Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-8/2025 21.01.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Mənzil Tikinti Kooporativinin Cavabdeh qarşı iş üzrə QƏRARİ Açar sözlər: müqavilə öhdəliyinin pozulması Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Zaur Əli oğlu (məruzəçi), Babayev Zəki Baba oğlu və Əhmədov Əhməd Abbas oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-1256/2024 nömrəli iş üzrə 22 fevral 2024-cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Mübahisəyə mahiyyəti üzrə baxan məhkəmələr iş in hallarını araşdıraraq aşağıdakıları müəyyən etmişlər:
2. İddiaçı MTK (“satıcı”) ilə Cavabdeh (“payçı”) arasında bağlanmış 54 saylı 12 mart 2021-ci il tarixli Kooperativ mənzil tikintisi haqqında müqaviləyə əsasən, satıcı Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal y/m, Kənar dairəvi yol ünvanında inşa edilmiş binanın 6-cı giriş, 7-ci mərtəbədə yerləşən ümumi sahəsi 129,8 kv.m olan 54 saylı mənzili payçıya təhvil verməyi, payçı mənzili qəbul etməyi və mənzilin müəyyən edilmiş dəyərini müqavilə bağlanan gün 5.000 manat, qalıq 166.336 manat borcu aylıq 4620 manat olmaqla, 12 mart 2024-cü il tarixə qədər ödəməyi öhdəsinə götürmüşdür;
3. İddiaçı MTK tərəfindən Cavabdeh ünvanlanmış 3 aprel 2023-cü il tarixli 48 nömrəli təklifdə qeyd edilmişdir ki, müqavilənin 5.5-ci bəndinə əsasən mənzilin 10 g ün müddətinə yeni qiymətlə alınması təklif edilmiş, mənzilin yeni qiymətlə alınmasından imtina olunduğu halda müqavilənin birtərəfli qaydada ləğv ediləcəyi və digər şəxsə satılacağı barədə xəbərdarlıq edilmişdir;
4. İddiaçı MTK tərəfindən Cavabdeh ünvanlanmış 3 may 2023-cü il tarixli 67 nömrəli təklifində qeyd olunmuşdur ki, mənzilin yeni qiymətlə alınmasından imtina edildiyi üçün müqavilənin kooperativ tərəfindən birtərəfli qaydada pozularaq, digər şəxsə satıldığı bildirilmiş və 5 gün müddətində mənzildəki əmlakını götürüb mənzili boşaltması təklif edilmiş, əks halda məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir;
5. İddiaçı MTK-nın 14 oktyabr 2023-cü il tarixli arayışında qeyd edilmişdir ki, Bakı şəhəri, Yasamal rayonu, Məhəmməd Xiyabani ünvanında inşa edilmiş yaşayış komplek sinin 6-cı giriş, 3 otaqlı, 54 saylı mənzili xx.xx.2021-ci il tarixdə, ilkin olaraq 5000 manat ödəniş etməklə, X2 adına rəsmiləşdirilmişdir. O tarixdən bu günə kimi heç bir ödəniş olmamış, 166336 manat qalıq borc qalmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
6. İddiaçı MTK məhkəməyə müraciət edərək, Cavabdeh mənzilin ümumi dəyərinin 2%-i məbləğində 3426 manat cərimə və mənzildə yaşadığı otuz ay müddət üçün aylıq 800 manat olmaqla 24000 manat kirayə haqqının, ümumilikdə 27.426 manat pul vəsaitinin tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
7. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı MTK ilə Cavabdeh arasında kooperativin Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi Kənar dairəvi yol ünvanında öz və saiti hesabına inşa etdiyi yaşayış binasının 6-cı giriş, 7-ci mərtəbəsində yerləşən sahəsi 129,8 m olan 3 otaqlı 54 nömrəli mənzilə dair 12 mart 2021-ci il tarixdə kooperativ mənzil tikintisi haqqında müqavilə bağlanmışdır. Müqavilə üzrə payçı yəni Cavabdeh müqavilə bağlanan gün 5000 manat məbləğində ilkin ödəniş edərək qalıq 166.336 manat borcu aylıq 4620 manat olmaqla nağd şəkildə ödəyəcəyinə dair öhdəlik götürmüşdür. Lakin cavabdeh götürmüş olduğu öhdəliyi icra etməyərək 30 ay heç bir ödəniş etməmişdir. Dəfələrlə kooperativ tərəfindən cavabdehə ünvanlanmış borcun ödənilməsi barədə xx.xx.2023-cü il tarixdə 48 nömrəli, xx.xx.2023- cü il tarixdə 67 nömrəli müraciətlər edilməsinə baxmayaraq kooperativə heç bir ödəniş edilməmişdir. Tərəflər arasında bağlanmış müqavilənin 5.2-ci bəndinə əsasə n “Payçı” müqavilə üzrə ödənişi 10 gündən artıq gecikdirdikdə, mənzilin ümumi dəyərinin 2% məbləğində cərimə tətbiq olunur. Göründüyü kimi, cavabdeh öhdəliyini yerinə yetirmədiyindən dəyən zərərin əvəzinin ödənilməsini tələb etməkdə kooperativ haqlı olmuşdur.
8. Məhkəmə iclasında iştirak edən İddiaçı Mənzil Tikinti Kooperativinin nümayəndəsi iddianı müdafiə edərək izahatında bildirmişdir ki, mübahisəli mənzil kirayə verilmiş və binanın komendantı X3 məxsus hesabdan cavabdehin hesabına kirayə haqqının müəyyən hissəsi köçürülmüşdür. Cavabdehin həmin mənzildə yaşamasını hal-hazırda həmin mənzildə əşyalarının yerləşməsi, mənzilin açarlarının cavabdehdə olması sübut edir. Mənzilin açarları əvvəlcədən cavabdehdə olmuşdur. Cavabdeh həmin mənzildə təmir işləri aparmışdır. Cavabdehin həmin mənzil də yaşamasını binanın komendantı da təsdiq edə bilər. Cavabdeh həmin mənzildə 30 ay müddətində yaşamış, faktiki sahiblik etmişdir
9. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddianı qəbul etməyərək izahatında bildirmişdir ki, pandemiyaya görə ödənişləri həyata keçirə bilməmişdir. Sonradan bir neçə dəfə ödəniş etmək istəsə də, qarşı tərəf onu qəbul etməmişdir. Mənzili binanın komendantı X1 vermişdir. Hər ay mənzilin kommunal ödənişləri ödəmişdir. O, həmin mənzildə qeydiyyatda deyil və heç bir zaman həmin mənzildə yaşamamışdır. Mənzilin açarları binanın komendantında olmuşdur. Onun xəbəri olmadan həmin mənzil digər şəxsə kirayəyə verilmişdir, lakin kirayəçini tanımır. O, mənzildə heç bir zaman yaşamamış, lakin kommunal ödənişləri ödəmişdir. Hal-hazırda Badamdar şossesi 77 ünvanında yaşayır. M ənzil 7-ci mərtəbədə yerləşir. Həmin mərtəbədə 6 mənzil yerləşir. Həmin mənzillərdən bir qismində yaşayış var.
10. Məhkəmə tərəfindən mübahisəli ünvana yerli baxış keçirilmiş, binanın komendantı X5 da yerli baxışda iştirak etmişdir. Yerli baxış zamanı binada mənzillərin soldan sağa nömrələndiyi müəyyən olunmuşdur. Mübahisəli mənzilə baxış keçirilərkən mənzildə olan qonaq otağı və yataq otağı dəstlərinin işlənmiş olduğu bəlli olmuşdur. Yaşayış kompleksinin 6-ci giriş, 7-ci mərtəbə, 53 nömrəli mənzilində yaşayan sakinlər həmin mübahisəli 54 nömrəli mənzildə təmir işlərinin aparıldığını, 1-2 aydır ki, mənzildə heç kimin yaşamadığını, həmin mənzildə Cavabdeh yaşamadığını bildirmişlər. Yaşayış kompleksinin 6-ci giriş, 7-ci mərtəbə, 52 nömrəli mənzildə yaşayan sakinlər 2 aydır ki, öz mənzillərin ə köçdüklərini, mənzildə yaşadıqları müddətdə mübahisəli 54 nömrəli mənzildə yaşayışın olmadığını, Cavabdeh tanımadıqlarını bildirmişlər. Binanın komendantı X5 və Cavabdeh Bakı şəhəri, Yasamal rayonu, M.Xiyabani ünvanında inşa edilmiş yaşayış kompleksinin 6ci giriş, 7-ci mərtəbə, 54 nömrəli mənzilin əvvəllər kirayə verildiyini bildirmişlər.
11. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(004)-4874/2023 nömrəli, 16 noyabr 2023-cü il tarixli qətnaməsi ilə (hakim Kərim Xudayev) iddia qismən - Cavabdeh 1713 manat məbləğində pulun alınaraq, İddiaçı Mənzil Tikinti Kooperativinə verilməsi hissəsində təmin edilmiş, iddia qalan hissədə təmin edilməmişdir.
12. Məhkəmə öz mövqeyini onunla əsaslandırmışdır ki, tərəflər arasında podrat müqaviləsindən əmələ gəl ən öhdəlik hüquq münasibətləri yaranmışdır. Belə ki, İddiaçı Mənzil Tikinti Kooperativi Bakı şəhəri, Yasamal Rayonu, Yeni Yasamal y/m, Kənar dairəvi yol ünvanında inşa edilmiş binanın 6-cı giriş, 7-ci mərtəbədə yerləşən ümumi sahəsi 129,8 kv.m olan 54 saylı mənzili Cavabdeh (payçı) təhvil verməyi, Cavabdeh (payçı) isə mənzili qəbul etməyi və mənzilin müəyyən edilmiş dəyərini müqavilə bağlanan gün 5000 manat, qalıq 166336 manat borcu aylıq 4620 manat olmaqla 12 mart 2024-cü il tarixə qədər ödəməyi öz öhdəsinə götürmüşdür. Lakin cavabdeh müqavilə üzrə götürdüyü öhdəliyi yerinə yetirməmiş və mənzilin dəyərini iddiaçıya ödəməmişdir. Tərəflər arasında bağlanmış müqavilənin 5.2-ci bəndinə əsasən, Cavabdeh öhdəliyin icra edilməməsi üçün mənzilin dəyərinin 2 %-i məbləğində “dəbbə pulu” ödəməyi öhd əsinə götürmüşdür. Odur ki, iddiaçı cərimənin ödənilməsini tələb etməkdə haqlıdır. Bununla belə, məhkəmə 3426 manat məbləğində dəbbə pulu (cərimə) tənasübsüz surətdə yüksək olmasını nəzərə alaraq hesab etmişdir ki, dəbbə pulu azaldılaraq 1713 manat məbləğində müəyyən edilməlidir. Məhkəmə nəzərə almışdır ki, dəbbə pulunun iddiada göstərilən həcmdə tutulması cavabdehin əmlak mənafelərinə xələl gətirə bilər. Dəbbə pulunun məbləğinin azaldılması kreditorun əmlak mənafelərinə əsaslı təsir etmir. Çünki müqavilədə dəbbə pulu əldə ediləcək gözlənilən qazanc kimi deyil, öhdəliyin icrasının təminatı üsulu kimi nəzərdə tutmuşdur.
13. Birinci instansiya məhkəməsi iddia tələbinin “cavabdehdən iddiaçının xeyrinə 24.000 manat kirayə haqqının” tutulması hissəsi ilə bağlı qeyd etmişdir ki, iddiaçı həmin hissədə öz tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilməmişdir. Belə ki, tərəflər arasında bağlanmış müqaviləyə əsasən, cavabdeh mənzildə yaşadığı müddət üçün kirayə haqqı ödəməlidir. Lakin, iddiaçı cavabdehin mənzildə yaşamasına dair məhkəməyə heç bir sübut təqdim etməmişdir. Əksinə məhkəmə tərəfindən mübahisəli mənzilə yerli baxış keçirilərkən həmin mənzillə eyni mərtəbədə yerləşən mənzillərdə yaşayan qonşular sözügedən mənzildə Cavabdehın yaşamadığını, ümumiyyətlə Cavabdeh tanımadıqlarını bildirmişlər.
14. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 144-1.4, 178.8, 399.1, 425.1, 442, 443.1, 462.1, 465.1, 465.2, 752.1-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
15. İddiaçı ap ellyasiya şikayəti verərək qətnamənin qismən - iddianın təmin edilməyən hissəsində ləğv edilərək yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
16. Apellyasiya şikayətində qeyd edilmişdir ki, birinci instansiya məhkəməsi iddia tələbini cərimə hissədə qismən təmin etməkdə, eləcə də kirayə haqqı hissədə isə təmin etməməkdə haqlı olmamışdır. Əvvəla cərimə ilə bağlı qeyd edilir ki, tərəflər arasında bağlanmış müqavilənin 3.2-ci bəndinə əsasən payçı qalıq borcu hər ay 4620 manat olmaqla ödəməyi öhdəsinə götürmüşdür. Göründüyü kimi, məhkəmə yanlış olaraq müqavilə ilə nəzərdə tutulmuş öhdəliyin icra edilməməsi nəticəsində vurulmuş zərərin ödənilməsini dəbbə pulu ilə qarışdıraraq onu mütənasib hesab etməmiş və iddia tələbini qismən təmin etmişdir. Bundan başqa, kirayə haqqı hissədə məhkəmənin gəldi yi nəticə də əsassızdır. Belə ki, cavabdeh məhkəmə iclasında həqiqətən həmin mənzilidən istifadə edilməsini bildirməsinə və yerli baxış zamanı məhkəmənin buna şahid olmasına baxmayaraq məhkəmə tərəfin faktı etiraf etməsini əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən MPM-in 106.3-cü maddəsinə əsasən azad etdiyini digər sübutlarla yanaşı yoxlamamış və qiymətləndirməmişdir. Məhkəmə mübahisəli mənzildə yaşanıldığını və 30 ay müddətində həmin mənzilə aid olan kommunal xidmətlər üzrə sayğacların göstəricilərinə əsasən mənzildə yaşayış olmasını araşdırmamışdır. Bu faktları təsdiq edən şahidləri dindirməmişdir.
17. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə1 apellyasiya şikayətini müdafiə edərək, bildirmişdir ki, 2021-ci il tarixdə Şərur MTK ilə cav abdeh arasında müqavilə bağlanmışdır, cavabdeh müqaviləyə görə cəmi 5000 manat ilkin ödəniş etmiş, qalan məbləğlər isə ödənilməmişdir, bununla da cavabdeh üzərinə götürdüyü öhdəliyi pozmuşdur. Cavabdeh ilkin ödəniş edəndən sonra 30 ay müddətində mənzildən istifadə etmişdir, evdə yaşayış üçün əşyalar var, evi kirayə vermişdir. Qaz, su, elektrik sayğacına baxmaq kifayətdir ki, evdə yaşayışın olması təsdiqlənsin. Hazırda onlar, mənzili təhvil təslim edən gündən iddia verilən günə qədər, 30 ayın kirayə haqqını tələb edirlər. Cavabdehin həmin mənzildən istifadə etməsi mübahisəsizdir. Cavabdehin mənzildən çıxarılması barədə iddia tələblərinin təmin edilməsi barədə Yasamal Rayon Məhkəməsinin 2(004)-3389/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsini təqdim edərək, bildirdi ki, cavabdeh həmin qətnamədən apellyasiya şikayəti vermişdir, bu da cavabdehin həmin mənzildən istifadə etməsini təsdiq edir. Rayon məhəməsi cavabdehin mənzildə yaşamasına dair heç bir sübut təqdim edilməməsi əsası ilə iddia tələbini təmin etməməkdə haqlı olmamışdır. Odur ki, apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir.
18. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-1256/2024 nömrəli, 22 fevral 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər İ.S.Şirinov – məruzəçi, E.C.Kazımov və K.H.Əkbərov) apellyasiya şikayəti qismən təmin olunmuş, birinci instansiya məhkəməsinin qətnaməsi qismən, iddia tələbinin kirayə haqqının tutulmasına dair hissədə ləğv edilmiş, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilərək, iddia tələbi həmin hissədə təm in edilmişdir. Cavabdeh kirayə haqqı kimi 24.000 manat İddiaçı MTK-ın xeyrinə tutulmuşdur. Qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmışdır.
19. Kollegiya iddia tələbinin cərimə hissəsində qismən təmin edilməsi ilə bağlı bildirmişdir ki, MM-in 462.1-ci maddəsinə görə, dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin normadan məlum olduğu kimi, dəbbə pulu öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləği olduğundan, rayon məhkəməsi həmin cərimə məbləğini MM-in 467-ci maddəsini tətbiq edərək, azaltma qda haqlı olmuşdur, apellyasiya şikayəti həmin hissədə əsassızdır.
20. Məhkəmə kollegiyası kirayə haqqı ilə bağlı iddia tələbinin təmin edilməməsi hissəsində birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmayaraq qeyd etmişdir ki, cavabdehin faktiki olaraq həmin mənzildə yaşamaması iddia tələbinin kirayə haqqı hissəsində təmin edilməməsinə əsas ola bilməz. Belə ki, məhkəmə kollegiyasının iclasında cavabdeh bildirmişdir ki, o, mənzil almaq üçün iddiaçı MTK ilə müqavilə bağlamış, 5000 manat ilkin ödəniş etmiş, pandemiya düşmüş, ödəməkdə çətinliyi olmuş, evə yaşamaq üçün əşyalar alsa da, o evdə bir gün belə yaşamamışdır. Göründüyü kimi, cavabdeh həmin mənzilin onun sahibliyində olmasını (evə yaşamaq üçün əşyalar alması) təsdiq etmişdir.
21. Kollegiya qeyd etmişdir ki, birinci instansiyası məhkəməsi müqavilənin 5.5-ci bəndində razılaşdırılmış “mənzildə yaşadığı müddətdə” şərtini məhz cavabdehin faktiki olaraq həmin mənzildə yaşaması kimi olduqca dar- məhdud şərh etmişdir. Halbuki tərəflərin qarşılıqlı razılaşdığı müqavilənin həmin şərti cavabdehin özünün faktiki olaraq mənzildə yaşamasını deyil, ümumilikdə mənzilin cavabdehin sahibliyində - sərəncamında olmasını nəzərdə tutur. Birinci instansiya məhkəməsi tərəfindən yerində müayinə zamanı həmin mənzilə baxış keçirərkən mənzildə olan qonaq otağı və yataq otağı dəstlərinin işlənmiş olduğunu müəyyən etmiş, həmçinin binanın komendantı X5 və Cavabdeh Bakı şəhəri, Yasamal rayonu, M.Xiyabani ünvanında inşa edilmiş yaşayış kompleksinin 6-cı giriş, 7-ci mərtəbə, 54 nömrəli mənzilin əvvəllər kirayə verildiyini bildirmişlər (i/v 48).
22. Bundan əlavə, mülki iş materiallarında olan İddiaçı MTK-nın cavabdeh X4 qarşı “mənzilən əmlakın çıxarılması” tələbinə dair Yasamal Rayon Məhkəməsinin 2(103)3389/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, cavabdehə məxsus əmlakların həmin mənzildən çıxarılması qərara alınmışdır. Hazırda cavabdeh də həmin qətnamədən apellyasiya şikayəti vermişdir. Bununla da iddiaçıya məxsus mənzilin cavabdehin istifadəsində olması mübahisəsiz qaydada təsdiq edildiyindən, tərəflər arasında olan müqavilə şərtinə uyğun olaraq iddiaçı mənzilin cavabdehə təhvil verildyi vaxtdan iddia verilən günə kimi 30 ay üçün hər aya 800 manat olmaqla, (800x30=24.000) ümumilikdə, 24.000 manat kirayə haqqını tələb etməkdə haqlıdır, iddia həmin hissədə əsaslı olduğundan təmin edilməlidir.
23. Məhkəmə gəldiyi nəticənin hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəllənin 157.2, 178.8, 399.1, 425.1, 442, 443.1, 443.5, 448.2, 462.1, 465.1, 465.2, 467 və 752.1-ci maddələrinə istinad etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
24. Cavabdeh (vəkil Nümayəndə2 Nazim qızı) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddianın təmin olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
25. Şikayət onunla əsaslandırılmışdır ki, Cavabdeh müqavilə bağlandığı vaxtdan mübahisəli evə sahiblik və istifadə hüququna, eləcə də mülkiyyət hüququ əldə etmək barədə əsaslı “gözləntiyə” malik olmuş, eyni zamanda həmin evin kommunal təminatını həyata keçirmiş, evi öz əşyaları ilə təmin etmiş, mətbəx və eyvanı da təmir etdirərək mebellə təmin etdirmiş və mənzil üzərində faktiki sahiblik hüququnu həyata keçirmiş, lakin oradan istifadə etməmiş, həmin evdə yaşamamışdır.
26. Bakı Apellyasiya Məhkəməsi iddiaçının öz iddiasını və tələblərini vəsaslandırdığı halları təsdiq edən hər hansı sübut mövcud olmamasına baxmayaraq, onun xeyrinə qətnamə qəbul etmiş və kobud qanun pozuntusuna yol vermişdir.
27. Belə ki, İddiaçı MTK tərəfindən, Azərbaycan Respublikası MPM-nin 77-ci maddəsinə müvafiq olaraq, öz iddiasını sübut edən, Cavabdeh həqiqətən paylı mülkiyyət hüququ ilə ona məxsus olan mənzili kirayəyə verməsini, həmin kirayədən qazanc əldə etdiyini və kooperativə 24.000 manat məbləğdə maddi ziyan vurduğunu və digər halları təsdiq edən hər hansı sübut təqdim etməmişdir. Eyni zamanda qeyd edilməlidir ki, məhkəmənin qərar qəbul edərkən Cavabdeh müvafiq mənzildən çıxarılmasına dair Yasamal Rayon Məhkəməsinin e-2(004)-3389/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinə istinad etmişdir. Lakin həmin qətnamə öz qanuni qüvvəsini almamışdır və həmin qətnamədən verilmiş apellyasiya şikayəti üzrə 2(103)-1965/2024 saylı iş halhazırda Bakı Apellyasiya Məhkəməsinin icraatındadır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
28. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
29. Maddə
442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
30. Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur.
31. Maddə 443.5. Borclu icranı gecikdirdikdə kreditor ona öhdəliyin icrası üçün zəruri vaxt təyin edə bilər. Əgər borclu öhdəliyi bu müddətdə də icra etməzsə, kreditor öhdəliyin icrası əvəzinə zərərin əvəzinin ödənilməsini tələb edə bilər.
32. Maddə 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz.
33. Maddə 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhr um olanın) hesabına əmlak əldə etsin.[742]
34. Maddə 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir.
35. Maddə 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
36. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
37. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
38. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan so nra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
39. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
40. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
41. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
42. Məhkəmə kollegiyası, qətnaməni tərəfin mübahisələndirdiyi hissədə yoxlamışdır. Başqa sözlə, aşağıda aparılan hüquqi dəyərləndirmə kassasiya şikayətinin həddi və dəlilləri ilə bağlıdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
43. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq mü nasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
44. Mübahisəyə mahiyyəti üzrə baxan apellyasiya məhkəməsi iş materiallarını araşdıraraq bu qənaətə gəlmişdir ki, cavabdeh öhdəliklərini pozaraq mənzili sahibliyində saxladığı dövr üzrə iddiaçıya müqavilədə razılaşdırılmış pul məbləğini ödəməyə borcludur.
45. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara və cavabdehin dəlillərinə, o cümlədən mənzildə özünün yaşamaması barədə dəlilinə qanunvericiliyə uyğun hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.
46. Kassasiya şikayətinin digər dəlilləri üzrə qeyd edilməlidir ki, mənzilin cavabdehin sahibliyində olması tərəflər arasında bağlanmış müqaviləyə əsaslansa da, həmin müqavilə cavabdehin öz öhdəliklərini pozması səbəbindən ləğv edilmiş, hətta mənzildən cavabdehin əmlakının çıxarılması barədə qaldırılmış iddia Yasamal Rayon Məhkəməsinin e-2(004)3389/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə təmin edilmiş, bu qətnamə yuxarı instansiya məhkəmələri tərəfindən dəyişdirilmədən saxlanılmışdır. Hazırkı işin icraatı da həmin mülki işə baxılıb qurtardıqdan sonra təzələnmiş və müəyyən edilmişdir ki, tərəflər arasında mövcud olmuş müqavilə ləğv edilmişdir. Belə olan halda, mənzilin cavabdehin sahibliyində olduğu dövr üzrə müqavilədə razılaşdırılmış pulu, müqavilə münasibətləri aradan qalxdığı dövrdə isə əsassız varlanma (qənaət varlanması) qaydasında eyni məbləği tələb etməsi yuxarıda qeyd edilən maddi hüquq normalarına uyğun olmuşdur. Belə olan halda cavabdehin mənzili kirayəyə verməsi, bundan qazanc əldə etməsi və ya iddiaçıya maddi ziyan vurması kimi halların araşdırılması mübahisənin hüquqi həlli üçün əhəmiyyət kəsb etmir.
47. O da qeyd edilməlidir ki, işin faktiki halları kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Kassasiya instansiyası məhkəməsi sübuta yetirilməyən halların əlavə araşdır ılması vəzifəsini öz üzərinə götürmədən mülki prosesdə rəhbər tutulan hüquqi həqiqət prinsipinə uyğun olaraq, yalnız iş üzrə müəyyən edilmiş hallara hüququn düzgün tətbiq edilib-edilmədiyini yoxlayır.
48. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.
49. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
50. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-1256/2024 nömrəli iş üzrə 22 fevral 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.