Məhkəmə qərarları › İş №2(102)-7721/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-7721/2019

16.12.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-7721/2019 16.12.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi - hakim), Rüstəmov Əli Məhəmməd oğlu, Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, Əliyeva Tutu Nazim qızının katibliyi, İddiaçı “xxxx” MMC-nin vəkili **oğlunun, Cavabdeh və vəkili V1oğlunun iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 28.06.2019-cu il tarixli, 2(103)-416/2019 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin (hakim K.Əmirxanova) 12.01.2018-ci il tаrixli, 2(005)-352/2018 saylı qətnaməsi ilə İddiaçı-nin Cavabdeh qarşı “X1 müqaviləsi üzrə hesablanmış borcun ödənilməsi” tələbinə dair iddiası təmin edilərək, Cavabdeh 24.11.2010-cu il tarixli, 1010/792 saylı öhdəliyin köçürülməsi haqqında müqaviləyə əsasən 1276.67 ABŞ dolları əsas məbləğdən gecikmə və 1622 ABŞ dolları lizinq mükafatı olmaqla, cəmi 2898.67 ABŞ dolları məbləğində borcun ödənişin icra edildiyi gün üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnə üzrə manatla və ödənilmiş dövlət rüsumuna görə 30 manatın İddiaçı-nin xeyrinə tutulmasıqət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər X.Sarıyev, V.Həsənov, Ş.Məmmədova) 28.06.2019-cu il tarixli, 2(103)-416/2019 nömrəli qətnaməsi ilə Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilərək, iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 12.01.2018-ci il tаrixli, 2(005)-352/2018 saylı qətnaməsinin ləğv edilməsi, iş üzrə yeni qətnamə qəbul edilməsi, iddianın qismən təmin edilərək, Cavabdeh 24.11.2010-cu il tarixli, 1010/792 saylı öhdəliyin köçürülməsi haqqında müqaviləyə əsasən 1013.67 manat əsas məbləğdən gecikmə və 1287.44 manat lizinq mükafatı, 29.7 manat dövlət rüsumu olmaqla, cəmi 2330.81 manat məbləğində pulun “xxxxt” MMC-nin (əvvəlki adı İddiaçı) xeyrinə tutulması, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 145 manatın 143.55 manatının Cavabdeh 1.45 manatının “xxxxt” MMC-dən (əvvəlki adı İddiaçı) alınıb dövlət büdcəsinə ödənilməsiqət edilmişdir. Cavabdeh iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 28.06.2019-cu il tarixli qətnaməsindən kassasiya şikayəti vermişdir. İşin halları: İddiaçı Cavabdeh qarşı “X1 müqaviləsi üzrə hesablanmış borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə 02.10.2017-ci il tarixdə məhkəməyə müraciət edərək, İddiaçı ilə Cavabdeh arasında bağlanmış 24.11.2010-cu il tarixli, 1010/792-04/2010 saylı X1 Müqaviləsinə əsasən gecikən əsas məbləğ üzrə 1276.67 ABŞ dollarının, lizinq mükafatı üzrə 1622 ABŞ dollarının, cəmi 2898.67 ABŞ dollarının və 30 manat dövlət rüsumunun Cavabdeh tutularaq İddiaçı-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: Cavabdeh və vəkili V1oğlu kassasiya şikayətini onunla əsaslandırmışlar ki, məhkəmə bildirişi cavabdehə g öndərilməmiş, məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməmişdir. Cavadehin iş materiallarının ekspertizadan qayıtması barədə məlumatı olmamış, ekspert rəyi ona təqdim edilməmişdir. Cavabdeh ilə 24.11.2010-cu il tarixli müqavilə bağlansa da, müqavilənin 2.1.1 və 2.1.2-ci bəndlərinə əməl edilməmiş, nə lizinq obyekti, nə də 28.04.2010-cu il tarixli müqavilə ona təqdim edilməmiş, nəqliyyat vasitəsi onda olmaya-olmaya formal olaraq guya geri alınmışdır. Digər tərəfdən məhkəməyə təqdim edilmiş sənədlərdən görünür ki, bəhs edilən nəqliyyat vasitəsi barədə iddiaçı tərəfindən cavabdehə etibarnamə verilməmişdir və cavabdeh onu heç bir zaman idarə etməmişdir. Bundan əlavə, məhkəmə ekspertizası məhkəmənin öz təşəbbüsü ilə keçirilmiş, adi riyazi hesablama tələb etdiyi halda məhkəmə həmin döv rə ABŞ dollarının manata rəsmi məzənnəsi ilə borcu hesablamamış, əsassız olaraq ekspertiza tədqiqatı xərcinin tutulmasını da cavabdehə yönəltmişdir. Ümumiyyətlə apellyasiya kollegiyası maddi və prosessual hüquq normalarının pozuntusu ilə qətnamə qəbul etmişdir. Göstərilənlərə əsasən onlar iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 28.06.2019-cu il tarixli, 2(103)-416/2019 saylı qətnaməsinin ləğv edilməsi iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. Məhkəmə iclasında iştirak edən Cavabdeh və vəkili V1oğlu kassasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini xahiş etdilər. Məhkəmə iclasında iştirak edən iddiaçı “xxxx” MMC-nin vəkili **oğlu kassasiya şikayətinə etiraz edərək, şikayətin əsassız olduğunu bildirib, iş üzrə Bakı Apellyasiya Məhkəməs i Mülki Kollegiyasının 28.06.2019-cu il tarixli, 2(103)-416/2019 saylı qətnaməsinin dəyişdirilmədən saxlanmasını xahiş etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. İşə mahiyyəti üzrə baxan apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qəbul etdiyi qətnaməni ləğv edib iddianı qismən təmin edərkən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.1, 439.2 və 439.7-ci maddələrinin Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılması və həmin maddələrin bəzi müddəalarının şərh edilməsinə dair” 14.05.2015-ci il tarixli qərarın a istinadən hesab etmişdir ki, borc məbləği ABŞ dolları ilə deyil, manatla hesablanmalıdır. Bundan əlavə, apellyasiya kollegiyası iş üzrə təyin edilmiş məhkəmə-mühasibatlıq ekspertizasının rəyinə istinadən borc məbləğini müəyyən etmişdir. Apellyasiya kollegiyası iddia müddəti ilə bağlı cavabdehin ərizəsinə münasibətdə qeyd etmişdir ki, tərəflər arasında 24.11.2010-cu il tarixdə bağlanmış müqavilənin müddəti 60 ay, yəni 5 il olduğundan, iddiaçı tərəfindən müqavilədən irəli gələn öhdəliyin tələb edilməsi ilə bağlı iddia müddəti ötürülməmişdir. Apellyasiya kollegiyası həmçinin Azərbaycan Respublikasının MPM-nin 14.2, 77.1 və 88-ci maddələrinin tələblərin istinadən apellyasiya şikayətinin digər dəlillərini əsassız hesab etmişdir. Kassasiya kollegiyası, apellyasiya instansiyası məhkəməsinin gəl diyi nəticə ilə razılaşır və kassasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, kassasiya şikayəti apellyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil etmiş, apellyasiya kollegiyası araşdırma aparmaqla borc məbləğinin manatla hesablanmalı olmasını və tutulmalı olan borc məbləğini müəyyən etmişdir. Apellyasiya şikayətinin digər dəlillərinə isə cavabdeh tərəfindən məhkəməyə sübut təqdim edilməməsi ilə qiymət vermiş və Azərbaycan Respublikasının MPM-nin 14.2, 77.1 və 88-ci maddələrinin tələblərin istinad etmişdir. Hazırda da eynilik təşkil edən dəlillərə ayrıca qiymət verilməsinə zərurət yoxdur. Lakin kassasiya şikayətinin digər bir dəlili olan cavabdehin məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmaması ilə bağlı qeyd edilməlidir ki, həmin dəlil də əsassızdır. Belə ki, i ş materiallarından da görünür ki, cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məhkəmə iclasının keçirilməsindən 1 ay əvvəldən bildiriş ünvanlanmış və həmin bildiriş cavabdehin hazırda kassasiya şikayətində öz ünvanı kimi qeyd etdiyi ünvana göndərilmişdir. Beləliklə, kassasiya yoxlaması zamanı apellyasiya instansiyası məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən hər hansı maddi və prosessual hüquq normasının pozuntusuna yol verilməsi halı müəyyən edilməmişdir. Odur ki, kassasiya şikayətinin dəlilləri apellyasiya instansiya məhkəməsinin qəbul etdiyi qətnamənin ləğv edilməsi üçün əsas hesab edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 747.1-ci maddəsinə əsasən, lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müə yyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. Həmin Məcəllənin 748-1.12.4-cü maddəsinə əsasən, lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə Lizinq verənin pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır. Həmin Məcəllənin 74810.1-ci maddəsinə əsasən, lizinq müqaviləsinin qüvvədə olduğu müddət ərzində həmin müqavilə üzrə ödənişlərin ümumi məbləği lizinq ödənişləri hesab edilir. Lizinq ödənişləri lizinq müqaviləsi üzrə lizinq alana verilmiş li zinq obyektindən istifadəyə görə onun tərəfindən lizinq verənin xeyrinə həyata keçirilən ödənişlərdir. Beləliklə, kassasiya kollegiyası belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 28.06.2019-cu il tarixli, 2(103)416/2019 nö mrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar