Məhkəmə qərarları › İş №2(102)-793/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-793/2019

04.02.2019 · Əmək mübahisələri - Əmək haqqı tələbi - Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-793/2019 04.02.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ “04” fevral 2019-cu il iş №2(102)-793 /19 Bakı şəhəri Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası Ali Məhkəmənin hakimləri Rüstəmov Əli Məhəmməd oğlu (sədrlik edən və məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Əhmədova Mehparə Tofiq qızından ibarət tərkibdə, Cumazadə Ceyhun Rizvan oğlunun katibliyi,Cavabdeh-nin vəkili Vəkil və nümayəndəsi X2 iştirakları ilə, Cavabdeh ASC-ninBakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 01 oktyabr 2018-ci tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti üzrə işə baxaraq, MÜƏYYƏN ETDİ: BakışəhəriSəbail rayon Məhkəməsinin 30 yanvar 2017-ci i ltarixli(hakim:Z.Ə.Əliyev; 2(009)-245/2017) qətnaməsiiləİddiaçı İddiaçı Cavabdeh-yə qarşı işdənçıxarma müavinətinin düzgün hesablanması, iş vaxtından artıq vaxtda görülən işə görə əmək haqqının və məzuniyyət pulunun ödənilməsi və xüsusi qərardadın çıxarılması barədə iddiatələbi təmin edilməmişdir. Bakı şəhər Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 01 oktyabr 2017-ci tarixli qətnaməsi ilə (hakimlər: İ.K.Xəlilov, (sədrlik edən və məruzəçi), X.A.Cəmilova, A.Q.Hüseynov; 2(103)-265/2018) cavabdeh “xxxx” MMC-nin apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 01 mart 2018-cı il tarixli qətnaməsi qismən-iddiaçının ikinci dərəcəli əlillik qrupu olmasına baxmayaraq ona münasibətdə qısaldılmış iş vaxtının tətbiq edilməməsi, iş vaxtından artıq iş görməsi və buna uyğun olaraq əlavə əmək haqqı və məzuniyyət pulunun verilməməsi ilə bağlı tələbinə aid hissədə ləğv edilmiş, həmin hissədə iddia tələbi təmin edilərək, İddiaçı nun çalışdığı dövrdə iş vaxtından artıq işlədiyi saatlara görə ödənilməmiş 49.938,42 (qırx doqquz min doqquz yüz otuz səkkiz manat qırx iki qəpik) manat, məzuniyyət günlərinəgörə ödənilməmiş 4386,26 (dörd min üç yüz səksən altı manat, məzuniyyət günlərinə görə ödənilməmiş 4386,26 (dörd min üç yüz səksən altı manat iyirmi altı qəpik) manat Cavabdeh-dən iddiaçının xeyrinə tutulması qət edilmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. İşin halları İddiaçı Cavabdeh ASC-yə qarşı ərizə ilə məhkəməyə müraciət edərək, işdən çıxarılmaqla əlaqədar son haqq-hesabların düzgün hesablanması, Cavabdeh ASC-nin üzərinə 3.276 manat m üavinətin, 409 manat əlavə hesablanmış müavinətin, 49.938, 42 manat əlavə iş saatı üçün ödənilməmiş pulun, 4.386, 26 manat ödənilməmiş məzuniyyət pulunun, hüquqi müdafiə ilə əlaqədar ödədiyi 300 manat pulun və 30 manat dövlət rüsumunun ödənilməsi barədə qətnamə çıxarılmasını, Cavabdeh ASC-nin barəsində ciddi və qanuni tədbir görülməsi ilə əlaqədar xüsusi qərardad çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, 2008-ci ilin fevral ayının birindən Cavabdeh-nin Sumqayıt filialında aparıcı mütəxəssis vəzifəsində işləmişdir. 22 dekabr 2015-ci il tarixdə Cavabdeh-nin idarə heyətinin **** saylı əmri ilə AR ƏM-nin 70-ci maddəsinin (b) bəndinə əsasən (işçilərin sayı və ştatları ixtisar edildikdə) onunla cavabdeh arasında bağlanmış əmək müqaviləsinə xitam verilmi şdir. Bununla əlaqədar ona həmin əmrə əsasən işdənçıxarma müavinəti və iki aylıq əmək haqqı olaraq 3.576 manat hesablanmışdır. Onun Cavabdeh-yə 3 kredit öhdəliyi olduğundan kreditlərin restruktrizasiya olunması barədə idarə heyətinə ərizə ilə müraciət etmişdir və ona ayrılan müavinətdən 4 aylıq restruktrizasiya olunmuş kreditinə yönəlməsini xahiş etmişdir. 30 dekabr 2015-ci il tarixdə kredit restruktrizasiya olunmuş və kreditin aylıq ödənişi 227 manat müəyyən edilmişdir ki, ona ayrılan müavinətdən 4 aylıq ödənişin tutlmasını xahiş etmiş və bu pul ümumilikdə 908 manat edirdi. Lakin cavabdeh bu pulu ondan xəbərsiz, heç bir əsas olmadan ona birbaşa borclu olmadığı zamin durduğu başqa kredit borcuna yönəltmiş və bu borca görə ona plastik kartından 3.276 (üç min iki yüz yetmiş altı) manat çıxmı şdır. Bu borc onun birbaşa borcu deyil, başqasının krediti üzrə zamindir. Bu kreditlə əlaqədar Yasamal rayon Məhkəməsinin qətnaməsi var və qətnamə icraya yönəlmişdir. X4 qətnamədə göstərilən 9.204,88 manat borcun 2.000 manatını birdəfəyə ödəmiş, qalan borcu isə hər ay 450 manat olaraq ödəmək barədə 2015-ci ilin dekabr ayında cavabdehlə yazılı razılığa gəlmişdir. O, cavabdehdən bu razılıq ərizəsinin surətini istədikdə cavabdeh qərəzli olaraq ona həmin ərizənin surətini verməmişdir. Bu razılıqla əsas borclu öhdəliyi öz üzərinə götürdüyündən bu borc artıq ondan tutulmalı deyil. Bildirmək istəyir ki, yuxarıda göstərilənlərdən aydın olduğu kimi bu borc birbaşa borcu deyildir, ona subsidiar qaydada yönəldilmişdir. Lakin borcalan borcunun bir qismini ödədiyi, digər qismini isə ödəməyi boynuna göt ürdüyü üçün cavabdehin 3.276 manat pulu ona ayrılmış işdənçıxarma müavinətindən tutması qanunsuz və əsassızdır. Məhkəmənin nəzərinə onu da çatdırmaq istəyir ki, 15 yanvar 2016-cı ildə Cavabdeh-nin Sumqayıt filialından hesabı barədə əldə etdiyi məlumata əsasən aydın olmuşdur ki, onun əmək haqqı və son haqq-hesabları düzgün hesablanmamış və əlavə olaraq cavabdeh ona 409 (dörd yüz doqquz) manat ödəniş hesablamışdır. Lakin cavabdeh onun plastik kartını blok etdiyindən ona ayrılan bu müavinətləri çıxara bilməmişdir. Onun son haqq hesablaması yenə də düzgün hesablanmamışdır. Belə ki, o, ikinci qrup müddətsiz əlil olduğundan AR ƏM-nin 119.2- ci maddəsinə əsasən ona azı 42 təqvim günü məzuniyyət verilməli idi, lakin cavabdeh Əmək Məcəlləsinin bu tələbini pozaraq ona 30 günlük məzuniyyət vermişdir. Buna görə də, ona 81 ay 12 günlük ödənilməmiş məzuniyyət pulu olaraq cavabdeh 4.386 manat 26 qəpik ödəməlidir. Bundan başqa AR Əmək Məcəlləsinin 91.2-ci maddəsinə əsasən 2-ci qrup əlil olduğu üçün ona 5 günlük iş rejimi ilə iş saatı 30 saatdan artıq olmamalı idi. Lakin, o, 40 saat işləmiş, buna görə isə ona əlavə ödəniş olunmamışdır. O, ixtisasca iqtisadçıdır, bu illərin hesabatını apardıqda ona məlum olmuşdur ki, 2009-cu ildən işlədiyi əlavə 10 saata görə 49 min 938 manat 42 qəpik pul ona ödənilməmişdir. Bu illər ərzində o, hüquqlarını bilmədiyindən cavabdeh müəssisə onun əməyini istismar etmişdir. Onu da bildirmək istəyir ki, hazırda o, işsizdir və himayəsində azyaşlı övladı, xəstə, yaşlı anası var. Özü ikinci qrup əlildir, dava-dərmanlara ehtiyacı olur, həyat yoldaşı da işsizdir. Əmək Məcəlləsində nəzərdə tutulan və sözügedən müavinətlə o, yeni iş tapana qədər ailəsini saxlaya bilər. Lakin cavabdeh bu pulu əsassız olaraq tutduğundan onun maddi durumunu olduqca pisləşdirmişdir. O, məcbur olub borc alaraq ailəsini saxlayır. Cavabdehin bu cür hərəkətləri onu acınacaqlı duruma salmış, hüquqlarını pozmuşdur. Kassasiya şikayətinin dəlilləri Cavabdeh-nin vəkili Vəkil kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsiAzərbaycan Respublikası Əmək Məcəlləsinin 48, 48.4, 191, 192, 296.4-cü maddələrinin, Azərbaycan Respublikası Mülki Prossesul Məcəlləsinin 14.2,77.1, 217.1, 217.2, 217.3-cü maddələrinin tələ blərinin pozulması ilə çıxarılmış, işin faktiki halları araşdırılmamış, nəticədə maddi və prosessual hüquq normalarının pozulması ilə əsassız və qanunsuz qətnamə qəbul edilmişdir. Tərəflərin İzahatları Məhkəmə kollegiyasınıniclasında Cavabdeh-nin vəkili Vəkil və nümayəndəsi X3 kassasiyaşikayətininməzmununauyğunizahatverərək, şikayətintəminedilməsinixahişetdilər. İddiaçı Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 67.1-ci maddəsinin tələblərinə əməl etməyərək məhkəmə kollegiyasının iclasına vəkilsiz gəldiyi üçün işin kassasiya baxışında onun izahatı dinlənilmədi. Hüquqi məsələlər Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxla yır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yalnız maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlayır. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanmasa da, apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən, hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması vacibdir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyənləşdirilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması hesab olunmamalıdır. Qeyd etmək lazımdır ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətl i məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisə ilə əlaqədar qəbul edilmiş hüquqi akta təsir göstərə bilər. Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş işin hallarından və məhkəmə iclasında tədqiq edilmiş sənədlərdən, o cümlədən 01 fevral 2008-ci il tarixli, 158911 saylı Cavabdeh ilə İddiaçı arasında bağlanmış əmək müqaviləsinə əsasən İddiaçı Cavabdeh-nin Sumqayıt filialına kredit üzrə mütəxəssis vəzifəsinə işə qəbul edilmişdir. 04 iyun 2014-cü il tarixli zaminlik müqaviləsinə əsasən, zamin İddiaçı, 04 iyun 2014-cü il tarixli kredit müqaviləsi üzrə öhdəliyin borclu Ə6 tərəfindən tam icra edilməsi üçün kreditor Cavabdeh qarşısında birgə məsuliyyət daşımağı öhdəsinə götürmüşdür. Zaminlik müqaviləsinin 2.10-cu bəndinə əsasən, zamin İddiaçı, kreditor C avabdeh-də mövcud olan hesablarından vəsaitlərin kreditor tərəfindən akseptsiz qaydada silinməsinə razılıq vermişdir. İş materiallarında olan Bakı şəhəri, Yasamal rayon Məhkəməsinin 07 sentyabr 2015-ci il tarixli qətnaməsi ilə, cavabdeh Ə6 ilə Cavabdeh arasında bağlanmış 04 iyun 2014-cü il tarixli kredit müqaviləsinin ləğv edilməsi, həmin kredit müqaviləsi üzrə cavabdehlər Ə6, İddiaçı və X1 müştərək qaydada 7.656,68 manat əsas, 1.167, 03 manat faiz və 381, 17 manat cərimə borcu olmaqla, cəmi 9.204, 88 manat məbləğində borcun və ödənilmiş dövlət rüsumunun 22,20 manat hissəsinin tutularaq Cavabdeh-yə ödənilməsi qət edilmişdir. İş materiallarında olan Cavabdeh-nin 22 dekabr 2015-ci il tarixli, ****** saylı əmrinə əsasən, Cavabdeh-nin Sumqayıt filialında kredit üzrə aparıcı mütəxəssis vəzif əsində işləyən İddiaçı ilə 01 fevral 2008-ci il tarixində bağlanmış əmək müqaviləsinə AR ƏMnin 70-ci maddəsinin (b) bəndinə əsasən (işçilərin sayı və ya ştatları ixtisar edildikdə) 25 dekabr 2015-ci il tarixdən xitam verilmişdir. Həmin əmrin İİ hissəsindən aydın olur ki, Cavabdeh-nin İdarə Heyətinin sədri tərəfindən İddiaçı na AR ƏM-nin 77-ci maddəsinin 3-cü bəndinə əsasən, işdənçıxma müavinəti, AR ƏM-nin 77-ci maddəsinin 4-cü bəndinə əsasən, isə 2 aylıq əmək haqqının bir dəfəyə ödənilməsi bankın maliyyə departamentinin mühasibatlıq şöbəsinə tapşırılmışdır. 25 dekabr 2015-ci il tarixli İddiaçı tərəfindən Cavabdeh-yə ünvanlanmış ərizədə göstərilmişdir ki, “yazıb sizdən xahiş edirəm ki, mənim Cavabdeh-də olan 3 kredit öhdəliyimin restruktruzasiya olunması üçün müraciət etmişəm. Kreditlərim b irləşdikdən sonra son haqq-hesabımdan (əmək haqqı, müavinət, kompensasiya və qalıq məzuniyyətlər) 4 aylıq ödəniş məbləğini restruktruzasiya olunmuş kreditmə yönəldilməsinə etiraz etmirəm.” 05 oktyabr 2016-cı il tarixli Cavabdeh-nin arayışından aydın olur ki, İddiaçı 01 fevral 2008-ci il tarixindən Cavabdeh-yə işə qəbul edilmiş və 25 dekabr 2015-ci il tarixində AR ƏM-nin 70-ci maddəsinin (b) bəndinə əsasən (işçilərin sayı və ya ştatları ixtisar edildikdə) işdən azad olunmuşdur. İddiaçı nun işdən azad olunduğu tarixdə son haqq-hesab olaraq onun əmək haqqı hesabına vergilər və sosial ayırmalar daxil olmaqla 4.571,412 manat məbləğində vəsait keçirilmişdir. 13 avqust 2014-cü il tarixli Cavabdeh-nin insan resursları departamentinin direktoru tərəfindən bankın bütün əməkdaşlarına əlil işçilər bar ədə ünvanlanmış elektron məktubda göstərilmişdir ki, “Əlil olub sənəd təqdim etmək istəməyən əməkdaşlarımız var. Əlil sənədinin təqdim olunması ilə onların işinə mənfi təsir göstərəcəyindən narahat olurlar. Bildirim ki, əlil kateqoriyası olması işçilərimizin işində heç bir mənfi təsir göstərməyəcəkdir. Tam tərsi bu işimizə müsbət təsir göstərəcəkdir. Belə ki, əlil işçi üçün vergidən müəyyən miqdarda azadolma tətbiq olunacaqdır ki, bu da işçinin əmək haqqısının müəyyən qədər yüksəlməsinə səbəb olacaqdır. Eyni zamanda, kollektivdə əlil işçilərin sayının çox olması iş yerinə müsbət imic gətirir və dövlət orqanları əlil işçilərin məşğulluğunu təmin etməyimizi nəzərə alaraq bunu təqdirlə qarşılayırlar. Narahat olacaq heç bir hal yoxdur. Xahiş edirəm, nəzərə alasınız və köməklik göstərəsiniz.” 1 2 aprel 2016-cı il tarixli, ******* saylı Cavabdeh-nin insan resusları departamentinin direktoru tərəfindən məhkəməyə ünvanlanmış məktuba göstərilmişdir: “İddiaçı 01 fevral 2008-ci il tarixindən Cavabdeh-yə işə qəbul edilmiş və 25 dekabr 2015-ci il tarixində AR ƏM-nin 70- ci maddəsinin (b) bəndinə əsasən (işçilərin sayı və ya ştatları ixtisar edildikdə) işdən azad olunmuşdur.İnsan resursları departamentinin direktoru təyin olunduqdan qısa bir müddət sonra kvotalı (və əlil) işçilər ilə əlaqədar ştatların optimallaşdırılması istiqamətində işlər apardıq. Məqsədimiz işə qəbulda əlilliyi ilə əlaqədar iş yerinə məlumat verməyən əməkdaşları təsbit etməklə onları kvotalı işçi kimi qediyyatdan keçirmək və kvota ştatındakı çatışmazlığı aradan qaldırmaq idi Bu barədə ilk əvvəl struktur bölmə və filia l rəhbərlərinə telefon, daha sonar isə 13.08.2014-cü il tarixdə bütün bank əməkdaşlarına gün ərzində iki dəfə electron poçt vasitəsi ilə məlumat ünvanladıq. Məlumatın ciddiliyini və vacibliyini izah etdik.Bankın əməkdaşı İddiaçı daha əvvəl iş yerində halının pisləşməsi və böyük bir ehtimalla onun da əlil işçi olması ilə əlaqədar departamentimizə daxil olan məlumat əsasında onunla əlaqə saxlandı və əlil olubolmadığı soruşuldu. O, əlil olduğunu qeyd etdi və indiyə qədər əlilliyi ilə əlaqədar sənəd təqdim etməməyini belə əsaslandırdı ki, o, sənəd təqdim edərsə, onunla əmək müqaviləsinə xitam verilməsindən ehtiyat edirdi. İddiaçı sənədi qısa zamanda təqdim edəcəyini qeyd etdi və xahiş etdi ki, əlil işçi kimi vergi güzəştlərindən və məzuniyyət hüquqlarından istifadə etmək istəyir. Onun səhhə tindəki problemləri və maddi ehtiyacını nəzərə alaraq, məzuniyyət və vergidən azadolma ilə əlaqədar güzəştləri müraciəti əsasında tətbiq etdiyimizi, ancaq qanunvericilikdən irəli gələn digər güzəştlər üçün Həkim Tibbi Komissiyası tərəfindən təqdim edəcəyi arayışın əslini bizə təqdim etməyinin vacib olduğunu qeyd etdik. O, sənədi təqdim edəcəyinə söz verdi, buna baxmayaraq İddiaçı bu günə qədər əlilliyi ilə əlaqədar Cavabdeh- yə hələ də sənəd təqdim etməmişdir.” Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin 12 saylı Tibbi Sosial Ekspert Komissiyasının 151736 nömrəli arayışından görünür ki, İddiaçı na ümumi xəstəlikdən müddətsiz ikinci dərəcəli əlillik qrupu təyin olunmuşdur (əsas 06.02.2013-cü il tarixli müayinə aktı). Azərbay can Respublikası Dövlət Sosial Müdafiə Fondunun Sumqayıt şəhər şöbəsinin 17 mart 2016-cı il tarixli,******* saylı arayışından aydın olur ki, İddiaçı həqiqətən DSMF-nin Sumqayıt şəhər şöbəsindən 22 fevral 2008-ci il tarixdən ikinci dərəcəli əlillik qrupuna görə 120,63 manat pensiya alır. İş üzrə toplanmış sübutları araşdıran apellyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, İddiaçı ona verilmiş işdən çıxma müavinətindən Cavabdeh-yə mövcud olan kredit borcu ilə yanaşı, öhdəliyinin icrasına zamin kimi təminat verdiyi 04 iyun 2014-cü il tarixli kredit müqaviləsindən irəli gələn borcun da akseptsiz qaydada silinməsinin əsassız olmasını, eləcə də ikinci dərəcəli əlillik qrupu olmasına baxmayaraq ona münasibətdə qısaldılmış iş vaxtının tətbiq edilməməsi, iş vaxtından artıq iş görməsini və b una uyğun olaraq əlavə əmək haqqı və məzuniyyət pulunun verilməməsini mübahisələndirir.İddiaçı digər şəxsin öhdəliyinin təminatı olaraq zaminlik müqaviləsi bağlamış, öhdəlik vaxtında icra edilmədiyi üçün kreditor məhkəməyə müraciət etmiş və tələbin borcludan və zaminlərdən müştərək qaydada tutulması barədə məhkəmə qətnaməsi mövcud olmuşdur. Azərbycan Respublikası Mülki Məcəlləsinin -460.1ci maddəsinə əsasən öhdəliklərin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanması, zaminlik, qarantiya, beh ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər. -460.2-ci maddəsinə əsasən öhdəliyin icrasının təmin edilməsi barədə razılaşmanın etibarsızlığı əsas öhdəliyin etibarsızlığına səbəb olmur. -453.1-ci maddəsinə əsasən kreditor bu Məcəlləyə və ya öhdəliyin şərtlərinə görə əsas borclu olan digər şəxsin məsuliyyətinə əlavə məsuliyyət (subsidiar məsuliyyət) daşıyan şəxsə qarşı tələblərini irəli sürənədək əsas borcluya qarşı tələb irəli sürməlidir. -453.2-ci maddəsinə əsasən əgər əsas borclu kreditorun tələbini ödəməkdən imtina etmişsə və ya kreditor irəli sürdüyü tələb üçün ondan ağlabatan müddətdə cavab almamışsa, bu tələb subsidiar məsuliyyət daşıyan şəxsə qarşı irəli sürülə bilər. -453.3-cü maddəsinə əsasən əgər kreditorun əsas borcluya tələbi əsas borclunun qarşılıqlı tələbinin əvəzləşdirilməsi yolu ilə ödənilə bilərsə, kreditor bu tələbin ödənilməsini subsidiar məsuliyyət daşıyan şəxsdən tələb edə bilməz. -453.4-cü maddəsinə əsasən subsidiar məsuliyyət daşıyan şəxs kreditorun ona qarşı irəli sürdüyü tələbi ödəyənədək bu barədə əsas borclun u xəbərdar etməlidir, həmin şəxsə qarşı iddia irəli sürüldükdə isə əsas borclunu işdə iştiraka cəlb etməlidir. Əks halda əsas borclu subsidiar məsuliyyət daşıyan şəxsin reqres tələbinə qarşı kreditorun tələblərinə qarşı olan etirazlarını irəli sürmək hüququna malikdir. Apellyasiya instansiyası məhkəməsi qeyd olunan maddi hüquq normalarının rəhbər tutaraq haqlı olaraq nəticəyə gəlmişdir ki, İddiaçı borclu Əfəndiyev Tərlan Hərbi oğlu ilə birlikdə Cavabdeh-nin kredit müqaviləsi üzrə birgə zamiri kimi məsuliyyət daşıyır. Yasamal rayon Məhkəməsinin 07 sentyabr 2015-ci il tarixli qətnaməsi əsasında borcun onlardan müştərək qaydada tutulması qət edilmişdir. Zaminlik müqaviləsində zaminin kreditor bankda mövcud olan hesablarından pul vəsaitlərin kreditor tərəfindən akseptsiz qaydada silinməsini tərəflər razılaşdırmışlar. Ona görə iddiaçının bankda olan hesabından 04 iyun 2014-cü il tarixli kredit müqaviləsi üzrə borcun silinməsi zaminlik müqaviləsinin tələbləri çərçivəsində həyata keçirilmiş və bu əməliyyat mülki qanunvericiliyin tələblərinə zidd deyil. Ona görə də apellyasiya instansiya məhkəməsi işə baxan birinci instansiya məhkəmənin həmin tələblə bağlı gəldiyi nəticə ilə razılaşmışdır. İş üzrə toplanmış sübutları araşdıran apellyasiya instansiyası məhkəməsi həmçinin müəyyən etmişdir ki, İddiaçının cavabdeh təşkilata işə qəbul olunduğu vaxtdan 2-ci qrup əlil olması, ona görə ödənilən əmək haqqından vergilərin əlilliyə uyğun olaraq tutulması işin mübahisəsiz hallarıdır. Cavabdeh öz etirazının təsdiqi kimi Cavabdeh-nin insan resursları departamentinin direktoru tərəfindən bankın bütün əməkdaşlarına əlil işçilər barədə ünvanlanmış 13 avqust 2014-cü il tarixli elektron məktuba İstinad etmişdir ki, İddiaçı əlil olması barədə rəsmi sənədi banka təqdim etmədiyi üçün əlilliklə bağlı digər güzəştlərin edilməsi mümkün olmamışdır. İş üzrə toplanmış sübutları tədqiq edib onlara hüquqi qiymət verərək apellyasiya instansiyası məhkəməsi haqlı olaraq hesab etmişdir ki,iddiaçı işə qəbul olunarkən əlil olması barədə sənədləri təqdim etdiyini təsdiq edir və ona görə müəyyən müddət yarımştat işlədiyini bildirir. Cavabdeh təşkilat etiraf etmişdir ki, iddiaçının əmək haqqından vergi tutmaları onun əlil olması nəzərə alınmaqla aparılmışdır, çünki iddiaçı şifahi olaraq onlara bildirmişdir ki, əlildir və müvafiq sənədləri təqdim edəcəkdir. Nə qədər ki, cavabdeh təşkilat iddiaçını əlil kimi vergitutmadan azad etməklə ona əmək haqqı vermişdir, qeyd olunan mübahisəli halı-iddiaçının əlilik barədə sənədi banka təqdim etməməsi halını sübutetməyükü cavabdeh təşkilatın üzərinə düşür. Qanunverici, şəxsin əlil sayılmasını təsdiqləyən yeganə sənəd kimi tibbi-sosial ekspert komissiyasının rəyini müəyyən etmişdir. Şəxsin əlil olması başqa sübutlarla, o cümlədən şifahi məlumat, yaxud hansısa digər tibbi sənədlə təsdiq oluna bilməz. İşin qeyd olunması hallarına qiymət verərək apellyasiya instansiya qaydasında işə baxan məhkəmə kollegiyası düzgün olaraq belə nəticəyə gəlmişdir ki, iddiaçı əlilik barədə sənədi banka təqdim etdiyindən onun əmək haqqından vergi tutulmalarında güzəştlər nəzərə alınmışdır. Bunun əksini sübutetmə vəzifəsi daşıyan cavabdeh bunun öhdəsindən gələ bilməmişdir. Əlillərin sosial rifah halının qayğısına qalmaq üçün guya bankın insan resursları əməkdaşları tərəfindən müvafiq işlər görülməsi ilə bağlı təqdim edilənlər inandırıcı görünmür. Çünki cavabdeh təşkilat bankın strukturunda əlillərin hüquqlarının qorunması ilə bağlı heç olmasa bir nümunə belə gətirə bilməmişdir. Əlillərin mənafeyi üçün bankın dərindən qayğılanması barədə tərtib edilmiş məktublar hazırkı iddianın rədd edilməsinə hesablanmışdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 91-ci maddəsinə əsasən işçilərin ayrıayrı kateqoriyalarına, onların yaşı, səhhəti, əmək şəraiti, əmək funksiyalarının xüsusiyyətləri və digər hallar nəzərə alınaraq bu Məcəllə ilə və müvafiq normativ hüquqi aktlara, habelə əmək müqaviləsinin, kollektiv müqaviləsinin şərtləri ilə qısaldılmış iş vaxtı müəyyən edil ə bilər. Qısaldılmış iş vaxtının müddəti həftə ərzində 16 yaşadək işçilər üçün 24 saatdan, 16 yaşdan 18 yaşadək işçilər və 1-ci,2-ci qrup əlil olan işçilər üçün, həmçinin həmçinin hamilə və yaşyarımadək uşağı olan qadınlar və 3 yaşınadək uşağını təkbaşına böyüdən valideynlər üçün 36 saatdan artıq olmamalıdır. Həmin məcəllənin 119-cu maddəsinin 2-ci bəndinə görə əlilliyin qrupundan, səbəbindən və müddətindən asılı olmayaraq işləyən əlillərə və sağlamlıq imkanları məhdud olan 18 yaşınadək işçilərə əmək məzuniyyəti azı 42 təqvim günü verilir. İddiaçı Samir Rəsulovun 2-ci qrup əlil olması ilə bağlı tətbiq edilməli olan güzəştlərin müəyyən edilməsi üçünapellyasiya instansiyası məhkəməsinin iş üzrə təyin etdiyi məhkəmə-mühasibatlıq ekspertizasının 24.08.2018-ci il tarixli rəyində göstərilmişdi r: “İddiaçı nun 22.02.2008-ci ildən 2-ci qrup (ömürlük) əlil olması ilə bağlı ona güzəştlərin tətbiq edilməli olduğu qənaətinə gəldikdə, iş materiallarında olan sənədlərə (əmək müqaviləsi, “Cavabdeh-nin 2008-ci ilin fevral ayından 2015-ci ilin dekabr ayı daxil olmaqla tərtib etdiyi arayış (əmək haqqının məzuniyyət pulunun, mükafatın, müavinətin və s. hesablanması ilə bağlı), bank çıxarışları və.s) və Azərbaycan Respublika Əmək Məcəlləsinin tələblərinə əsasən Cavabdeh tərəfindən iddiaçıya çalışdığı dövrdə iş vaxtından artıq işlədiyi saatlara görə ödənilməmiş pul vəsaitinin məbləği 49938,42 manat, məzuniyyət günlərinə görə ödənilməmiş pul vəsaitinin məbləği isə 4386,26 manat müəyyən olunur.” Cavabdeh təşkilat həmin tələbə qarşı başqa etiraz irəli sürmədiyindən apellyasiya instansiyası məhkəm əsi hesab etmişdir ki, iddia tələbi həmin hissədə əsaslı hesab olunmalıdır. Avropa İnsan Hüquqları Məhkəməsi bir çox qərarlarında (“Delcourt Belçikaya qarşı” iş üzrə 17 yanvar 1970-ci il tarixli qərarı, “RiersackBelçikaya qarşı” iş üzrə 01 oktyabr 1982-ci il tarixli qərarı, “X7 qarşı” iş üzrə 26 oktyabr 1984-cü il tarixli qərarı) göstərmişdir: “Ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, məhkəmə qərarlarından ədalətin bərqərar edildiyi də aydın görünməlidir”. İş üzrə toplanmış sübutları araşdıraraq apellyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, cavabdeh təşkilat yuxarıda sübut kimi gətirdiyi məktublarda bankda çalışan əlilləri aşkar etməkdə məqsədin, onların sosial problemlərinin vaxtında həll edilməsi, güzəştlərin tətbiq edilməsi, əmək haqlarının artırılması, eyni zamand a, kollektivdə əlil işçilərin sayının çox olması ilə iş yerinə müsbət imicin yaradılması, əlil işçilərin məşğulluğunu təmin etmək niyyətində olduqlarını qeyd etmişdir. Hazırkı işin faktiki halları ondan ibarətdir ki, iddiaçının üzərində böyrək köçürməsi əməliyyatı aparılmış, o, 2ci qrup əlil olmuş və bankda qanunla nəzərdə tutulan iş vaxtdan artıq işlədilmiş, imtiyazlardan istifadə etməmişdir. Əvvəla, bank 2-ci qrup əlilin əməyindən faktiki olaraq faydalanmış, onu qanunda nəzərdə tutulandan artıq işlətmiş və imtiyazlar verməmişdir. 2si, bankın qayğısına qalmaq üçün aşkar etmək istədiyi əlilin əməyinin dəyərini ödəməkdən imtina etməsi məhkəməyə sübut kimi təqdim etdiyi yuxarıda qeyd olunan məktubların mahiyyəti ilə ziddiyyət təşkil edir. Apellyasiya qaydasında işə baxan məhkəmə kollegiyası əsaslı olaraq nəticəyə gəlmişdir ki,işə baxan birinci instansiyası məhkəməsi iddiaçının ikinci dərəcəli əlillik qrupu olmasına baxmayaraq ona münasibətdə qısaldılmış iş vaxtının tətbiq edilməməsi, iş vaxtından artıq iş görməsi və buna uyğun olaraq əlavə əmək haqqı və məzuniyyət pulunun verilməməsi ilə bağlı tələbinə hüquqi qiymət verərkən maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir. Ona görə də iş üzrə toplanmış sübutları araşdırıb onlara hüquqi qiymət verərək apellyasiya instansiyası məhkəməsi düzgün olaraq birinci instansiya məhkəməsinin qətnaməsini ləğv edib, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. İşin şərh olunan hallarını müzakirə edərək məhkəmə kollegiyası nəticəyə gəlir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən iş üzrə maddi və prosessual hüquq n ormaları düzgün tətbiq edilməklə qanuni və əsaslı qətnamə qəbul edildiyinə görə qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Kassasiya şikayətinin dəlilləri əsasız olduğu üçün qanuni və əsaslı olan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz. Ona görə də kassasiya şikayəti təmin olunmamalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 416419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının bu iş üzrə 01 oktyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən: Əli Rüstəmov Hakimlər: Mehparə Əhmədova Əhməd Nurməmmədov Əsli ilə düzdür: Azərbaycan Respubl

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar