Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-7960/2019 26.12.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlunun sədrliyi və məruzəsi ilə, Kalbalıyev Aslan Kalbalı oğlu, İbayev Vəfaddin Ələm oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Xnın katibliyi, iddiaçının vəkili X12, müstəqil tələb irəli sürməyən üçüncü şəxs X3 vəkili X10 və X4, nümayəndəsi X8 iştirakı ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı Xətai rayon İcra və Probasiya şöbəsinin, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinin, X1nın və X2 müstəqil tələb irəli s ürməyən üçüncü şəxs kimi cəlb edildiyi, “hərracın yekunları barədə protokolun etibarsız hesab edilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin MK-nın 24 iyul 2019-cu il tarixli qətnaməsindəncavabdeh “X16” MMC və müstəqil tələb irəli sürməyən üçüncü şəxs X9 tərəfindən verilmiş kassasiya şikayətlərinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 26 dekabr 2018-ci il tarixli qətnaməsi ilə (hakim K.Əmirxanova) İddiaçı Cavabdeh MMC-yə qarşı Xətai rayon İcra və Probasiya şöbəsinin, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinin, X1nın və X2 müstəqil tələb irəli sürməyən üçüncü şəxs kimi cəlb edildiyi “hərracın yekunları barədə protokolun etibarsız hesab edilməsi”xxxx“X11 MMC tərəfindən Bakı şəhəri Xəzər rayonu, Xaşa-Xuna bağ səhəsində yerləşən 7 otaqlı, ümumi sahəsi 284,7 kv.m olan, ev 183 Ç ünvanında yerləşən bağ evi barəsində tərtib edilmiş 11.09.2017-ci il tarixli hərracın yekunları barədə 138 nömrəli protokol və hərracın nəticələri etibarsız hesab edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin MK-nın 24 iyul 2019-cu il tarixli qətnaməsi ilə (sədrlik edən Z.Əliyev, hakimlər F.Talışinski və R.Eyvazov) Cavabdeh MMC-nin və X1nın apellyasiya şikayəti təmin olunmamış, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 26 dekabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. KASSASİYA ŞİKAYƏTİNİN DƏLLİLƏRİ Müstəqil tələb irəli sürməyən üçüncü şəxs X1 kassasiya şikayəti ilə Azərbaycan Respublikası Ali Məhkəməsi MK-ya müraciət edərək şika yətini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsi işə mahiyyəti üzrə baxarkən və qətnamə çıxararkən Azərbaycan Respublikası mülki və mülki prosessual qanunvericiliyinin tələblərini pozmuş, iş üçün əhəmiyyət kəsb edən bütün faktiki halları aydınlaşdırmamışdır. Ona görə də Bakı Apellyasiya Məhkəməsinin MK-nın 24 iyul 2019-cu il tarixli qətnaməsinin tamamilə ləğv edilməsini və iş üzrə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh MMC kassasiya şikayəti ilə Azərbaycan Respublikası Ali Məhkəməsi MK-ya müraciət edərək şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsi işə mahiyyəti üzrə baxarkən və qətnamə çıxararkən Azərbaycan Respublikası mülki və mülki prosessual qanunvericiliyinin tələblərini pozmuş, iş üçün əhəmiyyət kəsb edən bütün faktik i halları aydınlaşdırmamışdır. Ona görə də Bakı Apellyasiya Məhkəməsinin MK-nın 24 iyul 2019-cu il tarixli qətnaməsinin tamamilə ləğv edilməsini və iş üzrə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Hüquqi məsələlər: İddiaçı, Bakı şəhəri, Xəzər rayonu, Xaşa-Xuna Bağ sahəsində yerləşən, 7 otaqlı, ümumi sahəsi 284,7 kv.m olan, 183 Ç ünvanında olan bağ evinə dair Cavabdeh MMC-nin 11 sentyabr 2017- ci il tarixli, hərracın yekunları barədə 138 nömrəli protokolunun və onunla bağlı hərracın nəticələrinin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə mübahisə apellyasiya instansiyası məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayə ti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarından görünür ki, mübahisə predmeti olan, ünvan 1 ünvanında 0,03416 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 284,7 kv.m olan bağ evi 21.01.2014-cü ildən mülkiyyət hüququ ilə X5 məxsus olmuşdur. 01.07.2015-ci il tarixdə notarial qaydada təsdiqlənmiş alqı-satqı müqaviləsi ilə X7 həmin evi 150.000 manata İddiaçı satmışdır. Alqı-satqı müqaviləsi əsasında İddiaçı mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamışdır. Həmçinin iş materialları ilə müəyyən olunur ki, Bakı şəhəri Xətai rayon məhkəməsinin 15.07.2016-cı il tarixli qətnaməsi ilə, X1 X6 xeyrinə 60.000 manat pul tutulmuşdur. Xətai rayon İcra şöbəsi həmin qətnamənin icrası ilə əlaqədar borcun daşınmaz əm lakın dövlət reyestr məlumatlarına əsasən X2 məxsus olan Xəzər rayonu Xaşa-Xuna bağ sahəsi ev 183 Ç ünvanında yerləşən bağ evinə yönəldilməsi üçün onun qiymətləndirməsini təşkil etmiş və 22.05.2017-ci il tarixdə bağ evinin hərraca çıxarılaraq satılması üçün Cavabdeh MMC-yə sifariş vermişdir. Adı çəkilən MMC tərəfindən 11.09.2017-ci ildə keçirilmiş hərracın yekunları barədə bağ evinin 40.000 manata alıcı X1na satılması barədə protokol tərtib olunmuşdur. Qeyd edilən protokol əsasında X3nın hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamışdır. Göründüyü kimi, iddiaçı, mübahisə predmeti olan bağ evini notarial qaydada təsdiqlənmiş müqavilə əsasında aldığını bildirərək, onun hüququ ilə yüklü olan əşyanın sonradan cavabdeh tərəfindən üçüncü şəxsə satılması haqqında protokolun etibars ız sayılmasını tələb edir. Cavabdeh və üçüncü şəxs X3 isə kassasiya şikayətlərində göstərilən dəlillərlə iddiaya etiraz edirlər. Məhkəmə kollegiya mübahisənin hüquqi həlli ilə bağlı bildirir ki, X4 mülkiyyət hüququ ilə özünə məxsus olan bağ evini 01.07.2015-ci ildə notarial qaydada bağladığı müqavilə əsasında İddiaçı satdığı üçün həmin əqd qanunvericiliyə uyğun (etibarlı) olmaqla hüquqi nəticə yaratmışdır. Belə ki, X4un bağ evinin mülkiyyətini İddiaçı vermək öhdəliyi, sonuncunun isə əşyanı öz mülkiyyətinə keçirmək haqqı yaranmışdır. Bundan əlavə, qanuna əsasən, alqı-satqı müqaviləsi adları çəkilən şəxslər və notarius tərəfindən imzalanaraq təsdiq edildiyi andan İddiaçı bağ evi üzərində sahiblik və istifadə hüquqları əmələ gəlmişdir. Çünki, Mülki Məcəllənin 385.1-ci maddəsinə görə, öhdəli yə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. MM-in 407.2-ci maddəsinə görə, notarial qaydada təsdiq edilməli müqavilə müvafiq qaydada təsdiq edildiyi andan bağlanmış sayılır. Həmin Məcəllənin 146.1 -ci maddəsinə əsasən, daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir. Gör ündüyü kimi, mübahisəli bağ sahəsinin notariusda alqı-satqısı həyata keçirildiyi andan etibarən satıcı X4un bağ evi üzərindəki mülkiyyət hüququnun iki ünsürü (sahiblik və istifadə) alıcı İddiaçı keçmiş və əşya iddiaçının hüquqları ilə yüklü hala gəlmişdir. Başqa sözlə, bağ evinə dair daşınmaz əmlakın dövlət reyestrindəki qeydiyyat X4un adnıa qalmış olsa da, həmin evin sonuncunun mülkiyyətində olan əşya kimi borcuna görə hərracda satılması hüquqi baxımdan etibarlı sayıla bilməz. Çünki, əşyanın məcburi satılması üçün onun mülkiyyət hüququ ilə borcluya məxsus olması zəruridir. Tam əşya haqqı olan mülkiyyət hüququ isə, sahiblik, istifadə və sərəncam hüquqlarının birlikdə mövcudluğunu özündə ehtiva edir. Belə ki, MM –nin 152.1 -ci maddəsinə görə, mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əş yaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Baxılan işdə isə bağ evi satılarkən onun hər üç hüquqla borclu X2 məxsus olması təsdiqlənmir. Çünki, evin 01.07.2015-ci il tarixdə X4 tərəfindən notarial alqı-satqı müqaviləsi ilə İddiaçı satıldığı və əşya üzrənində sahiblik və istifadə hüquqlarının sonuncuya keçdiyi işin mübahisəsiz hallarıdır. Qeyd edilənlər onu təsbit edir ki, 11.09.2017-ci il tarixli hərrac keçirilərkən mübahisəli bağ evi hüquqi rejiminə (vəziyyətinə) görə iddiaçının hüquqları ilə yüklü olduğu üçün onun satılması Mülki Məcəllənin yuxarıda qeyd olunan normalarına zidd olmuşdur. MM-in 337.1-ci, 337.3-cü və 337.4-cü maddələrinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla b ağlanmış əqd etibarsızdır. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Etibärsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Göstərilənlərə əsasən, mübahisəli bağ evinin Cavabdeh MMC tərəfindən 11.09.2017-ci il tarixdə hərracda satılması haqqında protokol əhəmiyyətsiz əqd kimi etibarsızdır. Əhəmiyyətsiz əqdlər isə özlüyündə etibarsız olduğu üçün bu halın təsbit edilməsinə dair irəli sürülən tələblərə iddia müddəti şamil olunmur. Hətta bu hal nəzərə alınmasa belə, İddiaçı, hüququnun pozulduğunu bildiyi, yəni çıxarışın verilməsinin mümkün olamaması barədə DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi tərəfindən ona 09.02.2018-ci il tarixli m əktubla məlumat verildiyi vaxtdan Mülki Məcəllənin 354-cü maddəsində müəyyən edilmiş bir illik müddəti ötürmədən - 12.10.2018-ci il tarixdə hazırkı iddianı qaldırmışdır. Odur ki, X3nın iddia müddətinin tətbiqi haqqında ərizəsi də əsassızdır. Məhkəmə kollegiyası bu qənaətə gələrkən onu da nəzərə alır ki, Mülki Məcəllənin 452-ci maddəsinə görə mübahisəli bağ sahəsi üzərində iddiaçının üstün hüquqları vardır. Həmin maddəyə əsasən, fərdi-müəyyən əşyanı kreditorun mülkiyyətinə və ya əvəzli istifadəsinə vermək öhdəliyi icra edilmədikdə kreditor həmin əmlakın borclunun əlindən alınmasını və öhdəlikdə nəzərdə tutulan şərtlərlə ona verilməsini tələb edə bilər. Bu hüquq əmlakın üçüncü şəxsə mülkiyyət hüququ ilə verildiyi halda aradan qalxır. Əgər əmlak hələ verilməmişsə, öhdəlik hansı kreditorun xey rinə daha əvvəl əmələ gəlmişsə, üstünlük o kreditorundur, bunu müəyyənləşdirmək mümkün olmadıqda isə daha əvvəl iddia irəli sürənindir. Göründüyü kimi, qanun, fərdi müəyyən əşyaya haqq iddia edən bir neçə kreditorun olduğu halda həmin əşyanın onlardan hansına məxsus olması qaydalarını dəqiqliklə müəyyən etmişdir. Belə ki, borclu, həmin əşyanı kreditorun mülkiyyətinə vermək öhdəliyini icra etməmişsə və əşya üçüncü şəxsə mülkiyyət hüququ ilə verilməmişsə, kreditor, həmin əşyanın borclunun əlindən alınmasını və öhdəlikdə nəzərdə tutulan şərtlərlə ona verilməsini tələb edə bilər. Bundan əlavə, əşyanın üçüncü şəxsin sahibliyinə (mülkiyyətinə) verildiyi sübuta yetirilmədikdə əşyaya tələb haqqını daha əvvəl qazanmış şəxsin hüququ üstün sayılır. Baxılan işdə mübahisəli bağ evinin İddiaçı satılma sı barədə müqavilə 01.07.2015-ci ildə bağlanmış, bağ evinin X4ya satılması haqqında hərrac protokolu isə 11.09.2017-ci ildə tərtib olunmuşdur. Lakin evin X4nın sahibliyinə verilməsi və əşyanın onun mülkiyyətinə keçməsinə dair mötəbər sübutlar təqdim olunmamışdır. Əksinə, X3 kassasiya şikayətində bağ evində özünün deyil, başqa bir şəxsin - X5un yaşadığını bildirmişdir. Belə olan halda, MM-in 452-ci maddəsinə əsasən, bağ evinə dair müqaviləni daha əvvəl (01.07.2015-ci ildə) bağlamış İddiaçı hüquqları üstün sayılır. Göstərilənlərə əsasən, məhkəmə kollegiyası hesab edir ki, mübahisəli bağ evinə dair Cavabdeh MMC tərəfindən 11.09.2017-ci il tarixdə keçirilmiş hərracın yekunları barədə 138 nömrəli protokolun və onun nəticələrinin etibarsız sayılması barədə birinci instansiya məhkəməsinin qəbul e tdiyi qətnaməni dəyişdirmədən saxlamaqla apellyasiya instansiyası məhkəməsi düzgün nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası mübahisəli bağ evinə dair X4un 2014-cü ildə X5a verdiyi etibarnaməni ləğv etmədən həmin evi İddiaçı satmasının qanunsuz olması və sonuncunun 01.07.2015-ci il tarixdə alqı- satqı müqaviləsi bağlamasına baxmayaraq DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsinə 2 il 7 ay keçdikdən sonra müraciət etməsinin doğru olmaması barədə X3nın kassasiya şikayətinin dəlillərini əsaslı saymır. Ona görə ki, əvvəla, mülkiyyətçinin öz əmlakının idarə edilməsi barədə bir şəxsə etibarnamə verməsi, həmin əşyaya dair onun özünün müqavilə bağlamaq hüququnu aradan qaldırmır. Bunun üçün etibarnamənin ləğv edilməsinə hüquqi baxımdan lüzum yoxdur. Belə ki, Mülki Məcəllənin 390.1 -ci maddəsinə görə, fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. İkincisi, qanunvericilikdə alqı-satqı müqaviləsi əsasında əşyanı alan şəxsin öz hüquqlarını daşınmaz əmlakın dövlət reyestrində qeydə aldırması üçün müddət və ya bu müddətdə müraciət etmədikdə onun müqavilədən irəli gələn hüququnun aradan qalxması kimi qayda nəzərdə tutulmamışdır. Bu baxımdan, iddiaçının DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsinə gec müaraciət etməsi onun bağ evinə dair müqavilə əsasında əldə etdiyi hüquqlarına xələl gətirmir. Hərrac protokolunun etibarsız olması barədə məhkəmə kolləgiyasının yuxarıdakı qənaəti nəzərə alındıqda, X4nın bağ evini hərracdan pul ödəyərək aldığı üçün protokolun qanuni olması barədə mövqeyi də əsassızdır. Bununla belə, məhkəmə kollegiya vurğulayır ki, Mülki Məcəllənin 337.5-ci maddəsinə görə, əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Baxılan işdə etibarsız sayılan hərrac protokolu əsasında X4nın pul vəsaitini kimə ödəməsi, bu vəsaitin sonrakı hərəkəti və hazırda kimdə olması barədə kifayət qədər sübutlar təqdim edilmədiyi və bu səbəbdən MM-in 337.5-ci maddəsinin (əqdin etibarsızlığının nəticələrinin) tətbiqi mümkün olmadığı üçün məhkəmə kollegiya izah edir ki, X4nın həmin vəsaitin geri qaytarılması ilə bağlı ayrıca id dia qaldırmaq hüququ vardır. Yuxarıda göstərilənləri, apellyasiya instansiyası məhkəməsi tərəfindən qətnamənin ləğv edilməsinə əsas olan maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilmədiyini əsas tutaraq məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin edilmədən apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 416, 417, 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Müstəqil tələb irəli sürməyən üçüncü şəxs X1nın və Cavabdeh MMC-nin kassasiya şikayətləri təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin MK-nın 24 iyul 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-7960/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-7960/2019
26.12.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka üzrə hərracın nəticələrinin ləğv edilməsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver