Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-758/2021 23.02.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı: İddiaçı2 MMC-nin Cavabdeh2 qarşı iş üzrə QƏRARİ iş № 2(102)-758/21 (Açar sözlər: lizinq müqaviləsinin ləğv edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu (sədrlik edən və məruzəçi), Dəmirov İlqar Kamal oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, Əzimova Səbinə Yaşar qızının katibliyi, Cavabdeh: Cavabdeh2 vəkili X1 iştirakları ilə, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli, 2(105)-656/2020 saylı qətnaməsindən Cavabdeh2 kasasiya şikayəti üzrə işə xx xxxxxx 2021-ci il tarixdə Ali Məhk əmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İşin hallarına görə, iddiaçı məhkəmədə cavabdehə qarşı iddia qaldıraraq, sonuncu ilə aralarında bağlanmış xx xxxxx 2016-cı il tarixli lizinq müqaviləsinin ləğv edilməsi, cavabdehdən həmin müqavilə üzrə lizinq obyektindən müvəqqəti sahiblik və istifadə etdiyi üçün xx xxxxxx 2018-ci il tarixə olan əsas borca görə 4.904,56 manat, hesablanmış mükafata görə 2.553,67 manat, həmin günə hesablanmış dəbbə puluna görə 5.037,03 manat, avtomobilə dəymiş maddi zərərə görə 3.409 manat, cəmi 15.904,26 manat pulun tutulub ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş edib. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat Zəngilan Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli qət naməsi ilə (sədrlik edən, hakim G.K.İmanova) iddia qismən təmin edilərək, tərəflər arasında bağlanmış xx xxxxx 2016-cı il tarixli lizinq müqaviləsinin ləğv edilməsi, cavabdehdən əsas borca görə 3.356,10 manat, hesablanmış mükafata görə 2.060,97 manat, dəbbə puluna görə 922,41 manat, avtomobilə dəymiş maddi zərərə görə 2.877 manat olmaqla, cəmi 9.216,48 manat pulun tutulub iddiaçıya ödənilməsi və lizinq obyekti olan “Samand Soren” markalı, ** AK *** dövlət qeydiyyat nişanlı avtomobilin iddiaçının mülkiyyətinə qaytarılması və qalan hissədə iddianın rədd olunması qət edilib. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni belə əsaslandırıb ki, tərəflər arasında lizinq müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranıb. Həmin müqavilə üzrə cavabdeh iddiaçının hesabına heç bir ödəniş etməyib və bununla da lizinq müqaviləsinin şərtlərini pozaraq ardıcıl olaraq iki dəfədən artıq müddətdə ödəniş etmədiyi üçün iddiaçının lizinq müqaviləsinin ləğv edilməsini və lizinq obyektinin mübahisəsiz geri qaytarılmasını etmək hüququ əmələ gəlib. Eyni zamanda cavabdehin iddiaçıya xx xxxxxx 2017-ci il tarixə ödənilməmiş 3.356,10 manat əsas, 2.060,97 manat mükafat, 922,41 manat dəbbə pulu olmaqla, cəmi 6.339,48 manat borcu var. İşin bu halları ekspert rəyi ilə də təsdiq olunur. Eyni zamanda iddiaçı avtomobilə dəymiş maddi zərəri cavabdehdən tələb etməkdə haqlıdır. Ekspertin rəyinə görə avtomobilin təmir, bərpa xərci ehtiyat hissələrinin köhnəlmə faizi tətbiq edilməklə təxminən 2.877 manat təşkil edir. Ona görə də iddia qismən təmin edilməlidir. Birinci instansiya məhkəməsi hüquqi mövqey ini Mülki Məcəllənin 442, 747.1, 7487.1-ci maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. Cavabdeh apelyasiya şikayəti verərək qətnamənin ləğv edilib, iş üzrə yeni qətnamə qəbul edilməsini xahiş edib. Apelyasiya instansiyası məhkəməsində icraat Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər T.O.Quliyev sədrlik edən və məruzəçi, G.F.Tağızadə və E.G.Rəhimov) iş üzrə Zəngilan rayon məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsinə cavabdehdən dəbbə puluna görə 922,41 manat pulun tutulması hissəsində dəyişiklik edilərək, dəbbə pulunun 122,41 manat məbləğində müəyyən edilməsi və qalan hissədə qətnamənin dəyişdirilmədən, cavabdehin apelyasiya şikayətinin təmin edilmədən saxlanılması qət edil ib. Apelyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni belə əsaslandırıb ki, iddianı lizinq müqaviləsinin ləğv edilməsi, lizinq obyektinin geri qaytarılması, əsas borcun, mükafatın tutulması hissələrində təmin etməklə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlib, maddi və prosessual hüquq normalarının tələblərini həmin hissəyə düzgün tətbiq edib. Lakin birinci instansiya məhkəməsi cavabdehdən iddiaçının xeyrinə tutulacaq 922,41 manat dəbbə pulunun məbləğinin tənasübsüz surətdə yüksək olmasını nəzərə almayıb və bununla da Mülki Məcəllənin 462.1, 467-ci maddələrinin tələblərini pozub. Ona görə də birinci instansiya məhkəməsinin qətnaməsinə dəbbə pulunun tutulması hissəsində dəyişiklik edilərək, həmin məbləğ 122,41 manat müəyyən edilməli, qalan hissədə qətnamə dəyişdirilmədən, cavabdehi n apelyasiya şikayəti təmin edilmədən saxlanılmalıdır. Apelyasiya instansiyası məhkəməsi hüquqi mövqeyini Mülki Məcəllənin 386.1, 442, 748-7.1-ci maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. Kasasiya instansiyası məhkəməsində icraat Kasasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kasasiya şikayətinin dəlilləri Cavabdeh kasasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, mülki işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş edib. Kasasiya şikayəti belə əsaslandırılıb ki, apelyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozaraq, iş üzrə düzgün olmayan qətnamə qəbul edib. Kasasiya şikayətinə qarşı etirazın dəlilləri Kasasiya şikayətinə dair etiraz ərizəsi daxil olmayıb. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında Cavabdeh2 vəkili Nizami Salmanov kasasiya şikayətində göstərilənlərə uyğun olaraq izahat verdi. İddiaçı2 MMC və Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsələr də üzrsüz səbəblərdən məhkəmə iclasına gəlmədikləri üçün kasasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi: Mülki Məcəllənin 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ g əlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 747.1-ci maddəsində göstərilir ki, lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Liziq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. Həmin Məcəllənin 748-1.8-ci maddəsinə görə, lizinq müqaviləsinə xitam verildikdən sonra lizinq alan lizinq obyektini normal köhnəlmə (amortizasiya) və ya lizinq müqaviləsi ilə şərtlənən köhnəlmə nəzərə alınmaqla, lizinq verənə ondan aldığı vəziyyətdə (halda) qaytarmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Kasasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istina d etməyə yol verilmədiyi üçün kasasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir (MPM-nin 407.2-ci maddəsi). Kasasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (MPM-nin 416-cı maddəsi). Kasasiya baxışının hədləri Kasasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək mülki iş materiallarında olan birinci və apelyasiya instansiyası məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə edilmiş və araşdırılmış və (və ya) müəyyən edilmiş s übutlara və hüquqi faktlara istinad etməsi kasasiya instansiyası məhkəməsinin işin faktiki hallarını araşdırması kimi qiymətləndirilməməlidir. Cavabdeh kasasiya şikayətində apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş etdiyindən, kasasiya şikayətində və ona etirazda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünən olsa da qətnamənin əsaslılığı kasasiya şikayətinin dəlilləri hüdudlarında tam yoxlanılmalıdır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi Kasasiya instansiyası məhkəməsi tərəflər arasında bağlanmış lizinq müqaviləsinin ləğv edilməsi və lizinq obyekti olan avtomobilin iddiaçının mülkiyyətinə qaytarılması hissələrində apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, həmin hissələrdə birinci instansiya məhkəməs inin qətnaməsini dəyişdirilmədən saxlamaqla apelyasiya instansiyası məhkəməsi düzgün nəticəyə gəlib, maddi və prosessual hüquq normalarının tələblərini həmin hissələrə düzgün tətbiq edib. Ona görə də qeyd olunan hissələrdə apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Kasasiya instansiyası məhkəməsi eyni zamanda əsas borcun, mükafatın, dəbbə pulunun və avtomobilə dəymiş maddi zərərin əvəzinin ödənilməsi hissələrində apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşmır və hesab edir ki, apelyasiya instansiyası məhkəməsi həmin hissələrdə işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozaraq, iş üzrə əhəmiyyətli olan halları tam, hərtərəfli və obyektiv araşdırmayıb. Belə ki, işin mübahisə olunmayan hallar ına görə, xx xxxxx 2016-cı il tarixli lizinq müqaviləsinə əsasən iddiaçı mülkiyyətində olan “Samand Soren” markalı, ** AK *** dövlət qeydiyyat nişanlı avtomobili cavabdehə lizinqə verməyi, sonuncu isə 40 ay müddətində, illik 17 faiz, hər ay sabit pul məbləğində 355,14 manat olmaqla, ümumilikdə 14.205,56 manat pul vəsaitini iddiaçıya ödəməyi öhdələrinə götürmüşlər. Hazırda iddiaçı cavabdehin lizinq müqaviləsi üzrə öhdəliklərini pozduğunu, həmin müqavilə üzrə heç bir ödəniş etmədiyini, sözügedən avtomobili istifadəyə yararsız vəziyyətdə yol polisinin müvəqqəti duracağında saxladığını, avtomobilin xx xxxxxx 2018-ci il tarixdə geri qaytarıldığını göstərib, lizinq müqaviləsinin ləğv edilməsini, həmin müqaviləyə əsasən, avtomobildən müvəqqəti sahiblik, istifadə etdiyi üçün cavabdehdən xx xxxxx x 2018-ci il tarixə olan əsas borca görə 4.904,56 manat, hesablanmış mükafata görə 2.553,67 manat, dəbbə puluna görə 5.037,03 manat, avtomobilə dəymiş maddi zərərə görə 3.409 manat olmaqla, ümumilikdə 15.904,26 manat pulun tutulub ona ödənilməsini iddia edir. Cavabdeh isə avtomobilə dair lizinq müqaviləsi bağlandıqdan üç ay sonra, yəni xx xxxx 2016-cı il tarixdə yol-nəqliyyat hadisəsinin baş verdiyini, avtomobilin yararsız vəziyyətdə yol polisinin müvəqqəti duracağında saxlanıldığını, bu barədə iddiaçı təşkilatın rəhbərliyinə məlumat verdiyini, avtomobili təmir edib lizinq ödənişini ödəmək niyyətində olduğunu bildirsə də avtomobilin ona geri qaytarılmadığını, avtomobilin yeri məlum olduğu halda iddiaçının bilərəkdən onu götürmədiyini, yalnız bir ildən sonra hazırki iddia ilə məhkəməyə müra ciət etdiyini, liziniq ödənişini ödəməkdən heç vaxt boyun qaçırmadığını, avtomobili taksi fəaliyyəti ilə məşğul olmaq üçün aldığını, lakin avtomobil yararsız vəziyyətdə düşdüyündən taksi fəaliyyəti ilə məşğul ola və bu səbəbdən də lizinq ödənişini ödəyə bilmədiyini, iddiaçının ondan yalnız 2016-cı ilin iyul ayınadək olan 1.065,45 manat borcu tələb etməli olduğunu, lizinq müqaviləsi üzrə 2.060,97 manat mükafatın, 944 manat dəbbə pulunun düzgün müəyyən edilmədiyini göstərib iddiaya etiraz edir. Əvvəla, tərəflər arasında bağlanmış lizinq müqaviləsinin 12.1-ci bəndinə əsasən, tərəflər razılaşmışlar ki, lizinq obyektinin sığortalanması könüllülük əsasında həyata keçirilir. Belə ki, lizinq alan öz vəsaiti hesabına lizinq obyekti ona verildikdən sonra könüllü şəkildə həmin obyekti- zədələnmə, kor lanma, məhv olma, talan edilmə və oğurlanma risklərindən sığortalaya bilər. Həmin Müqavilənin 11.3-cü bəndində göstərilir ki, lizinq obyekti sığortalanmamışdırsa, lizinq obyekti olan avtomobil zədələndikdə, tam məhv olma halı istisna olmaqla, lizinq obyekti dəymiş zərərin 800 manat məbləği lizinq alan tərəfindən ödənilməklə, lizinq verən tərəfindən bərpa edilir. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanunun 50.1-ci maddəsinə görə, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası- mexaniki avtonəqliyyat vasitələrinin Azərbaycan Respublikasının ərazisində istifadəsi nəticəsində fiziki şəxslərin sağlamlığına, həmçinin fiziki və hüquqi şəxslərin əmlakına vurulmuş zərərin əvəzinin ödənilməsi məqsədi ilə tətbiq edilir. Həmin Qanunun 50.2.1.1-ci maddəsində göstərilir ki, minik avtomobilləri və onların bazasında istehsal edilmiş digər avtonəqliyyat vasitələrinin istifadəsi ilə bağlı üçüncü şəxslər qarşısında mülki məsuliyyətin sığortası icbaridir. Eyni zamanda, Azərbaycan Respublikası İXM-nin 469.3-cü maddəsinə görə, “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanunu ilə mülki məsuliyyəti icbari qaydada sığorta etdirmək vəzifəsi müəyyən edilmiş avtonəqliyyat vasitəsi sahibləri tərəfindən sığortaçı ilə icbari sığorta müqaviləsinin bağlanmamasına görə- fiziki şəxslər...əlli manat məbləğində cərimə edilir. Göründüyü kimi minik avtomobillərinin istifadəsi ilə bağlı üçüncü şəxslər qarşısında mülki məsuliyyətin sığortası icbaridir və sığortaçı ilə icbari sığorta müqaviləsinin bağlanmamasına görə fiziki şəxslər inzibati məsuliyyət daşıyı rlar. Tərəflər arasında bağlanmış lizinq müqaviləsinə görə, avtomobil sığortalanmadığı halda zədələndikdə, ona dəymiş zərərin yalnız 800 manat hissəsi lizinq alandan tutula bilər, avtomobilə dəymiş digər zərər isə lizinq verən tərəfindən bərpa edilməlidir. Apelyasiya instansiyası məhkəməsi ümumiyyətlə işin bu hallarına, habelə tərəflər arasında bağlanmış lizinq müqaviləsinin şərtlərinə diqqət yetirməyib. Belə ki, sözügedən nəqliyyat vasitəsinin zədələnmə, korlanma, məhv edilmə və sair risklərdən sığortalanıbsığortalanmamasını, avtomobilə dəymiş zərərə görə iddiaçıya sığorta ödənişinin verilibverilməməsini aydınlaşdırmadan, zərurət yarandığı halda avtomobilin sığorta edilməsinə dair sənədləri məhkəməyə təqdim etməyi tərəflərə təklif etmədən və ya həmin sənədləri aidiyyəti orqanlardan tələb edib onlara baxış keçirmədən və qanunvericiliyə görə, sığortalının təqsirinin dərəcəsindən asılı olmayaraq, sığortaçının hər bir halda üçüncü şəxsin əmlakına dəyən zərərin əvəzini ödəməyə borclu olmasını nəzərə almadan, yalnız Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxx 2018-ci il və xx xxx 2019-cu il tarixli ekspert rəylərini əsas tutaraq, cavabdehdən iddiaçının xeyrinə xx xxxxxx 2017-ci il tarixə olan əsas borca görə 3.356,10 manat, mükafata görə 2.060,97 manat pul tutmuş və avtomobilə dəymiş maddi zərərin məbləğini isə 2.877,manat müəyyən etmişdir. Halbuki, işdən görünür ki, maddi zərərin məbləği avtomobilə baxış keçirmədən “Avtoservis” Mərkəzinin xx xxxxxx 2017-ci il tarixli qüsur aktına əsasən, cavabdehdən iddiaçının xeyrinə tutulacaq əsas və mükafat borcunun məbləği isə xx xxxxxx 2017 -ci il tarixədək müəyyən edilib. Digər tərəfdən, işə əlavə edilmiş Nərimanov rayon Polis İdarəsinin “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” xx xxxx 2016-cı il tarixli Qərarından görünür ki, xx xxxx 2016-cı il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsindən sonra sözügedən avtomobil yararsız vəziyyətdə yol polisinin müvəqqəti duracağında saxlanılmışdır. Göründüyü kimi sözügedən avtomobilin xx xxxxxx 2017-ci il tarixədək cavabdehin sahibliyində, istifadəsində olması mülki iş materialları ilə istisna olunur və həmin avtomobil xx xxxx 2016-cı il tarixdən yararsız vəziyyətdə yol polisinin müvəqqəti duracağında olmuşdur. Eyni zamanda avtomobilə ilkin texniki baxış keçirilərkən ümumiyyətlə cavabdehin iştirakı təmin edilməmiş və həmin qüsur aktı onun tərəfindən imzalanmamışdır. Apelyas iya instansiyası məhkəməsi qeyd olanan hallara əhəmiyyət vermədən, sözügedən qüsur aktının xüsusi bilik tələb edən hər hansı suallara aydınlıq gətirməməsinə diqqət yetirmədən, həmin qüsur aktının yazılı sübut kimi Azərbaycan Respublikası MPMnin 76.1, 76.2, 97.1-ci maddələrinin tələblərinə cavab verməməsini nəzərə almadan, habelə zərurət yarandığı halda avtomobilə dəymiş real zərərin məbləğini müəyyən etmək üçün avtomobilə bilavasitə baxış keçirilməsini təmin etməklə əsaslandırılmış rəy verilməsini təmin etməmişdir. Sadalanan prosessual normaların mənasına görə, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əl də etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Ekspertiza mülki iş üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə elm, texnika, incəsənət və ya digər peşə (sənət) sahələri üzrə, habelə müvafiq tədqiqatın metodikası üzrə xüsusi biliyə ehtiyac yarandıqda təyin edilə bilər. Göründüyü kimi mülki prosessual qanunvericilikdə ekspertizanın keçirilməli olduğu xüsusi bilik sahələrinin dəqiq siyahısı göstərilməsə də, formalaşmış məhkəmə təcrübəsi nəticəsində belə qənaətə gəlmək olar ki, hüquqi biliklər və hamı üçün aşkar olan ümumi məsələlər istisna olmaqla, xüsusi bilik tələb oluna n istənilən sualların aydınlaşdırılması üçün iş üzrə ekspertiza təyin edilə bilər. Eyni zamanda, nəzərə almaq lazımdır ki, ayrı-ayrı hallarda ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksək olsa da, bu hal da ekspert rəyinin “xüsusi”, “müstəsna” sübut kimi qiymətləndirilməsi üçün əsas ola bilməz və ekspertin rəyi də məhkəmə iclasında tədqiq olunmalı və digər sübutlarla yanaşı qiymətləndirilməlidir (MPM-nin 103.1 və 205.1-ci maddələri). Apelyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni sözügedən ekspert rəyləri ilə əsaslandırmağa çalışsa da, həmin rəyləri iş üzrə toplanmış digər sübutlarla, o cümlədən cavabdehin izahatı, iddiaya etirazı, apelyasiya şikayətinin dəlilləri ilə yanaşı yoxlayıb qiymətləndirməmişdir. Halbuki, Azərbaycan Respublikası MPM-nin 88, 106.1-ci maddələrinin tələblərinə görə, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Hər bir halda məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq hüquqi qiymət verməlidir. Azərbaycan Respublikası MPM-nin 418.1-ci maddəsinə əsasən, maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apelyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadının ləğv edilməsi üçün əsasdır. Kasasiya instansiyası məhkəməsi işin yuxarıda müəyyən edilmiş faktiki hallarını və sadalanan maddi, prosessual hüquq normalarının tələblərini nəzərə alıb, kasasiya şikayətində göstərilən digər dəlilləri də müzakirə edib hesab edir ki, kasasiya şikayəti qismən təmin edilməli, iş üzrə apelyasiya instansiyası məhkəməsinin qətnaməsi qisməncavabdehdən iddiaçının xeyrinə əsas, borcun, mükafatın, dəbbə pulunun və avtomobilə dəymiş maddi zərərin əvəzinin tutulması hissələrində ləğv edilməli, mülki iş həmin hissələrdə yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə qaytarılmalı və işə həmin hissələrdə yenidən apelyasiya qaydasında baxılarkən sadalanan nöqsanlar aradan qaldırılmaqla yanaşı, işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirlər görülməli və araşdırılan sübutlara Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbləri baxımından düzgün hüquqi qiymət verilməli və qalan hissədə qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kasasiya instansiyası məhkəməsi Qərara aldı: Cavabdeh2 kasasiya şikayəti qismən təmin edilsin. İş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli, 2(105)-656/2020 saylı qətnaməsi qismən- Cavabdeh2 İddiaçı2 MMC-nin xeyrinə əsas borca görə 3.356,10 manat, mükafata görə 2.060,97 manat, dəbbə puluna görə 122,41 manat və avtomobilə dəymiş maddi zərərə görə 2.877 manat pulun tutulması hissələrində ləğv edilsin, mülki həmin hissələrdə yenidən baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə qaytarılsın və qalan hissələrdə qətnamə kasasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi and
Məhkəmə qərarları › İş №2(102)-758/2021
Ali Məhkəmə Qərar — İş №2(102)-758/2021
23.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver