Məhkəmə qərarları › İş №2(102)-793/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-793/2025

08.04.2025 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-793/2025 08.04.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər ünvan 4si, Cavabdeh3, Cavabdeh4 qarşı (üçüncü şəxslər Cavabdeh5 və DƏDKR-nin 11 saylı Şəmkir Ərazi İdarəsi) iş üzrə QƏRARİ Açar sözlər: vərəsəlik hüququ, mirasın qəbulu, mirasda məcburi pay Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Əliyev Zaur Əli oğlu (məruzəçi), X20 və Babayev Zəki Baba oğlundan ibarət tərkibdə, Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(104)-1650/2024 nömrəli iş üzrə 28 oktyabr 2024-cü il tarixli qətnaməsindən İddiaçı və müstəqil tələb irəli sürən üçücü şəxs Cavabdeh5 tərəfindən verilmiş kassasiya şikayətlərinə Ali Məhkəmən in binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Mübahisəyə mahiyyəti üzrə baxan məhkəmələr işin hallarını araşdıraraq aşağıdakıları müəyyən etmişlər: 2. 31 yanvar 1964-cü il tarixli, AZ 457270 saylı doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiqlənmiş surətindən görünür ki, İbrahimov Azər Abbas oğlu 22 yanvar 1964-cü il tarixdə doğulmuşdur. Atası İbrahimov Abbas Zeynal oğlu, anası X21r; 3. 20 dekabr 1992-ci il tarixli, XVİİ-JQ 315276 saylı doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiqlənmiş surətindən görünür ki, İddiaçı xx xxxxxx 1992-ci il tarixdə doğulmuşdur. Atası İbrahimov Azər Abbas oğlu, anası X8r; 4. 23 noyabr 1987-ci il tarixli nikahın bağlanması haqqında şəhadətnamənin təsdiqlənmiş surətindən görünür ki, X36 ilə X9 23 noy abr 1987-ci ildə nikahlarını rəsmiləşdirmişlər və arvada Bayramova soyadı verilmişdir; 5. 03 fevral 1997-ci il tarixli, XX-JQ 270985 saylı doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiqlənmiş surətindən görünür ki, X37 10 yanvar 1995-ci il tarixdə doğulmuşdur. Atası İbrahimov Azər Abbas oğlu, anası X10r;

6. Doğum haqqında akt qeydinin təsdiqlənmiş surətindən görünür ki, X9 25 fevral 1966-cı il tarixdə doğulmuşdur. Atası İbrahimov Abbas Zeynal oğlu, anası X21r;

7. Doğum haqqında akt qeydinin təsdiqlənmiş surətindən görünür ki, X38 31 yanvar 1969-cu il tarixdə doğulmuşdur. Atası İbrahimov Abbas Zeynal oğlu, anası X22r; 8. 04 mart 2014-cü il tarixli ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiqlənmiş surətindən görünür ki, İbrahimov Azər Abbas oğlu 27 fevral 2014-cü il tarixdə v əfat etmişdir; 9. 14 oktyabr 1991-ci il tarixli nikahın bağlanması haqqında şəhadətnamənin təsdiqlənmiş surətindən görünür ki, İbrahimov Azər Abbas oğlu ilə X28 14 oktyabr 1991-ci ildə nikahlarını rəsmiləşdirmişlər və arvada İbrahimova soyadı verilmişdir;

10. Torpağa Mülkiyyət hüququna dair Dövlət Aktının JN-0018 (KOD ********) saylı təsdiqlənmiş surətindən görünür ki, Şəmkir rayon Aqrar İslahat Komissiyasının 05 fevral 2002-ci il tarixli, 06/15 saylı qərarı ilə verilmiş 0.47 ha kənd təsərrüfatı məhsulları istehsalı üçün torpaq sahəsi X15 mülkiyyətinə verilmişdir; 11. 30 mart 2023-cü il tarixli, ********** qeydiyyat nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışın təsdiqlənmiş surətindən görünür ki, Şəmkir rayonu Qasım İsmayılov kəndi, Ağlavaşlık əndində yerləşən 0.0390 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi X15 mülkiyyətinə verilmişdir; 12. 04 may 2009-cu il tarixli, 7E-2149 reyestr nömrəli vəsiyyətnamənin notariat qaydasında təsdiqlənmiş surətindən görünür ki, X5 rayonu Qasım İsmayılov kəndində yerləşən evini, bütün əmlakını, 0.39 ha həyətyanı sahəsini, pay torpağını və əmanət kassasında olan payını Şəmkir rayonu Qasım İsmayılov kəndində yaşayan Cavabdeh3 vəsiyyət etmiş və digər vərəsələrini vərəsəlik hüququndan azad etmişdir;

13. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Dövlət Notariat Arxivi tərəfindən verilmiş 11 mart 2022-ci il tarixli məlumatın notarial qaydada təsdiqlənmiş surətindən görünür ki, Şəmkir rayon 1 saylı dövlət notariat ofisində 04 may 2009-cu il tarixdə 2V-96 reyestr nömrəsi ilə təsdiq edilmiş vəsiyyət namənin 11 mart 2022-ci ilədək dəyişdirilməsi və ya ləğv edilməsi barədə arxivə məlumat daxil olmamışdır; 14. 05 noyabr 2022-ci il tarixli, 2V-1880, 1881, 1882, 1883 saylı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin verilməsinə əsas olan sənədlərin toplandığı notariat işinin təsdiq olunmuş kserosurətinə əlavə edilmiş 17 may 1996-cı il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh3 xx xxxx 1970-ci ildə doğulmuşdur, atası İbrahimov Abbas Zeynal oğlu, anası X21r. 04 iyun 1972-ci il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh4 30 may 1972-ci ildə doğulmuşdur, atası İbrahimov Abbas Zeynal oğlu, anası X21r. “Elektron notariat” X2 vasitəsilə “X14” AQİS-dən Çıxarışdan görünür ki, Cavabdeh5 08 avqust 1967-ci ildə doğulmuşdur, atası İbrah imov Abbas Zeynal oğlu, anası X22r. 17 mart 2022-ci il tarixli ölüm haqqında arayışdan görünür ki, İbrahimov Abbas Zeynal oğlu 04 aprel 1973-cü ildə ölmüşdür. 11 may 2017-ci il tarixli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X32 07 may 2017-ci ildə ölmüşdür. 04 may 2022-ci il tarixli, ********** qeydiyyat nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən 0.39 ha torpaq sahəsi tam X15, tikili-Aİ, Aİİ Cavabdeh5 və tikili –A Cavabdeh3 mülkiyyətinə verilmişdir. Cavabdeh3 tərəfindən verilmiş notarial qaydada təsdiqlənmiş 05 noyabr 2022-ci il tarixli ərizədən görünür ki, o, mərhum X15 ölümündən sonra ondan qalan miras əmlakın-ünvan 2 ünvanda yerləşən 0.39 ha torpaq sahəsi və üzərindəki fərdi yaşayış evinin qəbul edilməsi üçün ünvan 4sinə müraciət etmişdir. Cavabdeh4 tərəfindən verilmiş notarial qaydada təsdiqlənmiş 05 noyabr 2022-ci il tarixli ərizədən görünür ki, o, mərhum X15 ölümündən sonra ondan qalan miras əmlakınünvan 2 ünvanda yerləşən 0.39 ha torpaq sahəsi və üzərindəki fərdi yaşayış evinin qəbul edilməsi üçün ünvan 4sinə müraciət etmişdir. Cavabdeh5 tərəfindən verilmiş notarial qaydada təsdiqlənmiş 05 noyabr 2022-ci il tarixli ərizədən görünür ki, o, mərhum X15 ölümündən sonra ondan qalan miras əmlakın-ünvan 2 ünvanda yerləşən 0.39 ha torpaq sahəsi və üzərindəki fərdi yaşayış evinin qəbul edilməsi üçün ünvan 4sinə müraciət etmişdir; 15. ünvan 4sində 05 noyabr 2022-ci il tarixdə 2V1880 nömrəli reyestrdə qeydə alınmış vəsiyyət üzrə vərəsəlik hüququ haqqında şəhadətnamən in təsdiq edilmiş surətindən görünür ki, Şəmkir rayonu 1 saylı dövlət notariat ofisi tərəfindən 04 may 2009-cu il tarixdə təsdiq edilən və reyestrdə 96 nömrəsi ilə qeyd olunan vəsiyyətnaməyə əsasən 07 may 2017-ci il tarixdə vəfat etmiş-X15 vəsiyyətnamədə göstərilən əmlakının vərəsəsi ünvan 3i ünvanında qeydiyyatda olan Cavabdeh3dur; 16. ünvan 4sində 05 noyabr 2022-ci il tarixdə 2V-1881 nömrəli reyestrdə qeydə alınmış qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, 07 may 2017-ci il tarixdə vəfat etmiş X15 vərəsəsi oğlu ünvan 5i ünvanında qeydiyyatda olan Cavabdeh3dur və o miras əmlakdan 3/6 hissədə pay almalıdır; 17. ünvan 4sində 05 noyabr 2022-ci il tarixdə 2V-1882 nömrəli reyestrdə qeydə alınmış qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, 07 may 2017-ci il tarixdə vəfat etmiş X15 vərəsəsi qızı ünvan 3i ünvanında qeydiyyatda olan Cavabdeh4dır və o miras əmlakdan 1/6 hissədə pay almalıdır; 18. ünvan 4sində 05 noyabr 2022-ci il tarixdə 2V-1883 nömrəli reyestrdə qeydə alınmış qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, 07 may 2017-ci il tarixdə vəfat etmiş X15 vərəsəsi oğlu Şəmkir rayonu Ağlavaşlı kəndi ünvanında qeydiyyatda olan Cavabdeh5dur və o miras əmlakdan 1/6 hissədə pay almalıdır;

19. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 11 saylı Şəmkir Ərazi İdarəsi tərəfindən verilmiş 27 aprel 2023-cü il tarixli daşın maz əmlakın dövlət reyestrindən arayışdan görünür ki, Şəmkir rayonu Qasım İsmayılov (indiki Ağlavaşlı) kəndində yerləşən 0.47 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair X15 adına ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Şəmkir rayon şöbəsi tərəfindən Şəmkir rayon Aqrar İslahat Komissiyasının 05 fevral 2002-ci il tarixli, 06/15 saylı qərarı ilə tam mülkiyyət hüququ ilə JN-18 saylı “Torpağa Mülkiyyət hüququna dair Dövlət Aktı” tərtib edilmişdir. Qeyd edilən torpaq sahəsinin 18L saylı kontoruna 30 mart 2023-cü il tarixli, ********** qeydiyyat nömrəli reyestrdən çıxarış verilmişdir; 20. 01 dekabr 2022-ci il tarixli, ********** qeydiyyat nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışın notarial qaydada təsdiqlənmiş surətindən görü nür ki, ünvan 6 ünvanında yerləşən tikili –Aİ, Aİİ, torpaq sahəsi 1/6 Cavabdeh5, tikili-A, torpaq sahəsi 4/6 hissə Cavabdeh3 və torpaq sahəsi 1/6 hissə Cavabdeh4 mülkiyyətinə verilmişdir;

21. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 11 saylı Şəmkir Ərazi İdarəsi tərəfindən verilmiş daşınmaz əmlakın dövlət reyestrindən arayışdan görünür ki, Şəmkir rayonu Qasım İsmayılov (indiki Ağlavaşlı) kəndində yerləşən fərdi yaşayış evinə dair Cavabdeh4 adına tam mülkiyyət hüququ ilə 02 iyun 2009-cu il tarixli, ********** qeydiyyat nömrəli çıxarış verilmişdir;

22. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşı nmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 11 saylı Şəmkir Ərazi İdarəsi tərəfindən verilmiş daşınmaz əmlakın dövlət reyestrindən arayışdan görünür ki, Şəmkir rayonu Qasım İsmayılov (indiki Ağlavaşlı) kəndində yerləşən 0.0733 ha həyətyanı torpaq sahəsinə dair Cavabdeh4 və digər şəxsin adına paylı mülkiyyət hüququ ilə 18 avqust 2010-cu il tarixli, ********** qeydiyyat nömrəli çıxarış verilmişdir;

23. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 11 saylı Şəmkir Ərazi İdarəsi tərəfindən verilmiş daşınmaz əmlakın dövlət reyestrindən arayışdan görünür ki, Şəmkir rayonu Qasım İsmayılov (indiki Ağlavaşlı) kəndində yerləşən 0.0781 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair Cavabdeh4 və digər şəxsin adına paylı mülkiyyət hüququ ilə 12 avqust 2020-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarış verilmişdir;

24. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 11 saylı Şəmkir Ərazi İdarəsi tərəfindən verilmiş daşınmaz əmlakın dövlət reyestrindən arayışdan görünür ki, Şəmkir rayonu Qasım İsmayılov (indiki Ağlavaşlı) kəndində yerləşən 1.5650 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair Cavabdeh4 və digər şəxsin adına paylı mülkiyyət hüququ ilə 12 avqust 2020-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarış verilmişdir;

25. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri D övlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 11 saylı Şəmkir Ərazi İdarəsi tərəfindən verilmiş daşınmaz əmlakın dövlət reyestrindən arayışdan görünür ki, ünvan 7 ünvanda yerləşən fərdi yaşayış evinə dair Cavabdeh4 (mülkiyyət payı yalnız 0.39 ha həyətyanı torpaq sahəsinin 1/6 hissəsinə aiddir) və digər şəxslərin adlarına paylı mülkiyyət hüququ ilə 01 dekabr 2022-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarış verilmişdir;

26. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 11 saylı Şəmkir Ərazi İdarəsi tərəfindən verilmiş 11 sentyabr 2023-cü il tarixli əmlaklar barəsində məlumatdan görünür ki, Şəmkir rayonu Qasım İsmayılov kəndində yerləşən 0.47 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair X15 adına JN-0018 nömrəli “Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktı” tərtib edilmişdir. Qeyd edilən torpaq sahəsi 0.47 ha olsa da, ayrılıqda 0.4280 ha və 0.0390 ha olmaqla iki müxtəlif ərazidə yerləşən torpaq sahələrindən ibarətdir. 0.0390 ha hissəyə X15 adına 30 mart 2023-cü il tarixli, ********** qeydiyyat nömrəli reyestrdən çıxarış verilmişdir;

27. X38 tərəfindən verilmiş notarial qaydada təsdiqlənmiş ərizənin surətindən görünür ki, o, 06 may 2017-ci ildə vəfat etmiş X4 qalmış mirasın açılması ona məlumdur. Hazırki ərizə ilə onun tərəfindən mirasın qəbul edilmə müddətinin ötürüldüyünü, mirasın qəbulu üçün müddətin bərpası ilə bağlı məhkəməyə müraciət etməyəcəyini, faktiki irsi mülkiyyətin idarəçiliyi nə daxil olmadığını və vərəsəlik hüququ haqqında şəhadətnamənin Cavabdeh3 almasına etirazı olmadığını bildirmişdir;

28. X16 tərəfindən verilmiş notarial qaydada təsdiqlənmiş ərizədən görünür ki, o, anası X15 ölümündən sonra harada yerləşməsindən və nədən ibarət olmasından asılıolmayaraq ona məxsus olan bütün miras əmlakdan ona çatası miras payını qanunla müəyyən olunmuş müddət ərzində bilərəkdən qəbul etməmiş, indi də etmir və vərəsəlik hüququ haqqında şəhadətnamə almaq istəmir; 29. 07 dekabr 2023-cü il tarixli, 4/1872-5/1642 nömrəli ekspert rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş, mülki işin 121-ci vərəqində X15 adından olan 04 may 2009cu il tarixli 2v-96 reyetsr nömrəsi ilə qeydiyyatdan keçmiş vəsiyyətnamədə “Şahidlər 1. ünvan 3ində yaşayan X41 pasport AZE 04202167 Şəmkir PŞ. xx.xx.2005 ildə ver.” Qrafasından aşağı hissədə yerləşən “İMZA:” qrafasındakı imza-X41 tərəfindən icra olunmuşdur. Təqdim edilmiş 2(076)1221/2023 saylı mülki işin materialının 121-ci səhifəsində olan xx.xx.2009-cu il tarixdə Şəmkir rayon 1 saylı notariat kontorunda reyestrdə 2v-96 nömrə ilə qeydə alınmış vəsiyyətnamənin 1-ci səhifədəki “İmza” sözünün önündəki qələmlə icra edilmiş “imza” və “Bayramova Ş.” Yazıları, “Şahidlər” qrafasındakı “1. ünvan 3ində yaşayan Rəhimov... Sabir oğlu pasport AZE04202167 Şəmkir PŞ. xx.xx.2005 ildə ver.” Sözlərinin altındakı “İmza” sözünün önündəki imza, “2. ünvan 3ində yaşayan Şahid pasport AZE-03200450 Şəmkir PŞ. xx.xx.2005 ildə ver.” sözlərinin altındakı “İmza” sözünün önündəki imza, 2-ci səhifəsindəki “Reyestrdə” sözlərinin önündəki “2v-96”, “7F-2149” yaz ıları və “Dövlət notariusu” sözlərinin önündəki imzalar rəngləyici maddələrinin kimyəvi tərkiblərinə görə eyni diyircəkli qələmlə icra olunmuşdurlar. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

30. İddiaçı cavabdehlər ünvan 4sinə, Cavabdeh3, Cavabdeh4 (üçüncü şəxslər Cavabdeh5 və DƏDKR-nin 11 saylı Şəmkir Ərazi İdarəsi) qarşı “vəsiyyətnamənin və vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, çıxarışın ləğv edilməsi, qanun üzrə vərəsə tanınma, payların müəyyən edilməsi, mülkiyyət hüququnun tanınması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

31. Müstəqil tələb sürən üçüncü şəxs Cavabdeh5 cavabdehlər ünvan 4sinə, İddiaçı, Cavabdeh3 və Cavabdeh4 qarşı “vəsiyyətnamənin etibarsız hesab edilməsi, vərəsəlik hüququ haqqınd a şəhadətnamələrin etibarsız hesab edilməsi, çıxarışın ləğv edilməsi və payların müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

32. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, X32 ilə İbrahimov Abbas Zeynal oğlunun birgə nikahlarından 6 övladları-Cavabdeh5, Cavabdeh3, X38, İbrahimov Azər Abbas oğlu, Cavabdeh4 və X9 olmuşdur. Onlardan atası İbrahimov Azər Abbas oğlu 27 fevral 2014-cü il tarixdə, babası İbrahimov Abbas Zeynal oğlu 04 aprel 1973-cü il tarixdə, nənəsi X32 07 may 2017-ci il tarixdə vafat etmişdir. X26 ünvan 8 ünvanında yerləşən 0.39 ha torpaq sahəsi miras qalmışdır. Həmin torpaq sahəsinin naturada bölünməsi barədə Cavabdeh3 Şəmkir rayon məhkəməsinə etdiyi müraciətdən onlara məlum olmuşdur ki, nənəsi Şükufə Bayramovadan belə bir miras qalmı şdır. Həmin torpaq sahəsindən ona və ya qardaşı X29 heç bir pay verilməmişdir və özlərinə düşən paydan heç vaxt imtina etməmişlər. 2023-cü ilin mart ayında Şəmkir rayonu 1 saylı notariat ofisindən vərəsəlik işinə aid sənədləri əldə etdikdən sonra notariat ofisi tərəfindən vərəsələrin dairəsinin müəyyən edilmədiyi məlum olmuşdur. Atası İbrahimov Azər Abbas oğlu və digər vərəsələrlə bağlı sənədlər əldə olunmamış və ya təqdim edilməmişdir. Həmçinin, vərəsəlik işində mövcud olan vəsiyyətnamə tam qanunsuzdur. Sənədlər saxtalaşdırılmış və miras əmlakı tam qanunsuz olaraq ünvan 4si tərəfindən 3/6 pay Cavabdeh3, təkrar 3/6 pay Cavabdeh3, 1/6 pay Cavabdeh4 və 1/6 pay Cavabdeh5 payı müəyyən edilməsi barədə şəhadətnamə verilmişdir. Sonradan Cavabdeh3 payı 4/6 pay, Cavabdeh4 1/6 pay və Cavabdeh5 1/6 p ay olmaqla DƏDRX publik hüquqi şəxs tərəfindən mülkiyyət hüququ dövlət qeydiyyatına alınmışdır. Beləliklə, X15 adından xx.xx.2009-cu il tarixdə tərtib edilmiş qanunsuz vəsiyyətnamə etibarsız hesab edilməli, həmin vəsiyyətnaməyə əsasən ünvan 8 ünvanında yerləşən 0.39 ha torpaq sahəsinə dair Cavabdeh3 3/6 pay verilməsi barədə xx.xx.2022-ci il tarixli 2V-1880 nömrəli, Cavabdeh3 3/6 pay verilməsi barədə xx.xx.2022-ci il tarixli 2V1881 nömrəli, Cavabdeh4 1/6 pay verilməsi barədə xx.xx.2022ci il tarixli 2V1882 nömrəli və Cavabdeh5 1/6 pay verilməsi barədə xx.xx.2022-ci il tarixli 2V-1883 nömrəli şəhadətnamələr ləğv edilməli, şəhadətnamələrə əsasən ƏMDX DƏDKR publik hüquqi şəxsi tərəfindən verilmiş **********37-10301 reyestr nömrəli çıxarış ləğv edilməli və nənəsi Şükufə Bayramovadan miras qalm ış əmlaka qanun üzrə vərəsələrin payları müəyyən edilməlidir. Qeyd edilənlərə əsasən X15 adından 04 may 2009-cu il tarixdə tərtib edilmiş vəsiyyətnamənin etibarsız hesab edilməsi, X15 miras əmlakı olan ünvan 8 ünvanında yerləşən 0.39 ha torpaq sahəsi barədə verilmiş şəhadətnamələrin ləğv edilməsi, şəhadətnamələrə əsasən ƏMDX DƏDKR publik hüquqi şəxsi tərəfindən qeydə alınmış **********37-10301 reyestr nömrəli çıxarışın ləğv edilməsi, miras əmlakı barədə payların müəyyən edilməsi və miras payının üzərində mülkiyyət hüququnun tanınması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

33. Şəmkir Rayon Məhkəməsinin 31 iyul 2023-cü il tarixli qərardadı ilə DƏDKR-nin 11 saylı Şəmkir Ərazi İdarəsi və Cavabdeh5 cavabdeh statusundan çıxarılaraq, 3-cü şəxs qismində tanınmışlar və mülki iş üzrə müstəq il tələb sürən üçüncü şəxs Cavabdeh5 cavabdehlər ünvan 4sinə, İddiaçı, Cavabdeh3, Cavabdeh4 qarşı “vəsiyyətnamənin etibarsız hesab edilməsi, vərəsəlik hüququ haqqında şəhadətnamələrin etibarsız hesab edilməsi, çıxarışın ləğv edilməsi, payların müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi məhkəmənin icraatına qəbul edilmişdir.

34. Müstəqil tələb irəli sürən üçüncü şəxs Cavabdeh5 ərizəsini onunla əsaslandırmışdır ki, İddiaçı cavabdehlər ünvan 4sinə və digərlərinə qarşı “vəsiyyətnamənin etibarsız hesab edilməsi və s.” tələb irəli sürməsionun hüquqlarnıı pozur. Qəbul olunmuş əmlak anasından qalmış mirasın bir hissəsidir. Həmçinin, vərəsəlik işində olan vəsiyyətnamə də qanunsuzdur. X4 qalmış miras əmlakın bir hissəsi - ünvan 8 ünvanında yerləşən 0.39 ha torpaq sahəsi onun, Cavabdeh4 və Cavabde h3 tərəfindən qəbul olunmuşdur. Qəbul olunmuş əmlak üzrə paylar düzgün müəyyən edilməmişdir. Belə ki, sözügedən torpaq sahəsi Cavabdeh3la onun arasında yarıdan setka hasar çəkilməklə bölünmüş, həmin torpaq sahəsinin bir başında Cavabdeh3 digər başında onun evi mövcuddur. Bu bölgü hələ anası sağ olanda, 1994-cü ildə baş vermişdir. Torpaq sahəsində tikilmiş tikililər DƏDRX-də Cavabdeh3 adına A tikilisi, onun adına Al və All tikililəri qeydiyyata alınmışdır. Təssüf ki, hazırkı mübahisə barədə məhkəməyə müraciət olunduqdan sonra, 2023-cü ilin mart ayında 1994-cü ildən həyəti ikiyə bölən setka hasar Famil tərəfindən sökülmüşdür. Bir neçə ay əvvəl hasarın sökülməsi videoya çəkilmişdir. Cavabdeh4 da digər qardaş və bacıları kimi ailə qurduqdan sonra köçmüşdür. Cavabdeh4 həmin kənddə 02 iyun 2009- cu il tarixdə DƏDRX tərəfindən qeydə alınmış özünə məxsus tam mülkiyyət hüququ ilə fərdi yaşayış evi də mövcuddur. X49 07 may 2017-ci ildə vəfat etmişdir. Vərəsəlik haqqında şəhadətnamə isə 25 noyabr 2022-ci il tarixdə verilmişdir. Anasından qalmış mirasın bir hissəsi üzrə payları ümumiyyətlə müəyyən edilməmişdir. Buna səbəb digər vərəsə Cavabdeh3 tərəfindən sənədlərin saxtalaşdırılması, mövcud olan əmlakların onlardan gizlədilməsi olmuşdur. X35 adından 2009-cu il tarixdə tərtib olunmuş vəsiyyətnamə də saxta yollarla tərtib olunduğundan etibarsızdır. Anasının təxminən 70 yaşından sonra pisixi pozuntusu olmuşdur. O, öz hərəkətlərini idarə etmək qabiliyyətində olmamış və etdiyi hərəkətlərin mənasını anlamamışdır. Bundan istifadə edən Famil anasının əmlaklarının böyük hissəsini öz adına keçir ilməsi üçün qanunsuz sənədlər tərtib etmiş, oradakı imzalar saxtalaşdırılmışdır. Həmçinin, vəsiyyətnamədə qeyd olunan əmlak bütün miras əmlakı əhatə etməklə yanaşı, torpaq sahəsində yerləşən ona məxsus DƏDRX qeydiyyata alınmış (çıxarış - Al, All tikililəri) tikililər nəzərə alınmamış, ona məxsus əmlaklar da vəsiyyət olunmuşdur. Qeyd olunan və başqa səbəblərə görə vəsiyyətnamə artıq etibarsızdır. Cavabdeh3 onu və digər vərəsələri aldatmasından xəbərsiz olmuşdur. Yalnız Familin təklifi ilə notariusda sənədlərə imza etmişdir. Anasının ölümündən sonra miras qalmış aşağıdakı əmlaklar-Şəmkir rayonu Ağlavaşlı kəndi 0.39 ha həyətyanı torpaq sahəsi və Şəmkir rayonu, Ağlavaşlı kəndində 0.46 ha pay torpaq sahəsi onun və Cavabdeh3 tərəfindən faktiki olaraq qəbul edilmişdir. Həmçinin, anasının əmanət k assasında olan pul vəsaitinə və ya digər qiymətli əşyalara da hüquqlar bərabər tanınmalıdır. Qeyd edilənlərə əsasən X15 vəsiyyətnaməsinin etibarsız hesab edilməsini, X15 miras əmlakı barədə verilmiş şəhadətnamələrin ləğv edilməsini, X15 miras əmlakı barədə ƏMDX DƏDKR publik hüquqi şəxs Şəmkir Ərazi İdarəsi tərəfindən qeydə alınmış **********37-10301 reyestr nömrəli çıxarışın ləğv edilməsini və X15 bütün miras əmlaklarına onun və Cavabdeh3 bərabər paylarının müəyyən edilməsini xahiş etmişdir.

35. Mülki iş məhkəmənin icraatında olarkən X23, X37 və X38 iş üzrə müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmişlər.

36. Şəmkir Rayon Məhkəməsinin 13 fevral 2024-cü il tarixli 2(076)-57/2024 nömrəli (hakim R.Mustafayev) qətnaməsi ilə İddiaçı iddia tələbinin qismən təmin edilməsi; Müstəqil tələb sürən üçüncü şəxs Cavabdeh5 iddiasının qismən təmin edilməsi; ünvan 4sinin xüsusi notariusu tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 2V-1880, 2V-1881, 2V-1882 və 2V-1883 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr etibarsız hesab edilsin və həmin qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr əsasında miras əmlaka dair Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 adına Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən ünvan 9 ünvanında yerləşən miras qalmış 0.39 ha yaşayış məntəqəsi torpaq sahəsinə dair hissədə qeydiyyat tarixi xx.xx.2022, qeydiyyat nömrəsi **********, daşınmaz əmlakın reyestr nömrəsi **********37-10301 olan çıxarış miras əmlaka münasibətdə ləğv edilməsi; X12 miras qalmış ünvan 9 ünvanında yerləşən miras əmlak olan 0.39 ha yaşayış məntəqəsi torpaq sahəsinin üzərində və Şəmkir rayonu Ağlavaşlı (Qasım İsmayılov) kəndində yerləşən JN-0018 “Torpağa mülkiyyət Hüququna dair Dövlət Aktı”-ı və qeydiyyat tarixi xx.xx.2023, qeydiyyat nömrəsi **********, daşınmaz əmlakın reyestr nömrəsi **********3 olan çıxarışla qeydə alınmış ümumi 0.47 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin üzərində birinci növbə vərəsələr Cavabdeh3 6/10 (onda altı) hissədə, Cavabdeh4 1/10 (onda bir) hissədə, X24 1/10 (onda bir) hissədə, Cavabdeh5 1/10 (onda bir) hissədə və mərhum İbrahimov Azər Abbas oğlunun 1/10 (onda bir) hissədə payları müəyyən edilsin. X12 miras qalmış ünvan 9 ünvanında yerləşən miras əmlak olan 0.39 ha yaşayış məntəqəsi torpaq sahəsindən və Şəmkir rayonu Ağlavaşlı (Qasım İsm ayılov) kəndində yerləşən JN-0018 “Torpağa mülkiyyət Hüququna dair Dövlət Aktı”-ı və qeydiyyat tarixi xx.xx.2023, qeydiyyat nömrəsi **********, daşınmaz əmlakın reyestr nömrəsi **********3 olan çıxarışla qeydə alınmış ümumi 0.47 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən mərhum İbrahimov Azər Abbas oğluna çatacaq 1/10 (onda bir) hissədə miras əmlaklardakı payı, onun birinci növbə vərəsələri İddiaçı 1/10-in 1/3 (onda birin üçdə biri) hissəsində, X25 1/10-in 1/3 (onda birin üçdə biri) hissəsində, X6 1/10-in 1/3 (onda birin üçdə biri) hissəsində payları müəyyən edilməsi, iddia tələblərinin digər hissədə təmin edilməməsi qət olunmuşdur.

37. Məhkəmə mövqeyni belə əsaslandırmışdır ki, mülkiyyət hüququ təbiəti etibarı ilə nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (o na məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərindəki hüquqlarına üçüncü şəxslərin qeyri-hüquqi müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir.

38. Qeyd olunanlara əsasən həmçinin müəyyən edilir ki, Cavabdeh3, X33 və Cavabdeh4 mərhum anaları X11 qalmış ünvan 9 ünvanında yerləşən miras qalmış 0.39 ha torpaq sahəsinə münasibətdə mirası vəsiyyətnamə və qanun üzrə vərəsə olaraq Cavabdeh3, yalnız qanun üzrə vərəsə olaraq Cavabdeh5 və Cavabdeh4 qəbul etməklərini bildirməklə 2022-ci ildə notariat kontoruna müraciət edərək, xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış əsasında X15 mülkiyyətində olan ünvan 9 ünvanında yerləşən miras qalmış 0.39 ha torpaq sahəsinə dair Cavabdeh3 3/6 pay verilməsi barədə xx.xx.2022-ci il tarixli 2V-1880 nömrəli, Cavabdeh3 3/6 pay verilməsi barədə xx.xx.2022-ci il tarixli 2V-1881 nömrəli, Cavabdeh4 1/6 pay verilməsi barədə xx.xx.2022-ci il tarixli 2V1882 nömrəli və Cavabdeh5 1/6 pay verilməsi barədə xx.xx.2022-ci il tarixli 2V-1883 nömrəli şəhadətnamələr əldə etmişlər və həmin şəhadətnamələr əsasında miras əmlakla bağlı xx.xx.2022-ci il tarixli, ********* * qeydiyyat nömrəli çıxarışla mülkiyyət hüququ əldə etmişlər.

39. Bu səbəbdən məhkəmə hesab etmişdir ki, vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə və qanun üzrə vərəsəlik hüququ haqda şəhadətnamələr verilərkən həmin hüquq münasibətləri yaranan zaman qüvvədə olan Mülki Məcəllənin tələbləri eyni zamanda “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun və “Notariat hərəkətlərinin aparılması qaydaları haqqında” Təlimatın 96-cı maddəsinin tələbləri pozulmuşdur. 40. ünvan 4sinin xüsusi notariusu tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 2V-1880 reyestr nömrəli vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə, 2V-1881, 2V-1882 və 2V-1883 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr verilərkən vərəsələrin dairəsini və digər vərəsələrin miras əmla kı faktiki surətdə qəbul etməsinə və mirasdan imtina etməmələrinə diqqət yetirməmiş, mirası qəbul etmiş vərəsələrə məlumat verməmiş, miras kütləsinə daxil olan Şəmkir rayonu Ağlavaşlı (Qasım İsmayılov) kəndində yerləşən JN-0018 “Torpağa mülkiyyət Hüququna dair Dövlət Aktı”-ı və qeydiyyat tarixi xx.xx.2023, qeydiyyat nömrəsi **********, daşınmaz əmlakın reyestr nömrəsi **********3 olan çıxarışla qeydə alınmış ümumi 0.47 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə münasibət bildirməmiş, nəticədə sözügedən şəhadətnamələr verilmişdir ki, həmin şəhadətnamələr də etibarsızdır.

41. Məhkəmə, mülki iş üzrə iddiaçıların mirasın üçüncü şəxs X38 tərəfindən qəbul edilməsindən imtina edilməsi barədə dəlillərini əsassız hesab edərək qeyd etmişdir ki, üçüncü şəxs X38 tərəfindən verilmiş notarial qaydada təsdiqlənmiş ərizədən görünür ki, ərizə xx.xx.2022-ci il tarixdə miras açıldıqdan beş il sonra verilmiş və həmin ərizədə Amil İbrahimov 06 may 2017-ci ildə vəfat etmiş X4 qalmış mirasın onun tərəfindən qəbul edilmə müddətinin ötürüldüyünü, mirasın qəbulu üçün müddətin bərpası ilə bağlı məhkəməyə müraciət etməyəcəyini, faktiki irsi mülkiyyətin idarəçiliyinə daxil olmadığını və vərəsəlik hüququ haqqında şəhadətnamənin Cavabdeh3 almasına etirazı olmadığını bildirmiş olsa da, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair” 26 dekabr 2023-cü il tarixli qərarında qeyd edildiyi kimi o, mərhum X4 miras qalmı ş əmlakı qanunla müəyyən edilmiş müddət ərzində qəbul etməkdən imtina etmədiyindən mirası qəbul etmiş vərəsə hesab edilməlidir.

42. Məhkəmə İddiaçı və müstəqil tələb irəli sürən üçüncü şəxs Cavabdeh5 iddia tələblərinin X15 adından xx.xx.2009-cu il tarixdə verilmiş vəsiyyətnamənin etibarsız hesab edilməsi hissəsi ilə bağlı qeyd edir ki, iddia tələbləri həmin hissədə əsassızdır. Belə ki, hər iki iddia tələbində, eyni zamanda iddia ərizəsində mərhum Şükufə Bayramovanın adından 2009-cu il tarixdə tərtib olunmuş vəsiyyətnamənin saxta yollarla tərtib olunduğunu, Şükufə Bayramovanın təxminən 70 yaşından sonra psixi pozuntusu olduğunu, onun öz hərəkətlərini idarə etmək qabiliyyətində olmadığını, etdiyi hərəkətlərin mənasını anlamadığını, mülki iş materiallarında olan ekspertiza rəyinin həqiqəti ək s etdirmədiyini, tədqiqat obyekti ilə təqdim edilmiş imza nümunələri arasında böyük müddət (14 il) fərqi mövcud olduğunu, vəsiyyətnamə qoyulan zaman qanunvericiliyin tələbləri kobud şəkildə pozulduğunu əsas gətirərək vəsiyyətnamənin etibarsız olduğunu qeyd etsələr də, bununla bağlı mötəbər sübutları məhkəməyə təqdim etməmişlər. Əksinə həmin vəsiyyətnamədən və şahid ifadələrindən görünür ki, vəsiyyətnamə X15 özü tərəfindən imzalanmış və iki nəfər şəxsin şahidliyi ilə vəsiyyətnamə qanunvericiliyin tələbinə uyğun şəkildə tərtib edilərək notarius tərəfindən təsdiq olunmuş, məkhəmə iclasında vəsiyyətnaməni şahid qismində imzalamış şəxslər dindirilmiş və onlar vəsiyətnaməyə imza etdiklərini bildirmiş, həmçinin iş üzrə ekspert rəyi ilə öz təsdiqini tapmış, həmçinin Şükufə Bayramovanın vəsiyyətnam ə verərkən öz hərəkətlərini qavrayan şəxs olmasını, ruhi və ya psixi xəstəliyinin olmamasını bildirmişlər. Bu hallar onu deməyə əsas verir ki, vəsiyyətnamə Şükufə Bayramovanın və hal şahidlərinin iştirakı ilə tərtib edilmiş, vəsiyyətnamənin məzmunu onun həqiqi iradəsini əks etdirir. 43. ş materiallarına əlavə edilmiş 04 may 2009-cu il tarixli vəsiyyətnamənin məzmunundan görünür ki, həmin vəsiyyətnamə tərtib edilərkən vəsiyyət edən anlaqlı olmuş, vəsiyyətnamənin məzmunu və forması mülki qanunvericiliyin tələblərinə uyğun olaraq tərtib edilmiş, vəsiyyət edənin iradəsi ilə iradə ifadəsi bir-birinə uyğun olmuşdur. Məhkəmə iclasında iddiaçıların vəsatəti əsasında şahid qismində dindirilmiş X41 vəsiyyətnaməni imzalayıb-imzalamadığını xatırlamadığını bildirmiş olsa da, 07 dekabr 2023- cü il tar ixli, 4/1872-5/1642 nömrəli ekspert rəyi ilə Şükufə Bayramova tərəfindən verilmiş 04 may 2009-cu il tarixli vəsiyyətnamədə olan imzanın hal şahidi X41 tərəfindən imzalandığını müəyyən edilmişdir. Həmçinin, vəsiyyətnamə tərtib edilərkən hal şahidi kimi iştirak etmiş Şahid məhkəmə iclasında Şükufə Bayramovanın özünün ona kəntdə olan evini oğlu Cavabdeh3 vəsiyyət etmək istədiyini bildirdiyini, ona görə də vəsiyyətnaməyə imza etdiyini bildirmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2009-cu il tarixli, 7E-2149 reyestr nömrəli vəsiyyətnamənin məzmunundan da X17 Şəmkir rayonu Qasım İsmayılov kəndində yerləşən evini, bütün əmlakını, 0.39 ha həyətyanı sahəsini, pay torpağını və əmanət kassasında olan payını Şəmkir rayonu Qasım İsmayılov kəndində yaşayan Cavabdeh3 vəsiyyət etdiyi və digər vərələ rini vərəsəlik hüququndan azad etdiyi müəyyən edilmişdir. Beləliklə, məhkəmə iclasında həmin vəsiyyətnamənin etibarsız hesab edilməsi üçün qanunvericiliyin müəyyən etdiyi hallar müəyyən edilməmişdir.

44. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab etmişdir ki, iddiaçı tərəfindən mübahisələndirilən 04 may 2009-cu il tarixli vəsiyyətnamə bir tərəfli əqd kimi qanunvericiliyin tələblərinə uyğun tərtib edildiyindən və həmin əqdin etibarsız hesab edilməsi üçün qanunvericiliyin müəyyən etdiyi əsaslar məhkəmə iclasında müəyyən edilmədiyindən, iddia tələbinin qeyd olunan vəsiyyətnamənin etibarsız hesab edilməsinə dair hissəsi əsassızdır.

45. Məhkəmə yuxarıda qeyd edilənlərə əsasən hesab etmişdir ki, 17 may 2017-ci ildə ölmüş mərhum X15 vərəsələrindən oğlu İbrahimov Azər Abbas oğlu anasından əvvəl, y əni 27 fevral 2014-cü ildə öldüyündən Şükufə Bayramovadan qalmış mirasdan birinci növbə vərəsəsi olaraq pay almaq hüququ Azər İbrahimovun birinci növbə vərəsələri olan İddiaçı, X29 və X3.

46. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1255-ci maddəsinin tələbinə görə qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır.

47. Məhkəmə həmçinin İddiaçı iddai tələbinin miras payının üzərində mülkiyyət hüququnun tanınması ilə bağlı hissəsinə dair qeyd etmişdir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1255-ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Bu baxımdan məhkəmə qeyd edir ki, miras əmlak mirasın açıldığı gündən qanunvericiliyin tələbinə uyğun vərəsənin mülkiyyəti hesab edildiyindən həmin halın yenidən məhkəmə qətan məsi ilə müəyyən edilməsinə zərurət yoxdur.

48. Qeyd olunanlara əsasən məhkəmə yekun olaraq nəticəyə gəlir ki, İddiaçı və müstəqil tələb sürən üçüncü şəxs Cavabdeh5 iddia tələbləri qismən əsaslı olduğundan qismən təmin edilməli, ünvan 4sinin xüsusi notariusu tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 2V-1880 reyestr nömrəli vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə, 2V-1881, 2V-1882 və 2V-1883 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr etibarsız hesab edilməli, vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında miras əmlaka dair Cavabdeh3, qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr əsasında miras əmlaka dair Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 adına Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Pub lik Hüquqi Şəxsi tərəfindən ünvan 9 ünvanında yerləşən miras qalmış 0.39 ha yaşayış məntəqəsi torpaq sahəsinə dair hissədə qeydiyyat tarixi xx.xx.2022, qeydiyyat nömrəsi **********, daşınmaz əmlakın reyestr nömrəsi **********3710301 olan çıxarış miras əmlaka münasibətdə ləğv edilməli, X12 miras qalmış ünvan 9 ünvanında yerləşən miras əmlak olan 0.39 ha yaşayış məntəqəsi torpaq sahəsinin üzərində və Şəmkir rayonu Ağlavaşlı (Qasım İsmayılov) kəndində yerləşən JN-0018 “Torpağa mülkiyyət Hüququna dair Dövlət Aktı”-ı və qeydiyyat tarixi xx.xx.2023, qeydiyyat nömrəsi **********, daşınmaz əmlakın reyestr nömrəsi **********3 olan çıxarışla qeydə alınmış ümumi 0.47 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin üzərində birinci növbə vərəsələr Cavabdeh3 6/10 (onda altı) hissədə, Cavabdeh4 1/10 (o nda bir) hissədə, X24 1/10 (onda bir) hissədə, Cavabdeh5 1/10 (onda bir) hissədə və mərhum İbrahimov Azər Abbas oğlunun 1/10 (onda bir) hissədə payları müəyyən edilməlidir. Həmçinin, X12 miras qalmış ünvan 9 ünvanında yerləşən miras əmlak olan 0.39 ha yaşayış məntəqəsi torpaq sahəsindən və Şəmkir rayonu Ağlavaşlı (Qasım İsmayılov) kəndində yerləşən JN-0018 “Torpağa mülkiyyət Hüququna dair Dövlət Aktı”-ı və qeydiyyat tarixi xx.xx.2023, qeydiyyat nömrəsi **********, daşınmaz əmlakın reyestr nömrəsi **********3 olan çıxarışla qeydə alınmış ümumi 0.47 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən miras açılanadək ölmüş birinci növbə vərəsəsi mərhum İbrahimov Azər Abbas oğluna çatacaq 1/10 (onda bir) hissədə miras əmlaklardakı payı, onun birinci növbə vərəsələri İddiaçı 1/10-in 1/3 (onda biri n üçdə biri) hissəsində, X25 1/10-in 1/3 (onda birin üçdə biri) hissəsində, X6 1/10-in 1/3 (onda birin üçdə biri) hissəsində payları müəyyən edilməlidir. Yuxarıda qeyd edilənlərə əsasən iddia tələbləri digər hissələrdə təmin edilməməlidir.

49. Məhkəmə həmin nəticəyə gələrkən Azərbaycan Respublikası Konstitusiyasının 13, 29, 43.1, 71, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 329.1, 337.2, 337.3, 337.4, 1133.1, 1133.2, 1146, 1151.1, 1159.1.1, 1180, 1182, 1225.1, 1243, 1247, 1253, 1262-ci maddələrinə və Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 88, 217.4, 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrinə istinad etmişdir. b) Apellyasiya instansiyası məhkəməsində icraat

50. İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, vəsiyyətnamənin, şəhadətnamələrin etibarsız hesab ed ilməsi, çıxarışın ləğv edilməsi, qanun üzrə vərəsə tanıma, payların müəyyən edilməsi, mülkiyyət hüququnun tanınması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

51. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. Belə ki, məhkəmə araşdırması zamanı işdə iştirak edən bütün prosessual tərəflər təsdiq edir ki, Şükufə Bayramovanın sağlığında Şəmkir rayonu, Ağlavaşlı kəndi, Qasım İsmayılov küçəsində yerləşən 4 nömrəli 0,39 ha həyətyanı torpaq sahəsi iki bərabər hissəyə bölünərək, faktiki olaraq biri Şahinin, digəri Familin sahibliyinə və istifadəsinə verilmişdir. Təqribən 1990-cı ildə həyətyanı sahə dövrə uyğun olaraq setka hasarla 2 bərabər sahəyə bölünmüşdür. Ata evindən di gər bacı-qardaşlar isə ailə qurduqca kənarda öz evlərinə köçmüşlər. Təqribən 1993-cü ildə Şahində özünə ayrılmış torpaq sahəsində yaşayış evi tikmişdir. Vaxtaşırı özünə aid torpaq sahəsində heyvan saxlamaq üçün yer, həyətdə oturmaq üçün naves, parnik, oğlu üçün 2-ci yaşayış evi və s. tikmişdir. Həmin tikililər dövlət qeydiyyatına alınmışdır. (xx.xx.2022-ci il tarixli və xx.xx.2022-ciil tarixli çıxarışlar). Şahin təqribən 10 sotdan artıq ərazidə müxtəlif tikililəri anası Şükufənin gözü qarşısında, onun xeyir duası ilə tikmişdir. Şahinə aid olan qalan ərazidə onun ailəsi tərəfindən müxtəlif kənd təsərüfatı məhsulları əkilməsi üçün istifadə edilirdi. Şükufə Bayramova sağlığında öz iradə ifadəsini bu formada bildirmişdir. Belə ki, qeyd olunan halları proses iştirakçıları təsdiq etmişdir. Yalnı z Famil həmin setka hasarın ev heyvanlarının qarşı tərəfə keçməməsi üçün çəkildiyini bildirmişdir. Familin söylədiyi fikir isə başa düşüləndir. Həmin setka hasar on illər boyu heç kim tərəfindən mübahisələndirilməmiş, nə Şükufə Bayramova, nə də başqa kimsə sökülməsini tələb etməmişdir. Yalnız məhkəmə mübahisəsi başladıqdan sonra Famil tərəfindən güclə sökülərək aparılmışdır. Hasarın sökülməsinin video görüntüsü olan diski məhkəməyə təqdim edilmişdir. Şükufə Bayramovadan miras qalmış digər əmlak, yəni 0,47 ha kənt təsərüfatı təyinatlı torpaq sahəsinin istifadəçiləri kimi məhz Şahin və Familin qeydə alınması təsadüfü deyil. Həmin torpaq sahəsidə onların ikisinin istifadəsinə verilmişdir. Vəsiyyətnamənin tərtib edilməsi Şükufə Bayramovanın istəyi ilə olmamışdır. Bu Familin qardaşının torpaq sahəsinə tamah etməsindən irəli gəlmişdir. Vəsiyyətnamə tərtib olunan vaxt Şükufə Bayramovanın 75 yaşı olmuşdur. Onun sağlamlığı yerində deyildir. Öz hərəkətlərinə cavabdeh olmurdu. Ona nə deyilirdi onu edirdi. Famil isə bundan məharətlə istifadə edərək saxta vəsiyyətnamə yaratmışdır. Saxta vəsiyyətnamədə, Şükufənin digər vərəsələri vərəsəlik hüququndan azad etməsi, bütün əmlakını yalnız Familə bağışlaması Şükufə Bayramovanın hərəkətinə, niyyətinə açıq aşkar ziddir. Şükufə, Şahinin tikdirdiyi əmlakları bu gün sökülmək təhlükəsi ilə qarşı-qarşıya qoyması kimi niyyəti ola bilməzdi. Tərtib olunmuş vəsiyyətnamənin məzmununu Şükufə bilməmiş və anlamamışdır. Bu hal vəsiyyətnamə şahidlərinin izahatlarında da təsdiq olunur. Şahidlər bildirirlər ki, vəsiyyətnamənin necə tərtib olumasını xatırlamır lar, onlar vəsiyyət edənlə sənəd tərtib edilməsi üçün heç vaxt bir araya gəlməmişlər və ya notariusun iştirakı ilə birgə vəsiyyətnamə tərtib etməmişlər və vəsiyyətnamənin elan edilməsi və ya vəsiyyət edənin vəsiyyətnaməni oxuması və razılıq verməsi kimi halların olmaması məhkəmə araşdırması zamanı tam aydın olmuşdur. Hətta belə bir məzmunlu vəsiyyətnaməyə imza etməyəcəklərini aydın şəkildə bildirmişlər. Familin xeyrinə tərtib edilmiş vəsiyyətnamənin hansı şəraitdə tərtib edilməsi yalnız ona məlumdur. O isə saxta vəsiyyətnamənin tərtibinin birbirinə zidd olan bir neçə variantını məhkəmə araşdırmasında bildirmişdir. Qeyd olunan hallara məhkəmə daha dəqiq yanaşmalı və ədalətli qərar qəbul etməli idi. Vəsiyyətnamə işinin əldə olunması üçün tərəfimizdən Dövlət Notariat Arxivinə sorğu edilmişdir. Vəsiyyətnamə işinin təsdiq edilmiş nüsxəsi və həmin vəsiyyətnamənin qeydə alındığı reyestr kitabının çıxarışı məhkəməyə təqdim edilmişdir. Qeyd olunan sənədlər mülki iş materiallarında mövcud olmasına baxmayaraq qətnamənin sübutlar siyahısında əks olunmur. Əldə olunmuş sənədlərdən görünür ki, vəsiyyətnamə işində mövcud olan sənəd yalnız vəsiyyətnamədir. Notarius, belə bir vacib notariat əməliyyatında, zəruri olan ətraflı, dəqiq araşdırma aparmamağı bir kənara, heç notariat hərəkətində iştirak edən şəxslərin şəxsiyyətlərini təsdiq edən sənədlərinin vəsiyyətnamə işində olmaması, qanunvericiliyin tələblərinin kobud şəkildə pozulmaqla aparıldığı, yaradılmış vəsiyyətnamənin saxta yollarla tərtib etdiyi ortaya çıxmış olur. Həmçinin Arxiv İdarəsindən əldə edilmiş digər sübut isə reyestr kitabın da olan imzalardır. Reyestr kitabında vəsiyyətnamə də iştirak etmiş şəxslərdən yalnız Şükufə Bayramovun imzası mövcuddur. Şahidlərin reyestr kitabına imzaları mövcud deyildir.

52. Cavabdeh3 apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etmişdir.

53. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. Belə ki, İddiaçı miras əmlakı faktiki qəbul etməmişdir. İddiaçı məhkəmə zalında mirası faktiki qəbul etməsi üçün hər hansı sübut təqdim etməmişdir. İşə baxılarkən məhkəmə iddiaçının mirası faktiki qəbul etməməsini müəyyən etmiş və qətnamədə iddiaçının mirası faktiki qəbul etməməsini göstərmişdir. Belə o lan halda işə baxan məhkəmə mirası faktiki qəbul etməyən vərəsənin mirasda payını müəyyən edə bilməzdi. Mülki Məcəllənin maddi hüquq normasında göstərilmişdir ki, vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etməsi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda və bununla da miras qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Mülki iş materiallarından da görünür ki, İddiaçı mirasın qəbulu üçün notariat kontoruna ərizə verməmiş, həmçinin miras əmlakdan faktiki istifadə etməmişdir.

54. Müstəqil tələb irəli sürən üçüncü şəxs Cavabdeh5 apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin tamamilə ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

55. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. Belə ki, X35 belə bir vəsiyyətnamə qoyması nə həqiqətə, nə də onun idarəsinə uyğun deyil. Torpaq sahəsi anasının sağlığında (1990-cü ildə) iki hissəyə bölünmüşdür. Bu bölgüyə heç vaxt etiraz edən olmamışdır. Torpaq sahəsinin ona aid hissəsinin 11 sotunda müxtəlif tikililəri vardır. Hətta orada oğluna da ev tikmişdir. Bütün bunlar anasının sağlığında baş vermişdir. 30 ildən artıq onun sahibliyində və istifadəsində olan torpaq sahəsinə hərə bir tərəfdən pay istəyir. Məhkəmənin qanunsuz qərarına görə i ona təqribən 4 sot torpaq ayrılmış olur. 4 sot torpaq sahəsi tikililərinin bir hissəsini əhatə edir. Miras qoyan X15 ünvan 3ində yerləşən evini, bütün əmlakını, 0.39 ha həyatyanı torpaq səhəsini, pay torpağını və əmanət kassasında olan pulunu oğlu Cavabdeh3 vəsiyyət etməsi barədə 4 may 2009- cu il tarixli Cavabdeh1 reyesterdə 2v-96 nömrə ilə qeydə alınmış vəsiyyətnamə qanunsuzdur, qanunvericiliyin normalarına zidd tərtib edilmişdir və məhkəmə tərəfindən etibarsız sayılmaldır.

56. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(104)-1650/2024 nömrəli iş üzrə 28 oktyabr 2024-cü il tarixli qətnaməsi ilə (R.Muradov - sədrlik edən və məruzəçi, hakimlər M.Mustafayev və F.Mehdiyev) İddiaçı, Cavabdeh3 və müstəqil tələb irəli sürən üçücü şəxs Cavabdeh5 tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməmiş, Şəmkir Rayon Məhkəməsinin 13 fevral 2024-cü il tarixli 2(076)-57/2024 nömr əli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

57. Apellyasiya instansiya məhkəməsi gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, hər iki iddia ərizəsində X15 adından 04 may 2009-cu il tarixdə verilmiş vəsiyyətnamənin saxta yollarla tərtib olunduğu qeyd olunaraq etibarsızlığı mübahisələndirilsə də, birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddia tələbləri həmin hissədə əsassızdır və gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, vəsiyyətnamə X15 özü tərəfindən imzalanmış və iki nəfər şəxsin şahidliyi ilə həmin vəsiyyətnamə qanunvericiliyin tələbinə uyğun şəkildə tərtib edilərək notarius tərəfindən təsdiq olunmuşdur. Vəsiyyətnaməni şahid qismində imzalamış şəxslər məkhəmə iclasında dindirilmiş və onlar vəsiyətnaməyə imza etdiklərini göstərmişlər, həmçinin iş üzrə təyin edilmiş ekspert rəyi ilə də bu hal öz təsdiqini tapmışdır. Şükufə Bayramovanın vəsiyyətnamə verərkən öz hərəkətlərini qavrayan şəxs olması, ruhi və ya psixi xəstəliyinin olmaması da sübuta yetirilmişdir.

58. Kollegiya hesab etmişdir ki, birinci instansiya məhkəməsi hər iki iddia üzrə X15 adından 04 may 2009-cu il tarixdə verilmiş vəsiyyətnamənin etibarsızlığı ilə bağlı yuxarıda göstərilənlərə istinadən hüquqi əsasların olmaması kimi qiymət verməsi işin faktiki hallarına uyğun olmaqla qnuni və əsaslı olmuşdur.

59. İddiaçı apellyasiya şikayətində digər dəlillərdən fərqli olaraq xüsusi vurğuladığı Reyestr kitabında vəsiyyətnamədə iştirak etmiş şəxslərdən yalnız Şükufə Bayramovun imzası mövcuddur, şahidlərin reyestr kitabında imzalarının mövcud olmaması dəlilinə münasibətdə kollegiyası şikayətin bu dəlilinin araşd ırılmasına xüsusi önəm verərək ünvan 4sinə sorğu vermiş və 04 may 2009-cu il 7E-2149 nömrəli Reyestr kitabını tələb etmişdir.

60. Qeyd olunan notariat hərəkətinin aparıldığı, yəni xx.xx.2009 cu ildə 2063 reyestr nəmrə ilə başlanıb, xx.xx.2009 ildə 2390 reyestr nömrə ilə qurtarmış Reyestr kitabından səhifəsi çıxarılaraq təsdiq olunmuş qaydada məhkəməyə göndərilmişdir. Müəyyən olunmuşdur ki, Reyestr kitabının 2149 sırasında 04 may 2009-cu ildə X42 və Şahid (hər ikisinin şəxsiyyət vəsiqəsi göstərilməklə) Reyestr kitabına imza etmişlər. Göründüyü kimi şikayətin qeyd olunan dəlili təsdiq olunmur.

61. Bununla bağlı kollegiya həmçinin qeyd etməyi zəruri hesab edir ki, vəsiyyətnamədəki imzanın X41 tərəfindən icra olunması birinci instansiya məhkəməsində keçirilmiş ekspert rəyi ilədə təsdiq olunmuş dur. X7 münasibətdə isə sonuncu vəsiyyətnaməyə imza etdiyini birinci instansiya məhkəməsində dindirilərkən etiraf etmişdir.

62. Vəsiyyətnamə tərtib olunan vaxt Şükufə Bayramovanın 75 yaşında olduğundan sağlamlığının yerində olmaması, öz hərəkətlərinə cavabdeh olmaması və ona nə deyirdilər onuda edirdi dəlilidə iş materialları ilə təsdiq olunmur, eləcədə iddiaçılar bu barədə məhkəməyə hər hansı mötəbər sübut təqdim etməmişlər.

63. Beləliklə də, yuxarıda qeyd olunanlar onu deməyə əsas verir ki, X32 tərəfindən 04 may 2009-cu il tarixdə verilmiş vəsiyyətnamə qanunvericiliyin tələbinə uyğun olmuş və etibarsızlığı üçün heç bir hüquqi əsaslar yoxdur.

64. Kollegiya qeyd edir ki, iddia tələbini ünvan 4sinin xüsusi notariusu tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 2V-1880, 2V-1881, 2V1882 və 2V -1883 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr etibarsız hesab edilməsi, qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr əsasında miras əmlaka dair Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 adına Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən ünvan 9 ünvanında yerləşən miras qalmış 0.39 ha yaşayış məntəqəsi torpaq sahəsinə dair hissədə qeydiyyat tarixi xx.xx.2022, qeydiyyat nömrəsi **********, daşınmaz əmlakın reyestr nömrəsi **********3710301 olan çıxarışı miras əmlaka münasibətdə ləğv edib, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusi ya Məhkəməsi Plenumunun 26 dekabr 2023-cü il tarixli qərarını hazırki iddia tələbləri üzrə mübahisələrə tətbiq edərək, X12 miras qalmış ünvan 9 ünvanında yerləşən miras əmlak olan 0.39 ha yaşayış məntəqəsi torpaq sahəsinin üzərində və Şəmkir rayonu Ağlavaşlı (Qasım İsmayılov) kəndində yerləşən JN-0018 “Torpağa mülkiyyət Hüququna dair Dövlət Aktı”-ı və qeydiyyat tarixi xx.xx.2023, qeydiyyat nömrəsi **********, daşınmaz əmlakın reyestr nömrəsi **********3 olan çıxarışla qeydə alınmış ümumi 0.47 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin üzərində birinci növbə vərəsələr Cavabdeh3 6/10 (onda altı) hissədə, Cavabdeh4 1/10 (onda bir) hissədə, X24 1/10 (onda bir) hissədə, Cavabdeh5 1/10 (onda bir) hissədə və mərhum İbrahimov Azər Abbas oğlunun 1/10 (onda bir) hissədə paylarını müəyyən etəməkl ə, X12 miras qalmış ünvan 9 ünvanında yerləşən miras əmlak olan 0.39 ha yaşayış məntəqəsi torpaq sahəsindən və Şəmkir rayonu Ağlavaşlı (Qasım İsmayılov) kəndində yerləşən JN-0018 “Torpağa mülkiyyət Hüququna dair Dövlət Aktı”-ı və qeydiyyat tarixi xx.xx.2023, qeydiyyat nömrəsi **********, daşınmaz əmlakın reyestr nömrəsi **********3 olan çıxarışla qeydə alınmış ümumi 0.47 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən mərhum İbrahimov Azər Abbas oğluna çatacaq 1/10 (onda bir) hissədə miras əmlaklardakı payı, onun birinci növbə vərəsələri İddiaçı 1/10-in 1/3 (onda birin üçdə biri) hissəsində, X25 1/10-in 1/3 (onda birin üçdə biri) hissəsində, X6 1/10-in 1/3 (onda birin üçdə biri) hissəsində paylarını müəyyən etməkdə düzgün nəticəyə gəlmişdir.

65. Kollegiya gəlmiş olduğu bu qənaətini onunla əsaslandırır ki, birinci instansiya məhkəməsinin gəldiyi bu nəticə məhz bu qətnamənin - Azərbaycan Respublikasının Mülki Məcəlləsi – bölüməsində sadalanan maddi hüquq normalarının tələblərindən, eləcədə adı çəkilən iki Konstitusiya Məhkəməsi Plenumunun qərarlarından irəli gəlmişdir və bu normaların tətbiqi də özlüyündə imperativ xarakter daşıyır. Ona görə də verilmiş apellyasiya şikayətlərinin dəlilləri qətnamənin bu hissədə də ləğvü üçün əsaslı sayıla bilməz.

66. Məhkəmə kollegiyası gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1, 1133.2, 1134.1, 1151.1, 1151.2, 1159.1, 1166, 1167, 1179, 1193, 1196, 1243.1, 1243.2, 1180.1, 1180.2, 1252, 1253.1, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələ rinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair” 26 dekabr 2023-cü il tarixli qərarına, MPM-nin 14.1, 77.1, 88-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

67. İddiaçı kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması, vəsiyyətnamənin və vərəsəlik hüququ haqqında şəhadətnamələrin etibarsız hesab edilməsi, çıxarışın ləğv edilməsi, qanun üzrə vərəsə tanıma, payların müəyyən edilməsi, mülkiyyət hüququnun tanınması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

68. Kassasiya şikayəti belə əsaslandırılmışdır ki, vəsiyyətnamə tərtib edilən zaman, vəsiyyətnaməyə imza edən şahidlərdən biri, X30 şəxsiyyət vəsiqəsin in etibarlılıq müddəti ötmüşdür. 35 yaşı tamam olduğundan şəxsiyyət vəsiqəsi yenilənməli idi. Etibarlılıq müddəti ötmüş şəxsiyyəti müəyyən edən sənədə əsasən notariat hərəkətlərinin aparılması qanunsuzdur. Təsadüfü deyil ki, məhz həmin şahid rayon məhkəməsində verilən izahat zamanı “həmin notariat hərəkəti barədə və vəsiyyətnaməyə imza edib-etməməsini xatırlamıram” bildirir (xx.xx.2023-cü il tarixli məhkəmə iclas protokolu; İ cild, səh. 224).

69. Vəsiyyətnaməni şahidlərə necə imzalatması yalnız Familin özünə məlumdur. Mülki işin araşdırması zamanı aydın olmuşdur ki, şahidlər nəyə imza etdiklərindən xəbərsiz olmuşlar. Yəni vəsiyyətnamə tərtib edilmə qaydası notarius tərəfindən pozulmuşdur. Həmin notarius ölmüşdür. Şəmkir rayonunda həmin notariusun apardığı notariat hərəkətləri kütləvi mü bahisələndirilir və böyük əksəriyyəti etibarsız hesab olunur.

70. Vəsiyyətnamə tərtib olunan vaxtı vəsiyət edən - Şükufə Bayramovanın 75 yaşı var idi. Həmçinin sağlamlığı tam yerində deyildi, öz hərəkətlərini anlamırdı. Vəsyyətnaməyə imza edən digər şahid, Şahid izahatında bildiriki, “vəsiyyətnaməni mən imzalamışam, lakin harada imzaladığımı xatırlamıram. Şükufə mənə kənddə evini oğlu Familə verdiyini bildirir. Həmin vaxt Şükufə Bayramovanın əlində kağız olmamışdı. Mən nəyə qol çəkdiyimi oxumadım və həmin sənədi heç kəs mənə oxumadı. Notarius sənədi yüksəkdən oxuması elan edilməmiş və biz bir olmamışıq. Şükufənin Şahinin evinin olduğu torpağı Familə verdiyini bilmiş olsaydım vəsiyyətnaməni imzalamazdım.” (xx.xx.2024-cü il məhkəmə iclas protokolu; İİ cild səh.115)

71. Əgər məhkəmə şahidin i zahatını qəbul edirsə və bu izahatı vəsiyyətnamənin etibarlılığına gətirib çıxarırsa, onda onuda qəbul etməlidir ki, Şükufə Bayramova şahidə EVİNİ oğlu Familə vermək istəyini bildirmişdir. Halbuki həmin evin Familə məxsus olmasını heç kim mübahisələndirmir. Və həmin evdə Famil ailəsi ilə yşayır. Necə ki, torpaq sahəsinin digər sonunda Şahinə məxsus tikililər vardır. Şahid Hidayət onuda bildirdi ki, “digər şahid Elçin Rəhimovu tanıyıram. O mənim qonşumdur. Elçinlə mənim aramda hərhansı alqı-satqı olmamışdır.” (xx.xx.2024-cü il məhkəmə iclas protokolu; İİ cild səh. 115116)

72. Hər hansı formada vəsiyyətnaməni yaratmış, vəsiyyətnamə tərtibində iştirak etməyən şahidlərə, hər hansı qanunsuz yolla vəsiyyətnamənin imzalanılmasına nail olmuş Famil, vəsiyyətnamə tərtib olunan zaman 75 yaşlı olan Şü kufə Bayramovanıda həmin qaydada aldadmışdır. Belə ki, Cavabdeh3 izahatında, s/c bildirir ki, “Vəsiyyətnamə tərtib edərkən mən, anam Şükufə və qardaşım Şahinlə birgə notariusa Şahinə məxsus qazeldə getdik. Mənim adıma anam tərəfindən vəsiyyətnamə verilərkən şahidlərlə notariat kontorunda təsadüfən qarşılaşdıq. Onlar öz aralarında (yəni şahid Elçin və şahid Hidayət) notariat işi aparırdılar” (xx.xx.2023-cü il məhkəmə iclas protokolu, İ cild, səh. 203). Bu halı Şahində təsdiqləyir. Lakin notariusa niyə getdiklərindən məlumatsız olmuşdur və o, notariat ofisinə girməmiş onları bayırda gözləmişdir. Rayon məhkəmənin sonuncu iclasında Hidayət heç vaxt Elçinlə birgə notariat əməliyyatı aparmadığını hər hansı alqı satqı aparmadığını bildirdikdən sonra (“digər şahid Elçin Rəhimovu tanıyıram. O mənim qonşumdur. Elçinlə mənim aramda hər-hansı alqı-satqı olmamışdır.” (xx.xx.2024-cü il məhkəmə iclas protokolu; İİ cild səh. 115-116)) Famil yerindən yüksək səslə qışqıraraq proses iştirakçılarına hədələyər və çarpaz suallar zamanı bildirər ki, “Mən, anam Şükufə, Hidayət və Elçin birlikdə Hidayətə məxsus avtomobillə notariusa getdik.” Əvvəl verdiyi izahatda tam fərqli fikir bildirdiyi barədə sual isə “Mən məhkəmədə ilkin verdiyim ifadəmi dəyişirəm, biz ilkin olaraq Şahinlə getdik lakin onu polis saxladığı üçün yolda problem oldu” (xx.xx.2024-cü il məhkəmə iclas protokolu, İİ cild, səh. 115-) (İİ cild səh. 116 bəzi hissələrdə yəqinki texniki səhv olub. Şahid əvəzinə Elçin Rəhimov göstərilmişdir.) Əlbətdə ki, Familin dediklərini Şahid təsdiq etmədi. Məhkəmənin həmin iclasının audio yazı diskin i əlavə olaraq mülki işə baxan hakimə göndəriləcəkdir. Familin danışdığı ağ yalanlara, qanunsuzluqlara məhkəmələr göz yumur. Vəsiyyətnamənin necə tərtib edilməsi barədə Famildən başqa heç kimə məlum deyildir. Göz yumması bir kənara, işin halları barədə obyektiv araşdırma aparmaq əvəzinə məhkəmə kollegiyası Cavabdeh3 müdafiəsində bir vəkil kimi dayanır. Məhz bu səbəblərdən də məhkəmə kollegiyasına etirazlar edilmişdir.

73. Məhkəmə araşdırması zamanı, tərtib olunmuş vəsiyyətnamənin saxta olunması dəfələrlə təsdiq olunmuşdur. İstər vəsiyyətnamənin vəsiyət edənin iradə ifadəsinə zidd olması, istər vəsiyyətnamə şahidlərinin izahatlarında, vəsiyətnamənin tərtib olunma qaydalırına qəti riayət olunmaması barədə aydın izahat vermələri, istər vəsiyyətnaməni tərtib etmiş notariusun qanunvericiliyin tələblərini kobud şəkildə dəfələrlə pozması, istər Familin xeyrinə tərtib olunmuş vəsiyyətnamənin etibarsız olması Familin ziddiyyətli izahatında aydın olmuşdur. Vəsiyyətnamə işi Notariat Arxiv İdarəsindən vəkil sorğusu ilə götürülmüş, məlum olur ki, vəsiyyətnamə işində yalnız vəsiyyətnamə möcuddur. Bu isə bir daha təsdiq edir ki, vəsiyyətnamənin tərtib edilməsində notariat hərəkətlərinin aparılmasına riayət edilməmişdir.

74. Digər bir məsələ isə miras əmlakından notarial qaydada ərizə verməklə miras payından imtina etmiş Amil İbrahimovun müəmmalı şəkildə yenidən ona miras əmlakından pay müəyyən edilməsi tamamilə qanunsuzluq və ədalətsizlikdir. Belə ki, digər vərəsə Sentaura İbrahimova kimi Amil İbrahimovda miras əmlakından imtina barədə notarial qaydada ərizə verməkə miras payından imtin a etmişdir.

75. İlk növbədə, məhkəmə gedişatında iddiaçının və müstəqil tələb irəli sürən üçüncü şəxsin verdiyi vəsatətlər təmin edilməmişdir. İstər yerli baxış keçirilməsi barədə, istər şahidlərin təkrar dindirilməsi barədə, rayon məhkəməsindən məhkəmə iclaslarının audio yazılarının tələb edilməsi barədə vəsatətlər. Hətta iddiaçı tərəfindən apellyasiya şikayətinə əlavə təqdim edilməsinə baxmayaraq bu barədə heç yerdə nə müzakirə olunmur və nə də Qətnamədə qeyd edilmir. Məhkəmə kollegiyasına edilmiş etirazlar nəzərə alınmır, təmin edilmir. Məhkəmə özünün aşkar Cavabdeh3 tərəfində olmasını aşkar büruzə vermişdir. Hətta sədrlik edən Rəhman Muradov və Mustafa Mustafayev cavabdehin müdafiəsində vəkil kimi dayanmaqla məhkəmə prosesini aparırdılar. Məhkəmə iclasında birbaşa bu barədə və məhkəmə kollegiyasının aşkar davranışlarına nümayəndələr tərəfindən etirazlar edilmişdir. Sədrlik edən hakimin cavabdehlə qohumluq əlaqəsi olmasına və s. səbəblərə baxmayaraq etirazlar təmin edilməmiş, işə baxılmasına davam edilmişdir.

76. Məhkəmə kollegiyası İşin faktiki hallarına əhəmiyyət vermiş olsaydı, aydın görmüş olardı ki, vəsiyyətnamə vəsiyyət edənin iradə ifadəsini əks etdirmir. X53 torpaq sahəsini və bütün əmlakını bütünlüklə Familə verməklə digər vərəsələri miras əmlakından məhrum etmək kimi niyəti olmamışdır. Müstəqil tələb irəli sürən Cavabdeh5 apellyasiya məhkəməsinə təqdim etdiyi ərizədən və rəydən görünür ki, hələ Şükufənin sağlığında Şahin həmin torpaqda 11 sota yaxın tikili tikmişdir. Bu isə Şükufənin narazılığına heç vaxt səbəb olmamışdır. Halbuki bu günki Qətnamə ilə Şahinə cə mi 4 sot torpaq sahəsi ayrılmışdır.

77. Müstəqil tələb irəli sürən üçücü şəxs Cavabdeh5 kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması, vəsiyyətnamənin və onun əsasında verilmiş sənədlərin etibarsız hesab edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

78. Kassasiya şikayəti belə əsaslandırılmışdır ki, vəsiyyətnamənin iki şahidin iştirakı ilə təsdiq edilmə qaydadları AR Mülki Məcəlləsinin 1180-ci maddəsi və Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimatın təsdiq edilməsi barədə” 11 sentyabr 2000-ci il tarixli qərarı ilə tənzimlənir. Belə ki həmin qərarın (təlimatın) 60-ci hissəsinin 2-ci abzasına əsasən vəsiyyətnaməni vəsiyyət edənin sözlərindən notariusun iki şahidin yanında y azmasına yol verilir. Vəsiyyət edənin sözlərindən notariusun yazdığı vəsiyyətnaməni vəsiyyət edən oxumalı və notariusun, şahidlərin yanında imzalamalıdır.

79. Birinci instansiya məhkəməsində vəsiyyatnaməyə imza atmış şəxslər (şahidlər) qeyd etmişdirlər ki, sözügedən vəsiyyatnaməyə imza atmamış və onun məzmunu barədə heç bir məlumatları olmamışdır.

80. Şahidlərin məhkəmədə verdikləri ifadə sözügedən vəsiyyatnaməni 11 sentyabr 2000-ci il tarixli qərara (təlimata) əsasən etibarsız sayılması üçün əsasdır. Belə ki, hər iki şahidin ifadəsində heç bir ziddiyyət mövcud deyildir və onlar notarius ofisində vəsiyyət verən tərəfindən vəsiyyətnamənin oxunduğu və ya imzalandığı faktını təsdiqləmirlər.

81. Bundan əlavə, 11 sentyabr 2000-ci il tarixli qərarın (təlimatın) 62-ci hissəsinə əsasən, əgər vəs iyyətnamə vəsiyyət edənin sözlərinə əsasən notarius tərəfindən tərtib olunursa, vəsiyyətnamədə vəsiyyət edəndən başqa, iki şahidin imza etməsinə yol verilir. Bu halda notarius ilk növbədə hər iki şahidin imzalarının həqiqiliyini, sonra isə vəsiyyətnaməni təsdiq etməlidir.

82. Notarius şahidlərin imzalarının həqiqiliyini təsdiq edərkən onların şəxsiyyətini müəyyən etməlidir. Şəxs barədə məlumatlar şəxsiyyət vəsiqəsi əsasında müəyyən edilir. 83. 11 sentyabr 2000-ci il tarixli qərarın (təlimatın) 13-cü hissəsinin 8-ci abzasına əsasən, Notarius notariat hərəkəti aparılan şəxsin şəxsiyyətini müəyyən edən sənədlərin qüvvədə olmasını da yoxlamalıdır.

84. Belə ki, vəsiyyətnaməyə imza atan və onun imzasının həqiqiliyi Notarius tərəfindən təsdiq edilən Rəhimov Elçinin (şahid) şəxsiyyət vəsiqəsinin q üvvədə olma müddəti bitmişdir. “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Qanununa əsasən 35 yaşı tamam olmuş şəxsin şəxsiyyət vəsiqəsi etibarsız sayılır və mütləq təzələnməlidir. Qüvvədə olmayan şəxsiyyət vəsiqəsi əsasında Rəhimov Elçinin notarial hərəkətlər aparılan sənədlərə imza atmaq hüququ mövcud deyildir.

85. Qüvvədən düşmüş səxsiyyət vəsiqəsi əsasında aparılan notarial hərəkətlər və həmin hərəkətlər əsasında təsdiq edilmiş sənədlər etibarsız sayılmaldır.

86. Notarius tərəfindən məhrum Bayramova Şüküfənin əqli qabiliyyəti birmənalı olaraq yoxlanılmalı idi. Bəlli ki, AR qanunvericiliyində qeyd edilmiş imperativ normalara zidd şəkildə təsdiq edilmiş vəsiyyətnamə tərtib edilərkən Bayramova Şüküfənin 75 yaşı var idi. Vasiyyətnamə birmənalı olaraq X18 xeyrinə oldu ğundan və Bayramova Şüküfə öz oğlu ilə Notarius ofisinə gəldiyindən X19 əqli cəhətdən öz şüurunda olması barədə müvafiq həkim rəyi tələb etməsi məqsədəuyğun olardı. Vəsiyyanaməyə imza atmış şəxslərin Bayramova Şüküfəni xatırlamadığı barədə verdikləri izahatı nəzərə alınsa məhrumun Notarius ofisində iştirak edib-etmədiyi məsələsi də Şəmkir Rayon Məhkəməsi və Gəncə Apellyasiya Məhkəməsi tərəfindən yoxlanılmamış və hüquqi qiymət verilməmişdir.

87. Məhkəmə işin faktiki vəziyyətinə əhəmiyyət vermədən yalnız saxta vəsiyyətnaməni əsas götürməklə miras əmlakını qanunsuz bölməsi ilə mülkiyyət hüquqlarının kobud şəkildə tapdanmaqdadır. X35 belə bir vəsiyyətnamə qoyması nə həqiqətə, nə də onun iradəsinə uyğun deyil.

88. Belə ki, torpaq sahəsi anasının sağlığında (1990-cı ildə) iki bərabər hissəyə böl ünmüşdür. Yarısı Familə, yarısı ona verilmişdir. Digər bacı qardaşlar ailə qurub oradan köçmüşlər. Bu halı məhkəmə prosesində iştirak edən hər kəs təsdiqləmişdir. Torpağın bir başında Famil ata evlərində yaşamağa davam etmişdir. Digər başında o, özünə ev tikmiş, ailə qurmuş, bu günə qədər orada yaşayır. Bu bölgüyə heç vaxt etiraz edən olmamışdır. Torpaq sahəsinin ona aid hissəsində ayrı-ayrı vaxtlarda 11 sotu əhatə edən müxtəlif tikililəri vardır. Hətta orada oğluna da ev tikmişdir. Bütün bunlar anasının sağlığında, onun xeyir-duası ilə baş vermişdir.

89. Torpağın ona aid olan qalan hissəsində kənt təsərrüfatı məhsulları əkir. 1990-cı ildə torpağın iki hissəyə bölünməsi setka hasarla aparılmışdır. Həmin setka hasar hazırkı məhkəmə mübahisəsi başlayanadək orada qalmaqda idi. Tərəflərindən m əhkəməyə müraciət edildikdən sonra Famil həmin setka hasarı güc yolu ilə sökdü. Bu video çəkiliş olan disk məhkəməyə təqdim edilmiş iş materiallarına əlavə edilmişdir. Bu gün isə 30 ildən artıq onun sahibliyində, istifadəsində olan torpaq sahəsinə hərə bir tərəfdən pay istəyir. Məhkəmənin qanunsuz qərarına görə isə ona təqribən 4 sot torpaq ayrılmış olur. 11 sot ərazini əhatə edən tikililərin böyük hissəsinin sökülməsinə gətirib çıxaracaqdır.

90. Bütün bunları, faktiki vəziyyəti məhkəmə görməli idi. Təəssüf ki, Apellyasiya instansiya məhkəməsi yerli baxış keçirməkdən imtina etmişdir. Tikililəri əks etdirən qiymətləndirmə rəyi Gəncə Apellyasiya Məhkəməsinə təqdim edilmiş, iş materriallarında vardır.

91. X1 miras əmlakından imtina etməsi barədə notarial ərizəsi mövcud olmasına baxmayaraq, hə min şəxsə miras payı ayırması tamamilə qanunsuzdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

92. Kassasiya şikayətlərinə qarşı yazılı etiraz daxil olmamışdır. Kassasiya baxışının hədləri

93. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

94. Məhkəmə kollegiyası, qətnaməni iddiaçının və müstəqil tələb irə li sürən üçüncü şəxsin mübahisələndirdikləri hissədə yoxlamışdır. Odur ki, aşağıda aparılan hüquqi dəyərləndirmə kassasiya şikayətlərinin həddi və dəlilləri ilə bağlıdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

95. Maddə 141.1. Əgər daşınmaz əmlakın dövlət reyestrinin məzmunu torpaq sahəsi üzərində hüquqa və ya həmin hüququn məhdudlaşdırılmasına dair həqiqi hüquqi vəziyyətə uyğun deyildirsə, hüququ qeydə alınmamış və ya hüququ düzgün qeydə alınmamış şəxs, yaxud mövcud olmayan yüklənmə haqqında qeydin daxil edilməsi ilə hüququ pozulmuş şəxs daşınmaz əmlakın dövlət reyestrində qeyddə düzəlişin aparılması üçün belə düzəlişlə hüququna toxunulan şəxsdən razılıq verməsini tələb edə bilər.

96. Maddə 141.2. Bu Məcəllənin 141.1-ci maddəsində nəzərdə tutulmuş hallarda daşınma z əmlakın dövlət reyestrinin mötəbərliyinə qarşı etiraz edilə bilər.

97. Maddə 141.3. Daşınmaz əmlakın dövlət reyestrinə etirazla bağlı qeydin daxil edilməsi məhkəmənin qərarı və ya reyestrdə düzəlişin aparılması ilə hüququ toxunulan şəxsin razılığı ilə həyata keçirilir.

98. Maddə 1133.1. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir.

99. Maddə 1133.2. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır.

100. Maddə 1134.1. Qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilə rlər.

101. Maddə 1151.1. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir.

102. Maddə 1151.2. Mirasa ümumi mülkiyyətdən ölənə çatası pay, əmlakın naturada bölünməsi mümkün olmadıqda isə bu əmlakın dəyəri daxildir.

103. Maddə 1159.1. Qanun üzrə vərəsəlik zamanı birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar.

104. Maddə 1159.1.3. Bu sonuncuların nəvələri, nəticələri və uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsələri olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası paydan bərabə r miras alırlar.

105. Maddə 1166. Fiziki şəxs ölməsi halı üçün öz əmlakını və ya onun bir hissəsini həm vərəsələr sırasından, həmdə kənar adamlar sırasından bir və ya bir neçə şəxsə qoya bilər.

106. Maddə 1167. Vəsiyyətnamənin tərtib edildiyi məqamda ös hərəkətləri barəsində şüurlu mühakimə yürüdə bilən və öz iradəsini aydın ifadə edə bilən yetkinlik yaşına çatmış fəaliyyət qabliyyətli şəxs vəsiyyət edə bilər.

107. Maddə 1179. Vəsiyyətnamə yazılı formada tərtib edilməlidir. Həmdə notariat formasında və ya bunsuz yazılı vəsiyyətnaməyə yol verilir.

108. Maddə 1180.1. Vəsiyyətnaməni vəsiyyət edənin sözlərindən notariusun iki şahidin yanında yazmasına yol verilir. Vəsiyyətnamənin yazılması zamanı hamılıqla qəbul olunmuş texniki vasitələr tətbiq edilə bilər.

109. Maddə 1180.2. Vəsiyyət edənin sözlərindən notariusun yazdığı vəsiyyətnaməni vəsiyyət edən oxumalı və notariusun, şahidlərin yanında imzalamalıdır.

110. Maddə 1193. Vəsiyyət edənin uşaqlarının, valideyinlərinin və arvadının (ərinin) vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi payı vardır. Bu pay qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısını (məcburi pay) təşkil etməlidir.

111. Maddə 1194. Məcburi payı tələb etmək hüququ mirasın açıldığı an əmələ gəlir. Bu cür tələb hüququ vərəsəlik üzrə keçir. Məcburi payı tələb etmək hüququ olan şəxs qarşısında digər vərəsələr birgə borclu kimi çıxış edirlər.

112. Maddə 1195. Məcburi payın tam həcmi vəsiyyət tapşırığını və ya ümumi faydalı məqsədlər üçün hər hansı hərəkəti yerinə yetirməkdən ötrü nəzərdə tutulan əmlak da daxil olmaqla, bütün mirasdan müəyyən ləşdirilir

113. Maddə 1196. Vərəsələrdən hər birinin payı müəyyənləşdirilərkən əgər vəsiyyətnamə olmasaydı, miras almağa çağırıla biləcək qanun üzrə vərəsələrin hamısi nəzərə alınmalıdır. Vəsiyyət üzrə vərəsələr nəzərə alınmır.

114. Maddə 1252. Əgər vərəsə miras açıldıqdan sonra, lakin miras qəbul edilənədək ölərsə, mirasdan pay almaq hüququ onun vərəsələrinə keçir (irsi transmissiya).

115. Maddə 1255. Qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır.

116. Maddə 1256. Vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirasın qəbulundan imtina edə bilər. Üzrlü səbəb olduqda məhkəmə bu müddəti iki aydan çox olmayaraq uzada bilər. Mirasın qəbulundan imtina notariat orqanında rəsmiləşdirilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

117. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

118. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

119. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

120. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

121. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

122. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

123. Mübahisəyə mahiyyəti üzrə baxan məhkəmələr iş materiallar ını araşdıraraq bu qənaətə gəlmişlər ki, X11 qalmış miras əmlaka dair daşınmaz əmlakın dövlət reyestrində Cavabdeh3, Cavabdeh5 və Cavabdeh4 adına aparılmış mülkiyyət qeydləri həqiqi hüquqi vəziyyətə uyğun olmamışdır.

124. Belə ki, mirasqoyan Şükufə Bayramova vəfat etdikdən sonra onun birinci növbə vərəsələri qanunla müəyyən edilmiş müddətdə mirasdan imtina etmədikləri üçün hər biri mirası qəbul etmiş sayılırlar.

125. Qanuna əsasən, qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır (§ 115).

126. O da müəyyən olunmuşdur ki, mirasqoyan Şükufə Bayramova öz əmlakını Cavabdeh3 vəsiyyət etmişdir, həmin vəsiyyət sərəncamının etibarsızlığı iddia olunsa da sübuta yetirilməmişdir.

127. Belə olan halda, Cavabdeh3 miras payı, habelə digər birinci növbə vərəsələrin məcburi payları nə zərə alınmaqla bütün vərəsələrin miras paylarının, o cümlədən birinci növbə vərəsə İbrahimov Azər Abbas oğlunun övladı İddiaçı miras əmlakda payının müəyyən edilməsi yuxarıda göstərilən qanunvericiliyə və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair” 26 dekabr 2023-cü il tarixli Qərarında ifadə edilmiş hüquqi mövqelərə uyğun olmuşdur.

128. Həmin qərara əsasən, “...miras qoyanın ölümü ilə yaranan vərəsəlik hüquq münasibətləri vərəsənin mirasdan imtina etməsi anınadək davam edir. Vərəsə statusunda olan şəxs bu statusdan imtina etmək qərarına gələrsə, bununla bağlı iradə ifadəsini Mülki Məcəllənin 1256 -cı maddəsinə müvafiq olaraq, vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində ifadə etməlidir....mirasdan imtina etməyən vərəsə mirası qəbul etmiş vərəsə hesab edilməli və vərəsələr arasında miras əmlakın bölüşdürülməsi Mülki Məcəllənin 1301-ci maddəsinə uyğun olaraq həyata keçirilməldir”.

129. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara, eləcə də İddiaçı və Cavabdeh5 dəlillərinə qanunvericiliyə uyğun hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.

130. Məhkəmə tərkibi kassasiya şikayətlərinin X24 mirasdan imtina etməsi barədə notarial ərizəsi mövcud olmasına baxmayaraq, həmin şəxsə miras payının ayırmasının qanunsuz olmasına dair dəlilləri ilə bağlı qeyd edir ki, miras açıldıqdan üç ay keçdikdən sonra mirası qəbul etməmək haqqında verilən ərizə mirasdan imtina deyil, vərəsənin öz miras payına sərəncam kimi qiymətləndirilir. Amil İbrahimov notarial ərizəsi ilə özünün miras payına sərəncam verərkən vərəsəlik hüququ haqqında şəhadətnamənin Cavabdeh3 almasına etirazı olmadığını bildirmişdir.

131. Belə olan halda, həmin iradə bəyanı kassasiya şikayəti verən vərəslərin xeyrinə bir sərəncamı özündə ehtiva etmədiyi üçün hazırkı iş üzrə vərəsəlik payları müəyyən edilərkən Amil İbrahimova da payın verilməsi kassatorlar İddiaçı və Cavabdeh5 əmlak mənafeyinə təsir göstərmir. Nəticə etibarilə k assatorlara qanunla müəyyən edilmiş pay nisbətindən az vərəsəlik payı verilməmişdir.

132. Kassasiya şikayətinin bəzi dəlilləri işin faktiki halları ilə əlaqədardır ki, həmin hallar kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Kassasiya instansiyası məhkəməsi sübuta yetirilməyən halların əlavə araşdırılması vəzifəsini öz üzərinə götürmədən mülki prosesdə rəhbər tutulan hüquqi həqiqət prinsipinə uyğun olaraq, yalnız iş üzrə müəyyən edilmiş hallara hüququn düzgün tətbiq edilib-edilmədiyini yoxlayır.

133. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, k assasiya şikayətlərinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.

134. Ona görə də kassasiya şikayətləri təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

135. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayətləri təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(104)-1650/2024 nömrəli iş üzrə 28 oktyabr 2024-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar