Məhkəmə qərarları › İş №2(102)-767/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-767/2020

10.02.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəl
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-767/2020 10.02.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (sədrlik edən və məruzəçi - hakim), Əsgərov Qürbət Ağa oğlu, X1 ibarət tərkibdə, X5 oğlunun katibliyi, Cavabdehin vəkili Vəkil2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “vurulmuş maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-11146/2019 nömrəli iş üzrə xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsindən Cavabdeh və vəkili Vəkil2 tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə və sonradan Azərbaycan Respublikası MPM-in 53cü maddəsinə əsasən iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən ona qarşı qanunsuz hərəkətlər nəticəsində iztirablar, əzablar, sarsıntılar, ağrılar formasından asılı olaraq ona vurulmuş mənəvi ziyana görə 10000 manat və maddi ziyana görə 10000 manat məbləğində pulun cavabdehdən alınıb ona verilməsi, cavabdehin hansı saytlarda ona qarşı yazılmış böhtan, təhqir və s. iftiralar ilə əlaqədar djb.az, azeripress.az və şəxsi facebook hesabında olmaqla cavabdeh tərəfindən təkzib verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı 2007-ci ildən Güləş Federasiyasında çalışmağa başlamış, 2008-ci ildə Hakimlər Kollegiyasının sədri vəzifəsinə təyin olunmuş, 2011-ci ildə isə baş katib təyin olunaraq, xx xxxxxx 2016-cı il tarixdə öz ərizəsi ilə işdən azad olunmuşdur. İşlədiyi illər ərzində o, yığma komandalara nəzarət etmişdir. 2011-ci ildə Cavabdeh yığma komandada məşqçilik edirdi. Komandanın tərkibində X5 da məşq edirdi. Cavabdeh məşqlər vaxtı yalnız X5la məşğul olduğu üçün digər idmançılar nəzarətsiz qalırdı. O, dəfələrlə Cavabdeh bu barədə iradlarını bildirmişdir. 2012-ci ildə X4 çempionu olduqdan sonra Cavabdeh onun yanına gələrək X5un şəxsi məşqçisi olduğunu vurğulamış, onu şəxsi məşqçi kimi sənədləşdirməsini və bu barədə Olimpiya Komitəsi və İdman Nazirliyinə məktub göndərməsini ondan tələb etmişdir. O, isə öz növbəsində bunun mümkün olmadığını, X5un şəxsi məşqçisi X5 olduğunu ona bildirmişdir. Cavabdeh isə ona demişdir ki, X5 onu məşqçi kimi istəyir, o da indi Olimpiya çempionudur, hamı ona hörmət edir, o nə desə o da olacaqdır. O, bunun qanunsuz olduğunu və heç cür onu şəxsi məşqçi kimi yaza bilmədiyini bildirdikdə, cavabdeh ona bu məsələni özü həll edəcəyini bildirmişdir. Bundan sonra Cavabdeh müxtəlif vasitələrə əl ataraq özünü şəxsi məşqçi kimi rəsmiləşdirmək istəmiş və buna heç cür nail ola bilməmişdir. Bir müddət sonra X5 məşqlərə ara verməyə başlamış, məşqlərə etinadsız yanaşmış, buna görə də Cavabdeh rəhbərlik tərəfindən işdən azad olunmuşdur. Sonra cavabdeh ona bildirmişdir ki, “səninlə düşmənçilik aparacam, məni işdən sən çıxartdırdın”. Bu məqsədlə 2018-ci ilin oktyabr ayında azeripress.az və digər saytlarda onu dələduz, rüşvətxor və dövlətin külli miqdarda pulunu mənimsəməkdə suçlayaraq, onu yeni işə təyin olunduğu yerdə biabır etmişdir (xx xxxx 2018-ci il tarixli Təhsil Nazirinin əmri ilə “Təhsil” Respublika İdman Mərkəzinin 2 nömrəli Respublika İxtisaslaşdırılmış Olimpiya X2 İdman Məktəbinin direktoru təyin edilmişdir). Həmçinin, cavabdeh qeyd edilən saytlarda ona qarşı iftiralar yazmaqda davam edir və həmin yazıları minlərlə oxucular oxuyurlar. Cavabdeh qanunsuz hərəkətləri nəticəsində iztirablar, əzablar, sarsıntılar, ağrılar formasında onun və ailəsinin səhhətində xəstəliklərlə əlaqədar yaranmış problemin, ailənin yaşadığı faciənin ölçüsü qiymətsiz və hədsizdir, ona görə ki, onun həyat yoldaşı və anası ona qarşı böhtan və təhqirlərdən sonra xəstəliklərə düçar olmuşlar. Onun barəsində cəmiyyətdə mənfi fikir formalaşması və onun əhatəsində olan şəxslərin ona qarşı münasibətlərin pisləşməsinə gətirib çıxaran və digər xoşa gəlməyən xarakterli nəticələri mənəvi ziyan kimi qəbul edir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin (hakim Tural Ələkbərov) xx xxxx 2019-cu il tarixli, 2(005)-1645/2019 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh üzərinə İddiaçı barəsində işlətdiyi ifadələri djb.az, azeripress.az saytlarında və şəxsi facebook hesabında hazırkı mülki iş üzrə qəbul olunmuş yekun məhkəmə aktı qanuni qüvvəsini aldıqdan sonra 2 ay ərzində həmin şriftlə, “Təkzib” başlığı altında, mətnində heç bir dəyişiklik edilmədən təkzib verməsi vəzifəsinin qoyulması, təkzibin mətninin təkzib edilən məlumatın həcmindən iki dəfədən çox olmamasını, Cavabdeh İddiaçı xeyrinə mənəvi zərərin vurulması ilə əlaqədar 1000 manat məbləğində pulun tutulması, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər Elşad Şamayev - sədrlik edən və məruzəçi Məmməd Məmmədov və Şeyda Məhərrəmova) 2(103)-11146/19 saylı, xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsi ilə Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməyərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2(005)1645/2019 saylı qətnaməsi Cavabdeh münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh və vəkili Vəkil2 kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-11146/19 saylı, xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsinin ləğv edilərək iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsi xahiş etmişlər. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Kassasiya şikayəti onunla əsaslandırılmışdı r ki, o, İddiaçı təhqir etmək və ona böhtan atmaq kimi fikrində olmamış, sadəcə olaraq İddiaçı tərəfindən ona qarşı edilmiş haqsızlıqlar, cinayət xarakterli hərəkətlər barədə özünün “facebook” səhifəsində öz fikirlərini yazmışdır. İddiaçı cavabdehdən qanunsuz yollarla tələb edərək külli miqdarda pul vəsaiti alması barədə prokurorluq orqanlarına şikayət ərizəsi ilə müraciət etmiş və həmin şikayət əsasında İddiaçı barəsində Azərbaycan Respublikası Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində cinayət işi başlanılmış və o, zərərçəkmiş şəxslərə dəymiş maddi ziyanı ödədiyindən cinayət işi üzrə icraata xitam verilmişdir. İşin halları ilə müəyyən olunur ki, cavabdeh tərəfindən İddiaçı barədə müəyyən fikirlər səsləndirilsə də, bu fikirlər iddiaçının cavabdehə qarşı etdiyi haqsız lıqlara qarşılıq verilməsi məqsədilə edilmişdir. Bu səbəbdən, o, İddiaçı təhqir etmək yox, ona qarşı münasibətdə psixoloji durumunun gərgin olması və ağır emosional vəziyyətə düşməsi ilə əlaqəli onun hərəkətlərinə cavab vermişdir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normalarının tələbləri pozulmaqla İddiaçı əsassız və qanunsuz iddiası qismən təmin edilmişdir. PROSESSUAL MƏSƏLƏLƏR: Məhkəmə iclasında iştirak edən cavabdehin vəkili kassasiya şikayətinə etiraz edərək şikayətin təmin edilməməsini xahiş etmişdir. Digər proses iştirakçılarına işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş lakin, onlar məhkəmə iclasına gəlməmişlər və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdirlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü madd əsinə əsasən məhkəmə iclasına gəlməyən şəxslərin iştirakları olmadan işə baxılmasını mümkün hesab edir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Məhkəmələr tərəfindən müəyyən edilmiş işin halları ondan ibarətdir ki, djb.az, azeripress.az və Cavabdeh şəxsi facebook səhifəsində sonuncunun adından “İddiaçı xxx vəsaitini mənimsəməklə kifayətlənməyərək, idmançıları, məşqçiləri sıxışdıraraq külli miqdarda pul tələb etmişdir”; “İddiaçı külli miqdarda yeyintiyə yol verməsi və dələduzluq faktları aşkarlandıqda o, işdən azad edilir”; “İddiaçı haqsızlığı və rüşvətxorluğunun qurbanına çevrilən…”; “İddiaçı məndən külli miqdarda rüşvət istədi”; “Bu soyğunçu İddiaçı mənə mədəni dərs verməsi idi”; “Rüşvətxor ovçu İddiaçı”; “İddiaçı cinayət tərkibli əməlləri ilə…”; “yeyinti və dələduzluqda ittiham edilən bir insan…”; “şərəfsiz…”; “rüşvətxor İddiaçı”; “Azərbaycan Güləş Federasiyasının soyğunçu baş katibi İddiaçı…” barədə yazılar dərc edilmişdir. İş üzrə birinci instansiya məhkəməsi tərəfindən təyin edilərək keçirilmiş məhkəmə-linqvistik ekspertizasının xx xxx 2019-cu il tarixli, 10664 nömrəli rəyinə əsasən ekspertizaya təqdim edilmiş, “facebook” sosial şəbəkəsindəki “Elman Askerov” adlı profildən yazılan rəylərdə istifadə olunan “şərəfsiz” sözü İddiaçı şərəf və ləyaqətini birbaşa ləkələyən sözdür. Ekspertizaya təqdim edilmiş, mülki işin materiallarının 7-8-ci vərəqəsindəki “İddiaçı qoruyan qüvvələr tezliklə aşkarlan acaq” və mülki işin materiallarının 9-cu vərəqəsindəki “Əməkdar məşqçi Cavabdeh, dələduzluq faktı ilə işdən azad olunan İddiaçı haqqında söylədikləri” başlıqlı məqalələrdə iddiaçı barəsində istifadə olunan “dələduz”, “rüşvətxor”, “külli miqdarda pul mənimsəmə, yeyintiyə yol vermə” kimi fikirlər böhtan olaraq söylənildiyi təqdirdə İddiaçı şərəf və ləyaqətini ləkələyən məlumatlardır. Qeyd olunan məlumatların böhtan olub-olmaması isə ekspert-linqvistin səlahiyyətlərinə aid olmayıb hüquqi araşdırma tələb edən məsələlərdir. Birinci instansiya məhkəməsi işdə olan sübutlara qiymət verib hesab etmişdir ki, Cavabdeh tərəfindən djb.az, azeripress.az saytlarında, həmçinin şəxsi facebook hesabında İddiaçı barəsində yerləşdirilən məlumat, həmin məlumatların həqiqiliyi və doğruluğu sübut edilmədiyindən, doğru olmayan və həqiqəti əks etdirməyən məlumatlar kimi qiymətləndirilməlidir. Bu səbəbdən həmin məlumatlar əxlaqi prinsiplər, xidmət və ictimai fəaliyyətlə əlaqədar cəmiyyət, kollektiv və yaxud ayrıayrı şəxslər arasında iddiaçı barəsində mənfi rəy yaratdığından həqiqətə uyğun olmayan, İddiaçı şərəfini, ləyaqətini və işgüzar nüfuzunu ləkələyən məlumatlar hesab edilməlidir. Cavabdeh tərəfindən iddiaçının hüquqları kütləvi informasiya vasitələri vasitəsi ilə pozulduğu üçün məhkəmə Cavabdeh üzərinə İddiaçı barəsində işlətdiyi ifadələri djb.az, azeripress.az saytlarında və şəxsi facebook hesabında həmin şriftlə, “Təkzib” başlığı altında, mətnində heç bir dəyişiklik edilmədən təkzib verməsi vəzifəsini qoymaqla, cavabdeh tərəfindən iddiaçının şərəfini, ləyaqətini və işgüzar nüfuzunu ləkələyən məlumatlar yayması nəticəsində sonuncunun mənəvi sarsıntılar keçirməsinin mümkünlüyünü istisna etməmiş və buna görə də, iddiaçının mənəvi ziyan tələbini qismən əsaslı hesab etmiş, cavabdehə münasibətdə fərdi yanaşmaqla məlumatın yayılma dairəsini, iddiaçıya (iddiaçının ailə üzvlərinə) yetirilmiş mənəvi sarsıntıların xarakterini və dərəcəsini, cavabdehin təqsirini və əmlak vəziyyətini, habelə mənəvi ziyanın ödənilməsi üçün cavabdehin real imkanlarını və qətnamənin icrasının mümkünlüyünü nəzərə alaraq, cavabdehdən iddiaçının xeyrinə mənəvi ziyana görə 1000 manat məbləğində pul tutmuş, iddianı mənəvi zərərin tutulması tələbinin qalan hissəsində təmin etməmişdir. Apellyasiya instansiya məhkəməsi isə birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticələrlə razılaşmış, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək, göstərmişdir ki, Cavabdeh iddiaçı barədə hüquq mühafizə orqanlarında araşdırmaların aparılmasını apellyasiya şikayətində qeyd etsə də, bununla bağlı və araşdırmaların nəticələri barədə məhkəmələrə hər hansı sübutu təqdim etməmişdir. Həmçinin Cavabdeh İddiaçı barəsində yaydığı məlumatların həqiqətə uyğun olmasını başqa qaydada da sübut edə bilməmişdir. Əksinə iş üzrə birinci instansiya məhkəməsi tərəfindən keçirilmiş məhkəmə-linqvistik ekspertizasının rəyi ilə müəyyən olunmuşdur ki, cavabdehin iddiaçı barəsində şəxsi facebook səhifəsində istifadə etdiyi ifadə ilə İddiaçı şərəf və ləyaqətini birbaşa ləkələmişdir. Məhkəmə kollegiyası iş üzrə apellyasiya instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, apellyasiya instansiyası məhkəməsinin iş üz rə gəldiyi nəticələri işin araşdırılmış hallarına və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olmuş, maddi və prossesual hüquq normaları düzgün tətbiq edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 46-cı maddəsinin birinci və ikinci hissələrinə əsasən hər kəsin öz şərəf və ləyaqətini müdafiə etmək hüququ vardır. Şəxsiyyətin ləyaqəti dövlət tərəfindən qorunur. Heç bir hal şəxsiyyətin ləyaqətinin alçaldılmasına əsas verə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23.1-ci maddəsinə əsasən fiziki şəxs onun şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən, şəxsi və ailə həyatının sirrini və ya şəxsi və ailə toxunulmazlığını pozan məlumatların məhkəmə qaydasında təkzib olunmasını tələb edə bilər, bu şərtlə ki, həmin məlumatları yaymış şəxs onların həqiqətə uyğun olduğunu s übuta yetirməsin. Faktik məlumatlar natamam dərc edildikdə də, əgər bununla şəxsin şərəfinə, ləyaqətinə və ya işgüzar nüfuzuna toxunulursa, eyni qayda tətbiq edilir. Həmin Məcəllənin 23.2-ci maddəsinə əsasən əgər fiziki şəxsin şərəfini, ləyaqətini, işgüzar nüfuzunu ləkələyən və ya şəxsi və ailə həyatının sirrinə qəsd edən məlumatlar kütləvi informasiya vasitələrində yayılmışdırsa, həmin kütləvi informasiya vasitələrində də təkzib edilməlidir. Əgər göstərilən məlumatlar rəsmi sənədə daxil edilmişdirsə, həmin sənəd dəyişdirilməli və bu barədə marağı olan şəxslərə məlumat verilməlidir. Digər hallarda təkzib qaydasını məhkəmə müəyyənləşdirir. Məcəllənin 23.4-cü maddəsinə əsasən şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən məlumatlar yayılmış fiziki şəxsin həmin məlumatların təkzibi ilə yanaşı, onların yayılması nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ vardır. “Şərəf və ləyaqətin müdafiəsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx xxx 1999-cu il tarixli 7 saylı qərarının 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr şərəf və ləyaqətin müdafiəsi barədə işlərə baxılarkən üç halı aydınlaşdırmalı və onlara məcmu halında hüquqi qiymət verilməlidir: məlumatın vətəndaşların və təşkilatların şərəf və ləyaqətini ləkələməsi; həmin məlumatların doğru olmaması; bu məlumatların yayılması. Məlumat əxlaqi prinsiplər, istehsaltəsərrüfat, xidmət və ictimai fəaliyyətlə əlaqədar cəmiyyət, kollektiv və yaxud ayrı-ayrı şəxslər arasında vətəndaş barəsində mənfi rəy yara dırsa o, şərəf və ləyaqəti ləkələyən məlumat hesab edilir. Məlumatın doğru olmaması dedikdə onun həqiqətə uyğun olmaması, yəni yalan olması anlaşılır. Məlumat başqa şəxsə, bir neçə və yaxud qeyri-müəyyən şəxslər dairəsinə bildirildikdə yayılmış hesab edilir. Məlumat mətbuatda dərc edilməklə, radio və televiziya verilişlərində səsləndirilməklə, kinoxronikal proqramlarda nümayiş etdirilməklə, əsərlərdə təsvir edilməklə, yığıncaq və toplantılarda deyilməklə, məktub, ərizə və şikayətləndə göstərilməklə, idarə, müəssisə və təşkilatlardan çıxan sənədlərdə qeyd edilməklə və s. üsullarla yayıla bilər. Qərarın 6-cı bəndinə əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 7-ci maddəsinə müvafiq olaraq başqasının şərəf və ləyaqətini ləkələyən məlumatların doğruluğunu sübut etmək vəzifəsi iddiaçının deyil, cavabdehin üzərinə düşür. İddiaçı mənəvi ziyanın ödənilməsini tələb etdikdə keçirdiyi fiziki və mənəvi sarsıntıları sübut etməlidir. Həmin Qərarın 7-ci bəndinə əsasən vətəndaşın şərəf və ləyaqətini ləkələyən məlumatlar kütləvi informasiya vasitəsilə yayıldıqda, onların həqiqətə uyğun olmaması sübut edildikdə bu, kütləvi informasiya vasitəsində təkzib edilməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, bir hüququn həyata keçirilməsi digər hüququn məhdudlaşdırılması və ya ümumiyyətlə nəzərə alınmaması ilə müşayiət edilə bilməz. Bu baxımdan şərəfin, ləyaqətin və işgüzar nüfuzun müdafiəsi həyata keçirilərkən fikir, söz azadlığı hüququnu, həmçinin hər bir şəxsin müraciət etmək hüququnu nəzərdə tutan Konstitusiya müddəalarına da riayət edilməli və həmin hüquqlar arasında mütənasiblik təmin olu nmalıdır. Həmçinin nəzərə alınmalıdır ki, bütün hüquqlar həyata keçirilərkən biri digəri ilə rəqabətdə olur və ona görə də qanunun mənəvi zərərin ödənilməsini nəzərdə tutan müddəaları tətbiq edilərkən bir hüququn müdafiəsi digər hüququn məhdudlaşdırılması hesabına həyata keçirilə bilməz. Şərəfin, ləyaqətin və işgüzar nüfuzun müdafiəsini tənzimləyən Mülki Məcəllənin 23-cü maddəsində mülki hüquqi müdafiənin obyektləri kimi nəzərdə tutulmuş və şəxsin şəxsiyyəti ilə ayrılmaz əlaqədə olan qeyrimaddi nemətlər sayılan şərəf, ləyaqət və işgüzar nüfuz oxşar keyfiyyətlərə malik olsalar da, biribirindən fərqlənən müxtəlif anlayışlara malikdir. Belə ki, şərəf- şəxsin ictimai və şəxsi davranışı barədə mənəvi və əxlaqi prinsiplər baxımından ictimai rəydə formalaşmış sosial əhəmiyyətli müsbət qiymətdir. Ləyaqət- şəxsin öz mənəvi, əxlaqi və digər insani keyfiyyətlərinə, ictimai davranışına özünün verdiyi qiymətdir. İşgüzar nüfuz isə- fiziki və ya hüquqi şəxsin peşəkarlıq keyfiyyəti, ictimai, iqtisadi, siyasi fəaliyyəti haqqında formalaşmış ictimai rəydir. Məhkəmə kollegiyası hazırki vəziyyətdə cavabdehin djb.az, azeripress.az və özünün şəxsi facebook səhifəsində yayılmış “İddiaçı AGF-nin vəsaitini mənimsəməklə kifayətlənməyərək, idmançıları, məşqçiləri sıxışdıraraq külli miqdarda pul tələb etmişdir”; “İddiaçı külli miqdarda yeyintiyə yol verməsi və dələduzluq faktları aşkarlandıqda o, işdən azad edilir”; “İddiaçı haqsızlığı və rüşvətxorluğunun qurbanına çevrilən…”; “İddiaçı məndən külli miqdarda rüşvət istədi”; “Bu soyğunçu İddiaçı mənə mədəni dərs verməsi idi”; “Rüşvətxor ovçu İddiaçı”; “ İddiaçı cinayət tərkibli əməlləri ilə…”; “yeyinti və dələduzluqda ittiham edilən bir insan…”; “şərəfsiz…”; “rüşvətxor İddiaçı”; “Azərbaycan Güləş Federasiyasının soyğunçu baş katibi İddiaçı…” barədə ifadələri olan yazıların mənasına görə aydın və başadüşülən, eləcə də, qanunazidd, qanunla təqib edilən, şəxsiyyətə xələl gətirən məlumatlar olduğunu nəzərə alaraq, bu məlumatlarım şəxsin şərəf və ləyaqətini ləkələyən məlumatlar olması barədə apellyasiya instansiyası məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır və həmçinin hesab edir ki, cavabdeh tərəf iddiaçı barəsində bildirdiyi məlumatların həqiqətə uyğun olmasına dair məhkəməyə hər hansı mötəbər sübutlar təqdim edə bilməməsinə dair işə baxan məhkəmənin nəticəsi qanuni və əsaslı olmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə görə də hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. «Mahmudov Rusiyaya qarşı iş üzrə» xx xxxx 2007-ci il tarixli Qərarında İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirilərkən, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) Prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və birbirinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Məhkəmə kollegiyası həmçinin istənilən insanı bir şəxsiyyət kimi xarakterizə edən onun qeyri-maddi məzmunlu mənəvi göstəriciləri olan şərəfinin, ləyaqətinin və ya işgüzar nüfuzunun ləkələnməsi nəticəsin də həmin şəxsin mənəvi sarsıntı və iztirab keçirməsi mübahisəsiz olmasına dair apellyasiya instansiyası məhkəməsinin qənaəti ilə razılaşır və hesab edir ki, cavabdehdən, həmçinin iddiaçıya vurduğu mənəvi ziyana görə müəyyən məbləğ də tutulmalı olmasına dair də düzgün nəticəyə gəlmişdir. Ali Məhkəmənin Plenumunun xx xxxxxx 2008-ci il tarixli “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi haqqında” qərarının 10-cu bəndində qeyd edilmişdir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsi n təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Məhkəmə kollegiyası cavabdehdən iddiaçının xeyrinə mənəvi zərərə görə 1000 (bir min) manatın tutulmasını ağlabatan və ədalətli hesab edir. Kassasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya icraatı qaydasında işə baxan məhkəmə hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üz rə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmçinin, kassasiya instansiya yeni sübut qəbul etmir. Bu hal kassasiya icraatını faktların müəyy ən edilməsi məsələsinə, o cümlədən işin mahiyyətinə toxunmadan yalnız məsələnin hüquqi tərəfi ilə, yəni şikayət edilən qətnamədə qanun pozuntularının mövcudluğu və ya onun olmamasına dair şikayətdə qoyulmuş məsələlərə cavab verilməsi ilə məhdudlaşır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.İbrahimovun şikayəti üzrə xx xxxxx 2004-cü il tarixli Qərarı). Göstərilənlərə əsasən, kassasiya şikayətinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-11146/19 saylı, xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar