Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-7904/2019 26.12.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlunun sədrliyi və məruzəsi ilə, Kalbalıyev Aslan Kalbalı oğlu, İbayev Vəfaddin Ələm oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Xnın katibliyi, Cavabdeh2 vəkili X2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı müqavilənin etibarsız hesab edilməsi barədə birinci iddia üzrə, iddiaçı Cavabdeh1 cavabdehlər Cavabdeh2, Cavabdeh3 və ƏMDK yanında DƏDRX-nin 1 saylı Baki Şəhəri Ərazi İdarəsinə qarşı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi tələ binə dair ikinci iddia üzrə Bakı Apellyasiya Məhkəməsinin MK-nın 22 iyul 2019-cu il tarixli qətnaməsindən İddiaçı və iddiaçı Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayətlərinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 04 mart 2019-cu il tarixli qətnaməsi ilə (hakim C.Tağıyev) İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı müqavilənin etibarsız hesab edilməsi tələbinə dair iddiası təmin edilməmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 24 aprel 2019-cu il tarixli qətnaməsi ilə (hakim R.Səmədov) iddiaçı Cavabdeh1 cavabdehlər Cavabdeh2 və ƏMDK yanında DƏDRX-nin 1 saylı Baki Şəhəri Ərazi İdarəsinə qarşı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi tələbinə dair iddiası təmin edilməmişdir. Bakı Apellyasiy a Məhkəməsinin 24 iyun 2019-cu il tarixli qərardadı ilə hər iki mülki iş bir icraatda birləşdirilmişdir və həmin məhkəmənin MK-nın 22 iyul 2019-cu il tarixli qətnaməsi ilə (sədrlik edən İ.Xəlilov, hakimlər Ü.Mayılov və İ.Kərimli) Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 04 mart 2019-cu il tarixli qətnaməsi və Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 24 aprel 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. KASSASİYA ŞİKAYƏTİNİN DƏLLİLƏRİ İddiaçı kassasiya şikayəti ilə Azərbaycan Respublikası Ali Məhkəməsi MK-ya müraciət edərək şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsi işə mahiyyəti üzrə baxarkən və qətnamə çıxararkən Azərbaycan Respublikası mülki və mülki prosessual qanunvericiliyinin tələblərini pozmuş, iş üçün əhəmiyyət kəsb edən bütün faktiki hall arı aydınlaşdırmamışdır. Ona görə də Bakı Apellyasiya Məhkəməsinin MK-nın 22 iyul 2019-cu il tarixli qətnaməsinin tamamilə ləğv edilməsini və iddia tələbinin təmin ediməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı Cavabdeh1 kassasiya şikayəti ilə Azərbaycan Respublikası Ali Məhkəməsi MK-ya müraciət edərək şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsi işə mahiyyəti üzrə baxarkən və qətnamə çıxararkən Azərbaycan Respublikası mülki və mülki prosessual qanunvericiliyinin tələblərini pozmuş, iş üçün əhəmiyyət kəsb edən bütün faktiki halları aydınlaşdırmamışdır. Ona görə də Bakı Apellyasiya Məhkəməsinin MK-nın 22 iyul 2019-cu il tarixli qətnaməsinin tamamilə ləğv edilməsini və iddia tələbinin təmin ediməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmi şdir. Hüquqi məsələlər: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «müqavilənin etibarsız hesab edilməsi tələbinə dair» iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh1 və Cavabdeh2 arasında Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi ünvanında yerləşən 248,24 kv.m ümumi, 80,22 kv.m yaşayış, 168,02 yardımçı sahədən ibarət olan 145E saylı fərdi yaşayış evinə dair imzalanmış 19 noyabr 2014-cü il tarixli alqısatqı müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan İddiaçı iddia tələbinin həcminin artırılması barədə ərizə təqdim edərək, cavabdehlər Cavabdeh1 ilə Cavabdeh2 arasında Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi ünvanında yerləşən 248,24 kv.m umumi, 80,22 kv.m yaşayış, 168,02 yardımçı sahədən ibarət olan 145E saylı fərdi yaşayış evinə dair imzalanmış 19.11.2014-cü il tarixli alqı-satqı müqaviləsinin, Cavabdeh2 adına verilmiş mülkiyyət hüququ haqqında dövlət reyestrindən çıxarışın ləğv edilməsi, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi ünvanında yerləşən 248.24 kv.m ümumi, 80,22 kv.m yaşayış, 168,02 yardımçı sahədən ibarət olan 145E saylı fərdi yaşayış evinə dair Cavabdeh2 və Cavabdeh3 arasında imzalanmış 18.04.2016-cı il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi ünvanında yerləşən 248,24 kv.m ümumi, 80,22 kv.m yaşayış, 168,02 yardımçı sahədən ibarət olan 145E saylı fərdi yaşayış evinə dair Cavabdeh3 adına verilmiş mülkiyyət hüququ haqqında dövlət reyestrindən çıxarışın ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Eyni zam anda iş materiallarından görünür ki, iddiaçı Cavabdeh1 ayrı bir icraatda cavabdehlər Cavabdeh2, Cavabdeh3 və ƏMDK yanında DƏDRX-nin 1 saylı Baki Şəhəri Ərazi İdarəsinə qarşı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh1 ilə Cavabdeh2 arasında ünvan 1 ünvanda yerləşən fərdi aşayış evinə dair imzalanmış 19.11.2014-cü il tarixli alqı-satqı müqaviləsinin, həmin alqı-satqı müqaviləsi əsasında fərdi yaşayış evinə dair Cavabdeh2 adına verilmiş mülkiyyət hüququ haqqında dövlət reyestrindən çıxarışın ləğv edilməsi, ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evinə dair Cavabdeh2 ilə Cavabdeh3 arasında imzalanmış 18.04.2016-cı il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və həmin alqı-satqı müqaviləsi əsasında ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinə dair Cavabdeh3 adına verilmiş mülkiyyət hüququ haqqında dövlət reyestrindən çıxarışın ləğv edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. İş üzrə mübahisə apellyasiya instansiyası məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarından görünür ki, mübahisə predmeti olan Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəs. 145E saylı ev X1 adına ilkin qeydiyyatdan keçmiş, 07.11.2014-cü il tarixdə 30.10.2014-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən Cavabdeh1 adına qeydi yyata alınmışdır. 19 noyabr 2014-cü il tarixdə Bakı şəhəri 41 saylı Notariat kontoru tərəfindən təsdiq edilmiş daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətindən görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən 145E saylı ev Cavabdeh1 tərəfindən Cavabdeh2 130.000 manat məbləğinə satılmışdır. Alqı-satqı müqaviləsi əsasında Cavabdeh2 mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. 18 aprel 2016-cı il tarixində 1 saylı Bakı “ASAN” xidmət mərkəzində notariat kontoru tərəfindən təsdiq edilmiş daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətindən görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 145E saylı ev Cavabdeh2 tərəfindən Cavabdeh3 102.795 manat məbləğinə satılmışdır. Alqı-satqı müqaviləsi əsasında 07.05.2016-cı il tarixdə Cavab deh3 mülkiyyət hüququ qeydiyyatda alınmışdır və hazırda mübahisəli ev sonuncunun mülkiyyətindədir Apellyasiya instansiyası məhkəməsi işə baxan birinci instansiya məhkəməsinin 1-ci işlə bağlı qərarını dəyişdirmədən saxlamasını onunla əsaslandırmışdır ki, İddiaçı əqdin etibarsızlığını irəli sürməyə subyektiv hüququ olmamışdır. Belə ki mübahisəli ev İddiaçı mülkiyyətində olmadığı üçün onun mülkiyyətin müdafiəsinə dair maddi hüquq normalarına istinad edərək hazırkı iddianı irəli sürməyə subyektiv hüququ yoxdur. Məhkəmə kollegiyası birinci işlə bağlı apellyasiya instansiyası məhkəmənin gəldiyi nəticə ilə razılaşır. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanm şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına u yğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, «məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. M. Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə koll egiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək^ hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci, elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Yuxarıda qeyd olunan şərhlərdən göründüyü kimi subye ktiv hüquq və ya başqa sözlə «subyektin hüququ» - konkret şəxsə məxsus olan hüquqdur. Subyektiv hüquq şəxsiyyətin azadlığını, bu və ya digər davranışının mümkünlüyünü, sərbəstlik və təşəbbüskarlıq göstərmək imkanını hüquqi cəhətdən təmin edir. Lakin subyektiv hüquqları xarakterizə edən başlıca əlamət ondan ibarətdir ki, subyektiv hüquq qanun çərçivəsində hərəkət etmək, öz davranış növünü və həddini seçmək imkanıdır. Əgər subyektiv hüquq bu və ya digər qanunauyğun davranışı seçmək imkanını ifadə edirsə, vətəndaşın üzərinə qoyulan, qanunvericiliklə müəyyən olunan və dövlət tərəfindən təmin olunan hüquqi vəzifələr zəruri davranışı nəzərdə tutur. Hazırkı işin mübahisəli evin İddiaçı mülkiyyətində olmasına dair hallar sübuta yetirilməmişdir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessua l Məcəlləsinin 80-cı maddəsinə əsasən, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 146-cı maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət hüququ əmlakın dövlət reyestrində qeydiyyatı ilə müəyyən olunur. Qeyd olunanlara əsasən, məhkəmə kollegiyası hesab edir ki, iş üzrə cavabdeh İlqar Məmədovun mübahisəli evin İddiaçı məxsus olmasını etiraf etməsi həmin əmlakın İddiaçı məxsus olması kimi qəbul oluna bilməz, çünki mülkiyyətin hər hansı bir şəxsə məxsus olmasının qanunla müəyyən edilmiş qaydası mövcuddur. Şərh olunanlara əsasən, məhkəmə kollegiyası İddiaçı iddiası ilə bağlı apellyasiya instansiya məhkəməsinin gəldiyi nəticəni qanuni və əsaslı hesab edir. Apellyasiya instansiyası məhkəməsi işə baxan birinci instansiya məhkəməsinin 2ci işlə bağlı qərarını dəyişdirmədən saxlamasını onunla əsaslandırmışdır ki, iddiaçı əqdin etibarsızlığına dəlalət edən halları sübuta yetirə bilməmiş, o cümlədən əqdin etibarsızlığına dair bir illik iddia müddətini buraxmaqla məhkəməyə müraciət etmişdir. Məhkəmə kollegiyası ikinci işlə bağlı apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə də razılaşır. Əvvala, birinci işdə olduğu kimi Cavabdeh1 tələbini onunla əsaslandırır ki, mübahisəli ev ona məxsus olmamış, İddiaçı məxsus olmuşdur. Belə qənaət hasil olur ki, hazırkı işdə Cavabdeh1 mülkiyyətçi kimi özünün pozulmuş hüquqlarını deyil, İddiaçı hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etmişdir. Məhkəmə kollegiyası daşınmaz əmlaka hüquql arın əmələ gəlməsi ilə bağlı yuxanda aparılmış dəyərləndirməyə əsaslanaraq, hesab edir ki, Cavabdeh1 əmlakın faktiki İddiaçı məxsus olması əsası ilə həmin iddianı irəli sürməsi yetərli deyildir. Ona görə ki. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 4.1. maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarım, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Nəzərə alınmalıdır ki, daşınmaz əmlak əvvəllər Cavabdeh1 adına dövlət reyestrində qeydiyyatdan keçmişdir, iddiaçının hüquqi əsaslanmasından asılı olmayaraq məhkəmə kollegiyası onun əqdlərin etibarsız hesab olunması ilə bağlı dəlillərini yoxlayır. İddiaçının yeganə dəlili ondan ibarətdir ki, onunla Cavabdeh2 arasında bağlanmış əqd yalan əqd olmuş, yəni başqa əqdi pərdələmək məqsədi ilə bağlanmışdır. Tələbin qanuni əsasını Mülki Məcəllənin 340.2. maddəsi təşkil edir. Həmin normaya görə yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Həmin Məcəllənin 337.3. maddəsinə əsasən, əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Tərəflər arasında notariatda təsdiq olunmuş alqı-satqı müqaviləsi mövcuddur. Notariatda təsdiq olunmuş alqı-satqı müqaviləsi bağlandığından həmin müqavilənin məzmunca həqiqi olması prezumpsiyası mövcuddur. Sənədin həqiqiliyi qəti müəyyəndirsə (hazırkı işdə notariatda təsdiq olunmuş müqavilə), yəni imza həqiqətən də sənəddə göstərilən şəxslərə məxsusdu rsa, qarşı tərəf yalnız sənədin məzmunca yanlış olması barədə etirazları ilə sənədin məzmunca düzgün və tam olması prezumpsiyasını qüvvədən sala bilməz. Həmin etirazlardan əlavə, o, sənədin məzmun baxımından düzgün olmaması və ya başqa məqsədlə fərqli qeyd-şərtlərin olmasını sübut etməlidir. Hazırkı işdə iddiaçı notariatda təsdiq olunmuş müqavilənin məzmununun düzgün olmamasına istinad etdiyi üçün bununla bağlı sübutlar təqdim etmək onun üzərinə düşür. Məhkəmə kollegiyası qeyd edir ki, əgər tərəf yazılı sənədin məzmununun düzgün olmamasına istinad edirsə, elə tutarlı sübutlar gətirməlidir ki, yazılı sübutun məzmununun həqiqi olmamasını birmənalı təsdiq etmiş olsun. Lakin iddiaçı bu vəzifənin öhdəsindən gələ bilməmişdir. İşdən görünür ki, mübahisəli ev 19.11.2014-cü il tarixdə Cavabdeh2 s atılmış və bundan sonra boşaldılaraq ona təhvil verilmiş, iki il sonra isə Cavabdeh2 həmin evi 18.04.2016-cı il tarixdə Cavabdeh3 satmışdır və sonuncu həmin evdə yaşayır. Hadisələrin qeyd olunan məntiqi ardıcıllığı iddiaçı ilə Cavabdeh2 arasında müqavilənin yalan əqd olmasını istisna edir. Belə ki, iddiaçı evi cavabdehə satır, könüllü olaraq onu boşaldaraq alıcıya təhvil verir, iki il ərzində ona qarşı heç bir etiraz etmir, daha iki il sonra Cavabdeh2 evi aldığı qiymətdən də aşağı qiymətə başqa bir adama satır, iddiaçı yeni alıcıya qarşı da heç bir etirz bildirmir və ikinci alqı-satqıdan üç il sonra hazırkı iddianı irəli sürür. İddiaçı, Cavabdeh2 130000 manat borc aldığını, həmin məbləğdən 36000 manat qaytardığını bildirir. Lakin Cavabdeh2 həmin məbləği qaytarması ilə bağlı heç bir sübut t əqdim etmir. Belə olan təqdirdə, hadisələrin qeyd olunana axarı nəzərə alınmaqla 5 il əvvəlki vəziyyətə qayıdaraq, iddiaçı ilə Cavabdeh2 arasında bağlanmış əqdin yalançı əqd olması barədə qənaətə gəlmək qanuni və əsaslı olmamalıdır. Eyni zamanda məhkəmə kollegiyası qeyd edir ki, mübahisəli ev artıq üç ilə yaxın müddətdir ki, Cavabdeh3 mülkiyyətində və sahibliyindədir. Cavabdeh3 evi əldə edərkən vicdanlı olmuşdur. Mülki Məcəllənin 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olması nı bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Vicdanlı əldə etmə və reyestrin tamlığı və həqiqiliyi prezumpsiyası məsələləri ilə bağlı hüquqi hallara Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin bir sıra qərarlarında aydınlıq gətirilmişdir. Həmin qərarlarda ifadə edilmiş hüquqi mövqelərə müvafiq olaraq mübahisəli əmlakla bağlı əvəzli əqdin bağlanması anına qədər bu əmlakla bağlı üçüncü şəxslərin iddiaları belə şəxsə bəlli olduqda və bu iddialar sonradan müvafiq qaydada hüquqa zidd hesab edilmədikdə, o, vicdanlı sahib kimi qəbul olunmur (27 oktyabr 2004-cü il tarixli Qərar) Mülkiyyət və digər əmlak hüquqlarının, müqavilə və digər öhdəliklərin, əqdlərin etibarsızlığının nəticələri barədə hüquqların yaranması və xitamını tənzimləyən qanunverici yalnız mülkiyyətçinin deyil, mülk i dövriyyənin iştirakçısı kimi vicdanlı sahibin də mülki hüquqlarının qorunmasını təmin edən hüquqi vasitə və mexanizmləri nəzərdə tutmuşdur. Əks halda hər hansı müqavilə bağlayarkən ağlabatan sayıqlıq və ehtiyat nümayiş etdirmiş vicdanlı sahiblərin geniş dairəsi üçün tam vindikasiya qaydasında onlardan tələb oluna bilən əmlakların qeyri-qanuni itirilməsi riski mövcud olardı... Vicdanlı sahibin xoş niyyət. ağlabatan ehtiyatlılıq və sayıqlıq göstərməklə bağladığı əqdin başqa müdafiə vasitəsi ilə şübhə altına alınmasını, habelə onun nəticələrinin tətbiqini mümkün edən və faktiki olaraq onu mülkiyyətçi ilə müdafiəsiz üzbəüz qoyan belə hüquqi qeyrimüəyyənlik isə mülki dövriyyənin davamlılığına, əmlakla bağlı yaranan münasibətlərin sabitliyinə mənfi təsir göstərməklə yanaşı, tərəflərin bir-biri nə olan inamının azalmasına gətirib çıxarardı (15.09.2014-cü il tarixli Qərar). Mülki Məcəllənin 140-cı, eləcə də “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 16.6-cı maddəsində dövlət reyestrinin açıqlığı prinsipindən irəli gələrək daşınımaz əmlakın dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası öz əksini tapmışdır. Belə ki, reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir (18.07.2018-c il tarixli Qərar). Cavabdeh3 mü bahisəli evi əldə edərkən vicdanlığını şübhə altına alan heç bir hal aşkar edilməmişdir. O, alqı-satqı müqaviləsi bağlayarkən ev Cavabdeh2 mülkiyyətində və sahibliyində olmuş, evə baxaraq onu bəyənmiş, ev üçüncü şəxslərin yüklülüyündə olmamışdır. Cavabdeh3 evi alarkən mümkün olan bütün ağlabatan ehtiyatlılıqı göstərmişdir. Həmin vaxt onun tərəfindən resyestrin tamlığını, şübhə altına almağa heç bir əsas olmamışdır, Bundan başqa, məhkəmə kollegiyası qeyd edir ki,Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354.2. maddəsinə əsasən maraqlı şəxs əqdin əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdə dair mübahisə edə bilər. Qeyd olunan normada nəzərdə tutulan müddət iddia müddəti deyil, kəsici müddətdir. Qanunvericinin kəsici müddətləri müəyy ən etməkdə məqsədi mülki hüquq münasibətləri iştirakçılarını öz hüquqlarından vaxtında istifadə etməsi üçün intizamlandırmaqdan ibarətdir. Hazırki işdə iddiaçılar alqı-satqı müqaviləsi bağlandıqdan 5 il sonra məhkəməyə, müraciət etmişdir. İş materiallarından görünür ki, birinci alqı-satqı müqaviləsi bağlandıqdan sonra iddiaçı evi boşaldaraq Cavabdeh2 təhvil verməklə alqı-satqı müqaviləsinin həyata keçirilməsini təmin etmişdir. Əgər Cavabdeh1 yalan əqd bağlamışdırsa, həmin vaxtdan bilməli idi ki, evi təhvil verdiyi yeni mülkiyyətçi hüquqlarından istifadə edərək evə dair istənilən sərəncamı verə bilər. Ona görə iddiaçının hüquqlarının pozulduğunu hesab etdiyi gün həmin vaxtdan hesablanmalıdır ki, iddiaçı da bununla bağlı bir illik müddəti ötürmüşdür. Cavabdeh1 özünün istinad etdiyi yeganə sü but olaraq tərəflər arasında tərtib edilmiş iltizama əsaslanmış olsaydı belə, yenə müddəti buraxmış hesab olunur. Çünki həmin iltizamda alınan vəsaitin altı ay müddətində qaytarılması nəzərdə tutulurdu ki, həmin tarix də, 19 may 2015-ci il tarixə (altı ay sonraya) təsadüf edir. Göründüyü kimi Cavabdeh1 öz dedikləri ilə də, əqdin etibarsızlığı ilə bağlı 1 illik müddət ötürülmüşdür. Ona görə, məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin 2-ci iş üzrə də qəbul etdiyi qərarını qanuni və əsaslı hesab edir. Yuxarıda göstərilənləri, apellyasiya instansiyası məhkəməsi tərəfindən qətnamənin ləğv edilməsinə əsas olan maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilmədiyini əsas tutaraq məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin edilmədən apellyasiya instansiy ası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 416, 417, 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı və iddiaçı Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayətləri təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin MK-nın 22 iyul 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-7904/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-7904/2019
26.12.2019 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver