Məhkəmə qərarları › İş №2(102)-7800/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-7800/2019

24.12.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-7800/2019 24.12.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlunun sədrliyi və məruzəsi ilə, Kalbalıyev Aslan Kalbalı oğlu, İbayev Vəfaddin Ələm oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Xnın katibliyi, iddiaçının nümayəndəsi X2, iddiaçının vəkili X3,cavabdehin vəkili Vəkil iştirakı ilə, İddiaçı MMC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı “daxili lizinq müqaviləsinin ləğv edilməsi, lizinq obyektinin qaytarılması və pul” tələbinə dair ilkin, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 İddiaçı MMC-yə qarşı “zaminlik müqaviləsinə xitam verilməsi” tələb inə dair iddia ərizəsi ilə mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin MK-nın 12 iyun 2019-cu il tarixli qətnaməsindənCavabdeh3 tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 29 yanvar 2018-ci il tarixli qətnaməsi ilə (hakim T.Kərimov) İddiaçı MMC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı “daxili lizinq müqaviləsinin ləğv edilməsi, lizinq obyektinin qaytarılması və pul”xxxxİddiaçı MMC ilə Cavabdeh1 arasında 21 noyabr 2014-cü il tarixdə bağlanmış 14/906 saylı zaminlik müqavilələrinin ləğv edilməsi, müqaviləyə edilmiş əlavə nömrə 1-də göstərilən dəri emalı sexi üçün lizinq obyeki olan 15 növ, cəmi 56 ədəd avadanlıqlar; 2 ədəd mexaniki polad konstruksiya üzərində baraban (iri) 6-8 tonluq, 1 ədəd mexan iki polad konstruksiya üzərində baraban (kiçik) 5 tonluq, 1 ədəd mexaniki polad konstruksiya üzərində baraban (kiçik) 4 tonluq, 1 ədəd mezdril maşını istehsal gücü – 500 ədəd/gün, 1 ədəd ikiləmə lent maşını istehsal gücü – 270yarım dəri/saat, 1 ədəd rəndələmə maşını nəm dəri üçün istehsal gücü – 120 yarım dəri/saat, 1 ədəd rəndələmə maşını quru dəri üçün, 2 ədəd kontaktlı-vakuum quruducusu 3 səviyyəli quruducu, 1 ədəd Press Xırda, 1 ədəd Press İri, 1 ədəd Bölücü Maşın, 40 ədəd dərinin dartılması və qurudulması üçün çərçivələr, 1 ədəd isti suyun və buxarın ötürülməsi üçün avadanlıq Cavabdeh1 alınaraq normal köhnəlmə nəzərə alınmaqla saz vəziyyətdə mülkiyyətçi İddiaçı MMC-yə geri qaytarılması, cavabdehlər Cavabdeh1, X1 və Cavabdeh3 71174.42 manat lizinq borcu, 100 manat cərimə borcu olmaqla ümumilikdə 71274.42 manat borc və 30 manat ödənilmiş dövlət rüsumunun müştərək qaydada tutularaq İddiaçı MMC-yə ödənilməsi, tutmanın bank qarşısında ipoteka ilə yüklü edilmiş, Cavabdeh1 mülkiyyətində olmaqla Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsində yerləşən 0.1742 ha torpaq sahəsinə yönəldilməsi, həmin torpaq sahəsinin ilkin satış (likvid) qiyməti 76500 manat müəyyən edilməklə həmin qiymətlə açıq hərracdan satılması, satışdan əldə ediləcək məbləğdən iddia tələbi həcmində iddiaçının xeyrinə ödənilsin, borc tam ödənildikdən sonra məbləğin qalan hissəsi Cavabdeh1 qaytarılması, ipoteka predmetinin hərracda satışından əldə olunan vəsait borcun ödənilməsinə kifayət etmədiyi halda qalan məbləğ cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada İddiaçı MMC-yə ödənilməsi qət edilmiş, ilk iddia dəbbə pulunun qalan hissəsində tutulması hissədə təmin edilməmiş, qareşılıqlı iddia tələbi üzrə iddiaçı Cavabdeh3 cavabdehlər İddiaçı MMC-yə və Cavabdeh1 qarşı “zaminlik müqaviləsinə xitam verilməsi” tələbinə dair iddiası rədd edilmiş, qarşılıqlı iddia tələbi üzrə ödənilmiş dövlət rüsümu iddiaçının özünə aid edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin MK-nın 13 iyul 2018-ci il tarixli qətnaməsi ilə (sədrlik edən İ.Şirinov, hakimlər T.Səmədov və E.Kazımov) Cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin olunmuş, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 29 yanvar 2018-ci il tarixli qətnaməsi qismən, ilkin iddianın Cavabdeh3 aid hissəsində ləğv edilmiş və ilkin iddia ona aid hissədə təmin edilməmiş, Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamış, qət namə cavabdehlərin apellyasiya şikayətlərinə münasibətdə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Ali Məhkəmənin MK-nın 13 mart 2019-cu il tarixli qətnaməsi ilə (sədrlik edən E.Vəliyeva, hakimlər Q.Əsgərov və S.Hacıyev) İddiaçı MMC-nin kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin MK-nın 13 iyul 2018-ci il tarixli qətnaməsi qismən, ilkin iddianın Cavabdeh3 aid hissədə rədd edilməsi hissəsində ləğv edilmiş və iş həmin hissədə yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin MK-nın 12 iyun 2019-cu il tarixli qətnaməsi ilə (sədrlik edən A.İmanov, hakimlər A.Hüseynov və V.Sadıqov) ilkin iddia üzrə cavabdeh (qarşılıqlı iddiaçı) Cavabdeh3 apellyasiya şikayəti təmin edilməmiş, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 29 yanvar 2018-ci il tarixli qətnaməsi ilkin iddia üzrə cavabdeh (qarşılıqlı iddiaçı) Cavabdeh3 aid hissədə dəyişdirilmədən saxlanılmışdır. KASSASİYA ŞİKAYƏTİNİN DƏLLİLƏRİ Cavabdeh3 kassasiya şikayəti ilə Azərbaycan Respublikası Ali Məhkəməsi MK-ya müraciət edərək şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsi işə mahiyyəti üzrə baxarkən və qətnamə çıxararkən Azərbaycan Respublikası mülki və mülki prosessual qanunvericiliyinin tələblərini pozmuş, iş üçün əhəmiyyət kəsb edən bütün faktiki halları aydınlaşdırmamışdır. Ona görə də Bakı Apellyasiya Məhkəməsinin MK-nın 12 iyun 2019-cu il tarixli qətnaməsinin tamamilə ləğv edilməsini və iş üzrə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Hüquqi məsələlər: İddiaçı MMC cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı "d axili lizinq müqaviləsinin ləğv edilməsi, lizinq obyektinin qaytarılması və pul" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 14/906 saylı daxili lizinq müqaviləsinin və 14/906 saylı zaminlik müqavilələrinin ləğv olunması, müqaviləyə edilmiş əlavə 1-də göstərilən dəri emalı sexi üçün 15 növ, cəmi 56 ədəd avadanlığın - 2 ədəd mexaniki polad konstruksiya üzərində baraban (iri) 6-8 tonluq, 1 ədəd mexaniki polad konstruksiya üzərində baraban (kiçik) 5 tonluq, 1 ədəd mexaniki polad konstruksiya üzərində baraban (kiçik) 4 tonluq, 1 ədəd yarımfabrikat üçün baraban (pasatmayan polad), 1 ədəd mezdril maşını istehsal gücü - 500 ədəd/gün, 1 ədəd ikiləmə lent maşını istehsal gücü - 270 yarım dəri/saat, 1 ədəd sıxıcı maşın istehsal gücü - 180 bütöv dəri/saat, 1 ədəd rəndələmə maşını nəm d əri üçün istehsal gücü - 120 yarım dəri/saat, 1 ədəd rəndələmə maşını quru dəri üçün, 2 ədəd kontaktlı-vakuum quruducusu 3 səviyyəli quruducu, 1 ədəd Press Xırda, 1 ədəd Press İri, 1 ədəd Bölücü Maşın, 40 ədəd dərinin dartılması və qurudulması üçün çərçivələr, 1 ədəd isti suyun və buxarın ötürülməsi üçün avadanlığın Cavabdeh1 təhvil alınaraq "İddiaçı" MMC-yə geri qaytarılması və əsas məbləğ üzrə 71174.42 manat, hesablanmış dəbbə pulu üzrə 10296.69 manat, cəmi 81471.11 manat məbləğində pulun və iddia ərizəsinin verilməsi üçün iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 tutularaq iddiaçı "İddiaçı" MMC-nin hesabına ödənilməsi, həmin borc məbləğinin Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışa əsasən Cavabdeh1 xüsusi mülkiyyətində ola n Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsində yerləşən torpaq sahəsinə yönəldilməsi, torpaq sahəsinin açıq hərracda satılması və satışından əldə edilən məbləğ hesabına iddiaçı "İddiaçı" MMC-nə olan borcun ödənilməsi, ipoteka predmetinin hərracda satışından əldə olunan məbləğ kifayət etmədikdə qalan məbləğin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 tutularaq "İddiaçı" MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh3 İddiaçı MMC-yə və Cavabdeh1 qarşı “zaminlik müqaviləsinə xitam verilməsi” barədə qarşılıqlı iddia tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı MMC ilə onun arasında bağlanmış 21 noyabr 2014-cü il tarixli zaminlik müqaviləsinə xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə mübahisə apellyasiya instansiyas ı məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan lizinq verən İddiaçı MMC ilə lizinq alan Cavabdeh1 arasında 21 noyabr 2014-cü il tarixdə bağlanmış daxili lizinq müqaviləsindən görünür ki, lizinq verən tərəfindən lizinq obyektini lizinq alanın müraciəti əsasında Lizinq ödənişlərinin həyata keçirilməsi müqabilində lizinqə verilməsi, lizinq alan tərəfindən isə lizinq ödənişlərinin ödəniş cədvəlinə müvafiq olaraq ödənilməsi, lizinq alanın burada nəzərdə tutulmuş öhdəlikləri Lizinq verən tərəfindən qənaətbəxş hesab edilən şəxs in təqdim etdiyi zaminlik müqaviləsi ilə təmin edilməsi müqavilənin predmetini təşkil etmişdir. Müqavilənin 3.2-ci bəndinə əsasən lizinq müddəti transfer tarixindən başlayaraq bitmə tarixində sona çatmaqla 36 ay təşkil edir. Müqavilənin 5.1 -ci bəndinə əsasən lizinq obyektinin lizinq alana təhvil-təslim edilməsi lizinq verən, lizinq alan və ya satıcının nümayəndələri tərəfindən təhvil-təslim Protokolunda göstərilmiş yerdə həyata keçirilməlidir. Həmçinin iş materiallarında olan 21 noyabr 2014-cü il tarixli daxili lizinq müqaviləsinə əlavə nömrə 1-də lizinq obyektlərinin təsviri, çeşidi və dəyəri lizinq alanla razılaşdırılmışdır. Bundan başqa iş materiallarında olan Lizinq müqaviləsinə 3 saylı əlavə olan 21 noyabr 2014-cü il tarixli "Təhvil-təslim protokolu"ndan görünür ki, lizinq obyekti ki mi müqaviləyə əlavə nömrə 1-də göstərilən avadanlıqlar tam saz vəziyyətdə, heç bir çatışmamazlıq olmadan lizinq alan Cavabdeh1 müvəqqəti sahibliyinə təhvil verilmişdir. Lizinq alan tərəfindən tərkib, komplektlilik, miqdar, keyfiyyət və ya hər hansı digər məsələ haqqında heç bir iddia yoxdur. İş materiallarında olan lizinq müqaviləsinə əlavə nömrə 2-də nəzərdə tutulmuş 21 noyabr 2014-cü il tarixli ödəniş cədvəlinə əsasən dəyəri 24000 manat təşkil edən lizinq obyektləri üçün lizinq alan 24 noyabr 2014-cü il tarixdə 512 manat, sonrakı hər ay isə 900 manatdan olmaqla ödənişlər etməklə 21 noyabr 2017-ci il tarixinədək ümumilikdə 32913 manat lizinq ödənişləri etməyi, 09 dekabr 2014-cü il tarixli ödəniş cədvəlinə əsasən dəyəri 48000 manat təşkil edən lizinq obyektləri üçün lizinq alan 09 dekabr 2 014-cü il tarixdə 960 manat, sonrakı hər ay isə 1688 manatdan olmaqla ödənişlər etməklə 09 dekabr 2017-ci il tarixinədək ümumilikdə 61711 manat lizinq ödənişləri etməyi, 25 dekabr 2014-cü il tarixli ödəniş cədvəlinə əsasən dəyəri 48000 manat təşkil edən lizinq obyektləri üçün lizinq alan 25 dekabr 2014-cü il tarixdə 960 manat, sonrakı hər ay isə 1688 manatdan olmaqla ödənişlər etməklə 25 dekabr 2017-ci il tarixinədək ümumilikdə 61711 manat lizinq ödənişləri etməyi öhdəsinə götürmüşdür. Eyni zamanda iş materiallarında olan İddiaçı MMC-nin arayışından görünür ki, Cavabdeh1 lizinq müqaviləsi üzrə 11 yanvar 2017-ci il tarixinə lizinq ödənişləri üzrə əsas borcu 71174.42 manat, hesablanmış cərimə borcu isə 10296 manat olmaqla, cəmi 81471.11 manat təşkil etmişdir. Həmçinin iş materiallarında ol an İddiaçı MMC ilə zaminlər Cavabdeh3 və Cavabdeh2 arasında 21 noyabr 2014-cü il tarixdə bağlanmış "zaminlik" müqavilələrindən görünür ki, zaminlər lizinq alan Cavabdeh1 21 noyabr 2014-cü il tarixdə bağlanmış 14/906 saylı daxili lizinq müqaviləsindən (ona edilmiş bütün əlavə və dəyişikliklərlə birlikdə) irəli gələn öhdəliyinin tam həcmdə icra edilməsini öz üzərlərinə götürmüşlər. Bundan başqa iş materiallarında olan iddiaçı (ipoteka saxlayan) İddiaçı MMC ilə cavabdeh (ipoteka qoyan) Cavabdeh1 arasında 09 dekabr 2014-cü il tarixdəbağlanmış ipoteka müqaviləsindən görünür ki, 21 noyabr 2014-cü il tarixdə bağlanmış daxili lizinq müqaviləsindən irəli gələn öhdəliklərin icrasını təmin etmək məqsədilə Cavabdeh1 mülkiyyətində olan Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsində yerləşən, sahəsi 0.1742 he ktar olan torpaq sahəsini lizinq verən qarşısında ipoteka ilə yüklü edilmişdir. Həmin ipoteka müqaviləsinin 1.4-cü bəndinə əsasən ipoteka predmetinin dəyəri 87100 manat müəyyən edilmişdir. İş materiallarında olan cavabdehlərə 12 yanvar 2017-ci il tarixdə göndərilmiş bildirişlərdən görünür ki, cavabdehlərdən müqavilələr üzrə öhdəliklərinin icrası tələb edilmiş və əks təqdirdə məhkəmədə iddia qaldırılacağı nəzərinə çatdırılmışdır. İş materiallarında olan qiymətləndirmə ekspertizasının rəyinə əsasən Cavabdeh1 məxsus ipoteka predmeti olan Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsində yerləşən, sahəsi 0.1742 hektar olan torpaq sahəsinin bazar dəyəri 85000 manat, likvid dəyəri 76500 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 741.1 -ci maddəsinə əsasən lizinq müqaviləsinə görə, lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 470-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hiss ə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Zaminlik müqaviləsi gələcəkdə yaranacaq öhdəliyin təmin edilməsi üçün də bağlana bilər Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 472.1-ci və 472.2-ci maddələrinə əsasən, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıy ır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Göründüyü kimi, qanunvericiliyin tələblərinə əsasən zamin zaminlik müqaviləsi bağlandığı andan öz üzərinə öhdəlik götürmüş olur, lakin bu öhdəlik üzrə zaminin məsuliyyəti borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə yaranır. Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1, 470.2 və 471 -ci maddələrinin şərh edilməsinə dair” 2012-ci il 4 sentyabr tarixli Qərarında qeyd etmişdir ki, zaminlik müqaviləsi məhz əsas öhdəliyin icrasını təmin edən üsullardan biri olduğundan belə müqavilədə zaminliklə təmin edilən əsas öhdəliyin müəyyən olunması və ya müəyyən edilə bilməsi mümkün olmalıdır. Buna müvafiq olaraq zaminlik müqaviləsində aşağıdakılar göstərilməlidir: hansı əsas müqaviləyə dair zaminlik yaranır (müqavilənin tərəfləri, tarixi və nömrəsi göstərilməklə); əsas öhdəliyin (borclunun kreditor qarşısında öhdəliyinin) həddi barədə göstəriş. Zaminliklə təmin edilmiş öhdəliyin konkret məbləğinin müqavilədə göstərilməsi mühüm şərtlərdən biridir və zaminin qanuni maraqlarını qorumaq məqsədi daşıyır. Cavabdeh3 ilə iddiaçı arasında bağlanmış 21.11.2014-cü il tarixli zaminlik müqaviləsi aşağıdakı şərtlərinə əsasən: -1.1-ci bəndinə əsasən zamin lizinq verən və Cavabdeh1 arasında bağlanmış 14/906 saylı 21.11.2014-cü il tarixli daxili lizinq müqaviləsi (ona edilmiş bütün əlavə və dəyişikliklərlə birlikdə) üzrə lizinq alanın öhdəliklərinin tamamilə icrası üçün bu Müqavilədə nəzərdə tutulmuş qaydada, həcmdə və şərtlərlə lizinq verən qarşısında məsuliyyət daşıyır. -1.2-ci bəndinə əsasən lizinq alan tərəfindən lizinq müqaviləsi üzrə öhdəliklərin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi təqdirdə zamin və lizinq alan lizinq verən qarşısında birgə məsuliyyət daşıyır. 2.1-ci maddəsinə əsasən zamin bəyan edir ki, lizinq müqaviləsinin şərtləri ona məlumdur, lizinq müqaviləsinin və bu müqavilənin şərtləri ilə tanış olub, onun bu müqavilə və lizinq müqaviləsi üzrə öhdəlik və məsuliyyətinin mahiyyətini və həcmini tam olaraq anlayır. Bundan başqa müqavilənin 3-cü maddəsində zaminin məsuliyyətinin həcmi, onun liz inq alanın lizinq müqaviləsi üzrə bütün öhdəliklərinin lizinq müqaviləsində nəzərdə tutulmuş həcmdə və qaydada tamamilə icrasına, bu müqavilə üzrə öhdəliklərin icra edilməməsi və ya lazımi qaydada icra edilməməsi nəticəsində pozulmuş hüquqların bərpasına çəkilən xərclərin və lizinq verənə dəymiş zərərin tam əvəzinin ödənilməsi üçün məsuliyyət daşıdığı, 4-cü bəndində isə zaminin öhdəliklərinin icra qaydası və müddəti ətraflı göstərilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, zaminlik müqaviləsində zaminliklə təmin edilmiş daxili lizinq müqaviləsinin tərəfləri, tarixi və nömrəsi göstərilmiş, zaminin məsuliyyətinin həcmi müəyyən edilmiş, həmçinin zaminin daxili lizinq müqaviləsinin şərtləri ilə tanış olduğu, lizinq müqaviləsi üzrə öhdəlik və məsuliyyətinin mahiyyətini və həcmini tam olaraq anl adığı bəyan edilmişdir. Bundan başqa, daxili lizinq müqaviləsində ödəniləcək lizinq ödənişinin məbləği, müddəti dəqiq müəyyən olunmuşdur. İş materiallarından da müəyyən olunur ki, iddiaçı ilə Cavabdeh1 arasında qanunla müəyyən edilmiş qaydada lizinq və ipoteka müqavilələri, digər cavabdehlərlə zaminlik müqavilələri bağlanmış, həmin müqavilələrə əsasən tərəflər arasında öhdəliklər yaranmış iddiaçı tərəfindən öhdəliklər yerinə yetirilmiş, Cavabdeh1 iddiaçı ilə cavabdeh arasında bağlanmış lizinq müqaviləsinə dair üzərinə düşən öhdəliklərini yerinə yetirmədiyi üçün cavabdeh iddiaçı qarşısında məsuliyyət daşıyır və qeyd edilən maddi hüquq normalarına əsasən iddiaçının həmin cavabdehə qarşı irəli sürdüyü lizinq müqaviləsi üzrə tələbi əsaslıdır. Həmçinin lizinq alan zaminliklə təmin edilmiş öhdəl iyi icra etmədiyinə və ya lazımınca icra etmədiyinə görə, zamin Cavabdeh3 və lizinq alan lizinq verən qarşısında birgə məsuliyyət daşıyırlar. Bu isə o qənaətə gəlməyə əsas verir ki, apellyasiya instansiya məhkəməsi mübahisənin həllinə düzgün yanaşmış, zaminlik müqaviləsinin bütün şərtlərini, tərəflərin iradə ifadəsinin həqiqi mənasını nəzərə almış və müqaviləni Mülki Məcəlləni 404-cü maddəsinə uyğun təfsir etmişdir. Belə ki, Mülki Məcəllənin 404.1-ci maddəsinə əsasən müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Həmin Məcəllənin 404.2-ci maddəsinə əsasən bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədər ki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin tərəflər arasında bağlanmış 21 noyabr 2014cü il tarixli lizinq və zaminlik müqavilələrinin ləğv edilməsi, yuxarıda göstərilən lizinq obyektlərinin normal köhnəlmə nəzərə alınmaqla saz vəziyyətdə mülkiyyətçi İddiaçı MMCyə geri qaytarılması, cavabdehlərdən 71174.42 manat lizinq borcunun müştərək qaydada tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnaməsini dəyişdirmədən saxlamaqla düzgün nəticəyə gəlmişdir. Kassasiya şikayətinin dəlilinə gəldikdə isə kollegiya qeyd edir ki, kassasiya şikayəti ndə göstərilənlər formal mülahizələrdən ibarət olmaqla, yuxarıda qeyd olunanlara əsasən əsaslı sayıla və təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1 -ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir Yuxarıda göstərilənləri, apellyasiya instansiyası məhkəməsi tərəfindən qətnamənin ləğv edilməsinə əsas olan maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilmədiyini əsas tutaraq məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin edilmədən apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 416, 417, 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh3 kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin MK-nın 12 iyun 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar