Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-7608/2019 19.12.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (sədrlik edən və məruzəçi), Əhmədova Mehparə Tofiq qızı və Rüstəmov Əli Məhəmməd oğlundan ibarət tərkibdə, Novruzova Ülviyyə Alim qızının katibliyi, Cavabdeh Məhdud Məuliyyətli Cəmiyyətinin vəkili Vəkil iştirakı ilə, Cavabdeh MMC-nin direktoru Fərid Xəlili tərəfindən Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-8698/2019 nömrəli iş üzrə 25 iyun 2019-cu il tarixli qətnaməsindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq, Müəyyən etdi: Bakı şəhəri Nəsimi rayon məhkəməsinin (hakim Em in Mehdiyev) 10 sentyabr 2018-ci il tarixli, 2(006)-4391/2018 nömrəli qətnaməsi ilə iddia ərizəsi qismən təmin edilmiş, Cavabdeh MMC ilə X4 arasında Bakı şəhəri, Nəsimi rayonu, Salatın Əsgərova küçəsində yerləşən 106 saylı fərdi yaşayış evinə dair bağlanmış 25 may 2018-ci il tarixli, 126 saylı müqavilənin etibarsız hesab edilməsi, Cavabdeh MMC tərəfindən ünvan 1 ünvanda inşa edilən yeni yaşayış binasından 2 otaqlı, sahəsi 60 kvadrat metrdən az olmayan təmirli mənzilin İddiaçı təhvil verilməsi öhdəliyinin Cavabdeh MMC-nin üzərinə qoyulması, Cavabdeh MMC-yə ünvan 1 ünvanda yerləşən mənzilin söküldüyü 29 may 2018-ci il tarixdən həmin ünvanda inşa edilən yaşayış binasından yeni mənzil tam təhvil verilənədək İddiaçı hər ay üçün 400 manat kirayə haqqının verilməsinin həvalə edilməsi qət edilmiş, iddia tələbi qalan hissədə rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər Tofiq Səmədov - sədrlik edən və məruzəçi, İkram Şirinov, Elşən Kazımov) 27 dekabr 2018-ci il tarixli 2(103)13920/2018 saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin (hakimlər Əsəd Mirzəliyev - sədrlik edən və məruzəçi, Tatyana Qoldman, Gündüz Quliyev) 18 aprel 2019-cu il tarixli 2(102)-2686/2019 saylı qərarı ilə kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin 27 dekabr 2018-ci il tarixli 2(103)-13920/2018 saylı qətnaməsi Cavabdeh MMC ilə X4 arasında bağlanmış 25 may 2018-ci il tarixli müqavilənin etibarsız hesab olunmasına dair hissədə ləğ v edilmiş və iş həmin hissədə yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının (hakimlər Xumar Mərdanova - sədrlik edən və məruzəçi, Elnur Həsənov, Fuad Babayev) 25 iyun 2019-cu il tarixli qətnaməsi ilə müstəqil tələb irəli sürməyən X4 və X1 apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Nəsimi rayon məhkəməsinin 10 sentyabr 2018-ci il tarixli qətnaməsi qismən ləğv edilmiş, iddia tələbi Cavabdeh MMC ilə X4 arasında bağlanmış 25.05.2018-ci il tarixli müqavilənin etibarsız hesab edilməsi hissədə rədd edilmişdir. İşin halları İddiaçı Cavabdehnə qarşı "müqavilənin etibarsız hesab edilməsi, mənzillə təmin olunma və daşınmaz əmlakın sökülməsi nəticəsində vurulmuş ziyanın ödənilməsi tələbinə dair” iddia ərizəsi il ə Bakı şəhəri Nəsimi rayon məhkəməsinə müraciət edərək, Cavabdeh MMC-nin üzərinə İddiaçı ünvan 2 ünvanında inşa edilən binada 2 otaqlı, sahəsi 60 kvadrat metrdən az olmayan təmirli mənzillə təmin edilməsi, İddiaçı mənzilinin söküldüyü 29 may 2018-ci il tarixdən mənzillə təmin olunma tarixinə kimi hər ay üçün 500 manat kirayə haqqı məbləğinin ödənilməsi və məhv edilmiş mənzilin təmirinə çəkilmiş xərcin əvəzi kimi 25000 manat maddi zərərin və 10000 manat mənəvi zərərin ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçının nümayəndəsi məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, Cavabdeh MMC ilə X4 arasında bağlanmış 25 may 2018-ci il tarixli, 126 saylı müqavilənin etibarsız hesab edilməsi, Cavabdeh MM C-nin üzərinə İddiaçı ünvan 2 ünvanında inşa edilən binada 2 otaqlı, sahəsi 60 kvadrat metrdən az olmayan təmirli mənzillə təmin edilməsi, İddiaçı mənzilinin söküldüyü 29 may 2018-ci il tarixdən mənzillə təmin olunma tarixinə kimi hər ay üçün 400 manat kirayə haqqı məbləğinin ödənilməsi və məhv edilmiş mənzilin təmirinə çəkilmiş xərcin əvəzi kimi 25000 manat maddi zərərin və 10000 manat mənəvi zərərin ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması, Cavabdeh MMC ilə X4 arasında Bakı 25 may 2018-ci il tarixli, 126 saylı müqavilə etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və kassasiya şikayətinə qarşı etiraz: Cavabdeh MMC-nin direktoru Fərid Xəlili kassasiya şikayəti v erərək Bakı Apellyasiya Məhkəməsinin 25 iyun 2019-cu il tarixli qətnaməsini ləğv edərək, Cavabdeh MMC ilə X4 arasında Bakı şəhəri, Nəsimi rayonu, Salatın Əsgərova küçəsində yerləşən, 106 saylı fərdi yaşayış evinə dair bağlanmış 25 may 2018-ci il tarixli, 126 saylı müqavilənin etibarsız hesab edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi işə yenidən baxan zaman birinci instansiya məhkəməsinin qətnaməsini ləğv etmək üçün yalnız bir əsasa istinad etmişdir. Bu əsas odur ki, iddiaçı mübahisələndirilən müqavilənin tərəfi deyildir, eyni zamanda bağlanmış müqavilə iddiaçının mənafelərinə toxunmur və pozmur. Bunu göstərmək üçün məhkəmə kollegiyası qətnamədə 3 struktur elementi barədə qeyd etmiş, bu ele mentlərin münasibətin subyekti, münasibətin obyekti və münasibətin məzmunu olduğunu qeyd etmişdir. Ardı ilə isə bu elementlərdən heç birinin iddiaçıya aidiyyətinin olmadığını əsaslandırmış və nəticədə iddiaçının müqaviləni mübahisələndirməyə subyektiv hüququnun olmadığını göstərmişdir. Lakin bu əsaslandırma zamanı məhkəmə kollegiyası münasibətin obyektinə toxunmamış, buna münasibət bildirməmişdir.Halbuki, müqavilə ilə əmələ gələn münasibətin obyekti sökülən evlə bağlıdır, həmin evə dair də iddiaçının mülkiyyət hüququ vardır. Ev sökülən zaman müqavilə mülkiyyətçi ilə deyil, üçüncü şəxslə bağlanmış, kirayə haqqı da ona verilmişdir. Eyni zamanda yeni inşa ediləcək binadan mənzilin də üçüncü şəxsə verilməsi müqavilədə qeyd edilmişdir. Belə olan halda, necə ola bilər ki, müqavilə iddiaçının, yə ni ev mülkiyyətçisinin mənafelərinə toxunmasın?Mülki qanunvericilik müqavilə tərəfi olmayan, müqavilə ilə maraqlarına toxunulan maraqlı şəxsə də əqdi mübahisələndirmək hüququ vermişdir. Hazırki halda da iddiaçı sökülən evin mülkiyyətçisi olmuşdur, buna baxmayaraq evə dair müqavilə üçüncü şəxslə bağlanmışdır, iddiaçı isə kirayə haqqı almaqdan və yeni inşa edilən binada mənzil əldə etmək imkanından kənarda qalmışdır, bu isə açıq şəkildə iddiaçının, yəni mülkiyyətçinin mənafelərinin pozulduğunu təsdiq edir.Apellyasiya instansiyası məhkəməsi cavabdeh MMC ilə üçüncü şəxs Əliyev Əli arasında bağlanmış müqavilənin etibarsız hesab edilməsi hissədə iddianı rədd etməklə yanlış qənaətə gəlmişdir. Tərəflərin izahatları: Cavabdeh Məhdud Məuliyyətli Cəmiyyətinin vəkili Vəkil məhkəmə kollegiyasının iclas ında kassasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə iddiaçı və üçüncü şəxslər gəlmədikləri üçün və gəlməmələrinin səbəbləri barədə məlumat vermədiklərindən məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan ape llyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Məhkəmə kollegiyası məruzəçini, Cavabdeh Məhdud Məuliyyətli Cəmiyyətinin vəkili Vəkil izahatını dinləyib, iş materiallarını və kassasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya şikayəti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-8698/2019 nömrəli iş üzrə 25 iyun 2019-cu il tarixli qətnaməsi dəyişd irilərək qətnamənin “qət etdi” hissəsinə “Bakı şəhəri Nəsimi rayon məhkəməsinin 10 sentyabr 2018-ci il tarixli, 2(006)-4391/2018 nömrəli qətnaməsi Cavabdeh MMC ilə X8 arasında bağlanmış 25 may 2018-ci il tarixli, 126 saylı müqavilənin etibarsız hesab olunmasının təmin edilməsi hissədə ləğv edilsin” sözləri əlavə edilməli, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, hazırki iş üzrə apellyasiya baxışının hədlərini Azərbaycan Respublikasının MPM-nin 420-ci maddəsinə əsasən, Cavabdeh MMC ilə X4 arasında bağlanmış 25.05.2018-ci il tarixli müqavilənin etibarsız hesab edilməsinə dair hissəsində yenidən baxılması təşkil edir. Çünki işə bundan əvvəl baxmış kassasiya instansiya məhkəməsi işi yalnız həmin hissədə yeni apellyasiya baxışın a qaytarmışdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işin müəyyən edilən hallarından görünür ki, Cavabdeh MMC ilə X4 arasında bağlanmış 25 may 2018-ci il tarixli, 126 saylı müqaviləyə əsasən Bakı şəhəri, Nəsimi rayonu, Salatın Əsgərova küçəsində yerləşən 106 saylı fərdi yaşayış evində yaşayış hüququ olan X4 qeyd edilən yaşayış sahəsini sökülmək üçün tikinti şirkəti "Cavabdeh” MMC-yə təhvil verməyi, bu Müqavilə ilə şərtləndirilmiş müddətdə və qaydada "Cavabdeh” MMC tərəfindən həmin ərazidə yeni inşa ediləcək çoxmənzilli hündürmərtəbəli yaşayış evində onun üçün nəzərdə tutulmuş mənzili qəbul etməyi öhdəsinə götürmüşdür. Həmçinin, həmin müqaviləyə əsasən "Cavabdeh” MMC ünvan 3 ünvanında yerləşən X2 istifadəsində olan yaşayış sahəsinin sökülməsini və söküləcək mənzilin 50 kvadrat metr olan hissəsinə nəzərdə tutulmuş 20 faiz əlavə edilərək həmin ərazidə yeni çoxmənzilli, hündürmərtəbəli yaşayış binasının tikintisini həyata keçirərək, inşa etdiyi binanın 10-cu blok, 9cu mərtəbəsində 60 kvadrat metr, təmirsiz mənzili X2 mülkiyyətinə verməyi öhdəsinə götürmüşdür. Hazırki mübahisənin predmeti olan hissədə İddiaçı Cavabdeh MMC ilə X4 arasında bağlanmış 25 may 2018-ci il tarixli, 126 saylı müqavilənin etibarsız hesab edilməsini tələb edir. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən 25 may 2018-ci il tarixli, 126 saylı müqaviləni etibarsız hesab etməklə səhv nəticəyə gəlmişdir. Belə ki, iddiaçı mübahisələndirdiyi bağışlama müqaviləsinin tərəfi deyil. Ümumi qaydaya görə müqaviləni mübahisələndirmək hüququ müqavilə tə rəflərinə aid olan hüquqdur. Azərbaycan Respublikası Mülki Məcəllənin 337.2-ci maddəsinin 2-ci cümləsində qeyd olunmuşdur: “Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir”. Bu maddədə “müqavilənin digər tərəfinə” ifadəsinin işlədilməsi ona işarə edir ki, müqaviləni mübahisələndirmək hüququ müqavilənin tərəflərinə aiddir. Belə ki, “müqavilənin digər tərəfinə” ifadəsi müqavilənin əks tərəfinə nəzərən işlədilən ifadədir. Yəni müqavilənin mübahisə edilməsi üçün müqavilənin bir tərəfi müqavilənin digər tərəfinə iradə ifadəsini bildirməlidir. Əgər müqaviləni mübahisələndirmək hüququ müqavilənin tərəfi olmayan şəxslərə də aid olsaydı, bu halda qanunverici “müqavilənin digər tərəfinə” deyil, “müqavilənin tərəflərinə” ifadəsini işləd ərdi. Yəni, müqaviləni mübahisələndirmək niyyətində olan istənilən şəxs müqavilənin tərəflərinə iradə ifadəsini bildirməlidir. Ona görə də hesab olunur ki, qanunverici “müqavilənin digər tərəfinə” ifadəsini işlətməklə müqaviləni mübahisələndirmək hüququ olan subyektlərin dairəsini müəyyən edib. Bu qaydanın məntiqi ondan ibarətdir ki, müqavilə yalnız müqavilə tərəfi olan şəxslər üçün vəzifə (məcburi davranış qaydası) yaradır, müqavilə tərəfi olmayan şəxslər üçün isə müqavilənin vəzifə yaratması mümkün deyil, müqavilə onlar üçün yalnız hüquq (mümkün davranış qaydası) yarada bilər: məsələn, üçüncü şəxsin xeyrinə müqavilə (Mülki Məcəllənin 403-cü maddəsi). Hüquq isə mümkün davranış qaydası olduğundan üçüncü şəxs həmin hüquqdan istifadə etməyə bilər və ya ondan imtina edə bilər. Ona görə də m üqavilə tərəfi olmayan şəxsin müqaviləni mübahisələndirməsi yersizdir. Lakin nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.2-ci maddənin 2-ci cümləsində müqavilə tərəfi olmayan şəxslərə müqaviləni mübahisələndirmək qadağan olunmamışdır. Müqavilə əqdir, bəzi hallarda əqdin tərəfi olmayan şəxslərin də əqdi mübahisələndirmək hüququ tanınmalıdır. Əqdin tərəfi olmayan şəxsin əqdi mübahisələndirmək hüququ o halda tanına bilər ki, əqd onun hüququna, vəzifəsinə və ya qanuni mənafeyinə toxunmuş olsun. Toxunma müxtəlif formalarda ola bilər: a) hüququn və ya qanuni mənafenin pozulması üçün şərait yarada bilər; b) hüququ və ya qanuni mənafeni mübahisəli edə bilər; c) vəzifənin icrasını çətinləşdirə bilər və s. Toxunmanın olub-olmadığı müəyyən edilərkən əqdin yaratdığı nəticə əs as götürülür. Belə ki, Mülki Məcəllənin 324.1-ci maddəsinə görə bütün əqdlər nəticə yaratmağa yönəlir, həmin nəticə isə ümumilikdə 3 yerə bölünür. - hüquq münasibəti əmələ gəlir; - hüquq münasibəti dəyişir; - hüquq münasibəti xitam olunur. Əmələ gələn, dəyişən və ya xitam olunan hüquq münasibətinin strukturuna 3 element daxildir: - münasibətin subyekti; - münasibətin obyekti; - münasibətin məzmunu. Əmələ gələn, dəyişən və ya xitam olunan hüquq münasibətinin strukturuna daxil olan 3 elementdən hər hansı birinin şəxsə aidiyyəti yoxdursa, həmin şəxs əqdi mübahisələndirmək hüququna malik olmur. Əks yanaşma ona səbəb ola bilər ki, istənilən şəxs istənilən əqdi mübahisələndirə bilər. Beləliklə, əqdin tərəfi olmayan şəxsin əqdi mübahisələndirmək hüququnun olduğunu müəyyən edən meyar əqdin əmələ g ətirdiyi, dəyişdiyi və ya xitam etdiyi hüquq münasibətinin strukturuna daxil olan 3 elementdən heç olmasa birinin həmin şəxsə aid olmasıdır. Hazırkı işdə mübahisələndirilən müqavilə hüquq münasibətinin əmələ gəlməsinə yönəlmişdir. Belə ki, müqavilənin nəticəsi olaraq hədiyyə verənlə hədiyyə alanın arasında öhdəlik hüquq münasibəti əmələ gəlmişdir. Əmələ gələn münasibətinin strukturuna daxil olan 3 elementdən heç birinin iddiaçıya aidiyyəti yoxdur. Apellyasiya instansiyası məhkəməsi bunu aşağıda göstərilənlərlə izah etmişdir: Birincisi, iddiaçı müqavilə münasibətinin subyekti deyildir. İkincisi, iddiaçının, mübahisəli müqavilə üzrə hər-hansı hüququ və ya vəzifəsi yoxdur. Üçüncüsü, öhdəlik münasibətinin məzmununun (subyektiv hüquqların və hüquqi vəzifələrin) iddiaçıya hər hansı aidiyyəti yox dur. Belə ki, subyektiv hüquq (hədiyyə alanın hədiyyəni qəbul etmək hüququ) və hüquqi vəzifə (hədiyyə verənin hədiyyəni vermək vəzifəsi) müqavilənin tərəflərinə aiddir. Qeyd olunanlara əsasən apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iddia tələbi həmin hissədə rədd edilməlidir. Birinci instansiya məhkəməsi isə qeyd edilən halları araşdırmadan iddianın mübahisələndirilən hissədə təmin edilməsi barədə səhv nəticəyə gəlmişdir. Ona görə də birinci instansiya məhkəməsinin qətnaməsi maddi hüquq normalarının düzgün tətbiq edilməməsi ilə qəbul edildiyindən qətnamə qismən ləğv edilməli və iddia tələbi həmin hissədə rədd edilməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə düzgün nəticəyə gəlsə də, qətnamənin qət etdi hissəsində birinci instansiya məh kəməsinin qətnaməsinin hansı hissədə ləğv edilməsini göstərməmişdir. Mülki Prosessual Məcəllənin 220.1-ci və 220.2-ci maddələrinə görə, qətnamə anlaşılan ifadələrdən istifadə edilməklə tərtib olunmalıdır. Qətnamə giriş, təsviri, əsaslandırıcı və nəticə hissələrindən ibarətdir. Həmin Məcəllənin 220.5-ci maddəsinə əsasən, qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir; işə qiyabi baxıldığı halda qətnamənin nəticə hissəsində cavabdehin qətnamənin ləğvi üçün ərizə vermə qaydası da əks olunmalıdır. Hazırki işdən göründüyü kimi, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız iddia tələbinin Cavabdeh MMC ilə X4 arasında bağlanmış 25.05.2018-ci il tarixli müqavilənin etibarsız hesab edilməsinə dair hissəsini apellyasiya qaydasında qiymət vermiş, iddia tələbinin həmin hissədə rədd edilməsini qət etmişdir. Lakin apellyasiya instansiyası məhkəməsi qətnamənin nəticə hissəsində birinci instansiya məhkəməsinin qətnaməsinin qismən ləğv edilməsi qeyd etsə də, məhkəmənin qətnaməsinin hansı hissədə ləğv edilməsini qətnamədə göstərməmişdir. Oan görə də, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilməklə, qətnamənin nəticə hissəsinə “Bakı şəhəri Nəsimi rayon məhkəməsinin 10 sentyabr 2018-ci il tarixli, 2(006)-4391/2018 nömrəli qətnaməsi Cavabdeh MMC ilə X8 arasında bağlanmış 25 may 2018-ci il tarixli, 126 saylı müqavilənin eti barsız hesab olunmasının təmin edilməsi hissədə ləğv edilsin” sözləri əlavə edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 417.1 və 417.1.2-ci maddələrinə əsasən kassasiya məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadına dəyişiklik edə bilər. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara alır: Cavabdeh MMC-nin direktoru Fərid Xəlilininkassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-8698/2019 nömrəli iş üzrə 25 iyun 2019-cu il tarixli qətnaməsi dəyişdirilərək qətnamənin “qət etdi” hissəsinə “Bakı şəhəri Nəsimi rayon məhkəməsinin 10 sentyabr 2018-ci il tarixli, 2(006)-4391/2018 nömrəli qətnaməsi Cav abdeh MMC ilə X8 arasında bağlanmış 25 may 2018-ci il tarixli, 126 saylı müqavilənin etibarsız hesab olunmasının təmin edilməsi hissədə ləğv edilsin” sözləri əlavə edilsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Cavabdeh MMC-nin direktoru Fərid Xəlili tərəfindənkassasiya şikayətinin verilməsi üçün ödənilmiş 15,40 manat dövlət rüsumu cavabdeh MMC-yə aid edilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Ali Məhkəmənin hakimi Əhməd Nurməmmədov
Məhkəmə qərarları › İş №2(102)-7608/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-7608/2019
19.12.2019 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver