Məhkəmə qərarları › İş №2(102)-7840/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-7840/2019

26.12.2019 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-7840/2019 26.12.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi-hakim), Rüstəmov Əli Məhəmməd oğlu, Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, Əliyeva Tutu Nazim qızının katibliyi, İddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı nümayəndəsi və vəkili Mahmudov Vidadi Cəmil oğlunun, cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh Firmasının nümayəndəsi X2 və vəkili V1 oğlunun iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 12.07.2019-cu il tarixli, 2(103)-6434/2019 nömrəli qətnaməsindən cavabdeh (qarşılıqlı iddi a üzrə iddiaçı) Cavabdeh Firması tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin (hakim R.Mürsəlov) 07.05.2018-ci il tarixli, 2(002)1398/2018 saylı qətnaməsi ilə İddiaçı Cavabdeh firmasına qarşı “müqavilələrin etibarsız hesab edilməsi, sahiblik və istifadə hüquqlarının həyata keçirilməsinə maneçilik törədilməsinin cavabdehə qadağan edilməsi və mənəvi zərərə görə pul” tələbinə dair ilk iddiasının təmin edilməməsi, Cavabdeh Firmasının İddiaçı qarşı “müqavilələrin ləğv edilməsi və icarə haqqının tutulması” tələbinə dair qarşılıqlı iddiasının qismən təmin edilərək, İddiaçı ilə Cavabdeh firması arasında bağlanmış 04 noyabr 2011-ci il tarixli MİM/183-36-1192 saylı müqavilə, 04 noyabr 2011-ci il tarixli MİM/234-108-1193 saylı müq avilə və 04 noyabr 2011-ci il tarixli MİM/179-219-1194 saylı müqavilələrin ləğv edilməsi, İddiaçı tərəfindən ticarət obyektlərinin tikintisi üçün ödədiyi 36900 manat məbləğində pulun Cavabdeh firmasından alınaraq İddiaçı ödənilməsi, İddiaçı qanunsuz icarəyə verməklə əldə etdiyi 22600 manat məbləğində pulun tutularaq Cavabdeh firmasına ödənilməsi və hər iki ödənişlərin eyni vaxtda icra edilməsi qət edilmişdir. Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər İ.Xəlilov, X.Cəmilova, A.Hüseynov) 17.09.2018-ci il tarixli, 2(103)-8134/2019 saylı qətnaməsi ilə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilərək, Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin 07.05.2018-ci il tarixli, 2(002)-1398/2018 saylı qətnaməsinin ləğv edilməsi, idd iaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı iddiasının qismən təmin edilərək, İddiaçı istifadəsində olan 1-ci zona, 8-ci sıra, 3-cü korpusdakı 33 kv.metrlik 36-cı yerin, 2-ci zona, 3-cü sıra, 4-cü korpusdakı 40 kv.metrlik 108-ci yerin, 1-ci zona, 7-ci sıra, 9-cu korpusdakı 50 kv. metrlik 219-cu yerin istifadəsinə cavabdeh tərəfindən edilən maneələr aradan qaldırılması, ilk iddia tələbinin qalan hissədə təmin edilməməsi, Cavabdeh Firmasının cavabdeh İddiaçı qarşı qarşılıqlı iddiasının təmin edilməməsi qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının (hakimlər Q.Allahverdiyev, İ.Xələfov, Ə.Şadiyev) 06.03.2019-cu il tarixli, 2(102)-1634/19 saylı qərarı ilə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh Firması tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilərək, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 17.09.2018-ci il tarixli qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi qərara alınmışdır. Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər Z.Əliyev, F.Talışinski, R.Eyvazov) 12.07.2019-cu il tarixli, 2(103)-6434/2019 saylı qətnaməsi ilə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilərək, Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin 07.05.2018-ci il tarixli, 2(002)-1398/2018 saylı qətnaməsinin ləğv edilməsi, iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı iddiasının qismən təmin edilərək, İddiaçı Cavabdeh Ticarət Mərkəzində yerləşən 1-ci zona, 8-ci sıra, 3-cü korpusdakı 33 kv.metrlik 36-cı yerdən, 2-ci zona, 3cü sıra, 4-cü korpusdakı 40 kv.metrlik 108-ci yerdən, 1-ci zona, 7-ci sıra, 9-cu korpusdakı 50 kv. metrlik 219-cu yerdən istifadəsinə maneçilik törədilməsinin Cavabdeh Firmasına qadağan edilməsi, ilk iddia üzrə qalan tələblərin təmin edilməməsi, ilk iddianın qaldırılması üçün ödənilmiş 30.4 manat və apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş 15.4 manat olmaqla, cəmi 45.8 manatın 15.8 manatının İddiaçı aid edilməsi, 30 manatının isə Cavabdeh Firmasından tutularaq İddiaçı ödənilməsi, Cavabdeh Firmasının cavabdeh İddiaçı qarşı qarşılıqlı iddiasının təmin edilməməsi, qarşılıqlı iddianın qaldırılması üçün ödənilmiş dövlət rüsumunun Cavabdeh Firmasına aid edilməsi qət edilmişdir. Cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh Firması iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyas ının 12.07.2019-cu il tarixli, 2(103)-6434/2019 nömrəli qətnaməsindən kassasiya şikayəti vermişdir. İşin halları: İddiaçı Cavabdeh firmasına qarşı “müqavilələrin etibarsız hesab edilməsi, sahiblik və istifadə hüquqlarının həyata keçirilməsinə maneçilik törədilməsinin cavabdehə qadağan edilməsi və mənəvi zərərə görə pul” tələbinə dair iddia ərizəsi ilə 21.02.2018-ci il tarixdə məhkəməyə müraciət edərək, cavabdehlə onun adından qardaşı X8 ilə bağlanmış 1-ci zona, 8-ci sıra, 3-cü korpusdakı 33 kv.metrlik 36-cı yerin istifadəsinə verilməsi barədə 04.11.2011-ci il tarixli 183-36-1192 saylı müqavilənin, 2-ci zona, 3-cü sıra, 4-cü korpusdakı 40 kv.metrlik 108-ci yerin istifadəsinə verilməsi barədə 234-108-1193 saylı müqavilənin və 1-ci zona, 7-ci sıra, 9-cu korpusdakı 50 kv.metrlik 219cu yerin is tifadəsinə verilməsinə dair 179-219-1194 saylı müqavilənin etibarsız hesab edilməsi, binalara sahiblik və istifadə hüquqlarının həyata keçirilməsinə maneçilik törədilməsinin cavabdehə qadağan edilməsi, ona vurduğu mənəvi zərərə görə cavabdehdən kompensasiyanın əvəzi olaraq 20000 manat məbləğində pulun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh Firması İddiaçı qarşı “müqavilələrin ləğv edilməsi və icarə haqqının tutulması” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ilkin iddianın rədd edilməsi, İddiaçı ilə Cavabdeh firması arasında bağlanmış müqavilənin şərtlərinin pozulmasını nəzərə alaraq tərəflər arasında bağlanılmış 04 noyabr 2011-ci il tarixli MİM/183-36-1192 saylı müqavilənin, 04 noyabr 2011-ci il tarixli 234-108-1193 saylı müqavilənin və 04 noyabr 2011-ci il tarixli MİM/179-2191194 saylı müqavilənin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı iddianın dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək,cavabdehlə onun adından qardaşı X8 ilə bağlanmış 1-ci zona, 8-ci sıra, 3-cü korpusdakı 33 kv.metrlik 36-cı yerin istifadəsinə verilməsi barədə 04.11.2011-ci il tarixli 183-36-1192 saylı müqavilənin, 2-ci zona, 3-cü sıra, 4-cü korpusdakı 40 kv.metrlik 108-ci yerin istifadəsinə verilməsi barədə 234-108-1193 saylı müqavilənin və 1-ci zona, 7-ci sıra, 9-cu korpusdakı 50 kv.metrlik 219-cu yerin istifadəsinə verilməsinə dair 179-219-1194 saylı müqavilənin etibarsız hesab edilməsi, binalara sahiblik və istifadə hüquqlarının həyata keçirilməsinə maneçilik törədilməsinin cavabdehə qadağan edilməsi, iddiaçıya vurduğu mənəvi zərərə görə ondan kompensasiyanın əvəzi olaraq 20000 manat məbləğində pulun alınaraq ona verilməsi, 07 avqust 2007-ci il tarixdə Cavabdeh Ticarət Firmasının direktoru Y.Qədimbəyli ilə həmin mərkəzdə 123 kv.metr ticarət sahəsinin-dükanın tikintisi üçün bağlanmış müqavilənin qüvvədə hesab edilməsi və həmin müqavilənin ondan götürülmüş əsil nüsxəsinin cavabdehdən alınaraq ona qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh Firması iddia tələbinin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, İddiaçı ilə Cavabdeh firması arasında bağlanmış 04 noyabr 2011-ci il tarixli MİM/183-36-1192 saylı müqavilənin, 04 noyabr 2011-ci il tarixli 234-108-1193 sayl ı, 04 noyabr 2011-ci il tarixli MİM/179-219-1194 saylı müqavilənin ləğv edilməsi və 1-ci zona, 8-ci sıra, 3-cü korpus, 36 saylı və 1-ci zona, 7-ci sıra, 9-cu korpus, 219 saylı ticarət obyektlərini qeyri qanuni yolla firma ilə razılaşdırmadan subicarəyə verməklə əldə etdiyi 22600 manatın İddiaçı tutularaq Cavabdeh firmasının xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı iddianın dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlə onun adından qardaşı X8 ilə bağlanmış 1-ci zona, 8-ci sıra, 3-cü korpusdakı 33 kv.metrlik 36-cı yerin istifadəsinə verilməsi barədə 04.11.2011-ci il tarixli 183-36-1192 saylı müqavilənin, 2-ci zona, 3-cü sıra, 4-cü korpusdakı 40 kv.metrlik 108-ci yerin istifadəsinə verilməsi b arədə 234-108-1193 saylı müqavilənin və 1-ci zona, 7-ci sıra, 9-cu korpusdakı 50 kv.metrlik 219-cu yerin istifadəsinə verilməsinə dair 179-219-1194 saylı müqavilənin etibarsız hesab edilməsi, binalara sahiblik və istifadə hüquqlarının həyata keçirilməsinə maneçilik törədilməsinin cavabdehə qadağan edilməsi, iddiaçıya vurduğu mənəvi zərərə görə ondan kompensasiyanın əvəzi olaraq 20000 manat məbləğində pulun alınaraq ona verilməsi, 07 avqust 2007-ci il tarixdə Cavabdeh Ticarət Firmasının direktoru Y.Qədimbəyli ilə həmin mərkəzdə 123 kv.metr ticarət sahəsinin-dükanın tikintisi üçün bağladığı müqavilənin qüvvədə hesab edilməsi və həmin müqavilənin ondan götürülmüş əsil nüsxəsinin cavabdehdən alınaraq ona qaytarılması, 33 və 50 kv.mertlik obyektlərin icarə pulu adı ilə cavabdeh tərəfindən alınm ış cəmi 40329 manat pulun cavabdehin əsassız varlanmasına səbəb olduğundan ondan alınaraq iddiaçıya verilməsi, cavabdehin 24 noyabr 2017-ci il tarixdən etibarən müqavilələrə xitam verilməsi barədə 18.11.2017ci il tarixli 188 saylı və 18.11.2017-ci il tarixli 189 saylı tələblərin mülkiyyət hüquqlarını pozduğuna və qanunla müəyyən edilmiş qaydada tərtib edilmədiyinə görə etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: Cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh Firmasının vəkili V1 oğlu kassasiya şikayətini onunla əsaslandırmışdır ki, Cavabdeh Firması ilə cavabdeh İddiaçı arasında 04.11.2011ci il tarixli, MİM/179-219-1194 saylı, 04.11.2011-ci il tarixli, MİM/183-36-1192 saylı və 04.11.2011-ci il tarixli, MİM/234-108-1193 saylı müqavilələr bağlanılmış, həmin müqavilələr bu günədək qüvvədədir və müqavilənin cavabdeh tərəfindən bəyənilməsi məhkəmə qətnaməsi ilə təsdiq edilmişdir. Tərəflər arasında mövcud müqavilələr məhkəmə tərəfindən təsdiq edilməsinə baxmayaraq, məhkəmə kollegiyası qətnamə qəbul edərkən müqavilə şərtlərində göstərilən öhdəliyin cavabdeh tərəfindən pozulmasına nədənsə aydınlıq gətirməmişdir. Məhkəmə kollegiyası tərəfindən mülki iş obyektiv araşdırılsa idi, həmin müqavilənin şərtlərində ticarət obyektinin 3-cü şəxslərə icarəyə verilə bilməsi ilə bağlı hər hansı müddəanın olmadığını təsdiq edərdi. Mülki Məcəlləyə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Cavabdeh Firması ilə cavabdeh İddiaçı arasında bağla nmış 04.11.2011-ci il tarixli müqavilələrin 2-ci bəndinin “g” yarımbəndində göstərildiyi kimi icarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. Həmin müqavilələrin 2.2-ci maddəsinin “f” yarımbəndinə əsasən cavabdeh icarə haqqının ödənilməsi ilə bağlı üzərinə öhdəlik götürmüşdür. Bundan əlavə, məhkəmə kollegiyası qətnamədə Cavabdeh Firması tərəfindən iddiaçıya ticarət obyektlərindən istifadə edilməsinə maneələrin yaradıldığını qeyd etmişdir. Lakin qeyd edilməlidir ki, məhkəmə kollegiyası faktiki olaraq həmin ticarət obyektlərini 3-cü şəxslər hesab edilən X11 və X4 tərəfindən işlədilməsini qeyd etsə də, Firma tərəfindən maneələrin hansı formada yaradılmasına heç bir aydınlıq gətirməmiş və bu haqda iddiaçı tərəfindən məhkəməyə hər hansı mötəbər sübut təqdim edilməmişdir. Lakin məhkəmə qətnamə qəbul edərkən formal mülahizələrə əsaslanaraq maneələrin olduğunu və bu maneələrə cavabdeh tərəfindən qadağa qoyulmasını qeyd etmişdir. Sadalanan faktlardan aydın görünür ki, ticarət obyektinin cavabdeh şəxsən özü tərəfindən işlədilməsinə dair Firma qarşısında öhdəlik götürmüşdür. Lakin iddiaçı Cavabdeh Firması ilə bağlanmış 04.11.2011-ci il tarixli, MİM/179-2191194 saylı, 04.11.2011-ci il tarixli, MİM/183-36-1192 saylı və 04.11.2011-ci il tarixli, MİM/234-1081193 saylı müqavilələrin şərtlərini pozaraq üzərinə götürdüyü öhdəliyi yerinə yetirməkdən boyun qaçırmış, ticarət obyektlərini Firmanın icazəsi olmadan 3-cü şəxslərə subicarəyə verməklə müqavilənin şərtlərini pozmuşdur. Müqavilənin 8.4-cü bəndinə əsasən tərəflər razılığa gəlmişlər ki, tərəfin öz öhdəliklərini m üvafiq qaydada yerinə yetirməməsi halında müqavilə birtərəfli qaydada pozula bilər. Beləliklə, məhkəmə kollegiyası qətnamənin mətnində işin faktiki hallarına və mahiyyətinə uyğun olmayan cümlələrdən istifadə etməklə cavabdeh tərəfindən iddiaçının ticarət obyektindən istifadə etməsinə maneələr yaradılmasını qeyd edərək, öz qətnaməsini əsaslandırmağa çalışmışdır. Məhkəmə əsaslı araşdırma aparmadan işdə olan sübutlara əsaslanmadan və tərəflər arasında mövcud müqavilə şərtlərini nəzərə almadan ilkin iddia üzrə cavabdehin guya ki iddiaçıdan yeni müqavilə bağlamağı tələb etməsinə istinad etmişdir. Lakin bu faktları sübut edə biləcək hər hansı dəlilin məhkəməyə təqdim edilməməsi məhkəmə qətnaməsində öz əksini tapmamış və belə bir tələbin haradan yarandığını məhkəmə izah edə bilməmişdir. Beləlik lə, apellyasiya kollegiyası maddi və prosessual hüquq normalarının pozuntusu ilə qətnamə qəbul edilmişdir. Göstərilənlərə əsasən onlar iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 12.07.2019-cu il tarixli, 2(103)-6434/2019 saylı qətnaməsinin ləğv edilərək iş üzrə yeni qərar qəbul edilməsini xahiş etmişlər. İşdə iştirak edən şəxslər işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmişlər. Lakin İddiaçı məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında iştirak edən cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh Firmasının nümayəndəsi X5 və vəkil i V1 oğlu kassasiya şikayətini müdafiə edərək, məhkəmədən şikayətin təmin edilməsini xahiş etdilər. Məhkəmə iclasında iştirak edən iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı nümayəndəsi və vəkili Mahmudov Vidadi Cəmil oğlu kassasiya şikayətinə etiraz edərək, şikayətin təmin edilməməsini, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 12.07.2019-cu il tarixli, 2(103)6434/2019 saylı qətnaməsinin dəyişdirilmədən saxlanmasını xahiş etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yalnız maddi və prosessual hüquq normalarının d üzgün tətbiq olunub-olunmamasını yoxlayır. Kassasiya instansiyası tərəfindən işin faktiki halları yoxlanılmasa da, apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual normaları düzgün tətbiq edib - etməməsini yoxlayarkən, hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarıının nəzərə alınması və onlara istinad olunması vacibdir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyənləşdirilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması hesab olunmamalıdır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qəbul etdiyi qətnaməni ləğv edərək, ilk iddianın qismən təmin edilməsi, qarşılıqlı iddianın rədd edilməsi qənaətinə gəlmiş və qənaətini onunla əsaslandırmışdır ki, Cavabdeh firması ilə İddiaçı arasında bağlanmış 07.0 8.2007-ci il tarixli 384 saylı müqavilənin giriş hissəsinə, 1.2-1.4-cü bəndlərinə və 2.1-ci bəndinin “a” yarımbəndinə görə, tərəflər firmanın fəaliyyət göstərdiyi “Aeroport” yarmarkasının şəhərin başqa ərazisinə köçürülməsini və müvafiq icra hakimiyyəti orqanı tərəfindən ona yeni ticarət mərkəzinin təşkil olunması üçün Lökbatan-Xocasən yolunun cənub-şərq hissəsində 50 ha torpaq sahəsinin ayrılmasını, bununla bağlı firmanın yeni ticarət mərkəzi tikməyə və bu işə ticarət əlaqələrində olduğu və digər maraqlı şəxsləri cəlb etməyə qərar verdiyini, ilkin iddiaçı da yeni ticarət mərkəzinin tikintisində iştirak etməkdə maraqlı olduğunu və öz vəsaitini qoymaq istədiyini nəzərə alaraq birgə fəaliyyət haqqında razılığa gəlmişlər. Müqavilə üzrə birgə fəaliyyətin məqsədi tərəflərin işgüzar bacarıqların ı, əmlak və maliyyə imkanlarını birləşdirməklə tikinti işləri aparmaq və sahibkarın ticarət sahəsinə olan tələbatının ödənilməsini təmin etməkdir. Firma səmərəli vaxt ərzində ayrılmış sahədə müasir ticarət-xidmət standartlarına uyğun olaraq mağazaları, anbarları, yardımçı sahələri, iaşə və xidmət obyektlərini əhatə edən Yeni ticarət mərkəzinin tikintisini və ərazinin abadlaşdırılmasını həyata keçirəcək və bu məqsədlə ticarət əlaqələrində olduğu və digər maraqlı şəxslərin imkanlarından istifadə edəcəkdir. Firma təsdiq olunmuş tikinti layihə sənədlərinə müvafiq olaraq Yeni ticarət mərkəzinin hüdudlarında İddiaçı 123 kv.m. ticarət, iaşə və ya digər xidmət sahəsi üçün yer ayırmağı, həmin sahədə mağaza, anbar və digər obyektin tikintisini son bəzək-tamamlama işlərinədək təşkil etməyi, İddiaçı i sə ayrılmış torpaq sahəsində son bəzəktamamlama işlərinədək tikintinin həyata keçirilməsi üçün 36.900 manat ödəməyi öhdəsinə götürmüşdür. Firma tikinti işlərinin son bəzək-tamamlama işlərinədək vaxtında və keyfiyyətlə aparılmasını öz riski ilə təmin edir. Bu öhdəliklər qarşılıqlı olaraq icra edildikdən sonra həmin sahələrdən istifadə ilə bağlı yaranmış məhkəmə mübahisəsi də İddiaçı xeyrinə tamamlanmış və Qaradağ Rayon Məhkəməsinin 31 oktyabr 2011-ci il tarixli qətnaməsi ilə Cavabdeh ticarət mərkəzində yerləşən 8-ci sıra 2-ci korpusdakı 33 kv.metrlik 42 saylı və 2-ci zona, 3-cü sıra 4-cü korpusdakı 40 kv.metrlik anbar binalarının İddiaçı istifadəsinə verilməklə ona qaytarılması, həmin ticarət mərkəzində yerləşən 2-ci zona 4-cü sıra, 3-cü korpusun 50 kv.metrlik 93 saylı anbar binası söküldüy ü üçün onun əvəzinə Cavabdeh ticarət mərkəzindən həmin zonadan eyni ölçüdə, oxşar şəraitli anbar binasının iddiaçıya verilməsi qət edilmişdir. Cavabdeh firması qətnamədən şikayət verməməklə onunla razılaşmış və 04.11.2011-ci il tarixdə eyni kvadratda ticarət sahələrinin İddiaçı istifadəsinə verilməsinə dair MİM/179-219-1194 saylı, MİM/183-36-1192 saylı və MİM/234-108-1193 saylı müqavilələr bağlamışdır. Həmin müqavilələrdə “istifadə-icarə haqqının vaxtında ödənilməsi, sahibkarın ona istifadəyə verilmiş ticarət obyektini firmanın yazılı razılığı olmadan 3-cü şəxslərə icarəyə-istifadəyə verə, onu sata və özəlləşdirə bilməməsi və s.” kimi ifadələr də qeyd olunmuşdur (2.2-ci bəndin “f” yarımbəndi, 2.5-ci bəndi). Müqavilələrin şərtləri və işin mübahisəsiz hallarından görünür ki, tərəflər ümumi sahəsi 123 kv.m. olan üç ədəd - 50 kv.m., 40 kv.m. və 33 kv.m.-lik ticarət sahələrinin Cavabdeh firması tərəfindən tikilib İddiaçı istifadəsinə verilməsi və sonuncunun obyektlərin dəyərini ödəməsi barədə razılaşmışlar. Cavabdeh firması, həmin sahələri tikərək iddiaçıya təqdim etmiş, iddiaçı isə onların ümumi dəyərini ödəmişdir. Bundan sonra iddiaçı, həmin mağazaları təhvil alaraq istifadə etmişdir. Hətta bir müddət sonra Cavabdeh firması tərəfindən istifadəyə maneçilik törədildiyinə görə həmin sahələrin (əvəzinin) İddiaçı qaytarılması haqqında qanuni qüvvəsini almış məhkəmə qətnaməsi çıxarılmış və tərəflər bununla razılaşaraq eyni sahələrin istifadəyə verilməsi barədə 2011-ci ilin noyabr ayının 4-də yeni müqavilələr bağlamışlar. 2007-ci ildə bağlanmış müqavilənin giriş hissəsindəki müddəa lardan görünür ki, tərəflər ticarət mərkəzinin inşası ilə bağlı öz vəsaitlərini birləşdirmək qərarına gəlmiş və mübahisəli sahələr ilkin iddiaçının vəsaiti hesabına inşa edilmişdir. Həmin müqavilənin 7.3-cü bəndində hətta gələcəkdə ilkin iddiaçının sahəyə mülkiyyət hüququ əldə etmək imkanına da işarə edilmişdir. Bundan əlavə, 2011-ci ildə bağlanmış müqavilələrin 3.1-ci bəndinin məzmunundan aydın olur ki, Cavabdeh firmasının icarə haqqı kimi istinad etdiyi müddəalar icarə müqaviləsi üzrə icarəçinin ödəməli olduğu aylıq icarə haqqına dair razılaşma olmayıb, ticarət sahələrinin idarəçiliyinin həyata keçirilməsinə görə ödənişdir. Başqa sözlə, tərəflər həmin sahələrin saxlanılması, mühafizəsi, onlara müvafiq xidmət göstərilməsi və s. barədə ödəniş aparılmasına dair razılığa gəlmişlər. Təsadüfi deyil ki, müqavilələrin 2.2-ci bəndinin “f” yarımbəndində bu ödənişlər “icarə haqqı” kimi yox, “istifadəicarə xərcləri” kimi qeyd olunmuşdur. Kollegiyanın bu qənaətini həm də o fakt dəstəkləyir ki, İddiaçı, 2007-ci il müqaviləsindən və 2011-ci ildəki razılaşmalardan sonra icarə haqqı ödəməmiş, Cavabdeh firması ondan icarə haqqı tələb etməmiş və İddiaçı icarə ilə bağlı müqavilə öhdəliyini pozmasına dair hər hansı iddia qaldırmamışdır. Göstərilənlərə əsasən Kollegiya, müqavilələrdəki söz və ifadələrin hərfi mənasını deyil, tərəflərin iradə ifadəsinin həqiqi mənasını, qarşılıqlı münasibətlərində yaranmış praktika və işgüzar adətləri, habelə müqavilənin məzmununa daha çox uyğun gələn mənanı nəzərə alaraq bu qənaətə gəlir ki, tərəflər icarə yox, podrat münasibətində olmuşlar. Mülki Məcəllənin 7 52.1-ci və 762.1-ci maddəsinə əsasən, podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Podratçı sifarişçi üçün podratı elə icra etməlidir ki, podratın nəticəsi qüsurlardan, üçüncü şəxslərin hüquqlarından və ya iddialarından azad olsun. Beləliklə, məhkəmə kollegiyası mübahisənin faktiki hallarını və işdəki sübutları birlikdə qiymətləndirərək bu nəticəyə gəlmişdir ki, İddiaçı, sözügedən ticarət sahələrinin icarəçisi olmayıb, onlar üzərində Cavabdeh firması ilə bağladığı 04.11.2011-ci il tarixli müqavilələlərdən irəli gələn istifadə hüquqları vardır. Bu baxımdan, ilkin iddiaçının öz istifadəsində olan ticarət sahələrini üçüncü şəxs(lər)in istifadəsinə verməsi qanunvericiliyə zidd deyil. Hər ha nsı qanuni əsas olmadan bu hüququn məhdudlaşdırılması isə yolverilməzdir. Odur ki, Cavabdeh firmasının mübahisəli ticarət sahələrindən İddiaçı istifadə etməsinə maneçilik törətməsi, 2011-ci ildə bağlanmış razılaşmalara icarə müqaviləsi kimi istinad etməsi, icarə haqqqının ödənilməməsini və İddiaçı mübahisəli sahələri firmanın icazəsi olmadan başqa şəxslərin icarəyə verilməsini əsas gətirərək müqavilələrin ləğv olunmasını və 22.600 manat subicarə haqqını tələb etməsi əsassızdır. Baxılan işdə İddiaçı ticarət sahələrinə qeyd olunan müqavilələrdən irəli gələn (və bu qətnamə ilə təmin olunan) istifadə hüquqları onun həmin əşyalar üzərində sahibliyini (o cümlədən bir vəziyyət olan sahibliyin pozuntusunun aradan qaldırılmasını) da əhatə edir. Belə ki, İddiaçı, dəyərini ödəyib tikilmiş sahələri tə hvil aldığından onların qanuni sahibi sayılır. Sahibliyin pozulması isə qanunvericiliklə qadağan edilir. Ona görə də apellyasiya kollegiyası hesab etmişdir ki, İddiaçı, mübahisə predmeti olan ticarət sahələrindən istifadəsinə maneçilik törədilməsinin Cavabdeh firmasına qadağan edilməsini tələb etməkdə haqlıdır. Kollegiya, İddiaçı 04.11.2011-ci il tarixli müqavilələrin etibarsız hesab edilməsi haqqında tələbini əsaslı saymamışdır. Belə ki, ilkin iddiaçı bu tələbin əsası kimi həmin müqavilələrin onun deyil, qardaşı tərəfindən imzalanmasını və qardaşına bu barədə səlahiyyət verməməsini göstərmişdir. Həmin müqavilələrin bilavasitə İddiaçı tərəfindən deyil, qardaşı Asəf Kərimov tərəfindən imzalanması işin mübahisəsiz halıdır. Kollegiya vurğulamışdır ki, müqavilələr 2011-ci ildə İddiaçı tərəfi ndən imzalanmadığına və ya Asəf Kərimovun onları imzalayan anda müvafiq etibarnaməsinin olmadığına (etibarnamə 26 sentyabr 2013-cü il tarixdə verilmişdir) görə etibarsız olsa da, sonradan həmin əqdlər İddiaçı tərəfindən bəyənildiyinə görə etibarlı sayılır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 360.1-ci maddəsinə əsasən əgər başqa şəxsin (təmsil edilənin) adından əqdi bağlayan şəxsin (təmsilçinin), başqa şəxsin (təmsil edilənin) adından hərəkət etmək səlahiyyəti olmazsa və ya bu səlahiyyət aşılarsa, əqdin digər tərəfinin təmsilçidən həmin əqdin icrasını və ya əqdin bağlanması nəticəsində ona dəymiş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ vardır, bu şərtlə ki, başqa şəxs (təmsil edilən) əqdi sonradan bəyənməsin. Həmin Məcəllənin 360.2-ci maddəsinə əsasən təmsil edilən tərəfindən əqdin sonradan bəyənilməsi onun üçün əqdin bağlandığı andan əqd üzrə mülki hüquq və vəzifələr yaradır, dəyişdirir və onlara xitam verir. İşin müəyyən edilmiş faktiki hallarından görünür ki, İddiaçı həmin əqdlərin bağlanmasından məlumatlı olmuş, ona etiraz etməmiş və tərəflər arasında müqavilələrin şərtlərinə uyğun qarşılıqlı münasibətlər qurulmuşdur. Başqa sözlə, İddiaçı sözügedən ticarət sahələrinə əmlak marağının olmasını ortaya qoymuşdur. Mübahisə predmeti barədə hazırkı iddianın İddiaçı tərəfindən qaldırılması və sahələrdən istifadəyə törədilən maneçiliyin qadağan edilməsi tələbinin qoyulması da bu halı təsdiqləyir. Beləliklə, 04.11.2011-ci il tarixli müqavilələr İddiaçı tərəfindən bəyənildiyinə görə etibarlıdır və hüquqi nəticə doğurur. O da nəzərə alınmalıdır ki, həmin müq avilələrin 8.2-ci maddəsinə görə, hazırkı müqavilənin qüvvəyə minməsi ilə tərəflər arasında daha öncə bağlanılmış bütün müqavilələr, razılaşmalar və protokollar öz hüquqi qüvvəsini itirir. Kassasiya kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə işin həqiqi hallarına və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olmamaqla qətnamə maddi hüquq normaları pozulmaqla qəbul edilmişdir. Belə ki, iş materiallarında olan Qaradağ rayon məhkəməsinin 2(002)-1380/2011 saylı 31 oktyabr 2011-ci il tarixli qətnamənin surətindən görünür ki, ”Cavabdeh” ticarət mərkəzində yerləşən 8-ci sıradakı 2-ci korpusun 33 kv. metrlik 42 saylı anbar binası və 2-ci zona 3-cü sıradakı 4-cü korpusun 40 kv. metrlik 108 saylı anbar binasının İddiaçı istifadəsinə verilməklə ona qaytarılması, ”Cavabdeh”ticarət mərkəzində yerləşən 2-ci zona, 4-cü sıradakı 3-cü korpusun 50 kv.metrlik 93 saylı anbar binası söküldüyü üçün onun əvəzinə Cavabdeh ticarət mərkəzindən həmin zonadan eyni ölçüdə, oxşar şəraitli anbar binasının iddiaçıya verilməsi qət edilmişdir. İş materiallarında olan topdan satış anbarının qeydiyyat vəsiqələrinin surətindən görünür ki, 3841 saylı müqavilə üzrə 40 kv.metr sahəsi olan 2-ci zona 3-cü sıra, 4-cü korpus, 108 saylı yer 23.08.2007-ci ildə İddiaçı, 3841 saylı müqavilə üzrə 50 kv.metr sahəsi olan 2-ci zona 4-cü sıra,3-cü korpus,93 saylı yer 23.08.2007-ci ildə İddiaçı Yusif oğlunun, 3841 saylı müqavilə üzrə 33 kv.metr sahəsi olan 2-ci zona 8-ci sıra, 2-ci korpus, 42 saylı yer 15.08.2007-ci ildə İddiaçı adına qeydiyyat vəsiqəsi verilmişdir. İş materiallarında olan İddiaçı ilə Cavabdeh ticarət firması arasında bağlanmış 07.08.2007-ci tarixli “Birgə fəaliyyət haqqında” 3841 saylı müqavilənin surətindən görünür ki, yeni ticarət mərkəzinin təşkil olunması üçün firmaya Bakı şəhər İcra Hakimiyyəti başçısının 17 yanvar 2007-ci il tarixli, 07 saylı sərəncamı ilə Bakı şəhəri, Lökbatan qəsəbəsinin şərqində, Heybət dəmir yolu stansiyasının cənubunda, Lökbatan-Xocasən yolunun cənub-şərq hissəsində 50 ha torpaq sahəsi ayrılmışdır. Həmin müqavilənin 1.4-cü bəndində göstərilir ki, firma təsdiq olunmuş tikinti-layihə sənədlərinə müvafiq olaraq yeni ticarət mərkəzinin hüdudlarında sahibkara 123 kv.metr ölçüdə ticarət, iaşə və ya digər xidmət sahəsi üçün yer ayırmağı, həmin sahədə anbar tikintisini son bəzək tamamlama işlərinədək təşkil etməyi, sahibkar işə ayrılmış torpaq sahəsində son bəzək tamamlama işlərindən tikintinin həyata keçirilməsi üçün 36900 manat ödəməyi öhdəsinə götürür. Həmin müqavilənin 2.2-ci maddəsində göstərilir ki,sahibkar mərkəzdə mağazanın tikintisi üçün ona ayrılmış 123 kv.m yerdə mağazanın tikilməsinin müəyyənləşdirilməsi üçün 36900 manatı bir dəfəyə 2007-ci ilədək firmanın sərəncamına verir. İş materiallarında olan İddiaçı ilə Cavabdeh ticarət firması arasında bağlanmış 04.11.2011-ci il tarixli MİM/179-219-1194 saylı müqavilənin surətindən görünür ki,predmeti ticarət obyekti olmaqla ticarət mərkəzinin ərazisində hüdudları və yerləşdiyi ünvanı hər iki tərəfə bəlli olan sahəni firma sahibkara istifadəyə verir. Müqavilənin predmeti olmaq etibarı ilə ticarət məqsədi üçün ayrılmış obyektin firmanın ərazisindəki dislokasiyası aşa ğıdakı kimidir:1 zona,7-ci sıra,9-cu korpus,219-cu yer,50 kv.metr. İş materiallarında olan İddiaçı ilə Cavabdeh ticarət firması arasında bağlanmış 04.11.2011-ci il tarixli MİM/183-36-1192 saylı müqavilənin surətindən görünür ki,predmeti ticarət obyekti olmaqla ticarət mərkəzinin ərazisində hüdudları və yerləşdiyi ünvanı hər iki tərəfə bəlli olan sahəni firma sahibkara istifadəyə verir. Müqavilənin predmeti olmaq etibarı ilə ticarət məqsədi üçün ayrılmış obyektin firmanın ərazisindəki dislokasiyası aşağıdakı kimidir:1 zona,8-ci sıra,3-cü korpus,36-cı yer,33 kv.metr. İş materiallarında olan İddiaçı ilə Cavabdeh ticarət firması arasında bağlanmış 04.11.2011-ci il tarixli MİM/234-108-1193 saylı müqavilənin surətindən görünür ki,predmeti ticarət obyekti olmaqla ticarət mərkəzinin ərazisində hüd udları və yerləşdiyi ünvanı hər iki tərəfə bəlli olan sahəni firma sahibkara istifadəyə verir. Müqavilənin predmeti olmaq etibarı ilə ticarət məqsədi üçün ayrılmış obyektin firmanın ərazisindəki dislokasiyası aşağıdakı kimidir: 2 zona,3-cü sıra,4-cü korpus,108-ci yer,40 kv.metr. Həmin müqavilələrin 2-ci maddəsinin “g” bəndində göstərilmişdir ki,firma istifadə-icarə haqqının vaxtlı-vaxtında ödənilməsini tələb edir.Həmin maddənin “k” bəndində göstərilmişdir ki,firma öz mülkiyyətinə sərəncam vermək hüququnu özündə saxlayır. Həmin müqavilələrin 2.5-ci maddəsində göstərilir ki,sahibkar ona istifadəyə verilmiş ticarət obyektini firmanın razılığı olmadan 3-cü şəxslərə icarəyə-istifadəyə verə, onu sata (notarial və digər qaydalarda) və özəlləşdirə bilməz. Həmin müqavilələrin 8.2-ci maddəsində göst ərilir ki, hazırki müqavilənin qüvvəyə minməsi ilə tərəflər arasında daha öncə bağlanmış bütün müqavilələr, razılaşmalar və protokollar öz hüquqi qüvvəsini itirir və etibarsız hesab edilir. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş X3 09.03.2018-ci ikl tarixli notarial qaydada təsdiq edilmiş ərizəsindən surətindən görünür ki, Cavabdeh firması ilə İddiaçı arasında 04.11.2011-ci il tarixdə bağlanmış müqaviləyə əsasən zona-1, sıra-7,korpus 9-da yerləşən ümumi sahəsi 50 kvm olan 219 nömrəli obyektə görə o,04.11.2011 –ci il tarixdən hal–hazırki müddətə qədər aylıq 50 manat pul ödəyir. Məhkəmə iclasında iddiaçı tərəf iddia tələbinin dəqiqləşdirilməsinə əlavə ərizədə göstərdikləri halları əsaslandırmaq üçün X6 və X3 01 may 2018-ci il tarixdə notarial qaydada təsdiq edilmiş ə rizələrinə istinad etsələr də məhkəmədə aydın oldu ki, həmin ərizələr həmin şəxslərin özləri tərəfindən 03 may 2018-ci il tarixdə notarial qaydada ləğv edilməklə etibarsız hesab edilmişdir. Tərəflər arasında bağlanmış 04 noyabr 2011-ci il tarixli MİM/179-219-1194 saylı,04 noyabr 2011-ci il tarixli MİM/183-36-1192 saylı və 04 noyabr 2011-ci il tarixli MİM/234-108-1193 saylı müqavilələrin firma ilə icarəçi arasında bağlanmış müqavilənin 8.3-cü bəndinə əsasən tərəflər hazırkı müqaviləni birtərəfli qaydada ləğv etmək hüququnu özlərində saxlayırlar. Həmin müqavilənin 8.4-cü bəndinə əsasən tərəfin öz öhdəliklərini müvafiq qaydada yerinə yetirməməsi halında müqavilə birtərəfli pozula bilər. Bu öhdəliklərə qarşılıqlı razılıq əsasında müəyyən olunmuş icarə haqqının ödənilməməsi, sanitariya-gigiyena qaydalarının pozulması, qadağan olunmuş saxta malların satılması, yanğın, partlayışın və digər insanların həyatına ciddi təhlükə yaradacaq hadisələrin törədilməsi, ticarət obyektinin şəxsən özü tərəfindən işlədilməməsi halında, icazəsiz tikintilərin, dəyişikliklərin və söküntülərin aparılması, ticarət obyektinin icazəsiz (yazılı müqavilə olmadan) 3-cü şəxslərə icarəyə-istifadəyə verilməsi, hər hansı forma və metodlardan istifadə edilərək (notarial qaydada da daxil olmaqla) satılmalıdır. İş materiallarından görünür ki, iddiaçı uzun illərdir ki, firmanın razılığı olmadan, ticarət obyektini qeyri-qanuni yolla 3-cü şəxsə subicarəyə verməklə qüvvədə olan müqavilələrin 2.5-ci bəndinin tələblərini pozmuşdur İddiaçı ilə ”Cavabdeh” firması arasında bağlanmış 04 noyabr 2011ci il tarixli MİM/179-219 -1194 saylı, 04 noyabr 2011-ci il tarixli MİM/183-36-1192 saylı və 04 noyabr 2011-ci il tarixli MİM-234-108-1193 saylı müqavilələrdə iddiaçı tərəfindən subicarəyə vermək barədə hüquq verilməsi göstərilməmişdir. İddiaçının məqsədi ticarət obyektini qeyri-qanuni yolla 3cü şəxslərə subicariyə verməklə qazanc əldə etmək olmuşdur. Ticarət obyektinin iddiaçı tərəfindən Cavabdeh firması ilə iddiaçı arasında bağlanmış 04 noyabr 2011-ci il tarixli MİM/183-36-1192 saylı müqavilə ilə ona icarəyə verilmiş 1-ci ərazi, 8-ci sıra, 3-cü korpusda yerləşən 36 nömrəli, 33 kv.m yeri 3-cü şəxs hesab edilən X7 qeyri qanuni icarəyə verməklə ayda 500 manat ondan almış və 04 noyabr 2011-ci il tarixli MİM/179-219-1194 saylı müqavilə ilə ona icarəyə verilmiş 1-ci ərazi,7-ci sıra,9-cu korpusda yerləşən 219 nömrəli, 50 kv.m olan obyekti isə X1 isə ayda 50 manat icarəyə haqqı almışdır. Müqavilənin 2.5-ci bəndinə əsasən “Sahibkar ona istifadəyə verilmiş ticarət obyektini firmanın razılığı olmadan 3-cü şəxslərə icarəyə-istifadəyə verə,onu sata (notarial və digər qaydada) özəlləşdirə bilməz” Azərbaycan Respublikası Mülki Məcəlləsinin 683.1-ci maddəsinə əsasən kirayəyə verənin icazəsi olmadan kirayəçinin kirayəyə götürdüyü əşyanı kirayəyə verənin ailəsinin tərkibinə daxil olmayan üçüncü şəxsin istifadəyə vermək, o cümlədən əşyanı ikinci əldən kirayəyə vermək hüququ yoxdur. Əgər kirayə verən icazə verməkdən imtina edirsə, kirayəçi qanunla müəyyənləşdirilmiş müddəti gözləməklə hüquq münasibətlərini ləğv edə bilər, bu şərtlə ki, obyektiv baxıldıqda üçüncü şəxs icazədən imtina üçün mühüm əsaslar verməsin. İlk iddianı qismən təmin edərək, qarşılıqlı iddianı təmin etməyən apellyasiya instansiyası məhkəməsi İddiaçı tərəfindən hər 2 mağazanı 3-cü şəxslərə Cavabdeh firmasının razılığı olmadan icarəyə verməsini, həmin ticarət obyektlərinin faktiki olaraq subicarəçilərin istifadəsində olmasını obyektiv aydınlaşdırıb sübutları obyektiv qiymətləndirməmiş, qarşılıqlı iddianın təmin edilməməsinin səbəblərini əsaslandırmamış, işdə adı 3-cü şəxslər kimi keçən X11 və X4 işə cəlb edilməmiş, onların izahatı dinlənilməmiş, Firma tərəfindən maneələrin hansı formada yaradılmasına aydınlıq gətirilməmiş, maneələrin nədə ifadə edildiyi müəyyən edilməmiş, ilkin iddia üzrə cavabdehin iddiaçıdan yeni müqavilə bağlamağı tələb etməsinin nədə öz əksini tapmasını göstərməmişdir. Göstərilənlərdən əsasən qeyd edilməlidir ki, apellyasiya kollegiyası mübahisəyə mahiyyəti üzrə baxan məhkəmə olaraq məhkəmə araşdırması apararkən araşdırmanın tam, obyektiv həyata keçirilməsini təmin etməmiş, kassasiya şikayətində qeyd edilmiş hallara qiymət verməyərək, məhkəmə araşdırmasını tam və dolğun həyata keçirməmiş, cavabdehin (qarşılıqlı iddia üzrə iddiaçının) ədalətli məhkəmə araşdırması hüququnu pozmuşdur. Məhkəmə kollegiyası ilk öncə qeyd etməyi zəruri hesab edir ki, hazırki iş üzrə mübahisənin qanuni və ədalətli həlli üçün tərəflər arasında bağlanmış müqavilənin təkcə hərfi mənası deyil, onlar arasındakı münasibətin həqiqi mənası əsas götürülməli, bu zaman mülkiyyətçinin, eləcə də digər əmlak hüququ sahibinin hüquqları qorunmalıdır. Mülkiyyət hüququnun, o cümlədən daşınar və daşınmaz əşyaya mülkiyyət hüququnun müdafiəs i, qanunla müəyyən edilmiş məhdudiyyətlər istisna olmaqla maneəsiz həyata keçirilməsi, bu hüquqların müdafiəsi ilə ictimai mənafelər və dövlət maraqları arasında ədalətli tarazlığın təmin edilməsi hüquqi dövlətin qarşısında duran ən mühüm vəzifələrdəndir. Azərbaycan Respublikasının Mülki Məcəlləsində müqavilə növləri sırasında birgə fəaliyyət haqqında müqavilə növü nəzərdə tutulmasa da, Məcəlləyə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər (maddə 390.1). Mülki Məcəllə, həmçinin nəzərdə tutur ki, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtlə şdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər (maddə 425). Mülki Məcəllənin 404.1-ci maddəsinə əsasən, müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Apellyasiya instansiyası məhkəməsi birgə fəaliyyət müqaviləsinin heç bir müddəasının həmin əqdin icarə müqaviləsi olduğu barədə qənaətə gəlmək üçün əsas vermədiyini qeyd edərək mövqeyini bu istiqamətdə əsaslandırmış, lakin bu zaman işin həqiqi hallarına əhəmiyyət verməmişdir. Belə ki, iddiaçı cavabdehin əldə etdiyi 40329 manat pulun cavabdehin əsassız varlanmasına səbəb olduğundan ondan alınaraq iddiaçıya verilməsini tələb edir. İş materiallarında olan 04.11.2011-ci il tarixli müqavilələrin 2.2 “f” və “g” bəndlərindən görünür ki, iddiaçı ticarət obyektindən sahənin ölçülərinə görə istifadə-icarə xərclərinin ödənilməsini təmin etməli və iddiaçı ticarət obyektini özü işlətməlidir. Göründüyü kimi, apellyasiya instansiyası məhkəməsi müqavilələlər üzrə bu halları araşdırmamış, h eç bir hüquqi qiymət verməmişdir. Halbuki, bu halın mövcudluğu sübut olunarsa tərəflərin birgə fəaliyyətinin faktiki olaraq icarə hüquq münasibətlərinə əsaslandığı təsdiq oluna bilər. Bu isə o deməkdir ki, hazırki halda ilkin və qarşılıqlı iddia tələbinə düzgün hüquqi qiymət verilməsi mümkünsüzdür. Ona görə də işin bu hallarına aydınlıq gətirilməli, tərəflər arasındakı faktiki münasibətlər aydınlaşdırıldıqdan sonra onlar arasında yaranmış hazırki mübahisə həll olunmalıdır. Bundan başqa, apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, birgə fəaliyyət haqqında müqavilənin 7.3-cü bəndində hətta gələcəkdə iddiaçının mübahisəli obyektə mülkiyyət hüququ əldə edə bilməsi imkanı da nəzərdə tutulmuşdur. Halbuki, bu bənddə belə bir müddəa nəzərdə tutulmamışdır, müqavilənin 7.3-cü bəndində göstə rilir ki, bu müqavilə üzrə öhdəliklər və hüquqlar vərəsəlik halları istisna olmaqla Firmanın yazılı razılığı olmadan (mülkiyyət üzərində sahiblik hüququnu təsdiqləyən şəhadətnamə olmayana qədər) digər üsulla hər hansı bir üçüncü şəxsə satıla və icarəyə verilə bilməz. Göründüyü kimi, apellyasiya instansiyası məhkəməsi həmin bəndin müddəasını təhrif etmişdir. Həmin bəndin həqiqi mənası öhdəlik və hüquqların Firmanın razılığı olmadan başqa şəxsə verilməsinin qadağan edilməsindən ibarətdir, “mülkiyyət üzərində sahiblik hüququnu təsdiqləyən şəhadətnamə olmayana qədər” sözləri heç də iddiaçının mübahisəli sahəyə mülkiyyət hüququ əldə edə bilməsini ehtiva etmir. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, ümumiyyətlə tərəflər arasında bağlanmış birgə fəaliyyət haqqında müqavilədə həmin əmlaka iddiaçının gələcəkdə mülkiyyət hüququnun yaranacağı barədə hər hansı müddəa yoxdur. Azərbaycan Respublikasının MPM-nin 9-cu maddəsinə əsasən, ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Bu Məcəllə ilə başqa hal nəzərdə tutulmayıbsa, məhkəmədə mübahisəyə işdə iştirak edən şəxslər çağırılıb dindirilmədikdə baxıla bilməz. İşdə iştirak edən şəxslər öz tələblərini əsaslandırdıqları dəlillər, sübutlar və hüquqi nəticələr barədə bir-birlərinə məlumat verməyə borcludur ki, digər tərəf bunlara qarşı özünün müdafiəsini təşkil edə bilsin. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məh kəmə, qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmad ığını müəyyən edir. Kassasiya kollegiyası hesab edir ki, prosessual qanunvericiliyin “iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edilməsi”, “nə kimi halların müəyyən edilməməsi”, “tərəflərin hansı hüquq münasibətində olmaları” barədə tələblərinə riayət olunması üçün ilkin olaraq iş üzrə toplanmış sübutlar düzgün qiymətləndirilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, «məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiq lənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir». Göründüyü kimi apellyasiya instansiyası məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozuntusu ilə çıxarılmışdır. Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Azərbaycan Respublikası MPM-in 41 7.1.3-cü maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Azərbaycan Respublikası MPM-in 418.1-ci maddəsinə əsasən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Azərbaycan Respublikası MPM-in 418.3-cü maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. İşin yuxarıda qeyd olunan faktiki hallarını və sadala nan normaların tələblərini nəzərə alaraq, kassasiya kollegiyası hesab edir ki, kassasiya şikayəti qismən təmin edilməli, iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 12.07.2019-cu il tarixli qətnaməsi ləğv edilməli və həmin hissədə iş yeni apellyasiya baxışına qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-in 420-ci maddəsinə əsasən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 418.1, 418.3, 419, 420, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh Firması tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiya sının 12.07.2019-cu il tarixli, 2(103)6434/2019 nömrəli qətnaməsi ləğv edilsin və mülki iş yenidən apellyasiya qaydasında baxılması üçün həmin məhkəməyə qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar