Məhkəmə qərarları › İş №2(102)-766/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-766/2019

06.02.2019 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-766/2019 06.02.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ 06 fevral 2019-cu il İş 2(102)-766/19 Bakı şəhəri Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası Ə.Ə.Şadiyev (sədrlik edən və məruzəçi), Q.Ə.Allahverdiyev və İ.R.Xələfovdan ibarət tərkibdə, Ş.Ə.Allahverdizadənin katibliyi, Cavabdeh1 Açıq Səhmdar Cəmiyyətinin vəkili iştirakı ilə, İddiaçı və vəkili Mustafayev Dəyanət Musa oğlunun Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 25 sentyabr 2018-ci il tarixli qətnaməsindən verdikləri kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Şəki rayon məhkəməsinin08 iyun 2018-ci il tarixli qətnaməsiilə (E.M.Mehdiyev, iş2(075)2056/18) İddi açı cavabdehlər Cavabdeh1 ASC-yə və Cavabdeh2na qarşı ipoteka müqaviləsinin etibarsız hesab edilməsi tələbi bаrədə iddiаsı rədd edilmişdir. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 25 sentyabr 2018-ci il tarixli qətnaməsi ilə (İ.F.Quliyev (sədrlik edən və məruzəçi), Ə.T.Məcidovvə M.A.Əsədli, iş2(107)-2113/2018) Şəki rayon məhkəməsinin 08 iyun 2018-ci il tаrixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İddiaçı və vəkili Mustafayev Dəyanət Musa oğlu kassasiyaşikayətiveribqətnaməninləğvedilməsi vəişinyeniapellyasiyabaxışınagöndərilməsinixahişetmişlər. Məhkəmə kollegiyasının iclasında Cavabdeh1 Açıq Səhmdar Cəmiyyətinin vəkili Vəkil kassasiya şikayətinin dəlillərinə etiraz edib şikayətin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəməiclasınınvaxtıvəyeribarədətərə flərəlazımiqaydadaxəbərverilmiş, İddiaçı, Cavabdeh2 və üçüncü şəxs Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 12 saylı ərazi idarəsinin nümayəndələri üzürsüzsəbəbdənməhkəməiclasınagəlmədiklərindənkassasiyakollegiyasıişəonlarıniştirakıolmadan baxılmasınımümkünhesabetmişdir. İŞİN HALLARİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh1 ASC ilə aralarında bağlanmış 31 iyul 2012-ci il tarixli ipoteka müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişlər. İşüzrəyuxarıdagöstərilənməhkəməaktlarıqəbuledilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: İddiaçı və vəkili Mustafayev Dəyanət Musa oğlu kassasiya şikayətini onunla əsaslandırmışlar ki, Şəki ApellyasiyaMəhkəməsitərəfindənişəbaxılanzaman maddi və prosessual hüquq normalarının tələblər i pozulmuşdur. Məruzəçini, Cavabdeh1 Açıq Səhmdar Cəmiyyətinin vəkili Vəkil dinləyib, şikayətin dəlillərini və iş materiallarını müzakirə edən məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin edilmədən, qətnamədəyişdirilmədənsaxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yalnız maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlayır. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da, apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən, hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması vacibdir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyənləşdirilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması hesab olunmamalıdır. İşdə olan Şəki rayon məhkəməsinin 31 yanvar 2017-ci tarixli, 2 (075)-40/2017 nömrəli qətnaməsindən görünür ki, həmin qətnaməyə əsasən Cavabdeh1 ASC ilə İddiaçı arasında bağlanmış 31 iyul 2012-ci il tarixli, YSKFS-0309/3 saylı baş kredit müqaviləsindən irəli gələn ödənilməmiş əsas borca görə 8286,49 manat, faiz borcuna görə 1645,43 manat olmaqla, cəmi 9931,32 manat borc, 08 may 2013- cü il tarixli, SKMF-012/2 saylı baş kredit müqaviləsindən irəli gələn, ödənilməmiş əsas borca görə 13332,47 manat, faiz borcuna görə 1336,98 manat olmaqla cəmi 14669,45 manat borc, 17 iyul 2013-cü il tarixli, SKS-0002 saylı baş kredit müqaviləsindən irəli gələn ödənilməmiş əsas borca görə 44749,14 manat, faiz borcuna görə 15120,72 manat olmaqla, cəmi 59869,86 manat borc, 30 noyabr 2013-cü il tarixli, SKMF-0002/2 saylı baş kredit müqaviləsindən irəli gələn ödənilməmiş əsas borca görə 21724,44 manat, faiz borcuna görə 7189,32 manat olmaqla, cəmi 28913,76 manat borc İddiaçı Cavabdeh1 ASC-nin xeyrinə tutulması, İddiaçı 31 iyul 2012-ci il tarixli, YSKFS0309/3 nömrəli kredit müqaviləsi üzrə tutulmalı olan əsas borca görə 8286,49 manat, faiz borcuna görə 1645,43 manat olmaqla, cəmi 9931,32 manat İddiaçı tam mülkiyyət hüququ üzrə məxsus olan ünvan 1 ünvanında olan, 0,0581 hektar torpaq sahəsində yerləşən 1 mərtəbəli, 2 otaqlı, 39,8 kvadrat metr yaşayış, 72,15 kvadrat köməkçi sahədən ibarət 5 nömrəli fərdi yaşayış evinə yönəldilməsi və həmin əmlakın açıq hərracda satış yolu ilə realizə edilməsi, İddiaçı 08 may 2013-cü il tarixli, SKMF-012/2 nömrəli kredit müqaviləsi üzrə tutulmalı olan 13332,47 manat, faiz borcuna görə 1336,98 manat olmaqla, cəmi 14669,45 manat İddiaçı tam mülkiyyət hüququ üzrə məxsus olan Şəki rayonu, Qoxmuq kəndində istifadədə olan 0,0847 hektar torpaq sahəsində yerləşən, 2 girişli, 774,7 kvadrat metr əsas sahədən ibarət 1 mərtəbəli qeyriyaşayış binasına yönəldilməsi və həmin əmlakın açıq hərracda satış yolu ilə realizə edilməsi, İddiaçı 17 iyul 2013-cü il tarixli, SKS-0002 nömrəli kredit müqaviləsi üzrə tutulmalı olan əsas borca gör ə 44749,14 manat, faiz borcuna görə 15120,72 manat olmaqla, cəmi 59869,86 manat borc İddiaçı tam mülkiyyət hüququ üzrə məxsus olan ünvan 1 ünvanında olan 0,0581 hektar torpaq sahəsində yerləşən 1 mərtəbəli, 2 otaqlı, 39,8 kvadrat metr yaşayış, 72,15 kvadrat köməkçi sahədən ibarət 5 nömrəli fərdi yaşayış evinə və Şəki rayonu, Qoxmuq kəndində istifadədə olan 0,0847 hektar torpaq sahəsində yerləşən 2 girişli, 774,7 kvadrat metr əsas sahədən ibarət 1 mərtəbəli qeyri-yaşayış binasına yönəldilməsi və həmin əmlakların açıq hərracda satış yolu ilə realizə edilməsi, İddiaçı 30 noyabr 2013-cü il tarixli, SKMF-0002/2 nömrəli kredit müqaviləsi üzrə tutulmalı olan əsas borca görə 21724,44 manat, faiz borcuna görə 7189,32 manat olmaqla, cəmi 5 28913,76 manat İddiaçı tam mülkiyyət hüququ üzrə məxsus olan Şəki rayonu, Qoxmuq kəndində istifadədə olan 0,0529 hektar torpaq sahəsində yerləşən, 3 girişli, 464,2 kvadrat metr ümumi, 464,2 kvadrat metr əsas sahədən ibarət 1 mərtəbəli qeyri-yaşayış binasına yönəldilməsi və həmin əmlakın açıq hərracda satış yolu ilə realizə edilməsi, ipoteka ilə yüklü edilmiş və İddiaçı tam mülkiyyət hüququ üzrə məxsus olan ünvan 1 ünvanında olan, 0,0581 hektar torpaq sahəsində yerləşən 1 mərtəbəli, 2 otaqlı, 39,8 kvadrat metr yaşayış, 72,15 kvadrat köməkçi sahədən ibarət 5 nömrəli fərdi yaşayış evinin hərracda ilkin satış qiyməti 65000 manat, Şəki rayonu, Qoxmuq kəndində istifadədə olan 0,0847 hektar torpaq sahəsində yerləşən 2 girişli, 774,7 kvadrat metr əsas sahədən ibarət 1 mərtəbəli qeyri-yaşayış binasının hərracda ilkin satış qiyməti 75000 manat və Şəki rayonu, Qoxmuq kəndində istifadədə olan 0,0529 hektar torpaq sahəsində yerləşən 3 girişli, 464,2 kvadrat metr ümumi, 464,2 kvadrat metr əsas sahədən ibarət 1 mərtəbəli qeyri-yaşayış binasının hərracda ilkin satış qiymətinin 80000 manat müəyyən edilməsi, ipoteka predmeti olan və İddiaçı məxsus olan ünvan 1 ünvanında olan 0,0581 hektar torpaq sahəsində yerləşən 1 mərtəbəli, 2 otaqlı, 39,8 kvadrat metr yaşayış, 72,15 kvadrat köməkçi sahədən ibarət 5 nömrəli fərdi yaşayış evinə, Şəki rayonu, Qoxmuq kəndində istifadədə olan 0,0847 hektar torpaq sahəsində yerləşən 2 girişli, 774,7 kvadrat metr əsas sahədən ibarət 1 mərtəbəli qeyri-yaşayış binasına və Şəki rayonu Qoxmuq kəndində istifadədə olan 0,0529 hektar torpaq sahəsində yerləşən, 3 girişli, 464,2 kvadrat metr ümumi, 464,2 kvadrat metr əsas sahəd ən ibarət 1 mərtəbəli qeyri-yaşayış binasına tutma yönəldikdən və satıldıqdan sonra ən geci 1 (bir) ay ərzində həmin əmlakların boşaldılması, İddiaçı ünvan 1 ünvanında olan 0,0581 hektar torpaq sahəsində yerləşən 1 mərtəbəli, 2 otaqlı, 39,8 kvadrat metr yaşayış, 72,15 kvadrat köməkçi sahədən ibarət 5 nömrəli fərdi yaşayış evindən çıxarılması, ipoteka predmetlərinin açıq hərracdan satılmaqla əldə edilmiş vəsait qeyd olunan borcun ödənilməsi üçün yetərli olmazsa, qalan məbləğin ümumi qaydada İddiaçı tutulması, Cavabdeh1 ASC tərəfindən ipoteka predmetlərinə tutmanın yönəldilməsi ilə bağlı Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin Bakı şəhər ərazi idarəsində bildirişlərin qeydə alınması üçün ödənilmiş 90 AZN rüsum və iddianın verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumu olmaqla cəmi 12 0 manatın 24 manatının Cavabdeh1 ASC-nin özünə aid edilməsi, 96 manatının İddiaçı Cavabdeh1 ASC-nin xeyrinə tutulması, iş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizasının keçirilməsi ilə bağlı ödənilməli olan 250 (iki yüz əlli) manatın 50 manatının Cavabdeh1 ASC-dən və 200 manatın İddiaçı alınaraq «xxxx» MMC-nin hesabına, məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsi ilə bağlı ödənilməli olan 50 manat ekspertiza xərcinin 10 manatının Cavabdeh1 ASCdən və 40 manatının İddiaçı alınaraq AZ.MEM, VÖEN **********, AZ34CTRE********************, X1, KOD 6 210005, VÖEN **********1, müxbir hesabı AZE 41 NABZ **********000003944 SWİFT. BİK: CTREAZ 22 hesabına ödənilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: -324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. -337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. -389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. -390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. -399.1-ci maddəsinə əsasən müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. İş materiallarından məlum olur ki, Cavabdeh1 ASC ilə İddiaçı arasında bağlanmış 31 iyul 201 2-ci il tarixli, YSKFS-0309/3 nömrəli kredit müqaviləsinə əsasən yaranmış öhdəliklərin icrasına təminat olaraq Cavabdeh1 ASC ilə İddiaçı arasında 31 iyul 2012-ci il tarixli, 061 nömrəli ipoteka müqaviləsi bağlanmışdır. Həmin ipoteka müqaviləsinə əsasən İddiaçı tam mülkiyyət hüququ üzrə məxsus olan ünvan 1 ünvanında olan 0,0581 hektar torpaq sahəsində yerləşən 1 mərtəbəli, 2 otaqlı, 39,8 kvadrat metr yaşayış, 72,15 kvadrat köməkçi sahədən ibarət 5 nömrəli fərdi yaşayış evi Cavabdeh1 ASC ilə İddiaçı arasında bağlanmış 31 iyul 2012-ci il tarixli, YSKFS-0309/3 nömrəli kredit müqaviləsinin təminat üsulu kimi çıxış etmişdir. İşdə olan Cavabdeh1 ASC ilə İddiaçı arasında bağlanmış 31 iyul 2012-ci il tarixli kredit müqaviləsinə əsasən yaranmış öhdəliklərin icrasına təminat olaraq Cavabdeh1 ASC ilə İddiaçı arasında 31 iyul 2012-ci il tarixli ipoteka müqaviləsi bağlanmışdır. Həmin ipoteka müqaviləsinə əsasən İddiaçı tam mülkiyyət hüququ üzrə məxsus olan ünvan 1 ünvanında olan 0,0581 hektar torpaq sahəsində yerləşən 1 mərtəbəli, 2 otaqlı, 39,8 kvadrat metr yaşayış, 72,15 kvadrat köməkçi sahədən ibarət 5 nömrəli fərdi yaşayış evi Cavabdeh1 ASC ilə İddiaçı arasında bağlanmış 08 may 2013-cü il tarixli, 036/3 nömrəli kredit müqaviləsinin təminat üsulu kimi çıxış etmişdir. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçı ipоtekа müqаviləsinin etibarsız hesab olunmasına əsas ola bilən heç bir möhtəbər sübutu məhkəməyə təqdim etməmişdir. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, birinci instаnsiyа məhkəməsi iş üzrə düzgün nəticəyə gələrək haqlı оlаrаq qeyd etmişdir ki, Cavabdeh1 ASC ilə İddiaçı arasında bağlanmış 08 may 2013-cü il tarixli, 036/3 nömrəli ipoteka müqaviləsi İddiaçı Cavabdeh1 ASC qarşısında 08 may 2013-cü il tarixli, SKMF-012/2 nömrəli kredit müqaviləsi üzrə yaranmış öhdəliklərin icrasının təmin edilməsi məqsədi ilə bağlanmışdır. Həmin ipoteka müqaviləsini tərəflər imzalamışlar və ipoteka müqaviləsində tərəflərin hüquq və vəzifələri, qarşılıqlı öhdəlikləri nəzərdə tutulmuşdur. Bankın kredit vermək, borclunun krediti qəbul edərək razılaşdırılmış müddətlərdə və məbləğlərdə qaytarmaq kredit müqaviləsi üzrə öhdəliklərin icrasını təmin etmək məqsədi ilə ipoteka predmetinin yüklü edilməsi tərəflərin öhdəliklərindəndir. Beləliklə, tərəflər o cümlədən, iddiaçı mübahisələndirdiyi ipoteka müqaviləsini imzalamaqla həmin müqavilə qanuni qüvvəsini al mışdır. Həmçinin iddiaçı mübahisələndiriyi ipoteka müqaviləsi imzalamaqla həmin müqavilə üzrə öhdəliklərin icrası vəzifəsini öz üzərinə götürmüşdür. Apellyasiya instansiyası məhkəməsi belə nəticəyə gəlmişdir ki, qeyd edilən ipoteka müqaviləsinin etibarsız hesab edilməsi üçün əsaslar mövcud olmadığından və bununla bağlı iddianın əsaslı olmasını sübut edəcək hər hansı bir sənəd məhkəməyə təqdim edilmədiyindən İddiaçı Cavabdeh1 ASC ilə aralarında bağlanmış 31 iyul 2012-ci il tarixli ipoteka müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair iddiası təmin edilməməlidir. İşin yuxarıda qeyd olunan faktiki hallarını və sadalanan normaların tələblərini nəzərə alan kassasiya kollegiyası Apellyasiya Məhkəməsinin hazırkı iş üzrə qəbul etdiyi qətnamə ilə razılaşır və hesab edir ki,Şəki ApellyasiyaMə hkəməsiningəldiyi nəticə düzgündür. İşdə qətnamənin ləğv edilməsi üçün əsaslar olmadığından qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Kassasiya şikayətinin dəlilləri əsassızdır. Şəki Apellyasiya Məhkəməsi tərəfindən işə baxılan zaman maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmişdir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının bu iş üzrə olan 25 sentyabr 2018-ci il tarixli, 2(107)-2113/18 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərarqəbuledildiyiandanqüvvəyəminir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar