Məhkəmə qərarları › İş №2(102)-7751/2018

Ali Məhkəmə Qərar — İş №2(102)-7751/2018

27.12.2018 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-7751/2018 27.12.2018 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ İş № 2(102)-7751/2018 27 dekabr 2018-ci il Bakı şəhəri Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (sədrlik edən və məruzəçi - hakim), Əsgərov Qürbət Ağa oğlu, Hacıyev Sənan Firudin oğlundan ibarət tərkibdə, Əhmədov Fuad Vahid oğlunun katibliyi, Cavabdehin və onun vəkili X7nin iştirakı ilə, İddiaçılar İddiaçı1 və X6nın cavabdeh X2yə qarşı “mirasın qəbulu faktının müəyyən edilməsi” tələbinə dair iş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 05 iyul 2018-ci il tarixli 2(107)-1662/2018 nömrəli qətnaməsindən Cavabdeh və onun vəkili X16 tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 və X6nın cavabdeh X2yə qarşı “mərhum ataları X5dən qalmış və Şəki rayonu İkinci Biləcik kəndində yerləşən torpaq sahələrindən ibarət miras əmlakın qəbul edilməsi faktının təsdiq edilməsi” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onların 22 may 2010-cu il tarixdə vəfat etmiş mərhum ataları X5dən miras qalmış Şəki rayonu İkinci Biləcik kəndində yerləşən torpaq sahəsi, fındıq bağı və tut bağından ibarət miras əmlakının qəbul etmələri faktının təsdiq edilməsi və həmin miras əmlaka onların paylarının tanınması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçılar İddiaçı1 və X10 məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, Azərbaycan Respubl ikası Torpaq Xəritəçəkmə Komitəsi tərəfindən ataları X5in adına torpaq sahələrinin qeydə alınması ilə bağlı verilmiş A ***783 saylı, A ***782 saylı, A ***801 saylı, A ***794 saylı, A ***793 saylı, A ***787 saylı, A ***701 saylı, A ***547 saylı torpaq ölçü planlarına və torpağa mülkiyyət hüququna dair JN-0107 seriyalı 40404058 kodlu dövlət aktına əsasən atasına məxsus Şəki rayonu, İkinci Biləcik kəndində yerləşən torpaq sahələri üzərində mirasın qəbulu faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İddiaçılar iddia ərizəsini onunla əsaslandırmışdırlar ki, ataları X5 22 may 2010-cu il tarixdə, anaları X9 isə 08 iyul 2010-cu il tarixdə vəfat etmişlər. Onların vəfatından sonra onların vərəsələri kimi onlar, yəni İddiaçı1, X10, X8 və X3 qalmışdır. Onlar mərhum ataları X5 nun birinci növbədə olan vərəsələridir. Valideynlərinin sağlığında onların qulluğunda durmuş, baxmış və vəfatlarından sonra dəfn və ondan sonrakı yas mərasimlərində yaxından iştirak etmişlər. Yas mərasimi cavabdeh olan balaca qardaşı X8in həyətində keçirilmişdir. Atasından Şəki rayonu İkinci Biləcik kəndində yerləşən torpaq sahəsi, fındıq bağı və tut bağı miras qalmışdır. Məhrum atalarından A ***783 saylı, A ***782 saylı, A ***801 saylı, A ***794 saylı, A ***793 saylı, A ***787 saylı, A ***701 saylı, A ***547 saylı və JN-0107 seriyalı 40404058 kodlu dövlət aktında göstərilən ölçüdə və planda torpaq sahələri vardır. Qeyd olunan miras əmlakı valideynləri vəfat etdikdən sonra qulluq etməklə oradan məhsul götürməklə faktiki olaraq qəbul etmişlər. Lakin son zamanlar iş üzrə Cavabdeh sözügedən əmlaklarından istifadəyə imkan verməmişdir. Bu da cavabdehlər aralarında mütəmadi mübahisələrin yaranmasına səbəb yuxarıda qeyd etdiklərinə baxmayaraq iş üzrə cavabdeh olan qardaşı X8 tərəfindən sözügedən miras əmlakı ilə bağlı əsassız mübahisə davam etdirməsidir. Belə ki, cavabdeh atalarından qalma bütün miras əmlaklara sahiblik etmək istəyir. Odur ki, məcburiyyət qarşısında qalaraq iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Şəki Rayon Rayon Məhkəməsinin (hakim İmanov Cahid Fehruz oğlu ) 23 aprel 2018-ci il tarixli 2(075)-464/2018saylı qətnaməsi ilə iddia təmin edilmiş, İddiaçı1 və X10 tərəfindən ataları X5ndan miras qalmış, Azərbaycan Respublikası Torpaq Xəritəçəkmə Komitəsi tərəfindən ataları X5nun adına verilmiş A ***783 saylı, A ***782 saylı, A ***801 saylı, A ***794 saylı, A *** 793 saylı, A ***787 saylı, A ***701 saylı, A ***547 saylı torpaq sahəsinin ölçü planlarına qeyd olunan Şəki rayonu, İkinci Biləcik kəndində yerləşən torpaq sahələri, atalarından miras qalmış torpağa mülkiyyət hüququna dair verilmiş JN-0107 seriyalı 40404058 kodlu dövlət aktında qeyd edilən Şəki rayonu, İkinci Biləcik kəndində yerləşən torpaq sahəsi üzərində mirasın qəbul edilməsi hüquqi faktının müəyyən edilməsi qət edilmişdir. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (M.Əsədli sədrlik edən və məruzəçi, hakimlər Ə.Məcidov, İ.Quliyev) 05 iyul 2018-ci il tarixli, 2(107)-1662/2018 nömrəli qətnaməsi ilə Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, həmin iş üzrə Şəki Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 23 aprel 2018-ci il tarixli qətnamənin dəyişdirilmədən saxl anılması qət edilmişdir. Cavabdeh və onun vəkili X16 iş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 05 iyul 2018-ci il tarixli 2(107)-1662/2018 nömrəli qətnaməsindən kassasiya şikayəti verərək, onun ləğv edilməsini və pozulmuş hüquqlarının bərpa edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Cavabdeh kassasiya şikayətini onunla əsaslandırmışdır ki, onun atası X5 sağlığında ikən mülkiyyətində olan torpaq sahələrini oğlanları, yəni qardaşlar arasında bölmüşdür. Bu prosesdə ərazi yerli idarəetmə orqanlarının iştirakı təmin olunmuş, müvafiq sənədləşdirmə işləri də aparılmışdır. Buna baxmayaraq Şəki Apellyasiya Məhkəməsi həmin təsdiq olunmuş və arayışları nəzərə almamış, bununla əlaqədar onun təqdim etdiyi şahidlərin məhkəməyə dəvət olunması barədə vəsatətlərini qəbul etm əmiş və bununla da, qanuna zidd qətnamə çıxarmış və qətnamə çıxararkən ciddi maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməməsinə yol vermişdir. Hesab edir ki, bu şəkildə çıxarılmış məhkəmə qətnaməsi isə heç vaxt qanuni və əsaslı ola bilməz. PROSESSUAL MƏSƏLƏLƏR: Cavabdeh və onun vəkili X16 məhkəmə iclasında tərəflərindən verilmiş kassasiya şikayətinin məzmununa uyğun izahat verərək kassasiya şikayətinin təmin edilməsini xahiş etdilər. Digər iştirakçılar işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, onlar, məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə də məhkəməyə heç bir məlumat verməmişdirlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxsin iştirakı olmadan işə baxıl masını mümkün hesab edir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırma kimi qiymətləndirilməməli dir. İşin apellyasiya instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallarına əsasən, Şəki rayonu Birinci Biləcik kəndində yerləşən Şəki rayonu İkinci Biləcik kəndi ərazisində fərdi yaşayış evi tikmək üçün nəzərdə tutulan 220,6 kv metr torpaq sahəsi A seriyalı ***783 nömrəli Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin torpaq sahəsinin planı və ölçüsünə əsasən, Şəki rayonu İkinci Biləcik kəndi ərazisində fərdi yaşayış evi tikmək üçün nəzərdə tutulan 220,6 kv metr torpaq sahəsi A seriyalı ***782 nömrəli Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin torpaq sahəsinin planı və ölçüsünə əsasən, Şəki rayonu İkinci Biləcik kəndi ərazisində fərdi yaşayış evi tikmək üçün nəzərdə tutulan 488,75 kv metr torpaq sahəsi A seriyalı ***801 nömrəli Azərbayca n Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin torpaq sahəsinin planı və ölçüsünə əsasən, Şəki rayonu İkinci Biləcik kəndi ərazisində fərdi yaşayış evi tikmək üçün nəzərdə tutulan 1092,82 kv metr torpaq sahəsi A seriyalı ***794 nömrəli Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin torpaq sahəsinin planı və ölçüsünə əsasən, Şəki rayonu İkinci Biləcik kəndi ərazisində fərdi yaşayış evi tikmək üçün nəzərdə tutulan 1392,58 kv metr torpaq sahəsi A seriyalı ***793 nömrəli Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin torpaq sahəsinin planı və ölçüsünə əsasən, Şəki rayonu İkinci Biləcik kəndi ərazisində fərdi yaşayış evi tikmək üçün nəzərdə tutulan 5397,98 kv metr torpaq sahəsi A seriyalı ***787 nömrəli Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritə çəkmə Komitəsinin torpaq sahəsinin planı və ölçüsünə əsasən, Şəki rayonu İkinci Biləcik kəndi ərazisində fərdi yaşayış evi tikmək üçün nəzərdə tutulan 2814,24 kv metr torpaq sahəsi A seriyalı ***701 nömrəli Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin torpaq sahəsinin planı və ölçüsünə əsasən, Şəki rayonu İkinci Biləcik kəndi ərazisində fərdi yaşayış evi tikmək üçün nəzərdə tutulan 4590,28 kv metr torpaq sahəsi A seriyalı ***547 nömrəli Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin torpaq sahəsinin planı və ölçüsünə əsasən X5in, Şəki rayonu İkinci Biləcik kəndi ərazisində kənd təsərrüfatı təyinatlı 1,5 ha torpaq sahəsi KOD 40404058 JN-107 nömrəli torpağa mülkiyyət hüququna dair dövlət aktına əsasən X5, X8, X10, İddiaçı1, X8, X11, X12 və X4ün xüsusi mü lkiyyətindədir. Mülkiyyətçilərdən X5 24 may 2010-cu, X9 isə 03 iyul 2010-cu il tarixlərdə vəfat etmiş və ölümlərindən sonra oğlanları X10, İddiaçı1, X8 və qızı X5 onların İ növbə vərəsələri olaraq qalmışlar. X5 və X9 vəfat etdikdən sonra onun övladları və yaxın qohumları onun yas mərasimlərini təşkil etmiş və onun idarə edilməsinə rəhbərlik etmişlər. İddiaçılar İddiaçı1 və X10 ataları və analarının sağlığında daima onlarla əlaqə saxlamış, onların səhhəti ilə maraqlanmış, xəstələndiyi zaman onların müalicəsi üçün müəyyən vəsait xərcləmiş, ataları və analarının dəfn və yas mərasimlərində iştirak etmişlər və bununla da ataları və analarından qalma qeyd edilən miras əmlakları qəbul etmişdir. İddiaçılar İddiaçı1 və X6 dediyinə görə mərhum X5in xüsusi mülkyyətində olan miras əmlaklardan istifadə edilməsinə Cavabdeh tərəfindən maneə törədildiyindən vərəsələrin narazılığına və aralarında mübahisəyə səbəb olmuşdur. Bundan başqa məlum olmuşdur ki, iddiaçılar İddiaçı1 və X13 ataları və analarının sağlığında daima onlarla əlaqə saxlamış, onların səhhəti ilə maraqlanmış, xəstələndiyi zaman onların müalicəsi üçün müəyyən vəsait xərcləmiş, ataları və analarının dəfn və yas mərasimlərində iştirak etmişlər və bununla da ataları və analarından qalma qeyd edilən miras əmlakları qəbul etmişlər. Apellyasiya məhkəməsi Mülki Məcəllənin 1133, 1134, 1160 1243-cü maddələrinə istinad edərək, birinci instansiya məhkəməsinin hazırki işi tam, hərtərəfli və obyektiv araşdırdığını və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarının düzgün tətbiq edil diyini qeyd edərək, birinci instansiya məhkəməsinin düzgün qərar qəbul etdiyi qənaətinə gəlmişdir. Məhkəmə kollegiyası məruzəçini və izahatları dinləyib, iş materiallarını və kassasiya şikayətlərinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə apellyasiya instansiyası məhkəməsi hazırki iş üzrə maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1151-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusuna daxildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı ölənin uşaqları, miras qoyanın ölümündən sonr a doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) birinci növbəli vərəsələr hesab olunurlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243.1-cü maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Həmin Məcəllənin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1243.3-cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Həmin Məcəllənin 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Cavabdeh kassasiya şikayətində atası X10un sağlığında mülkiyyətində olan torpaq sahələrinin övladları arasında böldüyünü, ərazi yerli idarəetmə orqanlarının iştirakı ilə müvafiq akt tərtib edildiyini, buna görə də, ona düşən hissənin təkrar bölünməsinin əsassız olduğunu göstərmişdir. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin kassasiya şikayətinin dəlilləri qətnamənin ləğvinə əsas vermir. Belə ki, X10un sağlığında öz əmlakında övladlarına pay verməsi, onun vəfatından sonra qalan əmlakına onların vərəsəlik hüququnun yaranmasına maneə ola bilməz. İddiaçıların qanun üzrə 1- ci dərəcəli vərəsələr kimi atadan miras qalmış əmlakdan miras payını tələb etmək hüquqları var. Həmin şəxslər tərəfindən qanunla müəyyən edilmiş müddətdə mirasın faktiki qəbul edilməməsi cavabdeh tərəfindən mübahisələndirilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi düzgün hüquqi nəticəyə gəlmiş, işin faktiki halları tam araşdırılmış, maddi hüquq normalarının tətbiqində işə baxılarkən kollegiya tərəfindən heç bir səhvə yol verilməmiş və nəticədə düzgün və əsaslı qətnamə qəbul etmişdir. Kassasiya şikayətinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılma lıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrinin tələblərini rəhbər tutaraq kassasiya instansiyası məhkəməsi QƏRARA ALDİ: Cavabdeh və onun vəkili X7nin kassasiya şikayəti təmin edilmədən, Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 05 iyul 2018-ci il tarixli 2(107)-1662/2018 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar