Məhkəmə qərarları › İş №2(102)-792/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-792/2023

27.03.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-792/2023 27.03.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: vərəsəlik, mirasın qəbulu) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Zaur Əli oğlu (məruzəçi), Abbasov Aqil Əzizağa oğlu və X1 ibarət tərkibdə, Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(107)-1048/2022 nömrəli, 11 oktyabr 2022-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Miras qoyan X6 (miras qoyan) xx.xx.2016-cı il tarixdə ölmüşdür.

2. Şamaxı regional “Asan xidmət” mərkəzi nin notarius ofisinin notariusu tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş “Notariat əməliyyatı aparmaqdan imtina” haqqında qərara əsasən, İddiaçı (bundan sonra iddiaçı) xx.xx.2016-cı ildə vəfat etmiş anası X4 məxsus olan Ağsu rayonu, Xatman kəndi ərazisində yerləşən fərdi yaşayış evinə dair vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsindən, vərəsə əmlakı faktiki qəbul etməməklə miras əmlakın qəbul müddətini buraxdığına görə imtina edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək xx.xx.2016-cı ildə vəfat etmiş anası X4 məxsus Ağsu rayonunun Xatman kəndində yerləşən fərdi yaşayış evinə dair vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsini, əmlakı faktiki qəbul etməməklə miras əmlakın qəbul müddətinin bərpa edilməsini xahiş etmişdir.

4. İddiaçı işin yuxarıda qeyd edilən faktiki halına istinad etməklə tələbini belə əsaslandırmışdır ki, miras əmlakdan payının müəyyən edilib naturada ayrılıb verilməsi barədə Cavabdeh (budan sonra - cavabdeh) qarşı iddia ilə məhkəməyə müraciət etsə də, miras əmlakı qəbul etmə müddətini ötürdüyündən məhkəmə işi saxlamışdır. Cavabdeh özü onun xeyrinə əmlakdan imtina etmişdir. Sonradan arvadının təsiri ilə fikrindən imtina etmiş, arvadı ilə birləşib onu, bacısı uşaqlarını, digər vərəsələri mübahisəli evə buraxmamışdır. Bu səbəbdən də mirası qəbul etmə müddətini buraxmışdır. 5. 7 iyun 2022-ci il tarixdə keçirilmiş məhkəmə iclasında cavabdeh iddia tələbinə etiraz edərək bildirmişdir ki, anası öləndən sonra həmin ev də tək yaşamışdır. Lakin ondan əvvəl də evdə yaşamaqla evin müəyyən hissələrini təmir etdirmişdir. İddiaçı isə həmin evdə yaşamamışdır. Mirası faktiki olaraq qəbul etmişdir.

6. Ağsu Rayon Məhkəməsinin (bundan sonra - birinci instansiya məhkəməsi) 07 iyun 2022-ci il tarixli, 2(016)- 486/2022 nömrəli qətnaməsi ilə (hakim Anar Əsgərov) iddia təmin edilməmişdir.

7. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsələr qəbul edir. Mirasın qəbul edildiyini vərəsə hərəkətləri ilə şəksiz nümayiş etdirməlidir. Belə ki, mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verməlidir. Mirasın qəbul edilməsi haqqında vərəsənin yazılı ərizəsi ona qanunda müəyyən edilmiş qaydalara müvafiq notarius tərəfindən vərəsəlik hüqu qu haqqında şəhadətnamə verilməsinə əsas ola bilər. Bundan başqa, əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başlamalıdır. Vərəsənin əmlaka sahibliyə və onu idarə etməyə başlaması faktiki olmalı və heç bir şübhə yaratmamalıdır. Lakin iddiaçı əmlaka sahibliyə və onu idarə etməyə faktiki başlaması barədə hər hansı sübutu məhkəməyə təqdim etməmişdir.

8. Məhkəmə müəyyən etmişdir ki, iddiaçı anasının ölümündən dərhal sonra vərəsəliyin qəbulu ilə bağlı notariat ofisinə müraciət etmiş, lakin cavabdeh bununla bağlı ofisə gəlməmişdir. İddiaçının izahatından görünür ki, qanunun tələbindən məlumatlı olsa da, həmin müddət ərzində mirası qəbul etməmişdir. Mirası vaxtında qəbul etməməsinin səbəbi kimi cavabdehin onu miras əmlaka buraxmamasını göstərmişdir. İddiaçının göstərdiyi ağlabatan m ühakimə deyildir. Belə olan halda, iddiaçı mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti ötürmüş və gecikmənin səbəbi üzrlü səbəblərlə əlaqədar deyildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra - Mülki Məcəllə) 1246-cı maddəsinə əsasən, vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir.

9. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçılar mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti ötürdüklərindən, gecikmənin səbəbi isə üzrlü səbəblərlə əlaqədar olmadığından, mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddət uzadıla bilməz.

10. Birinci instansiya məhkəməsi öz mövqeyini Mülki Məcəllənin 1145, 1151.1, 1243, 124 6 və 1248.1-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 14.2 və 77.1-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

11. İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

12. Məzmunu iddia ərizəsi ilə eynilik təşkil edən apellyasiya şikayətində əlavə olaraq qeyd edilmişdir ki, işə baxan məhkəmə bütün digər vərəsələrin, o cümlədən də cavabdehin miras əmlakdakı məcburi paydan imtina etmələri barədə ərizə vermələrinə və onun adına olan vəsiyyətnaməni qəbul etmələrinə, miras əmlakın faktiki olaraq onun idarəçiliyində olmasına dair arayışın verilməsinə və bu əmlakın sahibi kimi tərəfindən bölgü aparılaraq digər vərəs ələrin payının müəyyən olunmasına və 2021-ci ildə vərəsələr arasında vərəsəliklə bağlı mübahisənin olmamasına baxmayaraq mirasın qəbul edilməsi müddətini bərpa etməmişdir. Vəsiyyətnamə yazılı formada tərtib edilməlidir, həm də notariat formasında və ya bunsuz yazılı vəsiyyətnaməyə yol verilir. Notariat forması tələb edir ki, vəsiyyətnaməni vəsiyyət edən tərtib etsin və imzalasın, notarius, notariusun olmadığı yerlərdə isə müvafiq icra hakimiyyəti orqanları təsdiqləsin. Onun adına verilmiş vəsiyyətnamə yuxarıda göstərilən qaydada tərtib olunmuş, imzalanmış və sonradan vəsiyyətnamə ləğv edilməmiş, dəyişdirilməmişdir və həmin vəsiyyətnamə bu gün də qüvvədədir. Bundan başqa mərhum anasının digər vərəsələri həmin əmlakdan onlara çatası məcburi paydan da imtina etmişlər. Rəsmi təqdim edilmiş sən ədlər əsasında miras əmlaka vərəsəlik hüququ saxlanılan yeganə vərəsə odur. Lakin məhkəmə qəbul etdiyi qətnamə ilə onun nə vərəsəlik nə də mülkiyyət hüquqlarına təminat verməmiş, nəticədə onun Azərbaycan Respublikasının Konstitusiyasının 13 və 29-cu maddəsində nəzərdə tutulan mülkiyyət hüquqları da pozulmuşdur. O, məhkəməyə miras əmlakı faktiki qəbul etməyinə dair sübutlarını - xx.xx.2016-cı il tarixdə ərazi icra nümayəndəliyinin qonşularla birgə tərtib etdiyi və təsdiqlədiyi aktı, miras əmlakın faktiki onun tərəfdən qəbul edilməsinə dair rəsmi arayışı, bütün digər 1-ci növbə vərəsələrin həmin əmlakdan imtina etmələrinə dair notarial təsdiq olunmuş ərizələri təqdim etdiyi halda məhkəmə qəbul etdiyi qətnamədə göstərmişdir ki, guya o, mirası qəbul etdiyini məhkəmədə sübuta yetirə bilməmiş və bu barədə hər hansı bir sübutu məhkəməyə təqdim etməmişdir. Halbuki onun tərəfindən təqdim edilmiş sübutlar mirasın qəbul edilməsi müddətinin bərpası üçün əsasdır. Konkret halda belə hesab edir ki, məhkəmə onun iddia tələbi üzrə işdə mirasın qəbul edilməsi haqqında imtinanı vermiş X10 Xidmət Mərkəzini əsl cavabdeh qismində cəlb etməli idi və bu işdə cavabdeh qismində bu təşkilat çıxış etməli idi. Eyni zamanda da cavabdehin olduğu yer üzrə onun məhkəməyə müraciət etmək hüququnu da ona izah etməli idi. Lakin məhkəmə bu hala əhəmiyyət verməmiş, işi icraatına qəbul etmiş, baxmış, nəticədə cavabdeh məhkəmə prosesi barədə məlumatlanmamış və ərazi aidiyyəti də pozulmuşdur. Bu hal kobud prosessual pozuntu kimi qəbul edilməlidir.

13. Apellyasiya instansiyası məhkəməsinin Mülki kollegiyasının 2(107 )-1048/2022 nömrəli, 11 oktyabr 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər – Ayaz Mahmudov (sədrlik edən və məruzəçi), Ələddin Məcidov və Mahir Əsədli) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

14. Məhkəmə qeyd etmişdir ki, iddiaçının tələbi iki hissədən - vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi və buraxılmış müddətin bərpa edilməsindən ibarətdir.

15. Məhkəmə qeyd etmişdir ki, miras qoyan X6 xx.xx.2016-cı il tarixdə vəfat etdiyindən həmin gün mirasın açıldığı vaxt sayılır. Miras qoyan daimi olaraq Ağsu rayonunda yaşadığından və miras əmlak Ağsu rayonunda yerləşdiyindən mirasın açıldığı yer Ağsu rayonu hesab edilir.

16. Şamaxı “ASAN” Xidmət notariat ofisinin 6 oktyabr 2022-ci il tarixli, 2710 nömrəli sorğuya cavab məktubunda bildirilmişdir ki, xx.xx.2016-cı il tarixdə vəfat etmiş X2 miras qalmış əmlakın qəbuluna dair ərizə mərhumun oğlu iddiaçı tərəfindən xx.xx.2022-ci il tarixdə qeydə alınmışdır. Lakin vərəsə mərhum X2 qalmış miras əmlakın qəbulu üçün müəyyən olunmuş müddəti buraxdığı üçün aidiyyəti üzrə məhkəməyə müraciət etməsi məqsədilə vərəsəlik işini aparmaqdan xx.xx.2022-ci il tarixdə 2/945 saylı məktubla imtina olunmuşdur.

17. Göründüyü kimi iddiaçının anasının ölümündən sonra qanunvericiliklə müəyyən olunmuş müddət ərzində notariat ofisinə rəsmi müraciəti öz təsdiqini tapmır.

18. Apellyasiya kollegiyası iddiaçının tələb və şikayətində qeyd etdiyi ikinci dəlil, yəni “mirası faktiki qəbul etməsi barədə” dəlili ilə bağlı araşdırma apararaq qeyd etmişdir ki, mülki işin 39-cu səhifəsində olan Ağsu rayon İHB-n Kalva kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş arayışdan görünür ki, miras qoyan X6 öləndən sonra ondan miras qalmış Ağsu rayonunun Xatman kəndində yerləşən 0.40 ha torpaq sahəsi mərhumun oğlu İddiaçı tərəfindən faktiki istifadə edildiyi və hazırda da onun istifadəsində olması bildirilmişdir.

19. Ağsu rayon Dilman Bələdiyyəsi tərəfindən verilmiş sorğuya xx.xx.2022-ci il tarixli, 40 nömrəli məktubla cavab verilərək, X4 məxsus olan Ağsu rayonunun Xatman kəndində yerləşən 0.40 ha torpaq sahəsinin və əmlak vergisinin 1996-cı il tarixdən hal-hazıra kimi mərhumun oğlu Cavabdeh tərəfindən ödənildiyi bildirilmişdir.

20. Göründüyü kimi iddiaçının iddia tələbi ilə eynilik təşkil edən apellyasiya şikayətinin dəlilləri mirasın faktiki qəbulu ilə bağlı da öz təsdiqini tapmı r.

21. İşin mübahisəsiz hallarından göründüyü kimi iddiaçının anası 2016-cı il tarixdə ölməsinə, həmin vaxtdan 6 ildən çox müddət keçməsinə baxmayaraq, iddiaçı anasının öldüyünü bildiyi bir halda sonuncudan miras qalmış əmlakın qəbulu ilə bağlı hər hansı addım atmamış, bununla bağlı notariat ofisinə rəsmi qaydada müraciət etməmiş, mirası qəbul etdiyini şəksiz nümayiş etdirməsinə dair hər hansı iradəvi hərəkət etməmişdir. Belə olan halda iddiaçı tərəfin bu mövqeyi başa düşülən deyil.

22. İddiaçı, anası X3 ölümündən sonra ondan miras qalmış evdən mirasın qəbulu üçün ötürülmüş müddətin bərpa edilməsini xahiş etsə də, mirası qəbul etməsi üçün müəyyənləşdirilmiş müddətin keçməsinin üzrlü səbəbdən baş verməsinə dair məhkəməyə heç bir sübut təqdim etməyib.

23. Miras əmlakın faktiki qəbulu vərəsən in konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməsi və sübut etməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır.

24. Kollegiyanın qənaətinə görə mirası qəbul etmək müddətinin uzadılması yalnız gecikdirmə olduqda və belə gecikmənin səbəbləri üzrlü olduqda uzadılmalıdır. Hazırki işdə iddiaçı tərəfindən belə bir sübut məhkəməyə təqdim edilmədiyindən, birinci instansiya məhkəməsinin də mövqeyi düzgün olmuşdur.

25. Müddət qurtardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət edilmədən də qəbul oluna bilər. Göründüyü kimi iddiaçı tərəf mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddət ərzində hərəkətsizlik göstərməklə, qanunvericiliklə o nlara verilmiş müddətdən səmərəli istifadə etməmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

26. İddiaçı kassasiya şikayəti verərək (Vəkil) qətnamənin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir.

27. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiya məhkəməsi Mülki Məcəllənin 1059, 1243, 1247-1248-ci maddələrinin tələblərini pozmuşdur. Belə ki, məhkəmə bütün digər vərəsələrin, o cümlədən də cavabdehin miras əmlakdakı məcburi paydan imtina etmələri barədə ərizə vermələrinə və iddiaçının adına olan vəsiyyətnaməni qəbul etmələrinə, miras əmlakın faktiki olaraq iddiaçının idarəçiliyində olmasına dair arayışın verilməsinə və bu əmlakın sahibi kimi tərəfindən f aktiki bölgü aparılaraq digər vərəsələrin payının onun tərəfdən müəyyən olunmasına 2021-ci ildə vərəsələr arasında vərəsəliklə bağlı mübahisənin olmamasına baxmayaraq mirasın qəbul edilməsi müddətini bərpa etməyərək əsaslı iddia tələbini rədd etmiş birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq apellyasiya şikayətini təmin etməmişdir.

28. Mülki Məcəllənin 1179-cu maddəsinin tələbləri pozulmuşdur. Belə ki, iddiaçının adına verilmiş vəsiyyətnamə qanunvericiliyin tələblərinə əməl olunmaqla tərtib olunmuş, imzalanmış və sonradan vəsiyyətnamə ləğv edilməmiş, dəyişdirilməmiş və vəsiyyətnamə bu gün də qüvvədədir. Bundan başqa mərhum miras qoyanın digər vərəsələri, o cümlədən də cavabdeh həmin əmlakdan çatası məcburi paydan da imtina etmişdir, belə olan təqdirdə bu əmlak iddiaçının adına rəsmiləşdirilməlidir. Çünki, rəsmi təqdim edilmiş sənədlər əsasında miras əmlaka vərəsəlik hüququnu özündə saxlayan yeganə varis iddiaçıdır, lakin məhkəmə qəbul etdiyi qətnamə ilə onun nə vərəsəlik, nə də mülkiyyət hüquqlarına təminat verməmiş, nəticədə iddiaçının Azərbaycan Respublikasının Konstitusiyasının 13 və 29-0cu maddəsində nəzərdə tutulan mülkiyyət hüquqları da pozulmuşdur.

29. MPM-in 77, 88-ci maddələrinin tələbləri pozulmuşdur. Belə ki, iddiaçının məhkəməyə miras əmlakı faktiki qəbul etməsinə dair sübutları - xx.xx.2016-cı il tarixdə ərazi icra nümayəndəliyinin qonşularla birgə tərtib etdiyi və təsdiqlədiyi aktı,miras əmlakın faktiki onun tərəfdən qəbul edilməsinə dair rəsmi arayışı, bütün digər 1-ci növbə vərəsələrin həmin əmlakdan imtina etmələrinə dair notarial təsdiq olunmu ş ərizələri təqdim etməsinə baxmayaraq məhkəmə qəbul etdiyi qətnamədə göstərmişdir ki, iddiaçı mirası qəbul etdiyini məhkəmədə sübuta yetirə bilməmiş və bu barədə hər hansı bir sübutu məhkəməyə təqdim etməmişdir. Halbuki iddiaçı tərəfdən təqdim edilmiş sübutlar mirasın qəbul edilməsi müddətinin bərpası üçün əsas olmuş və bu sübutlar iddiaçının yeganə vərəsə kimi tanınmasına dəlalət edən hallardır. Apellyasiya instansiyası məhkəməsi cavabdehin notarial qaydada miras əmlakdan imtina etməsi barədə ərizəsini nəzərə almamış və bu olduğu halda onu yenə də vərəsə kimi tanıyaraq guya mirasın onun tərəfindən faktiki qəbul edildiyini qətnamədə vurğulamışdır. Halbuki miras kütləsinə daxil olan torpaq sahəsi iddiaçının anasının vəfatından sonra faktiki olaraq bölünərək onun bir hissəsi 7 ildir ki, idd iaçının faktiki idarəçiliyindədir. Məhkəmə iddiaçının anasından miras qalmış evi faktiki olaraq qəbul etməsi barədə Ağsu rayon İcra hakimiyyətinin Kalva İƏV-yi tərəfindən verilmiş rəsmi arayışa tənqidi yanaşaraq qətnamədə qeyd etmişdir ki, həmin İƏV-yi ilə əlaqə saxlanılmış və torpaq sahələrinin bələdiyyəyə aid olması və vergilərin də bələdiyyə tərəfindən qəbul edilməsi bildirilmişdir. Halbuki həmin İƏV-yi bu əraziyə xidmət edən dövlət orqanı kimi mərhum miras qoyan T.Ömərovadan miras qalan əmlakın iddiaçı tərəfindən faktiki qəbul edilməsi barədə rəsmi arayış vermiş və bu faktı inkar edən işdə hər hansı bir sübut yoxdur, verginin kim tərəfindən və hansı tarixdə ödənilməsi mirasın qəbul edilib - edilməməsinə dəlalət edə bilməz.

30. MPM-in 50, 418-ci maddəsinin tələbləri pozulmuşdur. Belə ki, konkret halda iddia tələbinin kökündə mirasın qəbul edilməsi müddətinin uzadılması və bu iddia tələbinin X10 Xidmət Mərkəzinin notariusunda iddiaçının müraciəti əsasında açılmış vərəsəlik işi üzrə ona qanun üzrə vərəsəlik haqqında şəhadətnamənin verilməsi ilə bağlı qaldırıldığı halda məhkəmə vərəsəlik hüququna dair şəhadətnamə verməkdən imtina etmiş həmin orqanı iş üzrə əsl cavabdeh kimi tanımamış, ümumiyyətlə həmin orqanı bu mübahisə üzrə tərəf kimi tanımamış, işə cəlb etməmişdir. Hər bir halda imtinanı vermiş qurum məhkəmə tərəfindən bu işə cəlb olunaraq dindirilməli və onun da münasibəti müəyyən olunmalı idi. Lakin məhkəmə bunu etməmiş,bu da ciddi prosessual pozuntu kimi qəbul edilməlidir. Konkret halda məhkəmə işə cavabdehlərin dairəsini düzgün müəyyən etməməklə və cavabdehin oldu ğu yer üzrə işə baxılmalı olması məsələsini həll etməməklə baxmış və bu da qətnamənin qanunsuz olmasına dəlalət edən dəlillərdən biridir, hazırkı qətnamənin ləğvi üçün əsasdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

31. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Mülki Məcəllə:

32. Maddə 1133.1. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır.

33. Maddə 1159.1.1.Qanun üzrə vərəsəlik zamanı birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), va lideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar.

34. Maddə 1166. Fiziki şəxs ölməsi halı üçün öz əmlakını və ya onun bir hissəsini həm vərəsələr sırasından, həm də kənar adamlar sırasından bir və ya bir neçə şəxsə qoya bilər.

35. Maddə 1167. Vəsiyyətnamənin tərtib edildiyi məqamda öz hərəkətləri barəsində şüurlu mühakimə yürüdə bilən və öz iradəsini aydın ifadə edə bilən yetkinlik yaşına çatmış fəaliyyət qabiliyyətli şəxs vəsiyyət edə bilər.

36. Maddə 1170.1. Vəsiyyət edən vəsiyyətnamə ilə təyin edilmiş vərəsələrin miras paylarını müəyyənləşdirə bilər və ya hansı vərəsəyə hansı əmlakın verildiyini konkret göstərə bilər. Əgər vəsiyyətnamədə bu cür göstəriş yoxdursa, miras vərəsələr arasında bərabər bölüşdürülür.

37. Maddə 1170.2. Əgər vəsiyyətnamə ilə bir neçə vərə sə təyin edilmişdirsə, lakin vəsiyyətnamədə yalnız bir vərəsənin payı müəyyənləşdirilmişdirsə, digər vərəsələr qalan əmlakı bərabər alırlar.

38. Maddə 1193. Vəsiyyət edənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi payı vardır. Bu pay qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısını (məcburi pay) təşkil etməlidir.

39. Maddə 1243.1. Mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir.

40. Maddə 1243.2. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır.

41. Maddə 1243.3. Vərəsə mir asın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir.

42. Maddə 1246. Vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir

43. Maddə 1248.1. Mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Müddət qurtardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət edilmədən də qəbul oluna bilər.

44. Maddə 1255. Qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Mülki Prosessual Məcəllə:

45. Maddə 14.1. Məhkəmə həqiqətə nai l olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.

46. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

47. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

48. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

49. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qar şılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

50. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

51. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməs inin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

52. Kassasiya şikayətində qətnamə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:

53. Məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir.

54. X5 miras qalmış əmlakın iddiaçı tərəfindən qəbul edilməsi və onun vərəsəlik hüququnun tanınması ilə bağlıdır. İşə mahiyyəti üzrə baxan məhkəmələr müəyyən etmişlər ki, T.Ömərovanın xx.xx.2016-cı ildə ölməsi ilə əlaqədar miras açılmış və övladlarına münasibətdə qanun üzrə vərəsəlik meydana gəlmişdir. Eyni zamanda iş materiallarında T.Ömərovanın əmlakını İddiaçı vəsiyyət et məsinə dair xx.xx.2013-cü il tarixli vəsiyyətnamənin surəti vardır.

55. Qanuna əsasən, ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Qanun üzrə vərəsəlik zamanı birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar. Fiziki şəxs ölməsi halı üçün öz əmlakını və ya onun bir hissəsini həm vərəsələr sırasından, həm də kənar adamlar sırasından bir və ya bir neçə şəxsə qoya bilər (§ 32-34).

56. Bununla yanaşı Mülki Məcəllədə müəyyən olunmuşdur ki, mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir (§ 39-41).

57. Məhkəmələr iddianı rədd edərkən mövqelərini belə əsalandırmışlar ki, iddiaçının anasının ölümündən sonra qanunvericiliklə müəyyən olunmuş müddət ərzində notariat ofisinə rəsmi müraciəti öz təsdiqini tapmır. Belə ki, iddiaçı tərəfindən mirasın qəbuluna dair ərizə xx.xx.2022-ci il tarixdə qeydə alınmışdır. Eyni zamanda iddiaçı əmlaka sahiblik və onu idarə etməyə faktiki başlaması barədə sübut təqdim etməmişdir. Apellya siya məhkəməsi bu xüssuatla bağlı Ağsu rayonunun Xatman kəndində yerləşən 0.40 ha torpaq sahəsinin və əmlak vergisinin 1996-cı il tarixdən hal-hazıra kimi Cavabdeh tərəfindən ödənilməsi barədə Ağsu rayon Dilman Bələdiyyəsinin xx.xx.2022-ci il tarixli, 40 nömrəli məlumatına istinad etmişdir (§ 7-10, 14-25).

58. Kollegiya bildirir ki, iddiaçının mirası qəbul etməsi işdə olan bütün məlumat və sübutlar əsasında aydınlaşdırılmalı və məsələyə tam şəkildə əsaslandırılmış hüquqi qiymət verilməlidir.

59. Belə ki, Ağsu rayon İcra Hakimiyyəti Başçısının Kalva kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2022-ci il tarixli, 270 nömrəli arayışına əsasən, Təhminə Ömərova ölən günə kimi Ağsu rayonu Xatman kəndində oğlu İddiaçıla birlikdə yaşamaqla onun öhdəsində və himayəsində olmuşdur.

60. Hə min qurumun 2021-ci ildə verdiyi arayışın surətindən o da görünür ki, Təhminə Ömərovadan miras qalmış, Ağsu rayonu Xatman kəndində yerləşən 0.40 ha torpaq sahəsi İddiaçı tərəfindən faktiki qəbul edilmiş, hal-hazırda təyinatı üzrə istifadə edilməkdədir.

61. Ağsu rayon İcra Hakimiyyəti Başçısının Kalva kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi, Cavabdeh, İddiaçı və başqa şəxslərin iştirakı ilə tərtib edilmiş xx.xx.2016-cı il tarixli aktda qeyd edilmişdir ki, Ağsu rayonu Xatman kənd sakini Təhminə Ömərovaya məxsus 0.40 ha həyətyanı sahədən 0.25 ha bərabər hissələrlə, yəni 0.125 ha mərhumənin böyük oğlu Cavabdeh, 0.125 ha digər oğlu İddiaçı tam razılıq və bütün mülki hüquqi qaydalara əsaslanmaqla ayrılıb dəqiq sərhədləşdirilmiş, 0.15 ha sahə isə miras qoyanın digər övladı Sərbal Ömərova ayr ılmışdır.

62. Eyni zamanda Cavabdeh 2021-ci ildə notarial qaydada təsdiqlənmiş ərizəsinin surətindən belə aydın olur ki, o, anası X7 Omarova verdiyi vəsiyyətnamə barədə məlumat verərək, ona çatası məcburi paydan imtina etmişdir.

63. Göründüyü kimi, mirasın iddiaçı tərəfindən faktiki qəbul edilməsi məsələsinə qiymət verilməsində yuxarıda qeyd edilən məlumatlar da əhəmiyyət kəsb etmişdir. Lakin mübahisəyə mahiyyəti üzrə baxmış apellyasiya məhkəməsi həmin məlumatları, o cümlədən qətnaməsində istinad olunan məlumatlarla bu sənədlərdəki məlumatlar arasında ziddiyyətin olub-olmamasını çəkişmə prinsipinə riayət etməklə, tərəflərin iştirakı ilə tam və hərtərəfli araşdırmamış, əgər ziddiyyət varsa hansı məlumatın və nə səbəbdən daha mötəbər sübut kimi qəbul edilməsini əsaslandırmamış, məsələyə bütö v bir hüquqi qiymət verməmişdir.

64. Bu hallar isə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradılmadığına, sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilmədiyinə, qətnamənin iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmadığına dəlalət edir (§ 45-49).

65. Halbuki, məhkəmələr tərəfindən qəbul edilmiş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (N.Əbilovun şikayəti üzrə Azərb aycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 13 iyun 2008-ci il tarixli qərarı).

66. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə qətnaməsi haqqında» 24 noyabr 2005-ci il tarixli 4 saylı qərarının birinci bəndində qeyd edilir ki, məhkəmə qətnaməsi mülki və kommersiya mübahisələrindən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır.

67. Yuxarıda qeyd olunanları nəzərə alaraq, məhkəmə tərkibi bu qənaətə gəlir ki, apellyasiya məhkəməsinin qətnaməsi ləğv edilməli, yuxarıda göstərilən hallar nəzərə alınmaqla, mübahisənin yenidən araşdırılması və nəticəsindən asılı olaraq müva fiq qərarın qəbul edilməsi üçün iş apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir.

68. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilsin. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(107)-1048/2022 nömrəli, 11 oktyabr 2022-ci il tarixli qətnaməsi ləğv edilsin və iş yeni apellyasiya baxışına göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar