Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-7734/2019 16.12.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Vəliyeva Elşanə Rafiq qızı (sədrlik edən və məruzəçi), Əsgərov Qürbət Ağa oğlu və Hacıyev Sənan Firudin oğlundan ibarət tərkibdə, X2 oğlunun katibliyi, İddiaçı, vəkili Vəkil və cavabdeh Əmanətlərin Sığortalanması Fondunun vəkili XXXoğlunun iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmanətlərin Sığortalanması Fonduna qarşı “bank əmanətinin qaytarılması” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 17 iyul 2019-cu il tarixli 2(103)-8543/2019 nömrəli qətnaməsindən İddiaçı və vəkili Vəkil tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmanətlərin Sığortalanması Fonduna qarşı “bank əmanətinin qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 13.10.2015-ci il tarixli LD********** nömrəli müqaviləyə əsasən cavabdeh Azərbaycan Respublikası Əmanətlərin Sığortalanması Fondu tərəfindən 30000 ABŞ dolları məbləğində əmanətin və məhkəməyə müraciət etmək üçün qanunla müəyyən olunmuş dövlət rüsumunun cavabdehdən tutularaq ona geri qaytarılması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin (hakim Cəmilə Musayeva) 2(006)-1638/2019 nömrəli 07 mart 2019-cu il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, 13 oktyabr 2015-ci il tarixli "X1"nə əsas ən qoyulmuş əmanət üzrə kompensasiya ödənilməmiş 11.410 ABŞ dolları məbləğində pulun və iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumunun 11 manatının cavabdeh Əmanətlərin Sığortalanması Fondundan alınaraq İddiaçı ödənilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər Azad İmanov - sədrlik edən və məruzəçi, Abiddin Hüseynov və Vahid Sadıqov) 17 iyul 2019-cu il tarixli 2(103)-8543/2019 nömrəli qətnaməsi ilə Əmanətlərin Sığortalanması Fondunun apellyasiya şikayəti təmin edilərək, Bakı şəhəri, Nəsimi Rayon Məhkəməsinin 2(006)-1638/2019 nömrəli, 07 mart 2019-cu il tarixli qətnaməsi ləğv edilmiş və iddia təmin edilməmişdir. İddiaçı və vəkili Vəkil kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin 17 iyul 2019-cu il tarixli qətnaməsinin ləğv edilərək idd ia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 994.1, 950.1 və Əmanətlərin Sığortalanması haqqında Azərbaycan Respublikası Qanununun bəzi maddələrinin tələblərinin pozulması ilə əsassız və qanunsuz qətnamə qəbul edilmişdir. PROSESSUAL MƏSƏLƏLƏR Məhkəmə kollegiyası iclasında İddiaçı və vəkili Vəkil kassasiya şikayətinin dəlillərinə uyğun izahat verərək şikayətin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdirlər. Cavabdeh Əmanətlərin Sığortalanması Fondunun vəkili XXXoğlu kassasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işin müəyyən edilən hallarından görünür ki, QSC «xxxx» KB-nin “Elm” filialı ilə əmanətçi İddiaçı arasında 13.10.2015-ci il tarixli əmanət (“QARANT” Depozit) müqaviləsi bağlanmış, iddiaçı (əmanətçi) 30.000 ABŞ dolları əmanət məbləğini Banka illik 12% ödənilməsi şərti ilə yerləşdirmişdir. Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının Direktorlar Şurasının 30 sentyabr 2016-cı il tarixli qərarına əsasən QSC “xxxx” Kommersiya Bankının lisenziyası 01.10.2016-cı il tarixdən etibarən ləğv edilmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məh kəməsinin 04.10.2016-cı il tarixli 2-1(081)-4498/2016 saylı qərarı ilə Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının QSC “xxxx” KB-nin iflas prosedurunun başlanmasına dair ərizəsi təmin olunaraq, QSC “xxxx” KB-nin müflis elan edilməsi, iflas prosedurunun başlanılması və Əmanətlərin Sığortalanması Fondunun QSC “xxxx” KB-nin ləğvedicisi təyin olunması qərara alınmışdır. İş materiallarında olan Ləğv prosesində olan QSC “xxxx” KB-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun İddiaçı ünvanladığı **********976 nömrəli 10.12.2018-ci il tarixli məktubundan görünür ki, İddiaçı adına olan əmanət QSC “xxxx” KB-də 13.10.2015-ci il tarixli LD********** saylı əmanət (depozit) müqaviləsi üzrə ABŞ dollarında illik 12 faiz dərəcəsi ilə 24 ay müddətinə 30000 ABŞ dolları məbləğində ye rləşdirilmişdir. Sığortalanmış əmanət (depozit) müqaviləsi üzrə ona 13.10.2016-cı il tarixində 18590 ABŞ dolları məbləğində kompensasiya ödənişi həyata keçirilmişdir. Onun Banka qarşı kreditor tələbi “Banklar haqqında” Azərbaycan Respublikasının Qanunun 76-cı maddəsinə uyğun olaraq 19 oktyabr 2016-cı il tarixində 0115 qeydiyyat nömrəsi ilə 11620.00 ABŞ dolları məbləğində kreditorların reyestrində qeydə alınmışdır. “Banklar haqqında” Azərbaycan Respublikasının qanunun 82.1-ci maddəsinə əsasən əmanətin növbə daxilində ödənilməsi qeyd edilmişdir. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, əmanətin «Əmanətlərin tam sığortalanması haqqında» Azərbaycan Respublikasının Qanununun tələbləri altına düşməsi üçün müəyyənləşdirilmiş faiz dərəcələri əmanət müqaviləsindəki faiz dərəcəsi ilə uyğ unluq təşkil etməli və ya əmanətçinin müraciəti əsasında müddəti qurtarmamış əmanət müqavilələrində müvafiq dəyişiklik edilməlidir. Lakin iddiaçı iddia ərizəsində Banka müraciət etdiyini bildirsə də, bununla bağlı məhkəməyə heç bir sübut təqdim etməmişdir. Belə olan halda iddiaçı tərəfindən mübahisələndirilən əmanət qorunan əmanət statusunda deyildir. Apellyasiya instansiyası məhkəməsi hesab edilmişdir ki, QSC «Bank Standart» KB-nın Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondundan 13 oktyabr 2015-ci il tarixli "X1"nə əsasən qoyulmuş əmanət üzrə kompensasiya ödənilməmiş 11.410 ABŞ dolları məbləğində pulun cavabdehdən tutulub İddiaçı ödənilməsi barədə qənaətə gəlməkdə birinci instansiya məhkəməsi haqlı olmamışdır. Məhkəmə kollegiyası iş materiallarını və kassasiya şikayətinin dəlillərini nəz ərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə apelyasiya instansiyası məhkəməsi hazırki iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. “Əmanətlərin sığortalanması haqqında» Azərbaycan Respublikasının Qanununun 26.1-ci maddəsinə əsasən Fond tərəfindən hər bir iştirakçı bankda sığortalanmış əmanət üzrə əmanətin 100 faizi həcmində, lakin 30 (otuz) min manatdan çox olmamaq şərtilə kompensasiya ödənilir. Həmin Qanunun 8.1.20-ci maddəsinə əsasən qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddini maliyyə bazarlarına nəzarət orqanı və Mərkəzi Bankla razılaşdırmaqla müəyyən edir. Əmanətlərin Sığortalanması Fondunun Himayəçilik Şurasının 23 fevral 2015-ci il tarixli qərarı ilə qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddi 24 fevral 2015-ci il tarixindən 12 faiz müəy yən edilmiş, 01 mart 2016-cı il tarixli qərarı ilə milli valyutada qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddi 12 faiz saxlanılmaqla, xarici valyutada qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddi 3% müəyyən edilmiş, 02 mart 2016-cı il tarixindən etibarən Əmanətlərin Sığortalanması Fonduna üzv banklarda qəbul edilən əmanətlər illik faiz dərəcəsinin yuxarı həddi xarici valyuta üzrə 3 faiz və milli valyuta üzrə 15 faiz müəyyən edilmişdir Göründüyü kimi, iddiaçının əmanət qəbul edilən zaman qüvvədə olan yuxarı illik faiz dərəcəsi həddində, yəni 12%-lə qəbul edildiyindən qorunan əmanət hesab olunmuş və “Əmanətlərin sığortalanması haqqında» Azərbaycan Respublikasının Qanununun 26.1-ci maddəsinə əsasən həmin əmanətin 30 (otuz) min manata ekvivalent olan 18590 ABŞ do lları məbləğində kompensasiya ödənişi həyata keçirilmişdir. Həmin əmanətin “Əmanətlərin tam sığortalanması haqqında” Qanunun müddəalarına əsasən tam kompensasiya olunmasına gəldikdə isə məhkəmə kollegiyası hesab edir ki, bu tələb əsassız olmuşdur. Belə ki, 19.01.2016-cı il tarixli “Əmanətlərin tam sığortalanması haqqında” Qanun 02.03.2016-cı il tarixdən qüvvəyə minmişdir. Həmin Qanunun 3-cü maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi gündən etibarən faizləri “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.20-ci maddəsinə müvafiq olaraq Əmanətlərin Sığortalanması Fondunun Himayəçilik Şurası tərəfindən əmanətlər üzrə müəyyən edilmiş illik faiz dərəcəsi həddində olan bütün qorunan əmanətlər məbləğindən asılı olmayaraq bank fəaliyyətinin həyata keçirilməsi üçün xüsusi razılığa (lisenziyaya) malik olan Fondun iştirakçı bankları tərəfindən 3 (üç) il müddətində tam sığortalanır. Həmin Qanunun 4.1-ci maddəsinə əsasən qorunan əmanətçilərin bu Qanunun qüvvəyə mindiyi günə bank fəaliyyətinin həyata keçirilməsi üçün xüsusi razılığa (lisenziyaya) malik olan banklarda mövcud olan və illik faiz dərəcələri Əmanətlərin Sığortalanması Fondunun Himayəçilik Şurasının müəyyən etdiyi illik faiz dərəcəsi həddindən yuxarı olan əmanətləri həmin əmanətçilərin müraciəti əsasında müddəti qurtarmamış əmanət müqavilələrində bu Qanunun 3-cü maddəsinin tələblərinə uyğun olaraq müvafiq dəyişikliklər edilməklə tam sığortalanır. Normanın mahiyyətindən də göründüyü kimi, müddəti qurtarmamış əmanət müqavilələrində bu Qanunun 3-cü maddəsinin tələblərinə uyğun olaraq müvafiq dəyişiklikl ər edilməklə tam sığortalanması üçün əmanətçilərin müraciəti əsas şərt kimi göstərilir. Lakin, iş materiallarından da göründüyü kimi, iddiaçı tərəfindən xarici valyutada illik 12%-lə depozitə qoyulmuş əmanətin faiz dərəcəsinin qorunan əmanətlər üçün müəyyən edilmiş faiz dərəcəsinə uyğunlaşdırılması barədə müraciət daxil olmamışdır. Həmin Qanunun 4.2-ci maddəsinə əsasən müddəti qurtarmamış əmanət müqavilələrində dəyişikliklər edildikdə, dəyişikliklər edildiyi günə qüvvədə olan müqavilənin şərtlərinə uyğun olaraq faizlər tam məbləğdə hesablanıb əmanətçiyə ödənilir. İş üzrə toplanmış sübutları araşdıran apellyasiya instansiyası məhkəməsi haqlı olaraq hesab etmişdir ki, iddiaçı əmanətin tam sığortalanması üçün 02.03.2016-cı il tarixdən sonra, yəni istinad etdiyi “Əmanətlərin tam sığortalanması haqqında” Qanun qüvvəyə mindikdən sonra əmanətinin həmin qanunun tələblərinə əsasən tam sığortalanması üçün əmanət müqaviləsində faiz dərəcəsinə müvafiq düzəliş edilməsi ilə bağlı heç bir sübut təqdim etmədiyindən, onun əmanəti tam sığortalanmış əmanət hesab edilmir. Məhkəmə kollegiyası mülki işdə olan sənədlərlə tanış olaraq və onları tədqiq edərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mülki işə baxılan zaman Mülki Prosessual Məcəllənin 14, 77, 88, 217 və 218-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Kassasiya şikayətinin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə yuxarıda qeyd edilən maddi hüquq normaları baxımından hüquqi qiymət verərək hesab edir ki, kassasiya şikayətinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALİR: İddiaçı kassasiya şikayəti təmin edilmədən, Bakı Ape llyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-8543/2019 nömrəli iş üzrə 17 iyul 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-7734/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-7734/2019
16.12.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver