Məhkəmə qərarları › İş №2(102)-7958/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-7958/2019

20.12.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka üzrə hərracın nəticələrinin ləğv edilməsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-7958/2019 20.12.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakim İbayev Vəfaddin Ələm oğlunun sədrliyi və məruzəsi, hakimlər Kalbalıyev Aslan Kalbalı oğlu və Əliyev Ələsgər Əliabbas oğlundan ibarət tərkibdə, Xəlilova Şərqiyyə Adilxan qızının katibliyi ilə, İddiaçı, Ləğv prosesində olan Cavabdeh ASC-nin vəkili Məmmədov Azər Məhəbbət oğlunun iştirakları ilə, Ləğv prosesində olan Cavabdeh ASC-nin Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 27 avqust 2019-cu il tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Ləğv prosesində olan Cavabdeh ASC Bakı Apelyasiya Məhkəm əsinin Mülki Kollegiyasının 27 avqust 2019-cu il tarixli qətnaməsindən kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddia tələbinin rədd edilməsi barədə iş üzrə yeni qərar qəbul edilməsini xahiş etmişdir. İşin halları: İddiaçı cavabdeh ləğv prosesində olan Cavabdeh ASC-nin Əmanətlərin Sığortalanması Fonduna qarşı «ipotekaya xitam verilməsi, yaşayış evinin ipoteka yüklülüyündən azad edilməsi tələbinə dair» iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Nəsimi rayon məhkəməsinin 15 mart 2019-cu il tarixli qətnaməsi ilə (sədrlik edən N.Tağıyeva, iş 2(006)-2497/2019) İddiaçı iddiası təmin edilmiş, iddiaçı İddiaçı Cavabdeh ASC-nin İmişli filialından götürdüyü kreditə görə ipotekaya qoyduğu İmişli rayonu, ünvan 1 ünvanda yerləşən yaşayış evi ilə bağlı ipotekaya xitam veril məsi və yaşayış evinin ipoteka yüklülüyündən azad edilməsi qət edilmişdir. Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 27 avqust 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər R.Qurbanov(sədrlik edən və məruzəçi), E.Nəbiyev və A.Hüseyn, iş № 2(103)-9042/2019) Ləğv prosesində olan Cavabdeh ASC-nin apelyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nəsimi rayon məhkəməsinin 15 mart 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Kassasiya şikayətinin dəlilləri: Ləğv prosesində olan Cavabdeh ASC kassasiya şikayətini onunla əsaslandırmışdır ki, işə baxarkən apellyasiya instansiyası məhkəməsi maddi və prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də, Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 27 avqust 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsini, iddia tələbin in rədd edilməsi barədə iş üzrə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinə qarşı verilmiş etiraz: Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə iclasında iştirak edənlərin izahatları: Ləğv prosesində olan Cavabdeh ASC-nin vəkili Məmmədov Azər Məhəbbət oğlu izahatında göstərmişdir ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş, prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də, Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 27 avqust 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsini, iddia tələbinin rədd edilməsi barədə iş üzrə yeni qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında vəkilsiz iştirak etdiyinə görə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67-ci maddəsini n tələbinə müvafiq olaraq İddiaçı izahatı dinlənilməmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə müvafiq olaraq kassasiya instansiyası məhkəməsi apellyasiya instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yalnız maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlayır. Kassasiya instansiyası tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual normaları düzgün tətbiq edib-etməməsini yoxlayarkən, hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması vacibdi r. Kassasiya instansiyası məhkəməsinin işin müəyyənləşdirilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması hesab olunmamalıdır. Qeyd etmək lazımdır ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. Apelyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, Cavabdeh ASC-nin İmişli filialı ilə İddiaçı arasında 07 dekabr 2012-ci il tarixli kredit müqaviləsi bağlanmış və müqaviləyə əsasən bank tərəfindən İddiaçı 15000 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin təminatı kimi İddiaçı məxsus olan İmişli şəhəri, ünvan 1 ünvanında ev ipoteka ilə yüklü edilmişdir. Eyni zamanda kredit m üqaviləsinin təminatı kimi Cavabdeh ASC-nin İmişli filialı ilə X6, X4, X7 və X3 arasında 07 dekabr 2012-ci il tarixli zaminlik müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən zaminlər borclu İddiaçı bank qarşısında öhdəliklərini icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür və onunla birgə məsuliyyət daşıyırlar. İmişli Rayon Məhkəməsinin 22 oktyabr 2014-cü il tarixli 2(036)1962/2014 saylı qətnaməsi ilə iddiaçı Cavabdeh ASC-nin cavabdeh İddiaçı və qeyrilərinə qarşı kredit borcunun tutulması tələbinə dair iddia təmin edilərək, İddiaçı, X6, X4, X9 və X1 müştərək qaydada 13947,67 manatın Cavabdeh ASC-nin xeyrinə tutulması qət edilmiş və həmin qətnamə icraya yönəldilmişdir. İcra mərhələsində İddiaçı 22 oktyabr 2014-cü il tarixdən 16 dekabr 2016-cı ilədək 8267,05 manat və 17 dekabr 2016-cı i l tarixdən 14 mart 2018-ci il tarixədək 5987,67 manat, ümumilikdə isə 14464,72 manat məbləğində pulu Cavabdeh ASC-nin İmişli filialına ödəmişdir. Apelyasiya instansiyası məhkəməsi mübahisəli hüquq münasibətinə “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 48.1, 48.1.2-ci, Mülki Məcəllənin 528-ci maddələrini tətbiq etmişdir. Ləğv prosesində olan Cavabdeh ASC tərəfindən verilmiş kassasiya şikayətinin dəlilləri ilə apelyasiya şikayətinin dəlilləri eyni olmuşdur. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas hesab etmir. Belə ki, apelyasiya instansiyası məhkəməsi qətnaməsində qeyd olunanlara hüquqi qiymət vermiş və aşağıdakıları göstərmişdir: “...Cavabdehin dəlilləri isə əsassızdır. Belə ki, İmişli Rayon M əhkəməsinin 22 oktyabr 2014-cü il tarixli 2(036)-1962/2014 saylı qətnaməsi ilə tərəflər arşında bağlanılmış 07.12.2012-ci il tarixli kredit müqaviləsi üzrə bütün borcun tutulması qət edilmiş və iddiaçı da həmin borcu artıqlaması ilə (517 manat artıq) ödəmişdir. Mülki Məcəllənin 528-ci maddəsində isə təsbit olunmuşdur ki, öhdəliyə onun kreditorun xeyrinə lazımınca icrası (icra) nəticəsində xitam verilir.” Bundan əlavə kassator Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 77.1ci maddəsinə müvafiq olaraq öz etirazının əsası kimi istinad etdiyi halları sübut edə bilməmişdir. Məhkəmə kollegiyası apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, apelyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir. Kassasiya şikayətinə baxılmasının nəticələri: Məhkəmə kollegiyası hesab edir ki, mülki işə baxıldıqda hüquq normaları düzgün tətbiq olunmuş, qətnamənin ləğvi üçün əsas olan maddi və prosessual qanun pozuntularına yol verilməmişdir. Kassasiya şikayətinin dəlilləri Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 27 avqust 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsi üçün əsas hesab edilmir. Yuxarıda şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALİR: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 27 avqust 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar