Məhkəmə qərarları › İş №2(102)-791/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-791/2024

26.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair müb
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-791/2024 26.02.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı “FİNCA Azerbaijan” X7-Bank Kredit Təşkilatının cavabdehlər X2, X3 və Cavabdeh2 qarşı iddia tələbinə dair mülki iş üzrə QƏRARİ Açar sözlər: kredit müqaviləsi üzrə borc, ipoteka predmetinə tutma yönəldilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hüseynov Abiddin Qabil oğlu (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Babayev Zəki Baba oğlundan ibarət tərkibdə, iddiaçı “FİNCA Azerbaijan” X7-Bank Kredit Təşkilatının cavabdehlər X2, X3 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə borcun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair mülki iş üzrə S umqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-496/2023 nömrəli, 27 sentyabr 2023-cü il tarixli qətnaməsindən cavabdeh X4 tərəfindən verilmiş kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. “FİNCA Azerbaijan” X7 Bank Kredit Təşkilatı (bundan sonra iddiaçı və ya Kredit təşkilatı) ilə X4 arasında bağlanmış 13 yanvar 2014-cü il tarixli, **********0394 saylı kredit müqaviləsinə əsasən X2 illik faiz dərəcəsi 21 faiz olmaqla 36 ay müddətinə 51000 ABŞ dolları məbləğində kredit verilmişdir.

2. Eyni tarixli kredit müqaviləsi üzrə öhdəliyin icrası ilə bağlı X5 və Cavabdeh2 ilə zaminlik müqavilələri bağlanmışdır.

3. Kredit təşkilatı ilə Cavabdeh2 arasında 29 dekabr 2013-cü il tar ixdə bağlanmış ipoteka müqaviləsinə əsasən sonuncu mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 60,1 kv.m, yaşayış sahəsi 38,3 kv.m, yardımçı sahəsi 21,8 kv.m olan 3 otaqlı 39 saylı mənzili (bundan sonra – ipoteka predmeti) iddiaçının xeyrinə ipoteka ilə yüklü etmişdir. İpoteka predmetinin qiyməti tərəflərin razılığı ilə 43.000 manat müəyyən edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər X4, X5, Cavabdeh2 kredit müqaviləsi üzrə 32.477,62 ABŞ dolları əsas borc və 60 manat dövlət rüsumu və xidmət haqqının alınıb Kredit təşkilatına ödənilməsi, tutmanın ipoteka predmetinə yönəldilməsi, həmin evin boşaldılması və açıq hərracda satılması, satışdan əldə olunan məbləğdən borcalanın iddiaçıya olan borcunun əvəzinin ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

5. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 09 mart 2018-ci il tarixli, 16143 nömrəli ekspert rəyinə əsasən 05 sentyabr 2016-cı il tarixə X1 Kredit təşkilatına borcu 32477,62 ABŞ dolları müəyyən edilmişdir.

6. Qobustan Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(026)-52/2018 nömrəli, 21 may 2018-ci il tarixli qətnaməsi ilə (hakim M.Quliyev) iddia qismən təmin edilmiş, cavabdehlərdən kredit müqaviləsi üzrə 32477,62 ABŞ dolları əsas borc və 60 manat dövlət rüsumu və xidmət haqqının alınıb iddiaçıya ödənilməsi, tutmanın ipoteka predmetinə yönəldilməsi, evin boşaldılması və açıq hərracda satılması, satışdan əldə olunan məbləğdən borcalanın Kredit təşkilatına olan borcunun əvəzinin ödənilməsi qət edilmişdir.

7. Məhkəmə hesab etmişdir ki, cavabdehlərin kredit müqaviləsindən birgə öhdəlikləri yaranmış, xəbərdarlıq edilməsinə baxmayaraq, borc tam ödənilməmişdir.

8. Məhkəmə mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 739, 385, 442, 443, 445, 448, 449, 472-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 14.2., 77. və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

9. Cavabdeh X4 apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd olunması barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir.

10. Apellyasiya şikayəti onunla əsaslandırıl mışdır ki, məhkəmə qanunu düzgün təfsir etməyib və sübutlara düzgün hüquqi qiymət vermədən subyektiv mülahizə əsasında qanunsuz və əsassız nəticəyə gəlmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada ona məlumat verilməyib, buna görə də məhkəmə iclaslarında iştirak etməyib. İş üzrə tam, hərtərəfli araşdırma aparılmayıb.

11. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiya məhkəməsi) 2(105)-496/2023 saylı, 27 sentyabr 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər L.E.Rəhimli (sədrlik edən və məruzəçi) İ.K.Dəmirov və F.Ə.Məmmədov) apelyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır.

12. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd etmişdir ki, tərəflər arasında bağlanmış kredit müqaviləsinə əsasən, cavabdeh X4 həmin kredit müqaviləsi üzrə iddiaçıdan kredit almaq hüququna malik olduğu kimi, eyni zamanda göstərilən müqavilə əsasında kredit məbləğini və həmin müqavilə ilə müəyyən edilmiş faizləri iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Cavabdeh kredit müqaviləsi əsasında iddiaçıdan kredit vəsaitini almasına dair hüququndan istifadə etmiş, lakin kredit vəsaitinin ödəməli olmasına dair vəzifəsini tam yerinə yetirməmişdir.

13. Apellyasiya şikayətinin dəlilləri ilə bağlı, məhkəmə qeyd etmişdir ki, borclu X1 iddiaçıya kredit müqaviləsindəki öhdəlikləri yerinə yetirmədiyinə görə 32.477,62 ABŞ dolları əsas borcunun yarandığı işdə olan ekspert rəyi ilə öz tə sdiqini tapır. Həmçinin iş materiallarından (cild 1, səhifə 39, 51) görünür ki, X4 xx.xx.2017-ci il, xx.xx.2017-ci il tarixlərində məhkəmə iclaslarında iştirak etmiş, hətta məhkəməyə ekspertizanın keçirilməsi barədə yazılı vəsatət vermişdir.

14. Apellyasiya instansiyası məhkəməsi mövqeyini Mülki Məcəllənin 385, 739, 442, 445, 448, 449 və 472-ci maddələrinə, “İpoteka haqqında “Qanunun 33 və 34-cü maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

15. Cavabdeh1 (vəkil Nümayəndə) kassasiya şikayəti verərək, qətnamənin ləğv edilib, iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.

16. Kassasiya şikayətində qeyd olunmuşdur ki, “İpoteka haqqında” Qanunun 39.3.3cü maddəsinə əsasən ipoteka pr edmetinin ilkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Halbuki həmin əmlakın bu günkü bazar qiyməti çox yüksəkdir. Məhkəmə tərəfindən işin halları düzgün araşdırılmamış və sübutlara düzgün qiymət verilməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

17. İddiaçı kassasiya şikayətinə yazılı etiraz təqdim edərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsindən şikayət verilmədiyi üçün həmin məhkəmə aktı icraya yönəldilmiş, icra məmuru tərəfindən qiymətləndirmə təyin edilmiş və ipoteka predmeti ilkin satış qiyməti 62000 manat olmaqla hərraca çıxarılmış, xx.xx.2019-cu il tarixdə Kredit təşkilatı tərəfindən 39525 manata əldə edilmişdir. Hal-hazırda da ipoteka predmeti iddiaçının mülkiyyətindədir. Tətbiq edilən hüquq Mülki Məcəllə redaksiyada) (hüquq münasibətlərinin yarandığı dövrdə qüvvədə olmuş

18. Maddə 739.1. Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür.

19. Maddə 442 Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarl a və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

20. Maddə 445.2.1. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır.

21. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

22. Maddə 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz.

23. Maddə 472.1. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsin də zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar.

24. Maddə 472.2. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. “İpoteka haqqında” Qanun

25. Maddə

33. Borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər.

26. Maddə 34.1.1. Əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilmə si hüququnu yaradır. Mülki Prosessual Məcəllə

27. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

28. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

29. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

30. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmi r.

31. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

32. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri

33. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiall arında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

34. Hazırkı kassasiya icraatı üzrə birinci instansiya məhkəməsinin qətnaməsini Cavabdeh1 apellyasiya şikayəti əsasında yoxlamış apellyasiya instansiyası məhkəməsinin aktı həmin cavabdehin kassasiya şikayəti əsasında tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

35. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmama sı halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

36. Kassasiya şikayətinin dəlilləri ipoteka predmetinin ilkin satış qiyməti ilə bağlıdır. Halbuki iş materiallarından göründüyü kimi işə birinci instansiya məhkəməsində baxılarkən cavabdeh X1 vəsatəti əsasında ipoteka predmetinin qiymətləndirilməsi üçün ekspertiza təyin edilmiş, lakin cavabdeh sonradan məhkəmə ərizə göndərək, pulu olmadığı üçün ekspertiza keçirilməsini istəmədiyini bildirmişdir.

37. Həmçinin nəzərə alınmalıdır ki, birinci instansiya məhkəməsinin qətnaməsindən yalnız cavabdeh X4 şikayət vermiş və apellyasiya şikayətində ipoteka predmetinin ilkin satış qiyməti ilə bağlı hər hansı dəlil irəli sürülməmiş, apellyasiya baxışı zamanı bunu nla bağlı yazılı vəsatət təqdim edilməmişdir.

38. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq, belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

39. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı Cavabdeh X4 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-496/2023 nömrəli, 27 sentyabr 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar