Məhkəmə qərarları › İş №2(102)-763/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-763/2019

28.01.2019 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-763/2019 28.01.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ İş № 2(102)-763/2019 şəhəri 28 yanvar 2019-cu il Bakı Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Hacıyev Sənan Firudin oğlu (sədrlik edən və məruzəçi - hakim), X6, X1 ibarət tərkibdə, Qılıcova Sevda Mübariz qızının katibliyi, İddiaçı və onun vəkili X11 oğlunun, cаvаbdeh Cavabdeh iştirakı ilə, Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 19.09.2018-ci il tarixli, 2(107)2062/2018 nömrəli qətnaməsindən İddiaçı kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: Mingəçevir Şəhər Məhkəməsinin (hakim Ə.Hüseynov) 25 may 2018-ci il tarixli, 2(051)-1041/2018 nömrəli qət naməsi ilə iddia tələbi təmin edilmiş, Cavabdeh 6000 mаnаt miqdаrdа kоmpensаsiyа verilməklə, оnun İddiaçı mülkiyyətində оlаn, Mingəçevir şəhərinin Y.Mansurov küçəsindəki 1 saylı evin 19 saylı mənzilindən istifаdə hüququnа xitаm verilməsi qət edilmişdir. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər Ə.T.Məcidov, M.A.Əsədli və İ.K.Quliyev) 19 sentyabr 2018-ci il tarixli, 2(107)-2062/2018 saylı qətnaməsi ilə Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, Mingəçevir Şəhər Məhkəməsinin 25 may 2018-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilərək, iddia tələbi rədd edilmişdir. İddiaçı və onun vəkili X11 oğlu iş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 19.09.2018-ci il tarixli qətnaməsindən kassasiya şikayəti vermişlər. İşin halla rı: İddiaçı Cavabdeh qarşı iddiа ərizəsi ilə məhkəməyə mürаciət edərək, ona məxsus *** saylı mənzilində olan istifadə hüququna 4000 manat pul ilə kompensasiya edilməklə xitam edilməsi və ona məxsus əşyaların mənzildən çıxarılması barədə qətnаmənin qəbul edilməsini xаhiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh onun keçmiş gəlinidir. Oğlu ilə gəlini arasında olan nikah məhkəmə qaydasında pozulmuşdur. Oğlu ilə gəlini boşandıqdan sonra Cavabdeh və üç övladı ilə birlikdə Mingəçevir Şəhər Məhkəməsinin 29 dekabr 2017ci il tarixli qətnaməsi ilə ona məxsus *** saylı mənzildə istifadə hüquqları tanınmış və həmin mənzilə köçürülmüşlər. Cavabdehlə onun ailə üzvlərinin bir mənzildə yaşaması qeyri mümkündür. Cavabdehin ona məxsus mənzildə yaşaması və istifadəsi ona öz mülkiyyət v ə istifadə hüquqlarının pozulmasına gətirib çıxarıb. Bu səbəbdən də cavabdehə kompensasiya verməklə mənzildən istifadə hüququna xitam vermək istəyir. Belə ki, bu günki gündə ona məxsus mənzilin aylıq kirə haqqı 90 manat, mənzilin satış qiyməti isə 22000 manat 24000 manat civarındadır. Cavabdehə bugünki gündə real kompensasiya verilməli məbləğ 4000 manatdır. Lakin o nəvələrini və digər faktları nəzərə alır. Ona görə də Cavabdeh 6000 mаnаt miqdаrdа kоmpensаsiyа verilməklə, оnun mülkiyyətində оlаn, ***saylı mənzilində yerləşən evindən istifаdə hüququnа xitаm verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: İddiaçı və onun vəkili X11 oğlu iş üzrə Şəki Apellyasiya Məhkəm əsi Mülki Kollegiyasının 19.09.2018-ci il tarixli qətnaməsindən kassasiya şikayəti verərək, onun ləğv edilməsi və iddianın təmin edilməsi barədə qərarın qəbul olunmasını xahiş etmişdirlər. Kassasiya şikayəti belə əsaslandırılmışdır ki, bütün qanunlar bir mülkiyyətçi kimi onun hüquqlarını müdafiə etdiyi halda məhkəmə qanunla ona verilən bu hüquqları pozur. Yəni bir tərəfdən özü də qeyd edilən qanunları əks edir, bir tərəfdən isə buna əməl etmir və məsələni dərindən araşdırıb düzgün qiymət vermək əvəzinə cavabdehi müdafiə edir. Bununla da maddi və prosessual hüquq normalarını pozur. Belə ki, başqa yerdə mənzili yoxdur. Onun mülkiyyətində olan mübahisəli mənzildir ki, burada da cavabdehlə bir ailə tərkibində yaşanıağı mümkün olmadığı üçün məcbur olub müvəqqəti başqa bir evə getməyə məcbur olu b, ikincisi cavabdeh məhkəmədə belə bir faktı gizlədir ki, onun özü də mübahisəli mənzilə meyl etmir və məqsədi yalnız kompensasiya məbləğini artırmağa nail olmaqdır ki, onun da belə bir maddi imkanı yoxdur. Belə ki, o, özü xəstədir, kiçik məbləğdə təqaüdlə dolanır və onun tələb etdiyi qeyri real 20 min manatı ödəmək imkanında deyil, cavabdeh belə bir məbləğ tələb etməklə bildirir ki, onun verəcəyi kompensasiya pulu ilə başqa mənzildə uzun müddət yaşaya bilməz. Halbuki onun başqa mənzildə - yəni kirayədə yaşamağa ehtiyacı belə yoxdur. Belə ki, o, məhkəmənin qərarına baxmayaraq mübahisəli evə köçmək istəmir və uzun müddətdir ki, ora heç gəlmirdə. Oğlu Eldəniz ilə nikahları pozulduqdan sonra o, atası evində beş otaqlı mənzildə gen-bol yaşayır və başqa mənzilə ehtiyacı da yoxdur. Məqsədi yaln ız odur ki, kompensasiya məbləğini artırsın. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili X11 oğlu kassasiya şikayətinimüdafiə edərək onun təmin edilməsini, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsi barədə qərarın qəbul olunmasını xahiş etmişdir. İddiaçı vəkilin dediklərinə uyğun izahat vermişdir. Cavabdeh məhkəmə iclasında vəkilsiz iştirak etdiyinə görə AR MPM-nin 67-ci maddəsinə uyğun olaraq işə onun izahatı alınmadan baxılmışdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası qəbul etdiyi 19.09.2018-ci il tarixli q ətnaməsi ilə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətini təmin edib, Mingəçevir Şəhər Məhkəməsinin 25 may 2018-ci il tarixli qətnaməsini ləğv edib, iddia tələbini rədd edərkən haqlı olmamış, maddi və prosessual hüquq normalarının tətbiqində səhvə yol vermişdir. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş işin hallarından göründüyü kimi, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən MH seriyalı, ******* saylı çıxarışın surətinə əsasən, Mingəçevir şəhərinin Yadigar Mənsurov küçəsi 1 saylı evin, 19 saylı mənzili 01.12.2008-cı il tarixdə İddiaçı adına qeydə alınmışdır. Mingəçevir Şəhər Məhkəməsinin 2(051)-4548 saylı, 29 dekabr 2017-ci il tarixli qətnaməsinə əsasən, Cavabdeh *** saylı mənzilindən ümumi əsaslarla istifаdə hüququ tаn ınması və Cavabdeh uşаqlаrı – 20 iyul 2005-ci il təvəllüdlü X3, 05 iyul 2008-ci il təvəllüdlü X2 və 20 iyun 2014-cü il təvəllüdlü X4 ilə birlikdə həmin mənzilə köçürülməsi qət edilmişdir. 08 fevral 2018-ci il tarixli mütəxəssis rəyinə əsasən, ***də yerləşən 1 otaqlı mənzilin kirayə haqqı 80 manat, 2 otaqlı mənzilin kirayə haqqı 90 manat və 3 otaqlı mənzilin kirayə haqqı 100 manat təşkil edir. 07 may 2018-ci il tarixli mütəxəssis rəyinə əsasən, *** saylı evin *** saylı mənzilində yerləşən 5 mərtəbəli binanın 2-ci mərtəbəsində yerləşən 3 otaqlı təmirsiz mənzilin bazar satış qiyməti 22000-24000 manat civarındadır. İş üzrə Cavabdeh 27 oktyabr 2004-cü ildə X7 оğlu ilə evlənmiş və *** saylı mənzilinə gəlin köçmüşdür. Birgə nikahlarından 20 iyul 2005-ci il təvəllüdlü ***, 05 iyul 2008-ci il təvəl lüdlü *** və 20 iyun 2014-cü il təvəllüdlü *** аdlı uşаqlаrı dоğulmuşdur. Bundan sonra Mingəçevir şəhər məhkəməsinin qətnaməsinə əsasən Cavabdeh həmin mənzildən istifadə hüququ tanınmışdır. İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək Cavabdeh 6000 (altı min) manat məbləğində kompensasiya ödənilməklə, оnun onun mülkiyyətində оlаn, ***saylı mənzilində yerləşən evindən istifаdə hüququnа xitаm verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsi iddianın qanuni əsaslarını aşağıdakı kimi müəyyən etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin 9-cu hissəsinə görə, Konsitusiya Məhkəməsinin qərarları Azərbaycan Respublikası ərazisində məcburi qüvvəyə malikdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005 -ci il tarixli qərarında qeyd olunur ki, Konstitusiya Məhkəməsinin qərarının yüksək hüquqi qüvvəsi onun bütün hissələrinə, habelə həmin qərarın əsasını təşkil edən hüquqi mövqelərə də şamil olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 13.7-ci maddəsində nəzərdə tutulmuşdur ki, Azərbaycan Respublikası Konstitusiyasının və qanunlarının şərhi məhkəmə üçün o halda məcburidir ki, bu şərh Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin qərarında verilmiş olsun. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “***un şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər üzrə məhkəmə kollegiyasının 31 mart 2006-cı il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 26 sentyabr 2007-ci il tarixli qərarda Konstitusiya Məhkəməsi Plenumu hüquqi mövqeyini belə ifadə etmişdir ki, Mülki Məcəllənin 228.2-ci maddəsində yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verilməsi yolu ilə xitam verilməsinin tətbiq edilməsi tərəflərin hüquqlarının və qanunla qorunan mənafeyləhnin daha yüksək müdafiəsini təmin edir. Kompensasiya institutu istifadəçiyə mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququnu verməsə də, o, yaşayış sahəsindən istifadə etmək hüququnun adi xitamını deyil, onun elə bir əvəzləşdirilməsini nəzərdə tutur ki, mülkiyyətçinin hesabına istifadəçiyə davamlı surətdə və müəyyən müddət daxilində baş qa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı versin. Bütün bunlar tərəflərin hüquqlarının həyata keçirilməsi üçün daha imtiyazlı hüquqi rejim yaradır. Qərarın məzmunundan göründüyü kimi, kompensasiya institutu istifadə hüququna malik şəxsin mənzilin bölünməsi və ya onun dəyərindən payın hüquq verməsə də, onun yaşayış hüququnun təminatlı şəkildə qorunmasını təmin edir. Belə ki, Konstitusiya Məhkəməsi Plenumu hesab edir ki, yaşayış sahəsindən istifadə etmək hüququna xitam verilən şəxsə təklif edilən kompensasiya elə bir məbləğdə olmalıdır ki, istifadə hüququna malik olan şəxs bu məbləğin hesabına müəyyən müddət daxilində və davamlı surətdə əvvəlki mənzilə xas olan şəraitdə yaşamaq imkanı əldə etsin. Bu baxımdan “müəyyən müddət daxilində” ifadələrinə hüquqi müəyyənlik prinsipi nəzərə alınmaqla hüquqi aydınlıq gətirilməsi mühüm əhəmiyyət kəsb edir. Belə ki, hazırkı iddia tələbi cavabdehə münsibətdə onu ehtiva edir ki, sonuncu qanunvericliklə müəyyən edilmiş qaydada mənzildən istifadə hüququ əldə etmiş və kompensasiya verməklə onların hüququnun xitam verilməsinə dair iddia olmasaydı cavabdehin istifadə hüququ daimi xarakter daşıyacaqdır. Yəni mübahisəli mənzildə onların isitifadə hüququ müvvəqəti deyil, daimi xarakter daşıyır. Apellyasiya məhkəməsi hesab etmişdir ki, “müəyyən müddət daxilində” anlayışı onu göstərir ki, istifadə hüququna xitam verilən Cavabdeh azyaşlı uşaqları ilə birlikdə bu müddət bitən ana qədər özünü yaşayış sahəsi ilə təmin etməlidir və yaxud kompensasiya məbləği ilə əhatə edilən müddət bitdikdən sonra kirayədə qalmağa mad di imkanı olmalıdır. Əks təqdirdə məhkəmə tərəfindən qəbul edilən qətnamə ilə müəyyən edilən və kompensasiya ilə əhatə edilən müddət bitdikdən sonra şəxsin özünü yaşayış sahəsi ilə təmin edə bilməməsi, onun hər hansı bir yaşayış sahəsi olmadan mövcud olması ilə, yaxud, faktiki olaraq həmin şəxlərin yaşayış hüquqlarının məhkəmə qaydasına pozulması ilə nəticələnir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2-ci maddəsinə əsasən mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. Mülki məhkəmə icraatı qanunçuluğun və ictimai qaydanın bərqərar edilməsinə, vətəndaşla rın qanunlara dönmədən hörmət ruhunda tərbiyə edilməsinə rəvac verir. Digər tərəfdən, Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin tələbinə görə, heç kəs yaşadğı mənzildən qanunsuz məhrum edilə bilməz. Dövlət yaşayış binalarının və evlərin tikintisinə rəvac verir, insanların mənzil hüququnu gerçəkləşdirmək üçün xüsusi tədbirlər görür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsi mülkiyyətçiyə kompensasiya verməklə onun xüsusi mülkiyyətinə olan mənzildən istifadə hüquqlarına malik olan şəxslərin istifadə hüququna xitam vermə səlahiyyəti versə də, Konstitusiyanın 43-cü maddənin təfsiri digər məsələlərlə yanaşı həmçinin hazırkı işə münasibətə onu ehtiva edir ki, verilən kompensasiya ilə özünü başqa bir yaşayış səviyyəsi ilə təmin edə bilsin və yaxud kompensasiya i lə əhatə edilən müddət bitdikdən sonra onun özünü başqa bir yaşayış sahəsi ilə təmin etmək imkanı olsun. Belə ki, Konstitusiyanın 43-cü maddəsinin məzmuna görə dövlət nəinki hər bir şəxsin yaşadığı mənzildən qanunsuz məhrum edilməsini qadağan edir, hətta yaşayış binasının və evlərin tikintisinə rəvac verməklə onların mənzil hüququnu gerçəkləşdirir. Bu baxımdan Cavabdeh kompensasiya məbləği hesabına mübahisəli mənzildən olan daimi istifadə hüququnun başqa bir yaşayış sahəsində müddətli istifadə hüququ ilə əvəz edilməsi, bu məbləğ qutardıqdan sonra onun ümumiyətlə hər hansı bir yaşayış sahəsinə malik olmaması cavabdehin faktiki olaraq yaşadığı mənzildən qanunsuz məhrum edilməsi anlamına gəlir. Bu isə iddia tələbinin əsassızlığını təsdiq edir. Apellyasiya instansiyası məhkəməsi iddiaçının c avabdehin mübahisəli mənzildə olan istifadə hüququnun qarşılığında, eləcə də cavabdehin istifadə hüququna xitam verildiyi halda gələcəkdə onun davamlı surətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı verən ədalətli kompensasiya təklif etməməsi qənaətinə gəlsə də, hazırki mübahisə üzrə ədalətli kompensasiyanın məbləğini bazar qiymətinə uyğun olaraq müəyyən etməmişdir. Halbuki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53, 149.2.3 və 218-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun12 iyul 2016-cı il tarixli qərarına əsasən birinci instansiya məhkəməsi belə işlərə baxarkən, iddia əri zəsində kompensasiya məbləğinin göstərilib-göstərilməməsindən asılı olmayaraq, kompensasiyanın məbləğini bazar qiymətinə uyğun olaraq müəyyən etməlidir. Göründüyü kimi, apellyasiya instansiyası məhkəməsi Mülki Məcəllənin 228.2-ci maddəsinin tətbiqində Konstitusiya Məhkəməsi Plenumunun rəsmi şərhi baxımından səhvə yol vermişdir. Odur ki, iş üzrə yekun qərarın qəbul edilməsi üçün işin faktiki halları ilə bağlı qanunvericiliyin tələb etdiyi yuxarıda qeyd edilən halların araşdırılması zərurəti olduğundan, kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir. İşə yenidən baxılarkən Konstitusiya Məhkəməsi Plenumunun istinad edilən qərarına uyğun olaraq hazırki tələb üzrə ədalətli kompensasiya məbləği müəyyən edilməli və tərflərin bu məbləğə olan münasibəti aydınlaşdırılmalıdır. Azərbaycan Respublikası MPM-in 420-ci maddəsinə əsasən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 417.1.3-cü maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən: apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı kassasiya şikayəti qismən təmin edilsin. İş üzrə Şəki Apellyasiy a Məhkəməsi Mülki Kollegiyasının 19.09.2018-ci il tarixli, 2(107)-2062/2018 nömrəli qətnaməsi ləğv edilsin, işə yenidən baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən: Hakimlər: Əsli ilə düzdür Ali Məhkəmənin Sənan Hacıyev hakimi

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar