Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-783/2022 02.03.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Şükürov Kərim İsfəndiyar oğlunun cavabdeh "xxxx" BOKT ASC-yə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: müqavilənin etibarsız sayılması tələbi) Hakimlər Əliyev Zaur Əli oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və Xələfov İlqar Rəhim oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-7491/2021 nömrəli iş üzrə 08 sentyabr 2021-ci il tarixli qətnaməsindən iddiaçı Şükürov Kərim İsfəndiyar oğlu tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı Ş ükürov Kərim İsfəndiyar oğlu ilə Cavabdeh BOKT ASC arasında bağlanmış 03.08.2015-ci il tarixli, 2015/00100-01 saylı istehlak krediti müqaviləsinə, bank iddiaçıya illik 28 faizlə, 60 ay müddətinə 22000 ABŞ dolları məbləğində kredit verilmişdir.
2. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-98/2018 saylı, 19.04.2018-ci il tarixli qətnaməsinə əsasən, "xxxx" BOKT Açıq Səhmdar Cəmiyyəti ilə cavabdeh Şükürov Kərim İsfəndiyar oğlu arasında bağlanmış 13.08.2015-ci il tarixli, 2015/00100-01 saylı kredit müqaviləsi ləğv edilmiş, Şükürov Kərim İsfəndiyar oğlundan 21212.08 ABŞ dolları əsas borc, 6378.38 ABŞ dolları faiz borcu, 66 ABŞ dolları cərimə borcu, cəmi 27637.31 ABŞ dolları borcun, ödəniləcək günə manat ilə məzənnəsi hesablanmaqla və dövlət rüsumu üçün ödənilmiş 31 manat məbləğdə pul vəsaitinin Finoko BOKT ASC-nin xeyrinə tutulması, tələbin Şükürov Kərim İsfəndiyar oğluna məxsus olan Sumqayıt şəhəri, 6-cı mikrorayon, 20 nömrəli evdə (binada) yerləşən 94 nömrəli mənzilə yönəldilməsi və həmin mənzilin ilkin satış qiymətinin 50000 manat müəyyən olunmaqla açıq hərrac vasitəsilə satılması və satışdan əldə olunan pul vəsaiti Şükürov Kərim İsfəndiyar oğlunun Finoko BOKT ASC-yə olan borcunun qaytarılmasına yönədilməsi, borc ödənildikdən sonra, mənzilin satışından artıq qalan məbləğin Şükürov Kərim İsfəndiyar oğluna qaytarılması, iddia tələbinin cavabdehin əşyaları ilə birlikdə Sumqayıt şəhəri, 6-cı mikrorayon, 20 nömrəli evdə (binada) yerləşən 94 nömrəli mənzildən çıxarılması hissəsində təmin edilməməsi qərara alınmışdır.
3. Sumqayıt Apelyasiya Məhkəməsinin 2(105)-1815/2019 saylı, 15.08.2019-cu il tarixli qətnaməsinə əsasən, cavabdeh Şükürov Kərim İsfəndiyar oğlunun apelyasiya şikayəti qismən təmin edilmiş, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-98/2018 saylı, 19.04.2018-ci il tarixli qətnaməsi dəyişdirilmiş, cavabdeh Şükürov Kərim İsfəndiyar oğlundan mühasibatlıq ekspertiza tədqiqatının dəyəri 50 manat Məhkəmə Ekspert mərkəzinin, əmtəəşünaslıq ekspertiza tədqiqatının dəyəri 350 manatın alınaraq “S-Əmlak Qiymətləndirmə Ekspert Mərkəzi MMC-nin hesabına köçürülməsi, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir.
4. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-7993/2019 saylı, 18.12.2019-cu il tarixli qərarı ilə Cavabdeh Şükürov Kərim İsfəndiyar oğlunun kassasiya şikayəti təmin edilməmiş, Sumqayıt Apelyasiya Məhkəməsinin 2(105)- 1815/2019 saylı, 15.08.2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı Şükürov Kərim İsfəndiyar oğlu cavabdeh "xxxx" BOKT ASC-yə qarşı iddia ərizəsi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh ilə onun arasında bağlanmış 2015/00100 saylı, 03 avqust 2015-ci il tarixli kredit müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
6. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışdır ki, Cavabdeh Bank Olmayan Kredit X1 Cəmiyyəti tərəfindən kredit borcu, faizlər və cərimə borcu həddən artıq şişirdilmiş və düzgün müəyyən edilməmişdir. Müqavilə üzrə öhdəliklərin yerinə yetirilməsində müəyyən nöqsan olmuşdur. Lakin bu müqavil ə şərtlərinin əhəmiyyətli dərəcədə pozulması demək deyildir. Düzdür müəyyən maddi çətinliklərlə, problemlərlə əlaqədar olaraq müqavilə üzrə öhdəliklərin icrasında problem yaranmış və onun həqiqətən də gecikdirilmiş borcu vardır. Lakin bu borc bank tərəfindən şişirdilmişdir.
7. Cavabdehin nümayəndəsi birinci instansiya məhkəməsindəki icraatda iddiaya qarşı yazılı etiraz göndərərək bildirmişdir ki, Şükürov Kərim İsfəndiyar oğlunun təşkilata olan borcu qanuni qüvvəsini almış məhkəmə qərarı ilə müəyyən olunmuşdur və yenidən mübahisələndirilə bilməz. Bundan başqa kredit müqaviləsi bağlanarkən Şükürov Kərim İsfəndiyar oğlu müqavilənin hansı şərlərlə imzalandığını bilmiş və bunu bilməyə borclu idi. Yəni müqavilənin şərtləri ona müqavilə bağlanan zaman məlum olmuşdur. Cavabdeh müqaviləni 1 il ərzi ndə 03.08.2016-cı ilədək mübahisələndirməli olduğu halda bunu etməmiş və nəticədə iddia müddətini ötürmüşdür. Şükürov Kərim İsfəndiyar oğlunun tələbi müqavilənin etibarsız hesab edilməsi ilə bağlı olduğundan bu tələbə etibarsız əqdlər üzrə müddətləri tənzimləyən Mülki Məcəllənin 354.2-ci maddəsi tətbiq edilməlidir. Qeyd edilənləri nəzərə alaraq, iddia müddətinin keçməsini əsas götürərək iddianın rədd edilməsi barədə qətnamə çıxarımasını xahiş etmişdir.
8. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin (hakim T.Axundov) 05 may 2021-ci il tarixli, 2(004)1919/2021 nömrəli qətnaməsi ilə iddia rədd edilmişdir.
9. Məhkəmə qeyd etmişdir ki, iddia ərizəsində qeyd edilmiş əsaslar iddianın təmin edilməsi üçün əsas ola bilməz. Belə ki, iddiaçı iddia ərizəsində ona bank tərəfindən hesablanmış əsas, faiz və dəbbə borcunun şişirdildiyini bildirsə də, məhkəmə qeyd etmişdir ki, sözü gedən hallara istər birinci instansiya məhkəməsi, istərsə də, yuxarı instansiya məhkəmələri tərəfindən artıq qiymət verilmiş və həmin məhkəmə qətnamələri qanuni qüvvələrini almışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
10. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər-Ş.Məmmədova (sədrlik edən və məruzəçi), F.Talışinski və R.Eyvazov) 08 sentyabr 2021-ci il tarixli, 2(103)-7491/21 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 05 may 2021-ci il tarixli 2(004)-1919/2021 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır.
11. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsasla ndırma ilə razılaşmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
12. İddiaçı kassasiya şikayəti verərək qətnamənin ləğv, iddianın təmin edilməsini xahiş etmişdir.
13. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail lazımi şərait yaratmamışdır. İşin obyektiv həllinə kömək etmək üçün öz səlahiyyətləri daxilində araşdırmalar aparmış, müvafiq ekspertiza təyin etməmişdir. İddiaçı tərəfindən təqdim olunan sübutlara məhkəmə tərəfindən qərəzli, eyni zamanda obyektiv yanaşılmamış, qətnamənin əsasına işin halları və faktlara uyğunlaşmayan fərziyyələr qoyulmudur. Məhkəmə qətnaməsi qanunvericiliyi səhv tətbiq etməklə və lazımi əsaslandırmadan qəbul edilmişdir. Qətnamə iş üzrə m üəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmamışdır. Mülki işdə tələb qanunvericiliyə və işin faktiki hallarına uyğun olmasına baxmayaraq, məhkəmə tərəfindən tələbin mövcud qanunvericiliyə uyğun olmaması qətnamədə öz əksini tapmamışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
14. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
15. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
16. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
17. Maddə 82.
3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir.
18. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
19. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır.
20. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq ol unubolunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
21. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üç ün əsas yoxdur.
22. Mübahisəyə mahiyyəti üzrə baxan məhkəmələr işin hallarını araşdıraraq aşağıdakıları müəyyən etmişlər.
23. İddiaçı Şükürov Kərim İsfəndiyar oğlu ilə cavabdeh Finoko BOKT ASC arasında bağlanmış 03.08.2015-ci il tarixli, 2015/00100-01 saylı istehlak krediti müqaviləsinə, bank iddiaçıya illik 28 faizlə, 60 ay müddətinə 22000 ABŞ dolları məbləğində kredit verilmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-98/2018 saylı, 19.04.2018-ci il tarixli qətnaməsinə əsasən iddia qismən təmin edilərək, Cavabdeh BOKT Açıq Səhmdar Cəmiyyəti ilə cavabdeh Şükürov Kərim İsfəndiyar oğlu arasında bağlanmış 13.08.2015-ci il tarixli, 2015/00100-01 saylı kredit müqaviləsi ləğv edilmiş, Şükürov Kərim İsfəndiyar oğlundan 21212.08 ABŞ dolları əsas borc, 6378.38 ABŞ dolları faiz borcu, 66 ABŞ dolları c ərimə borcu, cəmi 27637.31 ABŞ dolları borcun, ödəniləcək günə manat ilə məzənnəsi hesablanmaqla və dövlət rüsumu üçün ödənilmiş 31 manat məbləğdə pul vəsaitinin Finoko BOKT ASC-nin xeyrinə tutulması, tələbin Şükürov Kərim İsfəndiyar oğluna məxsus olan Sumqayıt şəhəri, 6-cı mikrorayon, 20 nömrəli evdə (binada) yerləşən 94 nömrəli mənzilə yönəldilməsi və həmin mənzilin ilkin satış qiymətinin 50000 manat müəyyən olunmaqla açıq hərrac vasitəsilə satılması və satışdan əldə olunan pul vəsaiti Şükürov Kərim İsfəndiyar oğlunun Finoko BOKT ASC-yə olan borcunun qaytarılmasına yönəldilməsi, borc ödənildikdən sonra, mənzilin satışından artıq qalan məbləğin Şükürov Kərim İsfəndiyar oğluna qaytarılması, iddia tələbinin cavabdehin əşyaları ilə birlikdə Sumqayıt şəhəri, 6-cı mikrorayon, 20 nömrəli evdə ( binada) yerləşən 94 nömrəli mənzildən çıxarılması hissəsində təmin edilməməsi qərara alınmışdır. Sumqayıt Apelyasiya Məhkəməsinin 2(105)-1815/2019 saylı, 15.08.2019-cu il tarixli qətnaməsinə əsasən, cavabdeh Şükürov Kərim İsfəndiyar oğlunun apelyasiya şikayəti qismən təmin edilmiş, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-98/2018 saylı, 19.04.2018-ci il tarixli qətnaməsi dəyişdirilmiş, cavabdeh Şükürov Kərim İsfəndiyar oğlundan mühasibatlıq ekspertiza tədqiqatının dəyəri 50 manat Məhkəmə Ekspert mərkəzinin, əmtəəşünaslıq ekspertiza tədqiqatının dəyəri 350 manatın alınaraq “S-Əmlak Qiymətləndirmə Ekspert Mərkəzi MMC-nin hesabına köçürülməsi, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-7993/2019 saylı, 18.12.2019-cu il tarix li qərarı ilə Cavabdeh Şükürov Kərim İsfəndiyar oğlunun kassasiya şikayəti təmin edilməmiş, Sumqayıt Apelyasiya Məhkəməsinin 2(105)- 1815/2019 saylı, 15.08.2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
24. Məhkəmə kollegiyası hesab etmişdir ki, iddia ərizəsində qeyd edilmiş əsaslar iddianın təmin edilməsi üçün əsas ola bilməz. Belə ki, iddiaçı iddia ərizəsində ona bank tərəfindən hesablanmış əsas, faiz və dəbbə borcunun şişirdildiyini bildirsə də, məhkəmə kollegiyası qeyd etmişdir ki, sözü gedən hallara istər birinci instansiya məhkəməsi, istərsə də, yuxarı instansiya məhkəmələri tərəfindən artıq qiymət verilmiş və həmin məhkəmə qətnamələri qanuni qüvvələrini almışdır.
25. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərt ərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab etmişdir ki, iddia tələbi əsassız olmuşdur.
26. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kollegiya həmin əsaslandırma ilə razılaşaraq hesab edir ki, iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.
27. Qeyd olunanları nəzərə alaraq Kollegiya belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi də yişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır.
28. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-7491/2021 nömrəli iş üzrə 08 sentyabr 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən: Zaur Əliyev Hakimlər: Abiddin Hüseynov İlqar Xələfov