Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-7737/2018 27.11.2018 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ 27 noyabr 2018-ci il № 2(102)-7737/18 Bakı şəhəri Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əhmədov Əhməd Abbas oğlundan və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Rüstəmli İlkin Şahin oğlunun katibliyi, vəkil X5 iştirakı ilə, Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 05 iyul 2018-ci il tarixli qətnaməsindən iş üzrə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 оğlu tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq müəyyən etdi: Şəki Rayon Məhkəməsinin 26 fevral 2018-ci il tarixli qətnaməsi ilə (hakim E.Me hdiyev, iş № 2(075)-429/18) iddiaçılar İddiaçı1, İddiaçı5 Məmmədəli oğlunun, İddiaçı2, İddiaçı3 və X1 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı mirasın açıldığı vaxtın məhkəmə qərarının qüvvəyə mindiyi gündən sayılması, vəsiyyətnamənin etibarsız sayılması, mirasdan əldə edilmiş pulun vərəsələr arasında düzgün pay bölgüsünün aparılması tələbinə dair iddiası rədd olunmuşdur. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 05 iyul 2018-ci il tarixli qətnaməsi ilə (hakimlər M.Əsədli-sədrlik edən və məruzəçi, Ə.Məcidov və İ.Quliyev, iş № 2(107)1341/18) iddiaçılar İddiaçı1, İddiaçı5 Məmmədəli oğlu, İddiaçı2, İddiaçı3, X3 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilərək Şəki Rayon Məhkəməsinin 26 fevral 2018-ci il tаrixli, 2(075)-429/2018 saylı qətnaməsi qismən ləğv olunmuş, ləğv olu nmuş hissə üzrə yeni qətnamə qəbul edilərək iddiaçılar İddiaçı1, İddiaçı5 Məmmədəli oğlunun, İddiaçı2, İddiaçı3, X1 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı vərəsəlik payının alınması tələbi təmin olunmuş, iddiaçılar İddiaçı1, İddiaçı5 Məmmədəli oğlu, İddiaçı2, İddiaçı3 və X1 hər birinin miras əmlaka olan nisbətdə əmlakın dəyərinin-70000 manatın 1/6 hissəsinin ½ hissəsinə 5833 manata məcburi pay hüquqları tanınmış, miras əmlaka olan nisbətdə əmlakın dəyərinin 70000 manatın 1/6 hissəsinin ½ hissəsini təşkil edən məcburi pay 5833 manat olmaqla, cəmi 29165 manat pulun Cavabdeh2 alınaraq məcburi pay almaq hüququ olan İddiaçı1, İddiaçı5 Məmmədəli oğluna, İddiaçı2, İddiaçı3 və X2 müstəqil şəkildə, paylarına uyğun verilməsi qət olunmuş, iddia tələbi qalan hissədə təmin edilməmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. İş üzrə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 kassasiya şikayəti verərək Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 05 iyul 2018-ci il tarixli qətnaməsinin ləğv olunmasını xahiş etmişlər. İşin halları: İddiaçılar İddiaçı1, İddiaçı5 Məmmədəli oğlu, İddiaçı2, İddiaçı3 və X3 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə Şəki Rayon Məhkəməsinə müraciət edərək Azərbaycan Respublikası MM-nin 1146-cı maddəsinə əsasən vərəsələrin şikayətini nəzərə alaraq mirasın açıldığı vaxtın məhkəmə qərarının qüvvəyə mindiyi gündən sayılması, 1159.1.1 və 1159.1.3-cü maddələrinə zidd olduğu üçün və atalarının iradəsinin zəifliyindən istifadə edərək Cavabdeh2 (nəvəsinə) adına mülkün bağışlanması ilə yazdırdığı vəsiyyətnamənin etibarsız sayılmasını, MM-nin 115 7, 1278, 1302 və 1303 maddələrinə əsasən mirasdan əldə edilmiş pulun vərəsələr arasında düzgün pay bölgüsünün aparılması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Cavanşir küçəsi 31 saylı evdə yerləşən 31 saylı mənzil mərhum Cavabdeh2 mülkiyyətində olmuşdur. Atası Məmmədəli bir qadınla həmin ünvanda yaşamışdır. Övladlarından heç biri atası ilə qalmamışdır. Lakin o və digər övladları vaxtaşırı onun yanına gedib gəlmişlər. Atası sağlığında həmin mənzilin bütün övladlarına məxsus olduğunu bildirmişdir. Lakin atasının vəfatından sonra həmin evin qardaşı Cavabdeh1 oğlu Cavabdeh2 vəsiyyət edilməsi onlara məlum olmuşdur. Halbuki ataları sağlığında evin nəvəsinə vəsiyyət ediləcəyi ilə bağlı heç bir söz deməmişdir. Onun vəfatından sonra belə bir vəsiyyətnamənin meydana çıxması həmin vəsiyyətnamənin qanunsuz yolla əldə edildiyini deməyə əsas verir. Həmçinin vəsiyyətnamə əsasında adına rəsmiləşdirilmiş evi cavabdehlər 04 fevral 2017-ci ildə bir nəfər Bakı şəhər sakininə 70000 manata satmışlar. Sənəd üzərində evin 70000 manata satıldığı qeyd edilsə də ev əslində faktiki olaraq daha baha qiymətə satılmışdır. Ev satıldıqdan sonra cavabdehlər tərəfindən nə ona, nə də ki, digər iddiaçılara heç bir pul vəsaiti ödəmənilməmişdir. Halbuki, satılan ev mərhum atasına məxsus olmaqla onun satışından əldə edilən pul vəsaiti də vərəsələr arasında bölünməli idi. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: Kassasiya şikayəti apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulması, həmin normaların düzgün tətbiq olunmaması ilə əsaslandırılmışdır. Cavabdehlərin vəkili M.Sarıyev məhkəmə kollegiyasının iclasında kassasiya şikayətini müdafiə edərək onun təmin olunmasını xahiş etdi. İddiaçılardan İddiaçı1 və X3 Azərbaycan Respublikası MPM-nin 67-ci maddəsinin tələbinə zidd olaraq məhkəmə kollegiyasının iclasında vəkilsiz iştirak etdiklərindən onların izahatı dinlənilmədi. İşdə iştirak edən digər şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş olsalar da üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsini rəhbər tutaraq gəlməyən tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün saydı. Hüquqi məsələlər: Azərba ycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Məruzəçini dinləyərək, kassasiya şikayətinin dəlillərini müzakirə edərək məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti qismən təmin edilməli, Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının iş üzrə 05 iyul 2018-ci il tarixli qətnaməsi qismən – iddianın təmin olunan hissəsində ləğv olunmalı və iş həmin hissədə yeni apellyasiya baxışına göndərilməlidir. Məhkəmə kollegiyası bu qənaətə gələrkən aşağıdakıları nəzərə alır. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, hər hansı tələb üzrə hüquqi dəyərləndirmə prosesi ilk növbədə həmin tələbin qanuni əsasının tapılmasından və istinad oluna n faktiki halların həmin tələbin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə də, əgər irəli sürülmüş tələbin qanuni əsası tapılmırsa və ya faktiki hallar istinad olunan qanuni əsasın şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. İşdən göründüyü kimi, iddiaçıların tələbi 3 (üç) hissədən ibarətdir: -mirasın açıldığı vaxtın məhkəmə qərarının qüvvəyə mindiyi gündən sayılması; -vəsiyyətnamənin etibarsız sayılması; -mirasdan əldə edilmiş pulun vərəsələr arasında düzgün pay bölgüsünün aparılması. Birinci instansiya məhkəməsi bu tələbləri bütünlüklə rədd etsə də, apellyas iya instansiyası məhkəməsi qətnaməni qismən, yalnız 3-cü tələblə, yəni mirasdan əldə edilmiş pulun vərəsələr arasında pay bölgüsünün aparılması tələbinin rədd olunması hissəsində ləğv etmiş və həmin hissədə iddianı rədd etmişdir. Birinci instansiya məhkəməsinin qətnaməsi qalan hissədə, yəni mirasın açıldığı vaxtın məhkəmə qərarının qüvvəyə mindiyi gündən sayılması və vəsiyyətnamənin etibarsız sayılması tələblərinin rədd olunması hissəsində dəyişdirilmədən saxlnılmışdır. İddiaçılar bununla razılaşaraq apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən kassasiya şikayəti verməmişlər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsini kassasiya qaydasında yalnız cavabdehlər mübahisələndirmişlər. Kassasiya şikayətində qətnamənin tamamilə ləğv olunması xahiş edilsə də, şikayətin məzmunundan gör ündüyü kimi cavabdehlər əslində iddianın təmin olunan hissəsindən, yəni mirasdan əldə edilmiş pulun vərəsələr arasında pay bölgüsünün aparılması tələbinin təmin olunması hissəsindən narazıdırlar. İddianın rədd olunan hissələri cavabdehlərin mənafeyinə uyğun olduğundan cavabdehlər kassasiya şikayətində həmin hissələri mübahisələndirməmişlər. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin qanuniliyini və əsaslılığını yalnız cavabdehlər tərəfindən mübahisələndirilən hissədə, yəni iddianın təmin olunan hissəsində yoxlayıb qiymət verir. Yuxarıda göstərildiyi kimi, apellyasiya instansiyası məhkəməsi tərəfindən təmin olunan tələb əslində “mirasdan əldə edilmiş pulun vərəsələr arasında düzgün pay bölgüsünün aparılması” barədədir. Apellyasiya in stansiyası məhkəməsi qətnamənin nəticə hissəsində bunu vərəsəlik payının alınması tələbi kimi ifadə edərək təmin etmiş və iddiaçıların hər birinin miras əmlaka olan nisbətdə əmlakın dəyərinin-70000 manatın 1/6 hissəsinin ½ hissəsinə 5833 manata məcburi pay hüquqları olmasını tanıyaraq, cəmi 29165 manat pulun Cavabdeh2 alınaraq məcburi pay almaq hüququ olan iddiaçılara verilməsini qət etmişdir. İddia ərizəsinin məzmunundan göründüyü kimi, hazırkı işdə Cavabdeh2 adına verilmiş vəsiyyətnamə üzrə vərəsəlik şəhadətnaməsi mübahisələndirilməmişdir. Buna baxmayaraq, Cavabdeh2 yeganə vərəsə olması barədə həmin vərəsəlik şəhadətnaməsi qüvvədə ola-ola iddiaçıların mirasdan məcburi pay hüquqları olması müəyyən edilmiş, artıq miras qoyanın deyil, vəsiyyət üzrə vərəsə Cavabdeh2 (nəvənin) mülkiyyətində o lan mənzilin satışından əldə olunan vəsait mirasın kütləsinə daxil edilərək həmin vəsaitdən (puldan) məcburi paya uyğun hissə cavabdehdən alınıb iddiaçılara verilmişdir. Apellyasiya instansiyası məhkəməsi bu qənaətə gələrkən nə yuxarıda qeyd olunan halı, yəni vərəsəlik şəhadətnaməsinin mübahisələndirilmədiyini, nə də məcburi paya dair tələbin olmadığını nəzərə almamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1151.1-ci maddəsinin tələbinə görə mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Vərəsəliyin obyekti mülki qanunvericilikdə miras əmlak anlayışı ilə əhatə olunur. Qanunun mənasına görə miras əmlak dedikdə, ölən şəxsin (miras qoyanın) qanunla (vərəsəlik hüquq normaları ilə) müə yyənləşdirilən qaydada vərəsələrə keçən əmlak hüquq və vəzifələrinin məcmusu başa düşülür. O da qeyd edilməlidir ki, ölmüş şəxslərin vərəsələrinə yalnız əmlak xarakterli mülki hüquq və vəzifələr keçə bilər. Digər tərəfdən, vərəsəlik qaydasında o əmlak keçə bilər ki, həmin əmlak qanuni əsaslarla miras qoyana məxsus olmuş olsun. Miras kifayət qədər geniş və əhatəli anlayış olub özündə əmlak hüquqlarını, əmlak vəzifələrini və bəzi şəxsi qeyri-əmlak hüquqlarını ehtiva edir. Əmlak hüquqlarının məcmusu miras aktivini, əmlak vəzifələrinin məcmusu isə miras passivini yaradır. Deməli, miras əmlak miras aktivi və miras passivinin məcmusundan ibarətdir. Mirasın tərkibində əşya hüququnun bir növü kimi mülkiyyət hüququnun xüsusi yeri var. Müxtəlif əşyalar (ev, mənzil, torpaq və s.) üzərində mülkiyyət h üququ mirasın tərkibinə daxildir. Yəni, üzərində tam mülkiyyət hüququ yaranmış əşyalar mirasın kütləsinə daxil ola bilər. Mülkiyyət hüququ isə daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan yaranır. Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsinin tələbinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Maddənin məzmunundan da göründüyü kimi prosessual qanunvericilik iddia tələblərinin hüdudlarının (həcminin) müəyyən edilməsini iddiaçının dispozitiv hüququ kimi nəzərdə tutmuşdur. Qanunun tələbinə görə işə baxan məhkəmənin vəzifəsi iddianı əsaslı hesab etdiyi halda onu məhz iddia ərizəsində göstərilən həcmdə, yəni iddia tələbindən kənara çıxmamaqla təmin etməkdən və bu barədə qətnamə çıxarmaqdan ibarətdir. Azərbaycan Respublikası MPM-nin 218.3-cü m addəsinə görə hakim qanunda göstərilən müstəsna hallarda iddia tələbindən kənara çıxa bilər. Qanunun mənasına görə hakim iddia tələbindən yalnız o halda kənara çıxa bilər ki, bu, müstəsna hal kimi qanunda nəzərdə tutulmuş olsun. Qanun iddia tələbindən kənara çıxma dedikdə iddianın əsasının və ya predmetinindəyişdirilməsini nəzərdə tutmur. Digər tərəfdən, məhkəmə qanunda göstərilən müstəsna hallarda belə iddia tələbindən kənara çıxdıqda, bu barədə gəldiyi nəticəni qətnamənin əsaslandırıcı və nəticə hissələrində göstərməlidir. İddiaçı məhkəmə tərəfindən qətnamə çıxarılanadək Azərbaycan Respublikası MPMnin 53-cü maddəsinin tələbinə müvafiq olaraq iddia tələbinin həcmini artırmaq və ya azaltmaq hüququna malikdir. İşdən göründüyü kimi, hazırkı işdə iddiaçılar bu hüquqlarından istifadə etməmiş, iddia tələbinin həcminin artırılması barədə ərizə verməmiş, məcburi pay hüquqlarının tanınmasını xahiş etməmişlər. İddiaçıların vəsiyyətnamənin etibarsızlığı tələbini irəli sürmələri isə onların qanun üzrə vərəsəlik qaydasında pay tələb etmələrindən xəbər verir. Yəni, vəsiyyətnamənin etibarsız hesab edilməsinin hüquqi nəticəsi öz-özlüyündə vəsiyyət üzrə vərəsəliyin aradan qalxmasına və qanun üzrə vərəsəliyin tətbiqinə yol açır. Digər tərəfdən, məcburi pay hüququnun tələb olunduğu qəbul olunarsa belə, iddiaçılar vərəsəlik şəhadətnaməsinin ləğvini və məcburi paya olan hüquqlarının tanınmasını xahiş etməklə yanaşı həm də məcburi pay hüququ olan vərəsə kimi mirası qanunla müəyyən olunmuş müddət ərzində rəsmi, yaxud faktiki qəbul etdiklərini sübut etməlidirlər. Mülki Məcəllənin 1202.2-ci maddəs inə görə məcburi payın qəbul edilməsi və ya ondan imtina olunması mirasın qəbul edilməsi və ya ondan imtina olunması üçün müəyyənləşdirilmiş vaxt ərzində həyata keçirilməlidir. Mirasın qəbul edilmə qaydası isə Mülki Məcəllənin 1243.2-ci maddəsində müəyyən olunmuşdur. Bu maddəyə görə vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Göründüyü kimi, qanunvericilik mirasın qəbulunun iki üsulunu (formal və qeyri-formal) üsullarını müəyyən etmişdir. Mirasın qəbul edilməsinin formal üsulu dedikdə, vərəsənin mirasın açıldığı yerin notariat kontoruna mirasın qəbulu haqqında yazılı ərizə verməsi başa düşülür. Belə bir ərizənin verilməsi vərəsənin birbaşa iradə ifadəsi ilə bağlı olub, onun miras əmlakın mülkiyyətçisi olmaq niyyətini mübahisəsiz olaraq sübut edir. Mirasın qəbul edilməsinin qeyri-formal üsulu o zaman qüvvədə olur ki, vərəsə özünün konkret hərəkətləri və rəftarı ilə mirası qəbul etmək niyyətini açıq-aşkar təsdiqləyir və sübut edir. Yəni, vərəsənin hərəkətlərindən onun mirası qəbul etmək məqsədi güddüyünü müəyyən etmək olur. Mirasa faktiki sahiblik odur ki, vərəsə ölən şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur, onun üzərində fiziki “ağalıq” edir. Mirasa faktiki sahiblik müxtəlif üsullarla həyata keçirilir: vərəsənin miras qoyanın yaşadığı evə köçməsi; vərəsənin miras açılandan əvvəl və sonra orada yaşaması; əvvəllər miras qoy ana məxsus olan əmlakdan vərəsənin faktiki istifadə etməsi. Məhkəmə kollegiyası qeyd edir ki, qanunun mənasına görə vərəsə tərəfindən mirasın kütləsinə daxil olan əmlaklardan hər hansı birinin qanunla müəyyən olunmuş qaydada qəbul edilməsi mirasın bütünlüklə qəbul edilməsi kimi qiymətləndirilir. Miras əmlakın faktiki idarə olunması dedikdə isə vərəsənin etdiyi elə hərəkətlər başa düşülür ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün edir. Söhbət o hərəkətlərdən gedir ki, bu hərəkətlər vərəsənin miras əmlaka özününkü kimi münasibət bəsləməsini ehtimal etməyə əsas verir. Bu hərəkətlərə miras qoyanın əmlakının lazımi vəziyyətdə saxlanılması, həmin əmlakın təmir olunması (əgər evdirsə), torpağın becərilməsi, ona qulluq edilməsi, əmlakın saxlanması üçün xərc çəkilməsi, vergi ödənilməsi və s. aiddir. Nəzərə almaq lazımdır ki, həmin hərəkətlər həm vərəsənin özü, həm də onun tapşırığına əsasən digər şəxslər tərəfindən də həyata keçirilə bilər. Lakin yuxarıda qeyd olunduğu kimi mirasın qəbuluna (istər rəsmi, istərsə də faktiki) yönələn bütün bu hərəkətlər qanunvericilikdə mirasın qəbul edilmə müddəti kimi qeyd olunan müəyyən vaxt dövrü ərzində həyata keçirilməlidir. Mirasın qəbul edilmə müddəti dedikdə, qanunda nəzərdə tutulan elə bir vaxt dövrü başa düşülür ki, həmin dövr ərzində vərəsəliyə çağırılmış şəxslər mirası qəbul etməyə yönələn hərəkətlər edirlər. Bu müddət Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246cı maddəsi ilə dəqiq müəyyən edilmişdir. Həmin maddəyə görə vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Məhkəmə kollegiyası işin yuxarıda göstərilən faktiki hallarını və sadalanan qanunvericilik aktları normalarının tələblərini nəzərə alaraq hesab edir ki, kassasiya şikayəti qismən təmin olunmaqla apellyasiya instansiyası məhkəməsinin qətnaməsi qismən – iddianın təmin olunan hissəsində ləğv edilməli və iş həmin hissədə yeni apellyasiya baxışına qaytarılmalıdır. İşə yenidən baxan məhkəmə yuxarıda qeyd olunan pozuntuları aradan qaldırmaqla işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməli və işin müəyyən edilən hallarına uyğun gələn maddi hüquq normalarını tətbiq etməklə mübahisəli hüquq münasibətinə qiymət verməl idir. Azərbaycan Respublikası MPM-nin 418.1-ci maddəsinin tələbinə görə maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadının ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 418.3-cü maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin, yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin tələbinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Kraska İsveçrəyə qarşı” iş üzrə 19 aprel 1993-cü il tarixli qərarında ifadə etdiyi hü quqi mövqeyə görə, Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin təsir dairəsi digər məsələlərlə yanaşı “məhkəmə” üçün öz qərarına aid olub-olmamasına qabaqcadan qiymət vermədən tərəflərin təqdim etdiyi bütün müraciətləri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq öhdəliyi yaradır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Krçmar Çex Respublikasına qarşı” iş üzrə 03 mart 2000-ci il tarixli qərarında qeyd etmişdir ki, ədalətli araşdırma anlayışını daha da genişləndirən elementlərdən biri olan tərəflərin bərabərliyi prinsipi hər tərəfə, onu qarşı tərəfə nisbətən əhəmiyyətli dərəcədə əlverişsiz şəraitdə qoymayan şəkildə öz işini təqdim etmək imkanının verilməsini tələb edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416-420-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiy ası qərara aldı: Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 оğlu tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. ŞəkiApellyasiya Məhkəməsi Mülki Kollegiyasının iş üzrə 05 iyul 2018-ci il tarixli, 2(107)-1341/18 saylı qətnaməsi qismən - “mirasdan əldə edilmiş pulun vərəsələr arasında düzgün pay bölgüsünün aparılması” tələbinin təmin olunması hissəsində ləğv edilsin, iş həmin hissədə yeni apellyasiya baxışına qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-7737/2018
Ali Məhkəmə Qərar — İş №2(102)-7737/2018
27.11.2018 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver