Məhkəmə qərarları › İş №2(102)-7838/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-7838/2019

19.12.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka üzrə hərracın nəticələrinin ləğv edilməsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-7838/2019 19.12.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi - hakim), Nurməmmədov Əhməd Güləhməd oğlu, Rüstəmov Əli Məhəmməd oğlundan ibarət tərkibdə, Əliyeva Tutu Nazim qızının katibliyi, İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi X1 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 11.09.2019-cu il tarixli 2(103)11864/2019 nömrəli qərardadından iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş kassasiy a şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Ləğv prosesində olan ”İddiaçı” ASC Cavabdeh MMC-yə və üçüncü şəxs Abşeron rayon İcra və Probasiya şöbəsinə qarşı “keçirilmiş hərracların əsassız sayılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X2 məxsus olan, Abşeron rayonu, Xırdalan qəsəbəsi, Quşçuluq massivində yerləşən qeyri-yaşayış sahəsinin “Cavabdeh" MMC tərəfindən keçirilmiş hərracının qanunsuz sayılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 29.05.2019-cu il tarixli, 2(005)-2526/2019 nömrəli qərardadı ilə Cavabdeh MMC-nin səlahiyyətli nümayəndəsi X3 iddia ərizəsinin aidiyyəti üzrə göndərilməsi barədə vəsatəti təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər E.Kazımov, T.Səmədov, İ.Şirinov) 11.09.2019-cu il tarixli 2(103)-11864/2019 nömrəli qərardadı ilə Cavabdeh MMC tərəfindən verilmiş şikayət qismən təmin edilərək, Nərimanov rayon Məhkəməsinin 29.05.2019cu il tarixli 2(005)-2526/2019 nömrəli qərardadının ləğv edilməsi və mülki işin növbəti prosessual hərəkətlərin edilməsi üçün Nərimanov rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. İddiaçı Ləğv prosesində olan ”İddiaçı” ASC iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 11.09.2019-cu il tarixli qərardadından kassasiya şikayəti vermişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: İddiaçı Ləğv prosesində olan ”İddiaçı” ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun vəkili Sadıqov Elçin Əli oğlu kassasiya şikayətini o nunla əsaslandırmışlar ki, Azərbaycan Respublikasının MPM-nin 24.2-ci maddəsinə əsasən mübahisənin ümumi məhkəməyə və ya inzibati-iqtisadi məhkəməyə aidiyatı işdə iştirak edən şəxslərin subyektiv tərkibi, yaxud mübahisənin predmeti və ya hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu məcəlləyə müvafiq olaraq müəyyən edilir, hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər. Bu halda işə ümumi məhkəmədə baxılmasını tələb edir. Həmin Məcəllənin 25.1-ci maddəsinə əsasən Mülki məhkəmə icraatı qaydasında mülki, əmək, mənzil, torpaq münasibətləri, təbii ehtiyatlardan istifadə olunması və ya ətraf mühitin qorunması, vergi və digər münasibətlərdən əmələ gələn mübahisələr üzrə tərəflərdən heç olmasa biri fiziki şəxsdirsə və onun fərdi sahibkar statusu yoxd ursa və ya belə statusu olsa da, mübahisə onun sahibkarlıq fəaliyyətini həyata keçirməsi ilə əlaqədar yaranmamışsa, həmin mübahisələr üzrə işlərə ümumi məhkəmələr baxır. Beləliklə, məhkəmə mübahisəsi hüquqi şəxslər arasında yaranmış olsa da, iddia tələbi iqtisadi mübahisələr kateqoriyasına aid olmadığından inzibati-iqtisadi məhkəmədə baxılmalı deyildir. Ona görə də o, iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 11.09.2019-cu il tarixli qərardadının ləğv edilməsi, Nərimanov rayon Məhkəməsinin 29.05.2019-cu il tarixli qərardadının qüvvədə saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İşdə iştirak edən şəxslər işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmişlər. Lakin iddiaçı ”İddiaçı” ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun vəkili Sadıqov Elçin Əli oğlu, Cavabdeh MMC-nin və 3-cü şəxs Abşeron rayon İcra və Probasiya şöbəsinin səlahiyyətli nümayəndələri məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi X4 məhkəmə iclasında vəkilsiz iştirak etdiyinə görə Azərbaycan Respublikası MPM-in 67-ci maddəsinin tələbinə uyğun olaraq iş üzrə onun izahatı dinlənilmədi. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Apellyasiya kollegiyası Nərimanov rayon Məhkəməsinin 29.05.2019-cu il tarixli 2(005)2526/2019 nömrəli qərardadının ləğv edilməsi və mülki işin növbəti prosessual hərəkətlərin edilməsi üçün Nərimanov rayon Məhkəməsinə göndərilməsi qənaətinə gələrkən hesab etmişdir ki, birinci instansiya məhkəməsi işə inzibati-iqtisadi məhkəmədə baxılmalı olmaması qənaətinə gələrkən Mülki Prosessual Məcəllənin 24.2-ci maddəsinin dispozisiya şərtlərini nəzərə almamışdır. Belə ki, hazırki mübahisəyə mülki icraat qaydasında inzibati-iqtisadi məhkəmədə baxılması həmin Məcəllənin 25 və 26-cı maddələrinin tələblərinə də ziddi deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24.2-ci maddəsinə əsasən, mübahisənin ümumi məhkəməyə və ya inziba ti-iqtisadi məhkəməyə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, yaxud mübahisənin predmeti və ya hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Həmin Məcəllənin 25.1-ci maddəsinə əsasən mülki məhkəmə icraatı qaydasında mülki, ailə, əmək, mənzil, torpaq münasibətləri, təbii ehtiyatlardan istifadə olunması və ya ətraf mühitin qorunması, vergi və digər münasibətlərdən əmələ gələn mübahisələr üzrə tərəflərdən heç olmasa biri fiziki şəxsdirsə və onun fərdi sahibkar statusu yoxdursa və ya belə statusu olsa da, mübahisə onun sahibkarlıq fəaliyyətini həyata keçirməsi ilə əlaqədar yaranmamışsa, həmin mübahisələr üzrə işlərə ümumi məhkəmələr baxır. Həmin Məcəllənin 26.1-ci maddəsinə əsasən idarə və ya digər mənsubiyyətindən və tabeliyind ən asılı olmayaraq, hüquqi şəxslər, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən və qanunla müəyyən edilmiş qaydada fərdi sahibkar statusu əldə edən fiziki şəxslər arasında, yaxud vergi orqanının qaldırdığı iddialar ilə bağlı vergi orqanı ilə vergi ödəyicisi arasında iqtisadi mübahisələr üzrə işlər mülki icraat qaydasında inzibati- iqtisadi məhkəməyə aiddir. Həmin Məcəllənin 31.1-ci maddəsinə əsasən, aidiyyət qaydalarının pozulmasına yol verilmir. Kassasiya kollegiyası, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq, kassasiya şikayətlərinin dəlillərini müzakirə edib, onları əsassız sayır və qeyd edir ki, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğvi üçün qanuni əsas deyildir. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişiklik edilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 11.09.2019-cu il tarixli 2(103)11864/2019 nömrəli qərardadı dəyişiklik edilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar