Məhkəmə qərarları › İş №2(102)-779/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-779/2021

08.04.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-779/2021 08.04.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: bağışlama müqaviləsinin, alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, nəqliyyat vasitəsinə əmlak hüququnun tanınması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakim Həsənov Vüqar Təvəkgül oğlunun sədrliyi və məruzəsi, hakimlər Əhmədov Əhməd Abbas oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Kərimova Fidan Arif qızının katibliyi, İddiaçı vəkili Nümayəndə1, cavabdehin vəkili Vəkil2 iştirakları ilə, Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-3312/2020 nömrəli iş üzrə 09 iyun 2020-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 08 aprel 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı Bakı şəhəri, Binəqədi rayonu, Svetlana Məmmədova küç. ev 209F, mənzil 6da yerləşən ümumi sahəsi 65,2 kv.m olan iki otaqlı yaşayış mənzilini 23.07.2018-ci il tarixdə Cavabdeh1 bağışlamışdır. Cavabdeh1 Bakı şəhəri, Binəqədi rayonu, Svetlana Məmmədova küçəsi, ev 209F, mənzil 6da yerləşən ümumi sahəsi 65,2 kv.m olan iki otaqlı yaşayış mənzilini 50000 manata 18.07.2019-cu il tarixində Cavabdeh2 satmışdır. "Volkswagen Touareg" minik markalı, ** ED *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sahibi Cavabdeh1dır. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat İ ddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı bağışlama müqaviləsinin, alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, reyestr qeydinin ləğv edilməsi, əmlaka dair hüquqların bərpa olunması, nəqliyyat vasitəsinə əmlak hüququnun tanınması, bu mümkün olmadıqda əvəzinə dəyərinin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmədə işə baxarkən iddiaçı bir-neçə dəfə iddia tələbinin dəqiqləşməsi (iddia ərizəsinə əlavə) barədə ərizələr vermişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iş üzrə Cavabdeh1 ilə şəxsi münasibətləri vardır və aralarında inam etibar olduğundan DƏDRX Bakı Ərazi İdarəsinin 17.04.2018-cü il tarixli Seriya RX ******* saylı Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş Çıxarış ilə mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, Svetlana Məmmədova küç. ev 209F, mənzil 6-da yerləşən ümumi sahəsi 65,2 kv.m olan iki otaqlı yaşayış mənzilini ona bağışlamışdır. Müqavilə Bakı şəhəri 50 saylı Notariat Kontorunda 23.07.2018-ci il tarixdə 4Ə-703 reyestr qeydli əqd əsasında rəsmiləşdirilmişdir. O sahibkarlıq fəaliyyəti ilə məşğul olur və ticari münasibətlərdə yarana biləcək problemlər üzündən əmlakı adında saxlamayaraq müvəqqəti özgəninkiləşdirmişdir. Digər bir tərəfdən xanımla olan şəxsi münasibətləri onun həyat şəraitinin təminatlı səviyyədə saxlanmasına sövq etmiş, onu mənzildə yaşamaq üçün buraxmış və mənzili əvəzsiz özgəninkiləşdirmişdir. Əlbətdə ki, mənzil onun adında qaldığı müddətdə də etibarlı əlaqələrin mövcudluğuna inanmış və bağlılığın davam edəcəyinə hər ikisini intizamlandırmışdır. Xanımın ail əsi də əlaqələrindən məlumatlı olmuş və buna etiraz etməyərək mənzilin hansı əsaslarla Cavabdeh1 adına keçirilməsini bilmişlər. Bu arada xanıma nəqliyyat vasitəsinin alınması məsələsi gündəmdə olduğundan 2011-ci il buraxılışlı, ** LB *** dövlət qeydiyyat nişanlı, sedan tipli, qara rəngli, şassi nömrəsi KMHDH41EBCU116822 olan “Hyundai Elantra” markalı nəqliyyat vasitəsini “xxxx” MMCyə məxsus avtosalondan almışdır. Cəmiyyətin satış predmeti olan “Hyundai Elantra” markalı nəqliyyat vasitəsi 07.09.2016-cı il tarixli 939 saylı alqı-satqı müqaviləsinə əsasən ünvan 1 ünvanında qeydiyyatda olan vət. Cavabdeh1 adına kredit sənədləşmə ilə 21306.47 manata rəsmiləşmişdir və həmin razılaşmanın zamini qismində o çıxış edərək 07.09.2016-cı il tarixli 939 saylı zaminlik müqaviləsi ilə öhdəliyi öz üzərin ə götürmüşdür. Nəqliyyat vasitəsi üçün müəyyən olunan ödəniş kreditlə, hissə-hissə olaraq 21306.47 manat idi. Müqavilə bağlanan zaman ilkin ödənişi 1000 manat, əlavə xərc olaraq 3000 manat ödəmiş, sonrakı aylarda isə cədvələ görə hər ay 565 manat olsa da o əlinə pul gəldiyindən kredit məbləğini gözləməyərək pulu tez vermiş və 15.560 (on beş min beş yüz altmış) manat ödəmişdir. Beləliklə nəqliyyat vasitəsi ona 19560 (on doqquz min beş yüz altmış) manata başa gəlmişdir. Təbi ki, nəqliyyat vasitəsi xanımın adına qeydə alınmış və ** ED *** dövlət qeydiyyatı ilə mülkiyyətə salınmışdır. Onun öz idarə etdiyi nəqliyyat vasitəsinin nömrəsi isə ** ED ***-dür. Həmin “Hyundai Elantra” markalı nəqliyyat vasitəsinə dair ona baş etibarnamə də verilmişdir. Bundan sonra 14.08.2017-ci il tarixdə Babək prosp ektində yerləşən “Best Kar” avtosalonda “Hyundai Elantra” markalı nəqliyyat vasitəsi “Audi A4” markalı nəqliyyat vasitəsinə dəyişdirilmiş və “Hyundai Elantra” markalı nəqliyyat vasitəsinin üstündə tərəfindən 10000 (on min) ABŞ dolları pul verilmişdir. Bu maşın da Aytənin adına rəsmiləşdirilmiş və ona da baş etibarnamə verilmişdir. Sonradan isə,26.12.2017-ci il tarixdə “Audi A4” markalı nəqliyyat vasitəsi Babək pr. 2199 ünvanında fəaliyyət göstərən “Avto 800” Avtosalonda (əvvəlki adı “014” Avtosalon) "Volkswagen Touareg" minı̇ k markalı, ** ED *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəyişdirilmişdir. "Volkswagen Touareg" minı̇ k markalı maşına görə Audinin üstündə 6000 ABŞ Dolları tərəfindən verilmişdir. Sonuncu avtomobil "Volkswagen Touareg" minı̇ k markalı, ** ED *** dövlət qey diyyat nişanlı nəqliyyat vasitəsi olmuşdur ki, onun da əldə olunmasına ümumilikdə 19.560 manat və 16000 (on altı) min ABŞ dolları məbləğində pul tərəfindən qoyulmuşdur. Aralarında mübahisələr yarandığından mənzili öz adına geri qaytarmasını istədikdə müxtəlif bəhanələrlə vaxtı uzadan cavabdeh notariata getməkdən yayınmışdır. Cavabdehlə anasını “Asan xidmətdə” təsadüfən birlikdə görəndən sonra aydınlaşdırmışdır ki, mənzili onun adına formal olaraq özgəninkiləşdirilmişdir. Müəyyən olunmuşdur ki, həmin şəxs mənzili öz anasının adına alqı-satqı etmişdir. 3 Saylı Bakı “Asan Xidmət” Mərkəzinin xüsusi X2 tərəfindən təsdiqlənmiş 18 iyul 2019-cu il tarixli 4Ə1178 reyestr qeydli alqı-satqı müqaviləsi ilə anası Cavabdeh2 adına özgəninkiləşdirilmişdir. Bu əməliyyatlardan xəbərsiz olmuşdur və heç kəsə mənzil satmamışdır. Ümumiyyətlə onun belə bir mövqeyi olmamışdır. Etibarından istifadə edən xanım əmlakın müvəqqəti olaraq əvəzsiz onun adına keçirildiyini bildiyi halda, güya alqısatqı etdiyini nümayiş etdirədək mənzilini öz anasının adına keçirmiş və faktiki olaraq onun əlindən almışdır. Daha sonra isə ona aldığı və adına baş etibarnamə verilmiş "Volkswagen Touareg" minı̇ k markalı, ** ED *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi Baş etibarnamə ilə Bakı şəhər S.Salayev küç. ev 28-də qeydiyyatda olan X5 və X1 müəyyənləşdirilmişdir. Sonuncu adları çəkilən şəxsləri tapıb onlarla danışmışdır. Onlar bildirmişlər ki, nəqliyyat vasitəsini 19000 ABŞ Dolları pul ödəyərək ödəyərək Cavabdeh1 almışlar. Aralarında münaqişəli vəziyyət davam edir və Binəqədi rayon polis İdarəsində icraatda materi allar vardır. Cavabdeh onunla şifahi danışıqlarında bildirmişdir ki, mənzili onun əlindən almasın deyə anasının adına keçirmişdir və anasının borcları olduğundan maşını da satmışdır. Mənzil və adına alınmış nəqliyyat vasitəsi cavabdehin mülkiyyətinə keçirilsə də, onlar iddiaçının vəsaiti ilə alınmışdır. Xanım heç bir gəlirə malik deyildir. İşləmir və gəliri yoxdur. Bu əmlakların əsas təyinatı biznesinə olan kənar müdaxilələrin qarşısının alınması və bununla paralel birgəliyin təminatının möhkəmləndirilməsi olduğu halda Cavabdeh1 hüquqdan sui-istifadəsi və əsassız varlanma cəhdi yolverilməzdir. Cavabdeh1 anası Cavabdeh2 Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi Xətai küçəsində 325 saylı öz mənzili vardır və orada yaşayır. Tərəf əsil alıcı deyil. Belə ki, niyyəti ev almaq olmamışdır. Onlar ba ğışlanmış mənzili onun əl çatımlılığından uzaqlaşdırmaq, əmlakı aradan çıxarmaq üçün uydurma rəsmiləşmə etmişlər. Onların arasında heç bir pul alışverişi olmamışdır. Müqavilə formal sənədləşmişdir. Cavabdeh yuxarıda qeyd olunan həmin nəqliyyat vasitəsini də etibarnamə vasitəsi ilə satıb aradan çıxarmışdır. Halbu ki, bu nəqliyyat vasitəsini o öz pul vəsaiti ilə almış və nəqliyyat vasitəsinin satılmasına razı ola bilməz. Cavabdehin ilk əmlakını aldığı zaman o zamin olmuş və bütün pul vəsaitlərini özü ödəmişdir. Bu prizmadan baxdıqda da zaminlik müqaviləsi üzrə ödənmiş olan pullar ona qaytarılmalıdır. Mülki qanunvericilik bu tələb etmə hüququnun ona aid olması barədə tənzimləməni təmin edir. Ona görə də, nəqliyyat vasitəsinə hüquqlarının tanınmasını, bu mümkün olmadıqda cavabdehdən nəqliyyat vasitələrinin əldə olunmasına sərf olunan pul vəsaitinin özünə qaytarılması barədə tələb irəli sürməli olmuşdur. Bütün bunlarla yanaşı iş materialları və tərəflər arasında yaranmış qarşılıqlı əlaqələrin məcmusu onu göstərir ki, cavadeh Cavabdeh1 ilə aralarında yaranmış qarşılıqlı münasibətlərin, yaxınlıq əlaqələrinin varlığından istifadə edərək məqsədli mövqe formalaşdırmış, əmlaklarını ələ keçirdikdən sonra onları müəyyən yollarla aradan çıxardaraq gələcəkdə öz mənfəəti üçün istifadə etməyə hazırlaşmışdır. Ona görə də bəxşiş müqaviləsi etibarlı münasibətlər üzərində rəsmiləşmədiyindən, tərəflərin məqsəd və məramına uyğun olmayan əsaslar yaratdığından etibarsız hesab olunmalıdır. Qeyd olunanlara əsasən Bakı şəhəri, Binəqədi rayonu, Svetlana Məmmədova küçəsindəki 209F saylı evin ümumi sahəs i 65,2 kv.m olan 6 saylı yaşayış mənzilinin Cavabdeh1 bağışlanması barədə Bakı şəhəri 51 saylı Notariat Kontorunda 23.07.2018-ci il tarixdə 4Ə-703 reyestr qeydli müqavilənin etibarsız hesab olunmaqla ləğv edilməsi, mənzilin 3 saylı Bakı “Asan Xidmət” Mərkəzində Cavabdeh2 satılması barədə xüsusi X3 tərəfindən təsdiqlənmiş 18 iyul 2019-cu il tarixli 4Ə-1178 reyestr qeydli alqı-satqı müqaviləsinin etibarsız hesab olunması, DƏDRX Bakı Ərazi İdarəsinin Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən müvafiq qeydin ləğv olunması, onun əmlaka dair hüquqlarının bərpa olunması və "Volkswagen Touareg" minı̇ k markalı, ** ED *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə əmlak hüquqlarının tanınması, bu mümkün olmadığı təqdirdə həmin nəqliyyat vasitəsinin alqı-satqısı nə ticəsində tərəfindən ödənilmiş 19.560 manatın və ödəmə gününə manatla 16000 (on altı) min ABŞ dolları məbləğində pulun, cavabdehdən alınaraq ona qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 30.10.2019-cu il tarixli qətnaməsi ilə (hakim F.Mirzəyev, iş 2(007)-2834/19) iddia qismən təmin edilmiş, Bakı şəhəri, Binəqədi rayonu, Svetlana Məmmədova küçəsindəki 209F saylı evin 6 saylı mənzilinin İddiaçı Vaqıf oğlu tərəfindən Cavabdeh1 bağışlanmasına dair Bakı şəhəri 51 saylı Notariat Kontorunda təsdiq olunmuş 23.07.2018-ci il tarixli, 4Ə-703 reyestr qeydli bağışlanma müqaviləsi və 3 Saylı Bakı “Asan Xidmət” Mərkəzində həmin mənzilin Cavabdeh1 tərəfindən Cavabdeh2 satılması barədə xüsusi X3 tərəfindən təsdiqlənmiş 18 iyul 2019-cu il tarixli 4Ə-1178 reyestr qeydli alqı-satqı müqaviləsi etibarsız hesab olunması, DƏDRX Bakı Ərazi İdarəsinin Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrində həmin mənzilə dair aparılmış qeyd ləğv edilməsi, qeyd edilən mənzilə dair İddiaçı hüquqları bərpa olunması, qalan hissədə iddianın təmin olunmaması qət edilmişdir. Birinci instansiya məhkəməsinin mövqeyinə görə İddiaçı ilə Cavabdeh1 faktiki nikah münasibətlərinə girərək əvvəllər iddiaçının xüsusi mülkiyyətində olmuş Bakı şəhəri, Binəqədi rayonu, Svetlana Məmmədova küçəsindəki 209F saylı evin ümumi sahəsi 65,2 kv.m olan 6 saylı mənzildə yaşamışlar. 18.07.2019-cu il tarixdə iddiaçı həmin mənzili cavabdehə bağışlamışdır. Bağışlama müqaviləsi bağlanan zaman müqavilədə hər hansı bir şərt irəli sürülməsə də tərəflərin məhkəmədə ve rdikləri izahatlardan və işin faktiki hallarından görünür ki, İddiaçı həmin mənzili Cavabdeh1 aralarında olan faktiki nikah münasibətlərinin davamlı olması, mənzilin 3-cü şəxslərin mülkiyyətinə verilməməsi şərtilə bağışlamışdır. Lakin Cavabdeh1 bu şərtə əməl etməmiş tərəflər arasında münasibətlərdə müəyyən soyuqluq yarandıqdan sonra cavabdeh mənzili formal olaraq anası Cavabdeh2 satmışdır. Alqı-satqıdan sonra Cavabdeh1 həmin mənzildə yaşamaqda davam etməsi də müqavilənin formal olaraq bağlandığını təsdiq edir. Məhkəmə hesab etmişdir ki, Cavabdeh1 iddiaçı ilə aralarında olan yaxın münasibətlərin davam edəcəyinə dair ona vəd verməklə, iddiaçının ona qarşı olan bağlılığından sui-istifadə etməklə onu ağır vəziyyətə, yəni özündən asılı vəziyyətə salmaqla bundan istifadə etmiş iddiaçının özü üçü n son dərəcə əlverişsiz şərtlərlə bağlamağa məcbur olduğu əqdin (ağır şərtli əqd) bağlanmasına nail olmuşdur. Məhkəmənin qənaətinə görə 23.07.2018-ci il tarixli daşınmaz əmlakın bağışlanma müqaviləsi etibarsız əqddir. Həmin əqd etibarsız əqd olduğundan və qanunun müddəasına görə etibarsız əqd bağlandığı andan etibarsız hesab olunduğundan bu əqd əsasında Cavabdeh1 mübahisəli mənzili öz anası Cavabdeh2 satmasına dair alqı-satqı müqaviləsinin hüquqi qüvvəsi yoxdur və həmin əqd də etibarsız əqd hesab edilməli və həmin mənzilə dair aparılmış qeyd ləğv edilərək mənzilə dair İddiaçı hüquqları bərpa olunmalıdır. Məhkəmə iddianın "Volkswagen Touareg" minik markalı, ** ED *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə əlaqədar hissəsini araşdıraraq hesab etmişdir ki, qeyd olunan avtomobil heç v axt iddiaçının mülkiyyətində olmamışdır və Cavabdeh1 tərəfindən əldə olunmuşdur. İddiaçı avtomobilin pulunun onun özü tərəfindən ödənildiyini iddia etsə də bu faktı təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəllənin 337.1, 337.2. 337.4, 339.1, 340.2-ci maddələrinə istinadla əsaslandırmışdır Apelyasiya instansiyası məhkəməsində icraat Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 apellyasiya şikayəti verərək Bakı Şəhər Nizami rayon Məhkəməsinin 30 oktyabr 2019-cu il tarixli 2(007)-2834/2019 saylı qətnaməsinin ləğv edilərək yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı apellyasiya şikayəti verərək Bakı Şəhər Nizami rayon Məhkəməsinin 30 oktyabr 2019-cu il tarixli 2(007)-2834/2019 saylı qətnaməsinin hissəvi olaraq ləğv edilərək iddian ın tam təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 09 iyun 2020-ci il tarixli qətnaməsi ilə (hakim X.Mərdanovanın sədrliyi və məruzəsi ilə, hakimlər E.Həsənov və F.Babayevdən ibarət tərkibdə, iş 2(103)-3312/2020 saylı) İddiaçı apellyasiya şikayəti təmin olunmamış, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 apellyasiya şikayətləri təmin edilərək Bakı şəhər Nizami rayon Məhkəməsinin 30.10.2019-cu il tarixli qətnaməsi qismən ləğv edilərək iddia tələbi “Bakı şəhəri 51 saylı Notariat Kontorunda təsdiq olunmuş 23.07.2018- ci il tarixli, 4Ə-703 reyestr qeydli bağışlanma müqaviləsi və 3 Saylı Bakı “Asan Xidmət” Mərkəzində həmin mənzilin Cavabdeh1 tərəfindən Cavabdeh2 satılması barədə xüsusi X3 tərəfindən təsdiqlənmiş 18 iyul 2019 -cu il tarixli 4Ə-1178 reyestr qeydli alqı-satqı müqaviləsi etibarsız hesab olunması, DƏDRX Bakı Ərazi İdarəsinin Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrində həmin mənzilə dair aparılmış qeyd ləğv edilməsi və qeyd edilən mənzilə dair İddiaçı hüquqları bərpa olunması” hissəsində rədd edilmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiya məhkəməsi hesab etmişdir ki, mübahisəli avtomobil iddiaçının mülkiyyətində olmamış, Cavabdeh1 tərəfindən əldə olunmuş və onun adına dövlət qeydiyyatına alınmışdır. İddiaçı avtomobilin pulunun onun tərəfindən ödənildiyini iddia etsə də bu faktı təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Apellyasiya instansiya məhkəməsi daha sonra hesab etmişdir ki, iddiaçı iddia tələbində “mənzilin cavabdeh in adında qaldığı müddətdə də etibarlı əlaqələrin mövcudluğuna inanmış və bağlılığın davam edəcəyinə hər ikisini intizamlandırmışdır” bildirsə də, tərəflər arasında bağlanmış 23.07.2018-ci il tarixdə 4Ə-703 reyestr qeydli bağışlama müqaviləsində bağışlama şərtlərinə və ya öhdəliklərə dair hər-hansı müddəa qeyd edilməmişdir. Bağışlama müqaviləsi tərəflərin iradə ifadəsinə uyğun olaraq bağlanmış və onların həqiqi niyyətlərini əks etmişdir. 23.07.2018-ci il tarixli 4Ə-703 reyestr qeydli bağışlama müqaviləsi qanunvericiliyin tələbləri pozulmadan və tərəflərin iradələrinə uyğun bağlanıldığından etibarsız hesab edilə bilməz. Belə olan halda iddia tələbi 18 iyul 2019-cu il tarixli 4Ə-1178 reyestr qeydli alqı-satqı müqaviləsi də etibarsız hesab edilə və DƏDRX Bakı Ərazi İdarəsinin Hüquqların Dövlə t Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrində həmin mənzilə dair aparılmış qeyd ləğv edilə bilməz. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəllənin 152.2, 157.1, 157.2. 157.4, 157.8, 337.1, 337.2, 337.3, 339.1. 666.1, 670.1, MPM-nin 77.1, 217.3, 217.4 maddələrinə istinadla əsaslandırmışdır Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri İddiaçı (vəkil Nümayəndə1) kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 09 iyun 2020-ci il tarixli 2(103)-3312/2020 nömrəli qətnaməsinin ləğv edilməsini, iddianın təmin edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, nəqliyyat vasitəsi onun vəsaiti hesabına alınmış dır. Cavabdeh heç bir yerdə işləmir və heç bir gəlirə malik deyildir. Cavabdehlə şəxsi münasibətləri onun həyat şəraitinin təminatlı səviyyədə saxlanmasına sövq etmiş, onu mənzildə yaşamaq üçün buraxmış və mənzili əvəzsiz özgəninkiləşdirmişdir. Mənzil onun adında qaldığı müddətdə də etibarlı əlaqələrinin mövcudluğuna inanmış və bağlılıqlarının davam edəcəyinə inanmışdır. Aralarında mübahisə yarandığında mənzilin geri qaytarılmasını istədikdə cavabdeh bunu etməkdən imtina etmişdir. Mənzilin alğı-satqısından məlumatsız olmuş və o, heç kimə mənzil satmamışdır. Cavabdeh mənzili anasının adına keçirməklə mənzili onun əlindən almışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları İddiaçının v əkili Nümayəndə1 izahatında kassasya şikayətinin dəlillərini müdafiə edərək təmin edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Cavabdeh1 vəkili Vəkil2 kassasya şikayətinin dəlillərini etiraz edərək təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Digər şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlara təsir göstərə bilər. Hazırda apellyasiya instansiya məhkəməsinin qətnaməsindən yalnız iddiaçı kassasiya şikayəti vermişdir. Bu səbəbdən apellyasiya instansiyası məhkəməsinin qətnaməsi tam mübahisələndirildiyidən, kassasiya baxışının hədlərini apellyasiya instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin tam yoxlanması təşkil edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məc əlləsi 6.1.5-ci maddəsinə əsasən müqavilələr azadlığı mülki qanunvericiliyin prinsiplərindən biridir. 157.1-ci maddəsinə əsasən mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 157.4-cü maddəsinə əsasən, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. 157.8-ci maddəsinə əsasən, mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. 324.4-cü maddəsinə əsasən müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. 337.1-ci maddəsinin tələbinə əsasən «Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 337.2-ci maddəsinə görə əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. 337.3-cü maddəsinə əsasən əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. 339.1-ci maddəsinə əsasən, hakimiyyətdən sui-istifadə, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi nəticəsində bağlanmış, yaxud bu Məcəllənin 49.4-cü maddəsində müəyyən edilmiş hallara səbəb olan əqd, habelə şəxsin ağır vəziyyətə düşməsi və digər tərəfin bundan istifadə etməsi nəticəsində həmin şəxsin özü üçün son dərəcə əlverişsiz şərtlərlə bağlamağa məcbur olduğu əqd (ağır şərtli əqd) zərərçək ən tərəfindən mübahisələndirilə bilər. 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 405.1-ci maddəsinə əsasən tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mü hüm sayılır. 666.1-ci maddəsinə əsasən bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur; 668.1.1-ci maddəsinə əsasən daşınmaz əşyaların və ya həmin əşyalara hüquqların bağışlanması zamanı bağışlama müqaviləsi notariat qaydasında təsdiqləndikdə bağışlama etibarlıdır 670.1-ci maddəsinə əsasən, bağışlama şərtlərin və ya öhdəliklərin yerinə yetirilməsindən asılı edilə bilər. “Ə.Ə.İbrahimovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə kollegiyasının 11 iyul 2003-cü il tarixli qərarının qanuniliyinin yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 12 aprel 2004cü il tarixli Qərarında təsbit olunmuş mövqeyə əsasən hər hansı əqdin (o cümlədən alqısatqı müqaviləsinin) etibarlılığı üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəlləd ə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 89.1-ci maddəsinə əsasən yazılı sübutlar—iş üçün əhəmiyyətli hallar barədə məlumat verən, notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. 77.1. hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiya məhkəməsinin qətnamə və ya qərardadının dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən mübahisəli hüquq münasibətlərini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Kassasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, işin faktiki hallarını araşdıran apellyasiya instansiyası məhkəməsi səlahiyyəti çərçivəsində işdə olan sübutları Azərbaycan Respublikası MPM-in 88-ci maddəsinə uyğun qiymətləndirmişdir. Mülki qanunvericiliyin tələblərinə əsasən əqdin etib arsız hesab olunması üçün aşağıdakı ünsürlərdən heç olmasa biri qüsurlu olmalıdır: subyekt tərkibi; məzmunu; forması; iradə və iradə ifadəsi. Yuxarıda qeyd olunduğu kimi, iddiaçı cavabdehlə arasında bağlanmış əqdin etibarlılığını -aralarında formalaşmış münasibətlərin davam etdilməsinə zəmin yaratmaq, cavabdehin hərəkətləri nəticəsində bu münasibətlərə son qoyulması, bu səbəbdən mənzilin ona qaytarılmasına dair tələbinə əhəmiyyət verilməməsi və mənzilin onun iradəsindən asılı olmayaraq alqı-satqı müqaviləsi ilə özgəninkiləşdirilməsi əsasları ilə mübahisələndirmişdir. Lakin qeyd edilməlidir ki, müqavilələr bunları bağlamaq səlahiyyətlərinə malik olan şəxslər tərəfindən bağlanaraq təsdiq edilmiş, bağışlama müqaviləsində isə onun hər hansı halla şərtləndirilməsi qeyd olunmamışdır. İddiaçının istinad etdiyi dəlillər heç bir halda müqavilənin etibarsız hesab edilməsi əsasları kimi qəbul edilə bilməz. Alqı-satqı müqaviləsi bağlanarkən isə onun hər hansı razılığının alması yolverilən olmamışdır. Nəqliyyat vasitəsinə münasibətdə isə məhkəmələr düzgün olaraq qeyd etmişlər ki, nəqliyyat vasitəsi cavabdehin mülkiyyətində olmuş və onun dəyərinin isə iddiaçı tərəfindən ödənilməsini təsdiq edən heç bir sübut mövcud olmamışdır. Qeyd edilməlidir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir, hər bir tərəf isə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni subutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Resp ublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş subutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. İşin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutlar təqdim olunması iddiaçının birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz. Azərbaycan Respublikasının MPM-in 106.1-ci maddəsinə görə işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Qanunvericiliyin yuxarıda qeyd olunan normalarına uyğun olaraq məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən iddiaçının dəlillərinə düzgün hüquqi qiymət verilm işdir ki, həmin dəlillər bağlanmış müqavilələrin etibarsızlığı üçün əsas ola bilməz. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan məhkəmə tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prosessual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmışdır. Odur ki, məhkəmə kollegiyası apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, mübahisələndirildən qətnamə qəbul edərkən işin faktiki halları tam, hərtərəfli və obyektiv araşdırılmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanun i və əsaslı qətnamə qəbul etmişdir. Kasasiya şikayətinin dəlilləri əsassızdır, həmin dəlillər apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417, 419 və 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-3312/2020 nömrəli iş üzrə 09 iyun 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlansın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar