Məhkəmə qərarları › İş №2(102)-772/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-772/2022

14.02.2022 · Mənzil mübahisələri - Mənzilə köçürmə - Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-772/2022 14.02.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh1 qarşı iş üzrə QƏRARİ iş № 2(102)-772/22 (Açar sözlər: cavabdehin azyaşlı uşaqları ilə birlikdə mənzildən çıxarılması, iddiaçının mənzilə köçürülməsi, maddi hüquq normasının düzgün tətbiq edilməməsi) Bakı şəhəri, 14 fevral 2022-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə İddiaçı Cavabdeh1 qarşı “cavabdehin azyaşlı uşaqları ilə birlikdə mənzildən çıxarılması, iddiaçının mənzilə köçürülməsi” tələbinə dair mülki iş üzrə Bakı Apelyasi ya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-5788/2021 nömrəli, 07 sentyabr 2021-ci il tarixli qətnaməsindən İddiaçı kassasiya şikayətinə 14 fevral 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Bakı şəhəri Yasamal rayonu H.Cavid prospekti 79 nömrəli evin 29 nömrəli mənzili İddiaçı məxsusdur. İddiaçı həmin mənzili öz qohumu X2 almışdır.

2. Cavabdeh1 mənzilin əvvəlki sahibi X1 gəlinidir.

3. Mübahisə cavabdehin mənzildə yaşaması ilə bağlı yaranıb. a) Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı iddia ərizəsi ilə Yasamal Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh1 iki azyaşlı uşağı ilə birlikdə ona məxsus olan Bakı şəhəri Yasamal rayonu Hüseyn Cavid prospekti 79 nömrəli evin 29 nömrəli mənzilindən çıxarılması və ö zünü həmin mənzilə köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. İddia tələbi onunla əsaslandırılıb ki, Bakı şəhəri Yasamal rayonu H.Cavid prospekti 79 nömrəli evin 29 nömrəli mənzili İddiaçı məxsusdur. İddiaçı həmin mənzili öz qohumu X2 almışdır. Mənzilin müvafiq çıxarışı olmadığından X3 17.07.2018-ci il tarixli ərizəsinə əsasən onun adına olan müqavilə 14.09.2018-ci il tarixli müqavilə ilə İddiaçı adına dəyişdirilmişdir. 6. "xxxx" MMC tərəfindən verilmiş 05.03.2021-ci il tarixli maliyyə arayışı ilə təsdiq edilir ki, iddiaçı Bakı şəhəri Yasamal rayonu Hüseyn Cavid prospekti 79 nömrəli evin ümumi sahəsi 221,0 kv.m olan 4 otaqlı 29 nömrəli mənzilinin dəyərini tam ödəmişdir, "xxxx" MMC-yə borcu yoxdur. Nəticə etibarı ilə mənzilin bütün kommunal müqavilələri iddiaçının adına dəyişdirilmişdir.

7. Eyni zamanda iddiaçı 17.07.2018-ci il tarixli müqaviləyə əsasən "xxxx" MMC-yə məxsus həmin binadan 1 ədəd qarajı da satın almışdır.

8. İddiaçı mənzilə köçmək istədikdə, Y.Cəfərov iddiaçıya bildirmişdir ki, həmin mənzildə gəlini ilə nəvələri müvəqqəti yaşayır və aralarında məhkəmə mübahisələri var, ona görə bir müddət gözləmək lazımdır. Hazırda Y.Cəfərov və Cavabdeh1 arasında həmin mənzilə dair məhkəmə mübahisəsi başa çatmışdır. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 28.11.2018-ci il tarixli 2(004)-7895/2018 nömrəli qanuni qüvvəyə minmiş qətnaməsi ilə iddiaçı Cavabdeh1 cavabdehlər X5 və X6 qarşı “Cavabdeh1 iki azyaşlı uşağı ilə birlikdə Bakı şəhəri Yasamal rayonu Hüseyn Cavid prospekti 79 nömrəli evin 29 nömrəli mənzilinə köçürülməsi və pul tutulması” tələbinə dair iddi ası rədd edilmişdir.

9. İddiaçı hesab edir ki, cavadeh Cavabdeh1 iddiaçının ailə üzvü deyildir, cavabdehin iddiaçıya məxsus mənzilə hər hansı bir hüququ yoxdur. İddiaçının cavabdehin qarşısında heç bir öhdəliyi yoxdur. Cavabdeh iddiaçıya məxsus mənzildə qanunsuz yaşayır.

10. Yasamal Rayon Məhkəməsinin 2(004)-1380/2021 saylı, 12 aptel 2021-cu il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, Cavabdeh1 iki azyaşlı uşağı ilə birlikdə İddiaçı məxsus olan Bakı şəhəri Yasamal rayonu Hüseyn Cavid prospekti 79 nömrəli evin 29 nömrəli mənzilindən çıxarılması və mənzilin boşaldılaraq İddiaçı təhvil verilməsi, İddiaçı özünə məxsus olan Bakı şəhəri Yasamal rayonu Hüseyn Cavid prospekti 79 nömrəli evin 29 nömrəli mənzilinə köçürülməsi qət edilmişdir. (hakim Vahid Hacıyev)

11. Birinci instansiya məhkəməsi i ş materiallarında olan sübutlara əsasən müəyyən etmişdir ki, "xxxx" MMC ilə İddiaçı arasında bağlanmış 14.09.2018-ci il tarixli 12 nömrəli müqaviləyə əsasən Bakı şəhəri Yasamal rayonu Hüseyn Cavid prospekti 79 nömrəli evin ümumi sahəsi 221,0 kv.m olan 4 otaqlı 29 nömrəli mənzili İddiaçı məxsusdur.

12. Birinci instansiya məhkəməsi işdə olan Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 28.11.2018-ci il tarixli 2(004)-7895/2018 nömrəli qanuni qüvvəyə minmiş qətnaməsinə əsasən müəyyən edib ki, iddiaçı Cavabdeh1 cavabdehlər X5 və X6 qarşı “Cavabdeh1 iki azyaşlı uşağı ilə birlikdə Bakı şəhəri Yasamal rayonu Hüseyn Cavid prospekti 79 nömrəli evin 29 nömrəli mənzilinə köçürülməsi və pul tutulması” tələbinə dair iddiası rədd edilmişdir. Qətnamə ilə müəyyən edilmişdir ki, "xxxx" MMC ilə X8 arasında bağlan mış 04.04.2006-cı il tarixli 12 nömrəli müqaviləyə əsasən Bakı şəhəri Yasamal rayonu Hüseyn Cavid prospekti 79 nömrəli evin ümumi sahəsi 221,0 kv.m olan 4 otaqlı 29 nömrəli mənzili X5 məxsus olmuşdur. X8 həmin mənzilin tam dəyərini şəxsən "xxxx" MMC-yə ödəmişdir. Cavabdeh1 həmin mənzilin alınmasından 7 il sonra 2013-cü ildə X3 oğlu Şamil Cəfərovla nikaha girmişdir. Cavabdeh1 Bakı şəhəri Yasamal rayonu Hüseyn Cavid prospekti 79 nömrəli evin 29 nömrəli mənzilinin dəyərinin ödənilməsində iştirak etməsi məhkəmə araşdırması zamanı sübuta yetirilməmiş və Cavabdeh1 özü də belə bir sübutu məhkəməyə təqdim edə bilməmişdir. Yəni, Cavabdeh1 Bakı şəhəri Yasamal rayonu Hüseyn Cavid prospekti 79 nömrəli evin 29 nömrəli mənzilinin üzərində hər hansı bir hüququ yaranmamışdır.

13. Birinci instansiya məhk əməsi qeyd edilən qətnaməni hazırki işə münasibətdə Mülki Prosessual Məcəllənin 82.3-cü maddəsinə uyğun olaraq preyudisial əhəmiyyətli akt kimi qəbul etmişdir.

14. Birinci instansiya məhkəməsi qeyd edib ki, cavadeh Cavabdeh1 İddiaçı ailə üzvü deyildir, Cavabdeh1 İddiaçı məxsus olan Bakı şəhəri Yasamal rayonu Hüseyn Cavid prospekti 79 nömrəli evin 29 nömrəli mənzilinə hər hansı bir hüququ yoxdur. İddiaçının cavabdehin qarşısında həmin mənzilə dair heç bir öhdəliyi yoxdur. Cavabdeh iddiaçıya məxsus mənzildə qanunsuz yaşayır. İddiaçı cavabdehin qanunsuz sahibliyindən öz əmlakını geri tələb etməkdə haqlıdır.

15. Birinci instansiya məhkəməsinin mövqeyinə görə Cavabdeh1 İddiaçı məxsus olan Bakı şəhəri Yasamal rayonu Hüseyn Cavid prospekti 79 nömrəli evin ümumi sahəsi 221,0 kv.m olan 4 otaqlı 29 nömrəli mənzilinin üzərində hər hansı bir hüququ yoxdur, o, iddiaçının ailə üzvü deyildir, həmin mənzildən istifadə hüququnun yaranmasına dair iddiaçı ilə notarial qaydasında təsdiq edilmiş müqavilə yoxdur, kirayə, icarə və sair müqavilələr də bağlanmamışdır. Cavabdehin iddiaçıya məxsus mənzildə yaşaması qanunsuzdur və iddiaçının həmin mənzil üzərində sahiblik və istifadə hüquqlarını həyata keçirməsinə maneə olur.

16. Birinci instansiya məhkəməsi hesab edib ki, iddiaçı mülkiyyətçi kimi özünə məxsus olan mənzili cavabdehin qanunsuz sahibliyindən geri tələb etməkdə haqlıdır. Mülkiyyətçi kimi iddiaçının mənzil üzrərində sərəncam vermək hüququ dövlət qeydiyyyatına alınmasa da, o, həmin mənzil üzərində sahiblik və istifadə hüququna malik olduğuna və mənzilin dəyərini tam şəkildə ödədiyinə görə, Mülki Məcəllənin 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları iddiaçıya məxsusdur. Odur ki, iddiaçı cavabdehin qanunsuz sahibliyindən öz əmlakını geri tələb etməkdə və özünün həmin mənzilə köçürülməsini tələb etməkdə haqlıdır.

17. Birinci instansiya məhkəməsi öz mövqeyini Mülki Məcəllənin 152.5, 157.2, 157.4, 157.8-ci, Mülki Prosessual Məcəllənin 82.3-cü maddələri və “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 25 oktyabr 2010-cu il tarixli qərarı ilə əsaslandırmışdır. b) Apelyasiya instansiyası məhkəməsindəki icraat

18. Cavabdeh1 apelyasiya şikayəti verib, qətnamənin ləğv, iddianın rədd edilməsini xahiş etmişdir.

19. Apellyasiya şikayətinin dəlilləri: - birinci instansiya məhkəməsi iş ə cavabdehin iştirakı olmadan baxıb; - məhkəmə mənzilin cavabdehin qayınatası Yusif Cəfərova məxsus olması, cavabdehin gəlin kimi həmin mənzilə köçməsi, sonradan aralarında yaranmış mübahisə nəticəsində mənzili ondan almaq məqsədilə Y.Cəfərovun heç bir ödəniş olmadan formal olaraq qohumu X4 adına keçirməsi, ona görə də iddiaçının mənzil heç bir hüququnun olmaması ilə əsaslandırmışdır; - iddiaçı Ş.Abasov mənzilə pul ödəmədən müqaviləni bağlayıb, bu müqavilə görünüş üçün olub; - cavabdeh evə köçürülə barədə iddia qaldırarkən Yusif Cəfərov cavabdehi heç vaxt mənzildən çıxarılmayacağını bildirmişdi.

20. Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-5788/2021 nömrəli, 09 sentyabr 2021-ci il tarixli qətnaməsi ilə apelyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Yasamal Rayon Məhkə məsinin 12 aprel 2021-ci il tarixli, 2(004)-1380/2021 saylı qətnaməsi “Cavabdeh1 iki azyaşlı uşağı ilə birlikdə İddiaçı məxsus olan Bakı şəhəri Yasamal rayonu Hüseyn Cavid prospekti 79 nömrəli evin 29 nömrəli mənzilindən çıxarılması və mənzilin boşaldılaraq İddiaçı təhvil verilməsi” hissəsində ləğv olunmuş, iddianın həmin hissədə təmin olunmaması, qətnamənin qalan hissədə apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılması qət edilmişdir. (hakimlər Rafael Eyvazov (sədrlik edən və məruzəçi), Şərafət Məmmədova və Fuad Talışınski)

21. Apelyasiya məhkəməsi “cavabdehin uşaqları ilə birlikdə mübahisə predmeti olan mənzildən çıxarılması” tələbinin təmin olunması hissəsində rayon məhkəməsinin qətnaməsi ilə razılaşmayaraq, bildirib ki, mübahisənin düzgün hüquqi həlli üçün ilk növbədə cavabde hin mübahisə predmeti olan mənzilə hər hansı hüququnun olub-olmadığı müəyyənləşdirilməlidir. Mülki Məcəllənin 139.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 178.8-ci maddəsinin 09 fevral 2018-ci il tarixədək qüvvədə olan redaksiyasına əsasən, mənzil, bağ, qaraj və ya başqa kooperativin üzvü, pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka mülkiyyət hüququ əldə edirlər. Azərba ycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun bu maddənin şərh edilməsinə dair 25 oktyabr 2010-cu il tarixli qərarına əsasən, kooperativin üzvü və pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka sahiblik və istifadə etmək hüququnu, daşınmaz əmlakın dövlət reyestrində qeydə alındıqdan sonra isə sərəncam vermək ququnu əldə edirlər.

22. Apelyasiya məhkəməsi qeyd edib ki, cavabdehin qayınatası Yusif Cəfərov mübahisə predmeti olan mənzili 04.04.2006-cı il tarixli müqaviləyə əsasən "xxxx" MMCdən almış, lakin mənzil daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməmişdir. Bu isə, o deməkdir ki, Yusif Cəfərov mənzil üzərində mülkiyyət hüququ sahibi olmamaqla, həmin mənzilə yalnız sahiblik və istif adə hüququ əldə etmişdir. Cavabdeh isə 2013-cü ildə Y.Cəfərovun oğlu ilə ailə quraraq, sözügedən evə gəlin köçmüş və hal-hazıradək həmin mənzildə yaşayır.

23. Apelyasiya məhkəməsi mənzilin hüquqi vəziyyətini və tərəflər arasında mənzillə bağlı münasibətlərin yaranma tarixini nəzərə alaraq hesab edib ki, mülki qanunvericilikdə Cavabdeh1 ilə qayınatası Yusif Cəfərov arasına mənzildən istifadə ilə bağlı münasibətləri birbaşa tənzimləyən norma olmasa da, Mülki Məcəllənin 11.1-ci maddəsinə görə Mənzil Məcəlləsinin 68-ci maddəsi analoji olaraq hazırkı işin hallarına tətbiq edilə bilər.

24. Apellyasiya məhkəməsi göstərib ki, cavabdeh mübahisəli mənzilin müqavilə əsasında qanuni sahibi olan qayınatası Yusif Cəfərovun ailə üzvü sayılan şəxslərə aid şəxs deyil.

25. Bununla belə, apellyasiya məhkəməs i cavabdehin 2013-cü ildən hal-hazıradək azyaşlı uşaqları ilə birlikdə orada faktiki və daimi yaşamasını, təsərrüfat aparmasını müstəsna hal kimi qəbul edərək, cavabdehi ailə üzvü hesab edib və göstərib ki, bu hal cavabdehin mənzildən istifadə hüququnun yaranmasına dəlalət edir. Çünki, Mənzil Məcəlləsinin 68.2-ci maddəsinə əsasən, sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri kirayəçi ilə bərabər hüquq və vəzifələrə malikdirlər.

26. Apellyasiya məhkəməsi onu da qeyd edib ki, birinci instansiya məhkəməsi, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 28.11.2018-ci il tarixli, 2(004)-7895/2018 saylı qətnaməsi ilə müəyyən edilmiş halları bu iş üzrə preyudisial hesab etməklə cavabdehin mübahisəli mənzilə heç bir hüququnun olmadığını bildirsə də, qətnamənin işdə olan surətind ən görünür ki, həmin iş üzrə Cavabdeh1 “mənzilə köçürülmə” tələbi onun sözügedən mənzilə heç bir hüququnun olmaması əsası ilə deyil, həmin vaxt da mənzildə yaşamağa davam etdiyindən bu hissədə mübahisə olmaması ilə əsaslandırılmışdır. Yəni qüvvədə olan məhkəmə qətnaməsi ilə cavabdehin mübahisə predmeti olan yaşayış sahəsinə hüququnun olmaması halı müəyyən olunmamışdır. Belə olan halda, iddiaçının iddia tələbinin əsası kimi həmin qətnaməyə istinad etməsi əsaslı sayıla bilməz.

27. Apellyasiya məhkəməsinin mövqeyinə görə yuxarıda qeyd olunanlar onu deməyə əsas verir ki, mübahisə predmeti olan mənzil Cavabdeh1 istifadə hüququ ilə yüklü olmuşdur. Mülki Məcəllənin yüklü əşyanın alqı-satqısı ilə bağlı münasibətləri tənzimləyən 572.1-ci və 572.2-ci maddələrinə əsasən isə, alıcının üçüncü şəxslər in hüquqları ilə yüklü olan əşyanı qəbul etməyə razılıq verdiyi hal istisna olmaqla, satıcı alıcıya üçüncü şəxslərin hüquqlarından azad əşya verməyə borcludur. Satıcının bu vəzifəni icra etməməsi alıcıya əşyanın qiymətinin azaldılmasını və ya alğı-satqı müqaviləsinin ləğvini tələb etmək hüququ verir, bu şərtlə ki, alıcının həmin əşyaya üçüncü şəxslərin hüquqları olduğunu bildiyi sübuta yetirilməsin. Bu Məcəllənin 572.1-ci maddəsində nəzərdə tutulan qaydalar əşyanın verildiyi məqamda üçüncü şəxslərin əşyaya iddialarının olduğu və satıcının bu iddiaları bildiyi halda da, əgər sonralar həmin iddialar müəyyənləşdirilmiş qaydada hüquqa uyğun sayılmışsa, müvafiq surətdə tətbiq edilir. Qanunverici üçüncü şəxslərin hüquqları ilə yüklü olan əşya satıldıqda, satıcının alıcını bu barədə xəbərdar etmə diyi hallarda alıcının əşyanın qiymətinin azaldılmasını tələb etmək və ya müqavilədən imtina etmək hüququnu, alıcının bu barədə xəbərdar olub, yüklü əşyanı qəbul etdiyi halda isə, yüklülüyə dözmək vəzifəsini müəyyən etmişdir. Eyni zamanda, normanın məzmunundan da göründüyü kimi, hətta satıcının üçüncü şəxslərin hüquqlarından azad əşya vermək öhdəliyini pozduğu qəbul olunsa belə, bu, yüklü olan əşya üzərində üçüncü şəxslərin hüquqlarına xitam verilməsi üçün deyil, alıcının müqavilədən imtina və ya düşdüyü zərərin əvəzini tələb etməsi üçün əsasdır.

28. Apellyasiya məhkəməsi qeyd edib ki, baxılan işin hallarından mübahisəsiz qaydada müəyyən olunur ki, cavabdehin qayınatası Yusif Cəfərov (satıcı) tərəfindən sözügedən mənzil İddiaçı (alıcı) satılarkən, iddiaçı, cavabdehin (istifadə hüququ sahib i) azyaşlı uşaqları ilə birlikdə həmin mənzildə yaşamasından və satıcı ilə aralarında mənzillə bağlı davam edən məhkəmə mübahisəsinin olmasından xəbərdar olmuş, dolayısı ilə də əşyanı yüklü şəkildə qəbul etməyə razılıq vermişdir. Belə olan təqdirdə isə, iddiaçı mənzilin üzərində mövcud olan yüklülüyə, yəni cavabdehin mənzildən istifadəsinə dözməlidir.

29. Bununla belə, apellyasiya məhkəməsi hesab edib ki, birinci instansiya məhkəməsinin iddiaçının mübahisəli mənzilə köçürülməsi barədə gəldiyi nəticəni qanuni və əsaslıdır. Belə ki, iddiaçı mübahisəli mənzilin mülkiyyətiçisi sayılmasa da, mənzilə müqavilədən irəli gələn sahiblik və istifadə hüquqlarına malikdir. Belə olan halda, iddiaçı, MM-in 157.4-cü və 157.8-ci maddələrinin tələblərinə əsasən, mənzilə köçürülməsini tələb etməkdə haqlıdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri

30. İddiaçı X9 (vəkil X7) qətnamədən kassasiya şikayəti verib, qətnamənin iddianın təmin edilməyən hissəsində ləğv, iddianın həmin hissədə də iddianın təmin edilməsini xahiş etmişdir.

31. Kassasiya şikayətinin dəlilləri: - mübahisəyə Mənzil Məcəlləsinin 30.4-cü maddəsi tətbiq edilməlidir; - cavabdeh iddiaçını ailə üzvü deyil; - iddiaçının hüquqları qeydə alınmasa da, onun Mülki Məcəllənin 157.8-ci maddəsinin tələbləri baxımından hüququ vardır; - cavabdeh mənzildə 2013-cü idlən deyil, 2018-ci ildən yaşayır. b) Kassasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri

32. Kassasiya şikayətinə qarşı tərəfin yazılı etiraz daxil olub: Etirazın dəlilləri: - kassasiya ş ikayətində cavabdeh 2018-ci ildən mənzildə yaşaması qeyd edilsə də/, bu yanlış fikirdir. Cavabdeh Moskva şəhərində rəsmi nikaha girsə də, toyu Bakıda olmuş və cavabdeh gəlin kimi mübahisəli mənzilə köçmüşdür; - mənzilin dəyərinin yarısını cavabdehin atası verib; - cavabdehin mənzildən istifadə etmək hüququ qanuni qüvvəyə minmiş qətnamədə faktiki tanınıb. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 11.1. Mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir (qanunun analogiyası). Azərbaycan Respublikasının Mənzil Məcəlləs i Maddə 30.1. Yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Maddə 30.4. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə ə sasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. Maddə 68.1. Sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvlərinə kirayəçi ilə birgə yaşayan əri (arvadı), habelə onun uşaqları və valideynləri aiddir. Digər qohumlar, əməк qabiliyyəti olmayan himayədə olanlar o halda sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri hesab edilir ki, onlar kirayəçi tərəfindən yaşayış sahəsinə köçürülmüşlər və onunla birgə təsərrüfat aparırlar. Müstəsna hallarda digər şəxslər məhkəmə qaydasında sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri hesab edilə bilərlər. Maddə 68.2. Sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri kirayəçi ilə bərabər hüquq və vəzifələrə malikdirlər. Sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin mülki hüquqi fəaliyyət qabiliyyətli ailə üzvləri sosial kirayə müqaviləsindən irəli gələn öhdəliklər üzrə kirayəçi ilə birgə məsuliyyət daşıyırlar. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldi yi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərard adını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 417.1.2. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadına dəyişiklik edə bilər. Maddə 417.1.3. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Maddə 417.1.4. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cüml ədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

33. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (v ə ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

34. Kassasiya şikayətində qətnamə iş üzrə iddiaçı tərəfindən iddianın təmin edilməyən hissəsində mübahisələndirildiyindən, kollegiya qətnaməni həmin hissədə yoxlayır.

35. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən hazırki şikayətə yazılı icraat qaydasında baxılmasını qərara almışdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

36. Məhkəmə kollegiyası apelyasiya məhkəməsinin gəldiyi nəticəni və tətbiq etdiyi maddi hüquq normalarını işin müəyyən edilmiş hallarına uyğun hesab etmir.

37. İşin müəyyən edilmiş hallarına görə cavabdehin qayınatası Yus if Cəfərov mübahisə predmeti olan mənzili 04.04.2006-cı il tarixli müqaviləyə əsasən "xxxx" MMCdən alıb, "xxxx" MMC ilə bağlanmış 14.09.2018-ci il tarixli 12 nömrəli müqaviləyə əsasən mənzil hazırda İddiaçı məxsusdur. Cavabdeh1 mənzilin ilk sahibi Yusif Cəfərovun gəlini olub və cavabdeh həmin mənzilə 2013-cü ildə köçüb.

38. Apellyasiya məhkəməsi işin müəyyən edilmiş bu halına baxmayaraq, mübahisəyə Mənzil Məcəlləsinin 68.1 və 68.2-ci maddələrini tətbiq edib, iddianı cavabdehin mənzildən çıxarılması hissəsində təmin etməyərkən maddi hüquq normasını tətbiqində səhvə yol vermişdir.

39. Belə ki, cavabdehin qayınatası Yusif Cəfərov mübahisə predmeti olan mənzili 04.04.2006-cı il tarixli müqaviləyə əsasən "xxxx" MMC-dən almışdır. Həmin dövrdə Mülki Məcəllənin 178.8-ci maddəsinə görə mənzil, bağ, qaraj və ya başqa kooperativin üzvü, pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka mülkiyyət hüququ əldə edirlər. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 25 oktyabr 2010-cu il tarixli qərarına əsasən kooperativin üzvü və pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka sahiblik və istifadə etmək hüququnu, daşınmaz əmlakın dövlət reyestrində qeydə alındıqdan sonra isə sərəncam vermək ququnu əldə edirlər.

40. Mənzil Məcəlləsinin apellyasiya məhkəməsi tərəfindən tətbiq edilən 68-ci maddəsinin daxil olduğu Vİİİ fəsli “Yaşayış sahəsinin sosial kirayəsi” adlanır və həmin fəslin normaları dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahəsinin mülkiyyətçisi (onun adından fəaliyyət göstərən səlahiyyətli dövlət orqanı və ya səlahiyyətli bələdiyyə orqanı) ilə vətəndaşın (kirayəçinin) mənzil hüquq münasibətlərini nizama salır.

41. Göründüyü kimi, hazırki işdə mübahisəli mənzil dövlət və ya bələdiyyə mənzil fonduna daxil olmadığı üçün apellyasiya məhkəməsinin mübahisəyə Mənzil Məcəlləsinin 68-ci maddəsini tətbiq etməsi də düzgün olmamışdır.

42. Nəzərə alınsa ki, işin məhkəmələr tərəfindən müəyyən edilən halına görə cavabdeh 2013-cü ilə hələ qayınatasının istifadə və sahibliyində olan mənzilə (dəyəri tam şəkildə ödənilmiş kooperativ mənzilə) köçüb, belə olan halda, mübahisəyə Mənzil Məcəlləsinin 30.1 və 30.4-cü maddələri tətbiq edilməlidir.

43. Həmçinin müəyyən edilib ki, mənzil hazırda "xxxx" MMC ilə bağlanmış 14.09.2018-ci il tarixli 12 nömrəli müqaviləyə əsasən İddiaçı məxsus olmaqla, cavabdeh nə hazırda yaşayış sahəsinin sahibi olan iddiaçının, nə də mənzilin əvvəlki sahibin olan qayınatasının ailə üzvü sırasına daxil deyildir.

44. Mənzil Məcəlləsinin 112.1-ci maddəsinə görə mənzil-tikinti kooperativinin üzvü pay haqqını tam ödədikdə, yaşayış sahəsinə mülkiyyət hüququ əldə edir. Başqa sözlə, İddiaçı 14.09.2018-ci il tarixli 12 nömrəli müqaviləyə əsasən mənzilin pay haqqını ödəməklə yaşayış sahəsinə mülkiyyət hüququ əldə edib.

45. Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə əsasən yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində bir likdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Mənzil Məcəlləsinin 30.4-cü maddəsinə görə əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır.

46. Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin dispozitiv şərtinə görə digər qohumlar yalnız o halda ailə üzvləri hesab edilə bilərlər ki, onlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürülmüş olsunlar. Analoji müddəa so sial kirayə müqaviləsi ilə olan mənzillərlə də bağlı nəzərdə tutulub (Mənzil Məcəlləsi, 68.1)

47. Apellyasiya məhkəməsi də cavabdehin mübahisəli mənzilin müqavilə əsasında qanuni sahibi olan qayınatası Yusif Cəfərovun ailə üzvü sayılan şəxslərə aid şəxs olmamasını qeyd etsə də, cavabdehin 2013-cü ildən hal-hazıradək azyaşlı uşaqları ilə birlikdə orada faktiki və daimi yaşamasını, təsərrüfat aparmasını müstəsna hal kimi qəbul edərək, cavabdehi ailə üzvü hesab edib və göstərib ki, bu hal cavabdehin mənzildən istifadə hüququnun yaranmasına dəlalət edir. (hazırki qərarın 24-25-ci bəndləri)

48. Halbuki apellyasiya məhkəməsinin istinad etdiyi normada (Mənzil Məcəlləsi, 68.1) hər hansı başqa halın istifadə hüququnun yaranması üçün müstəsna hal kimi qəbul edilməsi nəzərdə tutulmayıb. İstər Mənzil Məcəlləsinin 30.1, istərsə də 68.1-ci maddəsində nəzərdə tutulan hüququn yaranması üçün yeganə şərt mülkiyyətçi (kirayəçi) tərəfindən yaşayış sahəsinə köçürülmə və onunla birgə təsərrüfat aparılmasıdır. Cavabdehə münasibətdə isə qeyd edildiyi kimi işin bu halı müəyyən edilməyib, əksinə, apellyasiya məhkəməsi özü qeyd edib ki, cavabdeh mübahisəli mənzilin müqavilə əsasında qanuni sahibi olan qayınatası Yusif Cəfərovun ailə üzvü sayılan şəxslərə aid şəxs olmayıb.

49. Məhkəmə kollegiyası onu da qeyd edir ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respubliksaı Konstitusiya Məhkəməsi Plenumunun 16 dekabr 2014-cü il tarixli qərarı ilə müəyyən edilmişdir ki, Azərba ycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin ikinci cümləsinin “digər qohumlar” ifadəsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci Fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxsləri ehtiva edir. Nəzərə almaq lazımdır ki, Mənzil Məcəlləsinin 30.4-cü maddəsində yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququnun saxlanmadığı qeyd edilmişdir.

50. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hüququ mövqeyi baxımından hazırki işdə də iddiaçı mənzilin əvvəlki sahibi olan qayınatasından özünün saxlanılmasını tələb etmək hüququ olan şəx slərin sırasına aid olmadığı üçün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmayıb.

51. Belə olan halda, mənzilin cavabdehin istifadə hüququ ilə yüklü şəkildə iddiaçıya keçməsi barədə gəlinən nəticə də əsaslı deyil.

52. Nəzərə alınsa ki, Mülki Məcəllənin 27.2-ci maddəsinə görə on dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır, qəyyumluq altında olan şəxsin yaşayış yeri isə qəyyumun yaşayış yeri sayılır, belə olan halda, cavabdehin uşaqlarına münasibətdə də iddia tələbi əsaslıdır.

53. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi iddianın təmin edilməyən hissəsində ləğv edilməli, həmin hissədə iddia tələbi yuxarıda gös tərilənlərə əsasən təmin edilməli, Cavabdeh1 iki azyaşlı uşağı ilə birlikdə İddiaçı məxsus olan Bakı şəhəri, Yasamal rayonu, Hüseyn Cavid prospekti, 79 nömrəli evin 29 nömrəli mənzilindən çıxarılmalıdır.

54. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417, 418 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı kassasiya şikayəti təmin edilsin. Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-5788/2021 nömrəli, 07 sentyabr 2021-ci il tarixli qətnaməsi iddianın təmin edilməyən hissəsində ləğv edilsin. Həmin hissədə iddia tələbi təmin edilsin. Cavabdeh1 iki azyaşlı uşağı ilə birlikdə İddiaçı məxsus olan Bakı şəhəri, Yasamal rayonu, Hüseyn Cavid prospekti, 79 nömrəli evin 29 nömrəli mənzilindən çıxarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar