Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-766/2025 25.04.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdeh Bakı şəhəri 25 saylı notariat ofisinə qarşı (X14 mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilməklə) iş üzrə QƏRARİ Açar sözlər: vərəsəlik mübahisələri, irsi transmissiya, vərəsənin əvəzlənməsi, ər-arvaddan biri öldükdə onların birinin uşağının (digərinə münasibətdə ögey uşaq) valideyni olmayan digərinin mirasına hüququ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Hacıyev Sənan Firudin oğlu (məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, İddiaçı cavabdeh Bakı şəhəri 25 sayl ı notariat ofisinə qarşı (X14 mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilməklə) “ərarvadın ümumi paylı mülkiyyət hüququna dair şəhadətnamənin verilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-3807/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilən kassasiya şikayətinə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1.X10 X11 ilə xx.xx.1981-ci il rəsmi nikah münasibətlərinə daxil olmuş, birgə nikahdan xx.xx.1987-ci il tarixdə Səfərİddiaçı Fikrət qızı doğulmuşdur. Onların arasında bağlanmış nikah xx.xx.1998-ci il tarixdə pozulmuşdur. 2.Bağlar təsərrüfatının inkişafı və istismarı birliyi tərəfindən Bakı şə həri, Xəzər rayonu, Şüvəlan qəsəbəsində yerləşən 0,14 ha torpaq sahəsi və onun üzərində yerləşən 11 kv.metr sahəsi olan 1 otaqlı tikili (bundan sonra – bağ evi) 2001-ci ildə X7 icarəyə verilmişdir.
3. X17 ilə X10 arasında 2010-cu ildə nikah bağlanmışdır. Onların birgə nikahından uşaqları olmamışdır. İddiaçı X12 əvvəlki nikahdan doğulmuş qızıdır. 4.X10 bağ evinə dair mülkiyyət hüququnu 2016-cı ildə rəsmiləşdirmişdir. 5.2019-cu ildə X10 həmin torpaq sahəsinin 0,06 ha hissəsini X2, elə həmin ildə də torpaq sahəsinin qalan 0,08 ha hissəsi və həmin torpaq sahəsində yerləşən ümumi sahəsi 15,7 kv.metr olan bağ evi vahid əmlak kimi onun adına dövlət qeydiyyatına alınmışdır.
6. X17 xx.xx.2022-ci il tarixdə ölmüşdür.
7. X10 xx.xx.2022-ci il tarixdə bağ evini və torpaq sahəsinin 0,036 ha hissəsini X3. Bunun nəticəsində X5 mülkiyyətində yuxarıda göstərilən ünvanda yerləşən 0,044 ha torpaq sahəsi (bundan sonra – torpaq sahəsi) qalmışdır. 8.X10 xx.xx.2022-ci ildə ölmüşdür. 9.X12 ölümündən sonra onun qızı İddiaçı müraciəti əsasında vərəsəlik işi açılmışdır. X4 miras qalmış əmlakla bağlı vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi barədə İddiaçı müraciətinə imtina cavabı verilmişdir. İmtina Mülki Məcəllənin 1252-ci (irsi transmissiya) maddəsinə istinad edilməklə onunla əsaslandırılmışdır ki, X17 Fikrət Səfərəliyevdən əvvəl vəfat etmişdir. Həmçinin, “Notariat haqqında” Qanunun 62-ci maddəsinə istinad edilərək göstərilmişdir ki, müraciət edilən əmlakla bağlı ər-arvadın hər ikisi vəfat etdiyindən müraciətdən imtina olunur. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məh kəməsində icraat
10. İddiaçı məhkəməyə müraciət edərək, torpaq sahəsinə ər-arvadın ümumi əmlakdan paya dair mülkiyyət hüququ haqqında şəhadətnamənin verilməsinin Bakı şəhəri 25 saylı notariat ofisinə həvalə olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
11. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, onun anası X17 1980-cı ildən X6 faktiki nikaha daxil olmuşdur. Həmin vaxt onun 6 yaşı olmuşdur və o, mərhum Fikrət Yaquboviçi öz atası kimi bilmişdir. Anası ilə Fikrət Yaquboviç 2010-cu ildə nikahlarını rəsmiləşdirmişlər. Anası rəhmətə getdikdən sonra atalığı Fikrət Səfərəliyev anası ilə birgə nikah dövründə aldıqları bağ evinin yarısını satmışdır. Fikrət Yaquboviç xx.xx.2022-ci il tarixdə dünyasını dəyişmişdir. Anası sağ olan zaman o, anası ilə birlikdə orada öz hesabına ev tikmiş və hazırda həmin evdə yaşayır. Bu torpaq sahəsin onun anası ilə atalığının birgə nikah dövründə alındığına görə torpağın yarısı onun anasına məxsusdur. İddiaçı hazırda həmin torpaq sahəsinin qalan hissəsində - anası ilə birlikdə tikdirdiyi fərdi yaşayış evində oğlu ilə yaşayır. Sözügedən əmlakla bağlı notariat ofisinə müraciət etsə də, imtina cavabı almışdır.
12. X14 müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmişdir.
13. İddiaçının nümayəndəsi məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat vermiş, əlavə olaraq bildirmişdir ki, üçüncü şəxs Kamran İsmayılov mərhum Fikrət Səfərəliyevin qardaşı oğludur, torpaq sahəsi ona məxsus olmamışdır, əmisinin ölümünü bildikdən sonra torpaq sahəsinə yiyələnmək istəmişdir.
14. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2024-c ü il tarixli, 2(003)-475/2024 nömrəli qətnaməsi ilə iddia rədd edilmişdir (hakim: Əkrəm Qəhrəmanov).
15. Məhkəmə mövqeyini belə əsaslandırmışdır ki, iddiaçının bağ evinə anası X12 pay hüququ haqqında şəhadətnamə verilməsi üçün qanunvericilik həmin şəxsin əri olmuş X5 yazılı ərizəsinin olmasını tələb edir. X10 isə artıq vəfat etdiyinə görə yazılı ərizənin verilməsi mümkün deyil. Beləliklə, X15 mübahisəli torpaq sahəsinə pay hüququ haqqında şəhadətnamənin verilməsi qanunvericiliklə nəzərdə tutulmadığı üçün, iddia tələbi təmin edilə bilməz.
16. Məhkəmə mövqeyini Mülki Məcəllənin 139.1, 139.3-cü, “Notariat haqqında” Qanunun 62-ci, eləcə də Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat
17. İddiaçı apellya siya şikayəti vermiş, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək iddianın təmin edilməsi barədə yeni qətnamənin çıxarılmasını xahiş etmişdir.
18. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi Mülki Məcəlləsinin 225.1-ci və Ailə Məcəlləsinin 32.1-ci maddəsini nəzərə almamış və qanunsuz qərar qəbul etmişdir. Torpaq sahəsinin X6 X13 ümumi mülkiyyəti olmasına dair qanuni prezumpsiya ilə müdafiə olunmasına baxmayaraq, birinci instansiya məhkəməsi bunu nəzərə almamışdır. Qanunvericilikdə ər-arvadın ölməsi nəticəsində pay hüququ haqqında şəhadətnamənin verilməsinə dair xüsusi qaydaların müəyyən edilməməsi həmin şəhadətnamənin verilməməsinə əsas ola bilməz. Torpaq sahəsi üzərində ümumi mülkiyyətin mübahisə predmeti olmamasına baxmayaraq, vərəsələri n mülkiyyət hüquqlarının “Notariat haqqında” Qanunun 62-ci maddəsinə istinad edilməklə vəfat etmiş şəxsin razılığından asılı edilməsi qanuni deyil.
19. Apellyasiya şikayətinin digər dəlilinə görə ki, birinci instansiya məhkəməsi ümumiyyətlə cavabdeh Bakı şəhəri 25 saylı notariat ofisinin imtina məktubuna münasibət bildirməmiş, həmin imtina məktubunun imtina əsaslarını tam araşdırmamış, bununla da Mülki Prosessual Məcəllənin 14.1 və 88-ci maddələrinin tələblərini pozmuşdur. Belə ki, imtina məktubunda imtina əsaslarından biri kimi AR Mülki Məcəlləsinin 1252-ci maddəsi göstərilmişdir. Halbuki hazırkı iş üzrə irsi transmissiya əsasları ilə əlaqədar hər hansı mübahisə yaranmamışdır və ümumiyyətlə irsi transmissiya halı mövcud deyildir.
20. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməy ən üçüncü şəxs X14 apellyasiya şikayətinə qarşı etiraz təqdim edərək bildirmişdir ki, X17 mərhum X5 vərəsəsi deyildir. İddiaçı mərhum X12 birinci nikahından olan qızıdır, yəni Səfərəliyev Fikrət onun atası deyil. İddia olunan bağ nikah bağlandığından əvvəl əldə edildiyindən və özəlləşdirmə əsasında mülkiyyət hüququ qeydiyyatdan keçdiyindən, X7 məxsus əmlakdır və onunla xx.xx.2010-cu il tarixdə nikaha daxil olduğu X12 ümumi birgə mülkiyyəti sayılmır. X12 xx.xx.2022-ci il tarixdə vəfatından sonra X10 xx.xx.2022-ci il tarixdə vəfat etdiyinə görə yuxarıda göstərilən yazılı ərizənin verilməsi mümkün deyil. Beləliklə,X15 yuxarıda göstərilən torpaq sahəsinə pay hüququ haqqında şəhadətnamənin verilməsi qanunvericiliklə nəzərdə tutulmamışdır.
21. İddiaçının nümayəndəsi - vəkili məhkəmə iclasında ve rdiyi izahatında əlavə olaraq qeyd etmişdir ki, birgə nikah dövründə bağ evində yaxşılaşdırma işləri aparılmış, torpaq sahəsi üzərində fərdi yaşayış evi inşa edilmişdir. Bu səbəbdən, iddiaçının həmin torpaq sahəsindən və üzərində olan fərdi yaşayış evindən pay almaq hüququ yaranmışdır.
22. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli 2(103)-3807/2024 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi iddiaçının şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır (hakimlər: Fuad Abdıyev – sədrlik edən və məruzəçi, Fərrux Qasımov, Xəyal Sarıyev)
23. Birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşan məhkəmə kollegiyası bildirmişdir ki, X5 bağ evinə dair mülkiyyət hüququ əvəzsiz yaranmışdır. Belə ki, bağ evi iddiaçının anasının nikahının qeydə alındığı tarixdən 9 il əvvəl X5 icarəsinə verilmişdir. Bu səbəbdən həmin daşınmaz əmlakın ər-arvadın ümumi paylı mülkiyyəti hesab edilməsindən söhbət gedə bilməz.
24. Məhkəmə kollegiyası iddiaçı tərəfin birgə nikah dövründə bağ evində yaxşılaşdırılma işlərinin aparılması, o cümlədən tikilinin inşa olunması barədə arqumentlərinə münasibətdə qeyd etmişdir ki, həmin torpaq sahəsinin üzərində 15,7 kv.m. ölçüdə bağ evi olmuş, o da xx.xx.2022-ci il tarixdə torpaq sahəsinin 0,036 ha hissəsi ilə birlikdə satılmışdır. Bu tikilidən başqa həmin sahədə, o cümlədən hazırda mübahisələndirilən 0,044 ha torpaq sahəsi üzərində hər hansı tikintinin olduğunu təsiq edən sübut (adi fotoşəkil) nə birinci, nə də ki, apellyasiya instansiya icraatında təqdim edilməmişdir.
25. Apellyasiya instansiyası məhkəməsi mövqeyini Mülki Məcəllənin 157.1, 225.1, 1133.1, 1134.1, 1145-ci, Ailə Məcəlləsinin 32.1, 32.2, 34.1, 35, 36.3-cü, “Torpaq islahatı haqqında” Qanunun 9 və 10-cu maddələrinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
26. İddiaçı (Vəkil) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş etmişdir.
27. Kassasiya şikayətinin dəlilləri apellyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil etmiş, əlavə olaraq göstərilmişdir ki, iddiaçının anası torpaq sahəsində ev tikib təmir etdirmiş, hətta o özü də təmirə pul qoymuş, torpaq sahəsi əhəmiyyətli dərəcədə yaxşılaşdırılmışdır, bununla da Ailə Məcəlləsinin 35-ci maddəsinə əsasən anasının birgə mülkiyyətçiliyi yaranmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
28. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs kassasiya şikayətinə qarşı yazılı etiraz vermiş, şikayətin təmin olunmaması, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
29. Apellyasiya şikayətinə dair verilmiş etirazla eyni məzmunda əsaslandırılmış etirazda qeyd edilmişdir ki, iddiaçının Fikrət Səfərəliyevlə hər hansı qohumluq əlaqəsi olmadığı üçün, onun vəfatından sonra qalmış miras kütləsinə münasibətdə tələb irəli sürməyə subyektiv hüququ olmamışdır.
30. Üçüncü şəxs etirazında onu da qeyd etmişdir ki, mübahisəli əmlak nikahdan qabaq əldə edildiyindən və mülkiyyət hüququ əvəzsiz qaydada qeydiyyata alındığından, Fikrət Səfərəl iyevə məxsus əmlakdır və sonuncunun Larisa Əliyeva ilə ümumi birgə mülkiyyəti sayıla bilməz. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
31. Maddə 225.1. Ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir.
32. Maddə 1159.1. Qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: 1159.1.1. Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). 1159.1.2. Övladlığa götürülən və onun övladları övladlığa götürənin vərəsələri və ya qohumları kimi övladlığa götürənin uşaqlarına və onların övladlarına bərabər tutulurlar. 1159.1.3. Bu sonuncuların nəvələri, nəticəl əri və uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsələri olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası paydan bərabər miras alırlar. 1159.1.5. Övladlığa götürən və onun qohumları övladlığa götürülənin və onun övladlarının vərəsələri kimi övladlığa götürülənin valideynlərinə və digər qan qohumlarına bərabər tutulurlar. Övladlığa götürülən və ya onun övladları öldükdən sonra övladlığa götürülənin valideynlərinə, onun yüksələn xətt üzrə digər qan qohumlarına, bacı və qardaşlarına qanun üzrə vərəsəlik hüququ daha mənsub olmur. Azərbaycan Respublikasının Ailə Məcəlləsi
33. Maddə 32.1. Nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır.
34. Maddə 32.2. Ər-arva dın ümumi birgə mülkiyyətinə: 32.2.1. onların hər birinin əmək, sahibkarlıq və intellektual fəaliyyəti nəticəsində əldə etdikləri gəlirlər, aldıqları pensiya və müavinətlər, eləcə də xüsusi təyinatı olmayan digər pul ödəmələri (xəsarət, sağlamlığın bu və ya digər formada pozulması nəticəsində əmək qabiliyyətinin itirilməsinə görə ödənilən məbləğ, maddi yardımın məbləği və s.); 32.2.2. ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit təşkilatlarına və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir.
35. Maddə
35. Nikahda olduqları dövrdə ər-arvadın ümumi əmlakı və ya hər birinin əmlakı, yaxud da ər-arvadın hansınınsa əməyi hesabına ər-arvadın hər birinin əmlakının dəyərini xeyli artıran vəsaitin qoyulması (əsaslı təmir, yenidən quraşdırma, avadanlığı dəyişdirmə və s.) müəyyən edilərsə, həmin əmlak onların birgə mülkiyyəti sayıla bilər. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının Qanunu
36. Maddə
9. Vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir.
37. Maddə
10. Həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanun i istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir.Kollektiv bağlar özəlləşdirilərkən torpaq sahəsi bağçılığın hər üzvünün mülkiyyətinə verilir. Dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların torpaqları hər bir icarəçinin, kooperativ bağların torpaqları hər bir kooperativ üzvünün mülkiyyətinə verilir. Bağ sahələrinin torpaqları özəlləşdirilərkən onların üzərindəki tikililər, ağaclar və digər obyektlər əvəzsiz olaraq bağ sahiblərinin xüsusi mülkiyyətinə keçir. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaq ayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir.Torpaq üzərində mülkiyyət hüququnun dövlət qeydiyya tına alınması haqqında çıxarış vətəndaşların ərizələri və həmin torpaqlardan istifadənin qanuniliyini təsdiq edən sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrini aparan dövlət orqanı tərəfindən verilir. Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci, 5-ci və 12-ci maddələrinin şərh edilməsinə dair” 21 dekabr 2012-ci il tarixli Qərarı: “…Ailə Məcəlləsinin 32-ci maddəsinin tələblərinə əsasən əmlakın ər-arvadın birgə mülkiyyəti sayılması üçün iki şərtin eyni zamanda mövcud olması vacibdir: əmlakın ərarvadın nikah müddətində əldə olunması; əmlakın ər-arvadın ümumi gəlirləri hesabına əldə olunması. İkinci şərt müvafiq əmlakın ər-arvadın birgə mülkiyyəti kimi tanınması üçün onun əvəzli, yəni nikah müddətində ər-arvadın əvəzli əqdlər əsasında əldə etmələrini tələb edir.” Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
38. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
39. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
40. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
41. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğ un çıxarılmalıdır.
42. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
43. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
44. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-o lunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
45. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi kassasiya şikayəti əsasında tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
46. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının kassasiya şikayətinin əsas dəlillərini 0.044 ha torpaq sahəsi üzərində ümumi mülkiyyətin mübahisəsiz olması, miras əmlakın anası ilə mirasqoyanın birgə nikah dövründə alınması, anasının miras əmlakı əhəmiyyətli dərəcədə yaxşılaşdırması səbəbindən birgə mülkiyyətçi sayılması; məhkəmə lərin vərəsələrin mülkiyyət hüquqlarını vəfat etmiş şəxsin razılığından asılı etməsi ilə bağlı mövqeyinin ədalətsiz olması; Mülki Məcəllənin 1133.1, 1134.1, 1151.1 və 1159.1-ci maddəsinin tələblərinin pozulması təşkil etmişdir.
47. Məhkəmə kollegiyası ilk öncə onu qeyd edir ki, ər-arvaddan biri öldükdə onların ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında şəhadətnaməni sağ qalmış ərin (arvadın) ərizəsinə əsasən yalnız mirasın açıldığı yerin notariusunun verməli olduğu, şəhadətnamədə mirası qəbul etmiş vərəsələrin yazılı ərizəsinə əsasən sağ qalmış ərin (arvadın) razılığı ilə, ölmüş ərin (arvadın) ümumi əmlakdan payının müəyyən edilə bilməsi “Notariat haqqında” Qanunun 62-ci maddəsinin tələbi olmaqla, notariusların fəaliyyətini tənzimləyən məcburi qaydalardır. Belə bir şəhadətnamənin v erilməməsi, ər-arvadın hər ikisi öldüyü halda, faktın məhkəmə qaydasında təsdiq edilə bilməsini istisna etmir. İddiaçının vərəsəlik qaydasında irəli sürdüyü hazırkı tələbdə istinad etdiyi faktı da məhz anası ilə mirasqoyanın birgə mülkiyyəti təşkil etdiyindən, hazırkı icraat çərçivəsində ilkin mərhələ kimi mirasda iddiaçının anasının payının olub-olmamasını yoxlamaq məhkəmələrin xidməti vəzifəsi olmuş, məhkəmələr bu baxımdan pozuntuya yol verməyərək əmlakın statusu ilə bağı araşdırma aparmış, məhkəmələr tərəfindən iddianın təmin edilməməsi əsasını da vəfat etmiş şəxsin razılığının olmaması deyil, məhz iddiaçının irəli sürdüyü faktı – birgə mülkiyyətin mövcudluğunu sübut edə bilməməsi təşkil etmişdir.
48. Hazırkı vəziyyətdə məhkəmələr tərəfindən müəyyən olunmuş işin faktiki hallarına görə, miras əmlakın birgə mülkiyyətdə olması təməl şərtə (birgə nikah dövründə alınması) cavab verməmişdir, habelə, iddiaçının anasının miras əmlakı əhəmiyyətli dərəcədə yaxşılaşdırması səbəbindən birgə mülkiyyətçi sayılması ilə bağlı dəlili üzrə sübutetmə yükünün öz üzərində olmasına baxmayaraq, bu dəlilləri təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. Halbuki, MPM-in 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Əksinə, işin məhkəmələr tərəfindən müəyyən edilmiş faktiki hallarından məlum olmuşdur ki, bağ sahəsi 2001-ci ildə mirasqoyanın icarəsinə verilərkən orada cəmi 1 otaqlı tikili mövcud olmuş, X10 bağ sahəsinə dair mülkiyyət hüququnu ilk dəfə 2016-cı ildə rəsmiləşdirmiş, bağ sahəsini müxtəlif vaxtlarda hissə-hissə satmış, sonuncu dəfə xx.xx.2022-ci il tarixdə, 0,044 ha torpaq sahəsinə (hazırkı mübahisələndirilən miras əmlaka) dair mülkiyyət hüququ əsasında qeydiyyat aparılmışdır. Lakin qeydiyyata alınmış bütün sənədlərdə (plancizgi, çıxarış və s.) torpaq sahəsinin üzərində digər tikilinin olması müəyyən edilməmişdir.
49. Konstitusiya Məhkəməsinin qərarlarında sərgilədiyi mövqeyə görə də, hüquqi həqiqət prinsipinin realizəsi mexanizmi bu cürdür: iş üzrə sübutetmə predmetinə daxil olan halların təqdim edilməsi yükü tərəflərin üzərinə düşür; məhz tərəflər bu halların mövcud olub-olmamasını sübut etməyə borcludurlar; prosesdə həqiqəti isə ədalət mühakiməsi orqanı olaraq məhkəmə müəyyən edir. Nəticədə hüquqi həqiqət prinsipi mülki prosesdə tərəflər və məhkəmə arasında müəyyən iş bölgüsünə gə tirib çıxarır: tərəflər işin faktiki hallarını təqdim edir, məhkəmə isə sübutları qiymətləndirir və sonda hüququ tətbiq edir. Belə iş bölgüsü Roma hüququnun “da mihi factum, dabo tibi ius” (“mənə faktları ver, mən sənə uyğun hüququ verəcəm”) prinsipinə əsaslanır. (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli Qərarı)
50. Kassasiya şikayətinin mülki qanunvericiliyin vərəsəliklə bağlı normalarının pozulmasına dair dəlillərinə münasibətdə isə qeyd edilməlidir ki, hazırkı vəziyyətdə miras əmlakın iddiaçının anası ilə mirasqoyanın birgə mülkiyyəti statusunda olacağı təqdirdə, artıq notariusun ümumi əmlakdakı paya mülkiyyət hüququ haqqında şəhadətnamənin verilməsinə zərurət olmadan, iddiaçının anasından qalan miras paya dair vərəsəlik hüququ barədə qiymətləndirmə aparıla bilərdi.
51. X1 miras kütləsinə dair onunla qohumluq münasibətində olmayan iddiaçının (ögey) qanun üzrə vərəsəlik əsasında hər hansı hüququnun mövcudluğu ilə bağlı ilk növbədə qeyd edilməlidir ki, qanunverici qanun üzrə vərəsəliyi mirasın açıldığı zaman vərəsənin sağ olması ilə şərtləndirmişdir. Bununla yanaşı, Mülki Məcəllənin 1159.1.3-cü maddəsinin məzmununa görə, birinci dərəcə vərəsə mirasqoyandan əvvəl ölərsə, ona çatası paya münasibətdə nəvələri, nəticələri və uşaqları qanun üzrə vərəsə sayılırlar. Hazırkı iş üzrə müəyyən edilir ki, iddiaçının anası mirasqoyan - X5 arvadı olmaqla, birinci dərəcə vərəsəsi olmuş və ondan əvvəl v əfat etmişdir. Belə olan halda, iddiaçının birinci dərəcə vərəsə olan anasına çatmalı miras paya münasibətdə qanun üzrə vərəsəlik hüququnun olub-olmamasına aydınlıq gətirilməlidir.
52. Konstitusiya Məhkəməsi Plenumunun qanun üzrə vərəsəliklə bağlı formalaşdırdığı hüquqi mövqeyə əsasən, ailə üzvlərinin mənafeyinin üstünlüyü vərəsəlik hüququnun əsasında duran ailə təminatı prinsipindən irəli gəlir. Bu prinsip vətəndaş cəmiyyətinin özəyini təşkil edən ailənin təminatı məqsədilə yaxın qohumluqla (uşaq, ər, arvad, valideynlər) miras qoyana bağlı olan şəxslərin mənafeyinin digər şəxslərin mənafeyindən üstün olmasını nəzərdə tutur. Ailə-təminat prinsipinin məntiqinə əsasən mülkiyyətçiyə yaşadığı dövrdə məxsus olan əmlak (əmlakın müəyyən hissəsi) üzərində sərəncam vermək hüququ onun vəfatından s onra yaxın ailə üzvlərinə məxsus olmalıdır. Bu prinsip qanun üzrə vərəsəlik zamanı növbəlik, irsi transmissiya qaydalarında özünü göstərir və mirasın daha yaxın şəxslər dairəsinə çatmasına xidmət edir (Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1193cü maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ və İİ hissələrinə, 29-cu maddəsinin İ, İİ və İİİ hissələrinə uyğunluğunun yoxlanılmasına dair” 2011-ci il 20 oktyabr tarixli Qərarı).
53. Qanun üzrə vərəsələr vərəsəliyə müəyyən olunmuş növbə qaydasında ardıcıllıqla çağırılırlar. Bu zaman vərəsənin miras qoyanla yaxın qohumluq faktı əsas meyar kimi nəzərdə tutulmuş və vərəsələrin ayrı-ayrı qruplarının miras qoyana yaxınlıq dərəcəsi ilə uyğunlaşdırılmışdır. Belə ki, bu dairə müəyyən edilərkən, ilk növbədə, ailə üzvlüyü, sonra yaxın qohumluq, daha sonra isə qohumluq amilləri ardıcıllıqla nəzərə alınmışdır. Beləliklə, qanunda miras qoyana yaxınlığı baxımından qohumlar arasında beş növbə üzrə vərəsəliyin təsbiti yalnız əvvəlki növbənin vərəsələrinin olmaması halında sonrakı növbənin vərəsələrinin mirası qəbul etmək imkanını, başqa sözlə qohumlar arasında mirasa yiyələnməkdə miras qoyana yaxınlığı baxımından ardıcıllığı tənzimləyir. Mülki qanunvericiliyin vərəsəliklə bağlı normaları nəzərdən keçirildikdə, qanun üzrə vərəsəlik halında vərəsəyə münasibətdə deyil, məhz miras qoyana münasibətdə dairəsi konkret müəyyən edilmiş şəxslərin (qohumların) qanun üzrə vərəsə olmasının mümkünlüyünün təsbit edildiyi müşahidə olunur. Göstərilənlərə əsasən Konstitusiya Məhkəməsinin Plenumu belə nəticəyə gəlmişdir ki, MPM-in 1159-cu maddəsinin mənasına görə, yalnız qanunla müəyyən edilmiş vərəsəliyin növbəliyinə daxil olan və miras qoyana münasibətdə müvafiq qohumluq dərəcəsi üzrə şəxslər vərəsə qismində çıxış edə bilər (Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159-cu maddəsinin bəzi müddəalarının həmin Məcəllənin 1165-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 28 iyul 2022-ci il tarixli Qərarı).
54. Məhkəmə kollegiyası qeyd edir ki, hazırda mülki qanunvericilik mirasın açıldığı vaxt baxımından vərəsənin ölümünə münasibətdə iki qayda nəzərdə tutmuşdur: vərəsə miras açıldıqdan sonra, lakin miras qəbul edilənədək ölərsə (irsi transmissiya – MM, 1252ci maddə); qanun üzrə vərəsə miras açı lmamışdan əvvəl ölərsə (vərəsənin əvəzlənməsi 1159-cu maddə). Hər iki institut “vərəsəlik hüququnun özünün” miras kimi vərəsəlik qaydasında keçməsini tənzimləklə irsi xarakter daşısa da, müəyyən əlamətlərinə görə fərqlənir. Belə ki, irsi transmissiya həm vəsiyyət, həm də qanun üzrə vərəsəlik zamanı tətbiq edilə bildiyi halda, vərəsənin əvəzlənməsi yalnız qanun üzrə vərəsəlik zamanı mümkün ola bilər; irsi transmissiyada vərəsənin ölməsi halında ona çatacaq pay bütün vərəsələri arasında bölüşdürüldüyü halda, vərəsənin əvəzlənməsi yalnız düzünə xətt üzrə qan bağı əsasında müəyyən edilə bilər.
55. O da qeyd ediməlidir ki, MM-nin 1252-ci maddəsi “irsi transmissiya” anlayışı altında vərəsənin miras açıldıqdan sonra, lakin miras qəbul edilənədək öldüyü halda, mirasdan pay almaq hüququnun onun vər əsələrinə keçməsini nəzərdə tutur. Konstitusiya Məhkəməsinin həmin norma ilə bağlı mövqeyinə görə, vərəsəlik hüququnda irsi transmissiya dedikdə, miras açıldıqdan sonra öldüyünə görə mirası qəbul edə bilməyən vərəsənin (transmittent) mirası qəbul etmək hüququnun onun öz vərəsələrinə (transmissar) keçməsi başa düşülür. Yəni, qanun və ya vəsiyyət üzrə vərəsə miras açıldıqdan sonra miras əmlakın qəbulu üçün qanunvericilikdə nəzərdə tutulmuş müddətdə mirası qəbul etmədən və vərəsəlik hüququnu həyata keçirə bilmədən ölərsə, mirası qəbul etmək hüququ ləğv edilmir və bu hüquq ölmüş vərəsənin vərəsələrinə keçir. Bu halda əksi sübuta yetirilməyincə mirası qəbul etmədən ölmüş vərəsənin miras qoyanın əmlakını, mirası qəbul etmək niyyətinin mövcudluğu prezumpsiyası tətbiq edilir (Konstitusiya Məhkəm əsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1134, 1146 və 1252-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 24 fevral 2020-ci il tarixli qərarı).
56. Məhkəmə kollegiyası sözügedən norma və mövqe ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, sözügedən norma həm qanun, həm də vəsiyyət üzrə vərəsəlik münasibətlərini əhatə edir. Lakin irsi transmissiyanın tətbiqinə dair qeyd edilməlidir ki, MMin 1252-ci maddəsi açılmış mirasın qəbul müddətinə tabe olması institutunun qüvvədə olduğu müddətdə yaranan vərəsəlik münasibətlərində vərəsənin öz iradəsindən kənar şəkildə (ölməsi halında) mirası qəbul edə bilməməsi ilə bağlı qaydanı tənzimləsə də, əslində vərəsəliyin ümumi qaydalarını müəyyən edir. Belə ki, həmin normaya görə ölümü səbəbindən mirası qəbul edə bilməyən şəxsin mirası qəb ul etməsi ehtimal edilmiş və məhz bu səbəbdən də mirasdan pay almaq hüququnun onun vərəsələrinə keçməsi müəyyən edilmişdir. Hazırda da qüvvədə olan mülki qanunvericilik mirasın qəbul müddətinə tabe olması institutunu dəstəkləmədiyindən və miras açıldığı andan avtomatik vərəsənin mülkiyyəti sayıldığından, qanun üzrə vərəsənin onu öz iradəsinə zidd, o cümlədən miras açılandan sonra ölməsi səbəbindən qəbul edə bilməməsi mümkün deyildir, bu zaman vərəsə əmlaka yiyələndikdən sonra ölmüş sayılır və onun mirası öz vərəsələri arasında ümumi qaydalar çərçivəsində bölünür.
57. Vərəsənin əvəz edilməsi qaydası isə MM-nin 1159-cu maddəsində nəzərdə tutulmuşdur: bu qayda yalnız bir halda – qanun üzrə vərəsənin ölümünün mirasqoyandan əvvəl gerçəkləşdiyi zaman tətbiq edilə bilər. Vərəsənin əvəzlənməsi irs i xarakter daşıyır, təsadüfi deyil ki, sözügedən norma bu qaydanı müəyyən edərkən birinci növbə vərəsələrdə yalnız nəvə, nəticə və uşaqlara, ikinci növbə vərəsələrin uşaqlarına (və onların uşaqlarına), üçüncü növbə vərəsələrin ana və atalarına münasibətdə müəyyən etmişdir.
58. Beləliklə, qanunvericiliyin təhlilindən və Konstitusiya Məhkəməsinin yuxarıdakı mövqelərindən belə bir nəticə hasil olur ki, həm irsi transmissiya, həm də vərəsələrin əvəzlənməsi zamanı qohumluq faktoru önəmlidir, MM-in 1159-cu maddəsindəki yanaşmadan da aşkar şəkildə bəlli olur ki, vərəsənin əvəzlənməsi mirasqoyanın düzünə xətt üzrə olan qan bağına əsaslanmışdır. Beləliklə, birinci dərəcəli vərəsələr mirasqoyanla ən yaxın qohumluq münasibətində olan şəxslər olduğundan, onların hər hansı birinin mirasqoyandan əvvəl ö lməsi halında, həmin vərəsənin yerinə keçəcək şəxsin tək ölmüş vərəsənin övladı (nəvəsi, nəticəsi) olması yetərli olmayaraq, həm də mirasqoyanla düzünə xətt üzrə qan bağının olması əsas şərt hesab olunur. Bu qaydada yalnız 1159.1-ci maddədə nəzərdə tutulmuş hallarda övladlığa götürülən və övladlığa götürən şəxslərə münasibətdə istisnalıq təşkil edə bilər.
59. Bundan başqa, düzünə xətt üzrə qohumluq bağı olan nəvə, nəticə və uşaqların mirasqoyandan əvvəl ölmüş vərəsə - valideynin yerinə keçməsi qaydası birinci dərəcə vərəsələrə münasibətdə bütün hallara şamil edilə bilməz, çünki, qanunverici MM-nin 1159.1.3-cü maddəsində “sonuncular”, habelə, “mirasın açıldığı vaxt miras qoyanın vərəsələri olacaq valideynləri” ifadəsi işlədərkən “sonuncular” və “valideyn” qismində yalnız miras qoyanla aşağı xətt üzrə qan bağı olan qohumlarını (övladlarını, nəvələrini, nəticələrini, o cümlədən, övladlığa götürülən şəxsləri) nəzərdə tutmuşdur. Digər birinci dərəcəli vərəsələrin (arvad, ata, ana) mirasqoyandan əvvəl öldüyü hallar bu qaydada istisnalıq təşkil etmişdir. Belə ki, mirasqoyanın arvadının başqa nikahdan olan övladının mirasqoyanla qohumluğu olmadığı halda, həmin övlad 1159.1-ci maddədə nəzərdə tutulan “valideynin” yerinə keçə bilməz. O cümlədən, mirasqoyanın yüksələn xətt üzrə qohumlarına - valideynlərinə münasibətdə də bu qayda tətbiq edilə bilməz, bu zaman qanun üzrə vərəsəliyin qohumluq dərəcələri ilə müəyyən edilmiş ardıcıllığı pozula bilər, çünki qanun, miras qoyanın bacı-qardaşlarını ikinci dərəcə vərəsəlik qrupunda müəyyənləşdirmişdir. Göstərilənlərin əksi qanun üzrə vərəsəlik hüququnun təməl prinsiplərinə zidd olmaqla, qanun üzrə vərəsələrin dairəsinin qeyri-məhdud olması ilə nəticələnə, vərəsələrin və vərəsəlik paylarının müəyyən edilməsi, miras qoyanın öhdəliklərinə görə məsuliyyət, sonrakı növbəyə aid olan qohumların ardıcıllığının müəyyən edilməsi və s. hallar baxımından ciddi qarışıqlıq yaratmaqla qeyri-müəyyənliyə səbəb ola bilər.
60. Beləliklə, Mülki Məcəllənin 1159.1.3-cü maddəsinin məzmununa görə, mirasın açıldığı vaxt miras qoyanla aşağı xətt üzrə qan bağı olan qohumları sağ olmadığı halda, onların uşaqları, nəvələri və nəticələri qanun üzrə vərəsə sayılırlar və öz valideynlərinin yerinə keçirlər.
61. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçının mirasqoyan Fikrət Səfərəliyevlə qohumluğu müəyyən edilmədiyindən ondan qalmış mir asa dair anası baxımından birinci dərəcə vərəsə hesab oluna bilməz.
62. Bundan başqa, qeyd edilməlidir ki, məhkəmələr prosessual pozuntuya yol vermiş, mirasqoyanın xx.xx.1987-ci il təvəllüdlü Səfərİddiaçı Fikrət qızı adlı övladını müəyyən etsələr də, onun prosesə cəlb edilməsi barədə heç bir addım atmamış, əvəzində birinci dərəcəli vərəsələrin olmaması qənaətini əsaslandırmadan mirasqoyanın qardaşı oğlu olan X9 ikinci dərəcəli vərəsə qismində işə cəlb etmişdir (halbuki, sözügedən şəxsin atasının valideynləri ilə mirasqoyanın valideynlərinə dair məlumatlar üst-üstə düşmür). Məhkəmə kollegiyası onu da nəzərə alır ki, sözügedən prosessual pozuntu düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnmədiyindən, mübahisələndirilən qətnamənin ləğvi əsası hesab edilə bilməz. Belə ki, MPM-in 387. 1-ci maddəsinə görə, prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin və ya qərardadın ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin və ya qərardadın qəbul edilməsinə səbəb olsun.
63. Odur ki, məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, mübahisələndirilən qətnamə qəbul edilərkən işin faktiki halları tam, hərtərəfli və obyektiv araşdırılmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul olunmuşdur. Kassasiya şikayətinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir.
64. Göstərilənlə rə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-3807/2024 nömrəli, 5 sentyabr 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Hakimlər Sənan Hacıyev Elşanə Vəliyeva Elşad Şamayev