Məhkəmə qərarları › İş №2(102)-793/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-793/2020

11.02.2020 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-793/2020 11.02.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əhmədov Əhməd Abbas oğlundan və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Kərimova Fidan Arif qızının katibliyi, vəkil X1 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 11 sentyabr 2019-cu il tarixli qətnaməsindən cavabdeh Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq müəyyən etdi: Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 16 aprel 2019-cu il tarixli qətnaməsi ilə (hakim R.Səmədov, iş № 2(006)-1454/19) İddiaçı cavabdeh lər ləğv prosesində olan Cavabdeh2 ASC-yə və onun ləğvedicisi olan Əmanətlərin Sığortalanması Fonduna qarşı «əmanətə görə kompensasiyanın ödənilməsi və s. tələbi»nə dair iddiası qismən təmin edilərək cavabdeh Əmanətlərin Sığortalanması Fondundan 10300 (on min üç yüz) ABŞ dolları (tutulduğu anda Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən manatın ABŞ dollarına münasibətdə müəyyən edilmiş məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə) əmanət məbləğinin alınaraq İddiaçı verilməsi qət edilmiş, iddia tələbi qalan hissədə təmin olunmamışdır. Həmin qətnamədən həm İddiaçı və həm də cavabdeh Əmanətlərin Sığortalanması Fondu apellyasiya şikayəti vermişlər. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 11 sentyabr 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər X.Cəmilova-sədrlik edən və məruzəçi, İ. Kərimli və A.Hüseynov, iş № 2(103)-9514/19) apellyasiya şikayətləri təmin edilməyərək Nəsimi Rayon Məhkəməsinin iş üzrə 16 aprel 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh Əmanətlərin Sığortalanması Fondu kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 11 sentyabr 2019-cu il tarixli qətnaməsinin iddianın təmin olunan hissəsində ləğv olunmasını və həmin hissədə iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. İşin halları: İddiaçı cavabdehlər ləğv prosesində olan Cavabdeh2 ASC-yə və onun ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı «əmanətə görə kompensasiyanın ödənilməsi və s. tələbi»nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Sonradan iddiaçı məhkəməyə iddia ərizəsinə əlavə barədə ə rizə təqdim edərək, onunla cavabdeh ləğv prosesində olan “Cavabdeh2" Açıq Səhmdar Cəmiyyəti arasında 10.300 (on min üç yüz) ABŞ dolları məbləğində əmanətə dair bağlanmış 70283592-3 (1********) saylı (17.11.2015-ci il tarixli) Bank əmanəti müqaviləsinin, habelə 29.731 (iyirmi doqquz min yeddi yüz otuz bir) ABŞ dolları məbləğində əmanətə dair bağlanmış 130012843/0 saylı Bank əmanəti müqaviləsinin faiz dərəcəsi hissəsinə cavabdehlər ləğv prosesində olan "Cavabdeh2" ASC və Cavabdeh2 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən birtərəfli qaydada edilmiş dəyişikliyin etibarsız hesab edilməsi və cavabdeh ləğv prosesində olan "Cavabdeh2" ASC-yə qoyduğu 10.300 (on min üç yüz) ABŞ dolları və 29.731 (iyirmi doqquz min yeddi yüz otuz bir) ABŞ dolları əmanətlərə görə müvafiq kompens asiyanın cavabdeh Əmanətlərin Sığortalanması Fondundan tutularaq ona ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: Kassasiya şikayəti apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tələblərinin pozulması, həmin normaların düzgün tətbiq olunmaması ilə əsaslandırılmışdır. Cavabdehin vəkili A.Məmmədov məhkəmə kollegiyasının iclasında kassasiya şikayətini müdafiə edərək onun təmin olunmasını xahiş etdi və kassasiya şikayətində göstərilən xüsusatları təsdiq edən eyni məzmunlu izahat verdi. İddiaçının nümayəndəsi M.Əlizadə Azərbaycan Respublikası MPM-nin 67-ci maddəsinin tələbinə zidd olaraq məhkəmə kollegiyasının iclasında vək ilsiz iştirak etdiyindən onun izahatı dinlənilmədi. İşdə iştirak edən digər şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş olsalar da, üzrlü səbəb olmadan məhkəməyə gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsini rəhbər tutaraq gəlməyən tərəfin iştirakı olmadan işə baxılmasını mümkün saydı. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Yuxarıda qeyd olunduğu kimi, apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən yalnız cavabdeh kassasiya şikayəti vermiş və şikayətində qətnamənin əsaslılığını yalnız iddianın təmin olunan hissəsində mübahisəl əndirmişdir. Məhkəmə kollegiyası bunu nəzərə alaraq apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin qanuniliyini və əsaslılığını yalnız kassasiya qaydasında mübahisələndirilən hissədə yoxlayıb qiymət verir. Məruzəçini, vəkil A.Məmmədovun izahatını dinləyərək, kassasiya şikayətinin dəlillərini müzakirə edərək məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin edilməməli və Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının iş üzrə 11 sentyabr 2019cu il tarixli qətnaməsi mübahisələndirilən hissədə həmin kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin iddianın qismən əsaslı olması ilə bağlı gəldiyi nəticə ilə razılaşaraq həmin qətnaməni dəyişdirilmədən saxlayarkən aşağıdakıları nəzərə almışdır. Apely asiya instansiyası məhkəməsi işin mübahisəsiz halları olaraq müəyyən etmişdir ki, “Cavabdeh2" ASC ilə İddiaçı arasında 13.11.2012-ci il və 28.03.2013-cü il tarixlərdə bank əmanəti (göy əmanət) müqavilələri bağlanmış, iddiaçı (əmanətçi) əmanət məbləğlərini Banka illik 10,25% ödənilməsi şərti ilə yerləşdirmiş, sonradan tərəflər arasında bağlanmış əlavə sazişə əsasən 13.11.2012-ci il tarixli müqavilə üzrə faiz dərəcəsi 3%-ə endirilmiş, sonradan “Cavabdeh2" ASC müflis elan olunmuş, yəni sığorta hadisəsi baş vermiş və hazırda iddiaçı (əmanətçi) banka qoyduğu əmanətlərin qorunan əmanətlərə aid olduğunu iddia edərək cavabdehlərdən kompensasiya ödənilməsini tələb edir. İşə baxan məhkəmə Azərbaycan Respublikası Mülki Məcəlləsinin və“Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikası Qan ununun müvafiq maddələrinə əsaslanaraq iddia tələbinin “Bank əmanəti müqavilələrinin faiz dərəcəsi hissəsinə cavabdehlər tərəfindən birtərəfli qaydada edilmiş dəyişikliyin etibarsız hesab edilməsi” hissəsi ilə bağlı qeyd etmişdir ki, iddiaçı həmin tələbinin əsaslı olmasını təsdiq edən sübutları məhkəməyə təqdim edə bilmədiyindən iddia tələbi həmin hissədə təmin edilməməlidir. İş materiallarından göründüyü kimi, iddiaçı cavabdeh tərəfindən əmanət müqavilələrinə birtərəfli qaydada dəyişiklik edilməsi ilə bağlı hər hansı sübutu həqiqətən də məhkəməyə təqdim etməmişdir. Apellyasiya instansiyası məhkəməsi həmçinin müəyyən etmişdir ki, İddiaçı 13.11.2012-ci il tarixdə Banka qoyduğu əmanət məbləği (10300 ABŞ dolları) qanunvericilikdə nəzərdə tutulmuş qorunan əmanətlərə aiddir. Belə ki, iş materia llarından göründüyü kimi, tərəflər arasında 10.02.2017-ci il tarixdə bağlanmış ********* saylı əlavə sazişə əsasən əmanətçi tərəfindən tam sığortalanmaq məqsədi ilə "Cavabdeh2” ASC-yə qoyulmuş 10300 ABŞ dolları məbləğində əmanətin illik faiz məbləği 3 (üç) faiz həddində təyin edilmişdir. Apellyasiya instansiyası məhkəməsi yuxarıda göstərilənləri nəzərə alaraq bu qənaətə gəlmişdir ki, birinci instansiya məhkəməsi iddianın təmin edilmiş hissəsi üzrə mübahisənin faktiki halları, tərəflərin qarşılıqlı münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni hüquqi cəhətdən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 944.1, 946.1, 950.1, 950.3-cü, “Əmanətlərin sığortalanması haqqında” Qanunun 2, 26.1, 26.2, 27.1-ci və s ma ddələri ilə əsaslandırmışdır. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır və yuxarıda şərh olunanlara əsasən kassasiya şikayətinin maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmaması barədəki dəlillərini əsassız sayır. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsində sübut etmə vəzifəsi tərəflər arasında bölüşdürüldüyündən onlar öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları özləri sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran fak tları sübut etməlidir. Konkret mülki işdə tərəflərdən hər birinin sübut etməli olduqları faktların dairəsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normasının məzmunu nəzərə alınmaqla müəyyən edilir. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı iş üzrə iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları iddianın təmin olunan hissəsində sübuta yetirsə də, cavabdeh həmin iddiaya qarşı etirazını əsaslandırdığı faktları göstərilən hissədə sübut edə bilməmişdir. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Qanunvericiliyin mənasına görə, sübutl arın qiymətləndirilməsi təfəkkür prosesi olub, iş üzrə toplanmış sübutetmə materialının həm qanunun tələbinə uyğunluğunun, həm də tamlığının, işə aidliyinin, mümkünlüyünün, obyektivliyinin, mötəbərliyinin müəyyən edilməsini və onların əsasında nəticəyə gəlinməsini ehtiva edir. Sübutların düzgün qiymətləndirilməsi baxılan işin mahiyyəti üzrə həll edilərək, qanuni və əsaslı qətnamənin çıxarılması üçün mühüm əhəmiyyət kəsb edir. Sübut o halda mötəbər hesab olunur ki, yoxlama nəticəsində onun məzmununu təşkil edən məlumatlar işin həqiqi halına uyğun olur. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə toplanmış sübutları qiymətləndirərkən yuxarıda göstərilən tələblərə əməl etmişdir. Məhkəmə kollegiyası Bakı Apellyasiya Məhkəməsinin iş üzrə gəlmiş olduğu nəticən i qanuni və əsaslı sayır və hesab edir ki, qətnamənin mübahisələndirilən hissədə ləğv edilməsi üçün işdə qanuni əsaslar olmadığına və kassasiya şikayətinin dəlilləri öz təsdiqini tapmadığına görə qətnamə mübahisələndirilən hissədə həmin kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Cavabdeh Əmanətlərin Sığortalanması Fondunun kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının iş üzrə 11 sentyabr 2019-cu il tarixli, 2(103)-9514/19 saylı qətnaməsi mübahisələndirilən hissədə həmin kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar