Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-7797/2019 27.12.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlunun sədrliyi və məruzəsi ilə, Kalbalıyev Aslan Kalbalı oğlu, İbayev Vəfaddin Ələm oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Xnın katibliyi, cavabdeh X1nun, vəkili X3 iştirakı ilə, İddiaçı BOKT ASC-nin cavabdehlər X1na və X1 qarşı “borcun tutulması, tələbin ipoteka predmetinə yönəldilməsi və ipoteka predmetinin açıq hərracdan satılması” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin MK-nın 14 avqust 2019-cu il tarixli qərardadından cavabdeh X1 tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 30 may 2019-cu il tarixli qətnaməsi ilə (hakim S.Mehrəliyev) İddiaçı BOKT ASC-nin cavabdehlər X1na və X1 qarşı “borcun tutulması, tələbin ipoteka predmetinə yönəldilməsi və ipoteka predmetinin açıq hərracdan satılması” tələbinə dair iddiası qismən təmin edilmiş, İddiaçı BOKT ASC ilə X1 arasında bağlanmış 29.08.2017-ci il tarixli kredit müqaviləsinə xitam verilməsi, cavabdeh X1ndan 29.08.2017-ci il tarixli, kredit müqaviləsi üzrə 29.05.2019-cu il tarixinə yaranmış 10717,69 ABŞ dolları əsas, 525,63 ABŞ dolları faiz borcu, 276 ABŞ dolları dəbbə pulu olmaqla, cəmi 11519,32 ABŞ dolları (ödəniş günü rəsmi məzənnəyə uyğun olaraq Azərbaycan manatı ilə) məbləğində borcun və ödənilmiş dövlət rüsumunun 24 manat hissəsi nin İddiaçı BOKT ASC-nin xeyrinə tutulması, tutmanın ipoteka qoyulmuş, Cavabdeh2 mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, ünvan 1 ünvanında yerləşən 32 saylı mənzilə yönəldilməsi və mənzilin ilkin satış qiymətinin 74000 manat müəyyən edilməklə açıq hərracda satış yolu ilə realizə edilməsi, satışdan əldə edilmiş məbləğin iddia tələbi həcmində borcun ödənilməsinə yönəldilməsi,Bakı şəhəri, Xətai rayonu, ünvan 1 ünvanında yerləşən 32 saylı mənzil açıq hərracda satıldıqdan 1 ay sonra Cavabdeh2 əşyaları ilə birlikdə həmin mənzildən çıxarılması qət edilmiş, iddia tələbi qalan hissədə təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin MK-nın 14 avqust 2019-cu il tarixli qərardadı ilə (sədrlik edən A.İmanov, hakimlər İ.Xəlilov və V.Sadıqov) Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 30 may 2019-cu il tarixli qətnaməsindən cavabdehlər tərəfindən birgə verilmiş apellyasiya şikayətinə baxılması qeyri-mümkün hesab edilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLLİLƏRİ Cavabdeh X1 kassasiya şikayəti ilə Azərbaycan Respublikası Ali Məhkəməsi MK-ya müraciət edərək şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsi işə mahiyyəti üzrə baxarkən və qətnamə çıxararkən Azərbaycan Respublikası mülki və mülki prosessual qanunvericiliyinin tələblərini pozmuş, iş üçün əhəmiyyət kəsb edən bütün faktiki halları aydınlaşdırmamışdır. Ona görə də Bakı Apellyasiya Məhkəməsinin MK-nın 14 avqust 2019-cu il tarixli qərardadının tamamilə ləğv edilməsini və iş üzrə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Hüquqi məsələlər: İddiaçı BOKT ASC cavabdehlər X1na və Cavabdeh2 qarşı “borcun tutulması, t ələbin ipoteka predmetinə yönəldilməsi və ipoteka predmetinin açıq hərracdan satılması tələbinə dair” iddia ərizəsi, daha sonra iddia tələbinin həcminin artırılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək, tərəflər arasında bağlanmış 29.08.2017-ci il tarixli kredit müqaviləsinə xitam verilməsi, cavabdeh X1ndan iddiaçının xeyrinə 29.05.2019-cu il tarixinə yaranmış 10717,69 ABŞ dolları əsas, 525,63 ABŞ dolları faiz borcu, 3276 ABŞ dolları dəbbə pulu olmaqla, cəmi 14519,32 ABŞ dolları borcun və 30 manat məbləğində dövlət rüsumunun tutulması, tələbin Cavabdeh2 mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, ünvan 1 ünvanında yerləşən 32 saylı mənzilə yönəldilərək açıq hərracda satılması, satışdan əldə olunmuş pul vəsaiti hesabına iddia təlıəbinin ödənilməsi, ipoteka predmeti açıq hərracda sat ıldıqdan sonra cavabdehin ən geci 1 ay ərzində ipoteka predmeti olan əmlakdan əşyaları ilə birlikdə çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 30 may 2019-cu il tarixli qətnaməsi ilə İddiaçı BOKT ASC-nin cavabdehlər X1na və X1 qarşı “borcun tutulması, tələbin ipoteka predmetinə yönəldilməsi və ipoteka predmetinin açıq hərracdan satılması” tələbinə dair iddiası qismən təmin edilmiş, İddiaçı BOKT ASC ilə X1 arasında bağlanmış 29.08.2017-ci il tarixli kredit müqaviləsinə xitam verilməsi, cavabdeh X1ndan 29.08.2017-ci il tarixli, kredit müqaviləsi üzrə 29.05.2019-cu il tarixinə yaranmış 10717,69 ABŞ dolları əsas, 525,63 ABŞ dolları faiz borcu, 276 ABŞ dolları dəbbə pulu olmaqla, cəmi 11519,32 ABŞ dolları (ödəniş günü rəsmi məzənnəyə uyğun olara q Azərbaycan manatı ilə) məbləğində borcun və ödənilmiş dövlət rüsumunun 24 manat hissəsinin İddiaçı BOKT ASC-nin xeyrinə tutulması, tutmanın ipoteka qoyulmuş, Cavabdeh2 mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, ünvan 1 ünvanında yerləşən 32 saylı mənzilə yönəldilməsi və mənzilin ilkin satış qiymətinin 74000 manat müəyyən edilməklə açıq hərracda satış yolu ilə realizə edilməsi, satışdan əldə edilmiş məbləğin iddia tələbi həcmində borcun ödənilməsinə yönəldilməsi,Bakı şəhəri, Xətai rayonu, ünvan 1 ünvanında yerləşən 32 saylı mənzil açıq hərracda satıldıqdan 1 ay sonra Cavabdeh2 əşyaları ilə birlikdə həmin mənzildən çıxarılması qət edilmiş, iddia tələbi qalan hissədə təmin edilməmişdir. Həmin qətnamədən X1 və X2 apellyasiya şikayəti verərək, Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 30 may 20 19-cu il tarixli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdirlər. Həmin şikayət üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, 14.01.2019-cu il tarixdə ölmüş iddiaçı Cavabdeh2 08.07.2019-cu il tarixdə apellyasiya şikayəti verməsi qeyri mümkün olduğundan, verilmiş apellyasiya şikayətinin kimin tərəfindən imzalanması müəyyən edilmədiyindən apellyasiya şikayətinə baxılması qeyri-mümkündür. İş materiallarından görünür ki, 14 yanvar 2019-cu ildə cavabdeh X2 vəfat etmişdir. Məhkəmə kollegiyası izahatları dinləyib, kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti təmin edilməklə apellyasiya məhkəməsinin qərardadı ləğv edilməli və iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmalıdır. Mülki Prossesual Məcəllənin 364-cü maddəsinə əsasən birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 361-ci maddəsinin tələblərinə cavab verən apellyasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində apellyasiya instansiyası məhkəməsinə göndərilir. Həmin Məcəllənin 366.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Həmin M əcəllənin 363-cü maddəsində apellyasiya şikayətinin geri qaytrarılması əsasları nəzərdə tutulmuşdur.Həmin maddəyə əsasən apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən aşağıdakı hallarda qaytarılır: -apellyasiya şikayəti imzalanmamışdırsa və ya onu imzalamağa hüququ olmayan şəxs və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışdırsa; -apellyasiya şikayətinə müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənədlər əlavə olunmamışdırsa, qanunla dövlət rüsumunun ödənilməsinə möhlət verilməsi, hissə-hissə ödənilməsi və ya onun məbləğinin azaldılması imkanı nəzərdə tutulmuşdursa, bu barədə vəsatət olmadıqda və ya vəsatət rədd edilmişdirsə; -apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə; -apellyasiya şikayətinin icraat a qəbul edilməsi haqqında qərardad işdə iştirak edən şəxslərə göndərilənədək şikayəti verən şəxsin onun geri qaytarılması haqqında ərizəsi daxil olmuşdursa. Göründüyü kimi tərəflərdən birinin vəfat etməsi halında qanunvericilikdə apellyasiya şikayətinin qeyri-mümkün hesab olunması üçün əsas kimi nəzərdə tutulmamışdır. Digər tərəfdən Mülki Prossesual Məcəllənin 58-ci maddəsinə əsasən barəsində mübahisə edilən hüquq münasibətində və ya qətnamə ilə müəyyən edilən hüquq münasibətində tərəflərdən biri sıradan çıxdıqda (şəxs öldükdə, hüquqi şəxs yenidən təşkil edildikdə, tələb güzəşt edildikdə, borc köçürüldükdə və maddi hüquq münasibətlərində şəxslərin dəyişməsinin digər hallarında) məhkəmə həmin tərəfi onun hüquq varisi ilə əvəz etməyə yol verir. Hüquq varisliyi prosesin hər hansı mərhələsində mümkündür. Hüquq varisi prosesə daxil olana qədər prosesdə edilmiş bütün hərəkətlər, onun əvəz etdiyi şəxs üçün məcburi olduğu kimi, hüquqi varisi üçün də məcburidir. Mülki Məcəllənin 1153-cü maddəsinə əsasən şəxsi xarakter daşıyan və yalnız miras qoyana mənsub ola bilən əmlak hüquqları və vəzifələr, habelə qanunda və ya müqavilədə nəzərdə tutulan, yalnız kreditorun və borclunun sağlığında qüvvədə olan və onların ölümü ilə xitam verilən hüquq və vəzifələr mirasın tərkibinə daxil deyildir. Həmin Məcəllənin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Qeyd olunan hüquq normalarının məzmunundan aydın olur ki əgər mübahisəli hüquq münasibəti şəxsi xarakter daşımır sa demeli hüquq varisliyi ilə şəxsin varisinə ötürülə bilər. Hal-hazırkı mübahisə predməti olan hüquq şəxsi xarekter daşımadığından Cavabdeh2 hüquq varisinin olub-olmaması məsələsi aydınlaşdırılmalı olduğu halda apellyasiya instansiyası məhkəməsi bu məsələni aydınlaşdırmadan iddiaçının öldüyünü əsas tutaraq apellyasıya şikayətini qeyri-mümkün hesab etmişdir. Bundan başqa apellyasiya instansiyası məhkəməsi digər apellyator X1nun apellyasiya şikayətinin mümkülyü məsələsinə ümumiyyətlə münasibət bildirməmişdir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qərardadı ləğv edilməli, iş yeni apellyasiya baxışına qaytarılmalı və apellyasiya şikayətinin mümkünlüyü məsələsinə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 58 və 366-cı maddəsin in tələbləri baxımından qiymət verilməlidir. Şərh edilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh X1nun kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin MK-nın 14 avqust 2019-cu il tarixli qərardadı ləğv edilsin. İş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-7797/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-7797/2019
27.12.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver