Məhkəmə qərarları › İş №2(102)-775/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-775/2023

27.02.2023 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-775/2023 27.02.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı və Cavabdeh ilkin və qarşılıqlı tələblərinə dair iş üzrə QƏRARİ (Açar sözlər: gediş-gəliş yolunun açılması, maneələrin aradan qaldırılması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hüseynov Abiddin Qabil oğlu (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “bağ evi və torpaq sahəsinə gediş-gəliş və avtomobil yolunun verilməsi” tələbinə dair ilkin, Cavabdeh “özbaşına qoyulmuş darvazanın sökülməsi” tələbinə dair qarşılıqlı iddiası üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-6304/2022 nömr əli, 10 noyabr 2022-ci il tarixli qətnaməsindən İddiaçı Naib oğlu tərəfindən verilmiş kassasiya şikayətinə 27 fevral 2023-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, «Abşeron» bağçılıq yoldaşlığının 46 saylı bağ sahəsi xx.xx.2014-cü il tarixdən İddiaçı xüsusi mülkiyyətindədir.

2. İddiaçı həyətinin mişar daşından olan hasarından Cavabdeh faktiki istifadəsində olan torpaq sahəsinə açılan dəmir darvaza quraşdırmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı (bundan sonra – iddiaçı) Cavabdeh (bundan sonra – cavabdeh) qarşı iddia ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehin qanunsuz tikinti aparmaqla iddiaçıya məxsus bağ s ahəsinin avtomaşınla giriş-çıxış yolunu bağladığı üçün həmin tikintinin sökülməsi və cavabdehə bu tikintini gələcəkdə də aparmasının qadağan edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

4. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, bu darvaza vasitəsilə həyətinə avtomobillə gəlib-gedə və lazımi əşyaları daşıya bilmir, çünki cavabdeh onun yolunu kəsərək orada daş hasar inşa etmişdir.

5. Cavabdeh qarşılıqlı iddia ərizəsi verərək, iddiaçının istifadəsində olan bağ sahəsində qanunsuz (özbaşına) qoyulmuş darvazanın sökülməsini xahiş etmişdir.

6. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, ailəsi ilə uzun illərdir ki, həmin torpaq sahəsindən istifadə edir və bunun üçün hər il bələdiyyəyə icarə haqqı ödəyir. İddiaçının evinin əks istiqamətindən gediş-gəliş və avtomobil yol u mövcuddur. İddiaçı 2020-ci ildə onun xəstəxanada olmasından istifadə edərək, sahibliyində olan torpaq sahəsində tikilmiş hasarın bir hissəsini söküb, orada darvaza qoymuşdur və bununla istifadəsində olan torpaq sahəsini zəbt etmək istəyir.

7. İşə baxılarkən məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 10/3234 saylı, xx.xx.2021ci il tarixli rəyi ilə müəyyən olunmuşdur ki, cavabdeh istifadəsində olan bağ sahəsinə çəkdiyi daş hasar iddiaçının iddia etdiyi və eni 3 metr olan darvaza qoyduğu yolun qarşısında inşa edilib, həmin yoldan istifadəyə məhdudiyyət yaradır. Məhdudiyyətin aradan qaldırılması üçün daş hasarın 3 metr enində sökülməsi lazımdır.

8. Məhkəmə tərəfindən əlavə tikinti-texniki ekspertizası təyin ed ilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 10/599 saylı, xx.xx.2022-ci il tarixli rəyi ilə müəyyən olunmuşdur ki, cavabdehin istifadəsində olan bağ sahəsinə çəkdiyi daş hasar iddiaçının mülkiyyətində olan Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, DİN-nin «Abşeron» bağçılıq yoldaşlığının 46 saylı bağ sahəsinə gediş-gəliş üçün nəzərdə tutulmuş əsas avtomobil yolundan istifadəsinə məhdudiyyət və ya maneçilik yaratmır.

9. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(010)-87/2022 nömrəli iş üzrə 10 iyun 2022-ci il tarixli qətnaməsi ilə (hakim Rübabə Qafarova) ilkin və qarşılıqlı iddialar rədd edilmiş, iş üzrə çəkilmiş məhkəmə xərcləri İddiaçı aid edilmişdir.

10. Məhkəmə ilkin iddia ərizəsi ilə bağlı qeyd etmiş dir ki, bu iddianın əsaslı hesab edilməsi üçün iki şərtin mövcud olması vacibdir. Birinci, torpaq sahəsi maraqlı şəxsin mülkiyyətində və ya qanuni istifadəsində olmalı, ikinci, cavabdeh tərəfindən torpaq sahəsinin qanunsuz zəbt edilmə halı mövcud olmalıdır, hansı ki, bu zəbt edilmə halı iddiaçının qanuni mənafelərini pozur və ya məhdudlaşdırır. Hazırkı işdə birinci hal mövcuddur. Yəni, iddiaçının mülkiyyətində torpaq sahəsi var. Lakin, ikinci hal iş materialları ilə müəyyən edilmir. İddiaçı iddia tələbini “özünün bağ evinin hasarında avtomaşın yolu üçün inşa etdiyi dəmir darvaza vasitəsilə həyətinə avtomobillə gəlib-gedə və lazımi əşyaları daşıya bilməməsi” kimi dəlillərlə əsaslandırsa da, işin məhkəmə araşdırılması zamanı toplanmış sübutlarla cavabdeh tərəfindən iddiaçının bağ sahəsinə gediş-gəlişi üçün nəzərdə tutulmuş əsas avtomobil yolunun zəbt edilməsi halı görünmür.

11. Məhkəmə qeyd edilənlərə əsasən ilkin iddianın əsaslı hesab edilməsi üçün tutarlı dəlillərin mövcud olmadığı qənaətinə gəlmişdir.

12. Qarşılıqlı iddia ərizəsinə münasibətdə qeyd edilmişdir ki, qarşılıqlı iddia üzrə iddiaçının hazırkı iddianı irəli sürmək üçün subyektiv hüququnun olması müəyyən edilmir. Çünki, mübahisəli torpaq sahəsinə dair qarşılıqlı iddiaçının mülkiyyət hüququnu təsdiqləyən hər hansı bir dəlil məhkəməyə təqdim edilməmişdir.

13. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 29-cu, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84, 111-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 14.2, 119.1, 217.4-cü maddələrinə istinadla əsaslandır mışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

14. İddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin qismən, ilkin iddia tələbinin rədd olunmasına dair hissədə ləğv edilməsi və həmin iddia tələbinin təmin olunmasına dair yeni qətnamənin qəbul edilməsini xahiş etmişdir.

15. Apellyasiya şikayətinin dəlilləri ondan ibarət olmuşdur ki, birinci instansiya məhkəməsi istifadə etdiyi bağ sahəsinin onun mülkiyyətində olmasını müəyyən etsə də, Cavabdeh hansı əsaslarla “Abşeron” bağçılıq-yoldaşlığına məxsus torpaq sahəsindən istifadə edib orada fərdi yaşayış evi inşa etdirməsini araşdırmamış və işin həmin hallarına müvafiq hüquqi qiymət verməmişdir. Birinci instansiya məhkəməsi iddianı rədd edərkən ona məxsus bağ sahəsinə gediş-gəliş üçün avtomobil yolunun zəbt edilməsinin müəyyən olunmamasını və bununla əlaqədar hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmək üçün subyektiv hüquqa malik olmadığını əsas göstərmişdir. Məhkəmə iddianı əsassız sayarkən istinad etdiyi maddi hüquq normalarının qüvvəsini düzgün tətbiq etməmiş, tətbiq edilməli olan qanun normasını tətbiq etməmiş və əsaslandırmamışdır. Qətnamədə cavabdehin istifadəsində olan bağ sahəsinə çəkdiyi daş hasarın onun mülkiyyətində olan 46 saylı bağ sahəsinə gediş-gəliş üçün nəzərdə tutulmuş əsas avtomobil yolundan istifadəsinə məhdudiyyət və ya maneçilik yaratmamasına dair Məhkəmə Ekspertizası Mərkəzinin 19 may 2022-cil tarixli rəyinə istinad olunsa da, məhkəmə tərəfindən həmin rəyə heç bir hüquqi qiymət verilməmiş və iddianın əsassız olması barədə nəticə həmin rəyə sübut kimi istinad olunmaqla əsaslandırılmamışdır. İşdən görünür ki, ona məxsus gediş-gəliş yoluna cavabdeh tərəfindən çəkilmiş daş hasarın mane olub-olmaması məsələsi bundan əvvəl də məhkəmənin qərardadına əsasən məhkəmə ekspertizası mərkəzi tərəfindən araşdırılmış və 01 noyabr 2021-ci il tarixli rəylə müəyyən olunmuşdur ki, cavabdeh tərəfindən daş hasar ona məxsus evin darvazasının qoyulduğu yolun qarşısında inşa edilməklə həmin yoldan istifadəyə məhdudiyyət yaradır və həmin məhdudiyyətin aradan qaldırılması üçün daş hasarın üç metr enində sökülməsi lazımdır. Lakin məhkəmə tərəfindən biri digərini inkar edən ekspert rəyləri arasındakı ziddiyyətlər araşdırılmamış, ekspert rəylərindən hansının işin materiallarına və həqiqi hallarına uyğun olması araşdırılmamışdır. Cavabdehin Daxili İşlər Nazirliyinin əməkdaş ı olması, nazirliyin bağçılıq-yoldaşlığının üzvü olması, bağ sahəsinin onun istifadəsinə verilməsi barədə hüquq müəyyənedici sənədin olması, bağ sahəsinin nömrəsi, hasarın tikintisinə müvafiq icazənin olması, nə vaxt tikilməsi, hasarın iddiaçıya məxsus darvazadan hansı məsafədə inşa edilməsi, eləcə də bağçılıq-yoldaşlığının və yaxud onu əvəz edən orqanın həmin hallara münasibəti aydınlaşdırılmamışdır. Halbuki, həmin hallar cavabdehin hərəkətinin qanuniliyinin müəyyən olunması baxımından mühüm əhəmiyyət kəsb etmişdir. Əgər cavabdehin bağ sahəsindən istifadəsinin qeyri-qanuni olması müəyyən olunarsa, daş hasarın gediş-gəliş yolundan istifadəyə nə dərəcədə mane olmasından asılı olmayaraq qeyri-qanuni tikili kimi sökülməli və gediş-gəliş yolunun piyada və avtomobilin hərəkətinə tam sərbəst i stifadə üçün imkan verən vəziyyətə gətirilməsi barədə qətnamə qəbul olunmalıdır.

16. Cavadov apellyasiya şikayətinə etiraz verərək bildirmişdir ki, apellyasiya şikayəti tamamilə əsassızdır, iddiaçı heç bir zaman bu ərazidən gediş-gəliş yolu kimi istifadə etməmişdir, İddiaçının bağ sahəsi onların istifadə etdiyi bağ sahəsinin əks istiqamətində divar qonşuluğunda yerləşir, iddiaçı 2020-ci ildə onun xəstəxanada olmasından istifadə edərək, onların istifadəsində olan bağ sahəsinin daş hasarında qanunsuz olaraq dəmir darvaza qoymuş və onların bağ sahəsinə özü üçün özbaşına, qanunsuz olaraq giriş-çıxış yolu açmışdır, onun istifadəsində olan torpaq sahəsinin DİN-ə ayrılmış torpaq sahəsinə və iddiaçıya heç bir aidiyyəti yoxdur və bununla bağlı hər hansı sənədi mövcud deyil. Həmin torpaq sahəsi həya t yoldaşı Fatma Əhmədova ilə Suraxanı rayon Hövsan bələdiyyəsi arasında razılaşmaya əsasən İİ qrup Çernobıl əlilinin ailəsi kimi onlara verilmişdir, torpaq sahəsindən istifadəyə görə hər il icarə haqqı ödəyirlər.

17. Apellyasiya instansiyası məhkəməsi mübahisəli sahəni yerində müayinə edərək müəyyən etmişdir ki, iddiaçıya məxsus torpaq sahəsi düzbucaqlı konfiqurasiyaya malik olmaqla, dörd tərəfdən daş hasarla əhatə olunmuşdur və onun daxilində bir mərtəbəli kürsülü ev inşa edilmişdir. Torpaq sahəsinin sağ və sol tərəfində onunla eyni cərgədə digər qonşu torpaq sahələri yerləşir. Qeyd edilən torpaq sahələrinin əsas giriş-çıxışı onların qarşı hissəsində yerləşən və bağçılıq-yoldaşlığına aid plan-cizgidə nəzərdə tutulmuş gediş-gəliş yolu tərəfdəndir. İddiaçının torpaq sahəsindən həmin gediş-g əliş yoluna bir alaqapı açılır. Torpaq sahəsinin arxa tərəfindəki hasarın üzərində dəmir darvaza quraşdırılmışdır. Həmin darvaza hasarın digər tərəfində yerləşən, dörd tərəfdən daş hasarla əhatə olunmuş digər torpaq sahəsinə açılır. Bu torpaq sahəsinə giriş-çıxış əks tərəfdə yerləşən dalan vasitəsilə təmin olunur və həmin dalana açılan dəmir darvazası vardır. Torpaq sahəsinin daxilində hər hansı tikili yoxdur. Tərəflərin bildirdiyinə görə, qeyd edilən torpaq sahəsi cavabdehin faktiki istifadəsindədir. Yerində müayinə zamanı iddiaçı məhz həmin torpaq sahəsindən keçməklə ona yol verilməsini istədiyini, bu səbəbdən qeyd edilən torpaq sahəsində cavabdeh tərəfindən inşa edilmiş daş hasarın sökülməli olduğunu bildirmişdir.

18. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apell yasiya instansiya məhkəməsi) 2(103)-6304/2022 nömrəli iş üzrə 10 noyabr 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər – Rəşad Həsənov (sədrlik edən və məruzəçi), Məmməd Məmmədov və Şeyda Məhərrəmova) apellyasiya şikayəti təmin edilməmiş, qətnamə dəyişdirilmədən saxlanılmışdır.

19. Məhkəmə kollegiyası iddiaçının iddia tələbinin əsasını təşkil edən faktiki halların Mülki Məcəllənin 157.4-cü maddəsinin dispozisiya şərtlərinə uyğun olmadığını müəyyən edərək qeyd etmişdir ki, iddiaçı ona məxsus olan torpaq sahəsindən cavabdehin istifadəsində olan tərəfindən giriş-çıxış yolunun açılmalı olduğunu bildirsə də, məhkəmə araşdırması zamanı həmin ərazidə ümumiyyətlə, yolun mövcud olmadığı müəyyən edilmişdir. Əksinə, iddiaçının mülkiyyətində olan bağ torpaq sahəsinin verilməsi üçün əsas olmuş sənədlərdə ( torpaq sahəsinin ayrılmasına dair qərar və həmin torpaq sahəsinin bağçılıq-yoldaşlığının üzvlərinə paylanmasına dair səlahiyyətli orqan tərəfindən təsdiq edilmiş plan-cizgi) həmin sahənin giriş-çıxışının onun qarşı tərəfindən keçən yola açıldığı, cavabdehin faktiki istifadəsində olan iddiaçının tikintinin sökülməsini tələb etdiyi ərazidə hər hansı yolun layihə üzrə nəzərdə tutulmadığı, həmin ərazidə su hovuzunun tikintisinin nəzərdə tutulduğu müəyyən edilmişdir. İddiaçının özü də izahatında etiraf etmişdir ki, hazırda cavabdehin qanunsuz istifadə etdiyi torpaq sahəsində layihə üzrə bağçılıq yoldaşlığına məxsus hovuzun tikilməsi nəzərdə tutulmuş ərazidir.

20. Beləliklə, məhkəmə kollegiyası hesab etmişdir ki, cavabdehin həmin ərazidən qanuni əsas olmadan istifadə etməsi və orada tikinti apar ması onunla qonşuluqda yaşayan iddiaçının qanunla qorunan hər hansı marağına toxunmadığından, sonuncunun bu tikililərin sökülməsini tələb etməyə subyektiv hüququ da olmamışdır.

21. Kollegiya, həmçinin birinci instansiya məhkəməsi tərəfindən biri digərini inkar edən ekspert rəyləri arasındakı ziddiyyətlərin araşdırılmamasına dair apellyasiya şikayətinin dəlili ilə bağlı qeyd etmişdir ki, işin araşdırılması zamanı keçirilmiş məhkəmə mühəndis-texniki ekspertizasının rəyləri arasında hər hansı ziddiyyətin olması müəyyən edilməmişdir. İlk dəfə tərtib edilmiş rəydə iddiaçının torpaq sahəsindən cavabdehin faktiki istifadə etdiyi sahəyə açılan darvazadan giriş çıxışa mane olub-olmadığı araşdırılmış, tərtib edilmiş ikinci rəydə isə iddiaçının torpaq sahəsindən əsas yola giriş-çıxışla bağlı araşdı rılma aparılaraq bununla bağlı maneələrin olmadığı müəyyən edilmişdir. Göründüyü kimi, bu iki rəydə iddiaçıya məxsus torpaq sahəsindən müxtəlif istiqamətlərdə olan girişçıxışla bağlı araşdırma aparılmışdır.

22. Məhkəmə kollegiyası gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 13, 29-cu, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.4, 166.3-cü, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84-cü, MPM-in 14.2, 77.1, 384.0.1, 385.2-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

23. İddiaçı (vəkili Vəkil2) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ilkin iddia tələbinin rədd olunmasına dair hissəsində ləğv edilməsini və ilkin iddianın təmin olunmasını xahiş etmişdir.

24. Kassasiya şikayətinin dəlilləri iddia ərizəsinin və apelyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil etməklə tərtib edilmiş, əlavə olaraq qeyd edilmişdir ki, onun evinə iki istiqamətdə gediş-gəliş yolunun açılması (əslində bir gediş-gəliş yolu vardır) üçüncü şəxslərin hüquqlarını pozmursa onun bu imkandan istifadə etməyi qanunsuz sayıla bilməz və bunun qarşısı özbaşınalıq yolu ilə alına bilməz. Evinin arxasına açılmış qapının mövcudluğu tələbinin əsassız olması imkanına gəlmək üçün əsas vermir. Mübahisə edilən gediş-gəliş yolunun qarşısının pozulması bütün hallarda onun hüquqlarını pozur və o həmin maneələrin sökülməklə aradan qaldırılmasını tələb etmək hüququna malikdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

25. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası

26. Maddə 13, İ hissə. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.

27. Maddə 29, İ-İİİ hissələr. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Mülki Məcəllə

28. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.

29. Maddə 166.3. Yalnız o şəxsin torpaq sahəsinə mülkiyyət hüququnun və sahiblik haqqında iddia hüququnun olduğu ehtimal edilir ki, onun sahiblik hüququ torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasından irəli gəlir. Lakin torpaq sahəsinin faktik sahibi sahiblikdən özbaşına məhrumedilmə və ya sahibliyin pozulması barədə iddia verə bilər. Torpaq Məcəlləsi

30. Maddə

84. Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Qanunvericiliyin pozulduğu hallar istisna olmaqla, torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin fəaliyyətinə dövlət orqanlarının, bələdiyyələrin, hüquqi və fiziki şəxslərin qarışmasına yol verilmir. Mülki Prosessual Məcəllə

31. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

32. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

33. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

34. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

35. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

36. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

37. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

38. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul ed ilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

39. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

40. Hazırkı kassasiya icraatı üzrə birinci instansiya məhkəməsinin qətnaməsini iddiaçının apellyasiya şikayəti əsasında ilkin iddianın təmin olunmayan hissəsində yoxlamış apellyasiya in stansiyası məhkəməsinin aktı həmin tərəfin kassasiya şikayəti əsasında tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

41. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

42. Kassasiya şikayətinin dəlilləri əsasən ilkin iddianın və apellyasiya şikayətinin dəlilləri ilə eynidir. Məhkəmə kollegiyası maddi və prosessual hüquq normalarının tətbiqinə dair birinci və apellyasiya instansiyası məhkəməs inin əsaslandırılması ilə razılaşır.

43. Kassasiya şikayətinin digər dəlilləri məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması ilə bağlıdır və hazırkı icraat çərçivəsində belə dəlillər üzrə araşdırma aparılmır, onlara qiymət verilmir.

44. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

45. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-6304/2022 nömrəli, 10 noyabr 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar