Məhkəmə qərarları › İş №2(102)-7935/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-7935/2019

25.12.2019 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-7935/2019 25.12.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (sədrlik edən və məruzəçi - hakim), Əsgərov Qürbət Ağa oğlu, Hacıyev Sənan Firudin oğlundan ibarət tərkibdə, X20 oğlunun katibliyi, Cavabdeh X4 iştirakı ilə, İddiaçı cavabdehlər X6, "xxxx" MMC-nə və "Cavabdeh3" MMC-nə qarşı “müqavilənin və maliyyə arayışının etibarsız hesab edilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 04 iyul 2019-cu il tarixli 2(103)-8250/2019 nömrəli qətnaməsindən İddiaçı vəkili Vəkil tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə baxara q, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər X6, "Cavabdeh2" MMC-nə və "Cavabdeh3" MMC-nə qarşı “müqavilənin və maliyyə arayışının etibarsız hesab edilməsi tələbinə dair”” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, LLL mərtəbəsində yerləşən 95.5 kv.m sahəsi olan 2 otaqlı 689 saylı mənzilə dair Cavabdeh2 MMC-nin direktoru Q.X1 arasında bağlanmış müqavilənin və eyni tarixli maliyyə arayışının etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh3 MMC-nin rəhbəri ilə iddiaçı arasında 14.12.2007-ci il tarixdə LLL mərtəbəsində yerləşən, sahəsi 95.5 kv.m olan 689 saylı, 2 otaqlı mənzilin alqı-satqısına dair müqavilə bağlanmışdır. Mənzilin 60165 manat dəyərini müqavilə bağlanan gün tam ödəmiş və bundan sonra mülkiyyə tində olan mənzili tam təmir etmiş və binanın istismara qəbul edilməsini gözləmişdir ki, göstərilən mənzilə köçsün. 22.07.2018-ci il tarixdə aldığı məlumat əsasında Cavabdeh3 MMC-nin LLL-də yerləşən ofisinə getmişdir. Həmin vaxt ona bildirmişlər ki, ona məxsus tam təmirli, qapısı bağlı olan mənzilinə dair satış aparmağa qəti səlahiyyəti olmayan Cavabdeh2 MMC ilə X10 arasında 30.01.2008-ci il tarixdə onlardan xəbərsiz müqavilə bağlanmışdır. Buna görə də ona arayış verilməmişdir. Belə olan halda müqavilənin və qətnamənin ona verilməsini xahiş etmişdir. 27.12.2018-ci il tarixdə Cavabdeh3 MMC-nin hüquqşünası Nəsimi Rayon Məhkəməsi tərəfindən çıxarılmış Cavabdeh2 MMC tərəfindən mənzilin cavabdehə təhvil verilməsi öhdəliyinə dair 16.01.2012-ci il tarixli qətnaməsini və cəmiyyətin mənzilə dair ca vabdehlə bağladığı müqaviləsinin surətlərini və digər hüquq müəyyən edən sənədləri ona təqdim etmişlər. Həmçinin, Cavabdeh3 MMC-nin səlahiyyətli şəxsləri ona bildirmişlər ki, onlar mənzilin boşaldılması ilə əlaqədar maraqlı şəxs kimi məhkəməyə müraciət etmişlər. Lakin bir neçə ay gözləməsinə baxmayaraq, nəticə olmadığı üçün özü iddia qaldırmaq qərarına gəlmişdir. Belə ki, mübahisəli mənzilin yerləşdiyi binanın tikildiyi LLLyaşayış massivində dairəvi yolun üstündə yerləşən 0.1 hektar torpaq sahəsi Bakı şəhəri İcra Hakimiyyəti Başçısının 27.07.2005-ci il tarixli, 203 saylı sərəncamı ilə yaşayış binasının layihələşdirilməsi və tikintisi üçün "Cavabdeh3" MMC-nə ayrılmışdır. 08.11.2007-ci il tarixdə "Cavabdeh3" MMC ilə "Cavabdeh2" MMC arasında bağlanmış birgə təsərrüfat fəaliyyəti haqqında müqa vilənin 1.1 bəndinə əsasən 1-ci tərəf (Cavabdeh3 MMC) ona ayrılmış torpaq sahəsini və tikinti üçün tələb olunan bütün sənədləri 2-ci tərəfə (Cavabdeh2 MMC-nə) təqdim etmiş, 2-ci tərəf isə ona təqdim olunmuş torpaq sahəsində yaşayış binasının tikintisini layihə və tikinti sənədlərinə uyğun olaraq öz şəxsi vəsaiti hesabına tam tikib başa çatdırmağı öhdəsinə götürmüşdür. Müqavilənin 2.1.5 bəndinə əsasən 1-ci tərəf, 2-ci tərəfə gördüyü işin öz payına düşən hissəsindən, yəni satışını təşkil etdiyi yaşayış və qeyri-yaşayış sahəsinin özünə çatan hissəsinin 25%-ni tikintini başa çatdırmaq üçün ancaq "Cavabdeh3" MMC-nin adından rəsmiləşdirmək şərti ilə, yəni yaşayış və qeyri-yaşayış sahələrinin satılmasına dair tərtib edilən müqavilələrin, ödəniş qəbzlərinin, maliyyə arayışlarının, kassa mədaxil orderlərinin və digər sənədlərin "Cavabdeh3" MMC-nin sədrinin imzalaması və möhürlənməsi yolu ilə icazə verilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 358.1-ci maddəsində göstərilir ki, səlahiyyətsiz şəxsin əşyaya və hüquqa dair sərəncam verməsi, əgər səlahiyyətli şəxsin icazəsi (qabaqcadan verilmiş razılığı) ilə həyata keçirilirsə, etibarlıdır. Göründüyü kimi Q.Rəhimova binanın qanuni sahibi tərəfindən nə müqavilə ilə nə də ki, qanunla satışa icazə verilməmişdir. Mübahisə predmeti olan mənzil üçün binanın qanuni sahibi Cavabdeh3 MMC-nə pul vəsaiti də ödənilməmişdir, həmin mənzilin dəyərini o ödəmişdir. X10 ilə bağlanmış mənzil tikintisi haqqında müqavilə MM-də müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlandığından etibarsız hesab edilməlidir. Bundan başqa öhdəliyin əmələ gəlməsin ə dair cavabdeh ilə binanın qanuni sahibi Cavabdeh3 MMC arasında MMnin 386.1, 387.3-cü maddələrinə uyğun müqavilə bağlanmamış və qətnamədə Cavabdeh3 MMCnə məxsus mənzilin ünvanı göstərilsə də, öhdəliyin onun üzərinə qoyulduğu göstərilməmişdir. MMnin 386.1-ci maddəsində göstərilir ki, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 387.3-cü maddəsində göstərilir ki, öhdəlik tərəf kimi onda iştirak etməyən şəxslər (üçüncü şəxslər) üçün vəzifələr yaratmır. MM-in 452-ci maddəsində göstərilir ki, fərdi-müəyyən əşyanı kreditorun mülkiyyətinə və ya əvəzli istifadəsinə vermək öhdəliyi icra edilmədikdə kreditor həmin əmlakın borclunun əlindən alınmasını və öhdəlikdə nəzərdə tutulan şərtlərlə ona verilməsini tələb edə bilər. Bu hüquq əmlakın üçüncü şəxsə mülkiyyət hüququ ilə verildiyi halda aradan qalxır. Əgər əmlak hələ verilməmişsə öhdəlik hansı kreditorun xeyrinə daha əvvəl əmələ gəlmişsə, üstünlük o kreditorundur, bunu müəyyənləşdirmək mümkün olmadıqda isə daha əvvəl iddia irəli sürənindir. Kreditor öhdəliyin predmeti olan əmlakın ona verilməsini tələb etmək əvəzinə zərərin əvəzinin ödənilməsini tələb edə bilər. X10 ilə bağlanmış mənzil tikintisi haqqında müqavilə MM-də müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlandığından etibarsız hesab edilməlidir. Göründüyü kimi iddiaçı mənzilin qanuni sahibi Cavabdeh3 MMC-dən aldığı mənzilin dəyərini MM-nin 178.8-ci maddəsinin tələbinə uyğun tam ödəməklə ü stünlük hüququ daha əvvəl onun xeyrinə əmələ gəlmiş, həmçinin əmlaka mülkiyyət hüququ əldə etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin (hakim Emin Mehdiyev) 04 aprel 2019-cu il tarixli, 2(004)-2147/2019 saylı qətnaməsi ilə iddia tələbi rədd edilmişdir. Bakı Apelyasiya Məhkəməsinin (hakimlər Şərafət Məmmədova - sədrlik edən və məruzəçi, Vüqar Həsənov və Xəyal Sarıyev) 2(103)-8250/2019 saylı 04 iyul 2019-cu il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməyərək Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 04 aprel 2019cu il tarixli, 2(004)-2147/2019 saylı qətnaməsi İddiaçı münasibətdə dəyişdirilmədən saxlanılmışdır. İddiaçı və vəkili Vəkil şikayəti verərək iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 04 iyul 2019-cu il tarixli qətnaməsinin ləğv edilərək iddia tələbinin təm in edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdirlər. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, Cavabdeh1 ilə bağlanmış mənzil tikintisi haqqında müqavilə MM-də müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlandığından, yəni binanın sahibi və inşasını başa çatdırmış Cavabdeh3 MMC ilə bağlanmadığından qətnamə maraqlarına toxunduğu üçün həmin qətnamə onun işə cəlb edilməməyi ilə bağlı çıxarıldığından etibarsız hesab edilməmişdir. Bundan başqa öhdəliyin əmələ gəlməsinə dair cavabdeh ilə binanın qanuni sahibi Cavabdeh3 MMC arasında MM-nin 386.1, 387.3 maddələrinə uyğun müqavilə bağlanmamış lakin, qətnamədə Cavabdeh3 MMC-nə məxsus mənzilin, ünvanı göstərilsə də öhdəliyin onun üzərinə qoyulmaması göstərilmişdir. T.Balayaev mənzilin qanuni sahibi Cava bdeh3 MMC-dən aldığı mənzilin dəyərini MM-in 178.8-ci maddəsinin tələbinə uyğun tam ödəməklə üstünlük hüququ daha əvvəl onun xeyrinə əmələ gəlmiş, həmçinin əmlaka mülkiyyət hüququ əldə etmişdir, həmin mənzildə təmir işləri aparmışdır. Q.Rəhimov qanunsuz olaraq mənzilləri təkrar satması ilə bağlı müraciətlər əsasında Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsində CM-in 308-ci maddəsi ilə cinayət işi qaldırılıb istintaq aparılmış və o, azadlıqdan məhrum edilmişdir. Prosessual məsələlər: Məhkəmə kollegiyası iclasında cavabdeh X10 vəkilsiz iştirak etdiyinə görə Azərbaycan Respublikasının MPM-nin 67-cı maddəsinə əsasən məhkəmə kollegiyası onun izahatını almayaraq işə baxılmasını mümkün hesab etmişdir. Digər tərəflər işə baxılmasının vaxtı və yeri barəd ə lazımi qaydada xəbərdar edilmişlər, lakin onlar məhkəmə iclasına gəlməmişlər və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Hüquq Məsələləri: Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinin tələbinə görə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki: Cavabdeh3 MMC ilə Cavabdeh2 MMC arasında bağlanmış 08 noyabr 2007-ci il tarixli birgə təsərrüfat fəaliyyəti haqqında müqavilənin 1.1-ci bəndinə əsasən Cavabdeh3 MMC (İ Tərəf) Bakı şəhəri İcra Ha kimiyyəti Başçısının 27.07.2005-ci il tarixli, 203 saylı sərəncamı ilə Bakı şəhəri, LLLyaşayış massivində ayrılmış torpaq sahəsini və x bloklu yarımçıq binaları bu müqavilənin şərtlərinə uyğun olaraq tikinti işlərinin davam etdirilməsi üçün Cavabdeh2 MMC-nə (İİ Tərəf) həvalə edir. İİ Tərəf öz növbəsində ona təqdim olunmuş yarımçıq yaşayış binasının tikintisini layihə və tikinti sənədlərinə uyğun öz vəsaiti hesabına tam yerinə yetirməsini öhdəsinə götürür. Müqavilənin 2.1.5-ci bəndinə görə İİ Tərəf gördüyü işin yarısının dəyərində, yəni payına düşən hissənin 25 faizi həcmində İ Tərəfin möhürü və imzası ilə satış apara bilər. Müqavilənin 4.1-ci bəndinə əsasən müqavilənin predmetinə uyğun olaraq yarımçıq tikinti başa çatdıqdan sonra yarımçıq qalmış 2 bloklu binanın qalmış hissəsinin qarşılıql ı razılaşmaya əsasən zirzəmiləri 1-ci və 2- ci mərtəbədəki qeyri yaşayış sahələri və binanın mansard hissəsi tərəflər arasında 50 faiz nisbətində bölünəcəkdir. Yaşayış sahəsi isə bərabər pay şəklində, yəni mərtəbə-mərtəbə 2 hissəyə ayrılmaqla bölünəcəkdir; Cavabdeh3 MMC-nin sədri X2 payçı İddiaçı arasında bağlanmış 14.12.2007-ci il tarixli, 689 saylı “mənzil tikintisi haqqında” müqavilənin və maliyyə arayışının surətlərindən görünür ki, cəmiyyət LLL mərtəbəsində yerləşən, sahəsi 95.5 m2 olan 689 saylı, 2 otaqlı mənzili payçıya təhvil verməyi, payçı isə mənzili qəbul etməyi və mənzilin müəyyən edilmiş dəyərini ödəməyi öhdəsinə götürmüşdür. Mənzilin razılaşdırılmış dəyəri 60165 manat İddiaçı tərəfindən ödənilmiş və borcu yoxdur; Cavabdeh2 MMC ilə X10 arasında bağlanmış 30 yanvar 2008-ci il t arixli müqavilənin surətlərindən görünür ki, cəmiyyət LLL mərtəbəsində yerləşən, sahəsi 95.5 kv.m olan 689 saylı, 2 otaqlı mənzili X6 təhvil verməyi, alıcı isə həmin mənzilin dəyərini ödəməyi öhdəsinə götürmüşdür; Cavabdeh2 MMC tərəfindən verilmiş 30 yanvar 2008-ci il tarixli maliyyə arayışının surətindən görünür ki, X10 həmin mənzilin razılaşdırılmış dəyəri olan 62075 manat vəsaiti tam ödəmişdir; Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 16.01.2012- ci il tarixli, 2(006)-48/2012 saylı qətnaməsinin surətindən görünür ki, iddiaçı Cavabdeh2 MMC cavabdehlər X7, X3, X6 və X9 qarşı “müqavilələrin və maliyyə arayışlarının etibarsız hesab edilməsi barədə” ilk iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 MMC-nin rəhbəri X8 ilə X13 arasında bağlanmış 01.10.2007-ci il tarixli müqavilənin, Cava bdeh2 MMC ilə X5 arasında bağlanmış 15.02.2008-ci il tarixli xxx, ümumi sahəsi 92 kv.m 626 nömrəli, izolə edilmiş 2 otaqlı mənzilinə dair müqavilənin və maliyyə arayışının, Cavabdeh2 MMC ilə X11 arasında bağlanmış 30.01.2008-ci il tarixli xxx0, ümumi sahəsi 95.5 kv.m 689 nömrəli, izolə edilmiş 2 otaqlı mənzilinə dair müqavilənin və maliyyə arayışının etıbarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Həmçinin, X10 və X5 Cavabdeh2 MMC-nə qarşı “müqavilə üzrə götürülmüş öhdəliyin icra edilməsi, vurulmuş maddi və mənəvi ziyanın ödənilməsi barədə” qarşılıqlı iddia ərizəsi verərək, 15.02.2008-ci il tarixli müqavilə üzrə götürülmüş öhdəliyin icra edilməsi vəzifəsini - Bakı şəhəri, LLLyaşayış massivində, Talıblı küçəsində tikilmiş yaşayış evinin 7-ci blokunun 1-ci mərtəbəsindək i sahəsi 92 kv.m olan 626 nömrəli 1 otaqlı mənzilin və 30.01.2008-ci il tarixli müqavilə üzrə götürülmüş öhdəliyin icra edilməsi vəzifəsini - Bakı şəhəri, LLLyaşayış massivində, xxx mərtəbəsindəki sahəsi 95,5 kv.m olan 689 nömrəli 2 otaqlı mənzilin tikinti işlərinin dərhal başa çatdırılması və həmin mənzili ən geci 2012-ci ilin iyul ayının 1-dək iddiaçılara təhvil verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması, cavabdehdən vurulmuş maddi ziyana görə 9000 manat və mənəvi ziyana görə 5000 manat tutularaq X2, vurulmuş maddi ziyana görə 9000 manat və mənəvi ziyana görə manat tutularaq X6 ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Qətnamə ilə ilk iddia ərizəsi rədd edilmiş, qarşılıqlı iddia ərizəsi qismən təmin edilərək göstərilən mənzillərin tikintisinin başa çatdırılması və iddiaçılara təhvil verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması qət edilmişdir. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, qanuni qüvvəsini almış məhkəmə qətnaməsi ilə (hazırkı iş üzrə İddiaçı tərəfindən həmin qətnamə mübahisələndirilməmişdir.) mübahisəli mənzilin X6 məxsusluğu təsbit olunaraq, həmin mənzilin tikintisinin başa çatdırılması və iddiaçıya təhvil verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması qət edilmişdir. Buna görə də, apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, cavabdeh X4 Cavabdeh2 MMC ilə arasında bağlanmış 30 yanvar 2008-ci il tarixli müqavilənin və mənzilin dəyərini ödəməsi barədə maliyyə arayışının etibarsız sayılmasına hər hansı hüquqi zəmin yaranmamışdır. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsi maddi və pros essual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “C.İsmayılzadənin şikayətinə dair” 13.02.2007-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, qanuni qüvvəyə minmiş məhkəmə aktı özündə mübahisələndirilən maddi hüququn, yaxud belə hüquqa əsaslanan faktın mövcud olub-olmamasını qəti surətdə müəyyənləşdirir və səlahiyyətli şəxsin tələbi ilə hər hansı qeyd-şərt qoyulmadan onların həyata keçirilməsini ehtiva edir. Məhz bu baxımdan prosessual qanunvericilikdə nəzərdə tutulmuş bütün müdafiə vasitələri istifadə edildikdən sonra qanuni qüvvəyə minmiş məhkəmə aktı təkzibolunmazlıq, müstəsnalıq və məcburilik kimi hüquqi xassələrə malikdir. Qanuni qüvvəyə minmiş məhkəmə aktının təkzibolunmazlığı müvafiq şərt və tələblərə məhəl qoyulmadan ondan yuxarı instansiya məhkəmələrinə şikayət verilməsini, həmçinin yuxarı instansiya məhkəmələrində belə şikayətin baxılmasını qeyri-mümkün edir. Məhkəmə aktının müstəsnalığı isə artıq bir dəfə həll olunmuş məsələnin yenidən hər hansı formada mübahisələndirilməsinə və məhkəmələrdə yenidən baxılmasına yol vermir. Təsadüfi deyildir ki, MPM-nin 233.3-cü maddəsinə görə qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmədə eyni iddia tələblərini, eyni əsas üzrə yenidən irəli sürə bilməzlər, habelə məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər. Qanunvericinin məhkəmə qərarlarının (qanuni qüvvəyə minmiş məhkəmə qərarları da daxil olmaqla) müvafiq məhkəmə instansiyalarında mübahisələndirilməsinə yuxarıda qeyd olunan tərzdə yanaşması ilk növbədə hüquqi müəyyənlik prinsipilə əhatələndirilməsi də ehtiva edilən qüvvəyə minmiş məhkəmə aktlarının sabitliyinin təmin olunmasına yönəlmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, işdə mənzilin R.Quraşlıya məxsus olmasını müəyyən edən və buna görə də, mənzilin ona təhvil verilməsi barədə qanuni qüvvəyə minmiş məhkəmə aktı var və həmin məhkəmə aktı 12.05.2017-ci il tarixdə icra məmuru tərəfindən icra edilərək mənzil R.Quraşlıya təhvil verilib. Belə olan təqdirdə, bu mənzilin hüquqi taleyini həll etmiş məhkəmə aktını mübahisələndirmədən iddiaçının eyni mənzilin daha əvvəl bağlanmış müqavilə əsasında ona məxsus olmasına istinad edərək, həmin mənzilə dair digər şəxslə bağlanmış müqavilənin etibarsız hesab edilməsini tələb etmək hüququ yoxdur. İşin faktiki hallarının düzgün müəyyən edilməməsi ilə bağlı kassasiya şikayətində gəstərilənlərlə bağlı məhkəmə kollegiyası qeyd edir ki, MPM-nin 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Buna görə də, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, hazırki iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi mahiyyəti üzrə düzgün olduğu üçün dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayətinin dəlilləri isə əsassız olduğu üçün təmin olunmamalıdır. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara alır: İddiaçı kassasiya şikayəti təmin edilmədən, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 04 iyul 2019-cu il tarixli 2(103)-8250/2019 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar