Məhkəmə qərarları › İş №2(102)-795/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-795/2021

25.01.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka üzrə hərracın nəticələrinin ləğv edilməsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-795/2021 25.01.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçılar İddiaçı və X3 cavabdeh “X1 Mərkəzi” MMC-nə qarşı (3-cü şəxs qismində Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 13 saylı Şirvan Ərazi İdarəsi və Sabirabad rayonu İcra və Probasiya Şöbəsi, X9 və “xxxx” ASC cəlb edilməklə) iş üzrə QƏRARİ iş № 2(102)-795/2021 (Açar sözlər: hərracın nəticələrinin etibarsız hesab edilməsi, subyektiv hüquq) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (sədrlik edən və məruzəçi), Şamayev Elşad Yaquboviç və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Əhmədov Fuad Vahid oğlunun katibliyi ilə, Bakı Apellyasiya Məhk əməsi Mülki kollegiyasının 2(103)-3839/2020 nömrəli iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsindən müstəqil tələb irəli sürməyən 3-cü şəxs ləğv prosesində olan “xxxx” ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu və vəkili X10 tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə xx xxxxxx 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları Nərimanov rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli 2(005)-133/2018 saylı qətnaməsi ilə iddiaçı «xxxx» ASC-nin cavabdehlər İddiaçı, X8 və X6 qarşı «kredit müqaviləsi üzrə borcun qaytarılması və borcun ipoteka predmetinə yönəldilməsi, tutmanın ipoteka predmetinə yönəldilməsinə dair» tələbi üzrə iddiası qismən təmin edilmiş, 47866 manat məbləğində əsas borc, 2466,49 manat məbləği ndə faiz borcu, 2000 manat məbləğində dəbbə, cəmi 52332,49 manat məbləğində borc və 30 manat dövlət rüsumunun İddiaçı və X2 tutularaq «xxxx» ASC-yə ödənilməsi, X11 tərəfindən ipoteka ilə yüklü edilmiş Sabirabad şəhəri Mirzəağa Hümbətov küçəsində olan 0,03 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 5 otaqlı 25 A nömrəli fərdi yaşayış evinə tutma yönəldilməsi, satılması, satışdan əldə edilən vəsaitin hesabına yuxarıdakı məbləğin ödənilməsi, ipoteka məbləğinin satışından əldə edilmiş məbləğ kifayət etməzsə, borcun qalan hissəsinin İddiaçı tutulması, ipoteka predmetinin ilkin satış qiymətinin 110.000 manat müəyyən edilməsi, ipoteka predmeti açıq hərracdan satıldıqdan sonra ən geci 1 ay ərzində cavabdeh N.Quliyev həmin evdən çıxmazsa, onun məcburi qaydada çıxarılması qət edilmişdir. Hə min iş üzrə cavabdeh İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi ilə, kassasiya şikayəti isə Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı ilə təmin edilməmişdir. xx.xx.2018-ci il tarixdə Sabirabad rayon İcra və Probasiya Şöbəsi tərəfindən hərrac vasitəsi ilə əmlakın satılması üçün müvafiq sənədlər “X1 Mərkəzi” MMC-nə göndərilmişdir. “X1 Mərkəzi” MMC tərəfindən Sabirabad rayon icra şöbəsinin 195471/2018 saylı xx.xx.2018ci il tarixli sifariş məktubuna əsasən Sabirabad şəhəri, M.Hümbətov küçəsində 0,03 ha torpaq sahəsində yerləşən 25A nömrəli fərdi yaşayış evinə dair açıq hərrac xx.xx.2018-ci il tarixə, saat 11:00-a, təkrar hərrac isə xx.xx.2018-ci il tarixə saat 11-00-a təyin edilmiş və bu barəd ə sifarişçi Sabirabad Rayon İcra Şöbəsinə, ipoteka saxlayan (tələbkar) “xxxx” ASC-nə və ipoteka qoyan (borclu) İddiaçı, X6 və X4 xx.xx.2018-ci, xx.xx.2018-ci il, xx.xx.2018 və xx.xx.2018-ci il tarixli bildirişlər göndərilmişdir. “Market” qəzetinin xx.xx.2018-xx.xx.2018-ci il tarixli saylı və 23.11..2018-xx.xx.2018-ci il tarixli 44 sayli nüsxələrinin surətindən görünür ki, ipoteka predmeti olan daşınmaz əmlakın açıq hərracdan satılması barədə həmin qəzetdə elanlar verilmişdir. “X1 Mərkəzi” MMC tərəfindən təqdim edilmiş adlı poçt göndərişləri siyahısından görünür ki, həmin siyahının 56-cı və 104-cü sətirlərində ünvan 1 ünvanda qeydiyyatda olan X5 adı qeyd olunmuşdur. Bakı şəhəri Nərimanov rayon məhkəməsinin hakimi F.Abdıyev tərəfindən Sabirabad rayon icra və Probasiya bölməsinə ünvanlanmış x x.xx.2018-ci il tarixli 2(005)-133/2018 saylı məktubdan görünür ki, Nərimanov rayon məhkəməsinin xx xxxxxxx 2018-ci il tarixli qərardadı ilə həmin məhkəmənin xx xxxxxx 2018-ci il tarixli 2(005)-133/2018 saylı qətnaməsindən cavabdeh İddiaçı tərəfindən apellyasiya şikayətinin verilməsi üçün nəzərdə tutulmuş müddətin buraxılmasının üzrlü hesab edilərək bərpa edilməsi, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya məhkəməsinə göndərilməsi bildirilmiş, göstərilənlərin nəzərə alınması xahiş olunmuşdur. Sabirabad rayon İcra və Probasiya Şöbəsi tərəfindən “X1 Mərkəzi” MMC-nə göndərilən xx.xx.2018-ci il tarixli 195471/2018 saylı məktubdan görünür ki, borclu İddiaçı tərəfindən Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qətnamə sindən apelyasiya şikayəti verildiyi üçün hərracın dayandırılmasına sərəncam verilməsi xahiş olunmuşdur. “X1 Mərkəzi” MMC tərəfindən tərtib olunmuş xx xxxxxx 2019-cu il tarixli hərracın nəticələri haqqında yekun protokoldan və müqavilədən görünür ki, əmlak həmin tarixdə “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.7-ci maddəsinə əsasən 70.125 manata “xxxx” ASC tərəfindən əldə olunmuşdur. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat İddiaçılar İddiaçı və X8 məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, cavabdeh “X1 Mərkəzi” MMC tərəfindən keçirilmiş Y-49 saylı xx xxxxxx 2019-cu il tarixli hərracın nəticələri haqqında protokolun etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İddia tələbini onunla əsaslandırmışdır ki, «xxxx» ASC cavabdeh olaraq ona və X4 qarşı «kredit müqaviləsi üzrə borcun qaytarılması və borcun ipoteka predmetinə yönəldilməsi, tutmanın ipoteka predmetinə yönəldilməsinə dair» tələbi üzrə iddia ərizəsi üzrə Nərimanov rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli 2(005)-133/2018 saylı qətnaməsindən Bakı Apellyasiya Məhkəməsinə xx xxxxx 2018-ci il tarixdə şikayət vermiş, iş Bakı Apelyasiya Məhkəməsində müzakirə edilərkən xx xxxxxx 2019-cu il tarixdə cavabdehlərin iştirakı olmadan hərrac keçirilmiş, iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi olmadan ipoteka qoyulmuş əmlak, X7 məxsus fərdi yaşayış evi və 0,03 ha torpaq sahəsi 70125 manata satılmışdır. Hərrac barədə onlara hər hansı bir bildiriş çatdırılmamışdır. Y-49 saylı xx xxxxxx 2019-cu il tarixli hərracın nəticələri haqqında protokoldan görünür ki, hərracın keçirilməsi üçün əsas Sabirabad rayon İcra və Probasiya şöbəsinin xx.xx.2018-ci il tarixli, 195471/2018 saylı sifariş məktubudur. Qeyd edilənlərdən görünür ki, hərrac qanuni qüvvəyə minməmiş məhkəmə qətnaməsi əsasında keçirilmiş və onların hüquqları pozulmuşdur. Halbuki onlar məbləğin iş mahiyyəti üzrə həll edilənədək ödənilməsi barədə banka təkliflərini bildirmişdilər. Birinci instansiya məhkəməsi tərəfindən ipoteka qoyan X9 və ipotekasaxlayan “xxxx” ASC iş üzrə müstəqil tələb irəli sürməyən 3-cü şəxs kimi cəlb edilmişdir. Səbail Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(009)-2979/2019 nömrəli qətnaməsi ilə (M.Bağırova) iddia təmin edilərək cavabdeh “X1 Mərkəzi” MMC tərəfindən keçirilmiş Y-49 saylı xx xxxxxx 2019-cu il tarixli hərracın nəticələri haqqında pro tokolun etibarsız hesab edilməsi qət edilmişdir. Məhkəmə müəyyən etmişdir ki, “X1 Mərkəzi” MMC tərəfindən Sabirabad şəhəri, Mirzəağa Hümbətov küçəsində olan 0,03 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 5 otaqlı 25 A nömrəli fərdi yaşayış evinə dair bir neçə hərrac keçirilsə də, həmin hərracların vaxtı və yeri barədə ipoteka qoyan X7 təsdiqetmə üsulu ilə bildiriş göndərilməmiş, məhkəmədə işə baxılarkən də hərrac təşkilatçısı tərəfindən ipoteka qoyan N.B.Quliyevə keçirilmiş hərraclar barədə məlumat verilməsini təsdiq edən hər hansı sübut təqdim edilməmişdir. Bu hal isə ona dəlalət edir ki, ipoteka qoyan N.B.Quliyevə hərracın keçirilməsinə dair bildiriş göndərilməməklə onun hərracda iştirak etmək imkanı təmin olunmamışdır. Həmçinin məhkəmə müəyyən etmişdir ki, Sabirabad rayon İcra və Probasiya şöbəsi borclu İddiaçı tərəfindən Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qətnaməsindən apelyasiya şikayəti verildiyi üçün hərracın dayandırılmasına sərəncam verilməsi barədə “X1 Mərkəzi” MMC-nə xx.xx.2018-ci il tarixli 195471/2018 saylı məktub göndərsə də, icra sənədi üzrə icraat dayandırılmamışdır. Məhkəmə hesab etmişdir ki, cavabdeh tərəfindən ipoteka qoyulmuş əmlaka dair hərracın keçirilməsi ilə bağlı “İpoteka haqqında” Qanunun 42.1, 42.3, 43 və “İcra haqqında” Qanunun 17.1.7-ci maddələrinin tələbləri kobud şəkildə pozulduğundan, Sabirabad şəhəri, Mirzəağa Hümbətov küçəsində olan 0,03 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 5 otaqlı 25 A nömrəli fərdi yaşayış evinə sair xx xxxxxx 2019-cu il tarixli hərracın nəticələri haqqında Y-49 saylı proto kol etibarsız hesab edilməlidir. İş üzrə birinci instansiya məhkəməsinin qətnaməsindən müstəqil tələb irəli sürməyən 3-cü şəxs “xxxx” ASC tərəfindən apelyasiya şikayəti verilmişdir. Apelyasiya instansiyası məhkəməsindəki icraat Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər – Rəşad Həsənov (sədrlik edən və məruzəçi), Məmməd Məmmədov və Şeyda Məhərrəmova) 2(103)-3839/2020 nömrəli iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməyərək, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(009)-2979/2019 nömrəli qətnaməsi verilmiş apelyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Apelyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, ipoteka predmeti olan əmlak üzrə xx xxxxxx 2018 və xx xxxxxx 2018-ci il tarixlərə təy in olunmuş hərrac baş tutmamışdır. Həmin əmlak tələbkar xxxx ASC-nə təklif olunmuş və xx.xx.2019-cu il tarixdə tələbkar xxxx ASC həmin əmlakı 70125 manata hərrac vasitəsilə əldə etmişdir. Bu barədə hərrac təşkilatçısı ilə Bank arasında eyni tarixli alğı-satqı müqaviləsi imzalanmışdır. Hərracın keçirilməsi üçün əsas olmuş Nərimanov rayon məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qətnaməsindən cavabdeh İddiaçı tərəfindən apellyasiya şikayətinin verilməsi üçün nəzərdə tutulmuş müddətin buraxılması üzürlü hesab edilməklə bərpa edilmiş və həmin şikayət iş materialları ilə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmiş, bu səbəbdən Sabirabad rayon İcra və Probasiya şöbəsi tərəfindən “X1 Mərkəzi” MMC-nə hərracın dayandırılmasına sərəncam verilməsi ilə bağlı xx xxxxxx 2018-ci il tarixli məktub göndərilmişdir. Bu xəbərdarlığa baxmayaraq, “X1 Mərkəzi” MMC ipoteka predmeti olan əmlakın hərracdan satılması üzrə hərəkətlərini davam etdirmiş və xx xxxxxx 2019-cu il tarixdə, yəni həmin qətnamə üzrə apellyasiya şikayətinə apellyasiya instansiyasi məhkəməsində baxılması ilə eyni gündə mübahisəli ipoteka predmetini tələbkar “xxxx”xxxx“X1 Mərkəzi”MMC faktiki olaraq qanuni qüvvəyə minməmiş qətnamə üzrə icra hərəkətlərini yerinə yetirmişdir ki, bu da qanunun tələblərinin pozulması kimi qiymətləndirilməlidir. Apellyasiya şikayətinin hərrac barədə iddiaçılara lazımi qaydada məlumat verilməsi barədə dəlilinə hüquqi qiymət verərək məhkəmə onu əsassız hesab etmiş və müəyyən etmişdir ki, “X1 Mərkəzi” MMC tərəfindən Sabirabad şəhəri, Mirzəağa Hümbətov küçəsində olan 0,03 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 5 otaqlı 25 A nömrəli fərdi yaşayış evinə dair keçirilmiş hərracların vaxtı və yeri barədə ipoteka qoyan X7 bildiriş göndərilsə də, bildirişlər ona təqdim olunmamışdır. Bildirişlərin çatdırılması barədə poçt sənədlərindən görünür ki, xx.xx.2018-ci il və xx.xx.2018ci il tarixli qəbzlər “köçüb” və ”müvəqqəti köçüb” qeydləri ilə geri qaytarılmışdır. xx.xx.2018-ci il tarixli qəbzdə “Əliyeva (Qaynı yoldaşı) yazılmış və imza olunmuşdur. xx.xx.2018-ci il tarixli qəbz isə “qapı bağlıdır” qeydi ilə geri qaytarılmışdır. Məhkəmə kollegiyası qeyd etmişdir ki, qanunvericiliyin tələbinə görə hərrac təşkilatı hərracın keçirilməsinə dair verilməsini təsdiq etmə üsulu ilə bildiriş göndərməlidir. Yəni bildiriş çatdırılarkən ünvan sahibinin çatdırılmanı təsdiq edən m üvafiq sənədi imzalaması tələb olunur. Qanunvericilik bildirişin tərəflərə verilməsi vəzifəsini hərrac təşkilatının üzərinə birbaşa qoyduğu üçün hərrac təşkilatı tərəfindən bu prosessual qaydaya əməl edilməməsi hərracın keçirilmə qaydalarının pozulması deməkdir. Hərracın keçirilməsinin qaydaları ona hesablanmışdır ki, mülkiyyətçi ona məxsus olan mənzilin hərraca çıxarılması ilə bağlı məlumatları əldə edə bilsin və qanunda nəzərdə tutulan hüquqlarından istifadə edə bilsin. Belə ki, mülkiyyətçi özü hərracda iştirak edə bilər, başqa şəxsləri cəlb edə bilər. Çünki borcun məbləğindən dəyərli olan mənzilinin hərraca çıxarılmış dəyərindən xeyli aşağı qiymətə bankın mülkiyyətinə keçməkdənsə, onu öz təşəbbüsü ilə satması ona daha sərfəlidir. Məhkəmə hesab etmişdir ki, birinci instansiya məhkəməsi m üəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş, məhkəmə tərəfindən maddi və prosessual hüquq normalarının pozulmasına yol verilməmiş və məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmışdır. Apelyasiya instansiyası məhkəməsi öz mövqeyini “İcra haqqında” Qanunun 17.1.7-ci maddəsi, “İpoteka haqqında” Qanunun 44 və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 416-cı maddələrinə istinadla əsaslandırmışdır. Müstəqil tələb irəli sürməyən 3-cü şəxs ləğv prosesində olan “xxxx” ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-3839/2020 nömrəli iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsinin ləğv edilib, iddia tələbinin təmin edilməməs i barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, “X1 Mərkəzi” MMC tərəfindən Sabirabad şəhəri Mirzəağa Hümbətov küçəsində olan 0,03 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 5 otaqlı 25 A nömrəli fərdi yaşayış evinə dair həmin hərracların vaxtı və yeri barədə ipotekaqoyan X7 bildirişin göndərilməsi barədə “xxxx” MMC-dən rəsmi sənəd təqdim edilmiş, lakin məhkəmə həmin sübuta əhəmiyyət verməmişdir. “F.Cavadov və V.Aslanovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının xx xxxxxxx 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxx 2008-ci il tarixli Qərarında vurğulanmışdır ki, Mülki Məcəllənin 415.2-ci maddəsinin məzmununda nəzərdə tutulan bildiriş ümumiyyətlə hüquqi təbiətinə görə birtərəfli əqd kimi qeyri-məhdud şəxslər dairəsinə ünvanlanan təklif (oferta) hesab edilir və bu maddədə hərracın keçirilməsini bildirişin yazılı surətdə bilavasitə borcluya, yaxud da tələbkara göndərilməsindən və onların məcburi iştirakından asılı edərək qadağa qoyulmur. İş obyektiv araşdırılmamış, işin halları düzgün qiymətləndirilməmiş və qanunvericilik normaları düzgün tətbiq edilməmişdir. İşdə iştirak edən şəxslərdən məhkəməyə kassasiya şikayətinə dair etiraz və ya izahatlar daxil olmamışdır. Məhkəmə icraatı iştirakçıla rının izahatları Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq iş üzrə tərəflər məhkəmə iclasına gəlmədikləri və gəlməmələrinin səbəbləri barədə məlumat vermədikləri üçün məhkəmə kollegiyası MPM-in 415.3-cü maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 415.2. Qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci otuz gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericiliklə müəyyənləşdirilmiş di gər məlumatlar olmalıdır. Əgər hərracın predmeti müqavilə bağlamaq hüququdursa, qarşıdakı hərrac barəsində bildirişdə bunun üçün verilən müddət göstərilməlidir. Maddə 416.1. Bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər. Maddə 416.2. Hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur. “İpoteka haqqında” Azərbaycan Respublikası qanununun mübahisə yaranan dövrdə qüvvədə olan redaksiyasına əsasən: Maddə 42.1. Hərracın təşkilatçısı hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində elan dərc etdirir, ipoteka saxlayana və ipoteka qoyana verilməsini təsdiq etmə üsulu ilə bildiriş göndərir. Birinci elan və bildiriş hərracın keçirilməsinə ən geci 30 təqvim günü qalmış verilir. Hərracın keçirilməsinə 15 təqvim günü qalmış ikinci elan verilir. Elanda və bildirişdə hərracın vaxtı, yeri, forması, onun predmeti və keçirilmə qaydası, ilkin satış qiyməti, hərracda iştirak üçün behin məbləği, onun ödənilməsi müddəti və qaydası, hərracda iştirak hüququnu əldə etmək üçün sənədlərin siyahısı, habelə alış qiymətinin ödənilməsi müddəti və qaydası haqqında məlumat olmalıdır. Hərracın iştirakçısı hərracın predmetinin ilkin satış qiymətinin 5 faizi miqdarında beh ödəməlidir. Maddə 42.3. Hərracın təşkilatçısı və onun əməkdaşları istisna olmaqla, hərracda istənilən şəxs, o cümlədən ipoteka saxlayan və ipoteka qoyan alıcı qismində iştirak edə bilər. Maddə

44. Bu Qanunla müəyyən edilmiş qaydaları pozmaqla keçirilən hərrac Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 416-cı maddəsində nəzərdə tutulmuş nəticələrə səbəb olur. Maddə 46.1. İpoteka predmetinin açıq bazarda və ya hərracda satışına (alqı-satqı müqaviləsi notariat qaydasında təsdiq olunanadək və ya hərracın nəticələri üzrə protokol imzalananadək), yaxud bu Qanunun tələblərinə uyğun olaraq onun ipoteka saxlayan tərəfindən əldə olunmasına qədər (alqı-satqı müqaviləsi notariat qaydasında təsdiq olunanadək) əsas öhdəlik üzrə borclu və (və ya) ipoteka qoyan, yaxud hər hansı üçüncü şəxs ipoteka saxlayanın əsas bütün tələbini ödəyərək ipoteka predmetinə tutma yönəldilməsinə və onun satışına xitam verə bilər. Bu hüququ məhdudlaşdıran razılaşma əhəmiyyətsizdir. “F.Cavadov və V.Aslanovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının xx xxxxxxx 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxx 2008-ci il tarixli Qərarı: Mülki Məcəllənin 415.2-ci maddəsinin məzmununda nəzərdə tutulan bildiriş ümumiyyətlə hüquqi təbiətinə görə birtərəfli əqd kimi qeyri-məhdud şəxslər dairəsinə ünvanlanan təklif (oferta) hesab edilir və bu maddədə hərracın keçirilməsini bildirişin yazılı surətdə bilavasitə borcluya, yaxud da tələbkara göndərilməsindən və onların məcburi iştirakından asılı edərək qadağa qoyulmur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsəd i ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Maddə

416. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 417.4. Apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi şikayətin işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına dair dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. İş üzrə müstəqil tələb irəli sürməyən 3-cü şəxs ləğv prosesində olan “xxxx” ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsini bütünlüklə mübahisələndirdiyindən və tələb bölünməz olduğundan qətnamə tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hes ab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən Mülki Məcəllənin 415.2-ci, 416-cı maddəsi və “İpoteka haqqında” Qanunun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan redaksiyasının 42.1-ci maddəsinin tətbiqində səhvə yol verdiyinə görə əsaslı və qanuni sayıla bilməz. Belə ki, hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ öz daxilində iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. İddia etmək hüququ məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İddianın təmin edilməsi hüququ isə iddia tələblərinin məhkəmə v asitəsilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğunu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Həmçinin məhkəmə kollegiyası qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. “İpoteka haqqında” Qanunun hərrac keçirilən zaman qüvvədə olan redaksiyasının 42.1-ci maddəsində müvafiq bildirişlərin təsdiq etmə üsulu ilə ipotekasaxlayana və ipotekaqoyana çatdırılması vəzifəsi nəzərdə tutulmuşdur. Qanunverici hərracın keçirilməsinə dair bildirişin bu şəxslərə göndərilməsini (həm də müəyyən müddət daxilində göndərilməsini) müəyyən etməklə, onsuz da ipoteka qoymaqla, məhrumiyyətə məruz qalmış ipoteka qoyana müəyyən müddət verməklə, məhz onun özü tərəfindən ipoteka predmetinin alınmasına şərait yaradır. Hərracın təşkilatçısı tərəfindən qanunvericiliyin yuxarıda göstərilən tələblərinə əməl olunmaması (bildirişin göndərilməməsi və ya lazımi qaydada göndərilməməsi) ipoteka qoyanı qanunvericilik tərəfindən ona verilmiş bu imkandan mərhum edərək, bu normanı əhəmiyyətsiz edir. Məhkəmələr ipotekaqoyan Namiq Quliyevin hər rac barədə müvafiq qaydada məlumatlandırılmadığını və qanuni qüvvəyə minməmiş qətnamə üzrə icra hərəkətlərini yerinə yetirməklə keçirilmiş hərrac nəticəsində mülkiyyətçi kimi onun hüquqlarının pozulmasını müəyyən edərək, hərracın etibarsız hesab edilməsi nəticəsinə gəlmişdirlər. Lakin bu əsasla iddianı ipotekaqoyan Namiq Quliyev yox, ipoteka ilə təmin edilmiş kredit müqaviləsi üzrə borclu İddiaçı və zamin X8 qaldırmışdır. İstinad olunan qanun normasına əsasən hərrac təşkilatının bu şəxslərə hərrac barədə müvafiq bildirişin təsdiq etmə üsulu ilə çatdırmaq vəzifəsi yoxdur. Həmin şəxslərin isə ipotekaqoyan N.Quliyev adından və onun maraqlarının müdafiəsi üçün məhkəməyə müraciət etmək hüquqları yoxdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllənin) 415.2-ci maddəs inin mübahisəyə tətbiqinə gəldikdə isə, bu norma hərracların keçirilməsinin ümumi qaydasını müəyyən edir və qanunvericilikdə ayrı qayda nəzərdə tutulmadığı halda tətbiq edilir. İpoteka qoyulmuş hərracların hərracda satılması qaydasını isə “İpoteka haqqında” Qanunun 42-ci maddəsi tənzimləyir. Bundan başqa, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxx 2008-ci il tarixli Qərarında müəyyən edilmişdir ki, Mülki Məcəllənin 415.2-ci maddəsinin məzmununda nəzərdə tutulan bildiriş ümumiyyətlə hüquqi təbiətinə görə birtərəfli əqd kimi qeyriməhdud şəxslər dairəsinə ünvanlanan təklif (oferta) hesab edilir və bu maddədə hərracın keçirilməsini bildirişin yazılı surətdə bilavasitə borcluya, yaxud da tələbkara göndərilməsindən və onların məcburi iştirakından asılı edərək qadağa qoyu lmur. Həmçinin hərracın dayandırılması barədə Sabirabad rayon İcra və Probasiya şöbəsi tərəfindən müvafiq məktub göndərilməsinə baxmayaraq, hərracın keçirilməsinin dayandırılmaması barədə məhkəmənin mövqeyi ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, işin 93-cü vərəqində olan həmin məktub hərrac təşkilatına xx.xx.2019-cu il tarixdə, yəni əmlakın satılması üçün təyin edilmiş xx.xx.2018 və xx.xx.2018-ci il tarixli hərraclar keçirildikdən sonra daxil olmuşdur. xx.xx.2019-cu il tarixdə hərrac təşkilatı tərəfindən hər hansı hərrac keçirilməmiş, iki hərrac baş tutmadığına görə “İpoteka haqında” Qanunun 47.3-cü maddəsinə əsasən ipoteka predmeti ipotekasaxlayan tərəfindən əldə edilməsi barədə yekun protokol və alqı-satqı müqaviləsi bağlanmışdır. İş materiallarından isə görünür ki, həmin qətnamədən İddiaçı tərəfindən verilmiş apellyasiya və kassasiya şikayətləri sonradan təmin edilməmiş, icra sənədi verilmiş məhkəmə qətnaməsi ləğv edilməmişdir. Həmin müqavilənin bağlanması nəticəsində iddiaçılar hansı hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu da iddiada əsaslandırmamışdırlar. Qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası hesab edir ki, iddiaçılar məhz iddiada göstərdikləri əsaslarla Mülki Məcəllənin 416-cı maddəsinə əsasən hərracın etibarsız hesab edilməsini tələb etmək hüququ olan maraqlı şəxslər hesab edilmirlər və onların hazırki iddianı qaldırmağa subyektiv hüquqları yoxdur. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmamışdır. Bu hal isə apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması üçün əsasdır. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, iş üzrə birinci instansiya məhkəməsi və apellyasiya instansiya məhkəməsində mahiyyəti üzrə araşdırma aparıldığından, iş üzrə əlavə sübutların araşdırılmasına zərurət olmadığından və məhkəmələr tərəfindən müəyyən edilmiş faktiki hallara əsasən maddi hüquq normaları düzgün tətbiq edilməklə nəticəyə gəlmək mümkün olduğundan işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsinə zərurət yoxdur. Buna görə də, kassasiya şikayəti təmin edilməli, qətnamə ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilərək, iddia rədd edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Müstəqil tələb irə li sürməyən 3-cü şəxs ləğv prosesində olan “xxxx” ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş kassasiya şikayəti təmin edilsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-3839/2020 nömrəli iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsi ləğv edilsin. İddiaçılar İddiaçı və X3 cavabdeh “X1 Mərkəzi” MMC-yə qarşı (3-cü şəxs qismində Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 13 saylı Şirvan Ərazi İdarəsi və Sabirabad rayonu İcra və Probasiya Şöbəsi cəlb edilməklə) “hərracın nəticələrinin etibarsız hesab edilməsi” tələbinə dair iddiası rədd edilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar