Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-769/2020 05.02.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Allahverdiyev Qəhrəman Əli oğlu (sədrlik edən və məruzəçi) Xələfov İlqar Rəhim oğlu və Quliyev Gündüz Ağababa oğlundan ibarət tərkibdə, Cəfərov Araz Əhməd oğlunun katibliyi, cavabdehin vəkili Həsənov Elyar Eldar oğlunun iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin MK-nın 25 sentyabr 2019-cu il tarixli qətnaməsindən cavabdeh x4 tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 05 fevral 2020-ci il tarixdə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-616/19 saylı, 30 yanvar 2019cu il tarixli qətnaməsi ilə (s ədrlik edən hakim G.Əsədova) iddia tələbi rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin MK-nın 25 sentyabr 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər İ.Şirinov (sədrlik edən, məruzəçi), T.Səmədov və E.Kazımov, 2(103)4699/2019 saylı mülki iş) hazırki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-616/19 saylı, 30 yanvar 2019-cu il tarixli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilmiş, iddia təmin edilmiş, ünvan 1 dair x2nin 21 may 2018-ci il tarixli, 30/03 nömrəli potokolu və ünvan 1 dair cavabdeh x3-nin nümayəndəsi ilə bağlanmış alqısatqı müqaviləsi etibarsız hesab edilmiş, cavabdehlər x2 və x3-dən iddia ərizəsi və apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş 10 manat və 5 manat olmaqla, cəmi 15 (on beş) manat dövlət rüsumu alınaraq iddiaçıya, ekspertiza tədqiqat ının dəyəri 200 (iki yüz) manat isə bank hesabı x5, H/h: № AZ34AZEG********************, VÖEN: **********, Benefisiar alan bank: x6, Kodu: 505817, VÖEN:**********, Müxbir hesab: AZ75NABZ********************, S.W.İ.F.T BİK: AZEGAZ22 hesabına ödənilməsi qət edilmişdir. İşin halları İddiaçı x1 cavabdehlər x2 və x3-yə qarşı “hərracın yekunları barədə protokolun və alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh x2 21 may 2018-ci il tarixli, 30/03 nömrəli potokolunun, həmçinin ünvan 1 dair cavabdeh x3-nin nümayəndəsi ilə bağlanmış alqısatqı müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları çıxarılmışdır. Kassasiya şikayətinin dəlill əri Cavabdeh x4 apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulmuş, düzgün tətbiq edilməmişdir. İddiaçı x1 Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67.1-ci maddəsinin tələblərinə əməl etməmiş, vəkilin iştirakı olmadan məhkəmə iclasına gəlmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67.1-ci maddəsinə əsasən kassasiya və əlavə kassasiya qaydasında, habelə məhkəmə aktına yeni açılmış hallar üzrə yenidən baxıldıqda işdə iştirak edən şəxslər məhkəmə iclaslarında yalnız vəkillə birgə iştira k edirlər. Digər cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Həmin maddənin tələbinə görə iclasın vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxsdən hər hansı birinin üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. Hüquqi məsələlər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiy a instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan birinci instansiya və apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, kassasiya instansiyası məhkəməsinin iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 01 sentyabr 2011- ci il tarixli 2(008)-2504/201 nömrəli icra vərəqəsi ilə x3 ilə x1 arasında bağlanmış 30 iyun 2010- cu il, 437/NF/10 nömrəli kredit müqaviləsinə əsasən x1n dan 13.282,15 (on üç min iki yüz səksən iki dollar on beş sent) ABŞ dolları əsas, 2011-ci il may ayının 23-dək hesablanmış 723,14 (yeddi yüz iyirmi üç dollar on dörd sent) ABŞ dolları gecikdirilmiş faiz, 1.000 (bir min) ABŞ dolları dəbbə pulu, bu müqavilə üzrə cəmi 15.005,29 (on beş min beş dollar iyirmi doqquz sent) ABŞ dolları məbləğində kredit borcunun, hüquqi yardıma görə ödənilmiş xərcin əvəzi 500 (beş yüz) manat və 20 (iyirmi) manat ödənilmiş dövlət rüsumunun əvəzi x3nin xeyrinə tutulması, həmin borcun x1nun mülkiyyətində olan ünvan 1 binada, 42,7 kv.metr ümumi, 17 kv.metr yaşayış, 25,7 kv.metr sahədən ibarət 1 otaqlı, 3 nömrəli mənzilin açıq hərracdan satılması yolu ilə ödənilməsi, rəsmi qeydiyyatda olan x7, x8 və x9 ipoteka predmeti olan mənzil satıldıqdan sonra 1 (bir) ay müddətin də məcburi qaydada çıxarılmaları müəyyən edilmişdir. x2nin 21 may 2018-ci il tarixli hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqavilənin müvafiq qaydada təsdiq edilmiş surətindən görünür ki, x1na məxsus ünvan 1 25.500 manat məbləğinə x3 əldə etmişdir. Bakı Apellyasiya Məhkəməsinin 01 may 2019-cu il tarixli qərardadı ilə iş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmiş, ekspert qarşısında ünvan 1 mənzilinin bugünkü bazar dəyərinin müəyyən edilməsi barədə sual qoyulmuş, x5-nin 07 iyun 2019-cu il tarixli rəyinə əsasən mənzilin bazar dəyəri 67 000 (altmış yeddi min) manat təşkil edir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, iş üzrə keçirilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizası nəticəsində ipoteka predmeti olan əmlakın hazırkı bazar dəyərinin 6 7000 manat olmuş, lakin həmin əmlakın 25.500 manata bank tərəfindən əldə edilməsi iddiaçının hüquqlarını əsaslı şəkildə pozmuşdur. Eyni zamanda, iddiaçı tərəfindən məhkəməyə təqdim olunmuş ödəniş qəbzlərindən görünür ki, iddiaçı tərəfindən banka 30 iyun 2010-cu il, 437/NF/10 nömrəli kredit müqaviləsinə əsasən 08.02.2012-ci il tarixdə 2050 ABŞ dolları, 01.06.2012-ci il tarixdə 634 ABŞ dolları, 02.04.2019-cu il tarixdə 2900 ABŞ dolları, 23.08.2019-cu il tarixdə isə 3000 ABŞ dolları olmaqla cəmi, 8584 ABŞ dolları ödəniş edilmişdir. Bundan əlavə iddiaçı əmlakın hərraca çıxarılması barədə bildirişlərə imza etmədiyini, onları şəxsən qəbul etmədiyini bildirir, bunun əksini, yəni hərracın keçirilməsi barədə məlumatın iddiaçıya çatdırılması barədə əsaslı və şübhədənkənar sübutları cavabdeh x2 Məhkə məyə təqdim etməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsi görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsini əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 42.3-cü maddəsinə görə hərracın təşkilatçısı və onun əməkdaşları istisna olmaqla, hərracda istənilən şəxs, o cümlədən ipoteka saxlayan və ipoteka qoyan alıcı qismində iştirak edə bilər. Həmin Qanunun 46.1-ci maddəsinə görə ipoteka predmetinin açıq bazarda və ya hərracda satışına (alqı-satqı müqaviləsi notariat qaydasında təsdiq olunanadək və ya hərracın nəticələri üzrə protokol imzalananadək), yax ud bu Qanunun tələblərinə uyğun olaraq onun ipoteka saxlayan tərəfindən əldə olunmasına qədər (alqı-satqı müqaviləsi notariat qaydasında təsdiq olunanadək) əsas öhdəlik üzrə borclu və (və ya) ipoteka qoyan, yaxud hər hansı üçüncü şəxs ipoteka saxlayanın əsas bütün tələbini ödəyərək ipoteka predmetinə tutma yönəldilməsinə və onun satışına xitam verə bilər. Bu hüququ məhdudlaşdıran razılaşma əhəmiyyətsizdir. Apellyasiya instansiyası məhkəməsi düzgün olaraq hesab etmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən isə hərracın təşkilatçısı olan x2 qanunvericiliyin tələblərinə əməl edib-etməməsinə əhəmiyyət verilmədən, yuxarıda göstərilən hallar yetərincə araşdırılmadan, işdə olan sübutlara düzgün hüquqi qiymət verilmədən əsassız olaraq iddia tələbi rədd edilmişdir. “İpoteka haqqında” Azərbay can Respublikasının Qanununun 44-cü maddəsinə əsasən həmin Qanunla müəyyən edilmiş qaydaları pozmaqla keçirilən hərrac Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 416-cı maddəsində nəzərdə tutulmuş nəticələrə səbəb olur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 416.1-ci maddəsinə əsasən həmin Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər. Həmin Məcəllənin 416.2-ci maddəsinə görə hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Qətnamənin ləğv edilməsi və kassasiya şikayətinin təmin olunması üçün heç bir əsas olmadığından qətnamə dəyişdirilmədən saxlanmalı, kassasiya şikayəti təmin edilməməlidir. Şərh edilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417, 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ Cavabdeh x4-nin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin MK-nın hazırkı iş üzrə 25 sentyabr 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-769/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-769/2020
05.02.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka üzrə hərracın nəticələrinin ləğv edilməsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver