Məhkəmə qərarları › İş №2(102)-79/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-79/2021

28.01.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-79/2021 28.01.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh QSC-yə qarşı iş üzrə QƏRARİ Açar sözlər: kassasiya şikayətinin mümkünlüyünün yoxlanılması Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlunun sədrliyi və məruzəsi ilə, Əhmədova Mehparə Tofiq qızı və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, X3 oğlunun katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-14106/2019 nömrəli iş üzrə 18 may 2020-ci il tarixli qərardadından İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə dair işə 28 yanvar 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağ ıdakı qərarı qəbul etdi. İşin halları

1. Cavabdeh QSC ilə İddiaçı arasında bağlanmış 29.10.2012-ci il tarixli, 26L000000758 saylı kredit xətti müqaviləsinin surətindən görünür ki, borc alana 120 ay müddətinə 2.000.000 ABŞ dolları məbləğində kredit xətti açılmışdır. Bu müqaviləyə əsasən borc alana veriləcək kreditin məbləği, faiz dərəcəsi, müddəti və digər şərtləri ayrıca olaraq kredit razılaşması ilə müəyyən olunur.

2. Cavabdeh QSC ilə İddiaçı arasında bağlanmış 30.10.2012-ci il tarixli 26R000001679 saylı kredit razılaşmasının surətindən görünür ki, borc alana 36 ay müddətinə, aylıq faiz dərəcəsi 1,5 % olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 400000 ABŞ dolları məbləğində kredit verilmişdir.

3. Cavabdeh QSC ilə İddiaçı arasında bağlanmış 24.02.2014-cü il tarixli, 26R00000 4685 saylı kredit razılaşmasından görünür ki, borc alana 36 ay müddətinə, aylıq faiz dərəcəsi 1,33335 % olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 300000 ABŞ dolları məbləğində kredit verilmişdir.

4. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 24.07.2019-cu il tarixli, 1527 saylı məhkəmə-mühasibatlıq ekspertizası rəyinə əsasən rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, iş materiallarında olan hesabdan çıxarış məlumatları, 30.10.2012-ci il tarixli 26R000001679 saylı kredit razılaşmasında qeyd olunan şərtləri nəzərə alaraq İddiaçı Cavabdeh QSC-yə olan borcu aşağıda göstərildiyi kimi müəyyən edilir: - 30.10.2015-ci il tarixə: əsas borc üzrə--- 180.434,45 ABŞ dolları; faiz borcu üzrə-37.440,15 ABŞ dolları. - 18.10.2018-ci il tarixə: əsas borc üzrə--- 180.434,45 ABŞ dolları; faiz borcu üzrə--- 133.792,14 ABŞ dolları. - 13.12.2018-ci il tarixə: əsas borc üzrə--- 180.434,45 ABŞ dolları; faiz borcu üzrə--- 138.754,09 ABŞ dolları. Rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, iş materiallarında olan hesabdan çıxarış məlumatları, 24.02.2014-cü il tarixli, 26R000004685 saylı kredit razılaşmasında qeyd olunan şərtləri nəzərə alaraq İddiaçı Cavabdeh QSC-nə olan borcu aşağıda göstərildiyi kimi müəyyən edilir: - 30.10.2015-ci il tarixə: əsas borc üzrə--- 293.333,46 ABŞ dolları; faiz borcu üzrə-- 54.153,61 ABŞ dolları. - 18.10.2018-ci il tarixə: əsas borc üzrə--- 293.333,46 ABŞ dolları; faiz borcu üzrə-- 193.385,74 ABŞ dolları. - 13.12.2018-ci il tarixə: əsas borc üzrə--- 293.333,46 ABŞ dolları; faiz borcu üzrə-- 200.555,94 ABŞ dolları.

5. Ucar Rayon Məhkəməsinin 19 noyabr 2018-ci il tarixli, 2(063)-986/2018 saylı qərardadından görünür ki, iddiaçı Cavabdeh QSC-nin cavabdehlər İddiaçı, X1, “xxxx” MMC-yə və X2 qarşı ümumilikdə iki kredit razılaşması üzrə cəmi 504996.58 ABŞ dolları məbləğində borcun ödənilməsi və borc tələbinin ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddia ərizəsi üzrə Ucar Rayon Məhkəməsinin icraatında olan həmin mülki işin icraatı hazırkı mülki işə baxılaraq çıxarılacaq məhkəmə aktı qanuni qüvvəyə minənədək dayandırılmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat

6. İddiaçı Cavabdeh QSC-yə qarşı öhdəliyə xitam verilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlə aralarında 29 oktyabr 2012-ci il tarixli kredit xətti müqaviləsi çərçiv əsində bağlanmış 26R000001679 və 26R000004685 saylı kredit müqavilələri üzrə öhdəliklərə xitam verilmiş hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

7. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, iddiaçı 29 oktyabr 2012-ci il tarixli kredit xətti müqaviləsi çərçivəsində bağlanmış 26R000001679 və 26R000004685 saylı kredit müqavilələri əsasında cavabdeh bankdan 400000 ABŞ dolları və 300000 ABŞ dolları olmaqla cəmi 700000 ABŞ dolları məbləğində kredit götürmüş, bunun müqabilində banka 717000 ABŞ dolları məbləğində pul ödəmişdir. Buna görə də hesab edir ki, öhdəlik lazımi qaydada icra olunduğundan, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 527.1 və 528-ci maddələrinə uyğun olaraq xitam verilməlidir

8. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin (bundan sonra - birinci instansiya m əhkəməsi) 2(004)-499/19 nömrəli, 12 sentyabr 2019-cu il tarixli qətnaməsi ilə (hakim E.Mehdiyev) iddia rədd edilmişdir.

9. Birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, İddiaçı məhkəmə baxışı zamanı Cavabdeh QSC ilə aralarında bağlanmış 30.10.2012-ci il tarixli 26R000001679 saylı və 24.02.2014-cü il tarixli, 26R000004685 saylı kredit razılaşmaları üzrə öhdəliklərini tam olaraq yerinə yetirməsi barədə iddia tələbini əsaslandıra və bunu təsdiq edən hər hansı sübutlar təqdim edə bilmədiyindən iddia tələbi təmin edilə bilməz.

10. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra – MM) 390.1, 425.1, 739.1, 527.1, 528-ci, Mülki Prossesual Məcəllənin 14.2, 77.1 və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya instansi yası məhkəməsindəki icraat

11. Qətnamədən iddiaçı apellyasiya şikayəti vermişdir.

12. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 26 noyabr 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər İ.Kərimli-sədrlik edən və məruzəçi, X.Cəmilova və İ.Xəlilov, iş № 2(103)-14106/19) apelyasiya şikayəti təmin edilməyərək Yasamal Rayon Məhkəməsinin 12 sentyabr 2019cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

13. Apellyasiya instansiyası məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, iddiaçı məhkəməyə öz iddia tələbinin əsasını sübut edəcək hər hansı sübut təqdim etməmişdir.

14. İddiaçı həmin qətnamədən kassasiya şikayəti vermişdir.

15. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-14106/2019 nömrəli 18 may 2020-ci il tar ixli qərardadı ilə (hakimlər İ.Kərimli-sədrlik edən və məruzəçi, E.Kazımov və V.İbayev) Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 26 noyabr 2019-cu il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti geri qaytarılmışdır.

16. Apelyasiya instansiyası məhkəməsi qəbul etdiyi qərardadı onunla əsaslandırmışdır ki, kassasiya şikayəti vəkil tərəfindən tərtib olunmamış və vəkilin orderi kassasiya şikayətinə əlavə olunmamışdır. Qərardaddan iddiaçı kassasiya şikayəti vermişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri

17. İddiaçı kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qərardadının ləğv edilməsini və kassasiya şi kayətinin icraata qəbul edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

18. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, aztəminatlı olduğundan kassasiya şikayəti vermək üçün dövlət büdcəsi vəsaiti hesabına vəkillə təmin edilməlidir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

19. Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

20. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə tərəflər hər hansı üzrlü səbəb göstərmədən Məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 415.3-cü maddəsini rəhbər tutaraq işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Kassasiya baxışının hədləri

21. MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir.

22. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu poz untu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3).

23. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

24. Hazırkı kassasiya şikayətində iş üzrə iddiaçı apelyasiya instansiyası məhkəməsinin aktının tam ləğvini xahiş etdiyindən həmin məhkəmə aktı tam yoxlanılır. Mülki işə tətb iq edilən hüquq Mülki Prossesual Məcəllə

25. Kassasiya və əlavə kassasiya şikayətləri, habelə məhkəmə aktına yeni açılmış hallar üzrə yenidən baxılması haqqında ərizələr yalnız vəkil tərəfindən tərtib edildikdə icraata qəbul edilir. Kassasiya və əlavə kassasiya qaydasında, habelə məhkəmə aktına yeni açılmış hallar üzrə yenidən baxıldıqda işdə iştirak edən şəxslər məhkəmə iclaslarında yalnız vəkillə birgə iştirak edirlər. (maddə 67.1)

26. Şikayət onu verən şəxs (onun qanuni nümayəndəsi və ya nümayəndəsi) və şikayəti tərtib etmiş vəkil tərəfindən imzalanmalıdır. Qanuni nümayəndə və ya nümayəndə tərəfindən verilən şikayətə onun səlahiyyətlərini təsdiq edən sənəd əlavə edilməlidir.. (maddə 407.3)

27. Bu Məcəllənin 408.1.1—408.1.6-cı maddələrində göstərilən nöqsanlar aradan qaldırıldıqdan son ra, şikayəti verən şəxs yenidən ümumi qaydada kassasiya şikayəti ilə müraciət edə bilər. (maddə 408.5)

28. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. (maddə 416)

29. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. (maddə 417.1.1) Kassasiya instansiyası məhkəməsinin mövqeyi

30. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qərardad qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müə yyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

31. Kassasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı aztəminatlı ailə olması barədə apelyasiya instansiyası məhkəməsinə heç bir sübut təqdim etməmişdir.

32. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apelyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

33. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-14106/2019 nömrəli iş üzrə 18 may 2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar