Məhkəmə qərarları › İş №2(102)-784/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-784/2024

08.04.2024 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-784/2024 08.04.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh və müstəqil tələb irəli sürməyən üçüncü şəxs Yasamal rayon İcra Hakimiyyətinə qarşı ilkin, Cavabdeh İddiaçı qarşı qarşılıqlı iddia üzrə QƏRARİ № 2(102)-784/2024 Açar sözlər: özbaşına tikilinin sökülməsi (iddiaçının mənafelərinə toxunduqda), fiziki şəxslərin törətdiyi mülki hüquq pozuntusu üçün məsuliyyət (real zərər) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakimlər Nurməmmədov Əhməd Güləhməd oğlu (məruzəçi hakim), Hüseynov Abiddin Qabil oğlu və Babayev Zəki Baba oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh və müstəqil tələb irəli sürməyən üçüncü şəxs Yasamal rayon İcr a Hakimiyyətinə qarşı qanunsuz tikilinin sökülməsi barədə ilk iddia tələbi, Cavabdeh İddiaçı qarşı pulun tutulması və özbaşınalığa son qoyulması barədə qarşılıqlı iddia tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 6 dekabr 2023-cü il tarixli 2(103)-2034/2023 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə 8 aprel 2024-cü il tarixdə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları:

1. Bakı şəhəri, Yasamal rayonu, B.Məcidov küçəsi, 61 saylı evin 2 otaqlı 5 saylı mənzili İddiaçı adına mülkiyyət hüququ üzrə dövlət qeydiyyatından keçmişdir.

2. Bakı şəhəri, Yasamal rayonu, B.Məcidov küçəsi, 61 saylı evin 7 saylı mənzili Cavabdeh adına mülki yyət hüququ üzrə dövlət qeydiyyatından keçmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a)Birinci instansiya məhkəməsində icraat 3.İddiaçı ilk iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən ünvan 3in 5 saylı mənzilinə aidiyyatı qurum tərəfindən verilmiş texniki pasportda qeydiyyata alınmamış tikililərin cavabdehin maliyyə vəsaiti hesabına sökülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. 4.İlk iddia tələbi onunla əsaslandırılmışdır ki, qonşusu ünvan 4 evin ümumi sahəsi 54,4 kv metr olan 5 saylı mənzilinin mülkiyyətçisi özbaşına tikili aparmaqla təbii işıqlanma, yanğından mühafizə normalarına əməl olunmadan, inşaat normalarına zidd, təbii havalanmanı saxlayan və sair çox saylı qaydalara əməl etməmişdir. Aparılmış inşaat işləri birgə yaşayış qaydalarına zidd olduğu üç ün sökülməsini vacib hesab edir. Cavabdehlə yaşayış sahələrinin yerləşdiyi ümumi həyətdə inşa edilmiş özbaşına tikilinin sökülərək əvvəlki vəziyyətin bərpa edilməsi barədə danışıqları nəticə verməmiş, üçüncü şəxsə müraciətin cavabı olaraq mübahisənin məhkəmə müstəvisində həll edilməsi tövsiyyə olunmuşdur. 5.Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xüsusi mülkiyyət hüquqi ilə ona məxsus olan ünvan 3in 5 saylı mənzilinin dəhlizini sökərək yaşamağa yarasız vəziyyətə salmış tikilinin bərpa edilməsinə çəkiləcək 3250 manatın qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı alınaraq ona verilməsi, ilk iddia üzrə iddiaçının özbaşınalığına son qoyulması, bağladığı yolun açılması və dövlət rüsumunun cavabdehdən alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. 6.Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, ilk iddia üzrə İddiaçı onun qonşusudur. ünvan 1 ünvanında yaşayır. Bu ünvanda onlardan sonra yaşayır. O, həmin ünvana köçərkən onun sökülməsini iddia etdiyi tikililər mövcud idi və onlar həmin tikilidə yaşayırdılar. Bu yaxınlarda ilk iddia üzrə İddiaçı özbaşınalıq edərək xüsusi mülkiyyət hüquqi ilə ona məxsus olan Bakı şəhəri, Yasamal rayonu, B.B.Məcidov küçəsi, 61 saylı evin, 5 saylı mənzilinin sahəsi 8,5 kvadrat metr olan otağının və mənzilinin dəhlizini sökərək yaşamağa yararsız vəziyyətə salmış, əşyaları oğurlanmışdır. Son vaxtlar yağan yağışlar evi yararsız hala salmışdır ki, bu gün həmin tikilinin bərpa edilməsinə təxminən 3250 manat pul tələb olunur. İlk iddia çının ona məxsus Bakı şəhəri, Yasamal rayonu, B.B.Məcidov küçəsi, 61 saylı evin, 5 saylı mənzilinə aidiyyatı qurum tərəfindən verilmiş texniki pasporta qeydiyyata alınmamış tikililərin cavabdehin maliyyə vəsaiti hesabına sökülməsi barədə tələbini onunla əsaslandırmışdır ki, guya təbii işıqlanma, yanğından mühafizə normalarına əməl olunmaması, inşaat normalarına zidd, təbii havalanmanı saxlayan və sair çoxlu saylı qaydalara əməl etmədən aparılmış tikililərin sökülməsini vacib hesab etdiyini yazmışdır. Lakin ilk iddiaçı iddia tələbinin əsası kimi istinad etdiyi halları təsdiq edən heç bir sübutu məhkəməyə təqdim etməmişdir. Belə ki, onun 1967-ci ildən mövcud olan tikililərinin sökülməsini tələb etməkdə onun hansı maraqlarına toxunduğunu təsdiq edən heç bir sübutu yoxdur. Bu səbəbdən, ilk idd iaçının bu məzmunlu iddia qaldırmağa müvafiq subyektiv hüququ yoxdur. İlk iddiaçı özbaşına qanunsuz hərəkətləri nəticəsində xüsusi mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, B.B.Məcidov küçəsi, 61 saylı evin 5 saylı mənzilinin sahəsi 8,5 kvadrat metr olan otağının və dəhlizi söküb dağıtmış, yaşayışa yararsız hala salmış, həmin otaqda olan məişət əşyalarını oğurlanmış və yolunu bağlamışdır. 7.İş materiallarında olan, "X1” MMC-nin xx.xx.2022-ci il tarixli mütəxəssis rəyinə əsasən ünvan 3 ünvanında yerləşən 5 saylı mənzilin texniki pasportundan kənar 27 kv metr üzəri azbest şifer təbəqəsi ilə örtülmüş təyinatı üzrə dəhliz (nafes) tikilisi inşa edilmişdir. Sözügedən tikili ilə ünvan 3 ünvanında yerləşən İddiaçı məxsus ev arasındakı məsafə Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 69-cu maddəsinə əsasən 0,84 metr olduğu halda mövcud vəziyyəti üzrə bu məsafə 1,1 metr təşkil edir. Tikinti-norma və qaydalarının tələblərinə uyğun olaraq yaşayış otaqlarına normaya uyğun təbii işıqlandırma - günəş işığı CHun 23-05-95* insolyasiya qaydalarına əsasən hər bir yaşayış otağı günün 10:00-dan 04:00-dək müddət ərzində 2 saat gün işığı ilə təchiz olunmalıdır. Baxış zamanı İddiaçı mülkiyyətində olan ünvan 3in divarlarına və pəncərələrinə günəş işığı günün müvafiq təxminən 12:00 və 15:00 saatlarında (3 saat) düşməsi müəyyən edilmişdir. Bununla yanaşı Cavabdeh məxsus ünvan 3 ünvanında yerləşən 5 saylı mənzilin qarşısında inşa edilmiş 27,0 kv metr tikili İddiaçı mülkiyyətində olan ünvan 3in giriş-çıxışına məhdudiyyət yaratmır və hava axınının qarşısını almır. 8.Bakı şəhə ri Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(004)2999/2022 saylı qətnaməsi ilə ilk iddia üzrə İddiaçı ilkin iddia üzrə Cavabdeh və müstəqil tələb irəli sürməyən üçüncü şəxs Yasamal rayon icra Hakimiyyətinə qarşı qanunsuz tikilinin sökülməsi tələbinə dair ilk iddiasının təmin edilməməsi, ilk iddia üzrə ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumunun ilk iddia üzrə iddaçıya aid edilməsi, qarşılıqlı iddianın qismən təmin edilməsi, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı dəymiş ziyanın əvəzi olaraq 2000 (iki min) manat məbləğində pul vəsaitinin tutularaq qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh xeyrinə tutulması, qarşılıqlı iddia üzrə ödənilmiş 52 (əlli iki) manat 50 (əlli) qəpik məbləğində dövlət rüsumunun 38,48 faizi, yəni 20 (iyirmi) manat 20 (iyirmi) qəpiyinin qarşılıql ı iddia üzrə iddiaçıya, qalan 61,53 faizi, yəni 32 (otuz iki) manat 30 (otuz) qəpik məbləğində pul vəsaitinin qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh xeyrinə tutulması, qarşılıqlı iddianın qalan hissədə təmin edilməməsi, iş üzrə ekspertiza (mütəxəssis) xərci olan 300 (üç yüz) manatın 38,48 faizi, yəni 115 (bir yüz on beş) manat 41 (qırx bir) qəpiyi qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh, qalan 61,53 faizi, yəni 184 (bir yüz səksən dörd) manat 59 (əlli doqquz) qəpik məbləğində pul vəsaitinin qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı tutularaq "X1” MMC-nin hesabına köçürülməsi qət edilmişdir. (Hakim T.B.Axundov) 9.Məhkəmə toplanılmış sübutlara hüquqi qiymət verərək ona istinad etmişdir ki, ilk iddia üzrə iddiaçı, Cavabdeh tərəfindən ünvan 3in 5 saylı mənzil inə aidiyyatı qurum tərəfindən verilmiş texniki pasportda qeydiyyata alınmamış tikililərin onun mənzilinə düşən günəş işığının, hava axınının qarşısını almasını, yanğın norma və inşaat qaydalarına uyğun tikilməməsini bildirsə də, bu barədə məhkəməyə hər hansısa bir tutarlı sübutlar təqdim etməmişdir. Bu səbəbdən, ilk iddia təmin edilməməlidir. Məhkəmə qarşılıqlı iddia tələbinin xüsusi mülkiyyət hüquqi ilə ona məxsus olan ünvan 3in 5 saylı mənzilinin dəhlizini sökərək yaşamağa yarasız vəziyyətə salmış tikilinin bərpa edilməsinə çəkiləcək 3250 manatın qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı alınaraq ona verilməsi hissəsi ilə bağlı qeyd edir ki, qarşılıqlı iddia tələbi bu hissədə qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan mütəxəssis rəyi ilə sözü gedən mənzilin 8,5 kv metr otağ ının və dəhlizinin əvvəlki vəziyyətinin tikinti-norma və qaydalarının tələblərinə uyğun olaraq bərpa edilməsi üçün 2000,0 (iki min) manat tələb olunduğu müəyyən edilmişdir. Sözü gedən bu hal, X2 qarşılıqlı iddia üzrə iddiaçıya məxsus mənzilin dəhlizinin İddiaçı tərəfindən sökülməsi barədə notarial qaydada təsdiq edilmiş ərizəsi və Yasamal rayon prokurorunun cinayət işinin başlanmasının rədd edilməsinə dair qərarın ləğv edilməsi və cinayət işinin başlanması haqqında xx.xx.2022-ci il tarixli qərarı ilə öz təsdiqini tapmışdır. Odur ki, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı dəymiş ziyanın əvəzi olaraq 2000 (iki min) manat məbləğində pul vəsaiti tutularaq qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh xeyrinə tutulmalıdır. Məhkəmə qarşılıqlı iddia tələbinin ilkin iddia üzrə iddiaçının özbaşınalığına son qoyulması və bağladığı yolun açılması hissəsi ilə bağlı qeyd etmişdir ki, qarşılıqlı idda tələbi bu hissədə əsassız olduğundan təmin edilməməlidir.

10. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarına, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci, 77.1-ci, 88-ci, 103.1-ci və 119.1-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat

11. Qətnamədən ilk iddia üzrə İddiaçı apellyasiya şikayəti verərək qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı dəymiş ziyanın əvəzi olaraq 2000 (iki min) manat məbləğində pul vəsaitinin tutularaq qarşılı qlı iddia üzrə iddiaçı Cavabdeh xeyrinə tutulsun, qarşılıqlı iddia üzrə ödənilmiş 52 (əlli iki) manat 50 (əlli) qəpik məbləğində dövlət rüsumu 38.48 faizi, yəni 20 (iyirmi) manat 20 (iyirmi) qəpiyi qarşılıqlı iddia üzrə iddiaçıya, qalan 61.53 faizi, yəni 32 (otuz iki) manat 30 (otuz) qəpik məbləğində pul vəsaitinin qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı Cavabdeh xeyrinə tutulması hissədə rədd edilməsi və iş üzrə ekspertiza (mütəxəssis) xərci olan 300 (üç yüz) manatın Cavabdeh aid edilməsi, İddiaçı iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

12. İlk iddia üzrə İddiaçı apellyasiya şikayətini ilk iddia tələbinə uyğun əsaslandırmış, əlavə olaraq göstərmişdir ki, Azərbaycan Respublikasının şəhərsalma və tikinti qanunvericiliyi şəhərsalma və tikinti fəaliyyət inin hüquqi əsaslarını, prinsiplərini, eləcə də dövlətin, fiziki şəxslərin tikinti fəaliyyəti sahəsində hüquq və vəzifələrinin pozulub-pozulmaması aydınlaşdırlmamışdır. Tərəfin özünə 70 kv metr sahəsi olan bir qanunsuz tikili də tikmişdir. Həmin tikiliyə münasibət bildirilməmişdir. Halbuki, cavabdehin bu hissədə müraciətlərinə dövlət orqanları münasibət bildirmişdir. Məhkəməyə təqdim edilmiş sənədlərin möhtəbərliyinə baxmayaraq məhkəmə dəlillərə düzgün qiymət verməmişdir. Faktiki qanunsuz tikilinin mövcudluğunu qəbul edilməsinə baxmayaraq həmin tikiliyə göz yummuşdur. Məhkəmə subyektiv prizmadan yanaşaraq, əsas və mülki hüququn prinsiplərinin pozulması ilə qətnamə qət etmişdir.

13. Cavabdeh tərəfindən apellyasiya şikayətinə qarşı verilən yazılı etiraz qarşılıqlı iddia tələbinin məzmununa u yğun əsaslandırılmış və əlavə olaraq göstərilmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən işin hallları hərtərəfli araşdırılmış və ədalətli qətnamə qəbul edilmişdir. Bu səbəbdən apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.

14. Apellyasiya icraatı zamanı keçirilmiş 14 sentyabr 2023-cü il tarixli 10/2946 saylı məhkəmə tikinti-texniki ekspertizasının rəyinə əsasən də Cavabdeh mülkiyyətində olan ünvan 4 ünvanda yerləşən 5 saylı mənzilin texniki pasportunda göstərilməyən sahəsi 16,8 kv metr (3,5 x 4,8m) yaşayış otağı, sahəsi 17,1 kv metr dəhliz və sahəsi 5,3 kv metr (2,3 x 2,3 metr) anbar inşa olunmuşdur. İnşa olunmuş əlavə tikililər texniki pasportda öz əksini tapmadığından və həmin tikililərə dair hər-hansı b ir icazə sənədləri olmadığını nəzərə alaraq, həmin tikililər tikinti norma və qaydalarına uyğun inşa olunmamışdır. ünvan 4 ünvanda yerləşən 5 saylı mənzil və ona aid (texniki pasportda göstərilməyən) əlavə tikililər ünvan 4 ünvanda yerləşən 7 saylı saylı mənzilə münasibətdə giriş-şıxışının qarşısını kəsmədiyi müəyyən olunmuşdur. Eləcə də 5 saylı mənzil və ona aid əlavə tikililər 7 saylı saylı mənzilə münasibətdə hava axınının, otaqlarda təbii işiqlanmanın (günəş işığı) normalara uyğun olub-olmamasının müəyyən olunması tikinti-texniki ekspertinin səlahiyətlərinə aid olmadığından, həmin suallar üzrə tədqiqat aparılmadı. ünvan 4 ünvanda yerləşən 5 saylı mənzilin texniki pasportda göstərilməyən əlavə tikililər ünvan 4 ünvanda yerləşən 7 saylı mənzilə münasibətdə tikinti norma və qaydalarına uyğun məsəfə saxlanılmaqla tikildiyi və ara məsafəsi Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 69-cu, maddəsinin tələblərində uyğun olduğu müəyyən olunur. Baxış zamanı əldə olunmuş məlumatlara əsasən İddiaçı texniki pasportunda mövcud olan tikililər Cavabdeh mənzilindən istifadəsinə məhdudiyyət yaratmadığı müəyyən olunur. Rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, ünvan 4 ünvanda yerləşən 5 saylı mənzilin texniki pasportda göstərilməyən əlavə tikililər ünvan 4 ünvanda yerləşən 7 saylı mənzilə münasibətdə tikinti norma və qaydalarına uyğun məsafə saxlanılmaqla tikildiyi və ara məsafəsi Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 69-cu, maddəsinin tələblərində uyğun olduğu müəyyən olunur.

15. Bundan əlavə məhkəmə kollegiyası tərəfindən yerli baxış keçirilərkən də müəyyən edilmişdir ki, mübahisə predmeti olan tikilinin arxasında yardımçı sahə (saray) mövcuddur və həmin tikili iddiaçıya heç bir formada maneə yaratmır, o cümlədən İddiaçı yaşadığı evin qarşısında Cavabdeh tərəfindən inşa edilmiş tiikilinin də ilkin iddiaçıya hər hansı maneə yaratmadığı (ekspert rəyi ilə də tikililərin İddiaçı mənzilinə münasibətdə tikinti norma və qaydalarına uyğun ara məsafəsi saxlanılmaqla tikilməsi müəyyən edilib) müəyyən edilmişdir. Eyni zamanda ilkin iddiaçı evinin qarşısında olan tikilinin 1995-ci ildən mövcud olduğu və indiyədək bu qaydada yaşadıqlarını və mübahisələndimədiyini bildirmişdir. İzahatından yalnız hazırda aralarında şəxsi münasibətlərlə bağlı yaranan narazılıqdan sonra yaranan mübahisədən sonra belə bir tələb vermişdir. Əlavə olaraq qeyd etmişdir ki, onun yaşadığı evin yan hissəində olan yardımçı sahəni (saxlanc yerini) Cavabdeh ona verərsə hazırki mübahisə də sülh yolu ilə bitə bilər. Lakin yerində baxış zamanı Cavabdeh bununla razılaşmamışdır.

16. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 06 dekabr 2023-cü il tarixli 2(103)-2034/2023 nömrəli qətnaməsi ilə (hakimlər: S.X.Bəhrəmzadə (sədrlik edən və məruzəçi), X.A.Mərdanova və E.M.Həsənovdan ibarət tərkibdə) ilk iddia üzrə İddiaçı tərəfindən verilən apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(004)- 2999/2022 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılması, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apelyatora aid edilməsi, ekspertiza tətqiqatının dəyəri ol an 100 manatın 50 manatı İddiaçı, 50 manatı isə Cavabdeh alınaraq Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilməsini qət etmişdir.

17. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, ilkin iddiaçı tərəfindən Cavabdeh tərəfindən sökülməsi qeyd edilən texniki pasportunda göstərilməyən titkililər lazımi icazələr alınmadan tikilsə də, tikinti norma və qaydalarına uyğun məsafə saxlanılmaqla tikildiyi və ara məsafəsi Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 69-cu, maddəsinin tələblərində uyğun olduğu müəyyən olunur. Qeyd edilənlərə əsasən iddiada qeyd edilən tikililərin sökülməsinin təmin edilməməsi barədə məhkəmənin gəldiyi nəticə qanuni və əsaslıdır. Eyni zamanda, işdə olan sübutlara əsasən 8,5 kv metr otağın və dəhlizin əvvəl ki vəziyyətinin bərpa edilməsi üçün 2000,0 (iki min) manat tələb olunduğu müəyyən edildiyindən və həmin məbləğində İddiaçı Cavabdeh xeyrinə tutulmasında hissəsində də məhkəmə haqlı olmuşdur. Subyektiv hüquq baxımından da tikilinin sökülməsi üçün birbaşa ilkin iddia üzrə iddiaçıya maneçiliyin yaradılması sübuta yetirilməlidir.

18. Apellyasiya instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1,152.5,157.4,180.1 və 180.4-cü maddələrinə və MPM-nin 14.2,77.1,119.1 və 217.4-cü maddələrinə istinad etməklə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a)Kassasiya şikayətinin dəlilləri

19. İddiaçı kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilərək ilkin iddia üzrə idda tələbinin təmin edilməsi b arədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

20. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, tərəfin özünə 70 kv metr sahəsi olan bir qanunsuz tikili də tikmişdir. Həmin tikiliyə münasibət bildirilməmişdir. Halbuki, cavabdehin bu hissədə müraciətlərinə dövlət orqanları münasibət bildirmişdir. Məhkəməyə təqdim edilmiş sənədlərin möhtəbərliyinə baxmayaraq məhkəmə dəlillərə düzgün qiymət verməmişdir. Faktiki qanunsuz tikilinin mövcudluğunu qəbul edilməsinə baxmayaraq həmin tikiliyə göz yummuşdur. Məhkəmə subyektiv prizmadan yanaşaraq, əsas və mülki hüququn prinsiplərinin pozulması ilə qətnamə qət etmişdir. Hazırda faktiki olaraq iddiaçının mülkiyyət hüquqlarının kobudcasına pozulmasına baxmayaraq, apellyasiya intasniya da qanunsuz və əsassız qətnamə qəbul etmiş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir.

21. Həmçinin, ekspertiza rəyində qeyd edilən hallar bir-birini təkzib edir və qeyd edilən ekspert rəyinin sübut kimi qiymətləndirilməsinə mane olur. Belə ki, ekspert qarşısında qoyulan sualların tam və düzgün cavablandırılması üçün mənzillərin yerləşdiri yerə əyani baxış keçirlməli idi.

22. İddiaçı qeyd etmişdir ki, məhkəmə baxış iclasında ekspert dindirilməli, verdiyi ziddiyyətli hallarla bağlı izahlar verməli və mübahisə predmeti olan mənzillərə yerində baxış keçirlməlidir.

23. Bundan əlavə, ekspertiza rəyində tikililər arasındakı məsafə 1,1 metr kimi qeyd edilsə də, faktiki ara məsafəsi 0,9 metrdir. Bununla bağlı vəsatətə fotoşəkil əlavə edilmişdir.

24. İddiaçı və qarşılıqlı iddia üzrə cavabdeh kassasiya şikayətini Azərbaycan Respublikası Kons titusiyasının 13, 25 və 29-cu, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1,152.2,152.5 və 157.4-cü, MPM-nin 88, 217.4 və 417-ci ilə və Şəhərsalma və Tikinti Məcəlləsinin 69-cu maddəsi ilə əsaslandırmışdır. b)Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

25. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Kassasiya baxışının hədləri

26. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya insta nsiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

27. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi iddiaçı tərəfindən tam mübahisələndirildiyindən hazırki kassasiya baxışının hədlərini apellyasiya instansiyası məhkəmsinin qətnaməsinin qanuniliyinin bütövlükdə yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi

28. Maddə 152.1. Mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

29. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.

30. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.

31. Maddə 180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

32. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

33. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

34. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 35.Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nət icələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. 36.Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 37.Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 38.Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya instansiya məhkəməsinin mövqeyi 39.Məhkə mə kollegiyası məruzəçini dinləyib, iş materiallarını kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. 40.İddiaçının kassasiya şikayətlərinin dəlilləri işə aşağı instansiya məhkəmələri tərəfindən işə baxılan zaman, habelə apellyasiya şikayətində irəli sürülmüşdür, həmin dəlillər sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tam, hərtərfli, obyektiv və qərə zsiz araşdırılmaqla Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələblərinə uyğun hüquqi qiymət verilmişdir, məhkəmə kollegiyası bu qiymətləndirmə ilə razılaşır, əlavə qiymətləndirməyə zərurət görmür. 41.Kassasiya şikayətinin işin faktiki hallarının düzgün müəyyən edilməməsinə, bütün faktiki halların aydınlaşdırılmamasına dair dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Mülki Prosessual Məcəllənin tələblərinə və Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həm in Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmçinin, kassasiya instansiyası məhkəməsi yeni sübut qəbul etmir. 42.Beləliklə də, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessu al hüquq normasının tətbiqində səhvə yol verilməmiş, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuş, kassasiya şikayətlərinin dəlilləri qətnamənin ləğvinə əsas vermir.

43. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı və qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 6 dekabr 2023-cü il tarixli 2(103)-2034/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar