Məhkəmə qərarları › İş №2(102)-787/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-787/2020

10.02.2020 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-787/2020 10.02.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Hacıyev Sənan Firudin oğlu (sədrlik edən və məruzəçi - hakim), Əsgərov Qürbət Ağa oğlu, Vəliyeva Elşanə Rafiq qızından ibarət tərkibdə, Qılıcova Sevda Mübariz qızının katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxxxx 2019-cu il tarixli, 2(103)12095/2019 nömrəli qətnaməsindən İddiaçı kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər LPO Cavabdeh3 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu, «xxxx» Şirkəti və Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, «x xxx» Şirkəti ilə Cavabdeh3 ASC arasında bağlanmış xx.xx.2012-ci il tarixli 030/03F1 saylı kredit xətti müqaviləsinin təminatı kimi Cavabdeh3 ASC ilə Cavabdeh1 arasında Bakı şəhəri, Səbail rayonu, Üzeyir Hacıbəyov küçəsi 19 saylı evin 51/53 saylı mənzilinə dair (Cavabdeh1 ilə nikah dövründə əldə etdikləri birgə mülkiyyətləri olan) bağlanmış xx.xx.2012-ci il tarixli 030/04F1 saylı ipoteka müqaviləsinin əhəmiyyətsiz əqd sayılmaqla etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh3 ASC ilə «xxxx» Şirkəti arasında xx.xx.2012-ci il tarixli 030/03F1 saylı kredit xətti müqaviləsi bağlanmışdır. Həmin kredit xətti üzrə əri Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri, Səbail rayonu, Üzeyir Hacıbəyov küçəsi 19 saylı evin 51/53 saylı mənzili eyni tarixli ipoteka ilə yüklü edilmişdir. Qeyd edilən daşınmaz əmlakı Cavabdeh1 ilə nikah dövründə əldə etmişlər və birgə mülkiyyətləridir. Bundan sonra ona məlum olmuşdur ki, «xxxx» Şirkətinin bank qarşısında borc öhdəliyi yaranmışdır və həmin öhdəlik yerinə yetirilmir. Həmin məsələ ilə maraqlandıqda müəyyən etmişdir ki, «xxxx» Şirkətinin külli miqdarda borcu yaranıb, halbuki ərinə məxsus nikah dövründə əldə etdikləri və birgə mülkiyyətləri olan mübahisəli mənzili kredit xətti üzrə yüklü edilmişdir. Cavabdeh3 ASC ilə «xxxx» Şirkəti arasında bağlanmış xx.xx.2012-ci il tarixli 030/03F1 saylı kredit xətti müqaviləsinin formasından və məzmunundan aydın olur ki, həmin müqavilə tərəflər arasında hər hansı öhdəlik yaratmır. Belə ki, həmin kredit xətti müqaviləsinin 2.2-ci bəndində göstə rilmişdir ki, bank kredit xəttinin açılmasını öhdəsinə götürür. Belə olduğu halda, bu müqavilə bankın kredit vermək vədini ifadə etmir. kredit xətti müqaviləsi mülki hüquqi nəticə doğurmayan niyyət razılaşmasıdır. Məlumdur ki, tərəflər arasında onların hansısa niyyətləri haqqında razılaşmaları ola bilər. Özündə ilkin müqavilənin bütün şərtlərini ehtiva etmədən belə niyyət razılaşmalarının icra edilməsi heç bir hüquqi nəticəyə səbəb ola bilməz. Buna görə də, «xxxx» Şirkəti ilə Cavabdeh3 ASC arasında olan kredit münasibətləri kredit xətti müqaviləsinə əsaslana və onunla tənzimlənə bilməz. Beləliklə, ipoteka müqaviləsi birmənalı olaraq, əsas öhdəliyin təminatı kimi bağlanır və ipoteka icra edilməyən və ya lazımınca icra edilməyən əsas öhdəliyin icrasını təmin etmək məqsədi ilə borclunun öhdəl iyinə əlavə kimi çıxış edir. Tərəflər arasında bağlanmış ipoteka müqaviləsi ilə həmin tərəflər arasında bağlanmış xx.xx.2012-ci il tarixli 030/03F1 saylı kredit xətti müqaviləsi üzrə öhdəliklərin icrasını təmin etmək məqsədi ilə bağlanmışdır. Normativ hüquqi aktların tələbi kifayət qədər deməyə imkan verir ki, ipoteka müqaviləsi əsas öhdəliyin təminatı kimi bağlanmışdırsa, başqa sözlə mülki qanunvericiliyin təsbit etdiyi qaydaya uyğun deyildirsə, onun etibarsızlığına səbəb olur. Niyyət razılaşması olan kredit xətti müqaviləsi əsasında bağlanmış ipoteka müqaviləsi əsas öhdəliyin təminatı kimi çıxış edə bilməz. Çünki, kredit xətti müqaviləsi tərəflər üçün hər hansı öhdəlik yaratmırsa, deməli həmin müqavilə əsasında bağlanmış ipoteka müqaviləsi də tərəflər üçün təminat yaratmır. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qətnaməsi ilə (hakim S.F.Cəfərov) iddia tələbi təmin edilməmişdir. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək onun ləğv edilməsini və tələblərinin tam təmin edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxxxx 2019-cu il tarixli, 2(103)12095/2019 nömrəli qətnaməsi ilə (hakimlər X4, X2 və X1) İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2991/2019 saylı, xx xxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxxxx 2019-cu il tarixli, 2(103)12095/2019 nömrəli qətnaməsindən İddiaçı kassasiya şikayəti vermişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: İddiaçı kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxxxx 2019-cu il tarixli, 2(103)-12095/2019 nömrəli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Kassasiya şikayəti belə əsaslandırılmışdır ki, Cavabdeh3 ASC ilə «xxxx» Şirkəti arasında xx.xx.2012-ci il tarixli 030/03F1 saylı kredit xətti müqaviləsi bağlanmışdır. Həmin kredit xətti üzrə əri Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri, Səbail rayonu, Üzeyir Hacıbəyov küçəsi 19 saylı evin 51/53 saylı mənzili eyni tarixli ipoteka ilə yüklü edilmişdir. Qeyd edilən daşınmaz əmlakı Cavabdeh1 ilə nikah dövründə əldə etmişlər və birgə mülkiyyətləridir. Bundan sonra ona məlum olmuşdur ki, «xxxx» Şirkətinin bank qarşısında borc öhdəliyi yaranmışdır və həmin öhdəlik yerinə yetirilmir. Həmin məsəl ə ilə maraqlandıqda müəyyən etmişdir ki, «xxxx» Şirkətinin külli miqdarda borcu yaranıb, halbuki ərinə məxsus nikah dövründə əldə etdikləri və birgə mülkiyyətləri olan mübahisəli mənzili kredit xətti üzrə yüklü edilmişdir. Cavabdeh3 ASC ilə «xxxx» Şirkəti arasında bağlanmış xx.xx.2012-ci il tarixli 030/03F1 saylı kredit xətti müqaviləsinin formasından və məzmunundan aydın olur ki, həmin müqavilə tərəflər arasında hər hansı öhdəlik yaratmır. Belə ki, həmin kredit xətti müqaviləsinin 2.2-ci bəndində göstərilmişdir ki, bank kredit xəttinin açılmasını öhdəsinə götürür. Belə olduğu halda, bu müqavilə bankın kredit vermək vədini ifadə etmir. kredit xətti müqaviləsi mülki hüquqi nəticə doğurmayan niyyət razılaşmasıdır. Məlumdur ki, tərəflər arasında onların hansısa niyyətləri haqqında razılaşmala rı ola bilər. Özündə ilkin müqavilənin bütün şərtlərini ehtiva etmədən belə niyyət razılaşmalarının icra edilməsi heç bir hüquqi nəticəyə səbəb ola bilməz. Buna görə də, «xxxx» Şirkəti ilə Cavabdeh3 ASC arasında olan kredit münasibətləri kredit xətti müqaviləsinə əsaslana və onunla tənzimlənə bilməz. Beləliklə, ipoteka müqaviləsi birmənalı olaraq, əsas öhdəliyin təminatı kimi bağlanır və ipoteka icra edilməyən və ya lazımınca icra edilməyən əsas öhdəliyin icrasını təmin etmək məqsədi ilə borclunun öhdəliyinə əlavə kimi çıxış edir. Tərəflər arasında bağlanmış ipoteka müqaviləsi ilə həmin tərəflər arasında bağlanmış xx.xx.2012-ci il tarixli 030/03F1 saylı kredit xətti müqaviləsi üzrə öhdəliklərin icrasını təmin etmək məqsədi ilə bağlanmışdır. Normativ hüquqi aktların tələbi kifayət qədər dem əyə imkan verir ki, ipoteka müqaviləsi əsas öhdəliyin təminatı kimi bağlanmışdırsa, başqa sözlə mülki qanunvericiliyin təsbit etdiyi qaydaya uyğun deyildirsə, onun etibarsızlığına səbəb olur. Niyyət razılaşması olan kredit xətti müqaviləsi əsasında bağlanmış ipoteka müqaviləsi əsas öhdəliyin təminatı kimi çıxış edə bilməz. Çünki, kredit xətti müqaviləsi tərəflər üçün hər hansı öhdəlik yaratmırsa, deməli həmin müqavilə əsasında bağlanmış ipoteka müqaviləsi də tərəflər üçün təminat yaratmır. Məhkəmə MMnin 337-ci maddəsini tələblərini pozmuşdur. PROSESSUAL MƏSƏLƏLƏR: Tərəflər işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsələr də, məhkəmə iclasına gəlməmiş və gəlməməklərinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasında onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Bakın Apellyasiya Məhkəməsi Mülki Kollegiyası xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsi ilə iddiaçının apellyasiya şikayətini təmin etməyib, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)2991/2019 saylı, xx xxxx 2019-cu il tarixli qətnaməsini dəyişdirmədən saxlayarkən haqlı olmuş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş işin hallarından göründ üyü kimi, Cavabdeh3 ASC ilə borc alan «xxxx» Şirkəti arasında imzalanmış xx.xx.2012-ci il tarixli 030/03F1 saylı kredit xətti müqaviləsinə əsasən Cavabdeh3 ASC borcalan «xxxx» Şirkətinə 36 ay müddətinə illik 16% dərəcəsi ilə 1.700.000 manat məbləğində kredit vermiş, borc alan isə borcu müqavilədə göstərilən müddətdə və qaydada krediti və faizləri borc verənə qaytarmağı öhdəsinə götürmüşdür. Cavabdeh3 ASC ilə Cavabdeh1 arasında imzalanmış xx.xx.2012-ci il tarixli 030/04F1 saylı ipoteka müqaviləsinə əsasən «xxxx» Şirkətinin öhdəliklərinin icrasının təmin edilməsi məqsədi ilə Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri Səbail rayonu Üzeyir Hacıbəyov küçəsi 19 saylı evin 51/53 saylı mənzili ipoteka ilə yüklü edilmişdir. Maddi və prosessual hüquq normalar yoxlanılarkən kassasiya kollegiyası belə n əticəyə gəlmişdir ki, apellyasiya məhkəməsi iddianın qanuni əsaslarını düzgün müəyyən etmişdir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2018-ci il tarixli Qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.4, 385.1, 386.1, 405.1 və 739cu maddələrinə uyğun olaraq tərəflərin iradə ifadəsini əks etdirən və onların qarşılıqlı hüquq və vəzifələrini müəyyən edən kredit xətti müqaviləsi niyyət razılaşması deyil, müqavilə kimi qəbul olunmalıdır. Zaminlik və ipoteka müqavilələrinin bağlanması üçün kredit xətti müqaviləsində mühüm şərtlər (məbləğ, müddət, faiz dərəcəsi, valyuta və s.) yetərli dərəcədə aydın göstərilməlidir. Kredit xətti müqaviləsində faiz dərəcəsi göstərilmədikdə, bağlanan kredit müqavilələrində faiz dərəcəsi barədə zaminin və ya ipoteka qoyanın razılığı alınmalıdır. Mülki Məcəlləyə görə bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır (maddə 337.1.). Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir (maddə 337.2.). Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır (Maddə 337.4.). Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödənilməlidir (maddə 337.5.). Yuxarıda sadalanan maddi hüquq normalarına istinad edən apellyasiya instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçı mübahisələndirilən müqavilənin etibarsız hesab edilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş hər hansı əsasın mövcud olması barədə sübutları məhkəməyə təqdim edə bilməmiş və məhkəmə araşdırması zamanı da belə bir əsasın mövcud olması öz təsdiqini tapmamışdır. Kredit xətti müqaviləsində kredit məbləği, onun qaytarılması müddəti, qaydası və digər şərtləri tərəflər aralarında razılaşma olmuş, bank tərəfindən kredit xətti müqaviləsinə əsasən borc alana real kredit verilmiş, borc alan bankdan real kredit götürm üşdür. İddiaçı iddia ərizəsində özü də qeyd etmişdir ki, «xxxx» Şirkətinin həmin kredit xətti müqaviləsi üzrə borcu mövcuddur. ipoteka müqaviləsi tərəflərin iradə ifadəsi və müqavilə azadlığı prinsipinə uyğun olaraq bağlanmış, müqavilə bağlanan zaman heç bir qanun pozuntusuna yol verilməmişdir. Həmçinin, iddiaçı tərəfindən məhkəmələrə öz tələbinin əsasını təsdiq edən hər hansı sübut təqdim edilməmiş, Məhkəmə tərəfindən mübahisəli ipoteka müqaviləsinin etibarsızlığına əsas ola biləcək hər hansı hal müəyyən edilməmişdir. Kassasiya kollegiyası, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, hazırkıişinfaktikihallarını tam, hərtərəflivəobyektivaraşdırmış vətərəflərarasındakımübahisəninhəlliüçüntətbiqedilməliolanmaddivəprosessualhüquqnormalarınıdü zgüntətbiqe tmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Kassasiya şikayətinin apellyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil edən dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassatora aid hissədə ləğvi üçün qanuni əsas deyildir. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxxxx 2019-cu il tarixli, 2(103)-12095/2019 nömrəli qətnaməs i dəyişiklik edilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar