Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-7855/2019 27.12.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlunun sədrliyi və məruzəsi ilə, Kalbalıyev Aslan Kalbalı oğlu, İbayev Vəfaddin Ələm oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əliyeva Günel İnqilab qızının katibliyi, İddiaçı,Cavabdeh1, vəkili X2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “özbaşına tikilinin sökülməsi” tələbinə dair ilkin, Cavabdeh1 İddiaçı qarşı “özbaşına tikilinin sökülməsi qapıların bağlanılması və yaşayış sahəsinin əvvəlki vəziyyətə qaytarılması” barədə və Cavabdeh2 İddiaçı qarşı “otaqdan çıxarılma, özbaş ına tikilinin sökülməsi və dəymiş ziyanın ödənilməsi” barədə qarşılıqlı iddia tələblərinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin MK-nın 03 iyul 2019-cu il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 27 fevral 2019-cu il tarixli qətnaməsi ilə (hakim R.Səmədov) İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “özbaşına tikilinin sökülməsi” tələbinə dair ilkin iddia tələbi təmin edilmiş, ünvan 1 ünvanında özbaşına aparılmış tikililərin (İddiaçı mənzilinə giriş qapısının qarşısında Cavabdeh1 tərəfindən (1,0 x 3,0) metr ölçüdə inşa edilmiş əlavə tikili və İddiaçı mənzilinə ümumi həyətdən olan giriş qapısının sol tərəfində (pəncərənin qarşısında) Cavabdeh2 tərəfindən mişar da şı ilə bir ədəd sütun hörülərək, üzərində (1,8 x 1,2) metr ölçüdə inşa edilmiş əlavə tikili) cavabdehlər Cavabdeh1 və Cavabdeh2 hesabına sökülməsi, Cavabdeh1 qarşılıqlı iddia tələbinin qismən təmin edilməsi, İddiaçı tərəfindən yaşayış sahəsinin təyinatını dəyişərək qeyri-yaşayış sahəsinə çevrilməklə (yuyucu) küçəyə açılmış qapıların bağlanılması, yaşayış sahəsinin əvvəlki vəziyyətə qaytarılması, Cavabdeh1 qarşılıqlı iddia tələbinin qalan hissədə təmin edilməməsi, Cavabdeh2 qarşılıqlı iddia tələbinin təmin edilməməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin MK-nın 03 iyul 2019-cu il tarixli qətnaməsi ilə (sədrlik edən A.İmanov, hakimlər A.Hüseynov və V.Sadıqov) Cavabdeh1 apellyasiya şikayəti təmin edilməmiş, Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 27 fevral 2019-cu il tarixli qətnaməsi m übahisələndirilən hissədə Cavabdeh1 münasibətdə dəyişdirilmədən saxlanılmışdır. KASSASİYA ŞİKAYƏTİNİN DƏLLİLƏRİ Cavabdeh1 kassasiya şikayəti ilə Azərbaycan Respublikası Ali Məhkəməsi MK-ya müraciət edərək şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsi işə mahiyyəti üzrə baxarkən və qətnamə çıxararkən Azərbaycan Respublikası mülki və mülki prosessual qanunvericiliyinin tələblərini pozmuş, iş üçün əhəmiyyət kəsb edən bütün faktiki halları aydınlaşdırmamışdır. Ona görə də Bakı Apellyasiya Məhkəməsinin MK-nın 03 iyul 2019-cu il tarixli qətnaməsinin tamamilə ləğv edilməsini və iş üzrə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Hüquqi məsələlər: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “özbaşına tikilinin sökülməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər tərəfindən ünvan 1 ünvanında özbaşına aparılmış tikililərin cavabdehlərin hesabına sökülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Həmçinin Cavabdeh1 İddiaçı qarşı “özbaşına tikilinin sökülməsi qapıların bağlanılması və yaşayış sahəsinin əvvəlki vəziyyətə qaytarılması” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı iddia tələbinin rədd edilməsi, İddiaçı tərəfindən inşa edilmiş 3 kv.m. özbaşına tikilinin sökülməsi, İddiaçı tərəfindən yaşayış sahəsinin təyinatını dəyişməklə küçəyə açılmış qapıların bağlanılması, yaşayış sahəsinin əvvəlki vəziyyətə qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Eyni zamanda Cavabdeh2 İddiaçı qarşı “otaqdan çıxarılma, özbaşına tikilinin sökülməsi və dəymiş ziyanın ödənilməsi” t ələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı zəbt etdiyi 8.8 kv.m. otaqdan çıxarılması, İddiaçı ümumi istifadədə olan həyətdə özbaşına inşa etdiyi 3 kv.m. tikilinin sökülməsi, İddiaçı mülkiyyətində olan 26 kv.m. yaşayış sahəsinin təyinatını heç bir rəsmi sənəd olmadan dəyişməsi nəticəsində Cavabdeh2 mənzilinə dəymiş 1500 (bir min beş yüz) manat ziyanın ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə mübahisə apellyasiya instansiyası məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarınd an görünür ki, Bakı şəhəri, ************************ saylı evin 2 otaqdan ibarət (y/s-26,3 kv.m, k/s-8,8 kv.m) hissəsi paylı mülkiyyət hüququ üzrə X1 adına paylı mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmişdir. Eyni zamanda iş materiallarından görünür ki, Bakı şəhəri, ***************************saylı evin 1 otaqdan ibarət (y/s-15,9 kv.m) 1/3 hissəsi paylı mülkiyyət hüququ üzrə Cavabdeh1 adına paylı mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmişdir. Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 17 yanvar 2019-cu il tarixli rəyi ilə ünvan 2 ünvanda yerləşən, paylı mülkiyyət hüququ əsasında X3 məxsus olan mənzilin həyətə açılan giriş-çıxış qapısının qarşısında və həyətə giriş qapısının üstündə cavabdehlər tərəfindən (1,0 x 3,0) metr və (1,8 x 1,2) metr ölçüdə özbaşına tikililər inşa edild iyi və nəticədə İddiaçı mənzilinə ümumi həyətdən olan giriş-çıxış yolunun (qapısının) bağlandığı, eləcə də mənzilə ümumi keçidin və təbii işığın qarşısının qismən məhdudlaşdırıldığı, ünvan 2 ünvanda yerləşən, İddiaçı məxsus olan mənzilin yaşayış sahəsinin təyinatının dəyişdirildiyi və həmin otaqdan qeyri-yaşayış sahəsi kimi istifadə olunduğu müəyyən edilmişdir. Baxış zamanı tədqiq olunan mənzilin giriş hissəsində X5 tərəfindən hər hansı özbaşına tikili inşa edilməsi müəyyən olunmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.1-ci maddəsinə əsasən isə tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmla k özbaşına tikinti sayılır. Həmin Məcəllənin 180.4-cü maddəsinə görə tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. İşin göstərilən hallarına və qeyd edilən maddələrin tələblərinə əsasən apellyasiya instansiyası məhkəməsi İddiaçı tərəfindən yaşayış sahəsinin təyinatını dəyişərək qeyriyaşayış sahəsinə çevrilməklə (yuyucu) küçəyə açılmış qapıların bağlanılması, yaşayış sahəsinin əvvəlki vəziyyətə qaytarılması, ünvan 1 ünvanında özbaşına aparılmış tikililərin (İddiaçı mənzilinə giriş qapısının qarşısında Cavabdeh1 tərəfində n (1,0 x 3,0) metr ölçüdə inşa edilmiş əlavə tikili və İddiaçı mənzilinə ümumi həyətdən olan giriş qapısının sol tərəfində (pəncərənin qarşısında) Cavabdeh2 tərəfindən mişar daşı ilə bir ədəd sütun hörülərək, üzərində (1,8 x 1,2) metr ölçüdə inşa edilmiş əlavə tikili) cavabdehlər Cavabdeh1 və Cavabdeh2 hesabına sökülməsi barədə birinci instansiya məhkəməsinin qəbul etdiyi qətnaməni dəyişdirmədən saxlamışdır. Bununla yanaşı nəzərə alınmalıdır ki, Cavabdeh1 İddiaçı tərəfindən inşa edilmiş 3 kv.m özbaşına tikilinin sökülməsini tələb etsə də, Məhkəmə Ekspertizası Mərkəzinin 25951 saylı, 17 yanvar 2019-cu il tarixli rəyi ilə X5 tərəfindən hər hansı özbaşına tikilinin inşa edilməsi müəyyən olunmamışdır. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh1 X3 qarşı “özbaşına tikilinin sökülməsi, qapıların bağlanılması və yaşayış sahəsinin əvvəlki vəziyyətə qaytarılması” tələbinə dair qarşılıqlı iddia tələbinin qeyd edilən hissədə təmin edilməməsi ilə bağlı birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirmədən saxlamaqla apellyasiya instansiyası məhkəməsi düzgün qənaətə gəlmişdir. Yuxarıda göstərilənləri, apellyasiya instansiyası məhkəməsi tərəfindən qətnamənin ləğv edilməsinə əsas olan maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilmədiyini əsas tutaraq məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin edilmədən apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 416, 417, 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh1 kassasiya şikayəti təmin e dilməsin. Bakı Apellyasiya Məhkəməsinin MK-nın 03 iyul 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-7855/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-7855/2019
27.12.2019 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver