Məhkəmə qərarları › İş №2(102)-7791/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-7791/2019

27.12.2019 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-7791/2019 27.12.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlunun sədrliyi və məruzəsi ilə, Kalbalıyev Aslan Kalbalı oğlu, İbayev Vəfaddin Ələm oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Xnın katibliyi, Cavabdeh1, cavabdehin vəkili X1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 MMC-yə qarşı “müqavilənin və maliyyə arayışının etibarsız hesab edilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin MK-nın 19 iyun 2019-cu il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN E TDİ: Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 31 yanvar 2019-cu il tarixli qətnaməsi ilə (hakim T.Xəlilova) İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 MMC-yə qarşı “müqavilənin və maliyyə arayışının etibarsız hesab edilməsi” tələbinə dair iddiası təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin MK-nın 19 iyun 2019-cu il tarixli qətnaməsi ilə (sədrlik edən A.İmanov, hakimlər A.Hüseynov və V.Sadıqov) İddiaçı apellyasiya şikayəti təmin edilməmiş, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 31 yanvar 2019-cu il tarixli qətnaməsi İddiaçı münasibətdə dəyişdirilmədən saxlanılmışdır. KASSASİYA ŞİKAYƏTİNİN DƏLLİLƏRİ İddiaçı kassasiya şikayəti ilə Azərbaycan Respublikası Ali Məhkəməsi MK-ya müraciət edərək şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsi işə mahiyyəti üzrə baxarkə n və qətnamə çıxararkən Azərbaycan Respublikası mülki və mülki prosessual qanunvericiliyinin tələblərini pozmuş, iş üçün əhəmiyyət kəsb edən bütün faktiki halları aydınlaşdırmamışdır. Ona görə də Bakı Apellyasiya Məhkəməsinin MK-nın 19 iyun 2019-cu il tarixli qətnaməsinin tamamilə ləğv edilməsini və iş üzrə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Hüquqi məsələlər: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 MMC ilə Cavabdeh1 arasında Bakı şəhərii, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivində inşa olunan binanın 8-ci giriş, 10-cu mərtəbəsində yerləşən 91.53 kv.metr sahəsi olan 2 otaqlı 797 saylı mənzil ilə bağlı bağlanmış müqavilənin və eyni tarixli maliyyə arayışının etibarsız hesab edilməsi barədə qətnamə çıxarılm asını xahiş etmişdir. İş üzrə mübahisə apellyasiya instansiyası məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 15 mart 2014-cü il tarixli qətnaməsindən görünür ki, iddiaçı ilə Cavabdeh2 MMC arasında bağlanmış 19 oktyabr 2007-ci il tarixli 29.07 saylı mənzilə dair müqaviləyə əsasən Yeni Yasamal massivində yerləşən 8-ci blok, 10-cu mərtəbə, ümumi sahəsi 91.53 kv.m olan 797 nömrəli 2 otaqdan ibarət mənzil üzərində iddiaçı Cavabdeh1 mülkiyyət hüququ əsasında sahiblik və istifadə hüquqları nın tanınmasına dair iddiası təmin edilmiş və həmin qətnamədə müəyyən olunmuşdur ki, sözügedən mənzil və bina Cavabdeh2 MMC və “xxxx” MMC-yə məxsusdur. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 15 mart 2014-cü il tarixli qətnaməsindən Cavabdeh2 MMC tərəfindən apellyasiya şikayəti verilmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 13 iyun 2016-cı il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş və Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 15 mart 2014-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 24 noyabr 2017-ci il tarixli qərardadı ilə üçüncü şəxs “xxxx” MMC-nin Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 15 mart 2014-cü il tarixli qətnaməsindən verdiyi apellyasiya şikayəti qeyri-mümkün hesab edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 27 fevral 2018-ci il tarixli qərarı ilə “xxxx” MMC-nin kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 24 noyabr 2017-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır. Göründüyü kimi Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 15 mart 2014-cü il tarixli qətnaməsi qanuni qüvvəsini almış, Cavabdeh1 ilə “Cavabdeh2" MMC arasında bağlanmış 19 oktyabr 2007-ci il tarixli 29.07 saylı mənzilə dair müqaviləyə əsasən Yeni Yasamal massivində yerləşən 8-ci blok, 10-cu mərtəbə, ümumi sahəsi 91.53 kv.m olan 797 nömrəli 2 otaqdan ibarət mənzil üzərində iddiaçı Cavabdeh1 mülkiyyət hüququ əsasında sahiblik və istifadə hüquqlarının tanınmasına dair iddiası təmin edilmiş və həmin qətnamədə müəyyən olunmuşdur ki, sözüged ən mənzil və bina Cavabdeh2 MMC və “xxxx” MMC-yə məxsusdur. Bununla yanaşı Bakı Şəhər Yasamal Rayon Məhkəməsinin 15 mart 2014-cü il tarixli qətnaməsindən görünür ki, iddiaçı ilə Cavabdeh2 MMC arasında bağlanmış 19 oktyabr 2007-ci il tarixli 29.07 saylı mənzilə dair müqaviləyə əsasən Yeni Yasamal massivində yerləşən 8-ci blok, 10-cumərtəbə, ümumi sahəsi 91.53 kv.m olan 797 nömrəli 2 otaqdan ibarət mənzil üzərində iddiaçı Cavabdeh1 mülkiyyət hüququ əsasında sahiblik və istifadə hüquqlarının tanınmasına dair iddiası təmin edilmişdir. Bakı Şəhər Yasamal Rayon Məhkəməsinin 15 mart 2014-cü il tarixli qətnaməsindən Cavabdeh2 MMC tərəfindən apellyasiya şikayəti verilmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 13 iyun 2016-cı il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş və Bakı Şəhər Yasamal Rayon Məhkəməsinin 15 mart 2014-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 24 noyabr 2017- ci il tarixli qərardadı ilə üçüncü şəxs “xxxx” MMC-nin Bakı Şəhər Yasamal Rayon Məhkəməsinin 15 mart 2014-cü il tarixli qətnaməsindən verdiyi apellyasiya şikayəti qeyri-mümkün hesab edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 27 fevral 2018-ci il tarixli qərarı ilə “xxxx” MMC-nin kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 24 noyabr 2017-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır. Göründüyü kimi Bakı Şəhər Yasamal Rayon Məhkəməsinin 15 mart 2014-cü il tarixli qətnaməsi qanuni qüvvəsini almış, Cavabdeh1 ilə Cavabdeh2 MMC arasında bağlanmış 19 oktyabr 2007-ci il tarixli 29.07 saylı mənzilə dair müqaviləyə əsasən Yeni Yasamal massivində yerləşən 8-ci blok, 10-cu mərtəbə, ümumi sahəsi 91.53 kv.m olan 797 nömrəli 2 otaqdan ibarət mənzil üzərində iddiaçı Cavabdeh1 mülkiyyət hüququ əsasında sahiblik və istifadə hüquqlarının tanınmasına dair iddiası təmin edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə görə bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 23 fervral 2016-cı il tarixli q ərarında göstərilmişdir ki, “yalnız məhkəmə tərəfindən qanunla nəzərdə tutulmuş qaydada müəyyən edilmiş, yoxlanılmış və qiymətləndirilmiş faktlar preyudisial əhəmiyyət daşıyır. Mülki prosessual qanunvericiliyə görə isə məhkəmə tərəfindən faktların, halların müəyyən edilməsi, yoxlanılması və qiymətləndirilməsi yalnız məhkəmə aktının əsaslandırıcı hissəsində öz əksini tapmalıdır. Qətnamənin əsaslandırıcı hissəsi baxılan işin mahiyyəti üzrə nəticə çıxarılması üçün əsas yaradaraq mühüm əhəmiyyət daşıyır. Məhkəmə qərarının preyudisiallığı qanuni qüvvəyə minmiş məhkəmə qərarının əsaslandırıcı hissəsində müəyyənləşdirilmiş faktların və hüquq münasibətlərinin işdə iştirak edən şəxslər tərəfindən yenidən mübahisələndirilməsinin, məhkəmə üçün isə onların başqa prosesdə araşdırılmasının və təkzib edi lməsinin mümkünsüzlüyü deməkdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin mənasına görə, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində əks olunmuş, araşdırılmış, qiymətləndirilmiş, tələbin və (və ya) etirazların predmetinə aid olan faktların həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilməsi və yenidən sübut edilməsi yolverilməzdir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirmədən saxlamaqla düzgün nəticəyə gəlmişdir. Yuxarıda göstərilənləri, apellyasiya instansiyası məhkəməsi tərəfindən qətnamənin ləğv edilməsinə əsas olan maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilmədiyini əsas tutaraq m əhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin edilmədən apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 416, 417, 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin MK-nın 19 iyun 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar