Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-7947/2019 24.12.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi - hakim), Rüstəmov Əli Məhəmməd oğlu, Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, Əliyeva Tutu Nazim qızının katibliyi, Cavabdeh LPO Cavabdeh1 ASC-nin nümayəndəsi X1 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 18.09.2019-cu il tarixli, 2(103)-10729/2019 nömrəli qətnaməsindən cavabdeh LPO Cavabdeh1 ASC tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Xətai Rayon Məhkəməsinin (L.Rəhimli) 2(011)-2667/2019 saylı, 1 5.03.2019-cu il qətnaməsi ilə İddiaçı cavabdeh LPO Cavabdeh1 ASC-yə, 3-cü şəxslər Cavabdeh2 və Azərbaycan Respublikası Milli Depozit Mərkəzinə qarşı “girov müqaviləsinə xitam verilməsi və digər” tələbinə dair iddiası təmin edilərək, İddiaçı ilə Cavabdeh1 ASC arasında 19.11.2009-cu il tarixdə bağlanmış 324İ/G nömrəli girov müqaviləsinin ləğv edilməsi, İddiaçı MS 000062 saylı mənzil sertifikatına əsasən məxsus Bakı şəhəri, Nərimanov rayonu, V.Mayakovski və A.Orucəliyev küçələri arasındakı 1934-cü məhəllə, 1-ci alaqapı, 8-ci mərtəbədə yerləşən 14 nömrəli mənzilə dair Azərbaycan Respublikası Milli Depozit Mərkəzində aparılmış girov qeydiyyatının ləğv edilməsi, MS 000062 saylı mənzil sertifikatına tutmanın yönəldilməsi barədə 10.07.2014-cü il tarixli 11-26/776 saylı bildirişin və həmin bildiriş in bütün qiymətli kağızların girovunun rəsmi reyestrində aparılmış qeydinin ləğv edilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər X.Cəmilova, İ.Kərimli, A.Hüseynov) 18.09.2019-cu il tarixli, 2(103)-10729/2019 nömrəli qətnaməsi ilə cavabdeh LPO Cavabdeh1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi, Bakı şəhəri, Xətai rayon Məhkəməsinin 2(011)- 2667/2019 saylı, 15.032019-cu il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. Cavabdeh LPO Cavabdeh1 ASC iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 18.09.2019-cu il tarixli qətnaməsindən kassasiya şikayəti vermişdir. İşin halları: İddiaçı cavabdeh LPO Cavabdeh1 ASC-yə və üçüncü şəxslər Cavabdeh2 və Azərbaycan Respub likasının Milli Depozit Mərkəzinə qarşı “girov müqaviləsinə xitam verilməsi və digər” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh LPO Cavabdeh1 ASC ilə onun arasında 19.11.2009-cu il tarixdə bağlanmış, 324 İ/G nömrəli girov müqaviləsinə (müqavilənin bağlanmasına əsas olmuş kredit müqaviləsi üzrə borcun (öhdəliyin) qalmamasına görə) xitam verilməsi, MS 000062 saylı Mənzil Sertifikatına əsasən ona məxsus olan və Bakı şəhəri, Nərimanov rayonu, V.Mayakovski və A.Orucəliyev küçələri arasındakı, 1934-cü məhəllə, 1-ci alaqapı, 8-ci mərtəbədə yerləşən 14 nömrəli mənzilə dair girov yüklülüyünü aparan Azərbaycan Respublikası Milli Depozit Mərkəzində girov qeydiyyatının ləğv edilməsi və MS 000062 saylı Mənzil Sertifikatına tutmanın yönəldilməsi haqqında 10.07.2014-cü il tari xli 11-26/776 saylı “Bildirişin” özünün və həmin “Bildiriş”in “Bütün qiymətli kağızların girovunun rəsmi reyestrində” aparılmış qeydinin ləğv edilməsi barədə müvafiq qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: Cavabdeh LPO Cavabdeh1 ASC-nin vəkili Sadıqov Elçin Əli oğlu kassasiya şikayətini onunla əsaslandırmışdır ki, işə əlavə edilmiş sənədlərdən görünür ki, İddiaçı girov qoyduğu Bakı şəhəri, Nərimanov rayonu, V.Mayakovski və Orucəliyev küçələri arasındakı, 1937-cü məhəllə, 1-ci alaqapı, 8-ci mərtəbədə yerləşən 14 nömrəli mənzil əsas öhdəliyin, yəni borclu Cavabdeh2 kredit öhdəliyinin təminatı kimi bank qarşısında yüklü edilmiş və qanunvericiliyin tələbinə əsasən həmin yükl ülüyün müvafiq qeydiyyatı aparılmışdır. Sonradan Cavabdeh2 kredit müqaviləsi üzrə öhdəliklərini icra etmədiyindən cavabdeh ona qarşı pulun tutulması və tutmanın girov predmetinə yönəldilməsi tələbi ilə Nərimanov rayon Məhkəməsinə müraciət etmişdir. İddia tələbləri təmin olmadığından məhkəmə mübahisəsi Azərbaycan Respublikası Ali Məhkəməsinə qədər davam etmşdir. Verilən şikayətlərə baxmayaraq yekun məhkəmə qərarına əsasən iddia tələbləri təmin edilməmişdir. Hansı ki, bankın “RS-bank” bank sistemində borcalan Cavabdeh2 hal-hazırda LPO Cavabdeh1 ASC-yə cəmi 77153,56 AZN borcu var və həmin borcun tutulması ilə bağlı yaxın vaxtlarda yenidən məhkəməyə müraciət ediləcəkdir. Odur ki, həmin əmlakın yüklülüyündən azad edilməsinə dair Bakı Apellyasiya Məhkəməsinin qətnaməsini qanunsuz hesab edirlər. Göstərilənlərə əsasən o iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 18.09.2019-cu il tarixli, 2(103)-10729/2019 saylı qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişlər. İşdə iştirak edən şəxslər işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmişlər. Lakin iddiaçı, cavabdeh LPO Cavabdeh1 ASC-nin vəkili Sadıqov Elçin Əli oğlu və 3-cü şəxs Cavabdeh2 məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən, məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Cavabdeh LPO Cavabdeh1 ASC-nin nümayəndəsi X2 məhkəmə iclasında vəkilsiz iştirak etdiyinə görə Azərbaycan Respublikası MPM-in 67-ci maddəsinin tələbinə uyğun olaraq iş üzrə onun izahatı dinlənilmədi. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Apellyasiya kollegiyası tərəfindən müəyyən edilmiş işin hallarından görünür ki, Cavabdeh1 ASC ilə Cavabdeh2 arasında kredit müqaviləsi bağlanmış, həmin kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təmini üsulu kimi İddiaçı özünə məxsus mənzil sertifikatını (qiymətli kağızı) bank qarşısında girov qoymuşdur. Daha sonra Cavabdeh1 ASC öhdəliklərini icra etməməsini əsas gətirərək, Cavabdeh2 və İddiaçı qarşı iddia tələbi ilə məhkəməyə müraciət etmiş, borcun tutulması və borcun tutulmasın ın girov predmetinə yönəldilməsini xahiş etmiş, həmçinin girov predmetinə tutma yönəldilməsi barədə bildirişin qeydə alınması barədə ərizə ilə Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinə müraciət edərək qeyd edilən bildirişi “Bütün qiymətli kağızların girovunun rəsmi reyestrində” qeydə aldırmışdır. Qanuni qüvvəyə minmiş məhkəmə qətnamələri ilə Cavabdeh1” ASC ilə Cavabdeh2 arasında bağlanmış kredit müqaviləsi üzrə öhdəliklərin Cavabdeh2 tərəfindən tam icra edilməsi öz təsdiqini tapsa da, cavabdeh LPO Cavabdeh1 ASC sonradan həmin kredit müqaviləsindən irəli gələn öhdəliklərin icra edilməsinin təminatı kimi girov qoyulmuş iddiaçıya məxsus mənzil sertifikatı üzrə sahiblik hüquqlarının girov yüklülüyündən azad edilməsi barədə iddiaçının müraciətindən imtina etmişdir. Azərbaycan Respublikası MPM-ni n 82.3-cü maddəsinə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən olunan faktlar həmin şəxslərin iştirak etdiyi başqa mülki işlərə baxıldıqda yenidən sübut edilmişdir. Belə olan halda apellyasiya kollegiyası hesab etmişdir ki, Cavabdeh2 ilə LPO Cavabdeh1 ASC arasında bağlanmış kredit müqaviləsi ləğv edildiyindən, həmin müqavilədən irəli gələn hallar aradan qalxmışdır. Eyni zamanda apellyasiya kollegiyası hesab etmişdir ki, iddiaçıya məxsus mənzil sertifikatı qiymətli kağızların növlərindən olduğundan, həmin mənzillə bağlı hüquq münasibətlərinə “Qiymətli kağızaların girovunun qeydiyyatı, ona xitam verilməsi və girov predmetinə tutmanın yönəldilməsi Qaydası” tətbiq olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məsəlləsinin 997.1-ci maddəsinə əsasən Daş ınmaz əmlak üzərində ipoteka hüququnu təsbit edən ipoteka kağızı istisna olmaqla, digər sənədsiz qiymətli kağız mülkiyyətçisinin adı və digər rekvizitləri mərkəzi depozitardakı yazıda əks olunmuş elektron sənəd formasında olan qiymətli kağızdır. “Qiymətli kağızaların girovunun qeydiyyatı, ona xitam verilməsi və girov predmetinə tutmanın yönəldilməsi Qaydası” nın təsdiq edilməsi barədə 2.1-ci maddəsinə əsasən qiymətli kağızlar üzrə girov hüququ yalnız girov predmetinin mülkiyyətçisi olan girov qoyanın tapşırığı əsasında Milli Depozit Mərkəzinin (bundan sonra - Mərkəzi Depozitar) depozitar sistemində qeydiyyata alınmalıdır. Həmin Qaydanın 5.1.2-ci maddəsinə əsasən girovla təmin edilmiş öhdəliyə xitam verildikdə girova xitam verilir. Həmin müddəa Azərbaycan Respublikası Mülki Məsəlləsinin 294.1.1ci maddəsində də öz əksini tapmışdır. Kassasiya kollegiyası, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və kassasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri apellyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil etmiş, apellyasiya kollegiyası həmin dəlillərə düzgün hüquqi mövqe nümayiş etdirmişdir. Hazırda da kassasiya şikayəti formal dəlillərlə əsaslandırılmağa çalışılmış, apellyasiya instansiya məhkəməsinin qəbul etdiyi qətnamənin maddi və prosessual hüquq normalarının pozuntusu ilə qəbul edilməsi ilə bağlı hər hansı hala istinad edilməmişdir. Kassasiya yoxlaması zamanı da apellyasiya instansiyası məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən hər hansı maddi və prosessual hüquq normasının pozuntusuna yol verilməsi halı mü əyyən edilməmişdir. Odur ki, kassasiya şikayətinin dəlilləri apellyasiya instansiya məhkəməsinin qəbul etdiyi qətnamənin ləğv edilməsi üçün əsas hesab edilə bilməz. Beləliklə, kassasiya kollegiyası belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh LPO Cavabdeh1 ASC tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apelly asiya Məhkəməsi Mülki Kollegiyasının 18.09.2019-cu il tarixli, 2(103)10729/2019 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-7947/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-7947/2019
24.12.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver