Məhkəmə qərarları › İş №2(102)-765/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-765/2023

27.02.2023 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-765/2023 27.02.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçı X1 cavabdehlər Cavabdeh2, Cavabdeh1 və İmişli Asan Xidmət Mərkəzinin Notariat Ofisinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi, sübutetmə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Nurməmmədov Əhməd Güləhməd oğlu, (məruzəçi) Əliyev Zaur Əli oğlu və Hüseynov Abiddin Qabil oğlundan ibarət tərkibdə, iddiaçı X1 cavabdehlər Cavabdeh2, Cavabdeh1 və İmişli Asan Xidmət Mərkəzinin Notariat Ofisinə qarşı daşınmaz əmlakın alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi tələbinə dair mülki iş üzrə Şirvan Apellyasiya Məhkəməsi Mül ki kollegiyasının 2(106)-1745/2022 nömrəli, 20 oktyabr 2022-ci il tarixli qətnaməsindən cavabdehlər Cavabdeh2 və Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayətinə 27 fevral 2023-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları

1. X2 və Cavabdeh2 2012-ci il tarixdə nikaha girərək ailə qurmuş, nikahlarını 16 aprel 2014-cü il tarixdə rəsmişlədirmişlər.

2. Beyləqan Rayon Məhkəməsinin 18 dekabr 2019-cu il tarixli qətnaməsi ilə aralarındaki nikah pozulmuşdur.

3. Cavabdeh2 adına mülkiyyət hüququ üzrə xx.xx.2018-ci il tarixdə qeydiyyata alınmış Beyləqan rayonu, Təzəkənd kəndində yerləşən 2,35 ha kənd təsərrüfatlı təyinatlı və xx.xx.2015-ci il tarixdə qeydiyyata alınmış Beyləqan rayonu, Təzəkənd kəndində yerləşən 3,2768 ha kənd təsər rüfatlı təyinatlı torpaq sahələri olmuşdur.

4. Cavabdeh2 Daşınmaz əmlakın alqı-satqı müqavilələrinə əsasən 04 mart 2020-ci il tarixdə torpaq sahələrini Cavabdeh1 satmış və qeyd edilən torpaq sahələri Cavabdeh1 mülkiyyətinə keçməklə torpaq sahələrinə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışlar verilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı X2 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər Rauf Murad oğlu ilə Cavabdeh1 arasında, cavabdehlə ümumi mülkiyyətlərində olan torpaq sahəsinin 3,27 ha olan hissəsinə dair 04 mart 2020-ci il tarixli 4Ə/147 saylı, 2,35 ha hissəsinə dair 04 mart 2020-ci il tarixli 4Ə/148 saylı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

6. İddiaçı yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışdır ki, o, Cavabdeh2 ilə 2012-ci ildə nikaha girərək ailə qurmuşlar. Nikah dövründə qazandıqları əmlaklar olub ki, həmin əmlaklardan bir hissəsi iki konturda yerləşən 2,35 ha və 3,27 ha torpaq sahəsidir ki, keçmiş həyat yoldaşı 18 dekabr 2018-ci ildə aralarında olan nikah pozulduqdan sonra əmlak tələbi ilə bağlı iddia qaldıracağını eşitdikdən sonra, həmin torpaq sahəsinin 3,27 ha olan hissəsini 04 mart 2020-ci il tarixli 4Ə/147 saylı, 2,35 ha hissəsi isə 4Ə/148 saylı 04 mart 2020-ci il tarixli alqı-satqı müqaviləsi əsasında Beyləqan rayon sakini Cavabdeh1 İmişli ASAN Xidmət Mərkəzinin Notariat Ofisində satmışdır. Hesab edir ki, həmin alqı-satqı müqaviləsi qanunvericiliyin tələblərinin pozulması ilə həyata keçirildiyi üçün etibarsız hesab edilməlidir. İş materiallarına əlavə edilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın surətindən görünür ki, Daşınmaz əmlakın reyestr nömrəsi **********48 olan 2,35 ha torpaq 12 aprel 2020-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır ki, bu da ona dəlalət edir ki, həmin torpaq sahəsi birgə nikah dövründə əldə edilmişdir. Alqı-satqı müqaviləsi rəsmiləşdirilərkən notarius həmin əmlaka mülkiyyət hüququnun yarandığı vaxtı müəyyən etməli, onun iştirakını təmin etməli idi, onun mülkiyyətində olan hissəni özgəninkiləşdirilməsinə yol verməməli idi. İmişli ASAN Xidmət Mərkəzinin notariusu alqısatqı müqaviləsini təsdiq edərkən qanunvericiliyin tələblərini, onun qanunla mülkiyyət hüququnu pozmuşdur, ona görə də həmin müqavilələr etibarsız hesab olunmalı, onun mülkiyyət hüququ bərpa edilməlidir.

7. Birinci instansiya məhkəməsində Cavabdeh2 iddianı qəbul etməyərək göstərmişdir ki, iddiaçı onun digər Cavabdeh1 satdığı 3,27 ha və 2,35 ha torpaq sahəsinin birgə mülkiyyətlərində olduğunu qeyd edir. Pay torpaq sahəsi uzaqda olduğu üçün həmin sahəni satıb evlərinə yaxın sahədə torpaq sahəsi almışdır. İddiaçı ilə 2012-ci ildə ailə qurmuşlar. Lakin qeyd edilən torpaq sahələri onlara, yəni atasına, anasına, bacısına və ona pay torpaq sahəsi kimi verilmişdir. Onun anası xəstə olduğu üçün həmin torpaq saələrini 04 mart 2020-ci il tarixdə alqı-satqı müqaviləsi əsasında Cavabdeh1 satmışdır. Torpaq sahələrini onlar nikah dövründə əldə etməmişlər və onların ümumi mülkiyyətlərində torpaq sahələri yoxdur.

8. Beyl əqan Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(020)-286/2022 nömrəli iş üzrə 28 aprel 2022-ci il tarixli qətnaməsi ilə (hakim S.İ.Sefullayev) iddia rədd edilmişdir.

9. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, Hüquqların Dövlət Qeydiyyatı Haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən Beyləqan rayonun Təzəkənd kəndində Cavabdeh2 mülkiyyətinə 2,35 ha və 3,27 ha kənd təsərrüfatlı təyinatlı torpaq sahələri verilmişdir. Həmin torpaq sahələrinin ümumi birgə mülkiyyət olmasına dair iddiaçı sübutlar təqdim edə bilməmiş, Cavabdeh2 oğlu ilə Cavabdeh1 arasında bağlanmış torpaq sahəsinin 3,27 ha olan hissəsinə dair 04 mart 2020 ci il tarixli 4Ə/147 saylı, 2,35 ha hissəsinə dair 04 mart 2020-ci il tarixli 4Ə/148 saylı alqı-satqı müqaviləsinin etibarsız edil məsi üçün əsaslar müəyyən edilməmiş, iddiaçı iddia tələblərinin əsası kimi istinad etdiyi halları sübuta yetirə bilməmişdir.

10. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 13, 60 və 127-ci, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 19.1, 139.3, 144.1, 146.2, 152.1, 157.2, 567.1, 646.1 və 648.1-ci, Mülki Prosessual Məcəllənin (bundan sonra – MPM) 9.3, 77.1, 88 və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

11. İddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

12. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edər kən işin müəyyən edilmiş hallarına maddi və prosessual hüquq normalarının tələblərinə müvafiq düzgün hüquqi qiymət verməmişdir. Belə ki, cavabdehlə birgə nikah dövründə iki konturda yerləşən 2,35 ha və 3,27 ha torpaq sahələrini əldə etmələrinə baxmayaraq cavabdehin həmin torpaq sahələrini onun razılığı özgəninkiləşdirməsi qanuna zidd olmuş, məhkəmə iddia tələbini rədd etməklə qanunsuz və əsassız nəticəyə gəlmişdir.

13. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(106)-1745/2022 nömrəli mülki iş üzrə 20 oktyabr 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər N.F.Mirzəyev (sədrlik edən və məruzəçi), İ.Q.Əsədov və S.İ.Mayılov) apellyasiya şikayəti təmin edilmiş, birinci instansiyası məhkəməsinin qətnaməsi ləğv edilmiş, iddia təmin edilm iş, Cavabdeh2 ilə Cavabdeh1 arasında bağlanmış 3,2768 ha torpaq sahəsinə dair 04 mart 2020-ci il tarixli AN-İ ******* saylı və 2,35 ha torpaq sahəsinə dair 04 mart 2020-ci il tarixli AN-İ ******* saylı alqı-satqı müqavilələrinin etibarsız hesab olunması qət edilmişdir.

14. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşmamışdır.

15. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, mübahisə predmeti olan Beyləqan rayonunun Təzəkənd kəndində yerləşən, xx.xx.2015-ci il tarixdə mülkiyyət hüququ ilə Cavabdeh2 adına qeydiyyata alınmış 3,2768 ha kənd təsərrüfatlı təyinatlı torpaq sahəsi və Beyləqan rayonunun Təzəkənd kəndində yerləşən, xx.xx.2018-ci il tarixdə mülkiyyət hüququ ilə Cavabdeh2 adına qeydiyyata alınmış 2,35 ha kənd tə sərrüfatlı təyinatlı torpaq sahəsi birgə nikah dövründə əldə edildiyindən ər-arvadın ümumi əmlakı hesab edilir. Ona görə də iddiaçının cavabdehlə Beyləqan Rayon Məhkəməsinin 18 dekabr 2019-cu il tarixli 2(020)-1347/2019 saylı qətnaməsi ilə nikah qeydinin pozulmasından sonra hər iki torpaq sahəsinin 04 mart 2020-ci il tarixdə Cavabdeh2 tərəfindən Cavabdeh1 birtərəfli qaydada satılmaqla özgəninkiləşdirilməsi həmin əqdin etibarsızlığı qənaətinə gəlməyə əsas verir.

16. Məhkəmə hesab etmişdir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə işin həqiqi hallarına uyğun gəlmir, maddi və prosessual hüquq normaları düzgün tətbiq edilməmişdir.

17. Apellyasiya məhkəməsi iddianın təmin olunması barədə qənaətini Mülki Məcəllənin 152.1, 225.1 və 225.6-cı, Ailə Məcəlləsinin 31.1, 32.1, 32.2, 32.2.2 v ə 37.1-ci, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 88 və 217.4-cü maddələri ilə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

18. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın rədd olunması barədə yeni qərar çıxarılmasını xahiş etmişdir.

19. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulmuş və düzgün tətbiq olunmamış, bu isə qətnamnənin ləğv edilməsi üçün əsasdır. Qanunveciliyin tələblərinə əsasən, ər-arvadın yalnız ümumi gəlirləri hesabına əldə etdikləri daşınar və daşınmaz əşyalar onların ümumi birgə mülkiyyətinə daxildir. Hazırkı halda da mübahisə predm eti olan həmin torpaq sahələrinin alınması zamanı nəinki arvadın, heç ərin də heç bir vəsaiti qoyulmamışdır. Həmin torpaq sahələrinin iddiaçı ilə nikah bağlanmamışdan əvvəl ailə üzvlərinin mülkiyyətində olmuş torpaq sahələrinin satışından əldə olunmuş vəsait hesabına alındığını nəzərə almamışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

20. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Mülki Məcəllə

21. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur.

22. Maddə 225.1. Ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmursa, on ların ümumi mülkiyyətidir.

23. Maddə 226.6. daşınmaz əmlaka birgə hüququ olan ərin (arvadın) razılığı olmadan daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış hüquq barədə bağlanmış müqavilə etibarsız hesab edilir. Bu, həmçinin əldə edənin belə hüququn yalnız müqavilə tərəfinə məxsus olması barədə vicdanlı olduğu hallara da aiddir. Əgər müqavilə üzrə tərəf müqavilənin etibarsızlığını bilirdisə və ya bilməli idisə, əldə edən həmin tərəfdən etibarsızlıqdan irəli gələn zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Ailə Məcəlləsi

24. Maddə 31.1. Ər-arvad birgə mülkiyyətinin rejimi onların əmlakının qanuni rejimi hesab olunur.

25. Maddə 32.1. Nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır.

26. Maddə 32.2. ər-arvadın ümumi birgə mülkiyyətinə: 32.2.1. On ların hər birinin əmək, sahibkarlıq və intellektual fəaliyyəti nəticəsində əldə etdikləri gəlirlər, aldıqları pensiya və müavinətlər, eləcə də xüsusi təyinatı olmayan digər pul ödəmələri (şikəstlik, sağlamlığın bu və ya digər formada pozulması nəticəsində əmək qabiliyyətinin itirilməsinə görə ödənilən məbləğ, maddi yardımın məbləği və s.); 32.2.2. ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və ya sair kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir

27. Maddə 37.1. ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir Mülki Prosessual Məcəlləsi

28. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

29. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

30. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

31. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

32. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəti cə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

33. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

34. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

35. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qə rardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya baxışının hədləri

36. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

37. Hazırkı kassasiya şikayətində qətnamə cavabdehlər tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassas iya instansiyası məhkəməsinin mövqeyi

38. Məhkəmə kollegiyasının mövqeyi ondan ibarətdir ki, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır.

39. Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

40. Cavbadehlərin kassasiya şikayətinin dəlilləri, yəni torpaq sahələrinin ərarvadın ümumi gəlirləri hesabına deyil, nikahdan əvvəl Cavabdeh2 və onun ailə üzvlərinin mülkiyyətində olmuş torpaq sahələrinin satışından əldə olunmuş vəsait hesabına alınması, yəni Cavabdeh2 ayrıca mülkiyyəti olması barədə göstərdiyi hallar iş materialları ilə öz təsdiqini tapmır. Bu halı sübuta yetirmək vəzifəsi cavabbeh Cavabdeh2 üzərinə düşməsinə baxmayaraq o, hər hansı sübut təqdim edə bilməmişdir.

41. Qeyd olunanları nəzərə alaraq məhkəmə kollegiyası belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

42. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyası nın 2(106)-1745/2022 nömrəli, 20 oktyabr 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar