Məhkəmə qərarları › İş №2(102)-787/2024

Ali Məhkəmə Qərardad — İş №2(102)-787/2024

22.01.2024 · Əmək mübahisələri - Əmək haqqı tələbi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-787/2024 22.01.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçı X1 cavabdeh "xxxx" Məhdud Məsuliyyatli Cəmiyyətinə qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxs X2) iş üzrə QƏRARDADİ (Açar sözlər: kassasiya şikayətinin mümkünlüyü, kassasiya şikayətinin əsaslandırılması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hüseynov Abiddin Qabil oğlu (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Babayev Zəki Baba oğlundan ibarət tərkibdə, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-1093/2023 nömrəli iş üzrə xx.xx.2023-cü il tarixli qətnaməsindən cavabdeh "xxxx" MMC tərəfindən verilmiş kassasiya şikayətinə Azərbaycan R espublikası Ali Məhkəməsinin inzibati binasında baxaraq, aşağıdakı qərardadı qəbul etdi. İş üzrə qəbul edilmiş məhkəmə aktları

1. İddiaçı iddia ərizəsi və əlavə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" MMC-dən son haqq-hesab 10056 manat, 345 gün son haqq-hesabın gecikdirilməsinə görə hər gün 1 faiz olmaqla 36225 manat pulun və 500 manat mənəvi zərərin tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. Abşeron Rayon Məhkəməsinin (bundan sonra - birinci instansiya məhkəməsi) 2(012)-360/2021 nömrəli iş üzrə xx.xx.2021-ci il tarixli qətnaməsi ilə (hakim E.Məmmədov) iddia qismən təmin edilmiş, iddiaçı işdən azad olunarkən son haqq-hesab olan ümumilikdə 10056 manat pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi qət edilmiş, iddia tələbi 345 gün son haqq-hesabı n gecikdirilməsinə görə hər gün 1 faiz olmaqla 36225 manat pulun və 500 manat mənəvi zərərin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi hissəsində rədd edilmişdir.

3. İddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnamənin ləğv edilməsi, iddianın tam təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

4. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-2292/2021 nömrəli iş üzrə xx.xx.2021-ci il tarixli qətnaməsi ilə (hakimlər Ş.Abasov (sədrlik edən və məruzəçi) S.Qafari və T.Məmmədov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

5. İddiaçı kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və işin yenidən baxılması üçün apellyasiya i nstansiyası məhkəməsinə göndərilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir.

6. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 2(102)-1348/2022 nömrəli iş üzrə xx.xx.2022-ci il tarixli qərarı ilə (hakimlər Ə.Əliyev (məruzəçi), M.Əhmədova və İ.Xəlilov) iddiaçının kassasiya şikayətinin təmin edilmiş, apellyasiya instansiya məhkəməsinin qətnaməsi iddianın rədd edilməsi hissələrində ləğv edilmiş, işin həmin hissələrdə yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilməsi qərara alınmışdır.

7. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-1419/2022 nömrəli iş üzrə xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi son haqq-hesabın gecikdirilməsinə görə faizin və mənəvi zərəri n ödənilməsi tələbinə dair hissədə dəyişdirilmədən saxlanılmışdır.

8. İddiaçı kassasiya şikayəti verərək, apellyasiya instansiya məhkəməsinin qətnaməsi tamamilə ləğv edib, iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

9. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 2(102)-1005/2023 nömrəli iş üzrə xx.xx.2023-cü il tarixli saylı qərarı ilə (hakimlər Vüqar Həsənov (məruzəçi), Əhməd Əhmədov və İspəndiyar Şəfiyev) iddiaçının kassasiya şikayəti təmin edilmiş, apellyasiya instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi, işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması qərara alınmışdır.

10. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-1093/2023 nömrəli iş üzrə xx.xx.2023-cü il tarixli qətnaməsi ilə apellyasi ya şikayəti qismən təmin edilmiş, qətnamə qismən – son haqq-hesabın gecikdirilməsinə görə hər gün 1 faiz olmaqla 36225 manat pulun və 500 manat mənəvi zərərin cavabdeh "xxxx" MMC-dən tutularaq İddiaçı ödənilməsi hissəsində ləğv edilmiş, iş üzrə yeni qətnamə çıxarılaraq, iddia həmin hissədə qismən təmin edilmiş, "xxxx" MMC-dən son haqq-hesabın gecikdirilməsinə görə 34186,31 (otuz dörd min yüz səksən altı manat otuz bir qəpik) manat və mənəvi zərərə görə 500 (beş yüz) manat məbləğində pul vəsaiti tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir.

11. Cavabdeh qətnamədən kassasiya şikayəti vermiş, şikayət işlə birlikdə baxılması üçün Azərbaycan Respublikasının Ali Məhkəməsinə göndərilmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi (bundan sonra - MPM)

12. Maddə 404-1.2. İşə kassasiya qaydasında baxmaq üçün prosessual əsaslar olmadıqda kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsinə dair qərardad qəbul edilir.

13. Maddə 407.1.4. Kassasiya şikayətində şikayəti verən şəxsin tələbi, məhkəmə aktının hansı hissədə mübahisələndirildiyi, maddi və yaxud prosessual hüquq normalarının düzgün tətbiq edilməməsinin nədən ibarət olması, işə məhkəmə iclasında baxılması istənildiyi halda bu Məcəllənin 414.1-ci maddəsində nəzərdə tutulmuş əsasların mövcudluğunun əsaslandırılması göstərilməlidir.

14. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına isti nad etməyə yol verilmir.

15. Maddə 408.1.5. Kassasiya şikayətində maddi və prosessual hüquq normalarının pozulmasının, yaxud düzgün tətbiq edilməməsinin nədən ibarət olması göstərilməmişsə, kassasiya şikayəti apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır.

16. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

17. Məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti prosessual qanunvericiliyin tələblərinə uyğun tərtib olunmadığından, şikayət qeyrimümkün hesab edilərək iş materialları ilə birlikdə apellyasiya instan siyası məhkəməsinə qaytarılmalıdır.

18. Belə ki, kassasiya şikayətində cavabdeh hüquq norması kimi yalnız MPM-in 88ci maddəsinin mətninə formal istinad etmişdir.

19. Kassasiya instansiyası məhkəməsində iki dəfə, apellyasiya instansiyası məhkəməsində isə üç dəfə mahiyyəti üzrə baxılmış hazırkı iş üzrə cavabdehin verdiyi kassasiya şikayətinin yeganə dəlili ondan ibarətdir ki, işə baxılarkən məhkəmədən onlara sorğu daxil olmamışdır, mübahisəli dövrdə bank hesabları boş olduğundan iddiaçının əmək haqqının vaxtında verilməsini icra edə bilməyiblər, iş yenidən apellyasiya baxışına göndərilərsə, mütləq surətdə həmin sübutlar məhkəməyə təqdim olunacaqdır.

20. MPM-ə əsasən, kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416.1). Kassasiya şikayətində maddi və prosessual hüquq normalarının pozulmasının, yaxud düzgün tətbiq edilməməsinin nədən ibarət olması göstərilməmişsə kassasiya şikayəti apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır (408.1.5). Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir (407.2).

21. Mövcud hal mübahisələndirilən məhkəmə aktı üzrə kassatorun dəlillərini müəyyən etməyə və bununla da kassasiya icraatının həyata keçirilməsinə imkan vermir.

22. MPM-in 404-1.2-ci maddəsinə əsasən işə kassasiya qaydasında baxmaq üçün prosessual əsaslar olmadıqda kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsinə dair qərardad qəbul edilir.

23. Ona görə də kassasiya şikayəti qeyri-mümkün hesab edilməli və iş apellyasiya instansiyası məhkəməsinə qaytarılmalıdır.

24. Qeyd olunanlara əsasən və MPM-in 404-1.2 və 408-ci maddələrini rəhbər tutaraq Məhkəmə kollegiyası Qərara aldı: Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-1093/2023 nömrəli iş üzrə xx.xx.2023-cü il tarixli qətnaməsindən cavabdeh "xxxx" MMC tərəfindən verilmiş kassasiya şikayəti qeyri-mümkün hesab edilsin və kassasiya şikayəti qaytarılması üçün mülki işlə birlikdə həmin məhkəməyə göndərilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar