Məhkəmə qərarları › İş №2(102)-7607/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-7607/2019

11.12.2019 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-7607/2019 11.12.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (sədrlik edən və məruzəçi - hakim), Əsgərov Qürbət Ağa oğlu və Hacıyev Sənan Firudin oğlundan ibarət tərkibdə, X1 oğlunun katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və 3 saylı Bakı “ASAN” Xidmət Mərkəzində notariat kontoruna qarşı “bağışlama müqaviləsinin və alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və reyestr çıxarışının ləğv edilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 27 iyun 2019-cu il tarixli 2(103)-6822/2019 nömrəli qətnaməsindən cavabd ehlər Cavabdeh1, Cavabdeh2 və onların vəkili Vəkil tərəfindən verilmiş kassasiya şikayətinə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və 3 saylı Bakı «ASAN» xidmət mərkəzində notariat kontoruna qarşı “bağışlama müqaviləsinin və alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və reyestr çıxarışının ləğv edilməsi” iddia ərizəsi ilə Bakı şəhəri Səbail Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh2 mülkiyyətində olmuş ünvan X ünvanında yerləşən qeyri-yaşayış sahəsinin 19 mart 2018-ci il tarixdə 3 saylı Bakı “ASAN” xidmət mərkəzində notariat kontoru tərəfindən təsdiq edilmiş 4Ə-456 nömrəli bağışlama müqaviləsini etibarsız hesab etməklə onun nəticəsində Cavabdeh2 adına Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Bakı şəhər Ərazi İdar əsi tərəfindən verilmiş çıxarışın ləğv edilməsi, mülkiyyətində olmuş ünvan X ünvanında yerləşən 5 otaqlı mənzilin 29 mart 2018-ci il tarixdə 3 saylı Bakı “ASAN” xidmət mərkəzində notariat kontoru tərəfindən təsdiq edilmiş 4Ə-487 nömrəli bağışlama müqaviləsini etibarsız hesab etməklə onun nəticəsində Cavabdeh1 adına Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş çıxarışın ləğv edilməsi, ünvan X ünvanında yerləşən 5 otaqlı mənzilin 07 aprel 2018-ci il tarixdə 3 saylı Bakı “ASAN” xidmət mərkəzində notariat kontoru tərəfindən təsdiq edilmiş 4Ə-556 nömrəli bağışlama müqaviləsini etibarsız hesab etməklə onun nəticəsində Cavabdeh2 adına Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xi dməti Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş çıxarışın ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin (hakim Şahin Abdullayev) 21 iyun 2018-ci il tarixli 2(009)-2040/2018 saylı qətnaməsi ilə iddia təmin edilməmişdir. Qeyd olunan qətnamədən narazı qalan İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin (hakimlər Raqib Qurbanov - sədrlik edən və məruzəçi, Etibar Nəbiyev və Azad İmanov) 2(103)-9842/2018 saylı 25 sentyabr 2018-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlamışdır. Qeyd olunan qətnamədən narazı qalan İddiaçı və onun vəkili Hümbətov Camal Əli oğ lu kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-9842/2018 saylı 25 sentyabr 2018-ci il tarixli qətnaməsinin ləğv edilməsi və işə yenidən baxılması üçün mülki işin Bakı Apellyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin (hakimlər Əhməd Əhmədov - sədrlik edən və məruzəçi, Akif İsgəndərov və İlqar Dəmirov) 2(102)-1540/2019 saylı 12 mart 2019-cu il tarixli qərarı ilə kassasiya şikayəti təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-9842/2018 saylı 25 sentyabr 2018-ci il tarixli qətnaməsi ləğv edilmiş, mülki iş yenidən baxılması apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər Xumar Mərdanova - sədrlik edən və məruzəçi, Elnur Həsənov və Fuad Babayev) 27 iyun 2019 -cu il tarixli 2(103)-6822/2019 nömrəli qətnaməsi ilə İddiaçı apellyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 21 iyun 2018-ci il tarixli, 2(009)-2040/2018 nömrəli qətnaməsi ləğv edilərək, iddia tələbinin təmin edilməsi, ünvan X ünvanında yerləşən qeyri-yaşayış sahəsinin bağışlanmasına dair 19 mart 2018-ci il tarixdə 3 saylı Bakı “ASAN” xidmət mərkəzində notariat kontoru tərəfindən təsdiq edilmiş 4Ə-456 nömrəli bağışlama müqaviləsinin etibarsız hesab edilməsi, həmin müqavilə ilə Cavabdeh2 adına verilmiş çıxarış ləğv edilməsi, ünvan X ünvanında yerləşən 5 otaqlı mənzilin 29 mart 2018-ci il tarixdə 3 saylı Bakı “ASAN” xidmət mərkəzində notariat kontoru tərəfindən təsdiq edilmiş 4Ə-487 nömrəli bağışlama müqaviləsinin etibarsız hesab edilməsi, həmin müqavilə əsasında C avabdeh1 adına verilmiş çıxarışın ləğv edilməsi, ünvan X ünvanında yerləşən 5 otaqlı, ümumi sahəsi 247.4 kv.m olan mənzilin 07 aprel 2018-ci il tarixdə 3 saylı Bakı “ASAN” xidmət mərkəzində notariat kontoru tərəfindən təsdiq edilmiş 4Ə-556 nömrəli bağışlama müqaviləsinin etibarsız hesab edilməsi, həmin müqavilə əsasında Cavabdeh2 adına verilmiş çıxarışın ləğv edilməsi barədə yeni qətnamə qəbul edilmişdir. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və onların vəkili Vəkil kassasiya şikayəti verərək iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 27.06.2019-cu il tarixli qətnaməsinin ləğv edilərək iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdirlər. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya məhkəməsi işə baxarkən birt ərəfli mövqe tutmuş, yalnız iddiaçının dəlilsiz izahatını sübut kimi qəbul etmiş, cavabdehlərin təqdim etdikləri sübutları nəzərə almamış, nəticədə əsassız və qanunsuz qətnamə qəbul etmişdir. Məhkəmə işə baxdığı zaman, İddiaçı tərəfindən verilmiş etibarnamənin könüllü verilib-verilməməsi və bağışlama müqavilələrinin hansı şəraitdə keçirilməsini araşdırmasının əvəzində, həmin əmlakın tərəflərin birgə nikah dövründə əldə olunub-olunmamasını araşdırmışdır. Məhkəmə hətta mübahisəli əmlakı birgə nikah dövründə əldə olunmasını araşdırsa da, bununla yanaşı, həmin əmlakın birgə nikah dövründə əldə olunmuş vəsaitlə əldə olunmasını da müəyyən etməli idi. Lakin, apellyasiya məhkəməsi birtərəfli mövqeyi tutmuş, həmin mövqeyi ilə araşdırmanı aparmış və nəticədə əsassız iddia tələbini təmin etmişdir. Mə hkəmə iddiaçının ziddiyyətli dəlilləri əsas götürərək, birmənalı olaraq iddia tələbini təmin edib, qətnamə qəbul edərək tam əsassız nəticəyə gəlmişdir. Mübahisələndirilən bağışlama müqavilələrinin Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanması və ya uydurma əqdlər olması qənaətinə gəlmək üçün əsas yoxdur. Belə ki, mübahisələndirilən XXX küçəsində yerləşən qeyri-yaşayış sahəsini 19 mart 2018-ci il tarixdə Cavabdeh1 öz adına olan həmin qeyri-yaşayış sahəsini bağışlama müqaviləsinə əsasən Cavabdeh2 bağışlamışdır. Həmin daşınmaz əmlaka dair bağışlama müqaviləsi notariat qaydasında təsdiq olunaraq Cavabdeh1 arvadı İddiaçı razılığı tələb olunduğu üçün həmin razılıq ərizəsini İddiaçı adından onun etibarnamə əsasında nümayəndəsi Cavabdeh2 imza etmişdir. Azərbaycan Respublikası Mül ki Məcəlləsinin 359.3-cü maddəsinə əsasən təmsilçi təmsil edilən adından şəxsən özü barəsində əqdlər bağlaya bilməz. O, həmçinin, kommersiya təmsilçiliyi halı və qiymətli kağızlar bazarında brokerlik halı istisna olmaqla, eyni zamanda təmsilçisi olduğu şəxs barəsində bu cür əqdlər bağlaya bilməz. Lakin, Cavabdeh2 qeyd edilən maddə ilə yolverilməz hesab edilən özü ilə əqd bağlanması halı mövcud deyildir. Ona görə ki, qeyd olunan maddəyə əsasən təmsilçinin təmsil etdiyinin adından şəxsən özü barəsində əqdlər bağlaya bilməməsi dedikdə, təmsilçinin əqdi özünə münasibətdə özünün bağlanması başa düşülür. Digər sözlə eyni bir şəxs əqdin hər iki tərəfində çıxış edir. Hazırki bağışlama müqaviləsində belə hal aşkar olunmayıb. Ona görə ki, əqdin bir tərəfi Cavabdeh1, digər tərəfi isə Cavabdeh2 olmuş və sonuncu həmin əqdi İddiaçı tərəfindən verdiyi etibarnamə əsasında təmsilçi kimi deyil, öz adından bağlamışdır. Bundan başqa da iddiaçının etibarnamə əsasında həmin müqavilə deyil, razılıq ərizəsi imzalamışdır və həmin etibarnamə ilə bütün səlahiyyətlər, o cümlədən bütün dövlət idarələrində, kooperativ və ictimai təşkilatlarda İddiaçı adından ərizə verilməsi etibar edilmişdir. Həmin razılıq ərizəsi Cavabdeh2 özü barəsində bağlanmış əqd hesab edilə bilməz. Ona görə də, qeyd edilən müqavilə bağlanılan vaxtda Mülki Məcəlləsinin 359.3-cü maddəsinin tələbləri pozulmamışdır. XXX küçəsində yerləşən mənzilə dair mübahisələndirilən bağışlama müqaviləsinə əsasən 29 mart 2018-ci il tarixdə İddiaçı həmin daşınmaz əmlakını Cavabdeh1 bağışlamışdır. Həmin müqaviləni İddiaçı adından etibarnamə əsasınd a təmsilçilik qaydasında Cavabdeh2 imzalamışdır. Həmin müqavilənin iddiaçının iradəsinə zidd olması qənaətinə gəlməsi üçün heç bir əsas yoxdur. Ona görə ki, iddiaçı tərəfindən verilmiş etibarnamədə əmlakı bağışlamaq səlahiyyətinin Cavabdeh2 etibar edilməsi xüsusi olaraq göstərilmiş və Cavabdeh2 da İddiaçı iradə ifadəsinə uyğun olaraq həmin müqaviləni imzalamışdır. İddiaçı verdiyi etibarnamədə göstərmişdir ki, o, harada, yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq bütün əmlakını idarə etməyi və onun üzərində sərəncam verməyi etibar edir. Etibarnamənin aşağı hissəsində isə göstərilmişdir ki, etibarnamə təsdiq edilməsi anına və ondan sonra əldə edilmiş əmlaklara, hüquqlara və digər əməliyyatlara şamil edilir. XXX küçəsində yerləşən mənzilə dair mübahisələndirilən bağışlama müqav iləsinə əsasən 07 aprel 2018-ci il tarixdə Cavabdeh1 həmin daşınmaz əmlakını Cavabdeh2 bağışlamışdır. Həmin müqavilənin də etibarsız hesab edilməsi üçün heç bir əsas yoxdur. Ona görə ki, İddiaçı həmin bağışlama müqaviləsinin tərəfi deyildir. Həmin müqavilə Cavabdeh1 ilə X2 arasında bağlanılmış və müqavilə bağlandığı vaxtda həmin əmlak Cavabdeh1 tək mülkiyyətində olmuşdur. Belə olan halda iddiaçının Mülki Məcəlləsinin 337.1-ci maddəsi və ya 340.1-ci maddəsinə istinad edib və həmin müqaviləni mübahisələndirməyə subyektiv hüququ yoxdur. Bundan əlavə həmin əmlaka dair bağlanmış 29 mart 2018-ci il tarixli bağışlama müqaviləsi etibarsız hesab edilmədiyi üçün 07 aprel 2018-ci il tarixli müqavilə Mülki Məcəlləsinin 337.4-cü maddəsinə əsasən də etibarsız hesab edilə bilməz. Beləliklə, məhkəmə qeyd edilən qanun normalarını pozmuş, qanunvericiliyinin tələblərini səhv tətbiq etmiş, nəticədə qanunsuz qətnamə qəbul etmişdir. PROSESSUAL MƏSƏLƏLƏR Proses iştirakçılarına işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş, lakin onlar məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hal larını araşdırmır, yalnız maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub - olunmamasını yoxlayır. Kassasiya instansiyası tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual normaları düzgün tətbiq edib-etməməsini yoxlayarkən, hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması vacibdir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyənləşdirilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması hesab olunmamalıdır. Qeyd etmək lazımdır ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. Məhkəmə araşdırmaları zamanı müəyyən edilmişdir ki, Y1 sarayı (Bakı nikah evi) tərəfindən verilmiş 14.04.2018-ci il tarixli arayışa əsasən Cavabdeh1 ilə İddiaçı arasında 21.11.1995-ci il tarixdə nikah bağlanılmış və bu barədə akt qeydləri kitabında 2382 saylı akt qeydi icra edilmişdir. Tərəflərin birgə nikahı dövründə əldə olunmuş, ünvan 4 ünvanında yerləşən 3 saylı qeyri-yaşayış sahəsi 19 mart 2018-ci il tarixli bağışlama müqaviləsi ilə Cavabdeh1 tərəfindən Cavabdeh2 (atasına) bağışlanmışdır. İddiaçı adından onun etibarnamə əsasında nümayəndəsi Cavabdeh2 tərəfindən imzalanmış 18.03.2018-ci il tarixli ərizədən görünür ki, o, ünvan X ünvanda yerləşən qeyri-yaşayış sahəsinin Cavabdeh2 (yəni özünə) bağışlanmasına etiraz etməmişdir. Tərəflərin birgə nikahı dövründə əldə e dilmiş, XXX küçəsi, XXX 29 mart 2018-ci il tarixli bağışlama müqaviləsi ilə İddiaçı adından Cavabdeh2 tərəfindən Cavabdeh1 (öz oğluna) bağışlanmışdır. Daha sonra həmin mənzilə dair Cavabdeh1 mülkiyyət hüququnu təsdiq edən çıxarış verilmiş və 07 aprel 2018-ci il tarixli bağışlama müqaviləsi ilə Cavabdeh1 tərəfindən mübahisəli mənzil Cavabdeh2 bağışlanmışdır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin iddia tələbinin rədd edilməsi barədə gəldiyi nəticə ilə razılaşmayaraq hesab etmişdir ki, iddia tələbi təmin edilməlidir. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Cavabdeh2 İddiaçı tərəfindən ona verilmiş etibarnamədən istifadə edərək, dolayı yol ilə şəxsən özü barəsində müqavilənin bağlanmasına şərait yaratmışdır. Belə ki, Cavabd eh2 29 mart 2018-ci il tarixli daşınmaz əmlakın bağışlama müqaviləsini İddiaçı nümayəndəsi qismində etibarnamə əsasında imzalamaqla XXX küçəsi XXXi oğlu Cavabdeh1 bağışlamışdır. Daha sonra isə həmin mənzil 07 aprel 2018-ci il tarixli bağışlama müqaviləsi ilə Cavabdeh1 tərəfindən, Cavabdeh2 bağışlanmışdır. Bundan başqa Cavabdeh2 iddiaçının Cavabdeh1 ilə birgə nikahda olduqları zaman əldə olunan ünvan X ünvanında yerləşən qeyri-yaşayış sahəsinin Cavabdeh1 tərəfindən onun özünə bağışlanılmasına etiraz etməməsinə dair ərizəni İddiaçı adından həmin etibarnamə əsasında imzalamışdır. Beləliklə, Cavabdeh2 yuxarıda qeyd olunan müqavilələr bağlanılan zaman İddiaçı tərəfindən ona verilmiş səlahiyyətlərdən istifadə edərək, iddiaçının iradəsinə uyğun deyil, öz iradəsinə və maraqlarına uyğun hərəkət etm işdir. Göründüyü kimi 19 mart 2018-ci il tarixli 4Ə-456 reyestr nömrəli, 29 mart 2018-ci il tarixli 4Ə-487 reyestr nömrəli və 07 aprel 2018-ci il tarixli 4Ə-556 reyestr nömrəli bağışlama müqavilələri mülki qanunvericiliyin tələbləri pozulmaqla bağlandığından etibarsız hesab edilməlidir. Bundan başqa uydurma əqd etibarsız əqd olduğundan onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla hüquqi nəticələrə səbəb olmur. Buna görə də, 19 mart 2018-ci il tarixli 4Ə-456 reyestr nömrəli, 29 mart 2018-ci il tarixli 4Ə-487 reyestr nömrəli və 07 aprel 2018-ci il tarixli 40-556 reyestr nömrəli bağışlama müqavilələri hüquqi nəticələr yaratmadığından, həmin müqavilələr əsasında verilmiş mülkiyyət hüququna dair çıxarışlarında hüququ yaranmamışdır. Məhkəmə kollegiyası məruzəçini, dinləyib, iş material larını və kassasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə apelyasiya instansiyası məhkəməsi hazırki iş üzrə maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1-ci maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Mülki Məcəllənin 337.2-ci maddəsinə əsasən, əqd barəsində mübahisə edildikdə, əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edi lir. Həmin Məcəllənin 337.3-cü maddəsinə əsasən əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir Həmin Məcəllənin 337.4-cü maddəsinə əsasən, etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Həmin məcəllənin 359.1-ci maddəsinə əsasən, əqd təmsilçi vasitəsilə də bağlana bilər. Bir şəxsin (təmsilçinin) etibarnaməyə, qanunun göstərişinə və ya buna vəkil edilmiş dövlət və ya bələdiyyə orqanının aktına əsaslanan səlahiyyətə görə başqa şəxs (təmsil edilən) adından bağladığı əqd təmsil edilənin mülki hüquq və vəzifələrini bilavasitə yaradır, dəyişdirir və onlara xitam verir. Səlahiyyət həmçinin təmsilçinin fəaliyyət göstərdiyi şəraitdən də (pərakəndə ticarətdə satıcı, kassir və i.a.) bəlli ola bilər. Həmin məcəllənin 359.3-cü maddəsinə əsasən, təmsilçi təmsil edilən adından şəxsən özü barəsində əqdlər bağlaya bilməz. O, həmçinin, kommersiya təmsilçiliyi halı və qiymətli kağızlar bazarında investisiya şirkəti fəaliyyəti istisna olmaqla, eyni zamanda təmsilçisi olduğu şəxs barəsində bu cür əqdlər bağlaya bilməz. Həmin məcəllənin 339.1-ci maddəsinə əsasən, hakimiyyətdən sui-istifadə, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi nəticəsində bağlanmış, yaxud bu Məcəllənin 49.4-cü maddəsində müəyyən edilmiş hallara səbəb olan əqd, habelə şəxsin ağır vəziyyətə düşməsi və digər tərəfin bundan istifadə etməsi nəticəsində həmin şəxsin özü üçün son dərəcə əlverişsiz şərtlərlə bağlamağa məcbur olduğu əqd (ağ ır şərtli əqd) zərərçəkən tərəfindən mübahisələndirilə bilər. İstinad olunan maddi hüquq normasının tələbindən müəyyən olunur ki, müqavilənin etibarlı olması üçün tərəflər müqavilə bağlayarkən qanunla müəyyən olunan şərtlərə əməl edilməlidir. Belə ki, mülki qanunvericiliyin tələblərinə əsasən əqdin subyektiv tərkibinə aid edilən şərtə, əqdin məzmununa aid edilən şərtə, əqddə iradə və iradəni ifadə etmənin vəhdətinə aid edilən şərtə, əqdin formasına aid edilən şərtə tərəflər əməl etdikləri halda əqd etibarlı əqd kimi tanınır və qəbul edilir, habelə subyektlərin əqd bağladıqları zaman cəhd göstərdikləri və arzu etdikləri nəticələr yaranır. Sadalanan bu şərtlərdən hər hansı birinin olmaması halı isə əqdin etibarsız hesab edilməsi üçün əsasdır. Apellyasiya instansiyası məhkəməsi haqlı olaraq h esab etmişdir ki, Cavabdeh2 qeyd olunan müqavilələr bağlanılan zaman İddiaçı tərəfindən ona verilmiş səlahiyyətlərdən istifadə edərək, iddiaçının iradəsinə uyğun deyil, öz iradəsinə və maraqlarına uyğun hərəkət etmiş, bununla da birgə nikah dövründə əldə edilmiş əmlakların hüquqi rejimini dəyişdirmişdir. İşdən görünür ki, tərəflər arasında nikah 01.10.2018-ci il tarixdə pozulmuşdur. Cavabdehin kassasiya şikayətinin işin hallarının sübut olunmamasına və işin faktiki hallarının ətraflı araşdırılmasına dair dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəm əsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Bu hal kassasiya icraatını faktların müəyyən edilməsi məsələsinə, o cümlədən işin mahiyyətinə toxunmadan yalnız məsələnin hüquqi tərəfi ilə, yəni şikayət edilən qətnamədə qanun pozuntularının mövcudluğu və ya onun olmamasına dair şikayətdə qoyulmuş məsələlərə cavab verilməsi ilə məhdudlaşır (Konstitusiya Məhkəməsi Plenumunun X şikayəti üzrə 12 aprel 2004-cü il tarixli Qəra rı). Məhkəmə kollegiyası hesab edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan məhkəmələr tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prossesual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmışdır. Beləliklə də məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqin də səhvə yol verilməmiş, MPM-in 14, 77, 88, 217, 218, 372.1, 372.7-ci maddələrinin tələblərinə riayət edilmişdir, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğvinə əsas vermir. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416, 417, 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən birgə verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kolleg iyasının 27 iyun 2019-cu il tarixli 2(103)6822/2019 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar