Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-766/2020 07.02.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlunun sədrliyi və məruzəsi ilə, Kalbalıyev Aslan Kalbalı oğlu, İbayev Vəfaddin Ələm oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əliyeva Günel İnqilab qızının katibliyi, iddiaçının vəkili X5, maraqlı şəxs X4 vəkili X2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X17 İdarəsinə (maraqlı şəxs: X9) qarşı “birgə nikah dövründə əldə edilmiş əmlakın bölgüsü” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin MKnın 28 avqust 2019-cu i l tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 18 aprel 2018-ci il tarixli qətnaməsi ilə (hakim E.Nuriyev) iddia qismən təmin edilmiş, Bakı şəhəri, Xətai rayonu, X.Məmmədov küçəsi, 2944A saylı məhəllədə yerləşən yaşayış binasının 1-ci blokunun 7-ci mərtəbəsində ümumi sahəsi 58.60 kv.m olan 50 saylı 1 otaqlı mənzil üçün ödənilmiş 34320 (otuz dörd min üç yüz iyirmi) manatın ½ hissəsinin, yəni 17160 (on yeddi min yüz altmış) manat pulun Cavabdeh1 İddiaçı xeyrinə tutulması, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 19.08.2018-ci il tarixli qətnaməsi ilə (sədrlik edən N.Cəfərov, hakimlər V.Baxışova və V.Həsənov) Cavabdeh1 apellyasiya şikayətini n rədd edilməsi, İddiaçı apellyasiya şikayətinin qismən təmin edilməsi, hazırkı iş üzrə Nizami Rayon Məhkəməsinin 18.04.2018-ci il tarixli qətnaməsinin qismən - “Mitsubishi Pajero” markalı, ** DM *** dövlət qeydiyyat nişanlı avtomobilə aid hissədə ləğv edilməsi, həmin hissədə tələbin təmin olunması, “Mitsubishi Pajero” markalı, ** DM *** dövlət qeydiyyat nişanlı avtomobilə dair 05.08.2017-ci il tarixində Cavabdeh1 ilə Cavabdeh2 arasında bağlanmış alqı-satqı müqaviləsinin etibarsız hesab olunması, avtomobilə dair Cavabdeh2 adına verilmiş qeydiyyat şəhadətnaməsinin ləğv edilməsi, avtomobilin İddiaçı ilə Cavabdeh1 ümumi əmlakı hesab olunması, avtomobildə onların paylarının bərabər (hər birinə ½ hissə) müəyyən edilməsi, qalan hissədə qətnamənin dəyişdirilmədən saxlanılması qət edilmişdir. Azər baycan Respublikası Ali Məhkəməsinin 22.04.2019-cu il tarixli qərarı ilə (sədrlik edən M.Əhmədova, hakimlər Ə.Rüstəmov və Ə.Nurməmmədov) kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-8707/2018 nömrəli qətnaməsinin qismən, yəni “iddianın avtomobilə dair hissədə təmin olunması” hissəsində ləğv edilməsi, mülki işin bu hissədə yenidən apellyasiya qaydasında baxılması üçün həmin məhkəməyə göndərilməsi, qətnamənin qalan hissədə, yəni – “iddianın mənzil bölgüsü” hissəsində dəyişiklik edilmədən saxlanılması qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin MK-nın 28 avqust 2019-cu il tarixli qətnaməsi ilə (sədrlik edən A.Hüseyn, hakimlər E.Nəbiyev və R.Qurbanov) iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nizami R ayon Məhkəməsinin 18 aprel 2018-ci il tarixli qətnaməsinin mübahisələndirilən hissədə (avtomobilə aid hissədə) dəyişdirilmədən saxlanılması qət edilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLLİLƏRİ İddiaçı kassasiya şikayəti ilə Azərbaycan Respublikası Ali Məhkəməsi MK-ya müraciət edərək şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsi işə mahiyyəti üzrə baxarkən və qətnamə çıxararkən Azərbaycan Respublikası mülki və mülki prosessual qanunvericiliyinin tələblərini pozmuş, iş üçün əhəmiyyət kəsb edən bütün faktiki halları aydınlaşdırmamışdır. Ona görə də Bakı Apellyasiya Məhkəməsinin MK-nın 28 avqust 2019-cu il tarixli qətnaməsinin tamamilə ləğv edilməsini və iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Hüquqi məsələlər: İddiaçı Cavabdeh1 qarşı iddia ərizəsi ilə Bakı şəhəri Nizami Rayon Məhkəməsinə müqaciət edərək, Cavabdeh1 ilə aralarında bağlanmış nikahın pozulması, cavabdehlə birgə nikahdan anadan olmuş 24 yanvar 2006-cı il təvəllüdlü X6 və 19 sentyabr 2010-cu il təvəllüdlü X8 onun himayəsinə verilməsi və uşqların yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən aylıq gəlirlərinin və qazancının 1/3 hissəsi miqdarında alimentin onun xeyrinə tutulması, cavabdehlə birgə nikah dövründə əldə etdikləri 2008-ci il buraxılışlı “Mitsubishi Pajero” markalı ** DM *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi və “Akkord” şirkətlər qrupundan alınmış yeni tikili binadakı cavabdehin adına rəsmiləşdirilmiş mənzilin ½ hissəsinə onun mülkiyyət hüququnun tanınması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Sonradan İddiaçı iddia ərizəsi nə əlavə təqdim edərək, tərəflərin birgə nikah dövründə cavabdehin adına «xxxx» ASC-dən 29.09.2006-cı il tarixli müqavilə əsasında Bakı şəhəri. Xətai rayonu. X.Məmmədov küçəsi. 2944A savlı məhəllədə yerləşən yaşayış binasının 1-ci blokunun 7-ci mərtəbəsində ümumi sahəsi 58.60 kv.m olan 50 saylı 1-otaqlı mənzil üçün ödənilmiş 36160 (otuz altı min bir yüz altmış) manatın 1/2 hissəsinin, yəni 18080 (on səkkiz min səksən) manat pulun Cavabdeh1 İddiaçı xeyrinə tutulması, cavabdehlər Cavabdeh1 ilə Cavabdeh2 arasında 2008-ci il buraxılışlı «Mitsubishi Pajero» markalı **-DM-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin alqı-satqısına dair AR DİN BDYPİ-də bağlanmış 05 avqust 2017-ci il tarixli müqavilənin etibarsız hesab edilməklə, həmin nəqliyyat vasitəsinə Cavabdeh2 adına verilmiş nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin ləğv edilməsi. 2008-ci il buraxılışlı «Mitsubishi Pajero» markalı **-DM*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin ½ hissəsinə İddiaçı mülkiyyət hüququnun tanınması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İşin mübahisə edilməyən hallarına görə İddiaçı ilə Cavabdeh1 keçmiş ər-arvaddır. Onların nikahı 29.11.2003-cü ildə bağlanmış, 18.04.2018-ci il tarixində pozulmuşdur. Həmçinin o da mübahisə olunmur ki, «Mitsubishi Pajero» markalı **-DM-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi birgə nikah dövründə alınmışdır. Həmin avtomobil 05.08.2017-ci il tarixli alqı-stqı müqaviləsi ilə Cavabdeh2, 20.08.2018-ci il tarixli alqı-satqı müqaviləsi ilə maraqlı şəxs X1. İddiaçı bildirir ki, o 29.11,2003-cü il tarixdə Cavabdeh1 ilə rəsmi nikaha daxil olaraq ailə qurmuşlar. Həmin nikahdan 24.01,2006-ci il təvəllüdlü oğlu X10 və 19.09.2010-cu il təvəllüdlü oğlu X11 anadan olmuşdur. Ailə həyatlarının ilk günlərində cavabdehlə münasibətləri çox normal və səmimi olsa da son bir ildə olanlar nəticəsində cavabdehlə aralarındakı nikah yalnız kağız üzərində qalmışdır, cavabdehlə onu bir-birinə bağlayan hər hansı bir isti münasibətlər mövcud deyildir və onlar ayrı-ayrılıqda yaşayırlar. Birgə nikah dövründə 01.07.2013-cü il tarixində cavabdehin adına 2008-ci il buraxılışlı “Mitsubishi Pajero” markalı **-DM-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini və “Akkord” şirkətlər qrupundan yenitikili binada mənzil almışlar. Cavabdehin nümayəndəsi bildirir ki, ünvan 1 ünvanında yerləşən 50 saylı mənzilin alınması üçün «xxxx» ASC ilə 29.09.2006-cı il tarixli müqavilə bağlayaraq həmin mənzilin alınması üçün Şirkətə 2006-2008-ci illər ərzində ayda 260 (iki yüz altmış) manat olmaqla ümumilikdə 7280 (yeddi min iki yüz səksən) manat ödəniş etmiş 2008-ci ilin sonunda yaranmış maddi çətinlikləri ilə əlaqədar mənzilin ödənişlərini ödəyə bilməmiş və mənzilin, habelə ödədiyi pulların qaytarılması üçün Şirkətə müraciət etmişdir. Şirkətdən bildirmişlər ki, müəyyən faiz tutmaq şərtilə ödədiyi pulların qaytarılması yalnız mənzil başqa şəxsə satıldıqdan sonra mümkündür. Ödənişləri ödəmək imkanı olmadıği üçün və nəticədə borca görə gecikmə faizləri yarandığı üçün qardaşı Cavabdeh2 qalıq məbləği özü tərəfindən ödəməklə mənzili ondan almağı təklif etmişdir. 23.01.2009-cu il tarixindən başlayaraq həmin mənzilin alınması üçün bütün ödənişlər və mənzili n tam dəyəri qardaşı Cavabdeh2 tərəfindən ödənilmişdir. Həmin tarixdən başlayaraq bütün ödəniş qəbzlərində Cavabdeh2 adı və imzası qeyd olunmuşdur. Cavabdeh2 2009-cu il tarixdən öz ailəsi ilə mübahisəli mənzildə yaşayır və bütün kommunal ödənişlər qardaşı Cavabdeh2 adınadır. BU isə o deməkdir ki. İddiaçı tələb etdiyi 36160 (otuz altı min bir yüz altmış) manat pul vəsaitinin yalnız 7280 (yeddi min iki yüz səksən) manatı tərəfindən ödənilmişdir. İddianın «Mitsubishi Pajero» markalı **-DM-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin bölünməsinə dair hissəsi ilə bağlı onu qeyd etmək istəyir ki, 2013-ci il iyun ayında qardaşı Cavabdeh2 mənzilə ödədiyi 7280 manat pul vəsaitini ona qaytarmış və o 01.07.2013-cü il tarixində bankdan kredit götürüb həmin avtomobili almışdır. 05 avqust 2017-ci il tarixində iddiaçı ilə birgə yaşadıqları dövrdə yoldaşının razılığı ilə «Mitsubishi Pajero» markalı **-DM-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi qardaşı Cavabdeh2 adına qeydiyyata alınmışdır. «Mitsubishi Pajero» markalı **-DM-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi birgə nikah dövründə və yoldaşının razılığı ilə özgəninkiləşdirildiyindən iddiaçının iddia tələbi olan alqı-satqının etibarsızlığı təmin edilməməlidir. İddiaçı ilə 2017-ci ilin sentyabr ayından ayrılmış, o vaxtdan ondan və uşaqlarından heç bir xəbəri yoxdur. 2014-cü il tarixdə yoldaşının müalicəsi (yoldaşı epilepsiya xəstəliyindən əziyyət çəkir) üçün «xxxx» ASC-dən 8000 (səkkiz min) manat kreditə pul götürmüşdür. Həmin 8000 (səkkiz min) manat kredit puldan banka 6498.8 (altı min dörd yüz doxsan səkkiz manat sə ksən qəpik) manat borcu qalmışdır. Birgə nikah dövründə əldə edilmiş əmlak kimi 6498.8 (altı min dörd yüz doxsan səkkiz manat səksən qəpik) manat kredit borcu da İddiaçı ilə aralarında bərabər qaydada bölünməlidir. İş üzrə maraqlı şəxs X9 bildirir ki, O «Mitsubishi Pajero» markalı **-DM-*** dövlət qeydiyyat nişanlı avtomobili 20.08.2018-ci il tarixli alqı-satqı müqaviləsi ilə 25500manata X3 almışdır. «Mitsubishi Pajero» markalı **-DM-*** dövlət qeydiyyat nişanlı avtomobili alarkən həmin avtomobil barədə mübahisə olduğunu bilmirdi, mübahisə olduğunu bilsəydi avtomobili almazdı. O vicdanlı alıcıdır və buna görədə iddia təmin olunmamalıdır. İş üzrə mübahisə apellyasiya instansiyası məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. Məhkəmə kollegiyası izahatları dinləyib, kassa siya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti təmin edilməklə apellyasiya məhkəməsinin qətnaməsi tam ləğv edilərək iş yenidən baxılması üçün apellyasiya instansiya məhkəməsinə qaytarılmalıdır. Çünki apelliyasiya instansiyası məhkəməsinin qətnaməsi qanuni və əsaslı deyildir. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmamışdır. Azərbaycan Respublikası MPM-nin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası MPM-nin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Belə ki, iddiaçının iş üzrə bildirdiyi hallardan görünür ki, onunla Cavabdeh1 arasındakı nikah 18.04.201 8-ci il tarixində pozulsa da faktiki olaraq ailə münasibətləri bundan 1 il qabaq pozulmuş və həmin dövrdən onlar ayrı-ayrılıqda yaşamışlar. Mübahisəli avtomobil isə onlar arasındakı münasibətlər faktiki pozulduğu vaxtdan sonra yeni 05.08.2017-ci il tarixində Cavabdeh2 satılmışdır. Lakin apellyasiya instansiyası məhkəməsi bu halları, yəni tərəflər arasında faktiki ailə münasibətlərinin nə vaxt pozulduğunu, mübahisəli avtomobilin alqı-satqısının nikah münasibətlərinin faktiki pozulduğu vaxtdan sonra baş verib-verməməsini araşdırmamış və iddiaçının mübahisəli avtomobilin alqı-satqısına münasibətdə razılığının olub-olmamasını aydınlaşdırmamışdır. Bununla yanaşı iş materiallarından görünür ki, maraqlı şəxs X9 öz ərizəsində göstərmişdir ki, 20 avqust 2018-ci il tarixli alqı-satqı müqaviləsi ilə satın aldığı «Mitsubishi Pajero» markalı **-DM-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzrərində qadağa olması və həmin avtomobillə bağlı müqavilələrin ləğv olunması barədə qeyd vardır.(iş v.229) Lakin apellyasiya instansiyası məhkəməsi maraqlı şəxs tərəfindən qeyd olunan hallara münasibət bildirməmiş, mübahisəli avtomobil ilə bağlı E.Yunusovla bağlanmış müqavilənin qüvvədə olub olmaması məsələsini araşdırmamış nəticədə mübahisənin həllinə düzgün yanaşmamışdır. Beləliklə işin yuxarıda qeyd edilən hallarından göründüyü kimi, apellyasiya məhkəməsinin qətnaməsi prosessual hüquq normalarının pozuntusu ilə çıxarılmışdır və bu hal düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnmişdir. Azərbaycan Respublikası MPM-nin 418.3-ci maddəsinin məzmununa görə prosessual hüquq normalarının pozulma sı və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 416, 417, 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin MK-nın 28 avqust 2019-cu il tarixli qətnaməsi ləğv edilsin. İş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-766/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-766/2020
07.02.2020 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver