Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-7674/2019 05.12.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xələfov İlqar Rəhim oğlu, Allahverdiyev Qəhrəman Əli oğlu və X2 ibarət tərkibdə, Məhərrəmova Çinarə Ədalət qızının katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 11 iyul 2019-cu il tarixli 2(103)6816/2019 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq Müəyyən etdi: Bakı şəhəri Nərimanov rayon məhkəməsinin 06 iyun 2018-ci il tarixli qətnaməsi ilə(hakim R.N.Quliyev, iş № 2(005)-2884/2018) İddiaçı Cavabdeh qarşı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, avtomobilin cavabd ehin mülkiyyətinə qaytarılması və bərabər paylarda onunla cavabdehin arasında bölünməsi tələbinə dair iddiası rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 29 avqust 2018-ci il tarixli qətnaməsi ilə(hakimlər: S.F.Hacıyev, R.Ə.Eyvazov və F.Ş.Talışınski, iş № 2(103)9475/2018) iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəriNərimanov rayon məhkəməsinin 06 iyun 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 28 fevral 2019-cu il tarixli qərarı ilə(hakimlər: T.A.Qoldman, Ə.A.Mirzəliyev və G.A.Quliyev, iş № 2(102)638/19) iddiaçının kassasiya şikayəti qismən təmin edilərək Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 29 avqust 2018-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş yenidən baxılması üç ün apellyasiya instansiyası məhkəməsinə qaytarılmışdır. İşə təkrar apellyasiya qaydasında baxan Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 11 iyul 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər: T.S.Səmədov, İ.S.Şirinov və E.C.Kazımov) iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nərimanov rayon məhkəməsinin 06 iyun 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İşin halları: Tərəflər 07 oktyabr 2011-ci il tarixdə rəsmi nikaha daxil olmaqla ailə qurmuş, həmin nikahdan bir uşaqları olmuşdur. Bakı şəhəri Nərimanov rayon məhkəməsinin 08 fevral 2018-ci il tarixli qətnaməsi ilə nikahları pozulmuşdur. 2018-ci ilin may ayında İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ona məxsus ümumi dəyəri 2200 manat olan cehiz əşyalarının Cavabdeh alınaraq ona verilməs i, birgə nikah dövründə əldə edilmiş “Jiquli VAZ 2107” və “Prado” markalı minik avtomobillərinə payının müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İşə baxılana qədər iddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək birgə nikah dövründə əldə edilmiş “Prado” markalı avtomobilin alqı-satqısına dair cavabdehlə X4 arasında bağlanmış alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və həmin avtomobilin ½ hissəsinə onun pay hüququnun müəyyən olunmaqla bölünməsini xahiş etmişdir. İddia tələbi üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri: İş üzrə İddiaçı kassasiya şikayəti verərək mübahisəli avtomobilin birgə nikah dövründə əldə edilməklə onların ümumi birgə mülkiyyəti olmasına baxmayaraq onun razılığı olma dan cavabdeh tərəfindən tanışı Pərviz Rəsulova satılmasını, lakin avtomobilin faktiki olaraq cavabdehin istifadəsində qalmasını, lakin apellyasiya instansiyası məhkəməsinin qanunun tələblərini pozmaqla işə baxaraq tələbinin həmin hissədə əsassız olması barədə səhv nəticəyə gəlməsini əsas göstərməklə qətnamənin ləğv edilməsi və iddianın təmin olunmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Kassasiya kollegiyasının iclasında iddiaçının vəkili kassasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdir. Cavabdeh və üçüncü şəxs Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67.1-ci maddəsinin tələblərinə zidd olaraq məhkəmə iclasına vəkilsiz gəldiklərindən məhkəmə tərəfindən onların izahatları dinlənilməmişdir. Hüquqi məsələlər: Kollegiya sədrlik edənin məruzəsini dinlə yib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, iş materiallarını araşdırdıqdan sonra hesab edir ki, kassasiya şikayəti təmin olunmamalı, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə görə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. İş materiallarından görünür ki, hazırkı mübahisənin predmeti olan avtomobil tərəflərin birgə nikahda olduqları dövrdə əldə edilmiş və 25 yanvar 2017-ci il tarixdə X1 hazırda avtomobilin sahibi N.P.Rəsulovdur. Bakı şəhəri Nərimanov rayon məhkəməsinin 08 fevral 2018-ci il tarixli qətnaməsi ilə tərəflərin nikahı pozulmuşdur. İddiaçı həmin avtomobilin onun razılığı olmadan satılmasını iddia edərək cavabdehlə Pərviz Rəsulov arasında avtomobilin alq-satqısına dair müqavilənin etibarsız sayılmasını xahiş etmişdir. İddiaçıya görə avtomobil onun razılığı olmadan satıldığı üçün qanunun tələbi pozulmuşdur. İddiaçı alqı-satqı müqaviləsinin etibarsız sayılmasını tələb edərkən qanuni əsas kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225.6 və 650-cı maddələrinin və Ailə Məcəlləsinin 33-cü maddəsininin müddəalarına əsaslanmışdır. Mülki Məcəllənin 225.6-cı maddəsinə görə daşınmaz əmlaka birgə hüququ olan ərin (arvadın) razılığı olmadan daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış hüquq barədə bağlanmış müqavilə etibarsız hesab edilir. Bu, həmçinin əldə edənin belə hüququn yalnız müqavilə tərəfinə məxsus olması barədə vicdanlı olduğu hallara da aiddir. Əgər müqavilə üzrə tərəf müqavilənin etibarsızl ığını bilirdisə və ya bilməli idisə, əldə edən həmin tərəfdən etibarsızlıqdan irəli gələn zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Həmin Məcəllənin 650-ci maddəsinə əsasən rəsmi reyestrlərdə qeydə alınması tələb edilən daşınar əşyalara daşınmaz əşyaların alğı-satqısı haqqında göstərişlər müvafiq surətdə tətbiq edilir. İş materiallarından görünür ki, cavabdehlə 3-cü şəxs arasında 225.6-cı maddədə göstərildiyi kimi daşınmaz əmlakın deyil, daşınar əmlakın alqı-satqısı barədə müqavilə bağlanmışdır. Maddənin məzmunundan göründüyü kimi həmin normanın qüvvəsi yalnız alqısatqı müqaviləsinin predmeti daşınmaz əmlak olduqda tətbiq edilir. Kassasiya şikayətində maddi hüquq norması kimi istinad olunan Mülki Məcəllənin650-ci maddəsi isə yalnız satılmış əşyanın verilməsini və uyğunluğunu nəzərdə tutur. Bununla əlaqədar Mülki Məcəllənin 650-ci maddəsi həmin Məcəllənin 646-649-cu maddələrində müəyyən edilmiş göstərişlərin (əşyanın verilməsi və uyğunluğu) tətbiqini nəzərdə tutur. Yəni satıldıqdan sonra daşınmaz əşyalar kimi daşınar əşyalar da alıcıya verilməli və verilmiş əşya müqavilədə göstərilmiş əşyaya uyğun olmalıdır. 650-ci maddədə söhbət o əşyalardan gedir ki, həmin əşyaların rəsmi reyestrdə qeydə alınması tələb edilsin. Həmin maddənin (650-ci maddə) mahiyyəti və mənası o nəticəyə gəlməyə əsas vermir ki, daşınar əşyaların satılmasına ərin (arvadın) razılığının olmaması müqavilənin etibarsızlığına səbəb olsun. Onu da nəzərə almaq lazımdır ki, Mülki Məcəllənin həmin maddələri, yəni 225 və 646-650-ci maddələri qanunun müxtəlif fəsillərində nəzərdə tutulmaqla bir-birindən fərqli məsələləri tənzimləyir. Bundan başqa, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 15 mart tarixli 39 nömrəli qərarı ilə “Nəqliyyat vasitəsinin özgəninkiləşdirilməsi və girov qoyulması” Qaydası təsdiq edilmişdir. Həmin Qaydalara əsasən nəqliyyat vasitəsinin alqı-satqısı Azərbaycan Respublikası DİN X7 idarəsinin qeydiyyat-imtahan hissələrində aparılır və bu zaman ərin (arvadın) notariat qaydasında təsdiq edilmiş razılığının olması Qaydalarda nəzərdə tutulmamışdır. Göstərilənlərlə əlaqədar kollegiya Mülki Məcəllənin 650-ci maddəsinə istinadən kassasiya şikayətində irəli sürülmüş dəlilləri müqavilənin etibarsız sayılması üçün əsas saymır. İşin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən olunmuş hallarından görünür ki, mübahisəli avtomobil tərəflərin nikahda olduqları dövr də satılmışdır. Bununla əlaqədar apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, avtomobilin satışından əldə edilmiş vəsait ailənin büdcəsinə daxil olmuş və onun ehtiyaclarına sərf edilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 33.3-cü maddəsinə əsasən ərarvaddan biri digərinin razılığı olmadan onların ümumi əmlakı üzərində sərəncam əqdi bağlamışsa və əqdin iştirakçısı olan digər tərəf bu cür razılığın olmadığını bilirdisə və ya bilməli idisə, əqd bağlanmasına razılığı olmayan ər (arvad) tərəfindən mübahisələndirilə bilər. Mübahisəli avtomobil tərəflərin birgə nikahda olduqları dövrdə satılmaqla iddiaçı avtomobilin onun razılığı olmadan satılmasına etiraz etmədiyindən və bunu vaxtında mübahisələndirmədiyindən hesab olunmuşdur ki, əmlak onun razılığı ilə satılmışdır. Mübahisəli əmlak daşınmaz əmlak olmamaqla onun özgəninkiləşdirilməsi notariatda təsdiq edilməli olan əqd olmadığından, onun satılmasına da ərin (arvadın) notariat qaydasında təsdiq edilmiş razılığının alınmasına ehtiyac olmamışdır. İşin yuxarıda göstərilən halları və istinad olunan maddi hüquq normaları iddianın əsassız olmasını təsdiq etdiyindən, kollegiya apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, qətnamə maddi və prosessual hüquq normalarının tələblərinə uyğun çıxarılmışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq kollegiya QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hazırkı iş üzrə olan 11 iyul 2019cu il tarixli qətnaməsi dəyişdirilmədən
Məhkəmə qərarları › İş №2(102)-7674/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-7674/2019
05.12.2019 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver