hesab edilməsinə dair qətnamə qəbul edilməsini xahiş et mişlər. İddia tələbi üzrə yuxarıda göstərilən məhkəmə qətnamələri qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri: İş üzrə iddiaçılar kassasiya şikayəti verərək notariat orqanı tərəfindən vərəsəliyə çağırılmamaqla vərəsə kimi hüquqlarının pozulmasını, məhkəmə kollegiyasının iddia tələbinin rədd olunmasına dair gəldiyi nəticənin işin həqiqi hallarına uyğun olmamasını, qətnamənin sübutlara düzgün qiymət verilmədən, maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmasını əsas göstərməklə ləğv edilməsini və iddia tələbinin təmin olunmasına dair qərar qəbul edilməsini xahiş etmişlər. Kassasiya kollegiyasının iclasında iddiaçılar və onların vəkili kassasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişlər. İşin baxılma vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada mə lumatlandırılmalarına baxmayaraq cavabdehlər və üçüncü şəxslər məhkəmə kollegiyasının iclasına gəlməmiş, lakin kollegiya işə onların iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Hüquqi məsələlər: Kollegiya sədrlik edənin məruzəsini dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, iş materiallarını araşdırdıqdan sonra hesab edir ki, kassasiya şikayəti təmin olunmamalı, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə görə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. İş materiallarından görünür ki, etibarsız hesab edilməsi tələb olunan vəsiyyətnamə və qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr 20 avqust 2016-cı il tarixdə v erilmiş və hazırkı iddia tələbi isə məhkəməyə 2018-ci ilin iyun ayında – təxminən 1 il 10 aydan sonra verilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354-cü maddəsinə görə əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. (354.1.) Bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. İddiaçılar tərəfindən əqdin etibarsız sayılması üçün qanunda müəyyən olunmuş 1 illik müddət ötürüldüyündən apellyasiya instansiyası məhkəməsi iddianın rədd olunmasını qanuni saymışdır. Göstərilənlərlə əlaqədar kollegiya apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, qətnamə işdə olan sübutlara və qanunun tələblərinə uyğun əsaslandırılmaqla çıxarıldğından kassasiya şikayətinin təmin edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası MPM-nin 418.1-ci maddəsinə görə maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Kollegiya hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən qətnamənin ləğv edilməsi üçün əsas verən maddi və prosessual hüquq normalarının pozulmasın a yol verilməmişdir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq kollegiya QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hazırkı iş üzrə olan 24 iyul 2019cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar