Məhkəmə qərarları › İş №2(102)-7685/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-7685/2019

02.12.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-7685/2019 02.12.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Hacıyev Sənan Firudin oğlu (sədrlik edən və məruzəçi - hakim), Əsgərov Qürbət Ağa oğlu, Vəliyeva Elşanə Rafiq qızından ibarət tərkibdə, Qılıcova Sevda Mübariz qızının katibliyi ilə, iddiaçının vəkili X1, Cavabdeh1 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 04 iyul 2019-cu il tarixli, 2(103)8874/2019 nömrəli qətnaməsindən Cavabdeh1 kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı “xxxx” Lizinq Şirkəti QSC-nin hüquqi varisi “xxxx” MMC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məh kəməyə müraciət edərək, cavabdehlərdən müştərək qaydada öhdəliklərinin yerinə yetirilməməsi nəticəsində yaranmış 4478,22 ABŞ dolları əsas məbləğdən gecikmənin, 1422 ABŞ dolları lizinq mükafatının, 30 ABŞ dolları dəbbə pulunun, 19,25 ABŞ dolları servis borcunun və 30 manat ödənilmiş dövlət rüsumunun tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 25 yanvar 2019-cu il tarixli, 2(011)1905/2019 saylı qətnaməsi ilə iddia təmin edilmiş, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 04 sentyabr 2014-cü il tarixli, 2506M/14/B saylı daxili maliyyə lizinqi müqaviləsi üzrə 4478,22 ABŞ dolları əsas məbləğdən gecikmə, 1422 ABŞ dolları lizinq mükafatı, 30 ABŞ dolları dəbbə pulu, 19,25 ABŞ dolları servis borcu olmaqla, cəmi 5 949,47 ABŞ dolları (ödəniş günü rəsmi məzənnəyə uyğun olaraq Azərbaycan manatı ilə) məbləğində borcun və 30 manat ödənilmiş dövlət rüsumunun tutularaq iddiaçı “xxxx” MMC-nin hesabına ödənilməsi qət edilmişdir. Cavabdeh1 apellyasiya şikayəti verərək, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 25 yanvar 2019-cu il tarixli, 2(011)-1905/2019 saylı qətnaməsinin qismən ləğv edilərək, iddia tələbinin rədd olunmasına dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 04 iyul 2019-cu il tarixli, 2(103)8874/2018 nömrəli qətnaməsi ilə Cavabdeh1 apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 25 yanvar 2019-cu il tarixli, 2(011)-1905/2019 saylı qətnaməsi Cavabdeh1 münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 04 iyul 2019-cu il tarixli, 2(103)8874/2018 nömrəli qətnaməsindən Cavabdeh1 və vəkili Mirzəliyev Rüfət Əsəd oğlu kassasiya şikayəti vermişlər. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Cavabdeh1 və vəkili Mirzəliyev Rüfət Əsəd oğlu iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 04 iyul 2019-cu il tarixli, 2(103)-8874/2018 nömrəli qətnaməsindən kassasiya şikayəti verərək, onun ləğv, işin yenidən apellyasiya instansiya məhkəməsinə qaytarılması barədə qərarın qəbul edilməsini xahiş etmişdirlər. Kassasiya şikayəti belə əsaslandırılmışdır ki, lizinq obyekti olan avtomobil Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 12 iyul 2017-ci il tarixli qətnaməsinin icrası qaydasında 26 oktyabr 2016-cı il tarixdə iddiaçıya geri qaytarılmışdır. Həmin mübahisə üzrə pulun tutulması ilə bağlı iddia olmamışdır. Belə çıxır ki, avtomobil iddiaçıya təhvil verilənə qədər cavabdehin borcu olmamış və ya bu məbləğ qədər olmamışdır. Əks halda iddiaçı həmin mübahisə üzrə borcun qaytarılması tələbi ilə çıxış etməli idi. Deməli, qət olunmuş borc avtomobil geri qaytardıqdan sonrakı dövr üzrə yaranmışdır ki, həmin dövr üzrə cavabdeh lizinq ödənişi etməli deyil. Çünki, həmin dövrdə o, lizinq obyekti olan avtomobildən istifadə etməmişdir. Həmçinin borcun məbləği ilə bağlı ekspertiza təyin edilməli idi. PROSESSUAL MƏSƏLƏLƏR: Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili X2 Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 04 iyul 2019-cu il tarixli, 2(103)-8874/2018 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 vəkilsiz təmsil olu nduğundan işə onun izahatı alınmadan baxılmışdır. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası qəbul etdiyi 04 iyul 2019-cu il tarixli qətnaməsi ilə Cavabdeh1 apellyasiya şikayətini təmin etməyib, iş üzrə Xətai Rayon Məhkəməsinin 25 yanvar 2019-cu il tarixli, 2(011)-1905/2019 saylı qətnaməsini Cavabdeh1 münasibətdə dəyişdirmədən saxlayarkən haqlı olmuş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş işin hallarından göründüyü kimi, “xxxx” Lizi nq Şirkəti QSC və Cavabdeh1 arasında bağlanmış 04 sentyabr 2014-cü il tarixli, 2506M/14/B saylı daxili maliyyə lizinq müqaviləsinə əsasən lizinq verən bir ədəd “Chevrolet Aveo” markalı, **-AE-*** dövlət qeydiyyat nişanlı avtomobili öz mülkiyyətinə əldə edərək, cavabdehin sahibliyinə və istifadəsinə vermiş, Cavabdeh1 isə 14633,52 ABŞ dolları məbləğində borcu illik 18% hesablanmaqla 36 ay müddətində “xxxx” Lizinq Şirkəti QSC-yə ödəməyi öhdəsinə götürmüş, müqavilənin təminatı kimi Cavabdeh2 lizinq alanın müqavilə üzrə öhdəliklərinin icrası üçün zamin durmuşdur. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 12 iyul 2016-cı il tarixli qətnaməsi ilə lizinq obyekti olan “Chevrolet Aveo” markalı, **-AE-*** dövlət qeydiyyat nişanlı avtomobilin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 alınaran “xxxx” Lizinq Şirkə ti QSC-yə qaytarılması qət edilmiş və 26 oktyabr 2016-cı il tarixdə təhvil-təslim aktı tərtib edilərək, lizinq obyekti olan avtomobil Cavabdeh1 tərəfindən iddiaçıya qaytarılmışdır.19 sentyabr 2018-ci il tarixli maliyyə arayışına əsasən Cavabdeh1 26 oktyabr 2016-cı il tarixə iddiaçıya 04 sentyabr 2014-cü il tarixli, 2506M/14/B saylı daxili maliyyə lizinqi müqaviləsi üzrə 4478,22 ABŞ dolları əsas məbləğdən gecikmə, 1422 ABŞ dolları lizinq mükafatı, 30 ABŞ dolları dəbbə pulu, 19,25 ABŞ dolları servis borcu olmaqla, cəmi 5949,47 ABŞ dolları borcu qalmışdır. Maddi və prosessual hüquq normalar yoxlanılarkən kassasiya kollegiyası belə nəticəyə gəlmişdir ki, apellyasiya məhkəməsi iddianın qanuni əsaslarını düzgün müəyyən etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci mad dəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya v ə bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 747.1-ci maddəsinə əsasən lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövrülüklə muzd ödəməyə borcludur. 747-2-ci maddəsinə əsasən lizinqin obyekti Azərbaycan Respublikasının qanunlarına əsasən sərbəst mülki dövriyyədən çıxarılmış və ya mülki dövriyyəsi məhdudlaşdırılmış əşyalar istisna olmaqla, qanunvericiliklə müəyyənləşdirilmiş təsnifat üzrə əsas vəsaitə aid olan daşınar və ya daşınmaz əşyalardır. 748-2.1 və 748-2.2-ci maddələrinə əsasən lizinq alana müvəqqəti sahibliyə və ya istifadəyə verilmiş lizinq obyekti lizinq verənin mülkiyyətidir. Lizinq müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq obyektinə sahiblik və ondan istifadə hüququ lizinq alana tam həcmdə keçir. 748-1.12.4-cü maddəsinə əsasən lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə, lizinq verən pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququna malikdir. 748-10.1-ci maddəsinə əsasən lizinq müqaviləsinin qüvvədə olduğu müddət ərzində həmin müqavilə üzrə ödənişlərin ümumi məbləği lizinq ödənişləri hesab edilir. Lizinq ödənişləri lizinq müqaviləsi üzrə l izinq alana verilmiş lizinq obyektindən istifadəyə görə onun tərəfindən lizinq verənin xeyrinə həyata keçirilən ödənişlərdir. 748-11.1-ci maddəsinə əsasən lizinq ödənişlərinin ümumi məbləğinə aşağıdakılar daxildir: 1. lizinq obyektinin amortizasiya ödənişləri; 2. lizinq obyektinin əldə edilməsi ilə bağlı zəruri xərclər; 3. lizinq obyektini əldə etmək üçün alınan kreditə görə faiz; 4. lizinq verənin mükafatının məbləği; 5. lizinq obyekti lizinq verən tərəfindən sığorta edilmişdirsə, sığorta üçün ödənilən məbləğ; 6. lizinq verənin əlavə xidmətlərinin haqqı; 7. lizinq verənin lizinq müqaviləsi ilə nəzərdə tutulmuş digər xərcləri. 750-ci maddəsinə əsasən lizinq alanın təqsiri üzündən müqaviləyə vaxtından əvvəl xitam verildikdə lizinq verən icra ilə bağlı öz mənafelərinə aid olmayan tələbləri i rəli sürə bilməz. Tələblər müəyyənləşdirilərkən lizinq əmlakının qalıq dəyəri, lizinq muzdu üzrə faizlərin qalığı və qənaət edilmiş digər xərclər nəzərə alınır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur (maddə 443.1). Borclu icranı gecikdirdikdə kreditor ona öhdəliyin icrası üçün zəruri vaxt təyin edə bilər. Əgər borclu öhdəliyi bu müddət də icra etməzsə, kreditor öhdəliyin icrası əvəzinə zərərin əvəzinin ödənilməsini tələb edə bilər (maddə 443.5). 449.1-ci maddəsinə əsasən özgənin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitin i əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildyi gün üçün bank faizinin uçot dairəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank faizinin uçot dərəcəsinin əsas götürməklə ödəyə bilər. 449.4-cü maddəsinə əsasən özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Qeyd olunan maddi hüquq normalarına istinad edən apellyasiya instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, Cavabdeh1 tərəfindən lizinq müqaviləsi üzrə öhdəliklərini lazımınc a yerinə yetirilmədiyindən və müqavilənin şərtləri nəzərə alınaraq, birinci instansiya məhkəməsi əsaslı olaraq iddianın təmin olunması barədə qətnamə qəbul etmişdir. Kassasiya kollegiyası, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, hazırkıişinfaktikihallarını tam, hərtərəflivəobyektivaraşdırmış vətərəflərarasındakımübahisəninhəlliüçüntətbiqedilməliolanmaddivəprosessualhüquqnorm alarınıdüzgüntətbiqetmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Kassasiya şikayətinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir. Belə ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 12 iyul 2016-cı il tarixli qətnaməsinin məzmunundan müəyyən olunur ki, iddiaçı “xxxx” Lizinq Şirkəti QSC həmin zam an yalnız lizinq obyekti olan avtomobilin geri qaytarılması tələbini irəli sürsə də, həmin tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh1 müqavilə üzrə öhdəliklərini yerinə yetirmir və onun 03 mart 2016-cı il tarixdə müqavilə üzrə 1116,13 ABŞ dolları əsas məbləğdən gecikmə, 286 ABŞ dolları faiz, 30 ABŞ dolları dəbbə pulu borcu yaranmışdır. İş materialları ilə apellyasiya instanisyası məhkəməsi müəyyən etmişdir ki, qətnamə faktiki olaraq 26 oktyabr 2016-cı il tarixdə icra olunmuş və iddiaçı məhz həmin dövrə olan borcun cavabdehlərdən tutulmasını xahiş etmişdir. İddiaçının mülkiyyətində olan əmlakın qaytarılması tələbini lizinq müqaviləsindən irəli gələn borcun qaytarılması tələbindən ayrı iddia icraatı qaydasında irəli sürməyə prosessual hüququ olmuşdur.Həmçinin cavabdeh borcun düzgün hesab lanmamasını kassasiya şikayətində göstərsə də, bununla bağlı heç bir sübutu (nəzərə alınmamış ödəniş qəbzlərini, hesabdan çıxarışı və s.) təqdim etməmişdir. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh1 kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 04 iyul 2019-cu il tarixli, 2(103)-8874/2018 nömrəli qətnaməsi dəyişiklik edilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar