Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-791/2025 13.05.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı1 Cavabdeh1 və qeyrilərinə qarşı ilk, Cavabdeh2 İddiaçı1 və qeyrilərinə qarşı qarşılıqlı iddia tələbləri barədə iş üzrə QƏRARİ Açar sözlər: vərəsəlik hüququ haqqında şəhadətnamələrin etibarsız hesab edilməsi, həmin şəhadətnamə əsasında verilmiş çıxarışın ləğvi, miras əmlak üzərində payın müəyyən edilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər X14 (məruzəçi), Xıdırov Əhliman Mehman oğlu və Babayev Zəki Baba oğlundan ibarət tərkibdə, İddiaçı1 Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 Tariyel qızına qarşı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin və onun əsasında verilmiş çıxarışın etibarsız hesab edilməsi, vərəsəlik qaydasında miras payın bölünüb verilməsi və mülkiyyət hüququnun tanınması tələbinə dair ilk, Cavabdeh2 İddiaçı1, Cavabdeh1, Cavabdeh3, Cavabdeh4 Tariyel qızına qarşı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin və onun əsasında verilmiş çıxarışın etibarsız hesab edilməsi, vərəsəlik qaydasında miras payın bölünüb verilməsi və mülkiyyət hüququnun tanınması tələbinə dair qarşılıqlı iddiası üzrə Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(104)-1005/2024 nömrəli, 10 sentyabr 2024-cü il tarixli qətnaməsindən İddiaçı1 və Cavabdeh4 tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Cəfərov Hüseynqulu Tanrıqulu oğlu və Cavabdeh4 Əsgər qızı xx.xx.1947-ci ildə rəsmi nikah bağlamışlar.
2. Onların birdə nikahlarından İddiaçı1, X7, Cavabdeh1, Cavabdeh2, X15 doğulmuş övladlarıdır. 3. 910,0 kv.m-dən ibarət həyətyanı torpaq sahəsi Qazax rayon Kommunal Təsərrüfatı Şöbəsinin 872 nömrəli torpaq qeydi əsasında Cəfərov Hüseynqulu Tanrıqulu oğlunun istifadəsinə verilmiş, həmin ünvanda yerləşən fərdi yaşayış evi Cəfərov Hüseynqulu Tanrıqulu oğlu ilə Cavabdeh4 Əsgər qızının birgə nikahları dövründə əldə edilmişdir.
4. Cəfərov Hüseynqulu Tanrıqulu oğlu xx.xx.1982-ci ildə ölmüşdür. Bundan sonra sözügedən evə xx.xx.1984-cü ildə vərəsəlik açılmışdır. Miras əmlak ünvan 1 ünvanında yerləşən və valideynlərin birgə nikahı dövründə inşa edilmiş fərdi yaşayış evi olmuşdur.
5. Cavabdeh4 Əsgər qızı birgə nikah dövründə əldə etdikləri, miras əmlak olan evin ½ hissəsinə 20 iyun 1984-cü il tarixli, 5289 reyestr nömrəli şəhadətnamə ilə mülkiyyət hüququ əldə etmişdir. Qalan ½ hissəsi üzərində Cavabdeh4 Əsgər qızının və oğlanları X7, iddiaçı və Cavabdeh1 bərabər payları müəyyən olunmuşdur. Miras əmlak, yaşayış sahəsi 82,6 kv.m, qeyri-yaşayış sahəsi 119,2 kv.m, 1 mərtəbəli, 4 otaqlı fərdi yaşayış evindən ibarət olmuşdur.
6. Cavabdeh4 Əsgər qızı xx.xx.2008-ci ildə, övladları X15 xx.xx.2006-cı ildə, X7 isə xx.xx.2013-cü ildə ölmüşlər.
7. Cavabdeh4 ölümündən sonra Cavabdeh1 valideynlərindən miras qalmış mübahisə predmeti olan evi öz adına rəsmiləşdirmiş və bu barədə xx.xx.2017-ci il tarixli dövlət reyestrindən çıxarış almışdır.
8. Cavabdeh4 Əsgər qızının ölməsi ilə əlaqədar sözügedən evə dair ikinci dəfə vərəsəlik açılmışdır. İş üzrə q əbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
9. İddiaçı cavabdehlərə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 2 ünvanında yerləşən, Qazax rayon Kommunal Təsərrüfatı Şöbəsinin 872 nömrəli torpaq qeydi ilə mərhum atası Cəfərov Hüseynqulu Tanrıqulu oğlunun adına verilmiş 910 kv.m torpaq sahəsindən vərəsəlik qaydasında onun vərəsəlik payının bölünüb verilməsi, Qazax rayon Dövlət Notariat Kontorunda mərhum anası Cavabdeh4 Əsgər qızının adına açılmış vərəsəlik şəhadətnaməsinin verildiyi andan etibarsız hesab edilməsi, həmin şəhadətnamə əsasında birinci cavabdehin adına 2017-ci ilin dekabr ayında verilmiş **********57-10301 qeydiyyat nömrəli, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış və texniki pasportun verildiyi andan etibarsız hesab edilməsi, Qazax rayon X13 İcraiyyə Komitəsinin texniki inventarizasiya bürosunun verdiyi xx.xx.1984-cü il tarixli, 6 saylı qeydə alma vəsiqəsinə əsasən tərəflərin ilkin vəziyyətə qaytarılması, mərhum anasından miras qalmış fərdi yaşayış evindən və həyətyanı torpaq sahəsindən həm vəsiyyət, həm qanun üzrə vərəsəlik qaydasında onun payının bölünüb verilməsi və mülkiyyət hüququnun tanınması barədə qətnamə, işə baxarkən əməllərində qanunsuzluq, saxtakarlıq aşkar edilmiş 3-cü şəxslər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Əmlak Məsələləri Dövlət Komitəsinin Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Tovuz Ərazi İdarəsinin vəzifəli şəxsləri, habelə Qazax rayon Notariat Ofisinin Notariusu və digər şəxslər barədə xüsusi qərardad çıxarılmasını xahiş etmişdir.
10. İddi açı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışdır ki, atasının ölümündən sonra anası onunla birlikdə yaşamış, atasından qalan mirası həm notarial, həm də bacısı Cavabdeh2 ilə birlikdə faktiki qəbul etmişlər. Anası vəfat etməmişdən əvvəl xx.xx.2004-cü ildə Qazax rayon Notariat Kontorunda ona vəsiyyətnamə verərək, bütün əmlakını, o cümlədən, Qazax şəhəri, Çaparidze küçəsi 52 saylı evi, qarajı ona vəsiyyət etmişdir. Anasının vəfatından sonra o xx.xx.2009-cu ildə qanunla müəyyən edilmiş müddətdə mirası qəbul etməsinə dair Qazax rayon Notariat Kontoruna 7E-1-81 reyestr nömrəli ərizə ilə müraciət etmişdir. Lakin, hazırda ona məlum olmuşdur ki, qardaşı Cavabdeh1 1984-cü il tarixli vərəsəlik işini və qeydəalma vəsiqəsini, habelə vərəsələrin dairəsini sa xta yollarla gizlətməklə, yalnız öz adına qanunsuz yolla vərəsəlik işi açdırmış və miras əmlakı olan evi adına rəsmiləşdirmişdir. Bundan sonra Cavabdeh1 adına 2017-ci ilin dekabr ayında hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış və texniki pasport almışdır. Cavabdeh1 anasından miras qalmış təsərrüfatı idarə etməmiş və heç bir formada mirası qəbul etməmişdir. O, mirasın qəbul müddətində heç ölkədə də olmamışdır.
11. Cavabdeh2 iddiaçıya və digər cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh4 Tariyel qızına qarşı (üçüncü şəxslər kimi Qazax rayon Notariat Ofisi və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Əmlak Məsələləri Dövlət Komitəsinin DƏDRX-nin Tovuz Ərazi İdarəsi) qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ünvan 2 ünvanında yerləşən, Qazax rayon Kommunal Təsərrüfatı Şöbəsinin 872 nömrəli torpaq qeydi ilə mərhum atası Cəfərov Hüseynqulu Tanrıqulu oğlunun adına verilmiş 910 kv.m torpaq sahəsindən vərəsəlik qaydasında onun vərəsəlik payının bölünüb verilməsi, Qazax rayon Notariat ofisində mərhum anası Cavabdeh4 Əsgər qızının adına açılmış vərəsəlik şəhadətnaməsinin verildiyi andan etibarsız hesab edilməsi, həmin şəhadətnamə əsasında Cavabdeh1 adına 2017-ci ilin dekabr ayında verilmiş **********57-10301 qeydiyyat nömrəli, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış və texniki pasportun verildiyi andan etibarsız hesab edilməsi, Qazax rayon Notariat Ofisinin xx.xx.1984-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin və onun əsasında verilmiş Qazax rayon X13 İcraiyyə K omitəsinin texniki inventarizasiya bürosunun verdiyi xx.xx.1984-cü il tarixli, 6 saylı qeydəalma vəsiqəsinin verildiyi andan etibarsız hesab edilməsi və onun mərhum atası Cəfərov Hüseynqulu Cəfərqulu oğlundan miras qalmış əmlakda miras payının vərəsəlik qaydasında bölünüb verilməsi, mərhum anasından miras qalmış fərdi yaşayış evindən və həyətyanı torpaq sahəsindən vərəsəlik qaydasında onun payının bölünüb verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
12. Cavabdeh2 iddiası İddiaçı1 iddiası ilə oxşar məzmunda əsaslandırılmışdır.
13. Cavabdeh qismində dindirilmiş Cavabdeh4 Tariyel qızı və Cavabdeh3 hər iki iddianı qəbul etmiş və təmin olunmasına etirazının olmadığını bildirmişlər.
14. İddiaçı xx.xx.1984-cü il tarixdə verilmiş 5290 reyestr nömrəli vərəsəlik hüququ haqqında şəhadətnamə nin kserosurətini təqdim edərək bildirmişdir ki, həmin vaxt miras açılarkən digər vərəsələrlə yanaşı, mirası özü də qəbul etmiş və bu barədə ona şəhadətnamə verilmişdir.
15. İddiaçı həmin sənədin əslini əldə edə bilmədiyini əsaslandıraraq müvafiq qaydada sorğu verilməsi ilə bağlı vəsatət verdiyindən həmin sənədin əslinin və ya təsdiq edilmiş surətinin, həmin şəhadətnamənin verilməsinə əsas olmuş sənədlərin alınması ilə bağlı müvafiq qurumlara birinci instansiya məhkəməsi tərəfindən sorğular verilmişdir.
16. Sorğu edilərək alınmış xx.xx.1984-cü il tarixli, 5290 reyestr nömrəli vərəsəlik hüququ haqqında şəhadətnamədə göstərilmişdir ki, 16 dekabr 1982-ci ildə vəfat etmiş Cəfərov Hüseynqulu Tanrıqulu oğlunun vərəsələri mübahisəli miras əmlakı olan evdə yaşayan arvadı Cavabdeh4 Əsgər qızı, oğ lanları X7, Cavabdeh1dur və onlar miras əmlakdan tam hissədə irs almalıdır. Miras əmlak, ünvan 4 ünvanında yerləşən yaşayış sahəsi 82,6 kv.m, qeyri-yaşayış sahəsi 119,2 kv.m, 1 mərtəbəli, 4 otaqlı fərdi yaşayış evindən ibarətdir.
17. İddiaçı, həmçinin iddia ərizəsində qeyd etdiyi 08 iyul 2004-cü il tarixli vəsiyyətnaməni də məhkəməyə təqdim etmişdir. Vəsiyyətnamə ilə Cavabdeh4 Əsgər qızı ölən günədək ona məxsus olan bütün əmlakını, onun harada olmasından və nədən ibarət olmasından asılı olmayaraq, o cümlədən ünvan 5 ünvanda yerləşən 1 otaqdan ibarət şəxsi evini, evin qarşısındakı qarajı, hamamı iddiaçıya vəsiyyət etmişdir.
18. Qazax Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(023)-715/2021 saylı mülki iş üzrə 24 dekabr 2021-ci il tarixli qətnaməsi ilə (hakim F.Məmməd ov) iddia təmin edilmişdir.
19. Birinci instansiya məhkəməsi gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, iddiaçı xx.xx.1984-cü il tarixdə verilmiş 5290 reyestr nömrəli vərəsəlik hüququ haqqında şəhadətnamənin kserosurətini təqdim etmiş, lakin nə əslini, nə də notarial qaydada təsdiq edilmiş surətini təqdim etməmişdir. Məhkəmə tərəfindən sorğu edilərək alınmış şəhadətnamədə iddiaçının adı mirası qəbul etmiş qanun üzrə vərəsə kimi göstərilməmişdir.
20. Məhkəmə qeyd etmişdir ki, iddiaçı tərəfindən təqdim edilmiş vərəsəlik hüququ haqqında şəhadətnamənin kserosurəti olmasına baxmayaraq, məhkəmə hər iki şəhadətnamə arasındakı uyğunsuzluğun səbəbini araşdırmaq və həmin şəhadətnamələrdən hansının daha mötəbər olduğunu müəyyən etmək üçün aidiyyəti qurumlara sorğular vermiş, lakin heç bir müsbət nəti cə əldə edə bilməmişdir.
21. İddiaçılar və cavabdehlər mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti ötürmüş və “mirasın qəbul edilmə müddətinin bərpa edilməsi”ni tələb etməmişlər. Ona görə də məhkəmə belə nəticəyə gəlmişdir ki, ilk iddia və qarşılıqlı iddia tələbləri vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi”nə dair hissəsində təmin edilməməlidir.
22. Məhkəmə, həmçinin xx.xx.1984-cü il tarixdə verilmiş 5290 reyestr saylı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında Cavabdeh1 adına xx.xx.2017-ci il tarixdə verilmiş **********57-10301 reyestr nömrəli - hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın etibarsız hesab edilməsinə dair iddia tələbini araşdıraraq hesab etmişdir ki, iddianın göstərilən hissəsi də əs assızdır və təmin edilməməlidir.
23. Belə ki, mübahisəli evə dair Cavabdeh1 adına verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış mübahisəli evə dair xx.xx.1984-cü il tarixdə Cavabdeh1 adına verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən törənmişdir. Buna görə də mübahisəli evə dair Cavabdeh1 adına verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə etibarsız hesab edilməli, ilk iddia və qarşılıqlı iddia həmin hissədə də təmin edilməyərək, törəmə hüquq münasibəti olan mübahisəli evə dair Cavabdeh1 adına verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın etibarsız hesab edilməsi hissədə tələb rədd edilməlidir.
24. Məhkəmə öz mövqeyini, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 1134.1, 1145, 1146, 1151,1 və 1159.1.1, 1243, 1246-cı, 2000-ci il sentyabr ayının 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – qüvvədən düşmüş Mülki Məcəllə) 528, 532 və 552-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 14.2, 89.1, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat
25. Qətnamədən İddiaçı1, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh3 ayrı-ayrılıqda apelyasiya şikayəti vermişdirlər.
26. İddiaçı1 Hüsenqulu oğlu apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, qətnamə qanunsuz və əsassızdır. Belə ki, atası Cəfərov Hüseynqulu Tanrıqulu oğlu vəfat etdikdən sonra, anası mərhum Cavabdeh4 Əskər qızı ilə birgə nikah dövründə əldə etdikləri mülki yyət Qazax şəhəri, Orconokidze küçəsi, 41 saylı fərdi yaşayış evi xx.xx.1984-cü il tarixdə ½ hissəsi vərəsəlik qaydasında anasının, digər ½ hissəsi isə Cavabdeh4 Əskər qızının, onun, qardaşları X4 və Cavabdeh1 arasında bölünmüşdür. Eyni tarixli vərəsəlik şəhadətnamələri əsasında ünvan 6 ünvanında yerləşən fərdi yaşayış evi onun, anası Cavabdeh4, qardaşları Taryel və Cavabdeh1ların mülkiyyətinə verilmişdir. Anasının ölümündən sonra 14 yanvar 2009-cu il tarixdə, Qazax rayon Notariat Kontoruna anasından qalmış mirasa dair 7E-181 reyester nömrəli ərizə vermişdir. Həmçinin Notariat Kontorunun 11 dekabr 2012-ci il tarixli 2V-06-9552 reyestr nömrəli və vərəsəlik işi nömrəsi 2392 olan qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən mərhum anası Cavabdeh4 vərəsəsi kimi tanınmışdır. Hətta anası vəfat etməzdən əvvəl 8 iyul 2004-cü il tarixdə onun adına vəsiyyətnamnə verərək, bütün əmlakı ona vəsiyyət etmişdir. O, atasından və anasından qalan mirası sahib etməklə və notariat qaydada qəbul etmişdir. Lakin, qardaşı Cavabdeh1 15 dekabr 2017-ci il tarixdə köhnə Orconikidze küçəsi, indiki Mehdi Hüseyn küçəsi, 41 ünvanında yerləşən xx.xx.1984-cü il tarixli qeydəalma vəsiqəsinə əsasən onların paylı mülkiyyətində olan evə dair öz adına çıxarış almışdır. Həmin çıxarış 20 iyun 1984-cü il tarixli 5290 nömrəli vərəsəlik hüququ haqqında şəhadətnamə saxtalaşdırılmış və saxta sənədlərdən istifadə edilməklə, çıxarış alınmışdır. Məhkəmə qətnamə qəbul edərkən, göstərilən halları nəzərə almamış, iş üçün əhəmiyyətli olan halları araşdırmamışdır.
27. Cavabdeh2 Hüsenqulu qızı apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanunsuzdur. Belə ki, o, atası Cəfərov Hüseynqulu Tanrıqulu oğlu vəfat etdikdən sonra anası mərhum Cavabdeh4 Əskər qızı ilə birgə nikah dövründə əldə etdikləri mülkiyyət ünvan 7 saylı fərdi yaşayış evi xx.xx.1984-cü il tarixdə ½ hissəsi vərəsəlik qaydasında anasının, digər ½ hissəsi isə Cavabdeh4 Əskər qızının, qardaşları İddiaçı1, X4 və Cavabdeh1 arasında bölünmüşdür. Eyni tarixli vərəsəlik şəhadətnamələri əsasında ünvan 7 ünvanda yerləşən fərdi yaşayış evi anası Cavabdeh4, qardaşları Tahir, Taryel və Cavabdeh1ların mülkiyyətinə verilmişdir. Qardaşı Cavabdeh1 15 dekabr 2017-ci il tarixdə köhnə Orconikidze küçəsi, indiki Mehdi Hüseyn küçəsi, 41ünvanında yerləşən xx.xx.1984-cü il tarixli qeydəalma vəsiqəsinə əsasən onlar ın paylı mülkiyyətində olan evə dair öz adına çıxarış almışdır. Həmin çıxarışın verilməsinə əsasə olan vərəsəlik şəhadətnaməsində 3 nəfərin adı qeyd edilsə də, çıxarışda yalnız Cavabdeh1 adı qeyd edilmişdir. Məhkəmə qətnamə qəbul edərəkən qeyd edilən halları araşdırmamışdır.
28. Cavabdeh4 apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, babası Cəfərov Hüseynqulu Tanrıqulu oğlu vəfat etdikdən sonra, nənəsi mərhum Cavabdeh4 Əskər qızı ilə birgə nikah dövründə əldə etdikləri mülkiyyət ünvan 7 saylı fərdi yaşayış evi xx.xx.1984cü il tarixdə ½ hissəsi vərəsəlik qaydasında nənəsinin, digər ½ hissəsi isə Cavabdeh4 Əskər qızının, qardaşları İddiaçı1, X4 və Cavabdeh1 arasında bölünmüşdür. Eyni tarixli vərəsəlik şəhadətnamələri əsasında ünvan 7 ünvanda yerləşən fərdi yaşayış evi nənəsi Cavabdeh4, a tası Taryel və əmiləri Tahir, Cavabdeh1ların mülkiyyətinə verilmişdir. Əmisi Cavabdeh1 15 dekabr 2017-ci il tarixdə köhnə Orconikidze küçəsi, indiki Mehdi Hüseyn küçəsi, 41 ünvanında yerləşən xx.xx.1984-cü il tarixli qeydəalma vəsiqəsinə əsasən onların paylı mülkiyyətində olan evə dair öz adına çıxarış almışdır.
29. Cavabdeh3 apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, atası Akif Cəfərovun birinci növbə vərəsəsidir. Babasından və nənəsindən miras qalmış əmlakı atası, bibisi və əmiləri qəbul etmişdir. Atasından miras qalmış əmlakı isə sahiblik etməklə və idarə etməklə özü qəbul etmişdir.
30. Gəncə Apellyasiya Məhkəməsinin 23 may 2022-ci il tarixli, 2(104)-1198/2022 saylı qətnaməsi ilə (hakimlər- Ədil Məmmədov (məruzəçi), Rəhman Muradov və Fikrət Mehdiyev) apelyasiya şikayətlərinin q ismən edilməsi, Qazax Rayon Məhkəməsinin 2(023)715/2021 saylı mülki iş üzrə 24 dekabr 2021-ci il tarixli qətnaməsinin ləğv edilməsi, yeni qətnamə qəbul edilərək, İddiaçı1 və Cavabdeh4 iddia tələblərinin qismən təmin edilməsi; Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* nömrəli Çıxarışın etibarsız sayılması; Mərhumlar - Cəfərov Hüseynqulu Tanrıqulu oğlu və Cavabdeh4 Əsgər qızından miras qalmış, hazırda ünvanı Qazax şəhəri M.Hüseyn küçəsi 11 ünvanı olan miras əmlakın Cavabdeh4 Əsgər qızından miras qalmış hissəsinin onun qanun üzrə birinci növbəli vərəsəsi - oğlu Cavabdeh1 tərəfindən faktiki qəbul edilməsinin fakt kimi müəyyən edilməsi; 16 dekabr 1982-ci ildə ölmüş Cəfərov Hüseynqulu Tanrıqulu oğlundan miras qalmış ünvan 9 ünvanında yerləşən yaşayış sahəsi 82,6 kv.m, qeyriyaşayış sahəsi 119,2 kv.m, 1 mətəbəli, 4 otaqlı fərdi yaşayış evindən ibarət miras əmlakın ½ hissəsi üzərində onun arvadı Cavabdeh4 Əsgər qızının payı, qalan ½ hissəsi üzərində onun arvadı Cavabdeh4 Əsgər qızının və oğlanları X10, İddiaçı1 və Cavabdeh1 bərabər paylarının qeydə alınması nəzərə alınmaqla, hazırda ünvanı Qazax şəhəri M.Hüseyn küçəsi 11 ünvanı olan miras əmlakın 6/8 hissəsi üzərində Cavabdeh1, 1/8 hissəsi üzərində İddiaçı1, 1/8 hissəsi üzərində X5 paylarının müəyyən edilməsi; X10 öldüyündən mirasın onun payına düşən 1/8 hissəsi üzərində, onun qanun üzrə birinci növbəli vərəsəsi Cavabdeh4 payının müəyyən edilməsi; İddiaçı1 və Cavabdeh4 iddialarının qalan hissələrdə və qalan digər vərəsələrin miras əmlakda paylarının müəyyən edilməsi barədə olan id dialarının əsassız olduğundan təmin edilməməsi qət edilmişdir.
31. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşmayaraq, qeyd etmişdir ki, analarının vəfat etməsindən sonra altı ay müddətində iddiaçı, o cümlədən Cavabdeh1 savayı digər vərəsələr ondan miras qalmış əmlakı faktiki qəbul etdiklərini nümayiş etdirməmişlər. İddiaçı isə mirası qəbul etmək barədə 2009-cu ilin yanvar ayında Notariat Orqanına ərizə ilə müraciət etsə də, həmin miras ev barəsində ona vərəsəlik hüququna dair şəhadətnamə verilməmişdir. Bundan sonra isə o, anasından miras qalmış pul barəsində vərəsəlik hüququna dair şəhadətnamə alsa da, ötən 12 il ərzində həm vəsiyyət üzrə, həm də qanun üzrə birinci növbəli vərəsə kimi, vərəsəlik hüququna dair şəhadətnamə al maq üçün təşəbbüs göstərməmişdir. Yəni, iddiaçı mübahisəli miras əmlak (ev) barəsində əldə edə biləcəyi hüquqlarını gerçəkləşdirməmişdir.
32. Anasının adına əmanət kassasında olan pulun verilməsi məqamı isə miras evin də qəbul edilməsi kimi qiymətləndirilə bilməz. Məhkəmədə izahat verərkən iddiaçı göstərmişdir ki, anasının ölümündən sonra heç zaman həmin evdə yaşamamışdır.
33. Məhkəmə müəyyən etmişdir ki, analarının ölümündən sonra həmin evdə yalnız Cavabdeh1 həmin evi idarə etmiş, evin zəruri təmiri işlərini aparmışdır. Bu işlərin görülməsində digər vərəsələrdən heç biri iştirak etməmişdir.
34. Ona görə də, məhkəmə kollegiyası mirasın açılmasından 12 ildən çox bir müddət keçməsini nəzərə alaraq qeyd etmişdir ki, Cavabdeh1 savayı digər vərəsələrdən heç biri miras əmlakın (evin) mərhum Cava bdeh4 Əsgər qızından qalmış hissəsini qanunla müəyyən edilmiş müddətlər ərzində nə faktiki, nə də ki, formal sənədləşmə əsasında qəbul etməmişlər.
35. Məhkəmə hesab etmişdir ki, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* nömrəli çıxarış qanun üzrə vərəsəlik hüququ haqqında 20 iyun 1984-cü il tarixli, 5290 reyestr nömrəli şəhadətnamənin vərəsələrin dairəsinin təhrif olunduğu surətinə və həqiqi olmayan digər sənədlərə əsasən verildiyinə görə etibarsız hesab edilməlidir.
36. Bundan əlavə, məhkəmə qeyd etmişdir ki, Cavabdeh4 Əsgər qızının ölümündən sonra isə miras əmlakın ondan qalmış hissəsini yalnız Cavabdeh1 faktiki qəbul etmiş və idarə etmişdir. Ona görə də, həmin miras əmlakın Cavabdeh4 Əsgər qızından qalmış hissəsi üzərində yalnız Cavab deh1 payı müəyyən edilməlidir.
37. Kollegiya qeyd etmişdir ki, ölənlərdən miras qalmış fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi istifadədə olan torpaq sahəsi olduğundan, hazırki vəziyyətdə ölənlərdən miras qalmış əmlak kimi qiymətləndirilə və həmin torpaq sahəsi üzərində vərəsələrin payları müəyyən edilə bilməz
38. Bundan əlavə, məhkəmə kollegiyası hesab etmişdir ki, iddia ərizələrində iddiaçı və yaxud cavabdeh kimi göstərilmələrindən asılı olmayaraq, Cəfərov Hüseynqulu Tanrıqulu oğlunun Cavabdeh4 Əsgər qızı ilə birgə nikahından doğulmuş övladları və onların övladları miras əmlakla bağlı maraqları olan şəxslərdir, ona görə də hazırki vəziyyətdə onların işdə prosessual vəziyyətlərinin dəqiqləşdirilməsinə zərurət yoxdur.
39. Apellyasiya instansiya məhkəməsi öz mövqeyini Azərbaycan Res publikası Mülki Məcəlləsinin 1133, 1145, 1146, 1151, 1159.1.1, 1243.1, 1243.2, 1246, 1255, 1262, 1263, 1273-1-ci maddələrinə, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 149.2, 217.3, 217.4, 372, 384, 385, 389-cu maddələrinə istinadən əsaslandırmışdır. c) Kassasiya instansiyasındakı birinci icraat
40. İddiaçı kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini, işin yeni apellyasiya baxışına qaytarılmasını xahiş etmişdir.
41. Cavabdeh1 kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilərək, iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
42. Azərbaycan Respublikası Ali Məhkəməssinin Mülki kollegiyasının 12 dekabr 2022-ci il tarixli, 2(102)-5766/2022 saylı qərarı ilə (hakimlər X17 (məruz əçi), Əliyev Zaur Əli oğlu və X8) Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayətinin təmin edilməməsi, İddiaçı1 tərəfindən verilmiş kassasiya şikayətinin təmin edilməsi, Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-1198/2022 nömrəli mülki iş üzrə 23 may 2022-ci il tarixli qətnaməsinin ləğv edilməsi, işin yeni apellyasiya baxışına qaytarılması qərara alınmışdır.
43. Məhkəmə kollegiyası qərarını belə əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işin araşdırılması və məhkəmə aktlarının tərtib olunmasına dair prosessual qanunvericiliyin sadalanan tələblərinə riayət olunmamış, məhkəmə aktı çoxsaylı prosessual səhvlərlə çıxarılmış və ziddiyyətli dəlillərlə əsaslandırılmışdır.
44. Baxılan iş üzrə apellyasiya instansiyası məhkəməsi qətnaməsində həm iddiaçı, həm də cavabdeh tərəfindən miras əmlakın faktiki qəbul edildiyini qeyd etmiş, sonra isə gəldiyi bu nəticəyə zidd olaraq miras əmlakın yalnız Cavabdeh1 tərəfindən qəbul edildiyini göstərmişdir.
45. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsində iddiaçının anasından qalmış mirası özünün qəbul etmədiyi, həmin əmlakı yalnız qardaşı Cavabdeh1 qəbul etdiyi və əmlaka sonuncunun nəzarət etdiyi barədə izahat verdiyi qeyd olunsa da, iş materiallarında və məhkəmə iclas protokollarında iddiaçının belə bir izahat verdiyi müəyyən olunmur. Əksinə iddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh1 anasından miras qalmış təsərrüfatı idarə etməmiş və heç bir formada mirası qəbul etməmiş, mirasın qəbul müddətində ölkədə olmamışdır. İddiaçı sonuncu halı təsdiq etmək üçün Dövlət Sərhəd Xidmətinə sorğu verilməsi barədə vəsatət təqdim etmişdir. xx.xx.2021-ci il tarixli məhkəmə iclas protokolunda vəsatətin təmin olunmadığı qeyd olunsa da, məhkəmə tərəfindən bu qərar ümumiyyətlə əsaslandırılmamışdır. Bu hal iddiaçının apellyasiya və kassasiya şikayətlərinin də əsas dəlillərindən biridir.
46. Bununla bağlı kollegiya qeyd etməyi zəruri hesab etmişdir ki, mülki prosessual qanunvericilikdə nəzərdə tutulan və işdə iştirak edən şəxslərin öz hüquqlarını məhkəmədə müdafiə etmələrinin təminatı qismində çıxış edən prosessual hüquqlardan biri də vəsatətlə məhkəməyə müraciət etmək hüququdur. Belə ki, MPM-in 47.2-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər işin materialları ilə tanış olmaq, onlardan çıxarışlar etmək, etirazlar vermək, sübutlar təqdim etmək və onların tədqiqində iştirak etmək, vəsatət lər, o cümlədən əlavə sübutların tələb edilməsi barədə vəsatətlər vermək kimi hüquqlara malikdirlər. Məcəllənin 184.4-cü maddəsinə əsasən işdə iştirak edən şəxslərin vəsatətləri işdə iştirak edən digər şəxslərin fikirləri dinlənildikdən sonra məhkəmə qərardadları ilə həll olunur.
47. Vəsatət, onu verən şəxsin öz hüquqlarını həyata keçirməsinə yardım edən, işin ədalətli, obyektiv, qərəzsiz həll edilməsinə, işdə iştirak edən və ya etməyən şəxslərin üzərinə müəyyən vəzifələr qoyulmasına, habelə digər prosessual hərəkətlərin edilməsinə yönəlmiş xahişdir.
48. Məhkəmələr tərəfindən işə baxılarkən işin obyektiv, tam, hərtərəfli və ədalətli həll olunması, eləcə də məhkəmə icraatının iş üzrə həqiqətin müəyyən edilməsinin təmin edilməsi vəzifəsini həyata keçirməsi, iş üzrə mühüm əhəmiyyət kəsb edə n halların müəyyən edilməsi məqsədilə işdə iştirak edən şəxslərin vəsatətləri hər bir halda onların təmin edilibedilməməsinin mümkünlüyü baxımından araşdırılmalı və həll olunmalıdır. Bu baxımdan işdə iştirak edən şəxslərin işin həlli ilə bağlı verdiyi vəsatət (ərizə) məhkəmə tərəfindən qəbul edilibsə, məhkəmə həmin vəsatəti (ərizəni) tərəflərlə müzakirə edərək, onun təmin və ya rədd olunması barədə qərar qəbul etməli və bununla bağlı mövqeyini kifayət qədər əsaslandırmalıdır.
49. Qeyd olunanlarla yanaşı apellyasiya instansiyası məhkəməsi Cavabdeh1 tərəfindən miras əmlakın qəbul edilməsi qənaətinə gəlmiş, lakin bu qənaətə hansı sübutlar əsasında gəldiyini qətnamədə göstərməmişdir. Halbuki MPM-in 9.3- cü maddəsinə əsasən məhkəmə öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakir ə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz.
50. Apellyasiya instansiyası məhkəməsi iddiaçının anasından miras qalmış əmlakın qəbulu ilə bağlı notariat orqanına müraciət etməsini, habelə anasının adına əmanət kassasında olan pulu miras əmlak kimi qəbul etməsini (bu barədə vərəsəlik hüququna dair şəhadətnamə almasını) müəyyən etsə də, onun tərəfindən miras evin də qəbul edilməsi kimi qiymətləndirməmiş və bununla maddi hüquq normalarının tələblərini pozmuşdur. Belə ki, Mülki Məcəlləyə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır (maddı 1243.2). Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir (maddə 1243.3).
51. Qeyd olunanlardan əlavə, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin nəticə hissəsində mərhumlar - Cəfərov Hüseynqulu Tanrıqulu oğlu və Cavabdeh4 Əsgər qızından miras qalmış əmlakın Cavabdeh4 Əsgər qızından miras qalmış hissəsinin onun qanun üzrə birinci növbəli vərəsəsi - oğlu Cavabdeh1 Tariyel oğlu tərəfindən faktiki qəbul edilməsi fakt kimi müəyyən edilmişdir. Halbuki işin hansı hallarının müəyyən edilməsi məhkəmə aktının nəticə hissəsində deyil, əsaslandırıcı hissəsində öz əksini tapmalıdır. Nəzərə alınmalıdır ki, baxılan iş üzrə tərəflərin iddia ərizəsində oxşar məzmunlu tələb də irəli sürülməmişdir
52. Digər tərəfdən məhkəmə qətnamənin nəticə hissəsində mərhumlar - Cəfərov Hüseynqulu Tanrıqulu oğlu və Cavabdeh4 Əsgər qızından miras qalmış əmlakla bağlı məsələni həll etmiş, lakin miras əmlakın nədən ibarət olmasını göstərməməklə qeyrimüəyyənliyə yol vermiş, Cavabdeh4 iddiasının qalan hissədə əsassız olduğundan təmin edilməməsini qeyd etsə də, iş üzrə Cavabdeh4 hər hansı tələbi olmamışdır.
53. Məhkəmə kollegiyası cavabdehin kassasiya şikayətinin dəlillərini əsassız hesab etmiş və qeyd etmişdir ki, cavabdeh kassasiya şikayətində iddiaçı tərəfindən iddia müddətin ötürüldüyünü qeyd etsə də, işə birinci instansiya, hətta apelly asiya instansiyası məhkəməsində baxılması zamanı cavabdeh tərəfindən belə bir dəlil irəli sürülməmiş, iddia müddətinin tətbiqi barədə ərizə verilməmişdir. Bu baxımdan həmin dəlil hazırkı mərhələdə müzakirə predmeti ola bilməz. Cavabdeh1 kassasiya şikayətinin digər dəlilləri məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması ilə bağlıdır və hazırkı icraat çərçivəsində belə dəlillər üzrə araşdırma aparılmır, onlara qiymət verilmir. d) Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat
54. Təkrar apelyasiya araşdırması zamanı Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(104)-1005/2024 nömrəli, 10 sentyabr 2024-cü il tarixli qətnaməsi ilə apellyasiya şikayətləri qismən təmin edilmiş, Qazax Rayon Məhkəməsinin 24 dekabr 2021-ci il tarixli 2(023) -715/2021 nömrəli qətnaməsi tam ləğv edilərək yeni qətnamə qəbul edilmiş, ilk və qarşılıqlı iddia tələbləri qismən təmin edilmiş, Cavabdeh1 adına verilmiş qeydiyyat tarixi xx.xx.2017-ci il, qeydiyyat nömrəsi ********** olan hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış etibarsız hesab edilmiş, miras qoyan Cavabdeh4 Əsgər qızından miras qalmış ünvan 11 ünvanında yerləşən yaşayış sahəsi 82,6 kv.m, qeyri-yaşayış sahəsi 119,2 kv.m, 1 mərtəbəli, 4 otaqlı fərdi yaşayış evinin 10/16 hissəsi üzərində İddiaçı1 8/16 hissədə, Cavabdeh1 3/16 hissədə, mərhum X5 3/16 hissədə, digər birinci növbəli vərəsələr Cavabdeh2 və X9 isə hər birinin 1/16 hissədə payları müəyyən edilmiş, miras qoyan Cavabdeh4 Əsgər qızının qanun üzrə birinci növbəli vərəsəsi olan mərhum X15 vəfa t etdiyindən onun miras əmlak olan ünvan 11 ünvanında yerləşən yaşayış sahəsi 82,6 kv.m, qeyri-yaşayış sahəsi 119,2 kv.m, 1 mərtəbəli, 4 otaqlı fərdi yaşayış evinə dair 1/16 hissəsi üzərində müəyyən olunan payı onun qanun üzrə birinci növbəli vərəsəsi olan ilk və qarşılıqlı iddialar üzrə Cavabdeh3 verilməsi, miras qoyan Cavabdeh4 Əsgər qızının qanun üzrə birinci növbəli vərəsəsi olan mərhum X10 vəfat etdiyindən onun miras əmlak olan ünvan 11 ünvanında yerləşən yaşayış sahəsi 82,6 kv.m, qeyri-yaşayış sahəsi 119,2 kv.m, 1 mərtəbəli, 4 otaqlı fərdi yaşayış evinə dair 3/16 hissəsi üzərində müəyyən olunan payının onun qanun üzrə birinci növbəli vərəsəsi olan ilk və qarşılıqlı iddialar üzrə Cavabdeh4 verilməsi, apellyasiya şikayətlərinin qalan hissədə təmin edilməməsi, ilk və qarşılıqlı iddia tə ləblərinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. (X3 (sədrlik edən və məruzəçi), X18 və X11)
55. Məhkəmə kollegiyası ilk öncə qeyd etmişdir ki, hazırkı işdə həm 16 dekabr 1982ci il tarixdə ölmüş Cəfərov Hüseynqulu Tanrıqulu oğlundan, həm də 03 avqust 2008-ci il tarixdə ölmüş Cavabdeh4 Əsgər qızından miras qalmış əmlakın vərəsələr arasında paylara bölünməsi tələb edilir. Məhkəmə kollegiyası miras qoyan Hüseynqulu Cəfərovun mirasının digər miras qoyan Cavabdeh4 mirasından daha əvvəl açıldığını nəzərə alaraq hesab edir ki, ilk növbədə miras qoyan Cəfərov Hüseynqulu Tanrıqulu oğlunun mirasının vərəsələr arasında paylara bölüşdürülməsi məsələsi həll edilməlidir.
56. Kollegiya daha sonra qeyd etmişdir ki, miras qoyan Cəfərov Hüseynqulu Tanrıqulu oğlu 16 dekabr 1982-ci il tarixdə vəfat e tmişdir. Buna görə də baxılan iddia tələbi 01 sentyabr 2000-ci il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Mülki Məcəlləsinin müddəaları əsasında həll olunmalıdır. Çünki, MPM-nin 217.2-ci maddəsinin tələbinə görə qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan maddi hüquq normalarına uyğun çıxarılmalıdır. İşin mübahisəsiz hallarıdır ki, miras qoyan Cəfərov Hüseynqulu Tanrıqulu oğlu 16 dekabr 1982-ci il tarixdə vəfat etmiş və onun ölümündən sonra qanun üzrə birinci növbəli vərəsələri arvadı Cavabdeh4 Əsgər qızı, həmçinin övladları İddiaçı1, X10, Cavabdeh1, Cavabdeh2 və X15 olmuşlar. Mərhum Cəfərov Hüseynqulu Tanrıqulu oğlundan miras qalan əmlak isə ünvan 12 ünvanında yerləşən yaşayış sahəsi 82,6 kv.m, q eyriyaşayış sahəsi 119,2 kv.m, 1 mərtəbəli, 4 otaqlı fərdi yaşayış evinin ½ hissəsindən ibarət olmuşdur.
57. Məhkəmə kollegiyası miras kütləsi ilə bağlı diqqətə çatdırmaq istəmişdir ki, ilkin və qarşılıqlı iddiada Qazax rayon Kommunal Təsərrüfatı Şöbəsinin 872 nömrəli torpaq qeydi əsasında Cəfərov Hüseynqulu Tanrıqulu oğlunun istifadəsinə verilmiş ünvan 12 ünvanında yerləşən torpaq sahəsinin vərəsəlik qaydasında paylara bölünməsi xahiş edilsə də, lakin həmin torpaq sahəsi miras qoyanın mülkiyyətində olmamışdır. Həmin torpaq sahəsi mərhum Hüseynqulu Cəfərovun istifadəsinə verilmiş torpaq olmuşdur ki, həmin torpaq sahəsinin miras kütləsinə daxil edilməsi yolverilməzdir.
58. Məhkəmə kollegiyası daha sonra qeyd etmişdir ki, vərəsəliyin açılması faktı və mirasın kütləsi müəyyən edildikdən sonra mübahisənin həllində növbəti təhlil mirasın vərəsələr tərəfindən qəbul edilib-edilməməsinin araşdırılmasından ibarətdir.
59. Miras qoyan Cəfərov Hüseynqulu Tanrıqulu oğlunun mirası açılan zaman (xx.xx.1982-ci il) qüvvədə olmuş qanunvericiliyin tələblərinə görə, istər qanun üzrə, istərsə də vəsiyyətnamə üzrə vərəsə tərəfindən miras əmlak yalnız o halda əldə edilə, ona bölünə bilərdi ki, vərəsə, mirası qəbul etmiş olsun. Mirası qəbul etmə vərəsənin müəyyən iradəvi hərəkətinə əsaslanır. Mirası qəbul etmə qanunvericiliklə konkret olaraq nəzərdə tutulmuş formal və qeyri-formal üsulla, yəni mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verməklə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başlamaqla həyata keçirilir. Mirasın qəbulu elə bir hərə kətdir ki, bu hərəkətin vasitəsi ilə vərəsə özünün miras əmlak əldə etmək və almaq niyyətini ifadə edir, miras qoyanın varisi olmasına öz razılığını bildirir və məhz bu hərəkət, əqd əsasında vərəsə miras qoyanın əmlak hüquq və vəzifələrinin daşıyıcısı olur. Eyni zamanda mirası qəbul etmək birtərəfli əqddir. Bu əqd yalnız bircə şəxsin- vərəsənin - iradəsini ifadə etməklə konkret olaraq kiməsə ünvanlanmır və başqa şəxslərin iştirakını və razılığını tələb etmir.
60. Kollegiya bu baxımdan müəyyən etmişdir ki, miras qoyan Cəfərov Hüseynqulu Tanrıqulu oğlundan qalmış mirası onun birinci növbəli vərəsələri olan arvadı Cavabdeh4 Əsgər qızı, həmçinin oğulları İddiaçı1, X10 və Cavabdeh1 notariat orqanına müraciət etməklə mirası qəbul etmişlər. Belə ki, hazırkı apellyasiya baxışı zamanı sübutların tə ləb edilməsi barədə 14 avqust 2024-cü il tarixli məhkəmə qərardadı qəbul edilmiş və həmin qərardad əsasında Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 15 Saylı Tovuz Ərazi İdarəsindən 501-1/2716 və 501-1/2717 inventar nömrəli qovluqlarda saxlanılan 20 iyun 1984-cü il tarixli, 5290 reyestr nömrəli 2 fərqli vərəsəlik hüququ haqqında şəhadətnamələr məhkəməyə təqdim edilmişdir. Həmin qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr sistemli şəkildə tədqiq edilməklə müəyyən olunmuşdur ki, həmin şəhadətnamənin birində mərhum Cəfərov Hüseynqulu Tanrıqulu oğlunun vərəsələri - arvadı Cavabdeh4 Əsgər qızı, oğulları X10 və Cavabdeh1 göstərilmişdir. Lakin, sözügedən şəhadətnamə notariat o rqanının möhürü ilə təsdiqlənməmişdir. 501-1/2717 inventar nömrəli qovluqda saxlanılan və məhkəməyə təqdim edilmiş digər eyni tarixli və eyni nömrəli vərəsəlik hüququ haqqında şəhadətnamədə isə mərhum Cəfərov Hüseynqulu Tanrıqulu oğlunun vərəsələri - arvadı Cavabdeh4 Əsgər qızı, oğulları X10, İddiaçı1 və Cavabdeh1 göstərilmişdir. Həmin şəhadətnamə notariat orqanının möhürü ilə təsdiqlənmişdir.
61. Məhkəmə kollegiyası həmçinin qeyd etmişdir ki, 501-1/2716 inventar nömrəli qovluqda saxlanılan mərhum Cəfərov Hüseynqulu Tanrıqulu oğlundan miras qalmış əmlaka dair verilmiş (İddiaçı1 adı qeyd edilməmiş) vərəsəlik hüququ haqqında şəhadətnamə notariat orqanının möhürü ilə təsdiqlənməmişdir ki, bu halda da həmin şəhadətnamə qanunvericiliyin tələblərinə uyğun tərtib edilməmişdir. Bu səbəbdən də məhk əmə kollegiyası tərəfindən İddiaçı1 adı qeyd olunmayan 20 iyun 1984-cü il tarixli, 5290 reyestr nömrəli vərəsəlik hüququ haqqında şəhadətnamə sübut kimi qəbul edilməmişdir. Lakin, 501-1/2717 inventar nömrəli qovluqda saxlanılan və məhkəmə kollegiyasına təqdim edilmiş eyni tarixli və eyni nömrəli mərhum Cəfərov Hüseynqulu Tanrıqulu oğlundan miras qalmış əmlaka dair verilmiş vərəsəlik hüququ haqqında şəhadətnamə qanunvericiliyin tələblərinə uyğun tərtib edilmiş, habelə notariat orqanının möhürü ilə təsdiqlənmişdir.
62. Məhkəmə kollegiyası həmçinin qeyd etmişdir ki, ilkin və qarşılıqlı iddiada vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab olunması xahiş edilsə də, lakin mərhum Cəfərov Hüseynqulu Tanrıqulu oğlundan miras qalmış əmlaka dair verilmiş İddiaçı1 adı qeyd olunmayan 20 iyu n 1984-cü il tarixli, 5290 reyestr nömrəli vərəsəlik hüququ haqqında şəhadətnamə öz-özlüyündə əhəmiyyətsiz olmaqla heç bir hüquqi nəticəsi olmadığından kollegiya hesab edir ki, həmin (İddiaçı1 adı qeyd olunmayan) şəhadətnamənin yenidən etibarsız hala gətirilməsinə zərurət yoxdur.
63. İşin göstərilən hallarını nəzərə alaraq məhkəmə kollegiyası hesab etmişdir ki, 501- 1/2717 inventar nömrəli qovluqda saxlanılan və məhkəmə kollegiyasına təqdim edilmiş 20 iyun 1984-cü il tarixli, 5290 reyestr nömrəli mərhum Cəfərov Hüseynqulu Tanrıqulu oğlundan miras qalmış əmlaka dair verilmiş (İddiaçı1 adı qeyd olunmuş) vərəsəlik hüququ haqqında şəhadətnamə mötəbər sübut kimi qiymətləndirilməlidir.
64. Bu qənaətinə uyğun olaraq məhkəmə kollegiyası qeyd etmişdir ki, mərhum Cəfərov Hüseynqulu Tanrıqulu oğlun dan miras qalmış əmlak 501-1/2717 inventar nömrəli qovluqda saxlanılan 5290 nömrəli vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında miras qoyanın vərəsələri arvadı Cavabdeh4 Əsgər qızı, oğulları X10, İddiaçı1 və Cavabdeh1 tərəfindən qəbul edilmişdir. Miras qoyan Cəfərov Hüseynqulu Tanrıqulu oğlunun digər vərəsələri Cavabdeh2 və X15 isə vərəsəliyin açıldığı yerdə notariat orqanına mirası qəbul etmək barədə ərizə verməmişlər. Eyni zamanda, adları qeyd olunan vərəsələr miras qoyan Hüseynqulu Cəfərovdan miras qalmış əmlakın saxlanması və normal təsərrüfatın aparılmasına yönələn hərəkətlər də etməmişlər. Belə ki, tərəflərin izahatları, habelə işdəki sənədlərlə bu hal öz təsdiqni tapmamışdır. Əksinə, hazırkı apellyasiya baxışı zamanı keçirilmiş məhkəmə iclasında Cavabdeh2 sədrlik edənin sualına c avab olaraq bildirmişdir ki, 1978-ci ildə ailə qurub ər evinə köçmüş və həmin vaxtdan sonra miras qalmış evdə yaşamamışdır (bax qətnamənin 43-cü bəndi). Miras qoyan Cəfərov Hüseynqulu Tanrıqulu oğlunun qanun üzrə birinci növbəli vərəsəsi X16 Nofəl Akif oğlu da hazırkı apellyasiya baxışı zamanı keçirilmiş məhkəmə iclasında sədrlik edənin sualına cavab olaraq bildirmişdir ki, mərhum atası Akif Cəfərov sağlığında atababa yurdunu tərk etmiş və bundan sonra orada yaşamamışdır (bax qətnamənin 52-ci bəndi).
65. İşin yuxarıda sadalanan hallarının yekun təhlili olaraq məhkəmə kollegiyası belə qənaətə gəlmişdir ki, miras qoyan Cəfərov Hüseynqulu Tanrıqulu oğlunun ölümündən sonra ondan miras qalmış əmlak qanun üzrə birinci növbəli vərəsələri - arvadı Cavabdeh4 Əsgər qızı, oğulları X10, İddiaçı1 və Ca vabdeh1 tərəfindən qəbul edilmişdir. Miras qoyan Hüseynqulu Cəfərovun digər qanun üzrə birinci növbəli vərəsələri isə mirası nə qanuni, nə də faktiki yolla qəbul etməmişlər. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, mərhum Cəfərov Hüseynqulu Tanrıqulu oğlundan miras qalmış ünvan 12 ünvanında yerləşən yaşayış sahəsi 82,6 kv.m, qeyriyaşayış sahəsi 119,2 kv.m, 1 mərtəbəli, 4 otaqlı fərdi yaşayış evinin ½ hissəsi üzərində 20 iyun 1984-cü il tarixli, 5290 reyestr nömrəli vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında qanun üzrə birinci növbəli vərəsələr Cavabdeh4 Əsgər qızı, X10, İddiaçı1 və Cavabdeh1 hər birinin ¼ hissədə payları mövcuddur.
66. Bundan başqa, kollegiya müəyyən etmişdir ki, miras əmlaka dair ilkin və qarşılıqlı iddia üzrə Cavabdeh1 adına qanun üzrə vərəsəlik hüququ haqq ında şəhadətnamə əsasında hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış verilərkən şəhadətnamədə göstərilən digər vərəsələr Cavabdeh4 Əsgər qızı, oğulları X10 və İddiaçı1 da mirasda payları olması nəzərə alınmamış və ünvan 12 ünvanında yerləşən yaşayış sahəsi 82,6 kv.m, qeyri-yaşayış sahəsi 119,2 kv.m, 1 mərtəbəli, 4 otaqlı fərdi yaşayış evi üzərində Cavabdeh1 tam həcmdə payı müəyyən edilmişdir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, həmin çıxarış etibarsız hesab edilməlidir.
67. Eyni zamanda, məhkəmə kollegiyası miras qoyan Cavabdeh4 Əsgər qızından miras qalmış əmlakla bağlı qeyd etmişdir ki, miras qoyan Cavabdeh4 03 avqust 2008-ci il tarixdə öldüyündən ondan miras qalmış əmlak üzərində vərəsələrin paylarının müəyyən edilməsi məsələsi 01 se ntyabr 2000-ci il tarixdən qüvvəyə minmiş Azərbaycan Respublikası Mülki Məcəlləsinin müddəaları əsasında həll olunmalıdır.
68. Kollegiya işin mübahisəsiz halları kimi qeyd etmişdir ki, 08 iyul 2004-cü il tarixli vəsiyyətnamə ilə Cavabdeh4 Əsgər qızı ölən günədək ona məxsus olan bütün əmlakını, onun harada olmasından və nədən ibarət olmasından asılı olmayaraq oğlu İddiaçı1 vəsiyyət etmişdir. Cavabdeh4 Əsgər qızı 03 avqust 2008-ci il tarixdə vəfat etmişdir və onun ölümündən sonra qanun üzrə birinci növbəli vərəsələri - uşaqları İddiaçı1, X10, Cavabdeh1, Cavabdeh2 və X15 olmuşdur. Miras qoyan Cavabdeh4 ölümündən sonra ondan miras qalan əmlak ünvan 11 ünvanında yerləşən yaşayış sahəsi 82,6 kv.m, qeyriyaşayış sahəsi 119,2 kv.m, 1 mərtəbəli, 4 otaqlı fərdi yaşayış evinin payına düşən 10/16 his səsi olmuşdur. Miras qoyan Cavabdeh4 Əsgər qızının vərəsələrindən heç biri mirasın qəbulundan imtina etməmişlər. X1 21 fevral 2006-cı il tarixdə, yəni miras qoyan Cavabdeh4 qabaq ölmüş olsa da, lakin işdəki sənədlərdən göründüyü kimi mərhum vərəsə Akif Cəfərovun da birinci növbəli vərəsəsi Cavabdeh3dur. Bundan əlavə, miras qoyan Cavabdeh4 mirası açıldıqdan sonra birinci növbəli vərəsəsi X10 25 noyabr 2013cü il tarixdə vəfat etmişdir. Həmin vərəsənin də birinci növbəli qanun üzrə vərəsəsi Cavabdeh4dır.
69. Göründüyü kimi, miras qoyan Cavabdeh4 Əsgər qızının həm vəsiyyət üzrə vərəsəsi, həm də məcburi pay hüququna malik olan qanun üzrə vərəsələri vardır. Məhkəmə kollegiyası hesab edir ki, vəsiyyətnamə nəzərə alınmaqla həm də miras qoyan Cavabdeh4 məcburi pay hüququ olan qanun üzrə vərəsələrin in miras əmlak üzərində vərəsəlik payları müəyyən edilməlidir.
70. Yuxarıda göstərildiyi kimi miras qoyan Cavabdeh4 Əsgər qızının birinci növbəli vərəsələri olan mərhum X15 və mərhum X10 vəfat etmişlər. X2 birinci növbəli qanun üzrə vərəsəsi Cavabdeh3 və mərhum X5 birinci növbəli qanun üzrə vərəsəsi isə Cavabdeh4dır. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, miras qoyan Cavabdeh4 Əsgər qızının miras əmlakından vərəsəsi X12 çatası pay sonuncunun qanun üzrə birinci növbəli vərəsəsi mərhum Cavabdeh3 və mərhum X6 çatası miras payı isə onun vərəsəsi olan Cavabdeh4 verilməlidir.
71. Məhkəmə kollegiyası həmçinin qeyd etmişdir ki, miras əmlak olan ünvan 11 ünvanında yerləşən yaşayış sahəsi 82,6 kv.m, qeyri-yaşayış sahəsi 119,2 kv.m, 1 mərtəbəli, 4 otaqlı fərdi yaşayış evinin texniki paspo rtunun etibarsız hesab edilməsinə zərurət yoxdur. Ona görə ki, müəyyən olunmuş paylara münasibətdə hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrində müvafiq qeyd aparıldığı halda, bu əmlaka dair yeni texniki pasportun tərtib edilməsi yolveriləndir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
72. Qətnamədən İddiaçı1 kassasiya şikayəti verərək Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 10 sentyabr 2024-cü il tarixli, 2(104)-1005/2024 saylı qətnaməsinin tamamilə ləğv edilməsini və iş üzrə yeni qərar qəbul edilərək ilk iddia tələbinin təmin olunmasını xahiş etmişdir.
73. Kassator şikayəti belə əsaslandırılmışdır ki, xx.xx.2000-ci il tarixdən qüvvəyə minmiş Azərbaycan Respublikası MM-nin 1133.2-ci maddəsinə görə qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və qismən etibarsız sayılır. Ancaq, iş materiallarında olan mərhum Cavabdeh4 qanunla müəyyən edilmiş qaydada və formada Qazax rayon Notariat Kontorunda 2004-cü il tarixdə verdiyi vəsiyyətnamə ilə bütün mirasını iddiaçıya vəsiyyət etmiş və digər vərəsələri mirasdan mərhum etmişdir. İşə baxan Gəncə Apellyasiya Məhkəməsi həmin vəsiyyətnaməyə düzgün hüquqi qiymət verməmiş və vəsiyyətnamənin hüquqi nəticələrinə uyğun miras payı bölməmişdir. Son nəticədə ədalətsizliyə və kobud prosessual pozuntulara yol verməklə Cavabdeh1 və qeyrilərinə miras pay bölüb vermişdir. Beləlliklə iddiaçının mülkiyyət hüququ kobud şəkildə pozulmuşdur. Məhkəm ə vərəsəlik hüququ ilə bağlı işə baxarkən İddiaçı1 həm vəsiyyət üzrə, həm də qanun üzrə vərəsəlik hüququnu kobud şəkildə, yəni payları müəyyən edərkən, ədalətsizliyə yol verməklə pozmuşdur.
74. İddiaçı1 anaları Cavabdeh4 Əsgər qızının ölümündən sonra qanunla müəyyən edilmiş müddətdə yəni, 14 yanvar 2009-cu il tarixdə Qazax rayon Notariat Kontoruna anası Cavabdeh4 Əsgər qızından qalmış mirasa dair 7E-1-81 reyestr nömrəli ərizə vermişdir. Habelə, Qazax rayon Notariat Kontorunun 11 dekabr 2012-ci il tarixli, 2V-069552 reyestr nömrəli və vərəsəlik işi nömrəsi 2392 olan qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən İddiaçı1 anası mərhum Cavabdeh4 vərəsəsi kimi yalnız o tanınmışdır. Hətta anası Cavabdeh4 Əsgər qızı vəfat etməzdən öncə 8 iyul 2004-cü il tarixdə İddiaçı1 adına vəsiyy ətnamə verərək, bütün əmlakını ona vəsiyyət etmişdir. İddiaçı1 atasından və anasından qalan mirası həm faktiki sahiblik etməklə, həm də notarial qaydada qəbul etmişdir. (Qazax rayon Notariat Kontoruna verilən 14 yanvar 2009cu il tarixli, 7E-1-81 reyestr nömrəli ərizə).
75. İş materiallarında olan vərəsəlik şəhadətnamələrindən, mirasın qəbuluna dair ərizədən və işin faktiki hallarından görünür ki, İddiaçı1 atadan və anadan qalmış bütün mirası qəbul etmişdir. İddiaçı1 həm vəsiyyət üzrə, həm də qanun üzrə vərəsə kimi tanınmalı olduğu halda, məhkəmə yalnız onu qanun üzrə vərəsə kimi tanımış və mirasdan ona cüzi pay vermişdir. Məhkəmə qanun üzrə miras payı bölüb verərkən də ədalətsizliyə yol vermiş və iddia tələbi həcmindən kənara çıxmaqla Cavabdeh1 belə bir tələbi olmadığı halda, Cavabdeh1 mir as paydan mirası qanunla müəyyən edilmiş müddətdə və qaydada qəbul etmədiyi halda ona əsassız olaraq pay bölüb vermişdir. İddiaçı həm Qazax rayon Məhkəməsinə, həm Gəncə Apellyasiya məhkəməsində yazılı və şifahi vəsatətlər verərək Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinə sorğu göndərilməsini xahiş etmişdir. Bunu etməkdə məqsədi Cavabdeh1 miras əmlakı qəbul edib-etməməsini aydınlaşdırmaq olmuşdur. Cavabdeh1 analarının vəfatından sonra xarici ölkəyə gedib-getməməsini öyrənmək üçün sorğu göndərilməsini xahiş etmiş olsa da məhkəmələrin heç biri işin əhəmiyyətli araşdırılmasına xidmət edən vəsatəti təmin etməmişdilər. Ali Məhkəmənin qərarından, qərarda qeyd edilən göstərişlərdən sonra Gəncə Apellyasiya Məhkəməsi tərəfindən AR DSX-yə sorğu göndərilmiş və alınmış xx.xx.2023-cü il tarixli 3- 38- 33/21666/23 saylı cavabdan da görünür ki, mərhum Fatma Cəfərovun mirasının açıldığı vaxtdan mirasın qəbul edilməsi üçün mülki qanunvericiliklə müəyyən edilmiş müddətdə Cavabdeh1 ölkə hüdudlarından kənarda olmuşdur. Həmin məktubda qeyd edlmişdir ki, Cavabdeh1 xx.xx.2008-ci il tarixdə Azərbaycan Respublikasına girmiş, xx.xx.2008-ci il tarixdə ölkə hüdudlarından çıxmış və sonradan xx.xx.2009-cu il tarixdə yenidən ölkəyə qayıtmış və xx.xx.2009-cu il tarixdə ölkədən çıxmışdır. Həmin müddətlərdə isə Qazax rayonuna gəlməmiş və Bakıda ailəsinin yanında olmuşdur. Mirasın nə notarial, nə də faktiki qəbulu ilə bağlı heç bir tədbir görməmişdir.
76. Bundan başqa mülki işin materialları ilə tanış olduqda aşkar görünür ki, eyni nömrə, eyni tarixli (5289 nömrəli və 5290 nömrəli) 2 ayrı-ayrı vərəsəlik hüququ haqqında şəhadətnamələr mövcuddur. İddiaçının DƏDRX-nin 15 saylı Tovuz Ərazi İdarəsindən ərizə ilə aldığı və məhkəməyə təqdim etdiyi şəhadətnamələrdən və məhkəmənin iddiaçının vəsatətilə aldığı şəhadətnamələrdən görünür ki, Cavabdeh1 saxta yollarla hazırladığı və həmin şəhadətnamələr əsasında aldığı çıxarış da qaqnunsuz və saxta sənədlər əsasında alınmışdır. Cavabdeh1 DƏDRX-nin 15 saylı Tovuz Ərazi İdarəsinin vəzifəli şəxsləri və əməkdaşları ilə cinayət əlaqəsinə girməklə həmin saxta şəhadətnamələri hazırlayıb, ərizə ilə qeydiyyatdan keçirib və bu yolla saxta çıxarış almışdır. Həmin saxtalaşdırılmış şəhadətnamələrdə ilkin şəhadətnamələrdə olan məlumatlar təhrif edilmiş və vərəsəlik hüququnu yalnız öz adına tanınması ilə bağlı saxta qeydlər aparmışdır. Şəhadətnamənin əslində vərəsələ rin adı olsa da Cavabdeh1 DƏDRX-nin vəzifəli şəxsləri ilə birlikdə hazırladığı saxta şəhadətnamədə yalnız özünün vərəsə kimi adını qeyd edərək, mülkiyyətdə olan ( qeydə alma vəsiqəsi N 6) fərdi yaşayış evini öz adına qanunsuz çıxarışla “rəsmiləşdirmə işləri” aparmışdır. Şəhadətnamənin əsli və onun əsasında verilmiş 6 nömrəli qeydəalma vəsiqəsi DƏDRX-nin 15 saylı Tovuz Ərazi İdarəsinin arxivində saxlanıldığı, mülkiyyət hüququ 1984-cü ildə tanındığı halda, təkrarən həmin evə dair ziddiyyətli hüquqlu digər çıxarışın verilməsi cinayət hadisəsi olmaqla yanaşı qanunla dabandabana ziddir. Məhkəməyə təqdim edilmiş çoxsaylı vəsatətlərə məhkəmə düzgün hüquqi qiymət verməmiş, tam əsaslı və qanuni vəsatətləri təmin etməmişdir. Məhkəmənin özünün qəbul etdiyi qətnamə (çıxarışın ləğvi və s. hissələrdə) h əmin vəsatətin təmin edilməsini zəruri etsə də, məhkəmə həmin xüsusi qərardadı qəbul etməmişdir.
77. Məhkəmə işə baxarkən Cavabdeh1 mərhum anasından miras qalmış əmlaka dair miras payının müəyyən edilib, bölünüb, verilməsi ilə bağlı hər hansı iddia tələbi olmadığı halda, iddia tələbindən kənara çıxaraq, Cavabdeh1 miras paydan pay bölüb vermişdir. Bu isə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinin tələbinin və İddiaçı1 dizpozitiv hüququnu kobud şəkildə pozulmasıdır. Cavabdeh1 mirasdan ona pay bölünüb, verilməsi ilə bağlı qaldıracağı iddia tələbi əslində ilkin iddiaçının-İddiaçı1 iddia tələblərini etiraf etmiş, qəbul etmiş olacaqdı və mirası qəbul etmədiyinə görə mirasdan ona pay bölünüb, verilməsinin qanunvericiliklə mümkün olmadığını bildiyindən həmin tələbi məhkəmədə qaldırmamışdır. Bu baxımdan öz hüququndan istifadə etməmişdir. Ancaq, məhkəmənin Cavabdeh1 əvəzindən mülkiprosessual qanunvericiliyi kobud şəkildə pozmaqla gəldiyi nəticə hüquqla dabandabana ziddir və iddiaçının mülkiyyət hüququnun kobud şəkildə pozulmasıdır. Belə ki, Cavabdeh1 qanunsuz olaraq, bölünüb verimiş miras payı əslində İddiaçı1 düşəcək paydır. Məhkəmə miras payı bölərkən də payın bölgüsündə də ədalətsizliyə yol vermişdir.
78. Qeyd olunanlarla yanaşı apellyasiya instansiyası məhkəməsi Cavabdeh1 tərəfindən miras əmlakın qəbul edilməsi qənaətinə gəlmiş, lakin bu qənaətə hansı sübutlar əsasında gəldiyini qətnamədə göstərməmişdir. Halbuki MPM-in 9.3- cü maddəsinə əsasən məhkəmə öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdi yi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz.
79. Apellyasiya instansiyası məhkəməsi iddiaçının anasından miras qalmış əmlakın qəbulu ilə bağlı notariat orqanına müraciət etməsini, habelə anasının adına əmanət kassasında olan pulu miras əmlak kimi qəbul etməsini (bu barədə vərəsəlik hüququna dair şəhadətnamə almasını) müəyyən etsə də, onun tərəfindən miras evin də qəbul edilməsi kimi qiymətləndirməmiş və bununla maddi hüquq normalarının tələblərini pozmuşdur.
80. İşdən göründüyü kimi məhkəmə təqdim olunmuş sübutlara baxmış, lakin onlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verməmişdir.
81. Qətnamədən həmçinin Cavabdeh4 da kassasiya şikayəti verərək G əncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 10 sentyabr 2024-cü il tarixli 2(104)1005/2024 saylı qətnaməsinin ləğv edilib, işdə olan sübutlar əsasında yeni qərar qəbul edilməsini xahiş etmişdir.
82. Kassasiya şikayətinin dəlilləri bundan ibarətdir ki, məhkəmə tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1301- ci maddəsinin tələbi pozulmuşdur. Gəncə Apellyasiya Məhkəməsinin hazırki iş üzrə qətnaməsi ona münasibətdə vərəsəlik və mülkiyyət hüququnun pozulması ilə çıxarılmış, məhkəmə Cavabdeh1 miras pay bölüb verərkən həmin dövrdə qüvvədə olan Mülki Məcəllənin tələblərini nəzərə almamış və mirasdan pay almaq üçün mülki qanunvericilikdə təsbit olunmuş halları, şərtləri nəzərə almamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsi 1159-cu, 1166-1178-ci, 1243-cü maddələrinin tələblər i pozulmuşdur. İddiaçı1 atasından və anasından qalan mirası həm faktiki sahiblik etməklə, həm də notarial qaydada qəbul etmişdir (Qazax rayon Notariat Kontoruna verilən 14 yanvar 2009-cu il tarixli, 7E-1-81 reyestr nömrəli ərizə). Məhkəmə qanun üzrə miras payı bölüb verərkən də ədalətsizliyə yol vermiş və iddia tələbi həcmindən kənara çıxmaqla Cavabdeh1 belə bir tələbi olmadığı halda, Cavabdeh1 miras paydan mirası qanunla müəyyən edilmiş müddətdə və qaydada qəbul etmədiyi halda ona əsassız olaraq pay bölüb vermişdir. Məhkəmə qətnaməsi ilə Cavabdeh1 miras əmlakdan, əsasız pay bölməklə onu miras amlakdan çatası payın bir hissəsindən məhrum etmiş və mülkiyyət hüququ pozulmuşdur. Məhkəmə MPM-nin 77-ci və 78-ci maddələrin tələblərinə əməl etməmiş və 88-ci maddənin tələbinə əsasən sübutlara obye ktiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə işdə olan sübutları demək olar ki, tədqiq etmədən və kökret hüquqi münasibətlərinə heç bir hüquqi qiymət vermədən qətnamaə çıxatmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
83. Kassasiya şikayətlərinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq xx.xx.2000-ci il tarixədək qüvvədə olmuş xx.xx.1964-cü il tarixli Azərbaycan SSR Mülki Məcəlləsi
84. Maddə
527. Vərəsəlik qanun üzrə və vəsiyyət üzrə həyata keçirilir. Vərəsəlik o vaxt qanun üzrə ola bilər ki, o, vəsiyyətlə dəyişdirilməsin.
85. Maddə
528. Vərəsəlik miras qoyan şəxsin ölməsi və yaxud onun ölmüş elan edilməsi ilə açılır. Vərəsəliyin açılma vaxtı, miras qoyan şəxsin öldüyü gün, o, ölmüş elan edildikdə isə, bu Məcəllənin 21-ci maddəsində göstərilən gün hesab olunur.
86. Maddə
532. Qanun üzrə vərəsəlikdə payları bərabər olmaqla, uşaqlar (o cümlədən övladlığa götürülənlər), ər (arvad) və ölənin valideynləri (övladlığa götürənləri) birinci növbə vərəsələr hesab olunurlar. Şəxsin ölümündən sonra doğulan uşaq da birinci növbə üzrə vərəsələr sırasına daxildir. Miras qoyan şəxsin nəvə və nəticələri bu şərtlə qanun üzrə vərəsə ola bilərlər ki, vərəsəlik açılan zaman onların vərəsə ola bilən valideynləri ölmüş olsun; onlar özlərinin ölmüş atasına (anasına) qanun üzrə vərəsəlik əsasında düşəsi hissəyə bərabər olan payı alırlar.
87. Maddə
552. Mirası əldə etmək üçün vərəsə onu qəbul etməlidir. Mirasın şərt lə və ya müəyyən qeydlərlə qəbul edilməsinə yol verilmir. Vərəsə, miras əmlakını faktiki surətdə idarə etməyə başladıqda və ya mirasa yiyələndikdə, o, eləcə də vərəsəliyin açıldığı yerdə notariat orqanına mirası qəbul etmək barədə ərizə verdikdə, mirası qəbul etmiş hesab olunur. Bu maddədə göstərilən hərəkətlər, vərəsəlik açılan gündən altı ay müddətində edilməlidir. Yalnız başqa vərəsələr olmadığı və ya onlar mirası qəbul etmədiyi hallarda, vərəsəlik hüququ əmələ gəlmiş vətəndaşlar mirası qəbul etmək üçün qalan müddət ərzində, onu qəbul etmək barədə öz razılıqlarını bildirə bilərlər, bu müddət üç aydan az olduqda isə həmin müddət üç aya qədər uzadılır. Qəbul edilmiş miras vərəsəlik açıldığı vaxtdan vərəsəyə məxsus hesab olunur.
88. Maddə
553. Mirası qəbul etmiş bütün vərəsələrin hamısının razılığı olduqda, göstərilən müddət keçdikdən sonra məhkəməyə müraciət edilmədən də miras qəbul oluna bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsi
89. Maddə 1133.1. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir.
90. Maddə 1133.2. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır.
91. Maddə 1134.1. Qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər.
92. Maddə 1145. Miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır.
93. Maddə 1146. Miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır.
94. Maddə 1151.1. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir.
95. Maddə 1151.2 Mirasa ümumi mülkiyyətdən ölənə çatası pay, əmlakın naturada bölünməsi mümkün olmadıqda isə bu əmlakın dəyəri daxildir.
96. Maddə 1159.1. Qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər).
97. Maddə 1159.1.1. Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər ( övladlığa götürənlər)
98. Maddə 1243.1. Mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir.
99. Maddə 1243.2. Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahilik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da, mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır.
100. Maddə 1243.3. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir
101. Maddə 1243.3. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbu l etmişdir.
102. Maddə 1246. Vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir.
103. Maddə 1255. Qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır.
104. Maddə 1257. Hər hansı şərtlə və ya hər hansı müddətə mirası qismən qəbul etməyə və ya ondan qismən imtina etməyə yol verilmir.
105. Maddə 1262. Əgər vərəsə mirası qəbul etməkdən imtina etmişdirsə, lakin kimin xeyrinə imtina etdiyini bildirməmişdirsə, onun payı qanun üzrə vərəsəliyə çağırılmış vərəsələrin payına, vəsiyyətnamə ilə bütün əmlakın bölüşdürüldüyü halda isə vəsiyyət üzrə vərəsələrin payına əlavə edilir və onların arasında paylarına mütənasib surətdə bölüşdürülür, bu şərtlə ki, vəs iyyətnamədə ayrı qayda nəzərdə tutulmasın.
106. Maddə 1263. Əgər mirasdan imtina etmiş vərəsə həmin növbənin vərəsələri arasında yeganə vərəsədirsə, miras sonrakı növbənin vərəsələrinə keçir.
107. Maddə 1273-1. Miras onu qəbul edən vərəsələrin razılaşması üzrə onlardan hər birinə qanun və ya vəsiyyətnamə üzrə düşən paya uyğun bölüşdürülür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
108. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
109. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli s ürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
110. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri
111. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
112. Qətnamə kassatorlar tərəfindən mübahisələndirilən hissələrdə (onların miras payı ilə bağlı hissə) yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
113. Məhkəmə kollegiyası kassasiya şikayətlərinin dəlilləri ilə bağlı araşdırma apararaq hesab edir ki, aşağıdakılara əsasən kassasiya şikayətinin təmin edilməsi üçün əsaslar mövcud deyil.
114. İlk növbədə məhkəmə kollegiyası MPM-nin 418.4-cü maddəsində nəzərdə tutulmuş kobud prosessual hüquq pozuntularına yol verilib-verilmədiyini yoxlayaraq hesab edir ki, işə baxmış məhkəmə tərəfindən qətnamənin kassasiya qaydasında ləğv edilməsinə əsas olan, bu normada nəzərdə tutulan pozuntu lara yol verilməmişdir.
115. Hazırkı mübahisəyə kassasiya instansiyası məhkəməsi tərəfindən ilk dəfə baxılarkən apellyasiya instansiyası məhkəməsinə işə yenidən baxılarkən aşağıdakılarla bağlı göstərişlər verilmişdir: -miras əmlakın nədən ibarət olmasının müəyyənləşdirilməsi; -mirasın hansı vərəsələr tərəfindən faktiki qəbul edildiyinin dəqiqləşdirilməsi və məhkəmənin bununla bağlı qənaətinin sübutlara istinad edilməklə əsaslandırılması;(qətnamədə bu məsələ ilə bağlı ziddiyyətli fikirlərin əks olunması pozuntu kimi qiymətləndirilmişdir) -iddiaçının Dövlət Sərhəd Xidmətinə sorğu verilməsinə dair vəsatəti ilə bağlı məhkəmə tərəfindən əsaslandırılmış qərar qəbul edilməsi; (vəsatətin rədd edilməsi barədə məhkəmənin mövqeyinin əsaslandırılmaması prosessual pozuntu hesab edilmişdir) -iddiaçı tər əfindən mirasın qəbul edilib-edilməməsinin MM-nin 1242.2 və 1242.3cü maddələrinin tələbləri nəzərə alınmaqla qiymətləndirilməsi; -məhkəmə tərəfindən yalnız irəli sürülmüş iddia tələbləri üzrə qətnamə qəbul edilməsi (Cavabdeh4 hər hansı tələbi olmadığı halda məhkəmə onun iddasının qalan hissədə təmin edilmədiyini qeyd etmişdir).
116. İşə yenidən baxmış apellyasiya instansiyası məhkəməsi tərəfindən 16 dekabr 1982-ci il tarixdə ölmüş Cəfərov Hüseynqulu Tanrıqulu oğlunun miras əmlakı ilə bağlı mübahisəyə düzgün olaraq xx.xx.2000-ci il tarixədək qüvvədə olmuş Mülki Məcəllənin normaları əsasında, 03 avqust 2008-ci il tarixdə ölmüş Cavabdeh4 Əsgər qızından miras qalmış əmlakla bağlı mübahisəyə isə hazırda qüvvədə olan Mülki Məcəllənin normaları əsasında hüquqi qiymət vermişdir.
117. Məhkəmə kassa siya instansiyası məhkəməsinin göstərişləri üzrə araşdırma apararaq müəyyən etmişdir ki, Cəfərov Hüseynqulu Tanrıqulu oğlundan miras qalan əmlak ünvan 12 ünvanında yerləşən yaşayış sahəsi 82,6 kv.m, qeyri-yaşayış sahəsi 119,2 kv.m olan 1 mərtəbəli, 4 otaqlı fərdi yaşayış evinin ½ hissəsi olmuş (evin digər ½ hissəsinin arvadı Cavabdeh4 Əsgər qızının mülkiyyətində olduğu nəzərə alınaraq), həmin mirası miras qoyanın birinci növbəli vərəsələri olan arvadı Cavabdeh4 Əsgər qızı, həmçinin oğulları İddiaçı1, X10 və Cavabdeh1 notariat orqanına müraciət etməklə qəbul etmiş, digər qanun üzrə birinci növbəli vərəsələri isə mirası nə qanuni, nə də faktiki yolla qəbul etməmişlər. Buna görə də fərdi yaşayış evinin ½ hissəsinə 4 vərəsənin hər birinin ¼ hissədə payı olduğu müəyyən edilmişdir.
118. Ali Məhk əmənin qərarından qeyd edilən göstərişə əsasən Gəncə Apellyasiya Məhkəməsi tərəfindən Azərbaycan Respublikası DSX-yə sorğu göndərilmiş və alınmış xx.xx.2023-cü il tarixli 3-38- 33/2-1666/23 saylı cavaba əsasən müəyyən edilmişdir ki, mərhum Cavabdeh4 mirasının açıldığı vaxtdan mirasın qəbul edilməsi üçün mülki qanunvericiliklə müəyyən edilmiş müddətdə Cavabdeh1 ölkə hüdudlarından kənarda olmuş, mirasın nə notarial, nə də faktiki qəbulu ilə bağlı heç bir tədbir görməmişdir.
119. Eyni zamanda məhkəmə müəyyən etmişdir ki, Cavabdeh4 Əsgər qızı vəfat etməzdən öncə 8 iyul 2004-cü il tarixdə İddiaçı1 adına vəsiyyətnamə verərək, bütün əmlakını ona vəsiyyət etmişdir. Miras qoyan Cavabdeh4 ölümündən sonra ondan miras qalan əmlak ünvan 11 ünvanında yerləşən fərdi yaşayış evinin 10/16 hissəsi olmuş, mi ras qoyan Cavabdeh4 Əsgər qızının vərəsələrindən heç biri mirasın qəbulundan imtina etməmişlər. X1 21 fevral 2006-cı il tarixdə, yəni miras qoyan Cavabdeh4 qabaq ölmüş olsa da, Akif Cəfərovun da birinci növbəli vərəsəsi Cavabdeh3dur. Cavabdeh4 mirası açıldıqdan sonra birinci növbəli vərəsəsi X10 25 noyabr 2013- cü il tarixdə vəfat etmiş, həmin vərəsənin də birinci növbəli qanun üzrə vərəsəsi Cavabdeh4 olmuşdur. Məhkəmə qeyd edilənlərə əsasən hesab etmişdir ki, miras qoyan Cavabdeh4 Əsgər qızının miras əmlakından vərəsəsi X12 çatası pay sonuncunun qanun üzrə birinci növbəli vərəsəsi mərhum Cavabdeh3 və mərhum X6 çatası miras payı isə onun vərəsəsi olan Cavabdeh4 verilməlidir.
120. Kollegiya kassasiya şikayətinin dəlilləri üzrə araşdırma apararaq hesab edir ki, işə yenidən baxılarkən kassa siya instansiyası məhkəməsinin göstərişləri tam icra edilmiş, mübahisə həll edilərkən kassasiya şikayətində qeyd edilmiş maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilməmişdir.
121. Məhkəmə kollegiyası qeyd edilənlərə əsasən belə nəticəyə gəlir ki, şikayətlər təmin edilməməli, qətnamə mübahisələndirilən hissələrdə dəyişdirilmədən saxlanılmalıdır.
122. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 407, 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq kassasiya instansiyası məhkəməsi Qərara aldı: Kassasiya şikayətləri təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 10 sentyabr 2024-cü il tarixli, 2(104)-1005/2024 nömrəli qətnaməsi mübahisələndirilən hissələrdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə mi