Məhkəmə qərarları › İş №2(102)-7726/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-7726/2019

17.12.2019 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-7726/2019 17.12.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlunun sədrliyi və məruzəsi ilə, Kalbalıyev Aslan Kalbalı oğlu, İbayev Vəfaddin Ələm oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Xnın katibliyi ilə, İddiaçı Cavabdeh İB-yə qarşı “borcun silinməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin MK-nın 24 iyul 2019-cu il tarixli qətnaməsindən Cavabdeh İB tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 23 aprel 2017-ci il tarixli qətnaməsi ilə (hakim S.Mehrəliyev) Ca vabdeh İB-nin İddiaçı qarşı “borcun silinməsi” tələbinə dair iddiası təmin edilmişdir, İddiaçı oölunun yaşadığı Bakı şəhəri, Pirallahı rayonu, Dübəndi bağ sahəsi, 13-cü Cənub küçəsi, 31 saylı bağ evinə (abonent kodu: **********00000) hesablanmış qaz sərfiyyatına görə 7192,80 (yeddi min yüz doxsan iki manat səksən qəpik) manat borcun silinməsi Cavabdehnə həvalə edilmış, Cavabdehndən dövlət rüsumuna görə 30 (otuz) manat və ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat dövlət nəfinə tutulması qət olunmuşdur. Bakı Apellyasiya Məhkəməsinin MK-nın 24 iyul 2019-cu il tarixli qətnaməsi ilə (sədrlik edən X.Sarıyev, hakimlər V.Həsənov və Ş.Məmmədova) Cavabdeh İB-nın apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 23 aprel 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxla nılmışdır. KASSASİYA ŞİKAYƏTİNİN DƏLLİLƏRİ Cavabdeh İB kassasiya şikayəti ilə Azərbaycan Respublikası Ali Məhkəməsi MK-ya müraciət edərək şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsi işə mahiyyəti üzrə baxarkən və qətnamə çıxararkən Azərbaycan Respublikası mülki və mülki prosessual qanunvericiliyinin tələblərini pozmuş, iş üçün əhəmiyyət kəsb edən bütün faktiki halları aydınlaşdırmamışdır. Ona görə də Bakı Apellyasiya Məhkəməsinin MK-nın 24 iyul 2019-cu il tarixli qətnaməsinin tamamilə ləğv edilməsini və işin yenidən baxılması üçün apellyasiya instansiya məhkəməsinə göndərilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Hüquqi məsələlər: İddiaçı Cavabdeh İB-yə qarşı borcun silinməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri, Pi rallahı rayonu, Dübəndi bağ sahəsi, 13-cü Cənub küçəsi, 31 saylı bağ evində qaz sərfiyyatına görə hesablanmış 7192.80 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə mübahisə apellyasiya instansiyası məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarından görünür ki, İddiaçı yaşadığı Bakı şəhəri, Pirallahı rayonu, Dübəndi bağ sahəsi, 13-cü Cənub küçəsi, 31 saylı bağ evində G-6 markalı ******* saylı mexaniki tipli qaz sayğacı dəyişdirilərək “Smart G-6” tipli, Ltron Diafraqma” markalı 1705AZ**********11 nömrəli qaz say ğacı quraşdırılmışdır. Eyni zamanda iş materiallarında olan Cavabdeh İB-nin 04.08.2018-ci il tarixli, MSK29/1710-00737-2 saylı aktının surətindən görünür ki, 02.07.2018-ci il tarixdə Bakı RQÖQX-dən Dövlət yoxlamasına aparılmış əhalinin mexanikə tipli qaz sayğaclarına 02.08.2018-ci il tarixdə İnformasiya Texnologiyaları və Rabitə Sənaye və məişət qaz sayğaclanm kalibirləmə laborotoriyasında baxış keçirilmiş, G-6 markalı ******* nömrəli mexanikə tipli qaz sayğacında hesablama mexanizminin qapağına vurulan plomb kəsildiyinə görə sayğaca müdaxilə olunduğu müəyyən edilmişdir. Həmçinin iş materiallarında olan Cavabdeh əməkdaşları tərəfindən tərtib olunmuş 13.08.2018-ci il tarixli ******* saylı aktın surətindən müəyyən olunur ki, İddiaçı yaşadığı evdə sayğacdan kənar qeyri-qanuni olaraq təbii qaz dan istifadə edildiyindən dəymiş ziyanın hesablanması qərara alınmışdır. İş materialları ilə müəyyən olunur ki, Cavabdeh tərəfindən 13.08.2018-ci il tarixli qərar qəbul olunmuş və həmin qərara əsasən qaz işlədicilərindən PQ2-nin maksimal saatlıq qaz sərfi 0,6 m3/saat, orta günlük iş rejipıi 4 saat və hesabat müddəti 180 gün, PQ4-ün maksimal saatlıq qaz sərfi 1,2 m3/saat, orta günlük iş rejimi 6 saat və hesabat müddəti 180 gün, kombinin maksimal saatlıq qaz sərfi 3,5 m3/saat, orta günlük iş rejimi 18 saat və hesabat müddəti 180 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat apanlmış, hesablanmış 35964 m3 qazın dəyərinin ödənilməsi qərara alınmış, qərarın verilməsi üçün əsas kimi 13.08.2018-ci il tarixli ******* saylı akta istinad olmuşdur. “Qazdan istifadə Qaydaları“nın tələblərin ə zidd olaraq sayğacdan kənar təbii qazdan istifadə edildiyi aşkar olunmuşdur. İş materiallarda olan Cavabdeh tərəfindən məhkəməyə təqdim olunan abonentin saldosundan müəyyən olunur ki, İddiaçı aktlar üzrə tələb olunan qaz sərfiyyatına görə borcu 7192,80 manat təşkil edir. İş materiallarında olan 14.03.2019-cu il tarixli, 2338 saylı ekspert rəyi ilə Bakı şəhəri, Pirallahı rayonu, Dübəndi bağ sahəsi, 13-cü Cənub küçəsi, 31 saylı bağ evinin yanından keçən Cavabdeh İstehsal Birliyinə məxsus təbii qaz xəttinə sayğacdan kənar hər hansı qoşulma faktı aşkar edilməmişdir. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsinə əsasən istehlakçılar öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraci ət etmək hüquqlarına malikdirlər. Həmin Qanunun 18-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının müdafiəsi üzrə dövlət siyasəti malların (xidmətlərin, işlərin) istehlakçılarının (istifadəçilərinin) qanuni maraqlarının qorunması məqsədi ilə özündə istehlak bazarında satılan malların (xidmətlərin, işlərin) texniki, təhlükəsizlik standartlarına, ticarət norma və qaydalarına uyğun olmasına dövlət nəzarətini ehtiva edir. Həmin Qanunun 26-cı maddəsinə əsasən istehlakçıların qanunvericiliklə nəzərdə tutulan hüquqlarının müdafiəsini məhkəmə həyata keçirir. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununun 6-cı maddəsinə əsasən qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Azərbaycan ReSpublikası Nazirlər Kabinetinin 2011-ci il 12 ma y tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”-nın 4.8-ci bəndinə görə fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı daşıyır. “Qaz paylayıcıları tərəfindən qaz təchizatının ümumi şərtlərini təyin edən Qaydalar”ın 5.1-ci bəndinin ikinci hissəsinə görə qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Göründüyü kimi İddiaçı yaşadığı Bakı şəhəri, Piralla hı rayonu, Dübəndi bağ sahəsi, 13-cü Cənub küçəsi, 31 saylı bağ evində olan qaz sayğacının normal qaydada işləməsinə nəzarət etmək cavabdehin vəzifəsi olduğu halda o, öz vəzifələrini yerinə yetirdikdən sonra istehlakçıya qarşı qanunsuz və əsassız akt tərtib edib bu akt əsasında qərar qəbul etməklə qanunsuz tələb irəli sürmüş, yəni istehlakçının təqsirini sübuta yetirmədən ondan itirilmiş qaz sərfiyyatına görə pul vəsaiti tələb etmişdir. Həmçinin göstərilən bağ evində qaz xəttinə sayğacdan kənar qoşulmanın aşkar olunmadığı tam olaraq təsdiq edilmişdir. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirmədən qüvvədə saxlamaqla düzgün nəticəyə gəlmişdir. Yuxarıda göstərilənləri, apellyasiya instansiyası məhkəm əsi tərəfindən qətnamənin ləğv edilməsinə əsas olan maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilmədiyini əsas tutaraq məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin edilmədən apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 416, 417, 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh İB-nin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin MK-nın 24 iyul 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar