Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-7620/2019 02.12.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyası, hakimlər Əsgərov Qürbət Ağa oğlunun sədrliyi və məruzəsi ilə, Vəliyeva Elşanə Rafiq qızı və Hacıyev Sənan Firudin oğlundan ibarət tərkibdə, Babayeva Məlahət Əfqan qızının katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsinin MK-nın 04 sentyabr 2019-cu il tarixli qətnaməsindən iddiaçı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin və vəkili Vəkil kassasiya şikayəti üzrə işə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı “xxxx” MMC cavabdeh X1-ə qarşı məhkəmədə iddia qaldıraraq ünvan1 ünvanında X2 tərəfindən telekommunikasiya şəbəkələrinin, vasitə və qurğuların mühafizə r ejimini pozmaqla aparılmış özbaşına tikilinin rabitə xəttlərinin üzərinə düşən hissəsinin sökülməsi, qurğuların mühafizə rejiminin bərpa edilməsi və ödənilmiş 20 (iyirmi) manat dövlət rüsumunun cavabdehdən tutularaq “xxxx” MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-254/2019 saylı, 24 iyun 2019-cu il tarixli qətnaməsi ilə iddiaçı “xxxx” MMC-nin cavabdeh X1 qarşı ünvan1 ünvanında X2 tərəfindən telekommunikasiya şəbəkələrinin, vasitə və qurğuların mühafizə rejimini pozmaqla aparılmış özbaşına tikilinin rabitə xəttlərinin üzərinə düşən hissəsinin sökülməsi, qurğuların mühafizə rejiminin bərpa edilməsi və ödənilmiş 20 (iyirmi) manat dövlət rüsumunun cavabdehdən tutularaq, “xxxx” MMC-yə ödənilməsi barədə iddia tələbin in təmin edilməməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 04 sentyabr 2019-cu il tarixli, 2(103)-11911/2019 saylı qərardadı ilə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)254/2019 saylı, 24 iyun 2019-cu il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilmişdir. İddiaçı “xxxx” MMC iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 04 sentyabr 2019-cu il tarixli qərardadından kassasiya şikayəti verərək, həmin qərardadın ləğv edilməsinə dair qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, “xxxx” MMC tərəfindən apellyasiya şikayətinə əlavə edilmiş ödəniş tapşırığından göründüyü kimi özündə elektron sifariş əsasında həyata keçirilmiş elektron formada ö dənişin (dövlət büdcəsinə dövlət rüsumunun köçürülməsinin) elektron daşıyıcılarda olan informasiyasının fiziki daşıyıcıda (kağızda) çap edilmiş versiyasıdır. “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikasının Qanununun, Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 16.1.11-1-ci maddəsinin, Azərbaycan Respublikası Mərkəzi Bankın İdarə Heyətinin 19/1 saylı, 17 sentyabr 2013-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında nağdsız hesablaşmalar və pul köçürmələri haqqında Təlimat”ın, Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 26 sentyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “2018-2020-ci illərdə “Azərbaycan Respublikasında rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə Dövlət Proqramı”nın tələblərindən göründüyü kimi, elektron ödəniş sistemləri dedikdə nəğdsiz formada ödənişləri həyata keçirməyə imkan verən ödəniş vasitələri, yəni bankların ödəniş vasitələri, asan ödəniş sistemi, hökumət ödəniş poretalı və s. bu kimi ödəniş sistemləri nəzərdə tutulur. Azərbaycan Respublikasının Mərkəzi Bankı İdarə Heyətinin 34/3 nömrəli, 03.08.2016-cı il tarixli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən yaradılmış Hökumət Ödəniş Portalının çıxarışlarının uçotu Qaydaları”nın müddəalarından da göründyü kimi, hökumət ödəniş portalının təyinatı müəssisə və təşkilatların, habelə sahibkarlıqla məşğul olan fiziki şəxslərin real vaxt rejimində banklararası milli hesablaşmalar sistemi və ya Milli Ödəniş Sistemi (MÖS) infrastrukturuna qoşulmaqla ödənişlərinin həyata keçirilməsinə imkan yaradan platformadır. PROSESSUAL MƏSƏLƏLƏR: Tərəf lər işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmişlər. Lakin tərəflər məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Aşağıda göstərilənlərə əsasən kollegiya hesab edir ki, kassasiya şikayəti təmin edilərək apellyasiya instansiyası məhkəməsinin mübahisələndirilən qərardadı ləğv edilməklə, iş baxılması üçün apellya siya instansiyası məhkəməsinə qaytarılmalıdır. Belə ki, apellyasiya instansiyası məhkəməsi iddiaçı “xxxx” MMC tərəfindən verilmiş apellyasiya şikayətini qeyri-mümkün hesab etməsini onunla əsaslandırmışdır ki, iddiaçı “xxxx” MMC tərəfindən Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-254/2019 saylı, 24 iyun 2019-cu il tarixli qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün dövlət rüsumunun ödənilməsinə dair 2693 saylı, 29 iyul 2019-cu il tarixli ödəniş tapşırığı iş materiallarına əlavə olunsa da, hökümət ödəniş portalı vasitəsi ilə ödənilmiş dövlət rüsumunun mədaxil qəbzi şikayətə əlavə edilməmişdir. Kollegiya hesab edir ki, apellyasiya məhkəməsi apellyasiya şikayətinə baxılmasını qeyri-mümkün hesab edərkən prosessual qanunvericiliyin tələblərini pozmuşdur. Azərbaycan Respublikası Mülki P rosessual Məcəlləsinin 108.1 və 108.1.4-cü maddələrin görə, apellyasiya şikayəti verildikdə dövlət rüsumu ödənilir. Həmin Məcəllənin 108.3-cü maddəsinə görə, dövlət rüsumu yalnız elektron ödəniş sistemləri vasitəsilə ödənilməlidir. Həmin Məcəllənin 361.3-cü maddəsinə görə, şikayətə dövlət rüsumunun ödənilməsini təsdiq edən sübutlar əlavə edilir. İş materiallarından görünür ki, apellyasiya şikayətinə dövlət rüsumunun ödənilməsi barədə 2693 nömrəli “A” formatlı ödəniş tapşırığı elektron sifariş əsasında həyata keçirilmiş elektron formada ödənişin elektron daşıyıcılarda olan informasiyasının fiziki daşıyıcıda (kağızda) çap edilmiş versiyasıdır. Məhkəmə kollegiyası hesab edir ki, həmin sənədin mötəbərliyi məhkəmədə şübhə yaratdığı halda, onun mötəbərliyinin müvafiq link (https://emehkeme.gov.az/Public/SearchPaymentDetails) vasitəsi ilə yoxlanması mümkün olduğu halda, məhkəmə bunu etməmişdir. Göstərilənlərə əsasən, məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qərardadı ləğv edilərək, iş apellyasiya mümkünlüyünün yoxlanılması üçün həmin məhkəməyə qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 418.1, 419, 420, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 04 sentyabr 2019-cu il tarixli qərardadı ləğv edilsin və iş apellyasiya mümkünlüyünün yoxlanılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilsin. Qərar qəbu
Məhkəmə qərarları › İş №2(102)-7620/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-7620/2019
02.12.2019 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver