Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-769/2022 25.01.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh2, Şəki Regional “Asan Xidmət“ Mərkəzində Notariat ofisinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: mirasın qəbul edilməsisı faktının müəyyən edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimləri Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(107)-1654/2021 nömrəli iş üzrə 22 sentyabr 2021-ci il tarixli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş kasasiya şikayəti üzrə işə 25 yanvar 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı cavabdehlər Cavabdeh2, Şəki Regional “Asan Xidmət“ mərkəzində Notariat ofisinə qarşı “mirasın qəbul edilmə faktının müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun mərhum atası X1 miras qalmış ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi və 0.0326 ha torpaq sahəsindən ibarət mirasın onun tərəfindən qəbul edilmə faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, özü 1969-cu ildə mübahisə predmeti olan ünvan 1 ünvanında yerləşən evdə anadan olmuşdur. Ailədə 2 bacı və 2 qardaş olmuşlar. Qardaşlarından Ehsan hal-ha zırda həmin ünvanda ayrıca bir evdə yaşayır. Digər qardaşı Qəzənfər isə Bakı şəhərində yaşamış, hal-hazırda isə Şəki rayonu, Kiçik Dəhnə kəndində yaşayır. Cavabdeh Qəzənfər bir neçə dəfə məhkum olunmuş və üst-üstə 22 il həbsdə olmuşdur. Özü 1989-cu ildə ailə quraraq əri Elmangilə məxsus evə gəlin köçmüşdür. Həmin evdə təxminən 2 il yaşadıqdan sonra yenidən, yəni 1991-ci ildə ata evinə qayıdaraq atası və anası ilə birlikdə yaşamağa başlamışdır. 1993-cü ildə həmin ev darısqal olduğundan kirayəyə çıxaraq orada kirayədə yaşamağa başlamışlar. Atası 1999-cu ildə, anası isə 2011-ci ildə vəfat etmişdir. Kirayəyə çıxıb yaşasalar da, daima ata evinə gedib gəlmiş, ata və anasına qulluq etmişdir. Həmçinin atasının və anasının yas mərasimlərində yaxından iştirak etmiş, onların qəbirüstü abidəsinin götü rülməsində köməklik etmişdir. Belə ki, Qəzənfər törətmiş olduğu cinayətə görə məhkum olduğundan ata-anası evin altında tək olmuşdur. Təxminən 2013-cü ildə kirayədən qayıdaraq ailəsi ilə birlikdə mübahisəli ata evində yaşamağa başlamışlar. Həmin vaxtan da indiyədək ailəsi və uşaqları ilə birlikdə həmin mübahisəli evdə yaşayırlar. Mərhum atası X3 vəfat etdikdən sonra ondan miras qalmış əmlakı, yəni ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evi və 0.0326 ha torpaq sahəsinə faktiki olaraq mirası qəbul etmişdir. Digər vərəsələr atasından miras qalmış əmlakı nə faktiki, nə də ki, qanuni əsaslarla qəbul etməmişlər. Ümumiyyətlə qeyd olunan mübahisəli mənzil onun adına rəsmiləşdirilməsə də həmin əmlakın dəyərini Qəzənfərə ödəmişdir. Buna görə də cavabdeh olan qardaşı Qəzənfər 16.08.2017-ci il tarixd ə notariusda ərizə yazaraq atasından qalan mirası qəbul etməməsini bildirmiş və vərəsəlik hüququnu rəsmiləşdirmək niyyətinin olmamasını qeyd etmişdir. Hazırda 2013-cü ildən mübahisəli miras əmlakda yaşamaqla mirası faktiki olaraq qəbul etmiş və hal-hazırda miras əmlakı idarə edir. Həmin evin qaz, işıq və su təchizatı üzrə müqavilələr onun adınadır və bütün kommunal ödənişlər onun tərəfindən ödənilir. Şəki Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 26.02.2021-ci il tarixli, 2(075)-95/2021 saylı qətnaməsi ilə (hakim Cahid İmanov) iddia tələbi təmin edilərək, İddiaçı mərhum atası X1 miras qalmış ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi və 0.0326 ha torpaq sahəsindən ibarət mirasın onun tərəfindən qəbul edilməsi hüquqi faktının müəyyən edilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, tərəflər arasındakı hüquq münasibətləri 2000-ci ilin sentyabr ayının 1-dək olan dövrdə əmələ gəlmişdir. Ona görə də tərəflər arasındakı hüquq münasibətlərinə 2000-ci ilin sentyabr ayının 1-dək qüvvədə olan maddi hüquq normaları tətbiq edilməlidir. Məhkəmə araşdırması nəticəsində müəyyən edildi ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların X6 Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş, RX seriyalı, ******* nöməli çıxarışa əsasən ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evi və 0.0326 ha torpaq sahəsi iddiaçının atası X1 miras qalmışdır. Həmin ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evinin vərəsələri iddiaçı, Cavabdeh2 X5 və iddiaçının digə r bacısı X4 olmuşdur. İddiaçı doğulduğu vaxtdan 1989-cu ilədək, ailə qurduqdan sonra isə 1991-1993-cü illərdə də miras əmlakda yaşamışdır. Bundan başqa iddiaçı bundan sonrakı dövrlərdə də ata-anasına baxmış, mütamadi olaraq onlara qayğı göstərmiş və beləliklə də miras əmlakla əlaqəsi üzülməmişdir. Həmçinin iddiaçı təxminən 2013-cü ildən etibarən miras əmlaka köçərək bu günədək həmin evdə ailəsi ilə birlikdə daimi olaraq yaşayır. İddiaçı atasının, sonra isə anasının yas mərasimlərində iştirak etmiş, hazırda evin bütün kommunal xərcləri iddiaçı tərəfindən ödənilir. Məhkəmə hesab edir ki, X1 qalmış ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi və 0.0326 ha torpaq sahəsindən ibarət mirasın hazırkı İddiaçı tərəfindən də qəbul edilməsi hüquqi faktı müəyyən edilməlidir. Birinci instansiya məhkəm əsi qənaətini 2000-ci ilin sentyabr ayının 1-dək qüvvədə olmuş Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 528, 552-ci, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1151, 1159.1, 1159.2, 1243.1, 1243.2-ci və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 119.1, 217.2, 217.4, 307.2.9-cu maddələri ilə əsaslandırmışdır. Qətnamədən narazı qalan Cavabdeh2 apelyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə edilməsini xahiş etmişdir. b) Apelyasiya instansiyası məhkəməsində icraat Şəki Apelyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər – Ələddin Məcidov - sədrlik edən və məruzəçi, Mahir Əsədli, Ələddin Məcidov) 22.09.2021-ci il tarixli, 2(107)-1654/2021 saylı qətnaməsi ilə apelyasiya şikay əti təmin edilməyərək, Şəki Rayon Məhkəməsinin 26.02.2021-ci il tarixli, 2(075)-95/2021 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanması qət edilmişdir. Apelyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində göstərdiklərinə münasibət bildirərək qeyd edir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli olduğundan cavabdeh də göstərdiklərini təsdiq edən sübutları məhkəmə kollegiyasına təqdim etməli olduğu halda bunu etmədiyindən onun göstərdikləri əsaslı hesab edilə bilməz. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instаnsiyа məhkəməsi iddianı təmi n edərkən düzgün nəticəyə gəldiyindən və qətnаmə fаktlаr nöqteyi-nəzərindən qаnuni və əsаslı, mаhiyyəti üzrə isə düzgün olduğundаn, işdə qətnаmənin аpellyаsiyа qаydаsındа ləğv edilməsi üçün əsаslаr olmаdığındаn Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamalı, Şəki Rayon Məhkəməsinin 26 fevral 2021-ci il tarixli, 2(075)-95/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Kasasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kasasiya şikayətinin dəlilləri Cavabdeh2 (vəkili Vəkil) kasasiya şikayəti verərək, apelyasiya instansiyası məhkəməsinin qəbul etdiyi qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kasasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı mirası qanunla müəyyən olunan müddətdə qəbul etməmişdir. Məhkəmə bu hala əhəmiyyət verməmişdir. Onun müddətin tətbiqi barədə ərizəsi və apelyasiya şikayətində müddətin tətbiqi barədə əsaslandırması apelyasiya məhkəməsi tərəfindən nəzərə alınmamışdır. b) Kasasiya şikayətinə qarşı etirazın dəlilləri İddiaçı məhkəməyə kasasiya şikayətinə qarşı yazılı etiraz ərizəsi ünvanlayaraq etirazında göstərmişdir ki, mərhum atam X3 15 iyul 1999-cu il tarixdə vəfat etmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Şəki Ərazi idarəsi tərəfindən verilmiş RX seriyalı, ******* nömrəli Hüquqların X6 daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi və 0.0326 ha torpaq sahəsi mərhum atası X2 mü lkiyyətindədir və onun ölümündən sonra miras qalmışdır. Atası vəfat edəndən sonra ondan miras qalmış əmlakı yəni ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi və 0.0326 ha torpaq sahəsinə faktiki olaraq mirası o, qəbul etmişdir. Digər vərəsələr atasından miras qalmış əmlakı nə faktiki nə də ki, qanuni əsaslarla qəbul etməmişlər. Belə ki, digər vərəsələrin hər üçü 17.04.2015-ci il tarixdə Şəki şəhəri 2 saylı Notariat Kontoruna müraciət edərək mərhum atam X1 miras qalmış əmlaka dair vərəsəliyi qəbul etməmişlər və prosessual müddəti ötürmüşlər. Beləliklə atasının vəfatından sonra o, ondan miras qalmış həmin fərdi yaşayış evinə və torpaq sahəsinə sahiblik etməyə və idarə etməyə başlamışdır. Hal-hazıradək də həmin evdə ailəsi ilə birlikdə yaşayır. Beləliklə o, atasından miras qalmış əmlakı fakti ki olaraq qəbul etmişdir. Cavabdeh2 kasasiya şikayətində analarının və atalarının ölümündən sonra mirası yalnız özü tərəfindən qəbul etdiyini göstərsə də Cavabdeh2 58 yaşı var ki, demək olar ki, ömrünün yarısına yaxınını yəni 22 ilini müxtəlif cəzaçəkmə müəssisələrində yaşamışdır. Həmçinin Cavabdeh2 notarial qaydada təsdiq olunmuş 16 avqust 2017-ci il tarixli ərizəsində mübahisə predmeti olan miras əmlakı qəbul etmədiyini, vərəsəlik hüququnu rəsmiləşdirmək niyyətində olmadığını və mirası qəbul etmək mövzusunda gələcəkdə məhkəməyə müraciət etməyəcəyini bildirmişdir. Həmin dövrdə qüvvədə olmuş qanunvericiliyin tələbindən göründüyü kimi, mirasın qəbul edilmiş hesab olunması üçün miras açılan gündən altı ay müddətində vərəsə miras əmlakı faktiki idarə etməyə başlamaq və ya mirasa yiyələnmək lazımdır. O da mərhum atası X1 miras qalmış ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən ibarət əmlakı faktiki idarə etməyə başlamış və mirasa yiyələnmişdir. Mülki işin materiallarında olan bütün mötəbər sübutlarla da təsdiq edilmişdir ki, o, mərhum atası X2 vəfatından sonra ondan miras qalmış əmlakı faktiki olaraq qəbul etmişdir. Həmin miras əmlakda o, yaşayır və miras qoyanın vəfatından sonra orada quruculuq, abadlıq işləri görmüş, miras əmlakın lazımi vəziyyətdə saxlanılması üçün bütün hərəkətləri etmişdir. Evin bütün kommunal xidmətləri onun adınadır və bütün kommunal ödənişləri o, edir. Cavabdeh isə həmin miras əmlakda yaşamaqla miras əmlakın lazımi vəziyyətdə saxlanılması üçün heç bir hərəkət etməmiş heç bir abadlaşdırma, quruculuq işləri görməmişdir. Göstərilənlərə əsasən o, kas asiya şikayətinin təmin edilməməsini xahiş etmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə icraatı yazılı icraat qaydasında keçirildiyindən MPM-in 10.8-1-ci maddəsinə əsasən kasasiya şikayəti üzrə mülki işə məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmışdır. Kasasiya baxışının hədləri Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansi yası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Hazırkı kasasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən və apelyasiya instansiyası məhkəməsinin aktının tam ləğvi xahiş edildiyindən məhkəmə aktı tam yoxlanılır. Tətbiq edilən hüquq 2000-ci ilin sentyabr ayının 1-dək qüvvədə olmuş Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə
528. Vərəsəliyin açılması vərəsəlik miras qoyan şəxsin ölməsi və yaxud onun ölmüş elan edilməsi ilə açılır. Vərəsəliyin açılma vaxtı, miras qoyan şəxsin öldüyü gün, o, ölmüş elan edildikdə isə, bu Məcəllənin 21-ci maddəsində göstərilən gün hesab olunur. Maddə
552. Mirası əldə etmək üçün vərəsə onu qəbul etməlidir. Mirasın şərtlə və ya müəyyən qeydlərlə qəbul edilməsinə yol verilmir. Vərəsə, miras əmlakını faktiki surətdə idarə et məyə başladıqda və ya mirasa yiyələndikdə, o, eləcə də vərəsəliyin açıldığı yerdə notariat orqanına mirası qəbul etmək barədə ərizə verdikdə, mirası qəbul etmiş hesab olunur. Qəbul edilmiş miras vərəsəlik açıldığı vaxtdan vərəsəyə məxsus hesab olunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 1145. Miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Maddə 1243.1. Mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Maddə 1243.2. Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başlandıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Maddə 1243.3. Vərəsə mirasın bir hi ssəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 10.8-1. Bu Məcəllənin 159, 269, 280, 284-5, 394-1, 397.2, 403-1.6, 414.1, 422, 431-3 və 437-ci maddələrində nəzərdə tutulmuş hallarda işlərə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılır. Bu Məcəllənin 3941, 397.2 və 414.1-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmənin qərardadına əsasən işə məhkəmə iclasında baxıla bilər. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 407.2. Kasasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Maddə 416.1. Kasasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kasasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxla yır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kasasiya şikayətinin dəlilləri üzrə qeyd edilməlidir ki, cavabdeh kasasiya şikayətində iddiaçı tərəfindən mirasın qəbul müddətinin ötürülməsinə istinad etsə də, kasasiya yoxlaması nəticəsində müəyyən edilmişdir ki, iddiaçı tərəfindən mirasın qəbulu üçün qanunla müəyyən edilmiş müddət ötürülməmişdir. Belə ki, iddia çı valdeynlərinin ölümündən qısa müddət sonra miras əmlakı faktiki qəbul etmiş və faktiki sahiblik etməyə başlamışdır. Hətta miras əmlaka dair kommunal xidmətlər də iddiaçının adına olmuş və ödənişlər onun adından həyata keçirilmişdir. Odur ki, cavabdeh müddətin ötürülməsi ilə bağlı dəlili əsaslı hesab edilə və apelyasiya kollegiyasının qəbul etdiyi qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz. Ümumi kasasiya yoxlaması nəticəsində də apelyasiya kollegiyası tərəfindən hər hansı maddi və ya prosessual hüquq normasının pozuntusuna yol verilməsi halı müəyyən edilməmişdir. Beləliklə, məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kasasiya şikayəti təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh2 Məhərəm oğlu tərəfindən verilmiş kasasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-1654/2021 nömrəli iş üzrə 22 sentyabr 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.