Məhkəmə qərarları › İş №2(102)-7821/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-7821/2019

16.12.2019 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-7821/2019 16.12.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (sədrlik edən və məruzəçi - hakim), Əsgərov Qürbət Ağa oğlu, Hacıyev Sənan Firudin oğlundan ibarət tərkibdə, X1 oğlunun katibliyi, İddiaçı, cavabdehin vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh “xxxx” ASC-nə qarşı “borcun silinməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 19 avqust 2019-cu il tarixli 2(103)-11110/2019 nömrəli qətnaməsindən cavabdeh “xxxx” ASC-nin nümayəndəsi X və vəkili Vəkil tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh “xxxx” Açıq Səhmdar Cəmiyyətinə qarşı borcun silinməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən evə əsassız olaraq borc kimi yazılan 3340 manat pul vəsaitinin və sayğac borcunun “xxxx” Açıq Səhmdar Cəmiyyəti tərəfindən silinməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında yerləşən mənzil ona məxsusdur. “xxxx” Açıq Səhmdar Cəmiyyəti tərəfindən həmin fərdi yaşayış evində dəfələrlə sayğac dəyişdirilmişdir. Həmin evdə yaranan borclar “xxxx” Açıq Səhmdar Cəmiyyətinin sayğaclarının düzgün işləməməsi və onun müraciətinə baxılmaması səbəbindən yığılmışdır. Ona hesablanan 3340 manat dəyərində borc “xxxx” Açıq Səhmdar Cəmiyyətinin sayğaclarının dövlət standartla şmasından keçmədən düzgün işləməyən sayğacların qoyulması nəticəsində yaranmışdır. Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin (hakim Məhəmməd Rüstəmli) 2(001)-4331/2019 saylı 14 iyun 2019-cu il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, İddiaçı (Abunə hesabı: **********02317) işıqdan istifadəyə görə hesablanmış 3.261,12 (üç min iki yüz altmış bir manat, on iki qəpik) manatın və sayğaca görə hesablanmış borcun silinməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (sədrlik edən və məruzəçi – Azad İmanov, hakimlər – İsmayıl Xəlilov və Vahid Sadıqov) 2(103)-11110/2019 nömrəli, 19 avqust 2019cu il tarixli qətnaməsi ilə cavabdeh “xxxx” ASC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməyərək, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-4331/2019 nömrəli, 1 4 iyun 2019cu il tarixli qətnaməsi cavabdehə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh “xxxx” ASC-nin nümayəndəsi X və vəkili Vəkil kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 19.08.2019-cu il tarixli qətnaməsinin iddianın qismən təmin edilməsi hissəsində ləğv edilərək iddianın tam rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki,mübahisəli borcun heç də hamısı akt əsasında hesablanmamışdır.3261,12 manatın cəmi 84,28 manatı Rİ 060410 nömrəli 06.03.2017-ci il tarixliakta əsasən hesablanmış borcdur. Abonentə elektrik enerjisindən sayğacsız istifadəetdiyinə görə 18.09.2008-ci il tarixdə 76.98 manat, elektrik sayğacının quraşdırılmasınagörə 86.76 manat, istehlak gücünə görə 69,50 manat, sayğacın təhvil verilməməsinə görə101.22 manat və dəbbə pulu 1 manat hesablanmışdır. Məhkəmənin sildiyi 3261,12manatın 2841,38 manatı isə limitdən artıq sərfiyyatdır və həmin məbləğ sırf sayğacgöstəricisi əsasında abonent tərəfindən istifadə olunmuş elektrik enerjisinindəyəridir. Belə ki, Azərbaycan Respublikasının Tarif Şurasının 28.11.2016-cı il tarixli,17 saylı "Elektrik enerjisinin ölkədaxili tariflərinin tənzimlənməsi" barədə qərarınavə həmin qərara edilmiş dəyişikliyə əsasən əhali abonentləri üzrə istehlak olunmuşelektrik enerjisinin dəyərinin hesabatı aylıq istehlak həcminin 300 kVts-a qədər olan hissəsi üçün 7 qəpikdən, aylıq istehlak həcminin 300 kVts-dan çox olan hissəsi üçün11 qəpikdən aparılır. Məhkəmənin silinməsini qət etdiyi 2841,38 manat da abone nttərəfindən aylıq istehlak olunmuş elektrik enerjisinin həcminin 300 kVts-dan çoxhissənin dəyəridir. Birinci və apellyasiya instansiyaməhkəmələri tərəfindən heç bir araşdırma aparılmamış, iş üzrə toplanmış sənədlərədüzgün hüquqi qiymət verilməmiş, iş materiallarına əlavə olunmuş sənədlər təhrif edilmiş bununla da borcun silinməsi barədə qanunsuz və əsassız nəticəyə gəlmişdirlər. Prosessual məsələlər: Cavabdehin vəkili Vəkil məhkəmə iclasında kassasiya şikayətinin məzmununa uyğun izahat verərək, onun təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı X oğluməhkəmə iclasında vəkilsiz iştirak etdiyinə görə Azərbaycan Respublikası MPM-in 67-ci maddəsinin tələbinə uyğun olaraq iş üzrə onun izahatı dinlənilməmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-in 416-cı maddə sinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş işin hallarından göründüyü kimi, İddiaçı Naib oğlunun (abunə kodu **********02317) barəsində abunə haqqında sənəddən görünür ki, «bağlanan aktlar» bölməsində 03.04.2019-cu il tarixə borc kimi 3.261,12 manat göstərilmişdir. Hazırda İddiaçı Naib oğlunun elektrik enerjisinə görə ümumi borcu 3.339,45 manat təşkil edir. 06 mart 2017-ci il tarixli Aktın və icra vərəqəsinin təsdiq olunmuş surətinə əsasən yoxlama zamanı müəyyən olunmuşdur ki, abonent İddiaçı məxsus sayğacın klemaları qısaqapanma nəticəsində ərimişdir. Sayğacın yenisi ilə əvəz olunması qərara alınmışdır. Birinci inst ansiya məhkəməsi işin hallarına Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli 18 saylı qərarı ilə təsdiq olunmuş «Elektrik enerjisindən istifadə qaydaları»nın 7.1-ci, 7.2-ci, 7.4-cü, 7.6-cı, 7.11-ci, 8.2-ci və 8.4-cü bəndlərini işin müəyyən edilmiş hallarına tətbiq etməklə belə qənaətə gəlmişdir ki, iddia qismən təmin edilməlidir. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq apellyasiya şikayətini təmin etmədən, birinci instansiya məhkəməsinin qətnaməsini apellyasiya şikayətinə əsasən dəyişdirmədən saxlamışdır. Mülki işin materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq kollegiya aşağıda göstərilənlərə əsasən hesab edir ki, apellyasiya instansiya məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün t ətbiq edilməmişdir. Belə ki, İş materiallarında olan 06 mart 2017-ci il tarixli Aktın və həmin akt əsasında tərtib edilmiş Rİ060410 saylı icra vərəqəsinin təsdiq olunmuş surətindən görünür ki, yoxlama zamanı müəyyən olnumuş qüsura görə abonent İddiaçı 1204 kvts əlavə sərfiyyata görə 84,28 manat borc hesablanmışdır və həmin məbləğ İddiaçı Naib oğlunun (abunə kodu **********02317) barəsində abunə haqqında sənədin «bağlanan aktlar» bölməsində də qeyd edilmişdir. Həmin bölmədə qeyd edilən 2841,38 manat limitdən artıq sərfiyyatın dəyəri kimi qeyd edilmişdir. Apellyasiya məhkəməsi 3.261,12 manatın silinməsini qanuni hesab edərkən yalnız cavabdeh tətəfindən məhkəməyə heç bir sübut təqdim edilməməsinə əsaslanmış, silinməsi tələb edilən borcun tərkibinin nədən ibarət olduğunun abonent haqqında sənə ddən aşıq aşkar göründüyünü nəzərə almayaraq, həmin məbləği akt əsasında hesablanmış borc kimi silməklə, sübutları düzgün qiymətləndirməmiş, apellyasiya şikayətinin dəlilərini araşdırmamış, onlara müvafiq qiymət verməmiş, mülki prossesual qanunvericiliyin tələblərini pozmuşdur. Azərbaycan Respublikasının Tarif Şurasının 28.11.2016-cı il tarixli,17 saylı "Elektrik enerjisinin ölkədaxili tariflərinin tənzimlənməsi" barədə qərarınavə həmin qərara edilmiş dəyişikliyə əsasən əhali abonentləri üzrə istehlak olunmuşelektrik enerjisinin dəyərinin hesabatı aylıq istehlak həcminin 300 kVts-a qədər olan hissəsi üçün 7 qəpikdən, aylıq istehlak həcminin 300 kVts-dan çox olan hissəsi üçün11 qəpikdən aparılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 fevral 2005-ci il tarixli 18 nömrəli qərarı ilə təsdiq edilmiş "Elektrik enerjisindən istifadə Qaydaları"nın 7.6-cı bəndinə əsasən istehlakçının, o cümlədən məişət abonentinin təqsirindən hesablaşma elektrik sayğacları zədələndikdə və ya qoşulma sxemi pozulduqda təmir, əvəzetmə və dövlət yoxlanışı onun hesabına yerinə yetirilir. İstehlakçının, o cümlədən məişət abonentinin təqsirindən zədələnmiş və ya itmiş hesablaşma elektrik sayğacının əvəzinə enerjitəchizatı müəssisəsi ondan istismara yararlı yeni elektrik sayğacı və ya onun dəyərini tələb etmək hüququna malikdir. "Elektrik enerjisindən istifadə Qaydaları"nın 8.32-ci bəndinə əsasən məişət abonenti hesablaşma elektrik sayğacından kənar elektrik xətti çəkmişdirsə, yaxud elektrik sayğacının göstərişini təhrif etmək üçün qurğu quraşdırmışdırsa, həmçinin mənzildə quraşdırılmış hesablaşm a elektrik sayğacını zədələyərək onu sıradan çıxarmışdırsa və ya sayğacı sxemdən çıxarmışsa, enerjitəchizatı müəssisəsi onu şəbəkədən açmalı və hesablaşma elektrik sayğacının sonuncu dəfə əvəz olunması və ya qoşulma sxeminin yoxlanması tarixindən sonrakı müddət üçün ancaq Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş iddia müddəti daxilində elektrik enerjisinə görə yenidən hesablaşma aparmağa borcludur. Məişət abonenti tərəfindən göstərilən pozuntulara yol verildikdə, elektrik enerjisindən istifadəyə görə yenidən hesablaşma məişət abonentini qidalandıran elektrik naqilinin cərəyan yükünü, gərgiklik və sutkanın 24 saat ərzində elektrik enerjisindən istifadə edildiyi nəzərə almaqla hesabat aparılması müəyyən edilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, hər hansı iddia tələb i üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir Bu halda isə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. İş üçün əhəmiyyəti olan halların aydınlaşdırılması məhkəmə baxışının mühüm prinsipi olub, Azərbaycan Respublikası MPM-nin 14-cü maddəsi ilə nizama salınır. Azərbaycan Respublikasının MPM-nin 14.2, eləcə də 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiq i izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Azərbaycan Respublikası MPM-nin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Prosessual qanunvericiliyin “iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edilməsi”, “nə kimi halların müəyyən edilməməsi”, “tərəflərin hansı hüquq münasibətində olmaları” barədə tələblərinə riayət olunması üçün ilkin olaraq iş üzrə toplanmış sübutla r qiymətləndirilməlidir. Sübutların qiymətləndirilmısini tənzimləyən MPM-nin 88-ci maddəsi müəyyən edir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, «məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhk əmə öz qətnaməsi ilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir». Azərbaycan Respublikasının Konstitusiyasında ədalət mühakiməsinin həyata keçirilməsinənin əsas prinsipləri kimi işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması (127-ci maddəsinin İİ hissəsi) təsbit olunmuşdur. Kollegiya hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi qətnaməsi qeyd edilən tələblə rə cavab vermir. Apellyasiya instansiyası məhkəməsi işə baxarkən həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmamış, işin faktiki hallarını düzgün müəyyənləşdirməmiş, apellyasiya şikayətinin dəlillərinə müfəssəl hüquqi qiymət verməmiş, beləliklə də, gəldiyi nəticələri maddi və prosessual qanunvericiliyin tələblərinə uyğun olmadığı üçün qanuni və əsaslı sayıla bilməz. Ona görə də qətnamə ləğv edilməli və iş yeni apellyasiya baxışına qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 418.1-ci maddəsinə əsasən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, işə yenidən baxan məhkəmə yuxarıda qeyd olunan nöqsanları ar adan qaldırmaqla yanaşı işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməli, mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməli, apellyasiya şikayətlərinin dəlillərinə eləcə də, araşdırılan sübutlara Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbləri baxımından düzgün qiymət verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416, 417, 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh “xxxx” ASC-nin kassasiya şikayəti qismən təmin edilsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 19 avqust 2019-cu il tarixli 2(103)11110/2019 nömrəli qətnaməsi ləğv edilsin və mülki iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərar q

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar