Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-776/2023 16.01.2023 ALİ MƏHKƏMƏ QƏRARDAD Kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsinə dair Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimləri Vəliyeva Elşanə Rafiq qızı (məruzəçi), Abbasov Aqil Əzizağa oğlu və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-5848/2022 nömrəli xx.xx.2022-ci il tarixli qətnaməsindən Cavabdeh ASC-nin vəkili X2 tərəfindən verilmiş kassasiya şikayətini nəzərdən keçirərək, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2478/2022 saylı mülki iş üzrə 30 iyun 2022-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, ünvan 1 ünvanda yerləşən qeyri-yaşayış sahəsinə aid 054991 nömrəli abonent kodu üzrə keçmiş abonent X3 hesablanmış 6506,90 (altı min beş yüz altı manat, 90 qəpik) manat borcun İddiaçı tələb edilməsinin qanunsuz hesab edilməsi, İddiaçı ilə ünvan 1 ünvanda yerləşən qeyri-yaşayış sahəsinin su və kanalizasiya xidmətinə qoşulması haqda müqavilənin bağlanması və su sayğacının quraşdırılması qət edilmişdir. Cavabdeh ASC-nin vəkili X2 qətnamədən apellyasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-5848/2022 nömrəli xx.xx.2022-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Yasamal Rayon Məhkəməsinin 2(004)2748/2022 saylı iş üzrə 30 iyun 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdir. Cavabdehin vəkili X2 apellyasiya instansiyasının qətnaməsindən kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Mülki Prosessual Məcəllənin 407.3-cü maddəsinə əsasən şikayət onu verən şəxs (onun qanuni nümayəndəsi və ya nümayəndəsi) və şikayəti tərtib etmiş vəkil tərəfindən imzalanmalıdır. Qanuni nümayəndə və ya nümayəndə tərəfindən verilən şikayətə onun səlahiyyətlərini təsdiq edən sənəd əlavə edilməlidir. Elektron qaydada verilmiş kassasiya şikayətindən görünür ki, şikayəti cavabdehin vəkili X2 elektron imza ilə imzalasa da, şikayət cavabdeh tərəfindən nə elektron qaydada imzalanmamış, nə də elektron kabinetə cavabdeh tərəfindən imzalanmış kassasiya şikayətinin PDF variantı əlavə edilməmişdir. Həmçinin vəkilin cavabdehin əvəzindən kassasiya şikayətini imzalamaq səlahiyyətini təsdiq edən etibarnamə mövcud deyildir. Başqa sözlə, kassasiya şikayəti cavabdeh tərəfindən imzalanmamışdır, buna görə şikayət icr aata qəbul oluna bilməz. Mülki Prosessual Məcəllənin 408.1.1-ci maddəsinə görə kassasiya şikayəti bu Məcəllənin 402-ci və 407.1-ci maddəsinin tələblərinə cavab vermirsə, kassasiya şikayəti imzalanmamışsa, yaxud hüququ olmayan və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışa, habelə kassasiya şikayəti vermək hüququ olmayan şəxs tərəfindən verilmişdirsə, apellyasiya məhkəməsi tərəfindən qaytarılır. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən hesab edir ki, hazırki iş üzrə kassasiya şikayətinin mümkünlüyü üçün əsaslar mövcud olmadığından, onun icraata qəbulundan imtina edilməli, kassasiya şikayətinin qaytarılması məsələsinin həlli üçün mülki iş apellyasiya instansiyası məhkəməsinə qaytarılmalıdır. Şərh edilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 407.3, 408.1.1 və 408.3-cü maddəl ərini rəhbər tutaraq QƏRARA ALDİ: Cavabdeh ASC-nin vəkili X1 Bakı Apellyasiya Məhkəməsinin 2(103)-5848/2022 nömrəli xx.xx.2022-ci il tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti qeyri-mümkün hesab edilsin və kassasiya şikayətinin qaytarılması məsələsinin həlli üçün mülki iş Bakı Apellyasiya Məhkəməsinə qaytarılsın.
Məhkəmə qərarları › İş №2(102)-776/2023
Ali Məhkəmə Qərardad — İş №2(102)-776/2023
16.01.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver